Азярбайжан республикасы тящсил назирлийи azərbaycan döVLƏt qt sad un vers tet



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə1/18
tarix01.04.2017
ölçüsü5,01 Kb.
#13182
  1   2   3   4   5   6   7   8   9   ...   18

    АЗЯРБАЙЖАН РЕСПУБЛИКАСЫ ТЯЩСИЛ НАЗИРЛИЙИ 
AZƏRBAYCAN DÖVLƏT  QT SAD UN VERS TET  
 
 
 
 
 
 
 
 
 
 
 Q T   S A D   Y Y A T  
Ə L S Ə F Ə S   
Dərslik 
 
 
 
Азярбайжан  Республикасы 
тящсил назиriнин 07.10.2008-жи ил 
тарихли  1130  сайлы  ямри  иля 
дярслик кими тясдиг едилмишдир 
 
 
 
 
 
 
 
 
 
 
BAKI-2009 

ИГТИСАДИЙЙАТ ФЯЛСЯФЯСИ 
 
2
KBT 65.02
                        
UOT  33.049
       
  30
                                
 
i.e.d., prof. Ş.H.HACIYEV N  
ümumi rəhbərliyi ilə  
 
Elmi redaktor:     i.e.d., prof.
 
Ə
. .BAYRAMOV 
 
Rəyçilər: 
i.e.d,  prof.  M.X.Meybullayev  -  AzD U-nun 
“ qtisadi nəzəriyyə-II”      kafedrasının müdiri 
 
i.e.d.,  prof.  Ə.P.Babayev  -  AzD U-nun 
“ qtisadi nəzəriyyə-I” kafedrasının müdiri 
 
Buraxılışa məsul:  
f.e.d.,  Z.Mə
mmədəliyev  -  AzD U-nun 
“Fəlsəfə” kafedrasının müdiri 
 
 
  30   qtisadiyyat fəlsəfəsi. Dərslik/ prof. Ş.H.Hacıyevin  
          ümumi rəhbərliyi ilə. Elmi redaktor prof. Ə. .Bayramov 
          Bakı: “ qtisad Universiteti”, 2009. 
 
 
Dərslik  “ qtisadiyyat  fəlsəfəsi”  kursunun  əksər  problem-möv-
zularını sistemli və kompleks şəkildə əhatə edir. Kitab iqtisad elminin, 
eləcə  də,  bütövlükdə  iqtisadiyyatın  fəlsəfi-metodoloji  aspektdən  dəyər-
ləndirilməsinə,  mövcud  nəzəri  və  metodoloji  problemlərin  konseptual 
qiymətləndirilməsinə, müxtəlif yanaşmaların müqayisəli təhlili və nəzə-
ri ümumiləşdirmələrin aparılmasına, iqtisadiyyatın sistemli yaranış key-
fiyyətində ictimai həyatın digər sfera və sahələrilə inteqrativ bağlılığının 
fəlsəfi interpretasiyasına həsr edilmişdir. 
Dərslik ali məktəblərin magistr pilləsinin tələbələri, aspirant, dis-
sertant  və  doktorantları üçün  nəzərdə  tutulmuşdur.  Bununla  belə,  dərs-
likdən geniş oxucu kütləsi də istifadə edə bilər. 
 
©
©
©
©
 Игтисад Университети»,  200

ИГТИСАДИЙЙАТ ФЯЛСЯФЯСИ 
 
3
 
ÖN SÖZ 
 
lmin inkişafı, elmi biliklərin dinamik yüksəlişi, elmin gəl-
diyi  nəticələrin  sistematik  şəkildə  tətbiqi  ümummilli  mə-
nafelərin  tam  və  dolğun  ödənilməsində  həlledici  rol 
oynayır.  Müasir  dövrün  inkişaf  təmayülləri  açıq-aydın  şəkildə 
göstərir ki, elmsiz iqtisadiyyat yoxdur, yaxud tənəzzülə məhkum-
dur.  Heç  bir  şübhə  yoxdur  ki,  milli  elmin  sabitqədəmli  inkişafı 
hal-hazırda  mövcud  olan  problemlərin  qısa  zaman  kəsiyində  ara-
dan  qaldırılmasına  və  maksimum    effekt  əldə  olunmasına  imkan 
yaradır. Məhz bu aspektin prioritetliyini nəzərə alan ölkə Prezidenti 
“Elmin inkişafının milli strategiyası”nın və müvafiq Dövlət Proq-
ramının  hazırlanması  haqqında  xüsusi  sərəncam  imzalamışdır. 
Yuxarıda  deyilənlərin  fonunda  elmlərarası  inteqrasiyanın  həyata 
keçirilməsi,  elmi-tədqiqatların  gəldiyi  nəticələr  və  həmin  nəticələr 
ə
sasında formalaşdırılan müddəa və konsepsiyaların gerçəkliyə adek-
vatlığına  nail  olunması,  eləcə  də,  həmin  elmi  nəticələrin  dərsliklərdə 
öz  əksini  tapması  ən  mühüm  istiqamətlərdən  biri  hesab  olunmalıdır. 
Eyni  zamanda,  o  da  qeyd  edilməlidir  ki,  müasir  dövrün  tələbləri 
prizmasından xüsusi əhəmiyyət kəsb edən məsələlərdən biri də iqtisad 
elminin dinamik inkişafı ilə bağlıdır. 
      Məlumdur  ki,  cəmiyyətin  sosial-iqtisadi  inkişafında  iqtisad 
elminin  və  onun  daşıyıcıları  olan  iqtisadçıların  rolu  durmadan 
yüksəlir və onların peşəkarlığı ilə yanaşı, geniş dünyagörüşünə və 
metodoloji  biliklərə  yiyələnməsinə  tələbat  da  artmaqdadır.  Bu-
nunla  əlaqədar  olaraq,  dünyanın  aparıcı  universitetlərində  iqtisad 
elminin  fəlsəfi  məsələlərinə  həsr  olunmuş  xüsusi  kursların  tədri-
sinə başlanılmışdır. 
     Bu  kursların  tədrisi  bir  sıra  çox  ciddi  səbəblərdən  irəli  gəlir. 
Həmin səbəblər sırasında ötən əsrin gerçəkliyinin doğurduğu kəs-
kin mənəvi sarsıntılar və qlobal problemlər xüsusi yer tutur. Etiraf 


ИГТИСАДИЙЙАТ ФЯЛСЯФЯСИ 
 
4
etmək  lazımdır  ki,  bəşəriyyətin  mövcudluğunu  təhdid  edən  bu 
problemlərin  meydana  çıxmasında  elmin  birtərəfli  inkişafı  az  rol 
oynamamışdır. 
     XX  əsrin  birinci  yarısı  elmin  inkişafına  münasibətdə  elmi 
biliyin  misligörünməmiş  diferensiasiyası  və  bunun  birbaşa  təsiri 
altında  dar  ixtisaslaşmanın  eyni  dərəcədə  vüsət  alması  ilə  yadda 
qaldı.  Dar  ixtisaslaşmanın  və  elmlərin  diferensiasiyası  prosesləri-
nin  sürətlə  dərinləşməsi  elmin  sosial-mədəni  və  humanitar  kon-
tekstlərinin  gözdən  itməsinə  və  dar  peşə  maraqlarının  insanın 
özünün  köklü  mənafelərini  üstələməsinə  gətirib  çıxartdı.  nsanın 
bioloji  bir  mövcudiyyət  kimi  yaşamaq  hüququnu  və  onun  sosial-
mədəni  varlıq  kimi  sərbəst  inkişafını  kölgələyən  bu  meyilləri 
aradan  qaldırmaq  zərurəti  dar  ixtisaslaşmanın  fəsadlarını  ləğv 
etmək  və  elmi  biliklərin  irimiqyaslı  inteqrasiyasını  həyata  keçir-
mək vəzifəsini günün ən aktual problemi kimi qarşıya qoydu. Bu 
problemin  qarşısında  ənənəvi  dar  ixtisaslaşma  dövrünün  yetişdir-
diyi  mütəxəssis  acizdir.  XXI  əsrin  gündəliyində  duran  bu  köklü 
problemin  öhdəsindən  yalnız  elmin  və  peşəsinin  problemlərinə 
insanın qlobal maraqları  və elmin özünün prioritetləri səviyyəsinə 
yüksəltməyi  bacaran  yeni  nəsil  mütəxəssislər  gələ  bilər. 
“ qtisadiyyat  fəlsəfəsi”  kursunun  tədrisi,  məhz,  bu  cür  yeni  tipli 
ixtisaslı kadrların hazırlanması məqsədinə xidmət edir. 
        qtisadiyyatın  fəlsəfi  dərkinin  zəruriliyi  iqtisadi  proses  və 
hadisələrin  konseptual  məzmununun  tam  və  dolğun  şəkildə  üzə 
çıxarılması,  konseptual  yanılmalardan  qaçma,  iqtisadi  tam  və 
hissələrin  dialektikasını  ağlabatan  tərzdə  şərh  etmə,  fənlərarası 
inteqrasiyanın metodoloji düzgünlüyünə nail olma və s. baxımdan 
ə
saslandırıla  bilər.  Əgər  nəzərə  alsaq  ki,  iqtisad  elmi,  hər  şeydən 
ə
vvəl,  aksioloji  elmdir,  özündə  iqtisadi  konsepsiyaların  və 
dəyərlərin  məcmusunu  ehtiva  edir,  onda  fəlsəfəsiz  keçinməyin 
mümkünsüzlüyü aydın görünəcəkdir. 

ИГТИСАДИЙЙАТ ФЯЛСЯФЯСИ 
 
5
      Ümid edirik ki, dərsliyə daxil olan mövzular müasir dominant 
iqtisadi  sistemin  formalaşmasının  və  inkişafının  sosial-mədəni  və 
fəlsəfi  kontekstlərini  aşkara  çıxaracaq,  iqtisadi  biliyin  və  təsərrü-
fatçılıq  fəaliyyətinin  mənəvi  və  humanitar  ölçülərini  qabartmaqla 
təhsilin humanitarlaşması probleminin həllinə yardım edəcəkdir. 
 
Şə
msəddin Hacıyev, 
iqtisad  elmləri doktoru,  professor, 
Azərbaycan Dövlət  qtisad 
 Universitetinin rektoru 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

ИГТИСАДИЙЙАТ ФЯЛСЯФЯСИ 
 
6
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

ИГТИСАДИЙЙАТ ФЯЛСЯФЯСИ 
 
7
 
G
   R   Ş 
 
zərbaycan  elmi  fikrində  ən  az  işlənən  məfhumlardan  biri 
iqtisadiyyat  fəlsəfəsi  anlayışıdır.  Uzun  onilliklər  ərzində 
dialektik  və  tarixi  materializmin  prinsipləri  əsasında  for-
malaşmış  elmi  baxışlarda  qeyd  edilən  problemə  anlaşılmaz 
laqeydlik  nümayiş  etdirilmişdir.Yalnız  XX  əsrin  sonlarına  doğru 
problemə  baxış  bucağı  dəyişməyə  başlamış,  iqtisad  elminin  elmi 
statusunun  birmənalı  təsbiti  nöqteyi-nəzərindən  elm  fəlsəfəsinin 
xüsusi əhəmiyyət daşıdığı üzə çıxarılmışdır. Bu mənada ki, elm öz 
mahiyyəti  və  məzmunu  etibarı  ilə  sistemli  yaranış  olmaqla,  üçlü 
tərkibə  malikdir  və  elmi  biliklərin  normal  artımı,  onların  real 
gerçəkliyə  adekvatlıq  dərəcəsi  elmin  özü  ilə  paralel  olaraq  onun 
fəlsəfəsi  və  metodologiyasının  da  oxşar  templərlə  inkişafının 
zəruriliyini  müəyyən  etmişdir.  Müasir  elmi  fikir  qeyd  olunan 
tezisin tam gerçək xarakter daşıdığını təsbit etməkdədir. 
qtisadiyyat fəlsəfəsinin sistemli şəkildə formalaşması prosesi            
C. Milldən başlanır. Digər elmlərlə müqayisədə, iqtisadiyyat fəlsə-
fəsi kifayət qədər gəncdir (150 il). Bununla belə, o göstərilən dövr 
ə
rzində, kəsiyində sürətlə inkişaf etmiş, həqiqi elmi status almağa 
xeyli  yaxınlaşmışdır.  Digər  tərəfdən,  iqtisadiyyat  fəlsəfəsinin  bir 
elm  kimi  inkişafı  heç  də  düzxətli  yüksəliş  formasında  olmamış, 
problemlərə yanaşma rəngarəngliyi öz mövcudluğunu saxlamaqda 
davam  etmişdir.  “ qtisadiyyat  fəlsəfəsi”  dərsliyini  ərsəyə  gətirən 
müəlliflər kollektivi iki məqsədə nail olmaq əzmindədirlər: 
1.
 Xüsusi  tədqiqat  sferası  kimi  iqtisadiyyat  fəlsəfəsinin 
konseptual  çərçivəsini  müəyyənləşdirmək,  iqtisad  elmində,  eləcə 
də, bütövlükdə iqtisadiyyatda mövcud olan problemləri aktuallaş-
dırmaq  və  aparılacaq  tədqiqatın  metodoloji-fəlsəfi  yönümünü 
aşkara çıxarmaq. 
A

ИГТИСАДИЙЙАТ ФЯЛСЯФЯСИ 
 
8
2.
 Fənnin  tədris  kursunun  problem-mövzularının  sistemləş-
dirilmiş strukturunu vermək. 
Dərslikdə  problem-mövzuların  şərhi  metodu  mövcud  nəzə-
riyyə və konsepsiyalara yanaşmada birmənalı qiymətləndirmədən, 
yəni, nöqsanlı hesab edilənlərin inkarından uzaqdır. Əsas məqsəd, 
nəzəri-metodoloji  və  fəlsəfi  konsepsiyaların  mahiyyət  açıqlanma-
sına  nail  olmaq,  bütün  bu  rəngarəngliyi  olduğu  kimi  oxucuların 
nəzər-diqqətinə çatdırmaqdan ibarətdir. Eyni zamanda, sözügedən 
müxtəlifliyin, ayrı-ayrı məktəblərə məxsus olan konseptual baxış-
ların  oxucu  tərəfindən  daha  dolğun  şəkildə  mənimsənilməsi 
məqsədilə  bir  sıra  fəsil  və  paraqraflarda  müəyyən  təkrarlara  yol 
verilmişdir. 
Dərsliyin  “Fəlsəfə  və  elm”  adlanan  birinci  fəsili  bugünə 
qədər  keçilən  yolun  nəzəri-konseptual  xülasəsini  ehtiva  etməklə, 
son  dövrlərdə  kifayət  qədər  aktuallaşmış  bir  problemin  –  elmi 
nəzəriyyənin  həqiqiliyinin  müəyyənləşdirilməsi  probleminin 
fəlsəfi-metodoloji yozumuna həsr edilmişdir. Qeyd etmək lazımdır 
ki,  bu  aspekt  iqtisadiyyat  fəlsəfəsi  üçün  xüsusi  əhəmiyyət  kəsb 
edir.  Nəzəriyyənin  həqiqiliyi  problemi  müqayisəli  formada 
araşdırılaraq,  elmi  biliyin  strukturunda  rasional  komponentlərin 
nəzəri qiymətləndirilməsinə cəhd edilmişdir. 
kinci  fəsil  bütünlüklə  iqtisadiyyat  fəlsəfəsinin  genezisi, 
fənnin  predmetinin  dəqiqləşdirilməsi,  eləcə  də,  iqtisad  elminin 
metodologiyasının  bugünkü  durumu,  metodoloji  konsepsiyaların 
təkamülü  prosesinə  müasir  yanaşma  və  s.  məsələləri  əhatə  edir. 
“ qtisadiyyat  fəlsəfəsi”nin  “ qtisad  elminin  fəlsəfəsi”  və  “ qtisadi 
fəlsəfə”dən  fərqli  nüansların  mövcudluğunun  yer  aldığı  fəsildə, 
həmçinin, Şərq və Azərbaycan mütəfəkkirlərinin metodoloji baxış-
ları, keçid iqtisadiyyatının metodoloji problemləri və bu yönümdə 
qarşıda  duran  vəzifələr  də  araşdırılmışdır.  qtisad  elmi  üçün  son 
dərəcə  mühüm  əhəmiyyət  kəsb  edən  “həqiqət”  probleminin  incə-
lənməsi də bu fəsildə yer almaqdadır. Problemə yanaşma konsep-

ИГТИСАДИЙЙАТ ФЯЛСЯФЯСИ 
 
9
siyası  iqtisad  elminin  praqmatik  elmlər  qrupuna  aidliyi  üzərində 
formalaşdırılmaqla,  onun  semantik  və  sintaksis  həqiqətlərdən 
fərqliliyi (əsaslandırma tipinə görə), praqmatiq həqiqət anlamında 
qəbulunun zəruriliyi ön plana çıxarılmışdır.  
Üçüncü  fəsil  iqtisadiyat  fəlsəfəsinin  struktur  mövzularını 
(problemləri) ehtiva edir. Qeyd etməyi zəruri sayırıq ki, iqtisadiy-
yat fəlsəfəsinin strukturunu müəyyənləşdirərkən, birmənalı olaraq 
sistemli  paradiqmadan  çıxış  etmişik.  qtisad  elminin  “xalisliyi”, 
“saflığı”  və  s.  tipli  yanaşmalar  prosesdən  sərf-nəzər  edilmiş  və 
iqtisadiyyatın  həm  institusional,  həm  də  funksional  aspektdə 
sistemli  yaranış  olduğu,  ictimai  həyatın  dəyişənlər  çoxluğunun 
təsir  imkanlarının  həqiqi  genişliyi  seçim  anında  qeyd-şərtsiz 
nəzərə  alınmışdır.  Məhz  bu  tipli  yanaşmanın  gerçək  xarakter 
daşıdığını əsas götürərək şərh prosesinə iqtisadi təfəkkürdən başla-
mış,  onun  formalaşma  prosesini  araşdırmış  və  yekun  olaraq  milli 
iqtisadi təfəkkürün gerçək xarakterini üzə çıxarmışıq.  
Sonrakı  mərhələdə  təfəkkürdən  mənəviyyata  keçidlə  seçim 
prosesi  davam  etdirilmişdir.  Bu  bölmədə  iqtisadiyyatın  mənəvi 
baxımdan  dəyərləndirilməsi,  mənəvi  amil  probleminə  tarixi  və 
müasir  yanaşmaların  daxili  məntiqinin  incələnməsi,  iqtisadi 
həyatın  mənəvi dəyərləri (“necədir?” sualından “necə olmalıdır?” 
sualına  keçid),  ədalət  prinsipinin  konseptual  xülasəsi  verilmişdir. 
qtisadiyyatın  hər  iki  yönümdə  (institusional  və  funksional) 
normal  fəaliyyətinin  reallaşması  nöqteyi-nəzərindən  mühüm  rol 
oynayan  vətəndaş  cəmiyyəti  və  onun  struktur  bölmələrinin 
“davranışı”  həm  konseptual  aspektdən  dəyərləndirilmiş,  həm  də 
onun iqtisadi demokratiya və sosial ədalətlə “bütövləşməsi” prob-
leminin  sistemli  tədqiqi    aparılmışdır.  Növbəti  bölmədə,  iqtisadi 
demokratiyanın inhisarçılıqla qarşılıqlı uyğunsuzluğu araşdırılmış, 
müqəddəs kitabəmiz “Qurani-Şərifdə” sosial ədalət prinsipinin sis-
temli  açılışına  həsr  olunmuş  ayələr  öyrənilmiş,  həmçinin,  Ulu 
Öndər  Heydər  Əliyevin  vətəndaş  cəmiyyəti    quruculuğu  konsep-

ИГТИСАДИЙЙАТ ФЯЛСЯФЯСИ 
 
10
siyasının struktur prinsipləri və daxili məntiqi tədqiq olunmuşdur. 
Dərsliyin sırada gələn növbəti mövzusu tələbat, mənafe anlayışla-
rının  nəzəri-metodoloji  aspektdən  dərkinə,  cəmiyyətin  mövcud-
luğu və inkişafının əsas qanunu olan mənafelərin tarazlığı qanunu-
nun ümumsosioloji fəlsəfi və iqtisadi interpretasiyasına, eləcə də, 
ümummilli  mənafelərin  mahiyyət  açıqlanmasına  həsr  edilmişdir. 
Göründüyü  kimi,  yanaşma  konsepsiyası  tələbat




mənafe




ümummilli 
mənafe  oxu  üzərində  qurulmaqla  sabitqədəmli,  dayanıqlı  inkişafın, 
mənafelərin tarazlığına istinadla gerçəkləşə biləcəyini birmənalı olaraq 
təsbit edir. 
Növbəti bölmələr, iqtisadiyyat fəlsəfəsinin strukturu prizma-
sından  bazarın,  pulun  və  mülkiyyətin    fəlsəfəsini,  sadalananların 
fəlsəfi  metodoloji  nöqteyi-nəzərdən  konseptual  qiymətləndirilmə-
sini  əhatə  edir.  Bundan  sonra  dərslikdə  yer  alan  mövzular  iqtisa-
diyyat  fəlsəfəsi  ilə  sıx  bağlılıqda  olan,  sistemli  inkişafın  tərkib 
ünsürləri  keyfiyyətində  çıxış  edən  amillər,  eləcə  də,  iqtisad  elmi-
nin  fəlsəfəsinin  formalaşması  prizmasından  əhəmiyyət  kəsb  edən 
nəzəri yanaşmaları ehtiva etməkdədir. 
Beləliklə, dərsliyin strukturundan göründüyü kimi “ qtisadiy-
yat  fəlsəfəsi”  müasir  dövrün  formalaşdırdığı  mürəkkəb  münasi-
bətlər kompleksindən baş açmağa, elmi cəhətdən düzgün istiqamət 
seçməyə imkan verəcəkdir. Ümid edirik ki, kursun tədrisi magistr 
və  gənc  tədqiqatçı-alimlərə  iqtisad  elminin  problemlərinə  daha 
ə
hatəli,  metodoloji  və  aksioloji  çərçivədən  yanaşmağa  kömək 
edəcəkdir.  Eyni  zamanda,  onu  da  qeyd  etməyi  zəruri  sayırıq  ki, 
oxuculara  təqdim  olunan  bu  dərslik  “ qtisadiyyat  fəlsəfəsi” 
kursunun  tədrisi  istiqamətində  respublikamızda  atılan  ilk  addım-
dır. Buna görə də, hesab edirik ki, o, iqtisadçılar və filosoflar tərə-
findən  geniş  müzakirə  ediləcəkdir.  Bizə  ünvanlanacaq  hər  bir 
konstruktiv  rəy  və  təklifə  görə  irəlicədən  minnətdarlığımızı 
bildiririk. 

ИГТИСАДИЙЙАТ ФЯЛСЯФЯСИ 
 
11
Дярслийин  айры-айры  бюлмяляри  ашаьыдакы  мцяллифляр  тяряфин-
дян йазылмышдыр: 
prof.  Ş.H.Hacıyev  -Ön  söz,  Giriş,    II  Fəsil  2.3.3.,  III  Fəsil    
3.5;3.6, VII Fəsil, 7.3;7.4, VIII Fəsil; 
prof.  Ə. .Bayramov-I  Fəsil,  1.2;  II  Fəsil,  2.2;  2.3.2;  2.3.4; 
2.3.5;  2.4;    III  Fəsil  3.1.2;  3.1.4;  3.4.3; 
3.4.4;  3.4.5;  3.4.6;  3.4.7;  3.5.4;  3.5.5; 
3.6; IV Fəsil; 
prof.  M.F.Cəlilov  -I  Fəsil  1.1,  II  Fəsil  2.3.1;  2.3.3,  III  Fəsil 
3.1; 3.1.2; 3.1.3;  
f.e.d., Z.Məmmədəliyev - I Fəsil 1.3.1; 1.3.2; 1.3.3, VI Fəsil 
6.1; 6.2; 6.3; VII Fəsil 7.1; 7.2; 
dos. R.Abdullayev - III Fəsil 3.7; 3.8, IV Fəsil; 
dos.  R.Səmədov  -  III  Fəsil  3.2.1;  3.2.2;  3.3;  3.3.1;  3.3.2; 
3.5.1; 3.5.2; 
dos. L.Hümmətova - III Fəsil  - 3.4; 3.4.1; 3.4.2, V Fəsil. 
 
Dərslik,  əsasən,  ali  təhsilin  magistr  pilləsinin  tələbələri, 
aspirant,  doktorant  və  dissertantlar  üçün  nəzərdə  tutulmuşdur. 
Bununla  belə,  hesab  edirik  ki,  dərslikdən  geniş  oxucu  kütləsi  də 
istifadə edə bilər. 
 
 
 
 
 
 
 
 
 
 
 
 

ИГТИСАДИЙЙАТ ФЯЛСЯФЯСИ 
 
12
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

ИГТИСАДИЙЙАТ ФЯЛСЯФЯСИ 
 
13
 
I   F  Ə  S     L 
 
ФЯЛСЯФЯ  ВЯ  ЕЛМ 
 
§
 1.1 Фялсяфянин гносеолоъи вя нязяри-методолоъи 
функсийалары 
 
 
laton  və  Aristotelə  qədər  fəlsəfi  biliklər  əsas  etibarı  ilə 
insanların  gündəlik  həyat  təcrübəsinin  simvolik  və  bədii-
obrazlı  şəkildə  ifadə  olunmuş  sistemləşdirilməsindən  ibarət 
idi.  Platon  və  Aristoteldən  başlayaraq  fəlsəfə,  artıq,  sadəcə, 
müdrikliyə  məhəbbətlə  kifayətlənməyərək,  nəinki  təkcə  insan 
haqqında, həmçinin onun həyat fəaliyyətinin cərəyan etdiyi dünya 
haqqında  təsəvvürlərin  etibarlı  fundamentinə  istinad  edən  təlim 
kimi formalaşır. Həm də, varlığın bu mənzərəsi artıq simvolik və 
bədii-obrazlı  formada  deyil,  getdikcə  daha  çox  anlayışlar  sistemi 
və  məntiqi  vasitələrlə  yaradılmağa  başlayır.  Lakin  insan 
təcrübəsinin  simvolik  və  bədii-obrazlı  ifadəsi  fəlsəfədən  heç 
zaman bütünlüklə kənarlaşdırılmamışdır. 
Mifologiyadan və dinin ilk formalarından fərqli olaraq, fəlsə-
fə  ənənələrə,  şüurun  kortəbii  şəkildə  formalaşmış  stereotiplərinə 
deyil,  insan  həyatının,  dünyanın  sərbəst  və  tənqidi  cəhətdən 
mənalandırılmasına  istinad  edir.  Fəlsəfə  mifologiyanın  antropo-
morfizminə (təbiət predmetlərinə və hadisələrinə insani keyfiyyət-
lər isnad verilməsinə)  və dinin ilkin formalarına obyektiv şəxssiz 
qüvvələrin  fəaliyyət  göstərdiyi  dünya  haqqında  təsəvvürləri  qarşı 
qoyur. 
Qədim  Yunan  fəlsəfəsi  həqiqi  varlığın  strukturu  haqqındakı 
məsələni  müzakirə  edərək,  bu  problemin  həllinə  dair  müxtəlif 
cavablar siyahısını təqdim etdi: son hədlər və ya maddənin bütün 
dünyanın  təşkil  olunduğu  ən  kiçik  hissəciklərinin  mövcudluğu 
P
P
P


ИГТИСАДИЙЙАТ ФЯЛСЯФЯСИ 
 
14
haqqında təsəvvürlər (antik atomizm); təbiətin sonsuz bölünənliyi, 
deməli bölünmənin hər hansı bir son həddinin olmaması haqqında 
təsəvvürlər; nəhayət, bütün mövcud olanın hər şeyi əhatə edən və 
hər şeyə nüfuz edən vəhdəti haqqında təsəvvürlər. Hər bir düşünən 
insan bu cür təsəvvürlərin şüurlu axtarışında və seçimində iştirak 
edə  bilərdi.  Həm  axtarış,  həm  də  seçim  tənqid  və  məntiqi  arqu-
mentasiya  metodları  əsasında  variantlardan  birini  qəbul  etmək 
vasitəsilə həyata keçirilirdi. 
Yarandığı  andan  etibarən,  fəlsəfə  məhz  fəlsəfi  biliyin  ən 
yetkin  və  mükəmməl  olmasını  iddia  etməyə  başladı.  Bu  ideyanın 
yaranması və ardıcıl olaraq möhkəmlənməsi  üçün o dövrdə  möv-
cud  olan  biliklərin  əksəriyyəti  (riyaziyyat  və  məntiq  kimi  xalis 
deduktiv  elmlər  istisna  olmaqla)  təsviri  və  faktik  səciyyə  daşıdı-
ğ
ına  görə  ciddi  əsaslar  var  idi.  O  dövrdə  empirik  təbiətşünaslıq 
kifayət  qədər  yetkinləşib  inkişaf  etmədiyinə  görə,  müşahidə 
olunan  proses  və  hadisələrin  hərəkətverici  qüvvələrini  və  səbəb-
lərini  aşkara  çıxarıb  izah  etməyi  fəlsəfə  öz  üzərinə  götürürdü.  O, 
dünyada  və  insanlar  aləmində  baş  verənləri  nəzəri  cəhətdən  izah 
etməyə yeganə qadir olan «elmlər elmi» kimi çıxış edirdi. 
Fəlsəfi  biliyin  özünəməxsusluğunu  əsaslandırmaq  üçün 
Aristotel  sonralar  «Metafizika»  adlandırılan  ilk  başlanğıclar  haq-
qında  təlim  yaratdı.  Aristotelin  anlamında  metafizika  o  vaxtlar 
təbii-elmi biliklərlə eyniləşdirilən, fiziki biliyin fövqündə dayanan 
xüsusi tip bilikləri ifadə edir. Əgər «bilik» anlayışını yalnız faktın 
və  ya  birbaşa  müşahidənin  inikası  kimi  deyil,  həm  də  müşahidə 
olunanın  nəzəri  izahı  və  onun  mahiyyətinin  dərk  edilməsi  kimi 
anlasaq,  fəlsəfə  öz  inkişafının  ilk  mərhələsində  bütün  mövcud 
biliklərin hamısını əhatə edirdi. Bu mənada o, bütöv bir tam kimi 
başa  düşülən  dünya  və  insan  haqqında  bilikləri  özündə  təcəssüm 
etdirir. Fəlsəfənin predmetinin bu cür anlaşılması uzun əsrlər boyu 
davam etmişdir. 
 
Xeyli  sonralar,  Yeni  dövrdən  başlayaraq,  fəlsəfədən  konkret 
elmlər qopub ayrılmağa başladılar. Eksperimental təbiətşünaslığın 
inkişafı  ilə  əlaqədar  olaraq,  konkret  elmlər  öyrəndikləri  fiziki, 

ИГТИСАДИЙЙАТ ФЯЛСЯФЯСИ 
 
15
kimyəvi,  bioloji  və  digər  təbii  proseslərin  mahiyyətini  öz  xüsusi 
metod  və  vasitələri  ilə  izah  etmək  qabiliyyəti  əldə  edib,  yüksək 
nəzəri  yetkinliyə  çatdılar.  Nəticədə  təbiət  elmləri  ali  bilik  kimi 
fəlsəfənin himayəsinə və nəzarətinə ehtiyac duymayaraq müstəqil 
nəzəri bilik  sahələrinə  çevrildi. Fəlsəfə artıq  «elmlər elmi» iddia-
sından  əl  çəkməli,  onun  predmeti  haqqında  təsəvvürlər  isə  dəyiş-
məli və dəqiqləşməli oldu. 
Elmlərin, xüsusən, XIX əsrin ortalarından başlayaraq sürətlə 
inkişaf  etməsi  fəlsəfənin  predmeti  və  funksiyası  haqqında  təsəv-
vürlərdə  ciddi  dəyişikliklər  yaratdı.  Bir  çox  görkəmli  mütəfək-
kirlər fəlsəfəyə xüsusi tip bilik kimi yanaşmağa başladılar. Məhz, 
bu  kontekstdə,  xüsusən,  marksist  fəlsəfədə,  fəlsəfəyə  təbiət, 
cəmiyyət və təfəkkürün ən ümumi inkişaf qanunları haqqında elm 
kimi  yanaşan  təsəvvürlər  formalaşdı.  Pozitivizmin  baniləri  daha 
radikal mövqelərdən çıxış edərək, hesab edirdilər ki, pozitiv, yəni 
konkret elmlər fəlsəfənin mövcudluğuna ehtiyacı tamamilə aradan 
qaldıraraq, onun varlığını lüzumsuz etdilər. 
Ə
n  ali  və  ya,  ümumiyyətlə,  insana  müyəssər  olan  yeganə 
bilik    kimi  anlaşılan  elmə  istinad  edilməsi,  fəlsəfi  təfəkkürün 
xarakteri haqqında təsəvvürlərdə ciddi dəyişiklik yaratdı. Fəlsəfə-
nin insan tərəfindən dünyanın mənəvi-praktik mənimsənilməsinin 
din,  əxlaqı  şüur,  estetik  qavrayış,  ideologiya  və  s.  kimi  digər 
formalarından  fərqli  olaraq,  təbiətin  və  insanın  varlığının  bütöv 
mənzərəsini  yaradarkən,  rasional  idraka  istinad  etməsi  haqqında 
təsəvvürlər geniş  yayıldı. Başqa sözlə, fəlsəfə  yalnız və istisnasız 
olaraq, insan intellektinin gücünə və qabiliyyətlərinə əsaslanmalı-
dır.  nsan  zəkası,  təfəkkürü,  yalnız  zahiri  müstəqilliyi  ilə  deyil, 
həm  də,  ümumiyyətlə,  dünyanın  və  qismən  də  insan  dünyasının 
dərki  üçün  tutarlı  əsas  kimi  nəzərdən  keçirilməyə  başlandı.  Buna 
görə  də,  bu  nöqteyi-nəzərdən,  fəlsəfə  varlığın  son  əsaslarının 
dərkindən  başqa  bir  şey  deyildir.  Fəlsəfə  dünyagörüşünün 
rasionallaşdırılmış  formasıdır.  Avropa  fəlsəfəsinin  çoxəsrlik 
tarixinin  ötən  mərhələlərində  fəlsəfənin  predmetinin  bu  cür 
anlaşılması olmamışdı. 

ИГТИСАДИЙЙАТ ФЯЛСЯФЯСИ 
 
16
XVII  –  XVIII  əsrlərdə  və  XIX  əsrin  birinci  yarısında 
fəlsəfənin  meydana  gəlmiş  predmetinin  anlaşılmasının  xarakterik 
xüsusiyyətlərindən biri də, o idi ki, gec – tez elə bir fəlsəfi sistem 
yaranacaq  ki,  o,  aşağıdakı  əsas  məsələnin  öhdəsindən  gələcək  – 
dünyanın  tam  ümumiləşdirilmiş  universal  mənzərəsini  yaratmaq 
və  orada  insanın  yerini  müəyyənləşdirmək,  fəlsəfənin  bu  cür 
ə
saslandırılması  bütün  zamanlar  üçün  mübahisəsiz  xarakter  alır! 
Bəşəriyyət həmişə onlara əsaslanmalı olacaqdır.  
 
Bu  cür  «sonuncu»,  bitmiş  və  yekunlaşmış  fəlsəfi  bilik 
sisteminin  yaradılmasına olan cəhdlər, daha aydın Hegel fəlsəfəsi 
və  marksizm  fəlsəfəsinin  də  daxil  olduğu,  bu  dövrün  fəlsəfi 
nümunələrində  ifadə  olunur.  Hegel  hesab  edirdi  ki,  onun  fəlsəfi 
sistemində mütləq ruh (dünya zəkası) idrakın adekvat formasını və 
öz  ülvi  dərinliyinin  ifadəsini  tapdı,  ona  görə  də,  onun  əsas 
mövqeləri  mütləqdir  və  dəyişilməz  həqiqətdir.  Fəlsəfədə  köklü 
inqilab etdiyini düşünən marksizmin də, mahiyyətcə, mövqeyi bu 
cürdür.  Onun  mahiyyəti  bundan  ibarətdir  ki,  fərqli  fəlsəfi  təlim-
lərin  müxtəlifliyi,  ilk  dəfə  marksist  fəlsəfənin  simasında  vahid, 
həqiqi, əsil fəlsəfə, məhz elmi fəlsəfə ilə başa çatır. Buna qədər ki 
bütün  tarixi-fəlsəfi  fikir-yalnız  fəlsəfənin  əsil  məzmununun 
yaranmasına və dərkinə gətirib çıxaran ön tarixdir. 
 
Aydındır  ki,  fəlsəfənin  təqribən  üç  minillik  tarixi  ərzində 
onun  predmeti  tədricən  dəyişmiş  və  dəqiqləşmişdir.  Lakin  bu 
sahədə  daha  radikal  dəyişikliklər,  göründüyü  kimi,  XIX  əsrin 
ortalarında  baş  verdi  və  fəlsəfə  bütövlükdə  öz  inkişafının  keyfiy-
yətcə yeni dövrünə qədəm qoydu. Beləliklə, Qərbi-Avropa fəlsəfi 
fikrində iki əsas tarixi dövr fərqləndirilir: ənənəvi, klassik fəlsəfə-
nin meydana gəlməsi və inkişafı dövrü,  XIX əsrin ikinci yarısın-
dan  başlayaraq,  bu  gün  də  davam  edən  qeyri-ənənəvi  və  qeyri-
klassik  fəlsəfə  dövrü.  Onu,  həm  də  postklassik  fəlsəfə  də 
adlandırırıq, çünki o, «gerçəkliyi öyrənmir – bununla elm məşğul 
olur  və  bizim  gördüyümüz  dünyanın  arxasında  gizlənən  yeni 
dünya  da  kəşf  etmir  –  bununla  din  məşğul  olur.  Fəlsəfə  isə 
mümkün  dünya  yaratmağa  cəhd  göstərir,  bu  baxımdan  o, 

ИГТИСАДИЙЙАТ ФЯЛСЯФЯСИ 
 
17
incəsənətə  yaxındır.  Azadlığın  mümkün  olduğu  bir  dünya  və 
bunun nəticəsi kimi – yaradıcılıq, məhəbbət, xoşbəxtlik»
1
 
 
Necə  olsa  da,  klassik  fəlsəfə  qərarlı  şəkildə  iddia  edirdi  ki, 
gec-tez o, elə bir fəlsəfi təlim yaradacaq ki, həmin təlim fəlsəfənin 
köklü  problemlərini  birdəfəlik  həll  edəcək,  yaxud  heç  olmasa, 
fəlsəfi  idrakın  köklü,  fundamental  problemlərinin  əsas  məzmu-
nunu  açacaqdır.  Müasir  fəlsəfə  məsələnin  bu  cür  araşdırılmasını 
heç  irəli  də  sürmür,  belə  ki,  o  hesab  edir  ki,  bu  prinsipcə  həll 
olunan  məsələ  deyil,  onun  qoyuluşu  mənasızdır.  Bu  cür  qərarın 
ə
sasları aydındır. Axı, insan idrakı təbiəti etibarilə sonlu və məh-
duddur.  O,  mütləq  idrak,  sonuncu  və  yekun  həqiqət  adlanmağa 
iddia edə bilməz. Lakin fəlsəfədə çoxdan müəyyənləşmiş həqiqətə, 
son 1,5 əsr ərzində daha çox istənilən şüur aktının sosial-tarixi və 
mədəni-tarixi  şərtlərilə  əlaqədar  olan  mühakimələr  əlavə 
olunmuşdur. 
 
nsan  təfəkkürü  və  idrakı  həmişə  konkret  sosial  və  mədəni 
şə
raitlə şərtlənir və məhdudlaşır. Bəşəriyyət inkişafını dayandırana 
qədər,  cəmiyyətin  verilmiş  tarixi  tipi  mövcud  biliklər  sistemi, 
həmçinin,  dünyanın  varlığı  və  insan  həyatının  dərin  kökləri  haq-
qındakı təsəvvürlər daim dəyişəcək. 
 
Eyni zamanda, fəlsəfənin inkişaf tarixi onun çoxmənalılığın-
dan, çoxplanlılığından və çox səviyyəliliyindən xəbər verir və əgər 
onunla  təbiət  haqqında  ən  ümumi  və  qismən  elmi  biliyin 
münasibəti planında tanış olsaq, fəlsəfə və elmin qırılmaz əlaqəsi 
aşkarlanır. Tarix göstərir ki, fəlsəfə ən azından ontoloji və qnoseo-
loji tərəfdən təbii elmlərin analoji yolu əsasında inkişaf etmişdir. 
 
Beləliklə,  öz  genezisinin  iki  momentində  –  meydanagəlmə 
mərhələsində,  sonra  isə  öz  inkişaf  tarixi  ərzində  məlum  oldu  ki, 
fəlsəfi  bilik  elmi  biliklə  məzmun  baxımdan  qovuşur.  Bu  məsələ 
ET   şəraitində,  elmin  sosial-mədəni  funksiyalarının  dərk  olunma 
tələbatının  yarandığı  dövrdə  daha  da  aktuallaşdı  və  hətta  «elmin 
fəlsəfəsi»  fənninin  yaranmasına  səbəb  oldu.  Özünü  dünyaya  XX 
                                                 
1
 Губин В.Д. Философия: актуальные проблемы. М. 2005. səh.7. 

ИГТИСАДИЙЙАТ ФЯЛСЯФЯСИ 
 
18
ə
srin ikinci yarısında tanıdan və «Elmin fəlsəfəsi» adlanan bu gənc 
fənn,  əsilində  bir  istiqamət  kimi  bir  əsr  öncə  meydana  gəlmişdi. 
«Elm  fəlsəfəsinin  predmeti,  –  tədqiqatçıların  qeyd  etdiyinə  görə, 
fəaliyyətin  xüsusi  növü  olan  elmi  idrakın  əsasları  və  ümumi 
qanunauyğunluqlarıdır və onların tarixi inkişafında, tarixən sosio-
mədəni kontekstdə dəyişən elmi biliklərin istehsalıdır.»
2
 
 
Qeyd  etmək  lazımdır  ki,  fəlsəfənin  elmililiyinin  genetik 
aspekti, struktur aspektlə tamamlanır. Fəlsəfə daima idrakın müx-
təlif  sahələrindən  informasiya  alır  və  işləyib  hazırlayır.  Bu 
informasiya  müxtəlif  əlaqə  kanallarından  daxil  olur:  konseptual, 
ezoterik və s. Bu əsasda dünyanın universal mənzərəsi formalaşır, 
dəyişir,  təkmilləşir,  varlığın  sistemliyi,  məkan,  determinizm, 
idrakın  subyekt-obyekt  münasibətləri,  idrakın  metodları,  ən 
ümumi prinsipləri və s. haqqında fəlsəfi təsəvvürlər işlənib hazır-
lanır.  Fəlsəfi  biliyin  məzmununa  xüsusi  elmlərin  ayrı-ayrı  funda-
mental  anlayışları  («atom»,  «simmetriya»,  «sinergetika»  və  s.), 
təbiətşünaslığın  daha  ümumi  qanunları  və  prinsipləri  (məsələn, 
enerjinin saxlanması və çevrilməsi qanunu) daxildir. 
 
Beləliklə, demək olar ki, təbii elmi faktların fəlsəfədə istifa-
dəsi  artıq  onun  elmiliyindən  xəbər  verir.  Struktur  planda  spesifik 
fəlsəfi  anlayışlar  və  idrak  vasitələri  baxımından  fəlsəfədə  elə 
məqamlar  mövcuddur ki, onlar fəlsəfəni elm kimi nəzərdən keçir-
məyə əsas verir. 
 
Elmi  biliyin  xarakterik  əlamətlərinə,  yaxud  xüsusiyyətlərinə 
diqqət yetirək. 
 
drak, adətən, praktik  və dəyər-qiymətləndirmə fəaliyyəti ilə 
müqayisə  olunur.  drak-gerçəkliyin  dərk  edilmiş  konkret-hissi  və 
idraki  obrazların  əldə  edilməsi,  qorunması,  dəyişdirilməsi  və 
sistemləşdirilməsi üzrə fəaliyyətdir. Bilik isə idrakın nəticəsidir. 
 
Bu və ya digər biliklər sistemi elm hesab olunur, yaxud, əgər 
o, müəyyən meyarlara uyğun gələrsə, elmin sferasına aid edilir. 
 
                                                 
2
 Степин В.С., Горохов В.Т. Философия науки и техники. М., 1996. səh. 9. 

ИГТИСАДИЙЙАТ ФЯЛСЯФЯСИ 
 
19
 
Elmin meyarlarına aşağıdakılar aiddir: 
1.
  Obyektivlik, yaxud obyektivlik prinsipi. Elmi bilik «öz-öz-
lüyündə»  götürülmüş  təbii  obyektlərin  aşkarlanması  ilə 
bağlıdır.  Bu  zaman  hər  hansı  fərdi  maraqlar  və  fövqəl-
təbiilik  istisna  edilir.  Təbiətin,  onun  özündən  çıxış  edərək 
dərk  olunması  tələb  edilir.  Bu  zaman  o  (təbiət)  və  həmçi-
nin,  predmetlər  arasındakı  onların  münasibətləri  heç  bir 
kənar müdaxiləyə ehtiyac olmadan, yəni, hər-hansı subyek-
tiv və ya fövqəltəbiilik əlavə edilmədən olduqlqrı kimi dərk 
edilirlər; 
2.
  Rasionallıq, rasional əsaslandırma, sübut. Bir sıra tədqiqat-
çıların qeyd etdikləri kimi gündəlik bilik, hər şeydən əvvəl, 
istinad xarakteri daşıyır – o, baxışlara, avtoritetə əsaslanır; 
elmi  biliklə  isə,  sadəcə,  məlumat  verilmir,  bu  məlumatın 
həqiqiliyinin zəruri əsası göstərilir; burada kafi əsas prinsipi 
təsir göstərir; həqiqət məsələlərində zəka hakim olur, idra-
kın  tənqidiliyi  və  rasional  prinsiplər  isə  onun  əldə  olunma 
üsulu kimi çıxış edir; 
3.
  Essensial istiqamət, yəni mahiyyət və qanunauyğunluqların 
hasil edilməsinə istiqamətlənmə; 
4.
  Biliyin xüsusi qurumu, xüsusi sistemi; adi (gündəlik) bilik-
dəki  kimi,  sadəcə,  nizamlanma  deyil,  dərk  edilmiş  prinsip-
lərlə,  nəzəriyyə  formasında  və  müfəssəl  nəzəri  anlayışlar 
şə
klində nizamlanma; 
5.
  Yoxlanılma; bu, həm elmi müşahidəyə, praktikaya, həm də 
təcrübəyə  məntiq,  məntiqi  yolla  müraciətdir;  elmi  həqiqət 
biliyi  xarakterizə  edir,  bilik  prinsipcə  yoxlanılandır  və  son 
halda  təsdiqlənəndir.  Elmi  həqiqətin  yoxlanılan  olması, 
praktikada  yenidən  hasil  edilməsi  onu  ümuməhəmiyyətli 
edir. 
Ümuməhəmiyyətlilik  öz-özlüyündə,  bu  və  ya  digər  vəziy-
yətin  həqiqiliyinin  meyar  göstəricisi  deyil.  Əksəriyyətin  qəbul 
etdiyi  vəziyyət  hələ  onun  həqiqət  olması  demək  deyil.  Həqiqətin 

ИГТИСАДИЙЙАТ ФЯЛСЯФЯСИ 
 
20
ə
sas  meyarı  başqadır.  Həqiqət  ümumi  əhəmiyyətdən  çıxış  etmir, 
ə
ksinə, həqiqət ümumi faydalığı tələb və təmin edir. 
 
Qeyd  edilmiş  elmi  meyarların  hər  biri  fəlsəfi  biliklərdə, 
xüsusilə,  ontologiya  (varlıq  fəlsəfəsi)  qnoseologiya  (epistemolo-
giya)  və  elmi  idrakın  metodologiyasında  tətbiq  olunandır,  bunu 
müvafiq  problematikası  olan  bütün  fəlsəfi  sistemlərdə  görmək 
olar. 
 
Yuxarıda  söylənilənlərdən  belə  bir  nəticə  çıxarmaq  olar  ki, 
fəlsəfə biliyin elmi sferasına (hər halda  öz  məzmununun  müəyyən 
hissəsinə  görə)  daxildir  və  bu  mənada  fəlsəfə  elmdir,  elmi  biliyin 
növüdür.  Elmi  biliyin  növü  kimi  fəlsəfənin  nəzərəçarpan 
spesifikliyi  –  dünyagörüşünün  əsas  məsələsi  nöqteyi  –  nəzərindən 
informasiyanın ifrat ümumiləşdirməsidir. 
 
Bu  vəziyyət  fəlsəfənin,  ilk  növbədə,  ictimai  elmlərlə  deyil, 
təbiətşünaslıqla  qarşı-qarşıya  qoyulmasından  irəli  gəlir.  Bu 
səbəbdən  qeyd  olunan  münasibətlərdə  fəlsəfənin  təbiətşünaslıq 
elmlərinə yaxın olması fikrini söyləmək məntiqi olardı. 
 
Bununla  yanaşı,  fəlsəfənin  ictimai  fənlərlə  də  ümumi  cəhət-
ləri  çoxdur.  Şübhəsiz  ki,  fəlsəfə  cəmiyyəti  də  öyrənir.  O,  xüsusi 
ictimai elmlərlə-iqtisadiyyat, hüquq, politologiya, sosiologiya və s. 
ilə  sıx  əlaqə  saxlayaraq  bu  elmlərdən  əldə  edilən  məlumatları 
müəyyən  baxış  bucağında  ümumiləşdirir.  Fəlsəfə  və  ictimai  elm-
lərin  məzmun-predmet  qarşılıqlı  təsiri  onu,  həm  də  ictimai  bilik 
hesab etməyə imkan verir. 
 
Eyni zamanda, fəlsəfə öz predmet və məzmununu ictimai və 
təbiətşünaslıq elmlərinə şamil etmədən müəyyənləşdirir. 
 
Fəlsəfəni  digər  elmi  bilik  sahələrindən,  həm  də  yalnız  ona 
xas  olan  funksiyalar  fərqləndirir.  Onlardan  vacibi  və  bütün  bəşə-
riyyətin  inkişafı  boyunca  öz  aktuallığını  itirməyən  qnoseolo-
giyadır. 
 
Qnoseologiya  (yunanca,  qnosis  -  «bilik»,  loqos  «təlim»), 
yaxud  idrak  nəzəriyyəsi-fəlsəfənin  idrakın  təbiətini,  imkanlarını, 
biliyin  reallığa  münasibətini  öyrənən,  idrakın  doğruluq  şərtlərini  
müəyyənləşdirən sahəsidir. 

ИГТИСАДИЙЙАТ ФЯЛСЯФЯСИ 
 
21
 
Qeyd  etmək  lazımdır  ki,  son  onillikdə  qnoseologiya  ilə 
paralel  olaraq  «epistemologiya»  (yunan  sözü  olub,  «episteme  - 
bilik» deməkdir) termini geniş vüsət tapıb. Bu onunla əlaqədardır 
ki, daha çox idrak nəzəriyyəsi ilə məşğul olan ingilisdilli müəllif-
lərin  əsərlərində  «epistemologiya»  termini  istifadə  olunur. 
Hərçənd, adları çəkilən terminlərdən istifadə etmənin spesifikliyini 
yaratmaq  cəhdi  vardır.  Epistemologiya  empirik  müşahidəyə 
ə
saslanan  bilik  haqqında  təlim  kimi  şərh  edilir,  ona  görə  də  onu 
bütün  idraki  problemlər  maraqlandırmır.  drak  prosesinin  bütöv-
lükdə  öyrənilməsinə  həsr  olunan  qnoseologiyadan  fərqli  olaraq, 
epistemologiya  reallıq  haqqında  biliklərin  əsasının  və  həqiqətin 
şə
rtlərinin  aşkarlanmasına  istiqamətlənib.  Demək  olar  ki,  episte-
mologiya  real  həqiqi  biliyin  alınması  nöqteyi-nəzərindən  təhlili 
idrak  prosesidir,  ciddi  qnoseologiyadır.  Epistemologiyanın  vəzi-
fəsi elmi idrakın fundamental prinsiplərini  məntiqi analiz vasitəsi 
ilə açmaqdır.
3
 
 
«Mən nəyi bilə bilərəm?» - Kant idrak nəzəriyyəsinin cavab-
landırmalı  olduğu  ümumi  sualı  bu  cür  formula  etmişdi.  Sonrakı 
analizdə  bu  məsələ  çoxsaylı  digər  məsələlərə  şaxələnir.  Biliyin 
mübahisəsiz,  mütləq  həqiqi  əsası,  yaxud  mənbəyi  varmı?  drakın 
sərhədləri  varmı?  Biliyi  yalan  mühakimədən  ayıran  meyarlar 
varmı? Həqiqət nədir və ümumiyyətlə, ona çatmaq olarmı? Bu və 
buna bənzər suallar qnoseologiyanı maraqlandırır və müzakirəsinə 
səbəb olur. Daha doğrusu, qnoseologiya insanın idraki fəaliyyətini 
xarakterizə edən ən ümumini öyrənir. O, subyekt və obyekt, maddi 
və  mənəvi,  şüur  və  həqiqət,  praktika,  hissi  və  rasional,  nəzəri  və 
empirik, intuisiya, kreativlik və s. kimi məfhum və kateqoriyalara 
ə
saslanır. 
 
Subyekt-obyekt  münasibətlərinin  digər  tərəfləri  ilə  yanaşı 
qnoseologiyanın  predmetinə  həm  də  elmi  və  adi,  individual 
biliyin,  idraki  fəaliyyətin  bədii  və  digər  növlərinin  spesifikası 
daxildir. 
                                                 
3
 Лешкевич Г.Г. Философия науки: традиции новации. М. 2001, səh. 5. 

ИГТИСАДИЙЙАТ ФЯЛСЯФЯСИ 
 
22
 
Lakin  burada  əsas  məqsəd  idrakın  bu  növlərini  nəzərdən 
keçirmək deyil. Əks halda fəlsəfi idrak çevrilərək elmşünaslığın və 
ya elmi idrak məntiqi və metodologiyasının bir hissəsinə çevrilmiş 
olardı.  drakın bu və  ya digər növünün spesifikliyi idrak nəzəriy-
yələrini  yalnız  dünyagörüş  və  həqiqətə  nailolma  baxımından 
maraqlandırır. 
 
Bununla  belə,  digər  idraki  fənlərin  xüsusi  nöqteyi-nəzərdən 
öyrəndiyi  hadisələri  nəzərdən  keçirərkən,  müasir  elmi  fəlsəfə 
özünün  bünövrəsi kimi digər elmlərin də  əldə etdiyi  məlumatlara 
arxalanır. 
 
Qnoseologiyada  dünyanın,  ümumiyyətlə,  dərk  edilənliyi 
məsələsi  heç  də  ikinci  dərəcəli  məsələlərdən  deyil.  Bu  məsələni 
prinsip  etibarilə  aşağıdakı  kimi  formulə  etmək  olar:  bizim  ətraf 
aləm haqqında düşündüklərimiz bu aləmin özünə hansı münasibət-
dədir? 
 
Məsələnin  bu  cür  qoyuluşu  göstərir  ki,  xarici  tərəflərı  ilə 
yanaşı daxili, mahiyyət keyfiyyətlərinə malik olan predmet, proses 
və  hadisələrdən  ibarət  olan  dünyanın  dərki  çox  mürəkkəb 
məsələlərdən  biridir.  Beləliklə,  dünyanın  dərki  məsələsi  idraki 
predmetlərin  səhihliyi,  onların  mahiyyəti  və  təzahürü  problemin-
dən başqa bir şey deyil. 
 
Fəlsəfə  tarixində  bu  problemlə  bağlı  iki  yanaşma  təşəkkül 
tapmışdır.  Birinci,  yanaşmanın  tərəfdarları  dünyanın  dərkedilmə 
məsələsini  müsbət  həll  edirlər.  Digər  yanaşmanın  nümayəndələri 
isə  bu  məsələni  aqnostik  tərzdə  həll  edir,  yəni,  dünyanın  dərk 
edilənliyini inkar edir.  ndi bu və ya digər konsepsiyanın tərəfdar-
larının mövqelərinə daha ətraflı nəzər salaq. 
 
Ə
silində,  aqnostisizmin    həm  tarixdə,  həm  də  hazırda  geniş 
yayılmış formalarının heç birinə, yuxarıda deyilənləri tam şəkildə 
ş
amil  etmək  düzgün  olmazdı.  Fəlsəfədə  aqnostisizm  onu  sübut 
edir ki, idrak dərin fəlsəfi təhlilə ehtiyac duyan çox mürəkkəb bir 
prosesdir. 
 
drak  haqqında  təlimin  kökləri  çox  qədim  zamanlara,  hələ 
Heraklit, Platon, Parmenidin yaşadığı dövrə gedib çıxır. Fəlsəfənin 

ИГТИСАДИЙЙАТ ФЯЛСЯФЯСИ 
 
23
inkişafı  prosesində  qnoseoloji  xarakterli  məsələlərin  həllinə  üç 
yanaşma formalaşmışdır. Onlardan ən erkənini ontoloji qnoseolo-
giya
 adlandırmaq olar. Nəzərə alsaq ki, ontologiya varlıq haqqında 
təlimdir, onda bu konsepsiyanın tərəfdarlarının gerçəkliyin əsasları 
haqqında  təsəvvürlərinin  kifayət  qədər  subyektiv,  ixtiyari  olduğu 
aydınlaşır. Belə ki, məsələn, Platona görə, ideyalar və ya formalar 
aləmi  mövcudatın  əsasını,  yəni,  ontologiyanı  təşkil  edir.  Qnoseo-
logiya isə  seyretmə prinsipini və  ya ruhun şeylər aləminin həqiqi 
mahiyyətinin  yada  salınması  əsasında  qurulurdu.  Bu  konsepsiya 
ə
zəldən reallıq haqqında hansısa bir müddəanı ixtiyari olaraq daxil 
edir və buradan idrak prosesinin özü haqqında fikir yürüdür. 
 
Yeni  dövrdə,  yəni  XVII  əsrdən  başlayaraq,  idrak  haqqında 
təlim,  yəni  qnoseologiya  məsələləri  filosofların  əsərlərində  mər-
kəzi yer tutur. Belə bir «qnoseoloji dönüş»ün aşağıdakı səciyyəvi 
xüsusiyyətlərini  qeyd  etmək  olar.  nsanın,  subyektin  dərk  etdiyi 
aləm sonsuz və rəngarəngdir.  nsanın isə sonu olduğundan əvvəlcə 
onun  idraki  imkanlarını,  qabiliyyətlərini  və  zəkasının  hüdudlarını 
müəyyənləşdirmək lazımdır. 
 
Yeni  dövr  filosoflarının  əsərlərinin  adlarına  nəzər  salsaq, 
onda  bizi  maraqlandıran  problemin  o  zaman  mərkəzi  yer 
tutduğunun  şahidi  olarıq:  «Ağıla  rəhbərlik  qaydaları»  (R.Dekart), 
« nsan zəkasına dair təcrübə» (C. Lokk), « nsanın təbiəti haqqında 
traktat» (D.Yum), «Xalis əqlin tənqidi» ( .Kant) və b. 
 
«Qnoseoloji  dönüş»  çərçivəsində  skeptik  və  tənqidi  adlanan 
iki yanaşma formalaşmışdı. 
 
Avropa  rasionalizminin  banisi  olan  fransız  riyaziyyatçısı  və 
mütəfəkkiri  Rene  Dekart  öz  sistemini  qurarkən  dövrünün  ən 
mühüm  fəlsəfi  cərəyanı  olan  skeptisizmlə  üzləşmiş  oldu.  Bir 
tərəfdən o, özü də radikal şübhə prinsipini irəli sürür. Bu prinsipə 
ə
sasən, insanın şüurunda tam mötəbər, şübhə doğurmayan heç bir 
fakt  yoxdur.  Antik  skeptiklərin  ardınca  Dekart  da  bildirirdi  ki, 
hisslərimiz  bizi  daimi  aldadır.  Bu  səbəbdən  də  bizim  həm  ətraf 
hadisələr, həm də öz vücudumuz haqqında bildiklərimizin həqiqi-
liyinə  şübhə  var.  Total  şübhə  prinsipini  Dekart,  həmçinin,  sırf 

ИГТИСАДИЙЙАТ ФЯЛСЯФЯСИ 
 
24
intellektual riyazi həqiqətlərə də şamil edir. Dahi riyaziyyatçı əmin 
idi  ki,  bu  hesablamalarda  da  səhvlərə  yol  verilə  bilir.  Bütün  bu 
fikirlər nəticə etibarilə Dekartın məşhur «Mən fikirləşirəm, deməli 
mövcudam»  (cogito  ergo  sum)  formalaşmasına  gətirib  çıxarır. 
Skeptisizmin  arqumentlərini  qabardan,  hətta  möhkəmləndirən 
Dekart,  bununla  yanaşı,  skeptisizmi  daxildən  aradan  qaldırmağa 
cəhd göstərir. O, belə hesab edir ki, skeptisizm həqiqətə nail olma 
imkanını  inkar  edir.  Dekart  özünün  qnoseoloji  optimizmini 
«Metod haqqında mühakimələr» adlanan əsərində belə bəyan edir: 
«Nə  dərkedilməz  müasir  həqiqətlər,  nə  də  açıqlanmaz  sirrlər 
mövcud ola bilməz.»
4
 
 
Lakin  sonrakı  skeptiklər  və  ilk  növbədə,  D.Yum  belə  hesab 
edirdilər   ki,  Dekart skeptisizmi  aradan  qaldıra  bilmədi. Dekar-
tın  idraki  optimizmindən  fərqli  olaraq,  D.Yum  idrakı  mümkün 
qədər daraltmağa səy göstərərək, onu bünövrəsində maddi və hətta 
ruhi substansiya haqqında subyektiv səbəbiyyət konsepsiyalarının 
və  illüzor  təsəvvürlərin  dayandığı  təəssürat  və  ideyaların  səviy-
yəsinə endirir. 
 
Tənqidi adlanan ikinci yanaşma daha parlaq şəkildə  .Kantın 
fəlsəfəsində  öz  əksini  tapmışdır.  .Kant  qnoseologiyanın  elmi 
idrak  haqqında  təlim  kimi  müəyyənləşdirilməsinə  doğru  həlledici 
addım  atmışdı.  .Kantın  «Xalis  əqlin  tənqidi»  adlı  əsəri  qnoseo-
logiya tarixində böyük bir hadisə olmuşdu. Bu yanaşma ona görə 
tənqidi  adlanır  ki,  burada  Kant  biliyin  müxtəlif  fenomenlərinin 
ə
saslarını üzə çıxarır, onların mümkünlüyünün şərtlərini təhlil edir 
və bilik yaratma iddialarını təsdiq və ya təzkib edir. 
drak  nəzəriyyəsi  insanın  idraki  fəaliyyətini  onun  obyektiv 
reallığa,  həqiqətə  və  həqiqətin  əldə  edilməsi  prosesinə 
münasibətdə  tədqiq  edir.  Beləliklə,  qnoseologiyanın  əsas  anlayı-
ş
ını  «həqiqət»  təşkil  edir.  Həqiqət  haqqında  müxtəlif  konsepsi-
yalar  mövcuddur.  Həqiqəti  bilik  və  təsəvvürlərin  real  gerçəkliyə 
uyğunluğu  kimi  səciyyələndirən  klassik  (və  ya  korrespondent) 
                                                 
4
 Декарт Рене. Соч: ВГТ. М., 1989. П 1, səh.261. 

ИГТИСАДИЙЙАТ ФЯЛСЯФЯСИ 
 
25
konsepsiya  Aristotel  tərəfindən  irəli  sürülmüşdür.  Lakin  klassik 
konsepsiyanın əsaslandığı və ilk baxışda sadə görünən anlayışlara 
daha dərindən nüfuz edərkən ciddi çətinliklər ortaya çıxır. Bilik və 
təsəvvürlərin  gerçəkliyə  uyğunluğunu  çox  vaxt  biliklərin  faktlara 
uyğunluğu  kimi  şərh  edirlər.  Lakin  faktlar  özü  də  müəyyən 
hökmlər  şəklində  ifadə  olunduğuna  görə,  əsilində,  burada  söhbət 
biliyin  gerçəkliyə  uyğunluğundan  deyil,  bir  hökmün  digərinə 
uyğunluğundan gedir. 
 
Klassik  konsepsiyanın  qarşılaşdığı  çətinliklər  həqiqət 
haqqında müxtəlif konsepsiyaların meydana gəlməsinə səbəb oldu. 
Bunlardan biri olan koherent konsepsiya, biliyin daha fundamental 
və  ümumi  biliklər  sistemi  ilə  ziddiyət  təşkil  etməməsini  onun 
həqiqət  olmasının  əsas  kriteriyası  hesab  edir.  Bu  konsepsiyanın 
meydana gəlməsində müəyyən psixoloji faktor da az rol oynama-
mışdır.  Biz,  adətən,  elə  yeni  biliyi  həqiqət  kimi  qəbul  etməyə 
meyilliyik  ki,  o  bizim  artıq  formalaşmış  baxışlar  və  təsəvvürlər 
sistemimizlə  ziddiyyət  təşkil  etmir.  Lakin  biliyin  digər  biliklər 
sistemi ilə ziddiyyət təşkil etməməsi, onun həqiqət olduğunu qəbul 
etmək  üçün  əsas  ola  bilməz.  Məsələ  burasındadır  ki,  müəyyən 
ziddiyyətsiz  biliklər  sisteminə  daxil  olan  bütün  hökmləri  onlara 
ə
ks  olan  hökmlərlə  əvəz  etsək,  yenə  də  məntiqi  cəhətdən  ziddiy-
yətsiz  sistem  almaq  mümkündür.  Təbiidir  ki,  bu  həmin  sistemi 
təşkil  edən  hökmlərin  həqiqət  olduğunu  iddia  etməyə  əsas  verə 
bilməz. 
 
Praqmatik  həqiqət  konsepsiyası  fayda  gətirən  və  praktikada 
uğur  qazanmağa  kömək  edən  biliyi  həqiqət  hesab  edir.  Amerika 
filosofu  və  psixoloqu  Uilyam  Ceyms  hesab  edirdi  ki,  insanlara 
xeyir verən istənilən ideya, məsələn, Allahın varlığı həqiqət sayıl-
malıdır. Lakin praktikanı həqiqətin meyarı hesab edən konsepsiya, 
həqiqət  haqqında  ən  səmərəli  və  geniş  yayılmış  baxışları  özündə 
təcəssüm  etdirir.  Praktika  dedikdə,  insanların  maddi  və  mənəvi 
gerçəkliyin məqsədyönlü şəkildə mənimsənilməsi və dəyişdirilmə-
sinə  yönəldilmiş  hissi-predmet  fəaliyyəti  başa  düşülür.  Praktika 

ИГТИСАДИЙЙАТ ФЯЛСЯФЯСИ 
 
26
haqqında  təlimə  istinad  edən  həqiqət  konsepsiyanın  ən  qatı 
tərəfdarları marksistlərdir. 
 
Həqiqət  haqqında  yuxarıda  adları  çəkilən  bu  konsepsiyalar 
bir-birini  inkar  etməyərək,  qarşılıqlı  surətdə  biri  digərini  tamam-
layır. Tədqiqat predmetindən və fəaliyyət sferasından asılı olaraq, 
bu  konsepsiyaların  rolu  müxtəlif    olur.  Məntiqçilər  və  riyaziy-
yatçılar  koherent  konsepsiyaya  üstünlük  verirlər.  Təbiətşünaslar 
daha çox uyğunluq konsepsiyasına istinad edirlər. 
 
Konkret-tarixi şəraitdən asılı olaraq, qazanılmış biliklərin hə-
qiqilik  dərəcəsi,  onların  dəqiqliyi  və  dolğunluğu  müxtəlif  səviy-
yələrdə  olur.  Konkret-tarixi  şəraitlə  şərtlənən  bu  cür  bilik  nisbi 
həqiqət adlanır. Beləliklə, insan idrakının inkişafı bir nisbi həqiqə-
tin  digəri  ilə  əvəz  olunması  yolu  ilə,  onun  daha  dəqiq  və  dolğun 
biliklər əldə etməsinə doğru istiqamətlənmişdir. 
 
Hər  hansı  bir  hadisə,  yaxud  predmet  haqqındakı  tamamilə 
dəqiq,  hərtərəfli  bilik  mütləq  həqiqət  hesab  olunur.  Bu  zaman 
mütləq həqiqətin əldə olunmasının imkanları barədə sual meydana 
çıxır. Biz artıq bilirik ki, aqnostiklərə görə bu cavab mənfidir, belə 
ki,  onların  fikrincə,  idrak  prosesində  yalnız  nisbi  həqiqətlərdən 
söhbət gedə bilər, yəni mütləq bilik əldə etmək qeyri-mümkündür. 
 
Mütləq həqiqət dedikdə, insan idrakının can atdığı son hədd, 
son  məqsəd  başa  düşülür  və  hər  hansı  nisbi  həqiqət  bizi  bu 
məqsədə yaxınlaşdıran mərhələ, pillə kimi başa düşülür. 
 
Beləliklə,  nisbi  və  mütləq  həqiqətlər,  əsilində,  həqiqətin 
fərqli  formaları  və  ya  səviyyələridir.  Bizim  bildiklərimiz  həmişə 
nisbidir,  belə  ki,  cəmiyyətin  inkişaf  səviyyəsindən,  texnikanın, 
elmin vəziyyətindən və s.-dən asılıdır.  drakımızın səviyyəsi yük-
səldikcə,  biz  mütləq  həqiqətə  bir  o  qədər  yaxınlaşırıq.  Lakin  bu 
proses sonsuz da ola bilər, çünki tarixi inkişafın hər mərhələsində 
bizi əhatə edən  dünyada  yeni tərəflər və xassələr aşkar olunur və 
biz  dünya  haqqında  daha  dolğun  və  dəqiq  biliklər  yaradırıq. 
Obyektiv  həqiqətin  bir  nisbi  formasından  digərinə  keçidindən 
ibarət  bu  daimi  proses  idrak  prosesinin  inkişafının  vacib  təzahü-
rüdür. Beləliklə, hər nisbi həqiqətdə mütləq həqiqətin payı var və 

ИГТИСАДИЙЙАТ ФЯЛСЯФЯСИ 
 
27
ə
ksinə: mütləq həqiqət-nisbi həqiqətlərin sonsuz ardıcıllığının son 
həddidir. 
 
Həqiqət haqqında mülahizələrdən sual yaranır: həqiqət yalnız 
anlayışlar  və  anlayışlı  təfəkkürlə  bağlıdır,  yoxsa  gerçəkliyin  hissi 
dərkini  də  əhatə  edir?  Fəlsəfədə  spesifik  əhəmiyyətə  malik  olan 
«izah»  və  «dərk»  vasitəsilə  həqiqətin  əldə  olunması  yollarının 
araşdırılması baxımından bu sual olduqca aktualdır. 
 
Təbiətşünaslıq  belə  bir  fərziyyəyə  əsaslanır  ki,  dərk  edən 
subyektə münasibətdə xarici obyekt mövcuddur və təbii elm onun 
ümumiləşdirilmiş  təsvirini  verməyə  can  atır.  Buradan  həqiqətin 
özü  də  klassik  mənada  obyektə  uyğun  təsvir  kimi  dərk  olunur. 
Burada  mərkəzi  məqam  –  insandan  və  onun  idrakından  asılı 
olmayan obyektdir. Obyektin həqiqi, yaxud yalan təsvirləri bizdən 
asılı deyil. Biz, əlbəttdə, ən müxtəlif təsvirlər yarada bilərik, lakin 
bunlardan  hansının  həqiqi  olması  isə  bizdən  yox,  obyektdən 
asılıdır. 
Təbii-elmi  həqiqətin  intersubyektivliyi  bununla  şərtlənir. 
Ə
gər həqiqət obyekt tərəfindən müəyyənləşirsə onda, cinsi, sosial, 
milli, dini və s. fərqlərdən asılı olmayaraq, həqiqət hamı üçün eyni 
olacaq.  Təbii-elmi  həqiqətin  obyektivliyi,  daha  doğrusu,  onun 
yalnız  idrak  obyektindən  asılılığı,  elmin  intersubyektivliyinin 
ə
sasını təşkil edir. 
 
Bu zaman həqiqətin əldə olunmasının fəal və hamı tərəfindən 
qəbul  olunan  üsulu,  şərh  adlanan  əqli  prosesdir.  Şərhin  bir  neçə 
tipi var: deduktiv, struktur, genetik. 
 
Deduktiv şərh zamanı hər hansı bir hadisə fakt şəklində artıq 
məlum  olan  qanunlara,  prinsiplərə  şamil  edilir  və  izah  olunmuş 
hesab edilir. Artıq məlum qanunların bəzi təzahürlərini təsvir edən 
cümlələrin  məntiqi  vacibliyini  vurğulamaq  üçün  bu  üsul  həm  də 
deduktiv-nomoloqi  (yun.  nomos  –  qanun)  izah  adlanır  (burada 
.Kantın  antinomiyaları  yada  düşür.  «Antinomiya»  –  «qanuna-
zidd» – bu yunan termininin hərfi mənasıdır. 
 
Struktur şərh – bu obyektlərin strukturunun öyrənilməsi əsa-
sında  mürəkkəb obyektləri xarakterizə edir. 

ИГТИСАДИЙЙАТ ФЯЛСЯФЯСИ 
 
28
 
Genetik  izah  dedikdə  hadisə  və  proseslərin,  onların  səbəb-
nəticə və tarixi ardıcıllıq baxımından təsviri nəzərdə tutulur. 
 
Elmin intersubyektivliyi, yəni, təbii-elmi həqiqətin obyektiv-
liyi onun emosional cəhətdən neytral olmasını şərtləndirir. Məsə-
lən, biz sakitcə qəbul edirik ki, düzbucaqlı üşbucaqda hipotenuzun 
kvadratı katetlərin kvadratları cəminə bərabərdir, bu biliyi istifadə 
edirik və bu zaman heç bir xüsusi hisslər keçirmirik. 
 
Humanitar  elmlərdə,  xüsusilə  də,  sosial  fəlsəfənin  müəyyən 
konsepsiyalarında  formalaşan  mühakimələr  təbii-elmi  mühakimə-
lərdən fərqlidir. Təbii-elmi mühakimənin elmi ictimaiyyət tərəfin-
dən  həqiqət  kimi  qəbul  olunması  üçün  adi  elmi  izah  kifayətdir; 
təbiət  haqqında  elmlərə  həyat  və  ruh  haqqındakı  elmləri  qarşı 
qoyanlar üçün isə bu üsul kifayət deyil, yəni, canlı həyatı anlayış-
larla izah etmək olmaz. Bəs, onda bu fərqi necə izah etməli? 
 
Güman  etmək  olar  ki,  həqiqət  anlayışı  humanitar  elmlərdə 
təbiətşünaslığın  məhrum  olduğu  dəyərləndirmə  momentinə 
malikdir.  Razılaşaq  ki,  həqiqətin  bəzi  təbii-elmi  yanaşmalarında 
biz  gerçəkliyin  müəyyən  məqamlarını  qəbul  etsək  də,  onları 
dəyərləndirmirik.  Lakin  biz  cəmiyyətə  və  ya  insana  münasibətdə 
hər hansı mühakiməni həqiqət kimi qəbul etdikdə, mütləq buraya 
dəyəri də əlavə edirik: verilmiş mühakimə ədalətlidir, arzuolunan-
dır,  xeyirli  və  sərfəlidir;  bəzi  ideya  və  nəzəriyyələrin  həqiqiliyini 
qəbul etmək istəməyəndə biz onların reallığa uyğun olmamasından 
daha çox, bizim xeyir və ədalət haqqında təsəvvürlərimizə uyğun 
olması barədə düşünürük. 
 
Beləliklə, humanitar elmlərdə həqiqət anlayışı təbiətşünaslıq-
dan  daha  mürəkkəb  və  daha  zəngindir:  onun  məzmununa  nəinki 
obyektə  uyğunluq  ideyası,  həm  də  subyektə-onun  ali  dəyərlər 
haqqında təsəvvürlərinə uyğunluğu ideyası daxildir. 
 
Həyat  fəlsəfəsi  (Diltey,  Zimmel,  Rikkert)  hesab  edir  ki,  ruh 
haqqında  elmlərdə  idrak  metodu  idrak  obyektini  hiss  etmək  və 
duymaq bacarığının təzahürü kimi çıxış edən dərketmədir. Hisslər 
və  həyəcanlar  özləri  isə  mülahizələrdə  ifadə  olunur,  bu  da 

ИГТИСАДИЙЙАТ ФЯЛСЯФЯСИ 
 
29
psixologiyada, incəsənətdə, fəlsəfədə, hüquqşünaslıqda və s. təcəs-
süm olunur. 
 
Hissi həyəcana əsaslanan dərketmə metodu hermenevtika ilə 
bağlıdır.  drak  prosesi  digər  insanların  və  yaxud  əsrlərin  artıq 
işləyib-hazırladığı  biliklərin,  sadəcə,  mənimsənilməsindən  ibarət 
deyil, həm də əvvəllər mövcud olmayan yeni, mürəkkəb biliklərin 
qurulmasını  da  əhatə  edir.  Bu  kimi  hallarda  anlama  yaradıcı 
xarakter daşıyır və intuitiv təfəkkürdən rasional idraka keçidi ifadə 
edir.  Bu  baxımdan,  fəlsəfi  hermenevtika  idrak  prosesinə 
hermenevtik dairə prinsipində gerçəkləşən sonsuz bir proses kimi 
yanaşır.  Hermenevtik  dairə  mövzusu  alman  filosofu  F.Şleyerma-
xer tərəfindən inkişaf etdirilmişdir. 
 
Bir  tərəfdən  Şleyermaxerin  fikrinə  görə,  hissənin  bütöv, 
bütövün isə hissə vasitəsilə dərk edilməsi aşkardır. Digər tərəfdən, 
dərketmə prosesində biz sanki hansısa «dairə» üzrə hərəkət edirik, 
axı bütövün dərki hissələrdən yaranmır, çünki onlar (hissə) yalnız 
dərk olunmuş bütövün hissələri kimi şərh edilə bilər. Başqa sözlə, 
hansısa  mətnin,  yaxud  müəyyən  tarixi  hadisələrin  bəzi  fraqment-
lərini  hansısa  bütövə  şamil  etmək  üçün    biz    əvvəlcədən  başqası 
deyil,  məhz    bu  bütöv  ideyasına    malik  olmalıyıq.  Beləliklə,  biz 
fraqmentin  bir  hissəsini  bir  bütövdə,  digər  hissəsini  başqa  bir 
bütövdə toplaya bilərik. Beləliklə, hermenevtik dairə probleminin 
həllini  bu  cür  göstərmək  olar:  hər-hansı  bir  şeyi  yalnız  o  zaman 
anlamaq olar ki, onu artıq əvvəldən dərk etmiş olasan. Şleyerma-
xerə  görə,  anlama  həmişə  dairəvi  qaydaya,  yəni  dairələr  üzrə 
getdikcə  genişlənən  hərəkətə  tabe  olan  prinsipcə  başa  çatmayan 
fəaliyyətdir.  Bütövdən  hissəyə,  hissədən  bütövə  təkrar  qayıdış, 
bütövü müntəzəm inkişafa məruz qoyaraq hissənin anlamını dəyiş-
dirir və dərinləşdirir. 
 
Sosial fəlsəfənin bir sferası olan sosial idrak qnoseologiyanın 
xüsusi  məsələsi  kimi  qalmaqdadır.  Qısaca  demək  olar  ki,  bu 
koqnitiv  əməliyyat  adət  etdiyimiz  subyekt-obyekt  müxalifliyini 
aradan  qaldırmaqla  tarixin  dərkini  tələb  edir.  Axı,  sosial  idrakın 
spesifikliyi  bundadır  ki,  obyekt  rolunda  idrak  subyektlərinin 

ИГТИСАДИЙЙАТ ФЯЛСЯФЯСИ 
 
30
fəaliyyəti  çıxış  edir.  Bundan  başqa,  idrakın  obyekti  həm  də 
obyektlə  subyekt  arasındakı  qarşılıqlı  təsir  olur.

Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   18




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin