Азярбайжан республикасы дахили ишляр назирлийи



Yüklə 1,85 Mb.
Pdf görüntüsü
səhifə34/153
tarix31.10.2022
ölçüsü1,85 Mb.
#66905
1   ...   30   31   32   33   34   35   36   37   ...   153
331 azerbaycan tariximuhazireler toplusuqiyabi

h
əzrət rütbəsini daşıyırdı. Hökmdarın Şəxsi xadimi olan 
hacib dövlət başçısına aid olan mühüm işlər haqqında 
ona m
əlumat verir, onun tələbatları qayğısına qalır, saray 
m
ərasimlərini 
müəyyənləşdirirdi. 
Hacib 
hökmdarın 
göstərişlərini icra olunmaq üçün Şifahi surətdə vəzirə 


98 
çatdırır, hökmdarla əyanlar arasında əlaqə yaradırdı. 
B
əzən haciblər qoşuna və hərbi əməliyyatlara da 
r
əhbərlik edirdilər.
Hökmdarın bütün əmlakını divan əl-xass (Şəxsi 
divan) 
idar
ə edirdi. Divan mülkiyyətin müxtəlif 
kateqoriyaları (məsələn torpaq mülkləri, malikanələr və 
s.) il
ə bağlı maliyyə haqq-hesabını aparır, onların gəlirini 
hesablayırdı.
Taxt-tac 
əmlakı hökmdarın Şəxsi malı idi; o, öz 
torpaqlarını iqta payı kimi qoşun başçıları və digər 
şəxslərə, mülk kimi hakim sülalənin üzvlərinə verə bilərdi.
Bütün Səlcuq hökmdarlarında olduğu kimi, 
atab
əylərin də xəzinəsi (xizanət əl-xass) bilavasitə taxt-
taca bağlı müəssisə idi. Xəzinə daim atabəyin özü olan 
yerd
ə yerləşdirilirdi; baş xəzinə isə adətən Naxçıvan 
yax
ınlığındakı Əlincə qalasında saxlanılır, dövlətin bütün 
g
əlirləri bura daşınırdı.
S
əlcuqilərdə olduğu kimi, atabəylər dövlətinin 
h
əyatında 
da 
Şahzadələr 
(m
əliklər) 
böyük 
rol 
oynayırdılar. Hələ yetkinlik yaşına çatmamış əsas 
vilay
ətlərin canişinləri təyin edilən bu Şahzadələrin öz 
sarayları olurdu. Artıq Cahan Pəhləvanın hakimiyyəti 
dövründə onun qardaşı Qızıl Arslan Azərbaycan və 
Arranın canişini təyin edilmişdi. Sonra bu vəzifəni Cahan 
P
əhləvanın oğlu Əbubəkr tutdu. Rey, İsfahan 
vilay
ətlərində, Iraqın bir hissəsində Azərbaycan ata-
b
əyinin o biri oğlu Qutluq Inanc Mahmud, Həmədanda isə 
Özbək canişin təyin edildilər. Atabəy Özbəyin oğlu Qızıl 
Arslan Xamuş onun Azərbaycandakı, Cahan Pəhləvanın 
qızı məlikə Cəlaliyyə isə onun Naxçıvandakı canişinləri 
idil
ər. Bütün bu canişinlərin öz sarayları ilə yanaşı 
v
əzirləri və hacibləri də var idi.
Cahan 
P
əhləvan 
dövründən 
başlayaraq, 
Az
ərbaycan 
atab
əyləri 
dövlətinin 
idar
ə 
edilm
əsi 


99 
m
əqsədilə başda vəzir olmaqla ali idarə (divan əl-alə) 
yaradılmışdı. Bu idarənin nəzdində dövlət dəftərxanası 
(divan 
əl-inşa və yaxud divan ət-tuğra), maliyyə idarəsi və 
ya 
x
əzinədarlıq (divan əl-istifa) var idi. Dövlət 
d
əftərxanası həm daxili, həm də xarici yazışmaları 
aparırdı. Bu dəftərxananın başçısı "münşi" və ya "tuğrayi" 
adlanırdı. Bu vəzifə irsi olmuş, onu icra edən şəxslər və 
onların sonrakı nəsilləri "ət-tuğrayi" ləqəbini daşımışdılar.
Maliyy
ə idarəsinə və ya xəzinəyə rəhbərlik edən ali 
maliyy
ə məmuru (mustoufi əl-mamalik) dövlətin maliyyə 
idar
ələri sisteminin başında dururdu.
Dövlətin əsas idarələrindən olan hərbi idarəyə 
(divan 
əl-ceyş və ya divan əl-ərz) sahib divan əl-ərz (və 
yaxud ariz) 
başcılıq edirdi. O, hərbi iqtalara nəzarət edir 
(lakin onları paylamaq hüququna malik deyildi), bütün 
rütbələrdən olan hərbi qulluqçuların maaş və xərclərinin 
ödənilməsi işlərinə baxırdı. Hərbi vəzifələr, eləcə də ordu 
il
ə bağlı hər Şey xidmətdə olan türk əyanlarının əlində idi. 
Dövlətdə mövcud olan poçt idarəsi, Xilafət poçtu kimi, 
özünün birbaşa vəzifəsindən əlavə yuxarı təşkilatlar üçün 
h
ər cür məlumatı toplamaqla və hətta casusluqla məşğul 
idi.
Az
ərbaycan Atabəyləri dövləti müxtəlif vaxtlarda 
bir sıra iri əyalət və vilayətlərdən ibarət idi. Həmin 
ərazilərin adətən dəqiq müəyyənləşdirilmiş sərhədləri yox 
idi. Az
ərbaycan, Arran (Naxçıvan), Fars Iraqı, Rey və 
H
əmədan vilayətləri həmişə bu dövlətin tərkibində 
olmuşlar.
H
ər bir vilayətin başında duran vali ölkə 
hökmdarının müavini və öz vilayətindəki bütün idarə işləri 
üçün məsul idi. Səlcuqilərin və atabəylərin hakimiyyətləri 
dövründə valilər, demək olar, həmişə türk olmuş, bu 
v
əzifəni tutmazdan əvvəl çox vaxt qoşun əmirləri kimi 
f
əaliyyət göstərmişlər. İslamın qoyduğu qayda-qanunlara 


100 
riay
ət etmək, təbəələrinə qarşı qayğıkeş və ədalətli 
olmaq, asayiş və əmin-amanlığı qorumaq və s. valinin 
xidm
əti vəzifələrindəndi. Vali öz vilayətinin dünyəvi hakimi 
idi. Dini hakiml
ər - qazılar valinin tabeliyində idilər. Qazı 
v
əzifəsi də, atabəylər dövründə olan bir çox başqa 
v
əzifələr kimi əsasən irsi idi, yəni bu vəzifəni bir ailənin 
üzvləri daşıyırdılar. Vilayətin bütün məmurlarının rəisi, 
onun ali baş komandanı olan valiyə maliyyə idarəsi də 
tabe edilmişdi. 

Yüklə 1,85 Mb.

Dostları ilə paylaş:
1   ...   30   31   32   33   34   35   36   37   ...   153




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin