Азярбайжан республикасы тящсил назирлийи azərbaycan döVLƏt qt sad un vers tet



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə8/18
tarix01.04.2017
ölçüsü5,01 Kb.
#13182
1   ...   4   5   6   7   8   9   10   11   ...   18
§ 3.4  Vətəndaş cəmiyyəti: iqtisadiyyat və   
demokratiya 
 
M
M
M
M
arksizm nəzəriyyəsində qeyd olunur ki, istehsal münasi-
bətlərinin məcmusu olan  iqtisadiyyat  ictimai həyatın bütün digər 
sferalarını  şərtləndirir.    Cəmiyyətin  real  bazisi  olan  iqtisadiyyat 
siyasi  və  hüquqi  üstqurumu  əmələ  gətirir.  Marksizm  cəmiyyətin 
mürəkkəb  strukturunu  faktiki  olaraq  əmək,  istehsal  və  mübadilə 
sferasına endirir. Siyasət, mənəviyyat, dinə gəlincə isə, marksizm 
nəzəriyyəsində  vurğulanır  ki,  üstqurumun  bu  elementlərinin  
iqtisadiyyata müəyyən dərəcədə  əks təsir göstərməsinə baxmaya-
raq,  onlar iqtisadiyyatdan asılı statusa malikdir.  
Bu fundamental müddəalar uzun müddət  aksiom kimi qavra-
nılırdı.  Sosial-fəlsəfi  tədqiqatlar  onların  əsasında  aparılırdı.  ndi 
isə, demək olar ki, yararsız kimi  heç də atılmasa da,  marksizmin 
bu  ideyasının  elmi-metodoloji  potensialı  tükənmişdir.  ctimai 
həyatın  marksizm  nöqteyi-nəzərdən  aşılanması  nəzəri  versiyalar-

ИГТИСАДИЙЙАТ ФЯЛСЯФЯСИ 
 
159
dan  biri  kimi  qalmaqdadır.  Bu  nöqteyi-nəzərin  çoxlu  sayda 
tərəfdarları  var.  Bununla  belə,    tədqiqatçılar  arasında  marksizmin 
iqtisadiyyatın  həlledici  rolu  haqqında  ideyasının  cəmiyyətin 
mürəkkəb  strukturunu  əhəmiyyətli  şəkildə  sadələşdirdiyini  söylə-
yənlər  də  az  deyildir.  Əksər  alimlərin  fikrincə,  ictimai  həyatın 
müxtəlif  sahələrinin  səciyyələndirilməsi  baxımdan  vətəndaş 
cəmiyyəti  konsepsiyasının      evristik  potensialı    daha  yüksəkdir. 
Sual oluna bilər: vətəndaş cəmiyyəti nə deməkdir? 
 
 3.4.1  “Vətəndaş cəmiyyəti” anlayışı: konseptual 
ümumiləşdirmə 
 
Q
Q
Q
Q
eyd etmək lazımdır ki,  “vətəndaş cəmiyyəti” anlayışı hələ 
antik  dövrdə  meydana  çıxmışdır.  Bu  dövrün  filosofları    vətəndaş 
cəmiyyətini siyasi cəmiyyət, dövlət kimi  səciyyələndirir, yəni bu 
terminləri  bir-biri  ilə  qarşılıqlı  əlaqədə  nəzərdən  keçirirdilər. 
Məsələn,  Aristotel  yazırdı  ki,  hər  bir  insanın  həyatı  həm  iqtisadi, 
həm  də  siyasi    baxımdan  onun    başlıca  reallıq  olan  polisə 
mənsubiyyəti  ilə  şərtlənirdi.  Antik  mütəfəkkirlər,  əsilində,    vahid 
bir tam olan dövlət-cəmiyyətdən bəhs edirdilər. 
Yeni  dövr  vətəndaş  cəmiyyətinin  formalaşması  və  müvafiq 
olaraq  bu  cəmiyyətlə  dövlət  təsisatları  arasındakı  fərqlərin  üzə 
çıxarılması  ilə  əlamətdar  olmuşdur.  Bu  prosesin  əsasında  xüsusi 
ayrılmaz hüquq və azadlıqlara, habelə öz xüsusi,  yəni cəmiyyətin 
maraqları ilə üst-üstə düşməyən  maraqlarına  malik olan şəxsiyyət 
ideyasının  formalaşması;  cəmiyyətlə  dövlət  arasında  ziddiyyət  və 
münaqişələrin  mövcud  olduğunun    dərki  kimi  amillər  dururdu. 
Bütün  bunlar  son  olaraq    vətəndaş  cəmiyyəti  ideyasının  və 
sosiumun  müstəqil  altsistemləri  kimi  siyasi  və  iqtisadi  sferaların 
formalaşmasına  səbəb  olurdu.  Vətəndaş  cəmiyyəti  ideyası    qəti 
olaraq    kapitalizmin    şəxsi  mülkiyyət,  bazar  iqtisadiyyatı,  hüquqi 
dövlət  kimi  başlıca  atributlarının  təşəkkülü  prosesində  bərqərar 

ИГТИСАДИЙЙАТ ФЯЛСЯФЯСИ 
 
160
oldu.  Onu  da  qeyd  etmək  lazımdır  ki,  iqtisadi,  sosial  və  siyasi 
sferalar məhz bu dövrdə bir-birindən ayrıldı. 
Vətəndaş  cəmiyyəti  konsepsiyasının  işlənməsində    Hegelin 
xidmətləri  olduqca  böyükdür.  Fransız,  ingilis  və  alman  ictimai-
siyasi fikrinin təhlili əsasında Hegel belə bir qənaətə gəlmişdir ki, 
vətəndaş  cəmiyyəti  ailədən  dövlətə  doğru  dialektik  hərəkətdə  
xüsusi bir mərhələdir. Vətəndaş  cəmiyyətinə səciyyəvi olan sosial 
həyat ailənin etik aləmindən və dövlətin ictimai həyatından radikal 
surətdə  fərqlənir.  Hegelə  görə,  vətəndaş  cəmiyyəti  bu  tələbat  və 
maraqlar  subyektlərinin    şəxsi  mülkiyyət  və  insanların  formal 
bərabərliyi    əsasında  həyata  keçən  qarşılıqlı  təsirləri  kimi  cıxış 
edir. Başqa sözlə, vətəndaş cəmiyyəti şəxsi mülkiyyətə və hüquqa  
arxalanan  ictimai  münasibətlər  sistemi  kimi  şərh  olunur.  Söhbət 
şə
xsi  mülkiyyət  və  hüquqi  təsisatların  inkişafı  üçün  şərait 
yaradacaq  burjua  cəmiyyətinin  formalaşdırılmasından  gedir. 
Xüsusi  mülkiyyət,  vətəndaş  hüquqları  və  azadlıqlarının  daşıyıcısı 
olan  insan  və  vətəndaş  problemi  ön  plana  çəkilir.  “Vətəndaş 
cəmiyyəti”  bölməsində  Hegel  yazır:  “Mülkiyyət  və  şəxsiyyət 
vətəndaş  cəmiyyətində  qanun  və  əhəmiyyətlilik  əlamətinə  malik-
dirlər”,  hüquq  isə  hamı  üçün  əhəmiyyətli    olmalıdır.  Hüququn 
hamı  üçün  əhəmiyyətliliyi  ideyası,  əsilində,  hüquqi  dövlət  ideya-
sıdır.    Hegel  yenə  də  qanunla,  bütün  hüquq  sistemi  ilə  müdafiə 
olunan  şəxsi  mülkiyyətin  hərtərəfli  təzahürləri  əsasında  inkişaf 
edən burjua dövlətini nəzərdə tuturdu.   
Hegelə  görə,  vətəndaş  cəmiyyəti    qarşılıqlı  təsirləri  mülki 
hüquqla  tənzimlənən  və  dövlətin  özündən  birbaşa  asılı  olmayan 
xüsusi  şəxslər,  siniflər,  korporasiyalar,  təbəqələr,  təsisatlar 
kompleksini kəsb edir.  Vətəndaş cəmiyyətinin tərkibinin xüsusiy-
yəti ondadır ki, burada onun müxtəlif elementləti arasında ziddiy-
yət    və  münaqişələr  yaranır.  Cəmiyyət  dövlət  tərəfindən  idarə 
olunmayanadək  “vətəndaş”  cəmiyyəti  ola  bilməz.  Yalnız  ali 
ictimai  hakimiyyət  vətəndaş  cəmiyyətinin  bütün  elementlərini  
vahid bir tamda  birləşdirir. Dövlət yalnız özünün bu keyfiyyətində  
vətəndaşların hüquq və azadlıqlarını təmin edə bilər. Qeyd etmək 

ИГТИСАДИЙЙАТ ФЯЛСЯФЯСИ 
 
161
lazımdır  ki,  özünün  dialektik-idealist  sistemi  çərçivəsində  Hegel 
dövlətin  təyinini  mütləqləşdirirdi.  Onun  fikrinə  görə,  dövlətdə 
dünya zəkasının azadlığı və məqsədi reallaşır. 
Vətəndaş  cəmiyyətinin  əsas  elementlərinə    Hegel:    a)  sosial 
tələbatlar və onların subyektləri sistemini; b) ədalət mühakiməsini;  
c) qanunların  və digər hüquqi aktların praktiki həyata keçməsinə 
nəzarət edən polis və korporasiyaları aid edirdi. 
Vətəndaş  cəmiyyətində,  ilk  növbədə,  kimlərin  mənafeləri 
realizə  olunur?  Bu  suala  cavab  verərkən  Hegel  yazırdı  ki,  söhbət 
ilk növbədə qanun qarşııısında bərabər olan şəxsiyyətlərin  maraq-
larından,  həmçinin    onun  başlıca  hesab  etdiyi  təbəqələrin  (torpaq 
və  fabrik  sahiblərinin,    sənətkarların,  ticarətçilərin,  məmurların) 
maraqlarından gedir. 
Göründüyü  kimi,  Hegel    vətəndaş  cəmiyyətinin  sosial-iqtisadi 
və  hüquqi  sferalarının  qarşılıqlı  bağlılığını,  şəxsi  mülkiyyətlə 
hüququn qarşılıqlı təsirlərdə olduğunu vurğulayır. Vətəndaş cəmiy-
yəti  probleminin  dərkində  və    praktiki  həllində  deyilənlərin    rolu 
olduqca böyükdür.   
Vətəndaş  cəmiyyəti  probleminə  yanaşmada  marksizmin  də 
özünəməxsus  yeri  var.  Marks  vətəndaş  cəmiyyətini    istehsal 
üsulunun üstünlüyündən, siniflərə  bölgüdən və sinfi mübarizədən 
çıxış etməklə şərh edirdi.  Marksa görə,   vətəndaş cəmiyyəti tarixi 
prosesin  əsas  məzmununu  təşkil  edən  ictimai  münasibətlər 
sahəsini  kəsb  edir.  Bununla  belə,  o  yazırdı  ki,  vətəndaş  cəmiy-
yətinin  anatomiyasını  siyasi  iqtisadda  axtarmaq  lazımdır.    Bu, 
təsadüfi  deyildir,  çünki    marksizm,  artıq  qeyd  edildiyi  kimi, 
iqtisadiyyatı cəmiyyətin başlıca sferası hesab edirdi.  
   Marksizm  nəzəriyyəsinə  görə,    dövlət  ümumi,  vətəndaş 
cəmiyyəti isə xüsusi maraqları ifadə edir. Burada vətəndaş cəmiy-
yətinin  ev  təsərrüfatı,  könüllü  birləşmələr,  kütləvi  informasiya 
vasitələri, səhiyyə, təhsil idarələri və s. kimi elementlərinə lazımi 
diqqət yetirilmirdi. Qeyd edilməlidir ki, klassik marksizm dövlətin 
və müvafiq olaraq hüququn yox olub getməsi nəticəsində dövlətlə 
vətəndaş  cəmiyyəti  arasındakı  sərhədlərin    aradan  qalxacağını 

ИГТИСАДИЙЙАТ ФЯЛСЯФЯСИ 
 
162
bildirirdi.  Bununla  yanaşı    burada,  fərdi-xüsusi  yox,    kollektiv-
dövlət  maraqlarının  birinciliyi  təsdiqlənirdi.  Keçmiş  SSR -nin  
sosializm quruculuğu təcrübəsi göstərdi ki,  vətəndaş cəmiyyətinin 
dayağı,  vətəndaş  və  kollektivlərin  ən    ümumi  maraqlarının  təmi-
natçısı  kimi nəzərdən keçirilən dövlət,  əsilində, bütün cəmiyyəti 
özünə  tabe  etdirdi.  Məhz,  buna  görə  də,    “vətəndaş  cəmiyyəti” 
anlayışı sovet  dövrünün ictimai fənlərindən tamamilə yox oldu. 
Bu  gün  ictimai  həyatın  bütün  sahələrində  geniş  islahatlar 
dövrünü yaşayan  Azərbaycanda  “vətəndaş cəmiyyəti” anlayışına 
getdikcə  daha  çox  müraciət  edirlər.  K V-də,  siyasətçilərin 
çıxışlarında “vətəndaş cəmiyyəti” anlayışından ölkəmizin  gələcək  
sosial-iqtisadi    inkişaf  yollarının  əsaslandırılması    üçün  istifadə 
olunur.  
Müasir  sosial  fəlsəfə  hamı  tərəfindən  təsdiq  olunmuş  o 
müddəadan çıxış edir ki, mürəkkəb sistem kimi cəmiyyət  bir-biri 
ilə  qarşılıqlı  əlaqələrdə  olan    aşağıdakı  dörd    altsistemlərdən 
ibarətdir: iqtisadi, sosial, siyasi və  mənəvi.   Bu altsistemlərin hər 
birinin  özünəməxsus  xüsusiyyətləri  var. 
qtisadi  altsistem 
cəmiyyətin  maddi  infrastrukturunu,  siyasi  –  bütövlükdə  sistemin 
bütün  əsas  elementlərinin  ümumi  iradəsinin  və  ümumi  marağının 
həyata  keçirilməsi  mexanizmini  təmin  edir.  Sosial  və  mənəvi 
sferalar    isə  vətəndaş  cəmiyyətini  təşkil  edir.  Lakin  vətəndaş  cə-
miyyətini  iqtisadi  və  siyasi  sferalar  arasında    hansısa  bir  aralıq 
həlqə  kimi  təsvir  etmək  düzgün  olmazdı,  çünki  öz  əhəmiyyətinə 
görə o, cəmiyyətin inkişafında  mərkəzi rolu oynayır.  Göstərilən 
altsistemlərdən  hər  biri    yalnız  o  halda  fəaliyyət  göstərə  bilər  ki,  
digərləri  də  öz  funksiyalarını  yerinə  yetirmiş  olsunlar.    Məsələn, 
dövlət strukturlarında aparılan islahatlar  iqtisadi və  sosial sferalarda 
da ciddi dəyişikliklərlə müşayiət olunmalıdır.  
Vətəndaş  cəmiyyəti  ilə  hüquqi  dövlət  bir-birinin  olmasını 
nəzərdə  tuturlar.  Müəyyən  mənada,  demək  olar  ki,  vətəndaş 
cəmiyyəti  ilə  hüquqi  dövlət  yalnız  müvafiq    tipli    iqtisadiyyat  
şə
raitində mümkündür. Həm iqtisadi, həm də siyasi altsistemlərin 
sistemyaradan  parametrləri,  məhz vətəndaş cəmiyyətinin xarakte-

ИГТИСАДИЙЙАТ ФЯЛСЯФЯСИ 
 
163
rindən asılıdır. Qeyd etmək lazımdır ki, vətəndaş cəmiyyəti sosial, 
sosiomədəni  və  mənəvi  sferaların  fəaliyyətini,  onların  istehsalını, 
təkrar  istehsalını  və  nəsildən-nəsilə  ötürülməsini    təmin  edən  sis-
tem kimi çıxış edir. Bu,  ayrı-ayrı fərdlərin və kollektivlərin sosial-
laşmasını,  xüsusi  və  kollektiv  maraq  və  tələbatların  realizə 
edilməsini  təmin  etməli  olan  müstəqil    ictimai  təsisatlar  və 
münasibətlər  sistemini  kəsb  edir.  Bu  təsisatlar,  təşkilatlar, 
kollektivlər  ayrıca  götürülmüş  bir  fərd  üçün  hakimiyyət,  nüfuz  
mənbəyidir.  Vətəndaş  cəmiyyətinin  ən  başlıca  təsisatı  ailədir. 
Qrup  da  vətəndaş  cəmiyyətində  sosial  təsirlərin  mühüm  vahidini 
kəsb edir.  Öz rollarına, təyinatına və funksiyalarına görə qruplar 
müxtəlif  ola  bilir.  Söhbət  ayrı-ayrı  şəxsiyyətlərin  dövlətlə  qarşı-
lıqlı münasibətlərini  təmin edən özünəməxsus referent qruplardan, 
habelə həm vətəndaş cəmiyyətinin özünün, həm də siyasi sferanın  
aparıcı    qüvvəsi  olan    aralıq    təsisatlardan  gedir,  məsələn,  siyasi 
partiyalar, həmkarlar, kütləvi informasiya vasitələri.    
Qeyd etmək istərdik  ki,  vətəndaş cəmiyyəti  təkcə təsisatlar 
kompleksi  deyil.  O,  həmçinin,  münasibətlər  sistemidir,  burada 
istehsal  olunmuş    maddi  və  mənəvi  məhsulları  birləşdirən  sosio-
mədəni  və  siyasi-mədəni  qurumdur.  Vətəndaş  cəmiyyəti  milli, 
dini,  mənəvi  ənənələrdən,  miflərdən,  simvollardan,  stereotip-
lərdən,  şüur  və  davranış  normalarından    kənarda  mümkün  deyil.  
O,  özündə  insanların  iqtisadi,  sosial,  siyasi  və  mənəvi    maraq-
larının formalaşdığı və realizə olunduğu müəyyən  sosial əlaqələr  
sistemini  birləşdirir.  Vətəndaş  cəmiyyəti  daxili  birliyi  olmayan, 
bir-birindən  təcrid  olunan    hansısa  bir  xaotik  qurum  deyil. 
Vətəndaş cəmiyyəti çərçivəsində birgəyaşayışa can atan  müxtəlif 
sosial qüvvələr, təsisatlar, təşkilatlar  bir-biri ilə üzvi əlaqəlidir. 
Bəs,  bu  gün  Azərbaycanda  vəziyyət  necədir?  Artıq  qeyd 
etmişdik  ki,    ölkəmizdə  uzun  müddət  dövlət  cəmiyyət  üzərində 
hökmranlıq etmişdi. Lakin  mütəxəssislər qeyd edirlər ki, son illər 
ə
rzində  Azərbaycanda  vətəndaş  cəmiyyəti  təşəkkül  tapmışdır. 
Söhbət  sosial  bazanın  tədricən  formalaşmasından,    ilk  növbədə, 
orta  sinif    nümayəndələrinin    (menecerlərin,  peşəkarların,  yeni 

ИГТИСАДИЙЙАТ ФЯЛСЯФЯСИ 
 
164
iqtisadi  elitanın,  elmi-texniki  ziyalıların)    bir  qədər    artmasından 
gedir.  Tədricən  vətəndaş  cəmiyyətinin  xeyriyyə,  təhsil,  mədəni-
humanitar  təşkilatları,  kütləvi  informasiya  vasitələri,  dini 
konfessiyalar  kimi  məşhur  təsisatları  da  meydana  çıxmışdır. 
Ə
vvəllər Azərbaycanda dövlət  vətəndaş  təsisatlarının fəaliyyətinə 
ə
sasən  təzyiq edib onu reqlamentləşdirirdisə, müasir şəraitdə əsas 
məsələ  vətəndaşların rifahının yaxşılaşdırılması  naminə  onların  
arasında əməkdaşlıq  və dialoqu  yoluna salmaqdır.  
Vətəndaş  cəmiyyətinin  ən  mühüm  sferalarından  olan  iqtisa-
diyyatla  siyasətin  qarşılıqlı  nisbəti  məsələsi  ən  mürəkkəb 
məsələlərdən  biridir.  Bu  problemin  həllinə    bir  çox  filosoflar  və 
iqtisadçılar  cəhd göstərsə də, o, aktual olaraq qalmaqdadır, çünki 
ictimai  həyatın  bu  sferalarının  qarşıılıqlı  təsirləri  son  dərəcədə 
dinamik  olmaqla  ictimai  mexanizm  strukturlarının  konkret 
vəziyyətindən  asılıdır.    Keçid  dövrünü  yaşayan  bir  cəmiyyətdə 
onların real nisbətini aşkarlamaq daha  da çətin olur. 
Hamıya  məlumdur  ki,  siyasətsiz  iqtisadiyyat,  eynilə  də 
iqtisadiyyatsız    siyasət  ola  bilməz.  Hətta  mütəxəssislər  bir  çox 
ölkələrdə  iqtisadi  sistemlərin  siyasiləşdirilməsi  tendensiyasının  
müşahidə  olunduğunu  vurğulayırlar.    Real  gerçəklikdə  iqtisadiy-
yatla    siyasət  bir-birindən  asılı  olmaqla  bir  medalın  iki  tərəfini 
təşkil edir. Əlbəttə, cəmiyyətin  bu ən mühüm sferalarının hər biri 
nisbi müstəqilliyə malikdir. 
Siyasətin  iqtisadiyyatla  qarşılıqlı  münasibətlərini  üzə  çıxar-
maq  üçün,  dövlətin  iqtisadiyyatda  yeri  və  rolu  məsələsini  təhlil 
etməliyik.  Dövlətin  daxili  funksiyalarından  biri  iqtisadiyyatın 
tənzimlənməsidir.  Bazar  iqtisadiyyatına  keçid  dövründə  bu 
problem  xüsusi  əhəmiyyət  alır.    Əvvəlcə  iqtisadiyyatın  dövlət 
tənzimlənməsinin tarixən təşəkkül tapmış bəzi ümumi cəhətlərinə 
nəzər  salaq.  Məlumdur  ki,  dövlət  iqtisadiyyata  alətlər  və  tənzim-
ləyicilər  sisteminin  köməyi  ilə  təsir  göstərir.    Adətən,  iqtisadi, 
inzibati  və  hüquqi  tənzimləyicilər  qeyd  olunur.  Bu  metodların   
tətbiqi  sosial-tarixi şəraitdən asılı olur. Bu və ya digər metodların 
üstünlük təşkil etməsi iqtisadi məqsəd və vəzifələrlə şərtlənir.   

ИГТИСАДИЙЙАТ ФЯЛСЯФЯСИ 
 
165
      Sosial  filosoflar    və  iqtisadçılar  qeyd  edirlər  ki,  son 
illərdə  əmtəə-pul  münasibətləri  aləmində  ciddi  dəyişikliklər  baş 
vermişdir. Bu ilk növbədə, iqtisadiyyatda siyasətin rolunun dəyiş-
məsi  ilə  bağlı  olmuşdur.    Məsələ  bundadır  ki,  iqtisadiyyatda  
dövlətin rolu bütövlükdə artmışdır. Xarici ölkələrin iqtisadi inkişaf 
təcrübəsi  göstərir  ki,  bir  çox  ölkələrdə  siyasi  qərarların,  milli 
iqtisadiyyatların  dövlət  proqramlaşdırılmasının  əhəmiyyəti    yüksəl-
mişdir.  Məsələn,  Yaponiyada,  Fransada,  sveçdə  dövlət  hökumət 
investisiyalarına,  məqsədli  proqramlara,  qiymətlərə  və  s.  nəzarət 
edir.  Dövlət  büdcəsindən  kənd  təsərrüfatına  ayrılan  dotasiyalar  
Yaponiyada  72    faiz,  Avstriyada  –  44  faiz,  Kanadada  –  35  faiz 
təşkil edir.  
Dövlətin  iqtisadi  proseslərə  təsirinin  artdığını  göstərmək 
üçün, adətən, ABŞ tarixinin  20-30-cu illərindən misallar gətirirlər. 
Məlumdur  ki,  həmin  dövrdə  ABŞ  dərin  iqtisadi  böhran  
vəziyyətində idi. Bu böhranı  yalnız Ruzveltin “yeni kurs” siyasə-
tinin    hesabına  aradan  qaldırmaq  mümkün  oldu.  Müharibədən 
sonrakı  dövrdə  Almaniya  iqtisadiyatının  qaldırilmasında  K.Ade-
nauer-L.Erxard  hökumətinin  fəaliyyəti  öz  bəhrəsini  vermişdi. 
Yaponiyada  da  iqtisadi  möcüzə,  əsasən,  düzgün  dövlət  siyasəti 
hesabına mümkün oldu. 
Qeyd  etmək  lazımdır  ki,    iqtisadi  proseslərə  mərkəzləşdiril-
miş dövlət təsirinin təkamülü ziddiyyətsiz olmamışdır.  Misal üçün 
Böyük  Britaniyada    M.Tetçer  hökumətinin  azad  sahibkarlıq 
metodlarının    genişləndirilməsi    üzrə  dövlət  tədbirlərini,  ABŞ-da 
prezident  R.Reyqanın  dövlət  tənzimlənməsinə  yox,  bazar  mexa-
nizmlərinə  üstünlük  vermə  siyasətini  göstərmək  olar.  Beləliklə, 
Avropa  ölkələrində    və  ABŞ-da    kapitalizmin  inkişafı  prosesində  
bazar rəqabət mexanizmi dövrləri ilə iqtisadiyyatın dövlət tənzim-
lənməsi  dövrləri    bir-birini  əvəz  etmişdir.  Lakin    iqtisadi  inkişaf 
təcrübəsi göstərdi ki, iqtisadi strukturlara dövlət təsiri tendensiyası  
ümumən    üstünlük  təskil  etmişdi.  Xatırladaq  ki,  ötən  əsrin 
ortalarına  yaxın    bazar  münasibətlərinə  üstünlük  verən  iqtisadçı-
ların    və  sosioloqların  sosial-iqtisadi  siyasətin  işlənməsinə  təsiri 

ИГТИСАДИЙЙАТ ФЯЛСЯФЯСИ 
 
166
zəifləmiş, ön plana iqtisadiyyata fəal dövlət müdaxiləsi nəzəriyyə-
çiləri,  ilk  növbədə,  keynsiançılar  çıxmışdılar.  ngilis  iqtisadçısı  
C.Keynsin    (1883-1946)    təlimi  bazar  iqtisadiyyatının      dövlət 
tənzimlənməsinin  nəzəri  əsası  oldu.  Bu  təlimə  görə,    istehlak-
çıların alıcılıq qabiliyyətinin istehsal vasitələrinin inkişafına uyğun  
inkişafı üçün  dövlət gəlirin yenidən bölgüsü hesabına  işçi qüvvə-
sinin məşğulluğunu təmin edir. Bunun üçün dövlət vergilər, büdcə, 
investisiyalar, kreditlər kimi vasitələrdən istifadə edir. 
Bununla  əlaqədar  bəzi  mühüm  sosial-fəlsəfi  problemlər  
meydana çıxır. Birincisi,  dövlətin əhalinin həyat səviyyəsinə görə  
məsuliyyəti.  Söhbət  iqtisadiyyata  siyasi  təsirin  hüdudlarından  və 
bu  təsirin  mümkün  nəticələrindən  gedir.  Hələ  Engels  demişdi  ki, 
siyasi  hakimiyyət  iqtisadi  inkişafa  çox  böyük  zərər  yetirə  bilər. 
Deməli,  dövlət  hakimiyyəti  iqtisadiyyata  çox  ehtiyatla  təsir 
göstərməlidir.  Deyilənlər,    xüsusən  də,  təbii  sərvətlərin  (neftin, 
qazın)  tənzimlənməsi  və  bölgüsü  baxımından,      ölkəmizin  də 
iqtisadi siyasətinə aiddir. 
kincisi, iqtisadiyyatda dövlət sektorunun mümkün hüdudları 
problemi.  Geniş  mənada  bu,  təkcə  dövlət  mülkiyyətinin  həcmi,  
təsərrüfatçı    subyekt  kimi    dövlətin  fəaliyyəti    yox,  həmçinin, 
tənzimləyici qüvvə kimi onun iqtisadiyyatda rolu deməkdir.  Axı, 
dövlət  müxtəlif  formalarda  istehsalda,  bölgüdə,  mübadilədə  və 
istehlakda  istirak  edir.    Məlumdur  ki,  müxtəlif  ölkələrdə  dövlət 
müəsissələrinin  payı    müxtəlifdir.  Məsələn,  Rusiya  iqtisadiyya-
tında  o,  45 faiz təşkil edir. 
 Bir  tərəfdən  vətəndaş  cəmiyyəti  üçün  ən  böyük  təhlükə  
dövlət  sektorunun  mütləqləşdirilməsidir  ki,  bu  da  məmurların 
sayının  artmasına,  və  deməli,  korrupsiyanın  və  digər  sui-istifadə-
lərin baş almasına səbəb olur. Digər tərəfdən,  90-cı illərdə həyata 
keçirilmiş  özəlləşdirmə  nəticəsində,    dövlət  müəssisələri  xüsusi 
şə
xslər tərəfindən alınmış, əsas maliyyə və ehtiyat axınları onların 
nəzarəti  altına  keçmişdir.  Axı,  ümummilli  sərvətlər  vasitələrinə 
nəzarət hüququ  yalnız xalqa məxsusdur.  Lakin əhalinin belə real 
imkanı  yoxdur.    Siyasətin    insan  hüquqlarının  sosial  müdafiəsi 

ИГТИСАДИЙЙАТ ФЯЛСЯФЯСИ 
 
167
prinsiplərinə  əsaslanmadığı  bir  cəmiyyətdə    səmərəli  iqtisadiyyat  
ola bilməz.  Belə hüquqlara bütün vətəndaşların xüsusi mülkiyyət 
hüququ,  sadə  insanların  və  onların  mülki  təşkilatlarının  dövlətin 
iqtisadi siyasətinə real təsit etmək hüquqları aiddir.  
 
 
 
qtisadi demokratiya konsepti 
 
M
M
M
M
üxtəlif dövlət quruluşu şəraitində iqtisadiyyatla siyasətin 
qarşılıqlı  nisbəti  nə  cür  olur?  Demokratiya  ilə    bazar  bir-birinə 
hansı nisbətdədir?  qtisadiyyatda demokratiya mümkündürmü? Bu 
mühüm sualların həm nəzəri, həm də praktiki əhəmiyyəti var. Bu 
suallara  cavab  vermək  üçün  demokratiyanın  özünün  mahiyyətini  
üzə  çıxarmaq  tələb  olunur.  Müasir  anlamda  o,  özündə  aşağıdakı 
parametrləri    birləşdirmiş  olur:  insan  və  vətəndaş  hüquqları, 
azadlıq,  bərabərlik,  hakimiyyət  bölgüsü,    dövlət  hakimiyyətinin 
hüquqa  tabe  olması  və  s.  Tarixi  ənənə  “demokratiya”  anlayışını,  
ilk növbədə, siyasətlə - dövlətin, yerli idarəetmənin, siyasi hərəkat 
və  partiyaların    fəaliyyətinin  strukturu  və  prinsipləri  ilə  əlaqələn-
dirir.  Lakin  insanlrın  mənafeyinə  toxunan  qərarlar  təkcə  siyasi 
sferada qəbul olunmur. Belə qərarlar cəmiyyətin  digər sahələrində  
(iqtisadi, sosial, mənəvi) də qəbul olunur. Çox mürəkkəb olan bu 
sahələrdə  müvafiq  ictimai  təsisatlar    fəaliyyət  göstərir  (məsələn, 
iqtisadi  sferada  müəsissələr,  banklar,  həmkarlar  bə  s.).  Bu 
sferaların  hər  birində  subyektlər  arasında  müəyyən  münasibətlər 
sistemi  təşəkkül  tapır.  Aydındır  ki,    bu  münasibətlər    də,  öz 
növbəsində, demokratik,  oliqarxik və ya avtoritar xarakter daşıya 
bilər.  Belə  ehtimal  etmək  olar  ki,  iqtisadi  sferada  ictimai 
münasibətlərin    xarakteri  cəmiyyətin  siyasi  sferada  da    demokra-
tikliyinin  dərəcəsinə  təsir  göstərir.  Buna  görə  də,  zənnimizcə,  
siyasi  demokratiya  ilə  yanaşı  iqtisadi  demokratiyanın    da    ayrıca 
bir  kateqoriya  kimi  nəzərdən  keçirilməsi  məqsədə  müvafiqdir. 
qtisadi demokratiya dedikdə biz  xalq təsərrüfatında çalışan bütün 

ИГТИСАДИЙЙАТ ФЯЛСЯФЯСИ 
 
168
cəmiyyət  üzvlərinin  istehsalın  idarə  olunmasında  və  onun  nəticə-
lərinin  bölgüsündə  real  iştirakını,  vətəndaşların  iqtisadi  fəaliyyət 
azadlığını,  şəxsiyyətin  istehsal,  bölgü  və  tədavül  sferalarında 
hüquq  və  maraqlarını  təmin  edən  ictimai  münasibətlər  sistemini 
nəzərdə tuturuq. 
Qeyd  olunduğu  kimi,  demokratik  cəmiyyətdə  insanlar  azad,  
bərabər  hüquq  və  imkalara  malik  olmalıdırlar.    Lakin  siyasətdə 
həm azadlıq, həm də bərabərlik  çoxları tərəfindən nəınki  şəksiz, 
həmçinin, əldə olunması mümkün olan ideallar  kimi  qavranılırsa, 
iqtisadiyyatda vəziyyət  bir qədər başqa cürdür. 
Siyasətdə  bərabərlik  vətəndaşların  siyası  həyatın  əsas 
subyekti  olan  dövlətə  münasibətdə  bərabərliyini  nəzərdə  tutur. 
Vətəndaşların dövlət qarşısında bərabərliyi müasir hüquqi dövlətin 
məqsədləri  arasında  əzəldən  yer  almış,  şəxsiyyətin  hüquq  və 
azadlıqlarının  müdafiəsi  onun  əsas  məqsədi  elan  edilmişdir. 
Ə
ksinə,  müasir  bazar  iqtisadiyyatında    insanların  azadlıq  və 
bərabərliyini  əmək bölgüsünün olması, mülkiyyət institutu, əmlak 
diferensiasiyası və s. məhdudlaşdırır.   stehsal vasitələrinin sahibi 
ilə  muzdlu  işçi  əzəldən  bərabər  deyildirlər;  varlılar  və  kasıblar 
arasında  da  bərabərlik  yoxdur;  eyni  zamanda,  həm  mülkiyyətçi, 
həm də  bazarda oyunun qaydalarını təyin edən ictimai təsisat kimi 
çıxış  edən  dövlət    digər  sahibkarlar  qarşısında  üstünlüklərə 
malikdir.  Sual  oluna  bilər:  belə  şəraitdə  iqtisadi  demokratiya 
prinsiplərini həyata keçirmək mümkündürmü? 
Bu  suala  birmənalı  cavab,  hələ  ki,  yoxdur.  Liberal  siyasət-
çilər  və  alimlər  iqtisadiyyatda  demokratiyanı  müstəsna  olaraq 
sahibkarlıq  azadlığı  və  həmkarlar  azadlığı    ilə  məhdudlaşdıraraq 
faktiki  olaraq  bu  suala,    yox  cavabı  verirlər.  Dövlət  sosializmi 
ideologiyasının  tərəfdarları  hesab  edirlər  ki,  müasir  cəmiyyətdə  
iqtisadi demokratiyaya nail olmaq mümkün deyil.  qtisadi sferada 
cəmiyyətin bütün üzvlərinin həqiqi bərabərliyini təmin etmək üçün  
şə
xsi  mülkiyyəti  yox  etmək,  bazar  təsərrüfatını  plan  iqtisadiyyatı 
ilə əvəz etmək lazımdır. 

ИГТИСАДИЙЙАТ ФЯЛСЯФЯСИ 
 
169
Amma  iqtisadi  demokratiyanın  tərəfdarları  da  çoxdur.  Bir 
çox həmkarların ideologiyasında o, mühüm yer tutur.  Hələ 1924-
cü  ildə  alman  sosial-demokratiyasının  görkəmli  nəzəriyyəçisi 
Rudolf  Gilferdinq  yazmışdı  ki,  “azad  rəqabət  kapitalizmindən 
mütəşəkkil  kapitalizmə  keçid”,  qeyri-mütəşəkkil  kapitalizm  döv-
ründən  irsən  keçmiş  şəxsi  mülkiyyət  bazisi  ilə  ziddiyyətə  girir. 
Gilferdinq qeyd edirdi ki, “bu ziddiyyəti iyerarxik təşkil olunmuş 
təsərrüfatı    demokratik  təşkil  olunmuş  təsərrüfata    çevirməklə 
aradan  qaldırmaq  olar”.  Deməli,  “təsərrüfatın  yeni  təşkilinin  ali 
mərhələsində    kapitalizm  təsərrüfat  demokratiyası  problemini 
gündəmə  gətirir”.  Gilferdinqin  nöqteyi-nəzəri    tez  bir  zamanda  
Qərbi  Avropanın  sosial-demokratik    partiyalarının  əksəriyyətinin 
rəhbərliyi tərəfindən qəbul olundu. 
Aydındır  ki,  sosial-reformizmin  digər  bir  ideoloqu    olan 
Eduard Bernşteynin ardınca  R.Gilferdinq ona müasir olan kapita-
lizmin  inkişafını  bir  qədər  ideallaşdırdı.    XX  əsrin  20-30-cu 
illərinin  Böyük  depressiyası  göstərdi  ki,  təsərrüfatın  demokra-
tikləşdirilməsinə  doğru  tendensiya  kapitalist  sistemində  heç  də 
qaçılmaz deyil: böhran şəraitində bu tendensiya digər tərəfə, yəni 
oliqarxiyanın  və avtoritarizmin güclənməsinə doğru təkamül edə 
bilər.  (Yeri  gəlmişkən  qeyd  edək  ki,  inkişafın  bu  variantı  elə 
Gilferdinqin    özü  tərəfindən  “Maliyyə  kapitalı”  kitabında  çox 
gözəl  təsvir  olunmuşdur).  Tarixi  təcrübə  göstərdi  ki,  kapitalist 
cəmiyyətinin  hakim  dairələri  həm  fəhlə  hərəkatına  güzəştə 
getməklə,  iqtisadi  demokratiyaya  doğru  inkişaf  etməklə,  həm  də 
iqtisadiyyatın  avtoritar  idarəetmə  metodlarını  gücləndirməklə 
sistemli böhranlardan  çıxış yolunu  tapa bilirlər. Məsələn,  1920-
ci  illərin  Böyük  depressiyasından    bəzi  kapitalist  ölkələri  (ABŞ, 
Böyük  Britaniya,  sveç)  demokratik  dövlətin  iqtisadiyyatda 
tənzimləyici  rolunu  gücləndirməklə  və  səmərəli  sosial  sığortalar 
sistemi  yaratmaqla  çıxa  bildi.  Digər  ölkələr  (Almaniya,  taliya, 
Yaponiya) bu depressiyadan  həm siyasətdə, həm də iqtisadiyyatda 
totalitar  idarəetmə  sistemli  faşist  rejimlərini  yaratmaqla  çıxdılar. 
Deməli,  iqtisadi  demokratiya    kapitalist  sisteminin  avtomatik 

ИГТИСАДИЙЙАТ ФЯЛСЯФЯСИ 
 
170
olaraq  gələcəyi  bir  durum  deyil.    Ona  doğru  hərəkət    yalnız    bu 
prinsipləri  dəstəkləyən  ictimai  qüvvələrin    mübarizəsinin  nəticəsi 
ola bilər.  
Müasir  qərb  cəmiyyətində    iqtisadi  demokratiya  uğrunda 
mübarizə  funksiyasını  sosial-demokratik  partiyalar  və  onların 
ideya  təsiri  altında  olan    həmkarlar  öz  üzərinə  götürdülər.  kinci 
Dünya  müharibəsindən  sonra  iqtisadi  demokratiya  sosial-de-
mokratik  partiyaların  proqram  sənədlərində  yer  aldı.  1951-ci  ildə 
Sosialist  nternasionalın I Konqresinin  məşhur Frankfurt  Bəyan-
naməsində  sosializm  siyasi,  sosial  və  beynəlxalq  demokratiyanın 
uzlaşdırılması kimi səciyyələndirilir.  
qtisadi  demokratiya  demokratik  prinsiplərin    təsərrüfat  
münasibətləri  sisteminə  daxil  etdirilməsi  konsepsiyasıdır.  Bu, 
xüsusi mülkiyyətin  və bazar mexanizmlərinin  kökündən çıxarıl-
ması demək deyil. Söhbət  cəmiyyət tərəfindən  nəzarət edilən  və 
dövlət  tərəfindən    tənzimlənən  qarışıq  iqtisadiyyatdan,  müxtəlif 
mülkiyyət  formalarından  və  bazar  mexanizmlərindən  gedir. 
qtisadi  demokratiyanın  əsas  prinsiplərinə  zəhmətkeşlərin  tam 
məşğulluğu,  əməyin  məhsuldarlığının  artırılması,  həyat  səviy-
yəsinin  yüksəldilməsi,  sosial  təminat  və  gəlirlərin,  mülkiyyətin 
ə
dalətli  bölgüsü,  zəhmətkeşlərin  müəsissələrin  idarə  olunmasında 
bilavasitə    iştirakı    hesabına  əmək  şəraitinin  yaxşılaşdırılması 
aiddir.  
Bu  gün  iqtisadi    demokratiya    ideyalarının    geniş  yayılması 
bu  kateqoriyanın  öyrənilməsini,  ölkəmizdə  iqtisadi  demokrati-
yanın  perspektivləri  və  mümkün  formalarının    araşdırılmasını  
təkcə nəzəri  yox, həm  də  Azərbaycanın siyasəti üçün çox aktual  
bir  problemə  çevirir.  Lakin  bu  hadisənin    təhlilində  biz  nəzərə 
almalıyıq ki,  zəhmətkeşlərin təşkilatlarına sosial-demokratik parti-
yaları tərəfindən gətirilən iqtisadi demokratiya ideyasının genezisi, 
marksist  ideologiyasının  yayılması  ilı  əlaqədar  olmuşdur.  qtisadi  
demokratiya  ideyalarına bu partiyalar dövlət sosializmi ideologi-
yasından  gəlib  çıxmışdı.    Buna  görə  də,  iqtisadi  demokratiya  
kateqoriyasını  öyrənərkən  biz,    həmçinin,  klassik  marksizmdə  

ИГТИСАДИЙЙАТ ФЯЛСЯФЯСИ 
 
171
irəli  sürülən  əməyin  azad  edilməsi  və  istismarsız  cəmiyyət  quru-
culuğu haqqıda ideyaları,  bu yolda  dövlət sosializmi dəyərlərinə 
üz tutan  fəhlə hərəkatının qlobal uğursuzluqlarının səbəblərini də 
nəzərdən  keçirməli,  qoyulmuş  məqsədlərin    və  bu  məqsədlərə 
çatma  metodlarının  reallığını  dərk  etməli,  onlara    iqtisadi 
demokratiya  ideyaları    prizmasından  baxmalıyıq.    Marksizmin 
müasir ortodoksal tərəfdarları hesab edirlər ki,  Marksın doktrinsı-
nın ən  mühüm elementi sinfi mübarizə, sosialist inqilabının qələ-
bəsi nəticəsində proletariatın hakimiyyətə qəlməsi və kommunizm 
cəmiyyətini  qurmaqla  bəşəriyyətin  azad  olunması    haqqında 
təlimdir.  Amma  unudulmamalıdır  ki,  Marks  və  Engelsin  əsərlə-
rində  sosialist  inqilabının  xarakterinə  və    kommunizm  cəmiy-
yətinin  mahiyyətinə  dair  yalnız  ümumi  və  qısa  qeydlər    vardır.  
Ə
silində,  bu  ideyaları  yalnız  Marksın  hələ  öz  yaradıcılığının 
ə
vvəlində  qoyduğu  özgələşmə  probleminin  həllinə    cəhd    kimi 
qiymətləndirmək  olar.  Bu  gün  artıq  danılmaz  bir  faktdır  ki, 
muzdlu  əmək  sisteminin    və  kapitalın  tənqidi  yolu  ilə  özgələşmə 
probleminin konkretləşdirilməsi  Marksın yaradıcılığının ən güclü 
tərəfidir. 
Hələ  alman  klassik  fəlsəfəsində  formulə  edilən  özgələşmə 
ideyası    ilk  dəfə  olaraq  Marks  tərəfindən  1844-cü  ildə    iqtisadi 
mövqedən araşdırılmışdır. Marksa görə, istənilən özgələşmə üçün 
ə
n fundamental olanı əməyin özgələşməsi və ya məcburi əməkdir.  
Muzdlu işçinin əməyi o illər  də belə olmuş, müəyyən mənada bu 
gün  də    belə  qalmaqdadır.  Elmi  ədəbiyyatda  Marksın  özgələşmiş 
ə
mək  problemini  dörd  aspektdə  nəzərdən  keçirdiyi    qeyd  olunur:  
birincisi,  nə  istifadə  etdiyi  material,  nə  də  əməyin  məhsulu  
muzdlu  işçiyə  məxsus  deyil.    şçi  nə  qədər  çox  predmet  istehsal 
etsə, ona yad olan əşyalar aləmi də bir o qədər çox olar. Həddin-
dən artıq istehsal olunmuş məhsul ona  sərf olunmuş əməyin qiy-
mətini  endirir, işçini iş yerindən məhrum edir, sənaye tullantıları 
onun yaşayış mühitini zəhərləndirir.  
kincisi,  əmək  fəaliyyəti  prosesinin  özü  muzdlu  işçi  üçün 
məcburidir.  Onun  şeçimi  yoxdur:  o,  işləməlidir,  özü  də  ona  görə 

ИГТИСАДИЙЙАТ ФЯЛСЯФЯСИ 
 
172
yox ki,  özünün əməyə, yaradıcılığa  olan psixoloji tələbatını ödə-
yir.  O  qazanmalıdır  ki,  yaşasın.  Əmək  prosesində  nə  nəzarət,  nə 
tənzimləmə,  nə  idarəetmə,  nə  də  ki,  nəticələrin  bölgüsü    işçiyə 
məxsus  deyil.  Ona  görə  də,  yalnız  işdən    kənarda  işçi  özünü 
sərbəst hiss edir.  
Üçüncüsü,    muzdlu  əmək  prosesində  həyatın  özü  yalnız  
yaşamaq üçün   vasitəyə çevrilir. Əmək prosesində təbiətə də insan 
özgələşmiş  münasibət  bəsiləyir.  Təbiət  onun  üçün  bir  tərəfdən 
təbii  materiallar  mənbəyi  kimi,  digər  tərəfdən  də  ram  etməli 
olduğumuz kor-təbii qüvvə kimi çıxış edir.  
Dördüncüsü, sənaye cəmiyyətində özgələşmiş əmək insanlar 
arasında da özgələşməni doğurur.  Muzdlu işçi ilə sahibkar, isteh-
salçı  ilə  istehlakçı,    zəhmətkeşlərlə  kapitalistlər  maraqlarının  üst-
üstə  düşməməsi  üzündən  özgələşmişlər.    şçinin  istehsal  prose-
sində özgələşməsi  cəmiyyətdə özgələşmənin fundamental əsasına 
çevrilərək insan şəxsiyyətinin və mənəviyyatının deformasıyasına 
səbəb olur. 
Bir  əsr  sonra  bu  ideyaları  inkişaf  etdirən  görkəmli  Amerika 
filosofu  və  psixoanalitiki    E.Fromm  kapitalizm  şəraitində  sosial 
özgələşmənin  doğurduğu    və  kütləvi  psixoloji  tip    olan    “bazar 
xarakteri”  kateqoriyasını  formulə  etmişdir.  Onun  fikirlərinə  görə, 
bazar  xarakteri  onda  özünü  biruzə    verir  ki,  insan,  canlı  varlıq 
“şəxsiyyətlər  bazarında”  özünü  əmtəə  kimi  hiss  edir.    Hər  şey 
sənin  özünü  necə  təqdim  etməyindən,  “qablamanın”  nə  dərəcədə 
gözəl olmasından asılıdır. Fromm qeyd edirdi ki, bazar xarakterli 
insanlarda  daimi hərəkət etmək, bütün işləri maksimum səmərəli  
yerinə  yetirmək  məqsədindən  başqa  məqsəd  yoxdur  və  əgər 
onlardan  niyə  belə  sürətlə  hərəkət  etdiklərini  soruşsaq  ....cavab 
tapa bilməyəcəklər. Onları  “insan nə üçün yaşayır?” kimi fəlsəfi 
və dini suallar  maraqlandırmır. Onu   həyatı və  xoşbəxtliyi  yox, 
satış üçün nə dərəcədə yararlı olması  maraqlandırır”. Çox dərin və 
dəqiq  olan  bu  təhlil  azad  bazarı  bəşər  sivilizasiyasının  zirvəsi 
hesab edən liberalların amansız tənqidi olmuşdur. 

ИГТИСАДИЙЙАТ ФЯЛСЯФЯСИ 
 
173
Marks  dərk  edirdi  ki,  əməyin  özgələşməsini  aradan 
qaldırmaq  üçün  məhsuldar  qüvvələrin  müəyyən  inkişaf  səviyyəsi 
tələb  olunur.  Amma  o,  yanlış  olaraq  hesab  edirdi  ki,  XIX  əsrin 
ortalarına  yaxın  formalaşmış  olan  maşınlı  istehsal    belə  bir 
səviyyəni  artıq  təmin    etmişdi.  Dövrünün  “azad”,  inhisaraqədərki 
kapitalizmini  Mrks  istismar  əsasında  qurulan  sivilizasiyanın 
mövcudluğunun  son  mərhələsi  hesab  edirdi.  Onun  fikrinə  görə, 
özgələşmiş əməyin inkişafı, məhz bu dövrdə başa çatmışdır. Buna 
görə də, Marks ona müasir olan kapitalizmin əsas iqtisadi kateqo-
riyalarının təhlilini  sosial özgələşmə və istismarın dərkində həlle-
dici hesab edirdi. Marks məntiqi olaraq  şəxsi mülkiyyəti  özgələş-
mənin özünəməxsus təcəssümü hesab etmiş,  onun ictimai mülkiy-
yətlə  əvəz  olunmasının  əməyin  özgələşməsinin  aradan  qaldıra-
cağını söyləmişdi. Bu nöqteyi-nəzər yanlış oldu.  Amma Marksın 
nəzəri səhvi onun siyasi ehtiraslarından yox, ona müasir olan tarix 
elminin  zəifliyindən  irəli  gəlirdi.  Kapitalizməqədərki  ictimai 
sistemlərin    təbiətinin  sonrakı    araşdırmalarından  məlum  oldu  ki,  
burada  şəxsi  mülkiyyətin  rolu    Marksın  dövründə  Avropada 
olduğu kimi elə də  yüksək olmamışdı. Bundan başqa,  ən qəddar 
özgələşmə  formalarını  nümayiş  etdirən  istismarçı  cəmiyyətlər, 
ümumiyyətlə,  şəxsi  mülkiyyət  adlanan  təsisatı  tanımaya  da 
bilərdilər.  Dövlətin  əsas  istehsal  vasitələrinin  sahibi  və  istismarçı 
rolunda  çıxış etdiyi qədim Çin, Misir sivilizisiyalarını buna misal 
gətirmək olar.  
Özlərini  Marksın  ardıcılları  elan  edən  insanlar    praktikada  
onun təlimini təkzib edərək şəxsi mülkiyyətsiz, amma istismar və 
özgələşmənin  yenə  də  yer  aldığı  dövlət  sosializmi  cəmiyyətini 
qurdular.  Marksın  “sol”  tənqidçisi  M.A.Bakuninin  proqnozlaşdır-
dığı  kimi,  proletariatın  diktaturası  “kommunist  partiyası  rəislə-
rinin” diktaturasına çevrildi. 
Ş
übhəsiz ki, istismar və özgələşmə, digər sənaye ölkələrində 
olduğu  kimi,  keçmiş  SSR -də  də var idi. SSR -də  zəhmətkeşlər 
özlərinin  mülkiyyətdən  özgələşdiklərini  dərk  edirdilər  və  bunu 
sübut edən çoxsaylı misallar gətirmək olar. 

ИГТИСАДИЙЙАТ ФЯЛСЯФЯСИ 
 
174
Marks  özgələşmənin  daha  bir  daimi  sirdaşı  olan  əmək 
bölgüsünün  də  adını  çəkir.  Zənnimizcə,  əməyin  özgələşməsinin 
ilkin  səbəbi  məhz  elə  əmək  bölgüsüdür.  stənilən  hadisə  kimi, 
ə
mək  bölgüsünün  də  həm  müsbət,  həm  də  mənfi  nəticələri    olur. 
xtisaslaşma  olmasa,  elmi-texniki  tərəqqi  də  mümkün  olmaz. 
Amma  ixtisaslaşma  şəxsiyyətin  tamlığını  dağıdır,  onu  Herbert 
Markuzenin sözləri ilə desək, “birölçülü” insana çevirir. 
Bu  gün  idarəetmə  xüsusi  bilik  və  hazırlığı  tələb  edən    bir 
peşədir.  Cəmiyyətdə  idarəetmə  və  icraya,  əməyin  nüfuzlu  və 
nüfuzsuz  növlərə  bölgüsü  qaçılmaz  olduğundan,  ictimai  əmək 
bölgüsündə  nüfuzlu  mövqe  tutan    və  bu  mövqedən  həm  cəmiy-
yətin maraqları, həm də öz eqoist maraqları naminə  istifadə edən 
xüsusi  sosial  təbəqənin  də  olması  qaçılmazdır.  Deməli,  insanın 
ə
məkdə  özgələşməsinin  səviyyəsi  texnologiyaların  və  mədəniy-
yətin  inkişaf  səviyyəsindən  asılıdır.  Bu  səviyyəni  özgələşmənin 
texnoloji  həddi  adlandıraq.  Məhsuldar  qüvvələr  inkişaf  etdikcə 
peşəkar  idarəetməyə  ehtiyacın  aradan  qaldırılması,  yaradıcı  və 
qeyri-yaradıcı, nüfuzlu və qeyri-nüfuzlu əmək növlərinə bölgünün 
yox olması nəticəsində bu həddi geridə qoymaq olar.  Amma fərz 
etmək olar ki, əgər bəşəriyyət o ışıqlı  günə çatarsa, onda artıq  nə 
mülkiyyətçilər, nə də muzdlu işçilər  olmayacaq və əməyin inqilab 
yolu ilə azad edilməsi problemi öz aktuallığını itirmiş olacaq. Bu 
cxemdə  nə  sosial      islahatlara,  nə  də  fəhlə  hərəkatına  yer  qalmır. 
Zənnimizcə,  belə  yanaşma  düzgün  deyildir.    Məsələ  bundadır  ki,  
hakim  sinfin  mənimsədiyi  izafi  məhsulun  payı    avtomatik 
müəyyən olunmur. O, zəhmətkeşlərin hesabına  elitanın   icitimai 
həyatın və istehsalın təşkilatçısı funksiyalarının  yerinə  yetirilməsi 
ilə bağlı olan real tələbatlarını aşan ölçülərədək  özbaşına  artırıla 
bilər.   stismar metodları daha qəddar və yaxud daha yumşaq  ola 
bilər. Bundan başqa, istənilən ictimai sistemdə  təkcə işləyən yox, 
həmçinin,  ictimai  maraqlar  baxımından  faydasız    olan  parazit 
elementlər də mövcud olur ki, onların da təminatı əlavə yük olaraq 
cəmiyyətin  işləyən  hissəsinin    üzərinə  düşür.  Bütün  bu  amillər 
fövqəlistismar hadisəsini yaradır.   

ИГТИСАДИЙЙАТ ФЯЛСЯФЯСИ 
 
175
Öz-özlüyündə fövqəlistismar qaçılmaz hadisə olmadığından, 
demək  olar  ki,  məhsuldar  qüvvələrin    bərabər    inkişaf  səviyyəsi  
müxtəlif tipli istehsal münasibətlərini və deməli,  müxtəlif dərəcəli  
özgələşməni doğura bilər. Buna görə də,  biz özgələşmənin sosial 
həddindən  də  söhbət  aça  bilərik.    Özgələşmənin  insanların  iradə-
sindən  asılı  olmayan  texnoloji  həddindən  fərqli    olaraq,  onun 
sosial  həddini  aradan  qaldırmaq    mümkündür.  Bunun  ən  birinci 
şə
rti işçilərin daimi fəaliyyət göstərən  mütəşəkkil  kütləvi hərəka-
tının – həmkarların olmasıdır.  Yarandığı dövrdən  indiyədək həm-
karların  əldə etdiyi  nailiyyətlər göz önündədir. Normalaşdırılmış 
iş  günü,  məzuniyyətlər,  əmək  qanunvericiliyi,  məcburi  sosial 
sığorta,  kollektiv  müqavilələr  və  razılaşmalar  əməyin  xarakterinə 
yeni    keyfiyyət  formaları  gətirdi.  Amma  yalnız  bu  gün  özgələş-
mənin sosial həddinin  tam aradan qaldırılması  üçün şərait yetiş-
mişdir.  Həmkarlar,  nəhayət ki, dövlət tərəfindən total nəzarətdən 
yaxa  qurtarıb,  öz  məqsədlərini  müstəqil    və    tam  həcmdə  realizə 
etmək imkanını qazandı. 
 Özgələşmənin  sosial  həddinin  aradan  qaldırılmasının  ikinci 
şə
rti insanların mədəni səviyyəsinin yüksəldilməsidir. Zəhmətkeş-
lərin  özləri  də  dəyişmişdir:  inkişaf  etmiş  ölkələrdə  onlar  təkcə 
savadlı  deyil,  həm  də  idarəetmə  məsələlərindən  də  baş  çıxarır, 
mürəkkəb ixtisaslara yiyələnirlər. 
Ə
məyin  fövqəlistismardan  azad  edilməsinin  üçüncü  şərtinə 
gəlincə, qeyd etmək lazımdır ki, inkişaf etmiş ölkələrdə  sosial və 
sinfi  mənsubiyyətindən  asılı  olmayaraq  bütün  vətəndaşların 
maraqlarının  müdafiəsini  öz  məqsədi  bilən  demokratik  hüquqi 
dövlətlər    mövcuddur.  Əksər  seçicilərin  mövqeyi  hakimiyyətdə 
olan  siyasi  qüvvələrə  təsir  göstərir,  onları  iqtisadi  prosesləri 
cəmiyyətin  mənafeyi  uğrunda  tənzimləməyə  təhrik  edir.  Azad 
kapitalizm  və  imperializm  dövrləri  ilə  müqayisədə  inkişaf  etmiş  
ölkələrin burjuaziyasının da şüuru  dəyişmişdir. 1970-ci ildə alman 
sosial-demokratiyasının  görkəmli nəzəriyyəçisi Villi Ayxler  belə 
yazırdı: “Nəhayət ki, kapitalistlər dərk etdilər ki,  köhnə formaları 
saxlamaq  cəhdləri  onların  özləri  üçün  ölümə  bərabərdir....fəhlə 

ИГТИСАДИЙЙАТ ФЯЛСЯФЯСИ 
 
176
təkcə  istehsalçı  yox,  həm  də  istehlakçı  olmalıdır.    Bunun  üçün 
lazım  olan  alıcılıq  qabiliyyətini  o,  minimal  əməkhaqqı  hesabına 
yox, yalnız  mümkün qədər   yüksək əməkhaqqı hesabına əldə edə 
bilər.  Alıcılıq qabiliyyəti nə qədər yüksək olsa, malları satmaq bir 
o qədər asan, böhran və ifrat istehsal   təhlükəsi də bir o qədər az 
olar.” 
Buna görə də,  bu gün özgələşmənin sosial həddinin mövcud 
olmasına nə mənəvi, nə də iqtisadi baxımdan bəraət qazandırmaq 
olmaz. Özgələşmənin sosial həddinin aradan qaldırılması, əməyin 
tədricən  istismardan azad etdirilməsi   vasitəsi  iqtisadi demokrati-
yanın  inkişaf  etdirilməsidir.  Onun  inkişafı    təkcə  əmək  adam-
larının  deyil,  həm  də  müasir  cəmiyyətin  qarşısında  duran  bir  çox 
qlobal  problemlərin  həllinə  şərait  yarada  bilər.    Yuxarıda    qeyd 
edilmişdir ki, siyasətdə demokratiya ilə cəmiyyətin iqtisadi, sosial 
və  mənəvi  sferalarında  demokratiyanın  olub-olmaması  arasında 
qarşılıqlı  bağlılıq  var.  Lakin  siyasətdə  demokratiya  prinsiplərinin 
təsdiqlənməsi  iqtisadiyyatda  demokratiya  məsələsinin  qoyuluşu-
nun  özünü  əsr  yarım  qabaqladığından  biz  siyasətdə  demokratik 
təsisatların inkişafının nə dərəcədə iqtisadiyyatda demokratik prin-
siplərin realizə olunması ilə şərtləndiyini, iqtisadi demokratiyanın 
siyasi demokratiyaya  nə dərəcədə dayaq  ola biləcəyini müəyyən 
etməliyik.  Əsas  iqtisadi  proseslərin  səmərəli  planlaşdırma  mexa-
nizmlərinin  olmaması,  milli  gəlirin  qeyri-ədalətli  bölğüsü  ona 
gətirib çıxarmışdı ki, əhalinin  bir hissəsi  yosulluq  həddini aşmış, 
öz vətəndaş hüquqlarını realizə etmək və  ölkəsinin siyasi həyatın-
da real iştirak  imkanından məhrum olunmuşdur. Deməli, iqtisadi 
bərabərsizlik  siyasi  bərabərsizliyə  dönür.  Bu  arada  isə  vətəndaş 
cəmiyyətinin  zəif  olması    da  öz  rolunu  oynayır.  Demokratik 
dövlətin  insanların    müxtəlif  sosial  maraqlarını    real  müdafiə  et-
mək, hakimiyyət orqanlarının hərəkətlərinə nəzarət etmək imkan-
larına  malik  olan  ictimai  təşkilatlar  və  hərəkatlar  sistemindən 
kənar  təsisatları  formalaşmaya  düçardır.    Vətəndaş  cəmiyyətinin 
ə
n mühüm elementlərindən  biri olan  həmkarların  iqtisadi proses-
lərə  nəzarət  etmək,  muzdlu  işçilərin  maraqlarını  müdafiə  etmək, 

ИГТИСАДИЙЙАТ ФЯЛСЯФЯСИ 
 
177
iqtisadiyyatın idarə olunmasında  və milli gəlirin bölgüsündə işti-
rak etmək imkanı yoxdursa, vətəndaş cəmiyyətinin səmərəliliyi ən 
azı zəifləyir, siyasi demokratiya oyuna çevrilir.  
Burada  əksər  insanların    qanunla  onlara  verilmiş    hüquq  və 
imkanlarını  istifadə etməklə fəal vətəndaşlar rolunda çıxış etməyə 
psixoloji  baxımdan  hazır  olmadıqlarını  da  qeyd  etmək  lazımdır.  
nsanların  demokratik  təsisatlardan  faydalanmaq  qabiliyyətinin 
formalaşmasında  sosial  psixologiya  amili  də  az  rol  oynamır. 
Ə
halinin  böyük  hissəsi  siyasətə,  ictimai  işlərə  çox  az  vaxt  sərf 
edir.  Şəxsiyyətin,  yetkin  insanın  xarakteri  işdə  formalaşır.  Əgər 
işdə  müdirin,  işlə  təminedənlərin  özbaşınalığı  baş  alıb  gedirsə, 
onda  zəhmətkeşlərdən  özlərini  bərabərhüquqlu  vətəndaşlar  kimi 
dərk  etmələrini  və    müvafiq  davranışlarını  gözləmək  çətindir.  
Ə
ksər  insanlarda  idarəetmədə  iştirak  vərdişlərinin  olmaması,  küt-
lələrin  siyasi  mədəniyyət  səviyyəsinin    aşağı  olmasına  gətirib  çı-
xarır. Bu səbəbdən onlar müxtəlif səviyyələrdə qəbul olunan siyasi 
qərarları adekvat qiymətləndirmək imkanından məhrum olurlar.  
Dünya  iqtisadiyatının  qloballaşması,    inkişaf  etməkdə  olan 
ölkələr  üçün  səciyyəvi  olan  yanaşma  və  standartların  işlə  təmin 
edənlər tərəfindən inkişaf etmiş ölkələrə  ötürülməsi, təbii sərvət-
lərin  tükənməsi  ilə  əlaqədar  yaxınlaşmaqda  olan  qlobal  böhran  
vəziyyətini  daha  da  mürəkkəbləşdirir.  Qloballaşma  bəhanəsi 
altında  zəhmətkeşlərin  hələ  XX  əsrdə  qazandıqları  əksər    nailiy-
yətlər ləğv edilmiş və ya şübhə altına alınmışdir.  Hər yerdə yeni, 
daha sərt əmək  qanunvericiliyi  yeridilir. Cənubi Koreyada bunlar 
hətta 1996-1997-cı illərdə  əsil küçə döyuşləri ilə müşayət olunan 
tətillərə  səbəb  oldu.  Cəmiyyət  qarşısında    aşağıdakı  alternativ  
durur: ya iqtisadi demokratiyaya döğru yeni addılar atmalı,  ya  da 
avtoritarizmə qayıtmalı.  
Beləliklə,  iqtisadi  demokratiya  siyasi  demokratiyaya  dayaq 
olmalıdır.  stehlakın tipinin tədricən dəyişdirilməsi, təbii sərvətlər-
dən  daha  rasional  istifadə  etmək  üçün,  obyektiv  şərait  yaradacaq  
iqtisadi  demokratiya  yaxınlaşmaqda  olan  qlobal  böhrandan  çıxış 
yolu ola bilər. E Fromm belə yazırdı: “Sağlam istehlak  yalnız  iri 

ИГТИСАДИЙЙАТ ФЯЛСЯФЯСИ 
 
178
müəsissələrin  menecerlərinin  öz  məhsulunun  xarakterini  gəlir  və 
istehsalın  genişləndirilməsi  baxımdan    müəyyən  etmək  
hüquqlarını  cilovlayacağımız  təqdirdə  mümkün  olacaq.”  Bu  isə, 
Frommun  sözlərinə  görə,  yalnız  sənaye  və  siyasi  iştirakçılıq 
demokratiyasının tam realizə olunduğu halda  mümkündür.  
 

Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   18




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin