Beləcə, təbiət-
ş
ünaslıq və texniki elmlərdən fərqli olaraq, cəmiyyət və həyat haq-
qındakı elmlərin subyektləri elə obyektin özündədir.
Sosial idrakla məşğul olarkən nəzərə almaq lazımdır ki, insan
həm təbiətin hissəsi kimi, həm də cəmiyyətin və insanların fəaliy-
yətinin məhsulu kimi çıxış edir. Cəmiyyətdə həm sosial və fərdi
qüvvələr, həm maddi və mənəvi, obyektiv və subyektiv amillər
fəaliyyət göstərir, həm hisslər və zəka, şüurlu və qeyri-şüurlu,
rasional və həm də irrasional məqamlar mühüm əhəmiyyət kəsb
edir. Bunların hamısı sosial idrakın mürəkkəbliyini və spesifik-
liyini müəyyənləşdirir.
Fəlsəfənin vacib funksiyası dünyanın dərk edilməsi metodla-
rının işlənilib hazırlanması və onların təkmilləşdirilməsinə təsir
göstərməkdir, yəni metodoloji funksiyadır. Müasir metodologiya
daha sabit, dəyişikliklərə müqavimət göstərən sahədir. Bütövlükdə
metodologiyanın bütün nəzəri-konseptual quruluşu prinsipcə
intersubyektiv və şəxssizləşdirilmiş elmi biliyin əldə olunmasına
ə
saslanır. Müasir metodologiyaya fərdi, psixoloji, kollektivist,
yaxud tarixi və mədəni şəraitdən, ya ifrat təcrid edilmə (təcrid-
etmə), yaxud demarkasiya (sərhədlənmə) xasdır. Demək olar ki,
metodologiya sahəsi elə kifayət qədər sabit mühitdir ki, burada
üsullar, metod, prinsip və oriyentasiyalar tətbiqə hazır şəkildə
ortadadır, hər hansı hadisə üçün ayrıca olaraq işlənib hazırlanmır.
Ona görə də fəlsəfənin metodoloji funksiyasının, dünyagörüşün
ifrat rasionallaşdırılması ilə eyniləşdirilməsinə də rast gəlinir.
Fəlsəfənin metodoloji funksiyası evristik, koordinativ, inteq-
rativ və məntiqi şəkildə formalaşan elmi biliklərə münasibətində öz
ə
ksini tapır.
Fəlsəfənin evristik funksiyası elmi kəşflər üçün zəmin yara-
dılmasına və elmi biliklərin çoxaldılmasına istiqamətlənib. Fəlsəfə
nəzəri dünyagörüşü və ümummetodoloji kəşflər haqda əvvəlcədən
xəbər vermək hüququnu özündə saxlayır. Xüsusi elmlərə münasi-
bətdə isə fəlsəfə xüsusi metodlarla birlikdə, ən ümumi yanaşma
ИГТИСАДИЙЙАТ ФЯЛСЯФЯСИ
31
tərzi ilə onlara mürəkkəb fundamental, nəzəri problemlərin həllin-
də və ələlxüsus onların əvvəldən nəzərə alınmasında kömək
etməyə qadirdir. Ona görə də, hipotez və nəzəriyyələrin yaradıl-
masında fəlsəfənin rolu aktuallaşır. Yəqin ki, təbiətşünaslıq elminə
dair elə bir nəzəriyyə yoxdur ki, səbəbiyyət, məkan, zaman, bütöv,
hissə və s. fəlsəfi anlayışların istifadəsi olmadan formalaşsın.
Elmin insanların həyat və fəaliyyətlərinə böyük təsiri elmin
özünə xüsusi diqqət yetirməyi və onu xüsusi tədqiqat predmetinə
çevirməyi tələb edir. Elmlə, o cümlədən, elmdə istifadə edilməyən
metodlarla bağlı olan çoxsaylı suallara cavab vermək cəhdləri XX
ə
srdə xüsusi sahənin – elmin fəlsəfəsinin formalaşmasına gətirib
çıxartdı. Elmin fəlsəfəsi anlamağa çalışır ki, elm nədir, elmi biliyin
və elmi metodun spesifikliyi nədədir, elm necə inkişaf edir və o,
özünün fövqəladə nəticələrini necə əldə edir.
Beləliklə, elmin fəlsəfəsi elmi idraki fəaliyyət kimi öyrənir.
Elm fəlsəfəsinin elmi metodlara xüsusi diqqət yetirdiyini nəzərə
çarpdırmaq üçün onu elmi idrakın metodologiyası adlandırırlar.
Bir məqama diqqət yetirmək lazımdır: ayrıca elmi nəzəriyyə-
lərin qurulmasına fəlsəfənin təsiri, ilk baxışda, inteqral, ən ümumi
görünsə də lokal, fraqmental xarakter daşıyır. Bu vəziyyət, ilk
növbədə, hər-hansı xüsusi elmdən fərqli olaraq, fəlsəfənin elmi
aspektilə bağlı olan elmi biliyin ən yüksək ümumiləşmə səviyyə-
sinə malik olması ilə izah edilir.
Fəlsəfi metodun evristik funksiyasının nəzərdən keçirilməsi
göstərir ki, fəlsəfənin xüsusi elmlərin inkişafındakı, xüsusilə,
hipotez və nəzəriyyələrin formalaşdırılmasındakı rolu çox əhəmiy-
yətlidir. Ancaq bu bilavasitə və birmənalı baş vermir. Konkret
elmi məsələ çox vaxt konkret metodla, yaxud bir neçə metodlarla
həll olunur. Fəlsəfi metod isə çox zaman xüsusi elmi metodlar və
ümumelmi anlayışlar vasitəsilə təsir göstərir. stənilən halda
dünyagörüşü xarakterli anlayışlar və prinsiplər elmin inkişafına
ə
saslı təsir göstərir.
Fəlsəfənin koordinasiya funksiyası elmi tədqiqat prosesində
metodların koordinasiyasından ibarətdir. lk baxışda o, lazımsız
ИГТИСАДИЙЙАТ ФЯЛСЯФЯСИ
32
görünə bilər, yəni, əgər metod öyrənilən obyektin təbiəti ilə şərt-
lənibsə, onda metodların əlavə koordinasiyasına ehtiyac yoxdur.
Elmi axtarışlarda hansısa bir nəticə əldə etmək üçün alim
obyektə, metodun bu obyektə uyğunluğuna istinad etməlidir.
Lakin real gerçəklikdə hadisələr bu sadə sxemdən fərqlidir.
Metodla obyekt arasındakı əlaqə kifayət qədər mürəkkəbdir. XX
ə
srdə elmi sahələrin diferensiasiyası ilə əlaqədar bu əlaqə daha da
mürəkkəbləşdi. Bəzi elmlərin qovuşuğunda geofizika, geologiya,
astrofizika, genetika, ekologiya və s. kimi elm sahələri meydana
gəlmişdir. Başqa sözlə, reallığın bir sahəsinin obyektlərinin,
hərəkət formalarına görə bir-birinə yaxın olan digər elmlər tərəfin-
dən öyrənilməsi tendensiyası müşahidə olunur. Müxtəlif obyektlə-
rin struktur təşkilinin ümumi səviyyələrinin aşkarlanması nəticə-
sində, qovuşuq elm sahələrində sınanmış idrak metodlarının
tətbiqi mümkün oldu. Beləliklə, metodun öz predmetinə uyğun
gəlməsi haqqında müddəa öz əhəmiyyətini itirməyib, predmetin
müxtəlif tərəflərinə və struktur təşkili səviyyələrinə münasibətdə
realizə olunur.
Elmin istənilən metodunun öz idraki və məntiqi imkanları
olur. Bu imkanların hüdudlarından kənarda onun səmərəliliyi
azalır. Buna görə də bu və ya digər mürəkkəb obyekti öyrənmək
üçün ayrı-ayrı metodların idraki imkanlarının natamamlığını
aradan qaldırmağa qadir olan kompleks metodlar tələb olunur.
Qarşılıqlı tamamlama bu gün müasir elmin ən mühüm mərhələlə-
rindən birinə çevrilmişdir. Bu və ya digər metodlar kompleksinin
tərkibi obyektiv-meyar üzrə, yəni, onun konkret idraki məsələni nə
dərəcədə məhsuldar həll edə bilməsinə görə müəyyən olunur.
Tədqiqatçı hər bir metodlar kompleksi daxilində bir və ya bir neçə
metodun aparıcı rolu altında, onların subordinasiyasını qorumağa
və obyekti onun bütövlüyündə və spesifikliyində dərk etməyə cəhd
göstərməlidir.
Xüsusi metodlara münasibətdə fəlsəfi metodologiya ayrı-ayrı
metodlar arasında məntiqi əlaqə rolunu yerinə yetirir. Belə ki,
idrakın təzahüründən mahiyyətə doğru metodoloji hərəkət prinsipi,
ИГТИСАДИЙЙАТ ФЯЛСЯФЯСИ
33
həqiqətin konkretliyi prinsipi və s. elmin ümumi metodları siste-
mində koordinasiyaedici rol oynaya bilər. Lakin fəlsəfi metodun
tətbiqində əsas şərt onu ümumelmi və xüsusi metodlarla sıx
ə
laqədə tətbiq etməkdir.
Metodologiyada fəlsəfənin inteqrasiyaedici rolu fəlsəfi
biliyin sistem təşkil edən və ya bütövlüyü yaratmağa qadir olan
hansısa bir elementlər toplusunu birləşdirmək vəzifəsi haqqında
təsəvvürlərlə əlaqədardır.
Ayrı-ayrı elmlərin formalaşması prosesi bu elmin predmeti-
nin digər elmlərin predmetlərindən ayrılması nəticəsində baş
vermişdir. Nəticədə bunlar arasında təbii əlaqələr pozulmuşdur.
Öz təbiətinə görə bütöv biliklər sistemi olan elmin özü də xüsusi
biliklər sahəsinin cəminə çevrilmişdir.
Biliyin inteqrasiyası probleminin həllinin əsasında, ilk
növbədə, dünyanın vəhdəti prinsipi durur. Dünya vahid bir tam
olduğundan onu vahid bir tam kimi də adekvat dərk etmək tələb
olunur. Təbiətin sistemli, bütöv xarakteri təbii-elmi biliyin bütöv-
lüyünü şərtləndirir. Təbiətdə sərt sərhədlər yoxdur. Burada var-
lığın bir-birinə keçid edən nisbi müstəqil hərəkət formaları
mövcuddur. Buna görə də, onları öyrənən elmlər mütləq yox, nisbi
müstəqilliyə malikdir. Yeni elm sahələri isə elmlərin sərhədində
(fiziki kimya və s.) yaranır.
nteqrasiyadan danışarkən predmetə görə inteqrasiyanı və
metoda görə inteqrasiyanı bir-birindən fərqləndirmək lazımdır.
Sonuncuya riyazi və fəlsəfi metodlar aiddir. Belə bir fikir
söylənilir ki, bilik təbii, riyazi olduğu qədər elmdir. Həqiqətən də
riyazi aparat bu gün ən müxtəlif elm sahələrinə daxil olmuşdur. O,
bu elmləri vahid metod və özünəməxsus ümumi dil ətrafında
birləşdirmişdir. Fəlsəfənin kateqoriyalar aparatının da rolu az
deyildir. Empirik və nəzəri səviyyələrdə biliyin sintezini həyata
keçirməklə o elmi biliyin tamlığını və vəhdətini yaradıb möhkəmlən-
dirir.
Elm səviyyəsində fəlsəfə elmi biliyin inteqrasiyasının zəruri
amillərindən biri kimi çıxış edir. nteqrasiyanın müxtəlif növ, tip
ИГТИСАДИЙЙАТ ФЯЛСЯФЯСИ
34
və səviyyələri mövcuddur. Ümumilik dərəcəsinə görə inteqrasiya
xüsusi, ümumi və ən ümumi səviyyələrə bölünür. Hər bir elmin
özünün ən ümumi, fundamental sahəsi olur. Məsələn, ümumi
fizika onun bölmələrinə münasibətdə inteqrasiyaedici rolu yerinə
yetirir. Fəlsəfə isə ən ümumi inteqrator kimi çıxış edir. Qeyd
etmək lazımdır ki, fəlsəfənin elmdaxili inteqrasiyaedici funksiyası
ümummədəni inteqrasiyaedici funksiyasının bir növüdür.
Fəlsəfənin məntiqi funksiyası fəlsəfi metodun özünün, onun
normativ prinsiplərinin işlənib hazırlanmasında, elmi biliyin bu ya
digər anlayış və nəzəri strukturlarının məntiqi-qnoseoloji əsaslan-
dırılmasında təzahür edir.
Xüsusi elmlər təfəkkürün formalarını, onun qanun və məntiqi
kateqoriyalarını bilavasitə öyrənmir. Bununla belə xüsusi elmlərin
məntiqə, qnoseologiyaya, ən ümumi idrak metodologiyasına
ehtiyacı var. Bu funksiyanı məhz fəlsəfə, yəni məntiq elmi olan
dialektika yerinə yetirir. O, inkişafda və dəyişməkdə olan obyektin
mahiyyətinin daha dolğun, daha dəqiq inikasını verən vasitələri
işləyib hazırlayır.
Klassik formal məntiq anlayış, mühakimə, əqli nəticə, həm-
çinin, məntiqi tədqiqat metodları haqqında təlimlərə bölünürsə,
müasir məntiq son dərəcə formalaşdırma və riyaziləşdirməyə
meyillidir. O, işarələr və ya rəmzlər sistemi kimi anlaşılan məntiqi
hesablamalarla iş aparır. Müasir məntiq, həmçinin, mühakimələrin
həqiqət və ya yalandan daha çox mənalar ala biləcəyi çoxmənalı
sistemləri də öyrənir. Müasir məntiqi biliyin ən mühüm bölmə-
lərindən biri modallıqların, zamanın normativ anlayışlarının, həm-
çinin, həqiqiliyin qeyri-standart şərtlərinin istifadə edilməsi ilə
bağlı olan mühakimə üsullarını öyrənən qeyri-klassik məntiqdir.
Bununla belə müasir elm fəlsəfəsi elmi idrakın metodolo-
giyasına məntiqi yanaşmadan başqa (məntiqi pozitivizmdə
mütləqləşdirilmiş məntiqi yanaşmadan başqa) tarixi yanaşmanı da
ə
hatə etməyi tələb edir, yəni elmin tarixinin, elmi biliyin
inkişafının təhlilini (K.Popper, T.Kun, M.Lakatos və b.) də
nəzərdə tutur.
ИГТИСАДИЙЙАТ ФЯЛСЯФЯСИ
35
§ 1.2 Elmin fəlsəfəsi tarixi təkamül prosesində
E
E
E
E
lmin fəlsəfəsi son dərəcə mürəkkəb konfiqurasiyalı
təkamül tarixinə malikdir. Antiq dövrdən başlanan inkişaf prosesi
bəzi tarixi dönəmlərdə müəyyən qırılma nöqtələrini nəzərə
almasaq, kifayət qədər nizam və ardıcıllıqla getmiş, bu gün də
davam etməkdədir. Hadisə və proseslərin mahiyyət və məzmu-
nunun açıqlanması, dərk edilməsi, həqiqətin müəyyənləşdiril-
məsinin üsul, metod və yanaşmaların, kriteriyalar sisteminin real
gerçəkliyə uyğunluğu problemi bütün tarixi dövrlərdə mühüm
ə
həmiyyət kəsb etmişdir. Təbiidir ki, qeyd edilən ifrat müxtəliflik
müstəvisində iqtisad elmi üçün əlahiddə əhəmiyyət daşıyan kon-
septual istiqamətlər də kifayətedici səviyyədədir və onlardan
istifadə artıq bugünkü günün aktual məsələlərindən birinə çevril-
mişdir. qtisad elminin fəlsəfəsi həm bütövlükdə elmin inkişafı
nöqteyi-nəzərindən, həm də ayrıca elmi kurs kimi sözügedən
xronologiyadan qaynaqlanır, ona əsaslanır və onun inkişafına
paralel sürətdə təkmilləşir. Məhz bu prizmadan yanaşmaqla elmin
fəlsəfəsinin təkamül tarixini, ayrı-ayrı tarixi dönəmlərdə mövcud
olmuş elmi məktəblərin qeyd edilən istiqamətdə əsas nailiyyət-
lərinin qısa xülasəsini verməyi məqsədəuyğun hesab edirik.
Bu baxımdan, antiq dövr elm fəlsəfəsini xüsusilə qabart-
mağa lüzum yoxdur. Belə ki, iqtisadiyyatın hələ elm kimi forma-
laşmadığı bu dövrdə, onun fəlsəfəsinə bu və ya digər dərəcədə
(fraqmental yanaşmalar, yaxud deyimlər istisnadır) məzmun
ə
həmiyyətliliyi verə biləcək baxışların olmaması təbiidir. Əsilində,
iqtisad elminin fəlsəfəsinə az, yaxud çox dərəcədə aidiyyəti olan
baxışlar orta əsr elm fəlsəfəsində müşahidə edilməkdədir.
Digərlərindən fərqli olaraq orta əsr elm fəlsəfəsinin
nümayəndələrini iqtisadi müstəvidə fərqləndirmək mümkündür.
Məsələn, əmək dəyər nəzəriyyəsi → realist platformada forma-
laşıb. Belə ki, bu nəzəriyyəyə görə, dəyər şeylərin əlaməti, məhz
həmin şeylərdə maddiləşmiş əməkdir. Marjinalizm realist və
ИГТИСАДИЙЙАТ ФЯЛСЯФЯСИ
36
konseptualistlər arasında orta mövqe tutur. Onlar realizmdən
imtina edir, dəyəri – insan tələbatının ödənilmə qabiliyyəti kimi
qəbul edirlər. Dəyər kateqoriyasına nəzər yetirməyi lazım bilmə-
yən iqtisadçılar isə mahiyyətcə, nominalistlərdir.
Tarixdən məlumdur ki, Britaniya empirizmi, baxmayaraq ki,
nə Lokk, nə də Yum iqtisad elminin nəzəri statusunu əsaslandira
bilməmişlər, hər halda iqtisad elminin qərarlaşmasında mühüm
rola malikdir. Eyni zamanda, göstərmək lazımdır ki, Britaniya
empirizmi labüd şəkildə utilitarizmə gətirib çıxarır: harda ki,
xoşbəxtlik hissi fenomen, ləzzətə yaxın anlayış kimi qəbul edilir.
Hətta, .Bentam xoşbəxtliyin səviyyəsini ölçməyə can atırdı.
K.Marks .Bentamı “burjua axmaqlığının dahisi”
5
adlandırmışdır.
Dəqiqləşdirmə nöqteyi-nəzərindən qeyd edək ki, Bentam deyil,
məhz C.Mill utilitarizmə elmi görünüş verə bilmişdir. Maraqlıdır
ki, hətta K.Marksın da əleyhinə olduğu utilitarizm elmi yenilik-
lərin əldə olunmasına imkan vermişdir. U.Cevonsun (marjinalist)
riyazi təhlili iqtisadi hadisələrin modelləşdirilməsinə şərait yarat-
mış və nəticə etibarı ilə empiristlərin “üzdə” qalmasını reallaşdır-
mışdır.
Həmçinin, dövrlərarası bağlılığın nəticəlilik baxımından
qiymətləndirilməsi nöqteyi-nəzərindən qeyd olunmalıdır ki, məhz
empiristik metodologiya birinci və ikinci pozitivizmin meydana
çıxmasında əhəmiyyətli rol oynamışdır. Maraqlıdır ki, O. Kont
səbəb-nəticə əlaqələrinin (iqtisad elmində birinci dərəcəli
ə
həmiyyət kəsb edən məsələni) elmi dərkini verə bilməmiş,
ə
sasən, funksional yanaşma çərçivəsindən kənara çıxmamışdır.
C.Mill, baxmayaraq ki, Kontun metodologiyasını qəbul edirdi,
yazırdı ki, ... elmi - tədqiqat nəticəni onun səbəbi ilə izah etmək-
dən ibarətdir.
6
Göründüyü kimi, alman rasionalizmi daha parlaq nəticələr
ortalığa qoya bilmişdir. Ümumiyyətlə, hər iki istiqamətin nəzərə
5
K.Маркс Капитал. Критика политической экономии. Соч. Т.23-м. 1960 səh. 624.
6
Дж.С.Митть Система логики силлогистической и индуктивной – М; 1899. səh. 733.
ИГТИСАДИЙЙАТ ФЯЛСЯФЯСИ
37
alındığı təqdirdə rasionalizmin əsası aşağıdaki ardıcıllığı özündə
ə
ks etdirəcəkdir: Dialektik məntiq (Hegel) →transsendental
məntiq (Kant) → formal məntiq (Leybnis)→riyaziyyat (Dekart).
Alman elm fəlsəfəsi empirizm və induktivizmə həmişə şübhə ilə
yanaşıb. Məhz XIX əsrin ortalarında Hegelin dialektik rasio-
nalizmi ilə bağlı yaranan narazılıq yekun olaraq “Geriyə- Konta
qayıdış” çağırışını aktuallaşdırmışdır.
Yeni kantçılıq – XIX əsrin sonu XX əsrin birinci yarısında
meydana çıxan fəlsəfi hərəkat kimi, əsasən, Almaniyada
populyarlıq qazanmış və bu yönümdə iki məktəb formalaşmışdır.
Humanitar elmlərin metodu ilə məşğul olan Marburq məktə-
bi, nəticə etibarilə, hər hansı səviyyədə qəbul ediləcək metodoloji
bazanı minimal tələblər çərçivəsində belə əsaslandıra bilməmişdir.
Məhz, buna görə də, həmin məktəbin iqtisad elminin inkişafındakı
ə
həmiyyətli rolundan danışmaq mümkünsüzdür. Daha konkret
ifadə ilə desək, apriorizmi iqtisad elminin aktual problemləri ilə
bağlamaq mümkün deyildir.
Baden məktəbi ilk dəfə olaraq dəyərlər haqqında təlimi
ortalığa qoymuşdur. Bu məktəbin əsas nöqsanı ümumi və təkcənin
ə
ksər elmlər üçün gerçək olduğunu qəbul etməmək və müəyyən
fərqli yanaşmalardan çıxış etmələri ilə səciyyələnir. Əsilində,
təbiətşünaslıq və humanitar elmlərə münasibət ümumi və təkcə
fərqliliyindən deyil, semantik və praqmatik konseptlərdən
qaynaqlanmalıdır.
XIX əsrin sonunda fəlsəfi və iqtisadi araşdırmaların qarşı-
laşdırılması, metod haqqında elmi mübahisənin meydana gəlmə-
sinə səbəb olmuşdur. Metodoloji duel Q.Şmoller, K.Menqer və
V.Diltey arasında baş vermişdir. Sözügedən duel prizmasından bir
sıra, əgər belə demək caizsə, qarışdırmalar xarakterikdir:abstraktla
konkret olanın; individualla ümuminin; induksiya ilə deduksiya-
nın; tarixinin müasirliklə; iqtisad elminin fəlsəfəsinin iqtisad
elminin özü ilə problemlərin mövcudluğu ortalığa qoyulur, lakin
həlli yolları göstərilmir. Bununla belə, söhbət açdığımız
ИГТИСАДИЙЙАТ ФЯЛСЯФЯСИ
38
metodoloji duel bir sıra sırf metodoloji problemlərin aktuallaş-
dırılması nöqteyi-nəzərindən mühüm əhəmiyyət kəsb edir.
XX əsrin əvvəllərində elmin inkişafı proseslərin fəlsəfi-metodoloji
anlamda yozumunun mərkəzi elementi kimi məntiqin rolunu əhəmiy-
yətli dərəcədə aktuallaşdırmış və nəticə olaraq məntiqi pozitivizm
cərəyanı meydana gəlmişdi. Neopozitivizmin yaranmasında mühüm
rol oynayan L.Vitqenşteyn, nə qədər qəribə olsa da, iqtisadi nəzəriy-
yənin elmi statusunu qəbul etmirdi. Neopozitivizmin ən maraqlı cəhəti
Karnapın “uyğunluq qaydasını” ön plana çıxarmasıdır. Məhz bu
aspekti qabartmaqla “xalis iqtisadi nəzəriyyə-metodoloji nonsensdir”
ümumiləşdirməsinə nail olmuşdur.
Cədvəl 1.
Elmin fəlsəfəsi tarixi təkamül prosesində
Dövrlər
Ə
sas anlayışlar, konseptual yanaşmalar və prinsiplər
1. Antiq dövrün elm fəlsəfəsi Platon,
Aristotel, Fales,Anaksimen,
Parmenid, Demokrit, Sokrat və s.
- Platonun “ideyası” və Aristotelin “forması”;
təkcə və çoxluğun mütənasibliyi;
- Konseptlərin anlayış formasında təsəvvürün inkişafı;
- Nəzəriyyənin apriori yoxlanması;
- Pifaqor sindromunun təhlükəliliyi;
- Dualizm (Sokrat) və Aksiomatizm (Platon, Aristotel,
Evklid) metodları.
2. Orta əsr elm fəlsəfəsi
- Universalizm;
- Elmin 3 səviyyəliliyinin aydın şəkildə
müəyyənləşdirilməsi;
- qtisadi nəzəriyyəni etika ilə birləşdirməyə cəhd.
a) Realistlər (F.Akvinski və b.)
- Şeylərin mahiyyətinin müəyyən aspektdə yozumu;
- Ümumi – şeylərin mahiyyətini əks etdirir;
- Şeylərin əlamətləri keyfiyyətcə eyniyyət təşkil edir.
b) Konseptualistlər
(P.Abelyaru və b.)
- Anlayış → şeylərin oxşar xassələrinin beyində
ümumiləşdirilmiş nəticəsidir;
- Anlayış → ontoloji deyil, sırf nəzəri əhəmiyyət
daşıyır.
c) Nominalistlər (U.Okkam və b.)
- Universalizm, eləcə də “anlayış” problematikasını
dil sferasına keçirdilər;
- “Okkam ülgücü” → mövcudluğu zərurilikdən çox
artırmaq olmaz.
ИГТИСАДИЙЙАТ ФЯЛСЯФЯСИ
39
ç) Teologiya
Teologiya
Elmi teologiya
PR NS PLƏR
-Retrospek-
tivizm;
-Ehkamçılıq;
-Didaktizm;
-Dini
simvolizm;
-Ekzeqetika;
-Ekstatizm.
- Elmi aktuallıq;
-Tənqidi rasionalizm;
- Didaktika;
- Semiotika;
- Elmi təhlil;
-Mental və dil səviyyəsində
anlama.
3. ntibah dövrünün elm fəlsəfəsi
( Makiavelli, Monten və b.)
-Antiq dövr fəlsəfəsi yeni ampulada həyata dönür:
- Antropoloji yanaşma;
- Artistizm;
- Avanqardizm;
- Humanizm;
- ndividualizm.
4. Yeni dövr elm fəlsəfəsi
4.1 deallaşdırma metodu
(Q.Qaliley)
- Hadisələri “xalis” formada ayırmaq;
- Məhsuldar təsəvvür vasitəsilə qanunlar hər cür
maneələrdən “təmizlənməlidir”;
- deallaşdırma → gerçəkliyə çatmanın konseptual
formasıdır;
- Nisbilik prinsipi → ideallaşdırmanın məntiqi
nəticəsidir.
4.2 Həqiqət riyazidir ( .Nyuton)
- Diferensial qanun;
- Həqiqət → riyazi zaman və məkanda təzahür edir;
- Həqiqi elmi olan → riyazidir;
- deallaşdırma → elmin riyaziləşdirilməsidir;
- Riyaziləşmə → gerçəkliyi təhrif etmir, onun daha
dərin qatlarının konseptuallığını ifadə edir;
4.3 Empirik metodologiya
Britaniya xətti: Bekon-Qobbs-
Lokk-Berkli- Yum
-Epistemoloji istiqamət;
-Elmi dərk nəzəriyyəsiz mümkünsüzdür;
-Empirizm və rasionalizm;
-Epistemologiyada 3 yanaşma;
1.Hissetmə idrakın çıxış nöqtəsidir;
2.Fikir - hissin reflektiv emalının nəticəsidir;
3.Söz – U.Okkamanın baxışlarına uyğun olaraq
nominalist anlamda başa düşülür.
Beləliklə:
-
Empirist metodologiya üçün abstraksiya
nəzəriyyəsi xarakterikdir;
-
Hissi olana istinad empirizmə eksiztensial
gərginləşmə əlamətləri verir;
-
Empirizm- utilitarizmə gətirib çıxarır;
-
Utilitarizm yalnız riyazi modelləşdirmə
vasitəsilə iqtisadi nəzəriyyəyə birləşir;
4.4 Birinci pozitivizm O. Kont
-
drak prosesi 3 mərhələlidir:
1.
Teoloji
2.
Metafizik (fəlsəfi)
ИГТИСАДИЙЙАТ ФЯЛСЯФЯСИ
40
3.
Elmi (pozitiv):
-
Prosesin nəyə görə baş verdiyini yox, necə
getdiyini müəyyənləşdirmək olar;
-
Səbəb-nəticə əlaqələrinin inkarı;
-
Funksional yanaşma;
4.5 kinci pozitivizm
→
emipiokritisizm R.Avenarius,
E.Max
-
“Təcrübəni” bütün metafizik (oxu: fəlsəfi)
yüklənmədən təmizləmək;
-
Emipiokritik “tənqid” gerçək aktuallıq kəsb
edən fəlsəfi problematika səviyyəsinə
çatdırılmamışdır;
4.6 Rasionalist metodologiya
4.6.1 R.Dekart, Q.Leybnis. və
.Kant rasionalizmi (XVII-XVIII
ə
sr)
-
deya: fikri yaranış formasında olan anlayış;
-
deya →hiss→fakt zənciri;
-
Elmi təhlil aydın ideyalardan başlamalıdır
(riyazi aksiomlar);
-
Q.Leybnisə görə: aydın ideya- riyazi deyil,
Aristotelin formal məntiqi aksiomları +
kifayətedici əsas prinsipidir;
-
.Kant: transsendental (çərçivədən kənara
çıxan) analitika;
-
Apriorizm;
4.6.2 .Fixte, F.Şellinq və V.Hegel
rasionalizmi
-
Elmin gerçək xarakteri formal deyil fəlsəfi
məntiqlə müəyyənləşir;
-
Dialektik məntiq;
-
Tezis→antitezis→sintez
(keyfiyyət→kəmiyyət→ölçü,
-
mahiyyət→hadisə→gerçəklik və s.);
4.7 Neokantçılığın iki variantı və
Methodenstreit
-
Ə
sas yenilik: kantçılığın XIX əsr riyazi
nailiyyətlərlə zənginləşdirilməsi;
-
Elmin ilkin mənbəyi təfəkkürdür;
-
Etika→ bütün humanitar elmlərin əsasıdır;
4.7.1 Marburq məktəbi: Q.Koqen,
P.Natorp, E.Kassirer
-
Son nöqtəsi olmayan dəyişən kəmiyyətlərin
funksional sırası anlayışına istinad;
-
Hərəkət hər şey → məqsəd heç nədir;
Etikanın hüquqi formulalardan istifadə etməklə
konkretləşdirilməsi;
4.7.2 Baden məktəbi V.Vindelband,
Q.Rikkert.
Dəyərlər haqqında təlim;
-Təbiətşünaslıqda ümumi, humanitar elmlərdə
ideoqrafik, yaxud, fərdiləşmiş metod
yararlıdır;
-
-Prinsiplərin yerdəyişməsi: Təbiətşünaslıqda-
qanunauyğunluq; humanitar elmlərdə - dəyərə
münasibət;
4.7.3 Methodenstreit. Metodoloji
duel:
4.7.3.1 Q.Şmoller
-
Alman tarixi məktəbi:
1.
Abstrakt ümumiləşmələr tarixi
hadisələrin individual xarakterinin
müşahidəsi ilə əvəz olunmalıdır;
2.
Tarixin – insan yaradıcılığı formasında
ИГТИСАДИЙЙАТ ФЯЛСЯФЯСИ
41
interpretasiyası;
3.
Tarixi elmlərin təbiətşünaslığa aid
edilməsi imkanlarının inkarı;
-
Milli iqtisadiyyat – etik fəndir; yaxud “Milli
iqtisadiyyat” böyük əxlaqi-etik elmdir.
7
-
Hər bir insanın həyatı individual, millətin ruhu
isə- ümumidir.
-
Ə
sil iqtisadi nəzəriyyə abstrakt olmamalıdır;
-
Aprior yönümlü induktivizm;
-
Makro- və mikro iqtisadiyyatın qarşı-qarşıya
qoyulması;
4.7.3.2 K.Menqer
-
Avstriya məktəbi- marjinalizm;
-
ngilis utilitarizmi;
-
Azad bazar institutu- hər bir millətin azad
inkişafının mühüm şərtidir;
-
Faydalılıq prinsipi;
-
Tədqiqat obyekti – mikroiqtisadiyyat;
-
Aprior yönümlü deduktivizm;
-
qtisadiyyatın riyaziləşdirilməsi zəruriliyi;
4.7.3.3 V.Diltey
- nsanlar təbiəti izah edir, ruhani həyatı isə başa
düşürlər;
- Həyat→şəxsiyyət→anlama;
- Marjinalizmə yaxınlıq;
- Dəyərlər haqqında təlim.
5. XX əsr elm fəlsəfəsi
5.1 Neopozitivizm
B.Rassel,Q.Freqe, D.Mur,
L.Vitqenştein, X.Reyxenbax,
R.Karnap və b.
-
Ə
sas vəzifə- elmi biliyin etibarlılığının
hərtərəfli təminatı;
-
Elm məntiqdən başlayır;
-
Məntiqi induksiya;
-
Nəzəriyyənin həqiqiliyi onun təsdiqi ilə
müəyyənləşir;
-
Uyğunluq qaydası (müşahidənin təklifləri ilə
nəzəri qanunlar arasında);
-
Tolerantlıq prinsipi;
5.2 Postpozitivizm K.Popper
- Fəlsəfənin mərkəzi məsələsi – dünyanın dərkidir;
-Dünyanın dərki elmi nəzəriyyələr formasında
həyata keçirilir;
-Həqiqi dərketmə elmi biliklərin artması,
nəzəriyyələrin növbələşməsi kimi təzahür edir;
-Hipotetik-deduktiv metod;
5.3 Praqmatik analitizm U.Kuayn
-
Radikal empirizm:
-
Mövcud olmaq- əlaqəli dəyişənin kəmiyyəti
olmaqdır;
-
Ontoloji nisbilik prinsipi;
-
Davranış sistemləri müxtəlifdir və onları
ümumi məxrəcə gətirmək mümkünsüzdür;
7
П.Козловски Этическая экономика как синтез экономической и этической
теории
// Вопросы философии - 1996; № 8 səh. 66.
ИГТИСАДИЙЙАТ ФЯЛСЯФЯСИ
42
-
Analitik təkliflərin inkarı;
-
Elmlərin məcmusu vahid tamdır, sərhəd
şə
rtləri isə bizim hissi təcrübəmizdir;
-
Dyuqem – Kuayn tezisi: eksperimentdən əldə
olunanlar elmin bütövlükdə tədrici
transformasiyası prosesində nəzərə alınır;
5.4 Tarixi məktəb .Lakatos
-Elmin tarixi→elmi-tədqiqat proqramlarının
estafetidir;
-Elmi-tədqiqat proqramı→ eyni metodoloji prinsipləri
və əsas məsələləri (proqramın nüvəsi) olan bir sıra
nəzəriyyələr və onların dəyişən hissəsidir (mühafizə
dairəsi):
-Mənfi evristika;
-Müsbət evristika;
T.Kun
Elmi- inqilablar konsepsiyası:
- Paradiqma sosioloji və konkret-elmi məzmunlu;
-Paradiqmanın seçimi dəyərlərlə müəyyənləşir. Yəni,
seçim kriteriyası dəyərlidir;
P.Feyerabend
Proliferasiya və nəzəriyyələrin
müqayisə olunmazlığı konsepsiyası
-
Metodoloji anarxizm konsepsiyası;
-
Metodoloji plüralizm; Monizm inkar olunur.
-
Nəzəriyyələr müqayisə olunmazdır;
-
Yalnız əsas abstrakt prinsip var: hər şey olar!
5.5 Fenomenologiya E.Qussel
-Çıxış nöqtəsi insanın şeylərdən aldığı təsəvvürdür;
-Təbii qaydalar, fəlsəfi təfəkkürün nəticəsi deyilsə,
“mötərizəyə alınmalıdır”;
- stənilən psixi təsəvvür fenomenaldır;
-Fenomen→şüura gələn!
-Fenomenallıq → subyektiv anlamda intensiya kimi
çıxış edir;
-Şüurün fenomenlərlə əlaqəsi fenomenoloji
reduksiyadır;
- deyalar (eydoslar) obyektivdir və insanların
ş
üurundan asılı deyil.
5.6 Hermenevtika:
1. Şüurun hermenevtikası
(F.Şleyer-maxer, V.Diltey).
-Hermenevtik dairə;
-Dərketmə prosesi hermenevtik dairə formasında
tamdan hissələrə və əksinə həyata keçir;
2. Varlığın hermenevtikası
(X.Qadamer və b.)
-Dərketmənin sərhədləri onun üfüqləridir. Bu
sərhədlər genişlənə, yaxud darala bilər;
-Dərketmə fəaliyyətdir;
-Hermenevtik təcrübədə insan özünün tarixiliyi,
müvəqqətiliyi və sonluluğunu başa düşür.
-Dərketmə interpretasiyadır;
5.7 Strukturalizm
→
poststrukturalizm
→
postmodernizm
F.de Sossyur, M.Fuko, J.Derrida,
J.F.Liotar
-Biliyin diskursiv sərhədlərinin ayrılması;
-Genealogiya və tənqidin problem-tarixi metodla
uyğunluğu;
-Mətnin tamlılığının realizasiyası haqqında nəticə;
-Rəngarəng dil oyunlarının vurğulanması.
ИГТИСАДИЙЙАТ ФЯЛСЯФЯСИ
43
K.Popperin postpozitivizmi neopozitivizmin bütün zəif
nöqtələrini aydınlaşdırmaq üzərində formalaşmışdır. Bir sıra əsas
məsələlərdə K.Popper neopozitivistlərlə razılaşmır və onların
mövqeyini əsaslandırılmış şəkildə tənqid edir.
U.Kuaynın praqmatik analitizmi, əsasən, humanitar, o
cümlədən ,iqtisad elmi üçün aktualdır. O, elmin fəlsəfəsini tənqidə
tab gətirməyən yanaşmalardan azad etməyə, “təmizləməyə”
çalışırdı. Kuayn Lokkdan fərqli olaraq daxili təcrübə, refleks və s.
qəbul etmirdi. Onun fikrincə, bu halda söhbət yalnız hissi reaksiya
→
dil→davranış üçlüyündən gedə bilər. nsanın daxili təcrübəsi
tam şəkildə inkar edilirdi ki, buna görə də Kuaynın fəlsəfəsini çox
hallarda radikal empirizm adlandırırlar.
Ümumiyyətlə,
elmi
biliklərin
dinamikasının
aktual
yekunlarını aşağıdaki kimi sıralamaq mümkündür:
-
nəzəriyyəni həmişə “düzəltmək” mümkündür (U.Kuayn);
-
nəzəriyyələr hissəvi olaraq bir-birinin həm eynidir, həm də
eyni deyil (K.Popper);
-
elm, elmi-tədqiqat proqramlarının ardıcıllığı kimi çıxış edir
( .Lakatos);
-
elm – paradiqmaların növbələşməsidir. Normal elmin dövrləri
elmi inqilablarla dəyişir (T.Kun);
-
elmin təkamülü nəzəriyyələrin proliferasiyası ilə həyata keçir
(P.Feyerabend).
Fenomenoloji elm fəlsəfəsi bir sıra nailiyyətləri ilə digər
cərəyanlardan fərqlənir.
Fenomenoloqların ən başlıca nailiyyəti şüuru fəaliyyətin
geniş, detallaşdırılmış xarakteristikasını vermələrindədir. Eyni
zamanda, abstraksiya nəzəriyyəsini tam şəkildə inkar etməklə
onun yerinə eydosları gətirdilər:
Eydos (ideya) = Hiss * Fikir
qtisadçılar üçün ən mühüm cəhət isə fenomenoloji metodun
tətbiqi nəticəsində əksər humanitar elmlər üçün dəyər yanaşmasını
ortalığa qoymuşlar.
ИГТИСАДИЙЙАТ ФЯЛСЯФЯСИ
44
Hermenevtik elm fəlsəfəsinin əsas nailiyyətlərinə aşağıdakı-
ları aid etmək olar: biliklərin tətbiqi zəruriliyi; soruşmaq – biliyin
artırılması üsulu kimi: konseptuallıq; insanlar arasında (ələlxüsus
alimlər) dialoqun zəruriliyi; dəqiq ifadə formalarının işlənib
hazırlanması!
Strukturalizm→poststrukturalizm→postmodernizm
zəncirində semantik münasibətlər dili üçün aktual olan əhəmiy-
yətli transformasiyası əsas xarakterik cəhətlərdən biridir. Struktu-
ralizmdə semantik münasibətlər təbii qəbul olunur.
Postmodernizm reallığın mövcudluğunu qəbul etmir.
Liotar
8
hesab edir ki, realizm prinsipi kapitalizmin pul mexaniz-
mindən zərbə alaraq pozulmuşdur. Maraqlıdır ki, məhz Liotar
iqtisadçıları ilk postmodernistlər hesab edirdi.
Beləlikə, elm fəlsəfəsinin tarixi təkamül prosesinin yekunu
olaraq müasir dövrün tələbləri çərçivəsində V.Kanke tərəfindən
konseptual ümumiləşdirilməsi aparılmış elm fəlsəfəsinin başlıca
prinsiplərini aşağıdakı kimi sıralamaq mümkündür:
1.
Elmin və elm fəlsəfəsinin vəhdəti prinsipi.
2.
Biliklərin nəzəri nisbiliyi prinsipi.
3.
Elmi-nəzəri quruluş kontekstində biliklərin qiymətləndiril-
məsi prinsipi.
4.
Daha çox inkişaf etmiş elmi biliyin aktuallığı prinsipi.
5.
Konseptuallıq prinsipi.
6.
Elmin plüralizm prinsipi.
7.
Praqmatik elmlərin özünəməxsusluğu prinsipi.
8.
Həqiqilik prinsipi.
8
Лиотар Ж.Ф. Ответ на вопрос: Что такое постмодерн? 1) Общественные науки
за
рубежом. (Философия)- М,1992 №5, səh.109.
ИГТИСАДИЙЙАТ ФЯЛСЯФЯСИ
45
Dostları ilə paylaş: |