Азярбайжан республикасы дахили ишляр назирлийи


Azərbaycan SSR-in sənayesi 70-80-ci illərdə



Yüklə 1,85 Mb.
Pdf görüntüsü
səhifə134/153
tarix31.10.2022
ölçüsü1,85 Mb.
#66905
1   ...   130   131   132   133   134   135   136   137   ...   153
331 azerbaycan tariximuhazireler toplusuqiyabi

Azərbaycan SSR-in sənayesi 70-80-ci illərdə. XX 
yüzillikdə Azərbaycanın sosial-iqtisadi və mədəni 
inkişafının ən yüksək mərhələsi 70-ci illərlə 80-ci illərin 
birinci yarısına düşür. 
Bu illərdə neft sənayesində uzun illərdən bəri yığılıb 
qalmış problemlər həll edilmiş, Azərbaycan neft 
sənayesinin inkişafı yeni mərhələyə daxil olmuşdu. 
Respublikada neft tariximizin son yüzilində 1 milyard ton 
neft çıxarılmışdı. Təkcə, 1971-ci ildə 18 milyon tondan 
cox neft hasil olunmuşdu. 70-ci illərdə Azərbaycana yeni 
texnologiya və «Şelf-2», «Şelf-3», «Şelf-4», «Şelf-5» 
qazma qurğuları gətirildi. Bu, respublikada yeni neft 
sahələrinin açılmasın – «İstiqlal» və «Dədə Qorqud» 
qurğularının işə salınmasına səbəb oldu. Xəzərdə «28 
aprel», «Bahar», «Azəri», «Günəşli» və digər zəngin neft 
və qaz kondensatı yataqları aşkar edildi.


363 
70-80-
ci illərdə respublikanın neft maşınqayırma 
sənayesi öz inkişafının yeni mərhələsinə daxil olmuş, 
sahənin strukturunda ciddi dəyişikliklər baş vermiş, əsas 
sexlər yenidən qurulmuş, yeni istehsal sahələri işə 
salınmışdı. 1985-ci ildə Dərin dəniz özülləri zavodu, 
1983-
cu ildə Qroznı-Bakı neft kəməri istifadəyə verilmişdi. 
 
“Yenidənqurma” və Azərbaycan. Dağlıq Qarabağ 
konflikti. 
Artıq 80-ci illərin ortalarında sovet ölkəsinin 
ictimai-
siyasi, iqtisadi və mənəvi həyatında böhran 
yaranmışdı. Böhranlı vəziyyətin simptomları hələ 70-ci 
illərin ortalarından görünürdü, - elmi-texniki tərəqqi 
ləngiyirdi, sənayedə avadanlığın mənəvi aşınması, 
infrastrukturun 
zəifliyi, 
təbii 
ehtiyatlar 
hasilatının 
çətinləşməsi və bahalaşması, maddi ehtiyatlar qıtlığının 
meydana gəlməsi təzahür edirdi.
Hakim üsuli-idarənin mənəvi dayağı olan kommunist 
ideologiyası iflasa uğramaqda idi. Onun təbliğ etdiyi 
ehkamlarla qurulmuş cəmiyyət, "böyük gələcək" 
haqqında uydurma iddialarla həyat həqiqətləri arasında 
zi
ddiyyətin dərinləşməsi böhranın mühüm səbəblərindən 
biri idi.
Dünya dövlətlərinin mövcud satış və xammal 
bazarlarını, tranzit imkanlarını yeni real qüvvələrə 
müvafiq yenidən bölüşdürmək cəhdləri də SSRİ-nin 
iflasını sürətləndirirdi. Onu növbəti böhranlı vəziyyətdən 
qurtarmaq üçün 80-ci illərin ikinci yarısında cəhdlər 
göstərildi. Sovet İttifaqı Kommunist Partiyasına rəhbərliyi 
ələ keçirdikdən sonra həqiqi siyasi məqsədini eklektik 
ideoloji və dövlətçilik sistemi yaratmaq cəhdləri ilə 
pərdələyən M.S.Qorbaçov Mərkəzi Komitənin 1985-ci il 
Aprel plenumunda iqtisadi və sosial-mədəni tərəqqinin 
"sürətləndirmə konsepsiyası"nı irəli atdı. Elmi-texniki 
tərəqqini, cəmiyyətin maddi-texniki bazasını inkişaf 
etdirmək, istehsal münasibətlərini təkmilləşdirmək, bütün 


364 
icti
mai, 
siyasi 
və 
ideoloji 
təsisatlar 
sistemini 
fəallaşdırmaq, "insan amilinin rolunu yüksəltmək" üçün 
sözdə təşəbbüslər edildi. Əməyin təşkili, təsərrüfat 
hesabının tətbiqi, çoxukladlı iqtisadiyyatı, eləcə də icarə 
sistemini, kooperasiyanı inkişaf etdirmək, müxtəlif 
mülkiyyət formalarına əsaslanan təsərrüfatlara bərabər 
imkanlar yaratmaq haqqında qanun və qərarlar qəbul 
olundu. Lakin onların işləməsi üçün münasib şərait 
yaranmadı. Əvvəlki direktiv aktlar kimi, bu qanun və 
qərarlar da gözlənilən nəticələri vermədi.
Hələ güclü olan rəqiblərinə zərbə vurmaq üçün 
"islahatçılar" Sov.İKP MK-nın 1987-ci il Yanvar 
plenumunda yeni siyasi xətt - "aşkarlıq və demokratiya 
xətti"inin qəbul edilməsinə nail oldular. Əvvəllər stalinizm, 
20-30-
cu illərin partiya liderlərinə qarşı terror, sosializm 
quruculuğunun "Lenin prinsipləri"ndən sapınmalar ciddi 
tənqid olundu. Partiyanın totalitar idarəçilik metodları, 
qeyri-
humanist, milli ayrı-seçkiliyə əsaslanan, xalqları 
parçalamaq, düşünən beyinlərdən məhrum etmək, 
insanları mütiləşdirmək, robotlaşdırmaq siyasəti ifşa 
olundu. 1988-
ci ildə SSRİ Ali Soveti Rəyasət Heyətinin 
sədri vəzifəsini ələ keçirdikdən sonra Qorbaçov partiya 
amirliyinə qarşı daha ciddi addımlar atmağa başladı.
1989-
cu ildə ilk dəfə çoxmandatlı sistem əsasında 
SSRİ xalq deputatları seçkiləri təşkil olundu və təbii ki, 
deputat 
mandatlarının 
çoxunu 
Yüklə 1,85 Mb.

Dostları ilə paylaş:
1   ...   130   131   132   133   134   135   136   137   ...   153




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin