Aqnostizim – dünyanın insan tərəfindən dərk edilməsini
mümkünsüz hesab edən fəlsəfi konsepsiya.
Abstraksiya – predmet və ya hadisənin bu və ya digər əla-
mətlərinin, xassə və münasibətlərinin digərlərindən təcrid edilərək
müstəqil xəyali obyektə çevrilməsi nəticəsində yaranan anlayış.
Aksiomatizm – elmi nəzəriyyənin aksiomatik metod
ə
sasında qurulması. Aksiomatik metod nəzəriyyənin bütün
məzmununu bir qrup aksiomlardan məntiqi qaydalar əsasında hasil
etməyə imkan verir.
Apriorizm – .Kantın fəlsəfəsində idrakın hər cür təcrü-
bədən əvvəl mövcud olan və insan biliklərinin formalaşmasının
ilkin şərtləri olan formaları.
Avanqardizm – incəsənətdə XX əsrin 20-ci illərində
meydana gələrək, realizmlə hər cür əlaqəni kəsən və yeni bədii
ifadə formaları axtaran cərəyanlara verilən ümumi ad.
Artistizm – incəsənətdə yüksək səviyyədə ustalıq.
Aksiologiya – (yunanca axios- dəyər, loqos –təlim) insan
dəyərləri, o cümlədən, müəyyən sosial qrupların və ayrı-ayrı şəx-
siyyətlərin mənəvi, maddi, siyasi, hüquqi, dini dəyərləri haqqında
təlimdir.
Artefakt – insanın yaratdığı obyekt; mədəniyyətin “maddi”
siması.
Akkulturasiya – (lat. yaranma, inkişaf) – mədəniyyətlərin
bir-birinə qarşılıqlı təsir prosesidir. Nəticədə bir xalqın mədəniy-
yəti ya tam olaraq, ya da qismən başqa xalqın (adətən, zəif) mə-
dəniyyəti tərəfindən qəbul olunur. Rəngarəng assimilyasiya
proseslərini ifadə edir.
Aksioloji, aksiologiya – dəyərlər haqqında fəlsəfi təlim.
Anlayış – predmet və hadisələrin mühüm və ümumi
ə
lamətlərinin inikasından ibarət olan təfəkkür forması.
ИГТИСАДИЙЙАТ ФЯЛСЯФЯСИ
362
Arxetip – антик фялсяфядя нцмуня, тимсал, идейа. Şüuraltı
qatda yerləşən və qədim insanın həyat təcrübəsinin mühüm
məqamlarını əks etdirərək müasir insanın bir sıra davranış
formalarının ilkin obrazı.
Altrustik, altruizm – başqa adamlara təmənnasız xidmət
göstərilməsindən, onların xoşbəxtliyi naminə öz şəxsi mənafeyini
qurban verməkdən ibarət əxlaqi prinsip.
Asketizm – tələbatın ödənilməsində ifrat qənaətkarlıqla,
"nəfsin öldürülməsi ilə", əxlaqın və yaxud dini ideala çatmaq
məqsədilə Yer üzərindəki nemətlərdən maksimum imtina
edilməsi ilə xarakterizə olunan davranış prinsipi və həyat tərzi.
Bibliya – yəhudilərin və xristianların müqəddəs (dini)
kitablarına verilmiş ümumi ad.
Buddist (buddizm) – dünya dinlərindən biri. stəklərdən
imtina etmək yolu ilə iztirablardan azad olmağı və nicata -
"nirvanaya" çatmağı təbliğ edən din.
Deduksiya – ümumi nəzəri müddəalardan məntiqi qaydalar
ə
sasında xüsusi (konkret) nəticələr çıxarmağa imkan verən idrak
metodu.
Determinasiya – hadisələr arasında səbəb – nəticə
ə
laqələrinin mövcudluğu.
Deskripsiya – məntiqdə predmeti onun müəyyən bir
ə
laməti və ya başqa predmetə münasibəti əsasında təsviretmə
forması.
Didaktizm – tərbiyə prosesini bütünlüklə öyüd –
nəsihətçiliklə məhdudlaşdıran tərbiyə metodu.
Dialektik məntiq – marksist fəlsəfənin irəli sürdüyü və
dialektikanın prinsipləri ilə məntiqi birləşdirməyə yönəlmiş
proqram. Lakin real elmi praktika bu proqramı həyata keçirməyin
mümkünsüzlüyünü əyani şəkildə nümayiş etdirdi. Həmişə olduğu
kimi, hazırda da elmi idrakı idarə edən məntiqi qaydalar
dialektikanın deyil, marksistlərin formal məntiq adlandırdığı adi
məntiqin prinsipləridir.
ИГТИСАДИЙЙАТ ФЯЛСЯФЯСИ
363
Dini simvolizm – dini ideyanın maddi forma verilmiş
müəyyən obrazlar, ayinlər və mərasimlərdə ifadə olunması.
Dualizm – dünyanın iki əks başlanğıcdan yarandığını iddia
edən fəlsəfi konsepsiya.
Dekadans – tənəzzül, dağılıb parçalanma, süqut.
Dövlət – müəyyən ərazidə cəmiyyətin, vətəndaşların və
maddi və mənəvi sərvətlərin idarə olunmasını həyata keçirən əsas
siyasi təsisatdır.
Demokratiya – xalq hakimiyyətinə əsaslanan dövlət quru-
luşu formasıdır, lakin demokratiya anlayışı yalnız dövlət for-
masına müncər edilmir, o, daha geniş hüquqlara və məna
çalarlarına sahibdir. Buna görə də, demokratiya adı altında bütöv-
lükdə cəmiyyətin, cəmiyyətlə vətəndaşların müəyyən dəyərlər
sisteminə və dünyagörüşünə əsaslanan ictimai quruluşu, habelə
insanların iyerarxik (şaquli) şəxsiyyətlərarası münasibətlərini
tənzimləyən norma və prinsiplərin məcmusu başa düşülür.
Dəyərlər – (yunanca axios – dəyər) – insanların həyat
fəaliyyəti üçün əhəmiyyətli olan hər bir şey, o cümlədən, onların
mənəvi idealları, maddi nemətlər, bu insanlar üçün faydalı olan
norma və qarşılıqlı mənəvi, siyasi və hüquqi münasibətlərinin
prinsipləridir. Mənəvi, estetik, dini, siyasi, hüquqi, maddi və digər
sosial dəyərləri qeyd etmək olar.
Eklektizm – müxtəlif nəzəri-metodoloji yanaşmaların
mexaniki qarışığından yaranmış metodoloji mövqe.
Ekstatik – ekstaz sözündən düzəlmişdir. Vəcdə gəlməni və
çılğın ehtirası ifadə edən psixoloji hal.
Ekzegetik – ekzegeza sözündən düzəldilmişdir. Mətnləri,
xüsusən, Bibliyanı şərhetmə metodu.
Empirizm – təcrübəni insan biliklərinin yeganə mənbəyi
hesab edən fəlsəfi cərəyan.
Empiriokritisizm – fəlsəfəni empirik – hissi məlumatların
şə
rh edilməsi ilə məhdudlaşdırmağa çalışan tənqidi empirizm
cərəyanı.
ИГТИСАДИЙЙАТ ФЯЛСЯФЯСИ
364
Epistemologiya – elm fəlsəfəsinin elmi nəzəriyyənin idraki
problemlərini (nəzəriyyənin strukturu, onun qurulması metodları,
elmi biliyin gerçəkliyə münasibəti, səviyyələri və s.) öyrənən
bölməsi.
Evristika – kəşf sənəti və ya yeni olanın axtarışına
rəhbərlik metodu.
Evdemonizm – etikanın gedonizmə yaxın olan metodoloji
prinsipi.
Eydos – görünüş, növ. Platonun fəlsəfəsində "ideya",
Aristotelin fəlsəfəsində "forma" kateqoriyalarının sinonimi. Alman
filosofu E.Husserlin fəlsəfəsi olan fenomenologiyada xalis
mahiyyət.
Ekspansiya – başqa ölkələrin siyasi və ya iqtisadi cəhətdən
tabe etdirilməsinə, təsir dairəsinin genişləndirilməsinə yönəlmiş
siyasət.
Eqalitar ədalət – bərabər şəkildə bölgü aparılmasını,
bərabərliyi ifadə edən ədalət.
Empatiya – başqasının hissi – emosional aləminə
nüfuzetmə.
Fallibilizm – bütün elmi nəzəriyyələrin prinsipcə yalnış
olduğunu hökm edən və əsası ingilis filosofu K.Popper tərəfindən
qoyulmuş fəlsəfi konsepsiya.
Falsifikasionizm – elmi nəzəriyyənin təkzib edilməsinin
məntiqi – metodoloji qaydaları haqqında K.Popperin irəli sürdüyü
fəlsəfi nəzəriyyə.
Fenomenologiya – XX əsr fəlsəfəsinin əsası alman
filosofu E.Husserl tərəfindən qoyulmuş cərəyanı. Fenomenologiya
ş
üurla predmet arasında hər hansı genetik (səbəbiyyət) əlaqənin
mövcudluğunu inkar edərək, şüuru mənayaratma aktlarının axını
kimi nəzərdən keçirir.
Formal məntiq – düzgün (ziddiyyətsiz) təfəkkürün
strukturu haqqında elm.
Genezis – yaranma, təşəkkül tapma.
ИГТИСАДИЙЙАТ ФЯЛСЯФЯСИ
365
"Görünməyən əl" – ingilis iqtisadçısı A.Smitin əsərlərində
bazar münasibətlərinin təbii yolla tənzimlənməsini bildirən ifadə.
Gedonizm – sevinc hissini, həyatdan həzzəalmanı, əxlaqın
səbəbi və məqsədi kimi izah edən etik cərəyandır.
Hermenevtika – 1) mətnlərin şərh edilməsi nəzəriyyəsi və
praktikası; 2) Qərb fəlsəfəsinin əsası alman filosofları
M.Haydegger və H.Qadamer tərəfindən qoyulmuş cərəyanı.
Fəlsəfi hermenevtika mətnin şərhinə mətnlə şərhçi arasında
prinsipcə sonu olmayan dialoq kimi yanaşaraq, bu dialoqu
humanitar elmi biliyin (həqiqətin) təşəkkül tapmasının spesifik
mühiti hesab edir.
Humanizm – ntibah dövründə meydana gələrək insan şəx-
siyyətinin feodal qaydalarının və dini ideologiyanın əsarətindən
azad edilməsinə yönəlmiş ideya cərəyanı.
Hakimiyyət – çoxmənalı bir anlayışdır. Ümumi mənada
insanların fəaliyyətinə, davranışına iradə, nüfuz, hüquq, zorla
təyinedici təsir göstərmə qabiliyyətidir; siyasi hakimlik, dövlət
orqanları sistemi.
ndividualizm – fərdiyyəçilik. Fərdin mənafeyini icmanın
(kollektivin, cəmiyyətin) mənafeyindən üstün tutan etik – fəlsəfi
cərəyanların ümumi səciyyəsi.
nduksiya – xüsusidən ümumiyə keçid metodu. Ayrı – ayrı
konkret təcrübi faktlar əsasında ümumi nəzəri müddəaların
formalaşması induksiya vasitəsilə mümkün olur.
ntersubyektivlik – subyektlərin individual fərqlərinə
baxmayaraq onlar arasındakı ünsiyyəti mümkün edən ümumi əsas.
yerarxiya – aşağıdan yuxarı tabeçilik sistemi.
ntuisiya – problem – situasiyanı bütövlükdə əhatə etməklə
biliyin məntiqi əməliyyatlar olmadan birbaşa əldə edilməsi
prosesi.
deal (fr. ideal - nümunə, kamil olan bir şey, ali məqsəd) –
müəyyən emosional boyalarda çıxış edən, insanların uzun müddət
ə
rzində fəaliyyət və davranışını həvəsiləndirən sosial əhəmiyyətli
və davamlı məqsəddir.
ИГТИСАДИЙЙАТ ФЯЛСЯФЯСИ
366
nduist (induizm) – I minilliyin ortalarında Hindistanda
yaranmış və indiki zamanda da mövcud olan dini – sosial sistem.
Konsept – anlayış.
Konseptualizm – ümumi anlayışların təkcə predmetlərdəki
oxşar əlamətləri əks etdirdiyini iddia edən fəlsəfi cərəyan.
Konsepsiya – müəyyən predmet, hadisə və ya proseslərin
dərk edilməsi və şərh olunmasını ifadə edən baxışlar sistemi.
Kreasionizm – dünyanın Allah tərəfindən heçdən
yaradılması haqqında dini təlim.
Kateqoriya - əhatə dairəsinə görə adi və konkret – elmi
anlayışlardan daha geniş olan anlayış.
Katolisizm – xristianlıqda onu Reformasiyayaqədərki
şə
klində qoruyub saxlamağa çalışan geniş yayılmış cərəyan.
Konturmədəniyyət – bu cəmiyyətin və ənənəvi
mədəniyyətin hakim davranış nümunələrinə zidd olan dəyər və
normalar kompleksidir.
Konvergensiya – müəyyən şeylərə meyillilik, yaxınlaşma.
Qnoseologiya – idrak nəzəriyyəsi; fəlsəfənin bir bölməsi
olmaqla dünyanın insan tərəfindən dərk edilməsi məsələlərini,
biliyin gerçəkliyə münasibətini, onun həqiqiliyi şərtlərini öyrənir.
Metod – geçəkliyin nəzəri və praktik mənimsənilməsinin
üsul və vasitələrinin məcmusu.
Metodologiya – 1)metod haqqında təlim; 2) nəzəri və
praktik fəaliyyətin təşkili prinsipləri və üsulları sistemi; 3) elmi
idrakın quruluşu, üsul və metodları haqqında təlim.
Metodika – ayrı- ayrı praktik fəaliyyət sahələrində işin
icrası üçün rəhbər tutulan metodların məcmusu.
Materializm – varlığı materiya ilə (maddi olanla)
eyniləşdirilən fəlsəfi cərəyan.
Mifologiya – ibtidai insanın şüurunda dünyanın fantastik
inikası.
Mədəni dinamika – xarici və daxili qüvvələrin təsiri
nəticəsində mədəniyyətin əlamətlərinin zaman və məkanda
dəyişməsi və ya modifikasiya etməsidir.
ИГТИСАДИЙЙАТ ФЯЛСЯФЯСИ
367
Nominalizm – yalnız təkcə predmetlərin mövcudluğunu
qəbul edən və ümumi anlayışları onlara verilən adlar hesab edən
fəlsəfi cərəyan.
Naturalizm – humanitar elmlərdə ayrı-ayrı təbiət elm-
lərinin metodologiyasına istiqamətlənmiş metodoloji mövqe.
Neopozitivizm – Qərb elm fəlsəfəsinin pozitivizm zəmi-
nində XX əsrin əvvəllərində meydana gəlmiş cərəyanı (məntiqi
pozivitizm).
Nirvana – buddizmin dini fəlsəfəsinin əsas anlayışı.
Ontologiya – varlıq haqqında fəlsəfi təlim.
Pozitivizm – Qərb fəlsəfəsinin XIX əsrin 60-cı illərində
meydana gəlmiş və konkret – elmi biliyi insan idrakının digər
sahələrinə (metafizika, din və s.) qarşı qoyan və yalnız onu həqiqət
hesab edən cərəyan.
Postpozitivizm – elm fəlsəfəsinin XX əsrin 50-ci illərində
neopozivitizm zəminində meydana gəlmiş və elmin fəlsəfi
problemlərini onun tarixi kontekstində çözməyə çalışan cərəyanı.
Paradiqma – müəyyən elm sahəsində uzun müddət ərzində
tədqiqatlara istiqamət verən nəzəri – metodoloji prinsiplər sistemi.
Postmodernizm – qərb fəlsəfəsinin, incəsənətinin və ədə-
biyyatının klassik ənənələrini inkar edən və XX əsrin 60-cı
illərindən etibarən formalaşan cərəyanlara verilmiş ümumi ad.
Poststrukturalizm – XX əsrin 70-80-cı illərində fəlsəfədə
və sosial – humanitar idrakda meydana gəlmiş və strukturalizmin
tənqidi ilə məşğul olan cərəyan.
Psixologizm – sosial fəlsəfədə və sosiologiyada psixoloji
kateqoriya və prinsiplərdən metodoloji əsas kimi istifadə edən
nəzəriyyələrin ümumi səciyyəsi.
Protestantizm – xristianlıqda Reformasiya hərəkatının
yaratdığı cərəyanlara verilmiş ümumi ad.
Permanent – fasiləsiz, arakəsilməz.
Plüralizm – dünyanın çoxsaylı başlanğıclarının və biliyin
çoxsaylı əsaslarının mövcud olması haqqında fəlsəfi təlim.
ИГТИСАДИЙЙАТ ФЯЛСЯФЯСИ
368
Providensional, providensializm – dini fəlsəfi baxışdır.
Bu baxışa görə bəşər cəmiyyətinin inkişafı (hərəkətverici
qüvvələr, həm də məqsəd mənasında) əsrarəngiz, tarixi prosesə
münasibətdə xarici olan qüvvələrlə - bəşəriyyətlə, Allahla
müəyyən edilir.
Realizm – XX əsrdə idrak obyektinin şüurdan və idrak
aktından asılı olmayaraq obyektiv mövcudluğunu qəbul edən
fəlsəfi cərəyanlara verilən ümumi ad.
Retrospektiv – keçmişə doğru istiqamətlənmiş.
Rasionalizm – 1) zəkanı (ağılı) idrakın yeganə mənbəyi
hesab edən fəlsəfi cərəyan; 2) dünyanın ağılauyğun quruluşu
haqqında təsəvvürlər; 3)zəka qarşısında pərəstiş.
Reformasiya – XVI əsrdə Avropanın əksər aparıcı ölkə-
lərində xristianlıqda islahatlar aparmağı tələb edən dini hərəkat.
Semantika – dilçilikdə nitq vahidlərinin mənalarını
öyrənməklə məşğul olan bölmə.
Semiotika – işarə (simvol) sistemlərini öyrənən elm.
Sinergetika – fəaliyyət prosesində müxtəlif faktorların
ə
məkdaşlığı.
Simvol – maddi predmet və hadisələrin onların birbaşa var-
lığından fərqli ideal məzmununu əks etdirmək qabiliyyətinin
inikası olan anlayış.
Stereotip – predmet və hadisələr haqqında, adətən,
emosional şəkildə ifadə olunmuş sxematik, standartlaşmış
dayanaqlı obraz.
Sivilizasiya (lat.civilis – vətəndaşlıq) – cəmiyyətin başlıca
rol icma yox, insanların sosial əlaqələrinə məxsus olan müəyyən
inkişaf pilləsidir. Cəmiyyətdə əldə edilmiş maddi və mənəvi
nailiyyətləri də bildirir. Mədəniyyətin tipi kimi də səciyyələn-
dirilir və müvafiq olaraq qərb və şərq sivilizasiyaları, xristian və
islam, müasir industrial sivilizasiyaları qeyd olunur.
Stratifikasiya – müasir cəmiyyətdə insanlar və sosial
qruplar arasında maddi sərvətlər, funksiyalar və sosial prestijin
qeyri-bərabər bölüşdürülməsini bildirən anlayış.
ИГТИСАДИЙЙАТ ФЯЛСЯФЯСИ
369
Submədəniyyət - mədəniyyətin spesifik bir növüdür. Onun
dəyər və davranış nümunələri mədəniyyətin hamılıqla qəbul
olunmuş dəyər və nümunələrindən seçilir. Gənclər, ziyalılar,
sahibkarlar və s. sosial qrupların mədəniyyəti. Bu qrupların sub-
mədəniyyəti onların sosial vəziyyətini, fəaliyyət növünü, təhsilini,
spesifik tələbatlarını, maraq və dəyərlərini əks etdirir.
Tənqidi rasionalizm - əsası K.Popper tərəfindən qoyulmuş
fəlsəfi cərəyan. Tənqidi rasionalizm elmi nəzəriyyənin maksimal
tənqid üçün açıq olmasını onun elmiliyinin əsas meyarı hesab edir.
Teologiya – ilahiyyat; dini hökmlərin məcmusu və onlara
verilən şərhlər.
Tolerantlıq – başqasının fikrinə və əqidəsinə qarşı
dözümlülük.
Transsendent – şüurun və idrakın hüdudlarından kənarda
olanı ifadə edən termin.
Utilitarizm - əxlaq nəzəriyyəsində (etikada) faydanı
mənəviyyatın və insan fəaliyyətinin əsası hesab edən cərəyan.
Virtual reallıq – öz qanunlarına, oyun qaydalarına,
mövcudluq alqoritminə malik olan süni kompyuter məkanı. Bu
termin, əsasən, müasir informasiya vasitələrinin və kompyuter-
ləşmənin inkişafı ilə əlaqədar meydana gəlmişdir.
Ə
DƏB YYAT!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!
Dostları ilə paylaş: |