Азярбайжан республикасы тящсил назирлийи azərbaycan döVLƏt qt sad un vers tet



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə9/18
tarix01.04.2017
ölçüsü5,01 Kb.
#13182
1   ...   5   6   7   8   9   10   11   12   ...   18
3.4.3   qtisadi demokratiya
:
 ümummilli mənafe 
 və keçid iqtisadiyyati 
 
B
B
B
B
ə
zi  müəlliflər  iddia  edirlər  ki,  demokratiyasız  iqtisadi 
inkişafa  nail  olmaq  mümkünsüzdür.  Bu  iki  hadisə  arasında  əlaqə 
sıxlığı  haqqında  əfsanələr  uydurulur.  Halbuki,  nəzəriyyəçilər 
çoxdan  sübut  etmişlər  ki,  cəmiyyətdə  demokratik  təsisatların 
mövcudluğu öz-özlüyündə iqtisadi inkişafın əsası ola bilməz. Belə 
ki,  demokratiyaya  ikili  mövqedən  yanaşmaq  mümkündür:  cəmiy-
yətin siyasi təşkilinin demokratik dəyərlərə əsaslanması və iqtisadi 
fəaliyyət azadlığı. 
Dünya  təcrübəsi  də  göstərir  ki,  bu  iki  məqam  arasında 
ə
həmiyyətli  fərqlər  mövcuddur.  Məsələn,  Səudiyyə  Ərəbistanı, 
Küveyt  və  digər  ölkələrdə  demokratik  təsisatlar  yoxdur,  lakin  bu 
hal  iqtisadi  inkişafa  heç  bir  təsir  (nə  mənfi,  nə  də  müsbət) 
göstərmir. Əgər nəzərə alınsa ki, sözügedən ölkələrdə milli iqtisadi 
sistem tam şəkildə formalaşmışdır, onda problemin yuxarıda qeyd 
edilən tərzdə anlaşılması aksiom kimi başa düşülməlidir. 
Eyni  zamanda,  belə  bir  fikir  də  vurğulanır  ki,  demokratik 
təsisatlar yaratmadan ölkədaxili və ölkəxarici müstəvilərdə məna-
felərin uyğunlaşdırılması qeyri-mümkün olacaq. 
Təbiidir ki, milli dövlət mənafelərinin ümumiliyi, bütövlüyü 
mənafelərin  müxtəlif  səviyyəli  və  istiqamətli  təzahür  formalarını, 
hətta  daxili  ziddiyyətli  xarakterini  inkar  etmir.  Məhz  mənafelər 
iyerarxiyasında  ümummillini  korporativ-partiya,  illah  da  fərdi 
mənafelərdən  ayırmaq,  daha  doğrusu,  onun  birinciliyini  (üstün-
lüyünü)  anlamaq  və  təmin  etmək  dövlətçilik  təfəkkürünü,  dövlət 

ИГТИСАДИЙЙАТ ФЯЛСЯФЯСИ 
 
179
müdrikliyini siyasi avantürizmdən, peşəkar siyasətçini diletantdan 
fərqləndirən əsas cəhətdir. 
Sözügedən  problemi  “ticarət”  (eləcə  də,  siyasi  «kommer-
siya») obyektinə çevirən başlıca amillərdən biri onunla bağlıdır ki, 
Qərb mədəniyyəti çərçivəsindən kənara çıxmamaq şərtilə vətəndaş 
cəmiyyətinin  Azərbaycanda  qərarlaşması  nəinki  milli  mentalitetə 
yanlışdır,  həmçinin,  ən  adi  elmi-metodoloji  tənqidə  belə  davam 
gətirmir.  Bəri  başdan,  qeyd  etməyi  lazım  bilirik  ki,  vətəndaş 
cəmiyyətinə  yuxarıda  qeyd  olunan  tərzdə  yanaşmanın  mühafızə-
karlıqla  heç  bir  əlaqəsi  yoxdur.  Нər  bir  nəsnə  obyektiv  olaraq, 
layiq  olduğu  qiyməti  almalıdır.  Bir  sıra  qərbpərəst  dairələr 
tərəfindən  vətəndaş  cəmiyyətini  dövlətə  qarşı  qoymaq  və  onu 
ümumilli  mənafelərin  əsas  subyekti  kimi  hallandırmaq  cəhdləri 
primitiv  siyasətbazlığın  açıq-aşkar  təzahüründən  başqa  bir  şey 
deyildir.  Ona  görə  ki,
45
  əvvəla,  ümumilli  mənafe  öz  xarakteri 
etibarilə ikili yanaşmanın dialektik vəhdəti kimi başa düşülməlidir. 
Yəni, bir tərəfdən o, obyektiv xarakterə malikdir və buna görə də, 
onun müəyyənləşdirilməsi heç bir siyasi qüvvənin inhisarında ola 
bilməz,  digər  tərəfdən,    sözün  tam  mənasında  obyektiv  deyildir, 
yəni, nə mütləq sabit, nə də real subyektin iradəsindən asılı olmur. 
Deməli: 1) ümummilli mənafe təcrübi həyatda zaman və məkanca 
dəyişkəndir, dinamik səciyyəlidir; 2) ümummilli mənafenin bütün 
ölkələr  üzrə  vahid,  ümumi  kriteriyasının  müəyyən  edilməsi  həm 
nəzəri, həm də praktiki baxımdan qeyri-mümkündür. Belə ki, han-
sısa  hadisə,  yaxud  prosesin  ölkənin  milli  mənafeyinə  uyğunluğu 
çoxlu sayda dəyişənlərin kompleks təsiri altında formalaşır. Başqa 
sözlə,  daxili  və  xarici  amillərin  qarşılıqlı  təsirinin  optimal 
nisbətlərinin  müəyyənləşdirilməsi,  həmin  ölkənin  sosial,  tarixi, 
iqtisadi,  siyasi,  milli,  dini  və  s.  cəhətlərinin  özünəməxsus  xüsusiy-
yətlərinin  nəzərə  alındığı  təqdirdə  mümkündür;  3)  ümummilli 
mənafenin mahiyyətini araşdırarkən mütləq nəzərə almaq lazımdır 
                                                 
45
  .Feyzullabəyli, Ə.Bayramov   slam (sosial iqtisadi münasibətlər) Bakı-2008 səh-
140 

ИГТИСАДИЙЙАТ ФЯЛСЯФЯСИ 
 
180
ki,  o,  çox  geniş  və  dərin  təsir  gücünə  malik  sosial  hadisədir  və 
subyekt  tərkibinin  coxşaxəliliyi  ilə  səciyyələnir;  4)  ümummilli 
mənafelər,  bir  qayda  olaraq,  xarici  amillərin  təsirilə  səciyyələn-
diyinə görə, onun, əsasən, üç subyektini fərqləndirmək lazım gəlir: 
dövlət, vətəndaş cəmiyyəti, millət. 
Eyni  zamanda,  başa  düşülməlidir  ki,  ümummilli  mənafelər 
sistemində  məqsəd  və  vasitələr  bölgüsü  tamamilə  şərtidir.  Ona 
görə ki: 1) bazar prinsipləri əsasında yeni iqtisadi sistemin forma-
laşması  uzunmüddətli  xarakter  daşıyır;  2)  vətəndaş  cəmiyyəti  öz-
özlüyündə  mənafelərin  müxtəlifliyi  və  onlar  arasında  mürəkkəb 
qarşılıqlı  əlaqə  və  asılılıq  sistemidir;  3)  məqsəd-təkamül  prosesi 
mövqeyindən keçici hal kimi qəbul edilməlidir. Çox maraqlıdır ki, 
böyük filosof V.Hegel vətəndaş cəmiyyətinin mahiyyətini «hamı-
nın hamıya qarşı mübarizəsində» görürdü. 
nkişafın mahiyyəti  mövqeyindən  yanaşdıqda, şübhə  yoxdur 
ki,  iqtisadi  bazis  və  üstqurum  eyni  hadisənin  müxtəlif  səpgili 
təzahür  formalarıdır.  Lakin  qarşılıqlı  əlaqələrin  optimal  səviyyə-
sinə  nail  olmaq  üçün  bolşeviksayağı  sıçrayışla  üstqurumda  köklü 
mahiyyət dəyişiklikləri aparmaq, nəticə etibarilə, iqtisadi sistemin 
parçalanmasına,  ictimai  kapital  üzərində  nəzarətin  itirilməsinə 
gətirib  çıxara  bilər.  Belə  olan  halda,  «keçid  iqtisadiyyatı»  adlı 
cəfəngiyyatın «əbədiliyi» tam şəkildə təmin edilmiş olur. 
Eyni  zamanda,  öz-özlüyündə  aydındır  ki,  iqtisadi  demokra-
tiya mahiyyətcə real bazar münasibətlərinin təşəkkülü deməkdir və 
bu  proses  daha  çox  iqtisadi  xarakterə  malikdir.  Baxmayaraq  ki, 
sırf  demokratik  dəyərlərə  əsaslanan  vətəndaş  cəmiyyətinin  qurul-
ması siyasidən daha çox iqtisadi mahiyyət daşıyır. 
Daha  konkret,  bu  yanaşmanı  belə  bir  tezislə  ifadə  etmək 
mümkündür:  demokratiya,  demokratik  cəmiyyət  quruculuğu  real 
bazar  münasibətlərinin  inkişaf  sürətindən  funksional  asılılıqda 
olan və prosesin gedişi nöqteyi-nəzərindən bir addım geridə qalan 
sosial-siyasi hadisədir. 
Hazırda ölkədə mülkiyyətin özəlləşdirilməsi prosesi gedir ki, 
bu  da,  nəticə  etibarilə,  «sahiblər»  bolluğu  yaratmaqla  iqtisadi 

ИГТИСАДИЙЙАТ ФЯЛСЯФЯСИ 
 
181
proses  hissələrə  parçalanır  və  bunlar  arasında  iqtisadi  fəaliyyət 
azadlığının  sərhədlərini  müəyyənləşdirmək  problemi  meydana 
çıxır.  Həm  «sərhədlərin»  demarkasiyası,  həm  də  həmin  «kiçik 
hissəciklər»  arasında  qarşılıqlı  münasibətlərin  (eyni  zamanda, 
dövlətlə),  hüquqi  baxımdan  tarazlıq  prinsipi  əsasında  formalaş-
ması, mahiyyətcə iqtisadi demokratiyanın tətbiqinə gətirib çıxarır. 
Belə! Yuxarıda deyilənlər demokratik cəmiyyət quruculuğu 
probleminin  forması  (mahiyyəti  yox)  üzərində  ancaq  səthi 
gəzişmələrdir. 
Məşhur  siyasətçi  Z.Bjezinski  tamamilə  haqlı  olaraq  yazırdı: 
«...demokratiya-Qərbin, bəlkə də, ən başlıca nailiyyətidir. Lakin o, 
(demokratiya- Ə.B.) yalnız və yalnız bir qəlibdir, qabdır və mütləq 
məzmunla doldurulmalıdır». 
Həqiqətən  də,  demokratiya  öz-özlüyündə  ictimai  varlığın 
dilemmasına cavab vermir və eləcə də, «həyat səviyyəsini» müəy-
yənləşdirməkdə acizdir. 
Beləliklə,  demokratiya  (həm  daxili,  həm  də  xarici  kəsimdə) 
sosial-siyasi və iqtisadi münasibətlərin məzmunu, mahiyyəti deyil, 
formasıdır. 
Bu  gün  heç  kim  inkar  edə  bilməz  ki,  lobbizm-demokrati-
yanın  «övladıdır».  Lobbizm-rüşvətlə  öz  istədiyini  həyata 
keçirməyə çalışanların hökumət nümayəndələri ilə birgə fəaliyyət 
formasdır. 
Lobbizm-korrupsiyanın  qanuniləşdirilmiş,  leqallaşdırılmış 
növüdür.  O,  artıq  nəinki  ölkə  daxilində,  eləcə  də,  beynəlxalq 
iqtisadi və siyasi münasibətlər sistemində həlledici səsə malik olan 
bir struktur kimi çıxış edir. 
Yuxarıda  söylədiyimiz  fikir-demokratiya  qəlibinin  məz-
munla  doldurulması  problemi,  məhz  belə  eybəcərliklərdən  yaxa 
qurtarmaq istəyindən irəli gəlir. 
  nkişaf  sistemli  və  kompleks  xarakter  daşımalıdır.  nkişaf 
prosesi  bütün  atributların  paralel  surətdə  tərəqqisini  tələb  edir. 
Ə
ks-təqdirdə, bu inkişaf olmayacaqdır. Məsələn, təsəvvür edək ki, 
ə
halinin  maddi  təminatı  sürətlə  yaxşılaşır,  amma  təbii  nizam, 

ИГТИСАДИЙЙАТ ФЯЛСЯФЯСИ 
 
182
ekoloji  tarazlıq  elə  həmin  sürətlə  də  pozulur.  Yəni,  insanın 
yaşayışı  üçün  zəruri  olan  təbii  mühit  məhv  edilir.  Buna  inkişaf 
demək  olarmı?  Eynilə  də,  mənəvi  yoxsullaşma,  ruhi  müvazinətin 
darmadağın  edilməsi  ilə  nəticələnən  tərəqqi  bizə  lazımdırmı? 
Cavab  birmənalıdır:  əlbəttə  ki,  xeyr!  Belə  olan  tərzdə,  bizim 
istəyib-istəməməyimizdən asılı olmayaraq fəaliyyət sferalarımızda 
milli dəyərlərə tapınmağımız obyektiv zərurətdir.  
 
3.4.4  qtisadi demokratiya və inhisarizm:  
Qarşılıqlı  uyğunluğunun  anatomiyası 
 
H
H
H
H
eç bir şübhə yoxdur ki, sosial-iqtisadi inkişafla bağlı olan 
metaproblemin  yekcins deyil, ikili  mahiyyət  daşıması  və bununla 
ə
laqədar  olaraq  meydana  çıxan  təhlükəli  meyil  və  təmayüllərin 
vaxtında  qarşısının  alınması  son  dərəcə  aktual  əhəmiyyət  kəsb 
edir. 
Məlum  olduğu  kimi,  söhbət  mənafelərin  tarazlığı  qanununun 
realizasiyası  baxımından  həlledici  rola  malik  olan  inhisarizm—
>iqtisadi  demokratiya  cütlüyünün  qarşılıqlı  "davranış"  xüsusiy-
yətlərindən, birləşdirilməsi mümkün olmayanların heç olmasa, nəzəri 
konsensusuna nail olmaqdan gedir. 
ndi  isə  həmin  prizmadan  qarşılıqlı  uyğunsuzluğun  daxili 
təbiətinə nüfuz etməyə cəhd göstərəcəyik. 
Beləliklə,  iqtisadi  artım  və  iqtisadi  həyatın  demokratikləş-
dirilməsi arasında əlaqə heç də mexaniki səciyyə daşımır. Makro-
iqtisadi  inkişaf  əyrisinin  yüksələn  xəttlə  gedişi  hələ  о  demək 
deyildir  ki,  keçid  iqtisadiyyatı  sistemli  şəkildə  mahiyyət  dəyişik-
liyinə uğrayır və real bazar münasibətləri bərqərar olur. Real bazar 
və iqtisadi demokratiya vahid  mənbənin, vahid sistemin ayrılmaz 
tərkib hissələridir.  qtisadi subyektlər arasında mənafe tarazlığının 
demokratik prinsiplərə söykənməklə qarşılıqlı faydalılıq konsepsi-
yası bazasında formalaşdırmaq zəruriliyi aydın şəkildə dərk edilən 
problem  olmaqla,  iqtisadi  artımla  yalnız  dolayısı  ilə  əlaqədardır. 

ИГТИСАДИЙЙАТ ФЯЛСЯФЯСИ 
 
183
Sadəcə  olaraq,  belə  bir  məntiqlə  ki,  iqtisadi  artımın  yoxluğu 
şə
raitində  mənafelərin  ödənilməsi  problemindən  danışmaq 
mənasızlıqdır. Lakin problemin elə  qəlizliyi  də  məhz bu aspektin 
üzərinə  düşür.  qtisadi  artımın  təmərküzləşməsi—>makroiqtisadi 
inkişaf  dinamikasının  yüksələn  xəttlə  gedən  "əyrisinin"  kiçik  bir, 
yaxud  bir  neçə  qrupun  əlində  cəmlənməsi,  elə  həmin  səviyyədən 
də inhisarizmin aydın təzahürü kimi səciyyələnir. 
Başqa  sözlə,  inhisarçı  fəaliyyətin  nəticə  olaraq  meydana 
çıxardığı situasiya ilə, iqtisadi demokratiya fenomeni arasında hər 
hansı  bir  uyğunluğun  yaradılması  mümkündürmü?  sualına  bizim 
cavabımız birmənalı şəkildə mənfı olacaqdır. Ona görə ki, əvvəla, 
nəticə ilə mübarizə nəticənin "gətirdiklərinin" aradan qaldırılması 
səciyyəsindən  alayı  bir  məzmun  daşımır.  Və,  bu  ümumiyyətlə, 
qeyri-mümkündür.  Yəni,  təmərküzləşmiş  iqtisadi  güc—iqtisadi 
demokratiya  tandemi  məntiqi  antinomiyadan  başqa  bir  şey 
deyildir.  kincisi, artımın təmərküzləşməsi prosesinə qarşı demok-
ratik  prinsiplərdən  istifadə  olunması  müəyyən  mənada  maddi 
bazaya söykənməlidir. 
Başqa  sözlə,  keçid  iqtisadiyyatının  spesifıkası  prizmasından 
yanaşıldıqda  iqtisadi  artımın  ya  birbaşa  iştirakçılarından,  ya  da 
təkanverici, ilhamverici subyektlərindən biri mütləq dövlət olmalı-
dır  ki,  təmərküzləşmə  prosesinin  bütünlüklə  biznesin  qanunauy-
ğ
unluqlarının "əsarətindən" xilas edə bilsin. 
Üçüncüsü,  iqtisadi  artım-mahiyyətcə  kəmiyyət  yüksəlişi 
xarakteri  daşıyan  mezo-  və  mikro  iqtisadi  mühitdə  avtomatik 
olaraq  keyfiyyət  dəyişikliklərinə  gətirib  çıxarmır.  Ona  görə  də, 
kəmiyyətcə təmərküzləşməni birmənalı olaraq inhisarçı fəaliyyətin 
nəticəsi  kimi  qəbul  etsək  də,  ona,  sözün  müstəqim  mənasında, 
inhisarizmin  təzahür  forması  keyfiyyətində  yanaşmaq  düzgün 
olmazdı.  Kəmiyyət-keyfiyyət  çevrilmələrinin  dialektikası,  hər 
ş
eydən  əvvəl,  fasiləsizliyi,  ardıcıllığı,  diskretliyi,  funksional 
bağlılığı və s.-da əsas dəyişənlər çoxluğu kimi özündə ehtiva edir 
ki,  onu  da  birdəfəlik,  yaxud  epizodik  və  ya  fraqmental  məzmun 
daşıyan  hadisələrə  şamil  etmək  yanlışlıqdan  özgə  bir  məna  kəsb 

ИГТИСАДИЙЙАТ ФЯЛСЯФЯСИ 
 
184
etməyəcəkdir  və  s.  Problemə  yanaşmanın  fəlsəfı-məntiqi  kökləri 
inhisarla  mübarizənin  əsas  istiqamətlərinə  baxışda  daha  dərin, 
daha  mühüm  xarakter  daşıyan  cəhətlərin  ön  plana  çıxarılmasını 
tələb edir. Söhbət, hər şeydən əvvəl, iqtisadi demokratiya, iqtisadi 
fəaliyyət azadlığı ilə onun məhdudlaşdırılması dərəcələri arasında, 
ə
ləlxüsus,  inhisar  dərəcəsi  ilə  münasibətlərin  aydınlaşdırılmasın-
dan gedir. 
Bu baxımdan ən böyük problemlərdən biri, bazar subyektinin 
effektiv  fəaliyyəti  nöqteyi-nəzərdən,  biznesin  "sabah"  formalaşa-
caq  şərtlər  kompleksini  görə  bilmək,  yaxud  onun  doğurduğu 
sahibkarlıq  mühitini  riyazi  dəqiqliklə  qiymətləndirmək  imkanının 
yoxluğundadır. 
Qeyri-müəyyənlik  fenomeninin  anatomik  açılışının  müm-
künsüzlüyü  bazar  subyektinin  inhisarçı  olub-olmamasından  asılı 
olmayaraq,  alternativ  fəaliyyət  növlərinin  seçimi  probleminin 
yalnız  və  yalnız  ehtimallara  söykənməklə  real  həllinin  mümkün-
lüyü variantını ortalığa qoyur. Problemin riyazi yozumundan fərqli 
olaraq, iqtisadi proseslərdə risklə bağlı ehtimallar həmişə hipotetik 
deyil,  konkret  maddi  itkilərlə  nəticələnir.  Əsilində,  inhisarçı 
fəaliyyətlə  bağlı  risk  anlayışı  daha  çox  səhih  informasiyanın 
yoxluğu anlamına gəlir ki, bu da istənilən şəraitdə hegemon möv-
qeni hiss edilən dərəcədə zəiflətmək iqtidarındadır. Digər tərəfdən, 
sahibkarlıq  mühitinin  perspektiv  planda  kəskin,  yaxud  az 
ə
həmiyyətli dərəcədə dəyişməsi ehtimalı ən yaxşı halda "mümkün 
hadisə” ümumiləşdirməsi kimi qiymətləndirilə bilər. 
Göründüyü  kimi,  ümumnəzəri  baxışın  hətta  ən  səthi 
görüntüləri  belə  "inhisar"  fenomeninin  təhlükəsizliyi  haqqında 
uydurulmuş  mifi  birmənalı  şəkildə  rədd  edir.  Elə  buradaca  qeyd 
etməyi zəruri sayırıq ki, ən cüzi şəkildə belə mövcud olan rəqabət 
mübarizəsi  inhisar  "özbaşınalığının"  qeyri-mümkünlüyünü  qəti 
olaraq  təsbit  edir.  Həm  də,  söhbət  ifrat  sonluqdan,  yəni  hansısa 
hegemon mövqedə olan bazar subyektinin sıxışdırılıb çıxardılma-
sından  deyil,  onun  fəaliyyətinin  məcmu  effektivliyinin  minimal 
səviyyəyə salınmasından gedir. 

ИГТИСАДИЙЙАТ ФЯЛСЯФЯСИ 
 
185
Bütün bunlar, həm də ona dəlalət edir ki, inhisarçı subyektin 
öz  fəaliyyət  sferasında  aparmaq  istəyində  olduğu  (əksər  hallarda 
bu, məcburi addım kimi xarakterizə olunur) diversifıkasiya, yaxud 
fəaliyyətin  coğrafi  aspektdə  genişləndirilməsi  qeyri-müəyyənliyin 
müxtəlif  təzahür  formalarının  kompleks  təsirinə  məruz  qalmaqla, 
bir çox yeni problemlər meydana çıxarır. 
Söhbət açdığımız "yeni" problemlər, əsilində, stereotip baxışları 
bugünkü  situasiyaya  uyğunlaşdırmaq  cəhdindən  başqa  bir  şey 
deyildir.  Yəni,  əvvəlcədən  məhdudiyyət  şərtləri  müəyyən  etməklə 
(problemə neoklassik baxış)  yuxarıda əks etdirdiyimiz "çıxılmazlıq-
dan"  yaxa  qurtarmaq  mümkünsüzdür.  Eləcə  də,  "oyunlar"  nəzəriy-
yəsinə istinad edilməsi də toqquşan   mənafelərin   optimal   həllinə   
gətirib      çıxara  bilməyəcəkdir.  Belə  ki,  inhisarçı  fəaliyyətlə  bağlı 
makro—»mezo—>mikro mühitlərin dəyişənlər çoxluğundan iradi 
üsulla  abstraksiya  olunmaq,  mahiyyətcə  problemə  yanaşmanın 
ifrat  bəsitləşdirilməsi  anlamından  о  yana  keçmir.  Eyni  zamanda, 
sözügedən dəyişənlər çoxluğunun elementar hissəciklərə parçalan-
ması,  onlardan  hansının  önəmli,  aparıcı  rol  oynamasının  qiymət-
ləndirilməsinə  edilən  cəhdlər  də  analoji  məzmun  çərçivəsindən 
kənara çıxmayacaqdır. 
 

ИГТИСАДИЙЙАТ ФЯЛСЯФЯСИ 
 
186
Şə
kil  3.
   nhisarçı mövqenin qorunmasında 
 qeyri-müəyyənlik problemi 
 
Dünya  iqtisadiyyatının  son  50  illik  inkişaf  dinamikası  və 
onun  determinantlarının  sistemli  təhlili  müasir  dövr,  ələlxüsus, 
keçid  iqtisadiyyatlı  ölkələr  üçün  mühüm  əhəmiyyət  daşıyan  bəzi 
yekunların əldə edilməsinə imkan vermişdir: 
1. qtisadi  artım—»makroiqtisadi  sabitlik  cütlüyünün  zəruri-
liyi artıq aksiomatik mahiyyət kəsb edir; 
2.  qtisadi  artım+sosial  tələbatların  ödənilməsi=inkişaf 
formulu hər cür elmi şübhədən kənardır.  qtisadi və sosial həyatın 
mahiyyətcə dialektik bütövlüyünə söykənməyən "inkişaf” ən yaxşı 
halda zahiri əlamətləri ilə qabardılan yalançı tərəqqidən başqa bir 
ş
ey deyildir; 
3.  nkişaf  prosesi  ictimai  həyatın  bütün  spektrini  özündə 
ehtiva etməklə, həmişə sistemli, həmişə kompleks səciyyə daşıyır; 
4. Sosial diferensiasiya, sosial institutların effektiv fəaliyyəti 
yalnız  о  halda  reallığa  çevrilə  bilər  ki,  sosiumun  böyük  bir 
hissəsini  əhatə  etsin.  Buradan  da  belə  bir  qənaətə  gəlmək 
Faktiki fəaliyyətin 
nəticələri 
Qeyri-müəyyənlik 
Biznes mühitinin 
perspektiv 
dəyişmələri 
Rəqiblərin davranışı 
 



Qeyri-müəyyənlik 



ИГТИСАДИЙЙАТ ФЯЛСЯФЯСИ 
 
187
mümkündür  ki,  sosial  institutlaşmanın  genetik  plandan  tam 
kənarlaşması  neoklassik  irrasionalizmin  təntənəsindən  özgə  bir 
məzmun kəsb etməyəcəkdir. 
Neoklassik  paradiqma  birmənalı  olaraq  belə  bir  mövqedə 
dayanır ki, investisiya qoyuluşu iqtisadi artıma şərait yaratmalıdır. 
Bu  qənaət  dəfələrlə  aparılan  empirik  tədqiqatlarda  da  öz  təsbitini 
tapmışdır. Lakin dünya ölkələrinin yeritdiyi sənaye siyasəti bir çox 
hallarda alayı məzmun daşıyan nəticələrlə də yekunlaşır. Məsələn, 
ixrac  potensialının  hər  vəchlə  artırılmasına  yönəldilən  siyasət 
(iqtisadi  artımın  əsas  atributlarından  biri)  heç  də  nadir  olmayan 
situasiyalarda sözügedən fəaliyyət sferasında bazar subyektlərinin 
hegemon mövqelərə, bəzi hallarda inhisar zirvəsinə gətirib çıxarır, 
iqtisadi  dinamikaya  isə  ləngidici  təsir  göstərir.  Əsilində,  qeyd 
edilən yönümdə həyata keçirilən fəaliyyət məzmunca daha çox iri 
biznes  subyektinin  sosial  mühafızəsinin  təşkili  təsəvvürünü 
yaradır,  nəinki  iqtisadi  artıma  təkanverici  təsir  göstərir.  Eyni 
zamanda,  Çin  Xalq  Respublikasının  təcrübəsi  isə  tamamilə  əks 
nəticələrə  gətirib  çıxarır.  Belə  ki,  məhz  bu  istiqamətdə  siyasətin 
ardıcıl  olaraq  həyata  keçirilməsi  Çində  iqtisadi  yüksəlişin  əsas 
mənbələrindən biri kimi çıxış edir. 
Göründüyü  kimi,  mahiyyətcə  eyni  cinsli  olan  proses,  yaxud 
siyasət  təzahürcə  tamamilə  fərqli  nüansları  ortalığa  qoyur.  Və, 
buradan da fikrimizcə, ən azı iki nəticəyə gəlmək mümkündür: 
l.  qtisadi  inkişaf  hər  bir  ölkənin  spesifık  xüsusiyyətləri  ilə 
six  determinoloji  bağlılıqdadır.  Buna  görə  də,  hamı  üçün  yararlı, 
universal  inkişaf  düsturunun  mövcudluğundan  danışmaq,  yaxud 
onu  formalaşdırmağa  çalışmaq  mənasızlıqdır  və  heç  bir  elmi-
praktiki əhəmiyyət daşımır; 
2. Bazar mexanizmi—>dövlət tandemi ətrafında aparılan təd-
qiqatlar,  nəyin  birinci,  yaxud  üstün  olduğunu  aydınlaşdırmağa 
edilən  cəhdlərə  son  qoyulmalıdır.  Yəni,  ümummilli  səviyyədə 
problemin  elmi-metodoloji  nöqteyi-nəzərdən  düzgün  qoyuluşuna 
nail olunmalıdır: 
-inkişafın sistemli və kompleksli xarakterinin təminatı; 

ИГТИСАДИЙЙАТ ФЯЛСЯФЯСИ 
 
188
-iqtisadi  gücün  qütblənməsi,  təmərküzləşməsi  hallarına  yol 
verməmək, iqtisadi demokratiyanın qərarlaşması və mühafızəsinin 
həyata keçilməsi zərurətinin dərk edilməsi. 
Qeyd  edilənlərin  konseptual  ümumiləşdirilməsini  aşağıdakı 
formada ifadə etməyi məqsədəmüvafiq sayırıq: 
l.  Hökumət—>iqtisadiyyat  qarşılıqlı  əlaqələrində  sıxlıq 
dərəcəsi  bütünlüklə  hökumətin  potensialından  və  bu  potensialdan 
maksimum səmərəliliklə istifadə etmək qabiliyyətindən asılıdır; 
2.  Əlverişli  makro-mezo  və  mikro-  iqtisadi  mühit  siyasi 
rejimin və institusional mühitin təbiəti ilə düzmütənasib asılılıqda 
formalaşa bilər; 
3.  nkişaf  prosesi  vətəndaş  cəmiyyətinin  bütün  struktur 
bölmə və qurumlarının qarşılıqlı əməkdaşlığına söykənməlidir. 
Ə
ks-təqdirdə,  lokal  səviyyəli  mənafe  natarazlığı  meydana 
çıxacaqdır ki, bu da elə inhisarizmin "yem" bazası deməkdir. Yəni, 
inhisarizmin  "qidalanmaması"  üçün  sosial  bütövlə  -  fərd,  fərdlə-
kollektiv,  fərd-millət  qarşılıqlı  əlaqələrində  mənafe  tarazlığından 
kənar sapmalara yol verilməməlidir. 
Beləliklə,  inhisarizmə  qarşı,  onu  doğuran  şəraitlə  mübarizə 
sırf  praqmatizm  mövqeyindən  inkişaf  prosesinin  sahə  və  struktur 
aspektlərini  daima  diqqət  mərkəzində  saxlamağı,  tənzimləmə 
sistemi  ilə  iqtisadi  demokratiyanın  prinsipləri  arasında  təzadlı 
mütənasibliyin  formalaşmasına  yol  verilməməsini  özündə  əks 
etdirir, yaxud etdirməlidir. 
nhisarizmin  meydana  çıxması,  eyni  zamanda,  inkişaf 
prosesinin  subyektlərarası  əlaqələrdə  nizamlı  gedişinin  pozulması 
ilə  də  şərtlənə  bilər.  Belə  ki,  ələlxüsus,  keçid  iqtisadiyyatlı  ölkə-
lərdə  inkişaf  prosesi  hökumət—>özəl  sektor—»vətəndaş  cəmiy-
yəti  triadası  ilə  zəncirvari  "reaksiyanı"  tam  şəkildə  əhatə  edə 
bilmir.  Keçid  iqtisadiyyatı  şəraitində  xarici  maliyyə  mənbələrinin 
yeri  və  rolu  sözügedən  proses  çərçivəsində  xüsusi  aktuallıq  kəsb 
edir. Yuxarıda əks etdirdiyimiz subyektlərarası qarşılıqlı əlaqələrin 
məntiqi  bağlılığını  aşağıdakı  sxem  formasında  ifadə  etmək 
mümkündür (şək. 4.). 

ИГТИСАДИЙЙАТ ФЯЛСЯФЯСИ 
 
189
Ə
n  ümumi  məntiqi  formada  ifadə  edilmiş  funksional 
bağlılığın  inhisarizmin  meydana  çıxması  baxımından,  iki  zəif 
nöqtəsi açıq-aydın şəkildə müşahidə edilir: 
l.  Qarşılıqlı  faydalılığın  "pozulması";  subyektlərdən  biri 
tərəfındən  uduşun  maksimumlaşdırılması;  nəticədə  zəncirvari 
reaksiya meydana çıxır: hökumət nümayəndələrinin, yaxud ayrıca 
götürülmüş  mənafe  qruplarının  "ələ  alınması",  iqtisadi  gücün 
qütblənməsi, ifrat təmərküzləşmə, lobbizm və s. və i.a. nəticəsində 
inhisarizmin formalaşması. 
2.  qtisadi  demokratiyanın  təməl  prinsiplərinin  yoxluğu, 
yaxud  onların  fəaliyyət  dairəsinin  məhdudlaşdırılması,  siyasi 
qurumların  birmənalı  şəkildə  hegemonluğu,  iqtisadi  gücün  ifrat 
təmərküzləşməsi və ...inhisarizmin yaranması. 
Və, nəticədə dayanıqlı inkişafın maddi-sosial bazası parça-
lanır,  tamamilə  təbii  məzmun  daşıyan  ziddiyyətlərin  xarakteri 
dəyişir, açıq şəkildə qarşıdurmalar meydana çıxır, müxtəlifliklərin 
"ölüm-dirim" mübarizəsi start götürür. Eyni zamanda, mənafelərin 
tarazlığı  müstəvisində  inhisarizmin  "dağıdıcı"  təsiri  daha  da 
güclənir.  nhisarizmin  təzahürü  (ölkədaxili  müstəvidə)  təkcə 
iqtisadi itkilərlə  yekunlaşmır. Belə ki, ümummilli tələbatın həcmi 
və  iqtisadi  siyasətin  prioritetləri  haqqında  ictimai  məlumatsızlıq 
inhisarizmin daha da güclü fəaliyyət göstərməsinə təkan verir: 
 

ИГТИСАДИЙЙАТ ФЯЛСЯФЯСИ 
 
190
Şə
kil 4.   nkişaf prosesinin subyektləri arasında qarşılıqlı  
ə
laqələrin blok sxemi 
 
l.  ictimai  nəzarətin  yoxluğu  korrupsiyanın  genişlənməsinə 
şə
rait  yaradır  ki,  bu  da  əksər  hallarda  iri  biznes  subyektləri 
(hegemon  mövqedə  olanlar)  ilə  hökumət  nümayəndələrinin  birgə 
fəaliyyətinin nəticəsi kimi meydana çıxır; 
2.  kütləvi  informasiya  vasitələrinin  bir  sıra  informasiyaları 
(məsələn, sağlamlıq və  insanlann təhlükəsizliyi aspektində) verməsi 
üçün iri biznes subyektləri müəyyən "məbləğ" ödəyə bilər və s. 
Dünya  ölkələrinin  inkişaf  tarixi  göstərir  ki,  “ qtisadi 
demokratiya  -  inhisarizm  əksliyinin  doğurduğu  ”  ağır  sosial-
iqtisadi  nəticələr  ümumilli  inkişafın  sabitqədəmliyi  nöqteyi-
nəzərindən xüsusilə təhlükəli xarakter ala bilər. 
nkişaf prosesi 
nvestisiya qoyuluşu 
Xarici maliyyə mənbəyi 
Hökümət 
Özəl sektor 
Vətəndaş cəmiyyəti 
Qarşılıqlı faydalılıq 
qtisadi demokratiya 
Ümummilli rifahın yüksəlişi 

ИГТИСАДИЙЙАТ ФЯЛСЯФЯСИ 
 
191
3.4.5 Vətəndaş cəmiyyəti sosial ədalət müstəvisində 
    
 
B
əşə
ri  inkişafın  ən  mühüm  atributlarından  biri  cəmiyyət 
üzvləri  arasında  ayrı-seçkiliyin  aradan  qaldırılması  və  sözün 
müstəqim  mənasında  hamı  üçün  normal  hesab  edilə  biləcək 
səviyyədə  insani  yaşayışın  təmin  edilməsi  anlamına  gələn  sosial 
ə
dalət  prinsipidir.  Fərd-fərd,  fərd-cəmiyyət,  fərd-dövlət  qarşılıqlı 
münasibətlərində  heç  bir  tərəfin  haqqını  tapdalamadan,  heç  bir 
tərəfin  kamil  fəaliyyət  azadlığını  məhdudlaşdırmadan  yuxarıda 
bəhs etdiyimiz  NSANLIQ qaydasını-sosial ədaləti necə, hansı yol 
və vasitələrlə tətbiq etmək olar? 
Ümumiyyətlə,  sosial  ədalət  prinsipinə  yanaşmada  müxtəlif 
baxışlar mövcuddur. 
Fikrimizcə,  bəşəri  inkişafın  təkamülü  mövqeyindən  bu 
problemə iki aspektdə baxmaq daha məqsədəuyğun olardı: 
1. Ümuminkişaf mövqeyindən yanaşma: bəşəriyyətin bütün 
tarixi  boyu  iqtisadi  azadlıq  və  sosial  ədalət  arasında  optimal 
mütənasibliyə  heç  kim,  heç  bir  millət,  yaxud  dövlət  nail  ala 
bilməyibdi.  Əsilində,    problem  mahiyyətcə  birdəfəlik  həll  edilə 
bilən deyildir. Yaxud, о həll edilə-edilə yaranan və yarana-yarana 
həll ediləndir. O, cəmiyyətin əsas iqtisadi qanunu olan mənafelərin 
tarazlığı  qanununun  realizasiya  mexanizmidir.  O,  ədəbi  mövcud 
olanlar sırasındadır. 
2.  Spesifik  ölkə  yanaşması:  mövcud  şəraitdə,  yəni,  bazar 
iqtisadiyyatına  keçid  dövründə  olan  bir  ölkədə,  sosial  ədalətin 
optimal  şəkildə  bərqərar  olması  qeyri-mümkündür.  Qeyd  etdiyi-
miz  «qeyri-mümkünlük»  bugünkü  və  yaxın  gələcəkdə  mövcud 
olaraq  gerçəklik  prizmasından  sosial  ədalətin  maksimal  səviy-
yəsini  heç  cür  aşa  bilməyəcəyimiz  hüdudlarıdır.  Digər  tərəfdən, 
real  bazar  münasibətlərinin  təşəkkülü  prosesində  ən  mühüm 
şə
rtlərdən  biri  iqtisadi  azadlığın,  iqtisadi  fəaliyyət  sərbəstliyinin 
qərarlaşmasıdır.  Bu  elə  bir  məsələdir  ki,  onu  nəinki  inkar  etmək, 
heç  qismən  məhdudlaşdırmaq  da  (ələlxüsus,  keçid  dövründə) 

ИГТИСАДИЙЙАТ ФЯЛСЯФЯСИ 
 
192
məqsədəuyğun deyil. Eyni zamanda, iqtisadi proseslərdə məhdud-
laşdırıcı əngəllərin aradan qaldırılması operativ tənzimləmə prob-
lemi  yaradaraq  sosial  təminatı  arxa  plana  keçirir.  Yəni,  sosial 
ə
dalətlə  iqtisadi  azadlıq  arasında  bir  növ  tərs-mütənasib  asılılıq 
meydana çıxır. 
Araşdırmalarımız  nəticəsində  belə  bir  qənatə  gəlmişik  ki, 
məcmu  milli  məhsul    iqtisadi    fəaliyyətin  sonu    kimi    meydana 
çıxdığına  görə,  onun  «düzgün»  bölgüsünün  (ayrıca  götürülmüş 
şə
kildə)  sosial  ədalətliliyə  gətirib  çıxaracağını  (istifadə  edilən 
prinsipindən asılı olmayaraq) iddia etmək sadəlövhlük olardı. Belə 
ki,  bölgünün  ədalətliliyi  iqtisadi  prosesin  bütün  iştirakçılarının 
mənafe tarazlığına əsaslanmalıdır. Başqa sözlə, irqi, milli və cinsi 
məhdudiyyətlərin  yoxluğu,  xüsusi  mülkiyyət,  sahibkarlıq  fəaliy-
yəti  və  s.  kimi  şərtlərin  mövcudluğu  şəraitində  (onların  hüquqi 
mühafizəsi mövqeyindən) bölgü ədalətli olacaqdır. 
Bazar  prinsipləri  əsasında  fəaliyyət  göstərən  iqtisadi 
sistemin  inkişaf  qanunauyğunluqlarından  biri  iqtisadi  fəaliyyətin 
və  müvafıq  olaraq  mənafelərin  getdikcə  daha  dərin  fərdiləş-
məsidir. Bu proses həm istehsalat, həm də istehlakçı mövqeyindən 
baş  verir.  Eyni  zamanda,  birincinin  ikincidən  funksional  asılılığı 
getdikcə  güclənir.  Belə  ki,  istehlakçı  tələbində  baş  verən  çeşid-
keyfiyyət dəyişikliyi (hətta ən cüzi səviyyədə belə) həm istehsalçı 
texnologiyasını,  həm  də  istehsal  resurslarının  strukturunu  həmin 
istiqamətdə dəyişməyə məcbur edir. Nəticədə ümumsosial-iqtisadi 
situasiya  dəyişir  və  mövcud  iqtisadi  sistem  qarşısında  həmin 
dəyişikliyə  uyğun  olaraq  münasibətlər,  mənafeler  tarazlığının 
formalaşdırılması problemi yaranır. 
      Sosial  ədalət  mövqeyindən  keçid  dövrü  ərzində  formalaşmış 
situasiyanın anatomik təsviri və gəlinən nəticələr heç də о demək 
deyildir ki, real bazar iqtisadiyyatı formalaşan kimi bütün neqativ 
hallar, təzadlı fərqliliklər aradan qaldırılacaqdır. Qətiyyən və əsila! 
Müasir  Qərb  dünyasının  tarixi  təcrübəsi  və  bugünkü  vəziyyəti 
açıq-aydm  şəkildə  göstərir  ki,  sosial-siyasi  və  iqtisadi  sistemlərin 
spesifık xüsusiyyətlərindən asılı olmayaraq heç bir ölkə insanlığın 

ИГТИСАДИЙЙАТ ФЯЛСЯФЯСИ 
 
193
ə
sas  məqsədlərindən  birinə-insan  cəmiyyətinin  gerçəkdən  insan 
kimi  yaşayan  cəmiyyət  halına  gətirilməsinə  nail  ola  bilməyibdir. 
Hətta,  bu  problemyönlü  elmi  baxışların  variant  müxtəlifliyindən 
asılı  olmayaraq,  real  olanın  əsaslandırılması,  təsviri  nöqteyi-
nəzərindən  belə  tutarlı  bir  elmi  platforma  da  işlənib  hazırlanma-
mışdır. 
ctimai  birgəyaşayış  qaydaları  sistemində  iqtisadi  aspektin 
ifrat qabardılması və az qala mütləqləşdirilməsinə əsaslanan, illah 
da  dialektik  materializmin  yalançı  ümumiləşdirilməsi  mövqeyin-
dən  irəli  sürülən  elmi  konsepsiyalarla  real  gerçəklik  arasında 
kəskin təzadların mövcudluğu, heç də təəccüblü görünməməlidir.  
Bütövü, tamı olduğu kimi görməyə imkan verməyən metodo-
logiyadan  istifadə  edilməsi  özü-özünü  aldatmaqdan  başqa  bir  şey 
deyildir. 
 
3.4.6 Sosial ədalət: “Qurani-Kərim”də yanaşma 
konsepsiyası 
 
S
osial  ədalətin  islam  çərçivəsində  tam  dərkedilə  bilən 
olması  faktını  bəzi  müəlliflər  təhrif  edilmiş  şəkildə  ortalığa 
qoyurlar.  nsanların  bərabərliyi  ideyası  heç  bir  əsas  olmadan 
maddi dünyanın bütün aspektlərinə aid edilir. Əsilində, problemə 
göstərilən  tərzdə  yanaşma  müqəddəs  kitabəmizin  məntiqinə 
tamamilə ziddir. 
Belə  ki,  Hz.Mühəmməd  (s.ə.s.)  peyğəmbər  bütün  müsəlman-
ların Allah dərgahında bərabər olduqlarını ön plana çəkmişdir. Bu 
müddəa  о  qədər  aydın  və  açıqdır  ki,  bugünkü  dərketmə 
səviyyəsində də heç bir sual doğurmur. 
Qurani-Kərimdə  saya  bildiyimiz  qədər,  90  ayə  bu  məsələуə 
həsr  olunmuşdur  ki,  onlarda  da  sözügedən  «bərabərliyin»  yalnız 
ruhani  mahiyyət  daşıdığı  və  heç  bir  vəchlə  maddi  dünyanın 
məzmun və mahiyyətinə aid olmadığı təsbit edilir. 

ИГТИСАДИЙЙАТ ФЯЛСЯФЯСИ 
 
194
Müqəddəs  kitabəmizdə  «Allah  ruzi  baxımından  birinizi 
digərinizdən  üstün  etmişdir»...  (s.  16,  71),  yaxud  «Məgər  onlar 
hələ  də  bilmirlərmi  ki,  Allah  istədiyinin  ruzisini  artırar, 
(istədiyininkini  də)  azaldar...»  (s.  39,  52)  və  s.  bu  qəbildən  olan 
hökmlər  yer  almaqdadır.  Məhz  maddiyyat  baxımından  bəndələr 
arasında  Allah-Təalanın  əzəli  hökmü  və  ilahi  hikməti  ilə 
yaradılmış  bərabərsizliyin  məntiqi  əsasları  da  Qurani-Kərimdə 
açıqlanır:  «...Əgər  Allah  (bütün)  bəndələrinə  bol  ruzi  versəydi, 
onlar  (günah  etməklə)  yer  üzündə  həddi  aşardılar.  Lakin  O  (öz 
bəndələrinə)  istədiyi  qədər  (birinə  az,  birinə  çox)  ruzi  göndərir. 
Allah öz bəndələrindən xəbərdardır, (onları) görəndir! (Allah kimə 
nə qədər ruzi verəcəyini Öz əzəli elmi, ilahi hikməti ilə çox gözəl 
bilir.  Bəndələr  içərisində  eləsi  vardır  ki,  çörəyi  artıq  olsa,  xalqa 
ə
ziyyət  verər,  hər  şeyi,  Allahı  belə  danar;  eləsi  də  vardır  ki, 
güzəranı  bir  qədər  pisləşsə,  yer  üzündə  fitnə-fəsad  törədər,  özgə 
malına əl uzadar)» (s. 42,27). 
Eyni  zamanda  buyurulur  ki,  «...Dünyada  onların  dolanacaq-
larını  öz  aralarında  Biz  bölüşdürdük.  Biri  о  birinə  iş  gördürsün 
deyə, birinin dərəcəsini digərindən üstün etdik...» (s. 43, 32). 
Ümumiyyətlə,  islamda  sosial  mühafizə  və  onun  təşkili 
məsələlərinə xüsusi diqqət yetirilir. Sosial mühafizə, inkişaf səviy-
yəsindən  asılı  olmayaraq  əksər  cəmiyyətlərin  mövcudluğu  və 
gələcək  inkişafının  əsasında  dayanır.  Cəmiyyət  üzvləri  arasında 
ifrat  kəskin  xarakterli  maddi  bərabərsizliyi  aradan  qaldırmadan, 
sabitqədəmli inkişafın reallığına ümid bəsiləmək ən azı sadəlövh-
lük olardı. 
slamda  sosial  mühafızə  məfhumu  özündə  4  istiqaməti 
birləşdirir:  sosial  yardım,  sosial  təhlükəsizlik;  iqtisadi  yardım  və 
mənəvi yardım. 
Sosial  yardım,  islamda  könüllü  və  qarşılıqsız  olaraq  həyata 
keçirilir.  Bu  xüsusda  Qurani-Şərifdə  çoxlu  sayda  əmrlər  yer 
almaqdadır.  nsanların öz mallarından Allah yolunda sərf etmələri, 
ehsan etmələri mahiyyətcə sosial yardım səciyyəsi daşıyır. 

ИГТИСАДИЙЙАТ ФЯЛСЯФЯСИ 
 
195
«...  Yoxsullar...  üçün  xərcləyin,  yoxsulları  doyurun»  tipli 
hökmlərə  bir  çox  surələrdə  rast  gəlmək  mümkündür.  Məsələn, 
«Əl-bəqərə» surəsinin 254-161; 262-272-ci və s. ayələrində məhz 
sosial yardımların edilməsi istənilməkdədir. 
Sosial  yardım-təkcə  yoxsullar  və  binəsiblər  üçün  nəzərdə 
tutulmur.  Yoxsul  olmayanlar,  yaxud  yoxsulluğu  dəqiq  bilinmə-
yənlər  də  bu  qədildən  olanlar  sırasındadır.  Eləcə  də,  ictimai 
nemətlərlə, məsələn, yol çəkilməsi, su sisteminin qurulması və s.-
lə  bağlı  həyata  keçirilən  fəaliyyət  də  sosial  yardıma  aid  edilə 
bilər.  Belə  ki,  bu  nemətlərdən  hamı:  varlılar  da,  yoxsullar  da 
istifadə edirlər. 
Beləliklə,  yuxarıda  qeyd  etdiyimiz  kimi,  sosial  yardım  - 
yardım  edənin  varlı,  alanın  isə  yoxsul  olmasını  mütləq  şərt  kimi 
ortalığa  qoymur.  Mənəvi  yardımda  olduğu  kimi,  əsas  məqsəd 
sosial əməkdaşlıq və sosial həmrəyliyin qərarlaşmasıdır. 
Qurani-Şərifin bir çox surələrində yoxsullara və Allah yolunda 
gücsüz  olanlara  yardım  edilməsi  hökmünün  əksi  deyilənləri  bir 
daha təsdiq edir. 
Mənəvi yardım - islamın dəyərləndirdiyi mühüm məsələlərdən 
biridir. Maddi təminat səviyyəsindən asılı olmayaraq hər bir insan 
mənəvi  dəstəyə  möhtacdır.  Mənəviyyatla  bağlı  qarşılıqlı  yardım-
ların  zəruriliyi,  onun,  əvvəllər  də  qeyd  etdiyimiz  kimi,  sosial 
həmrəyliyin,  sosial  bütövlüyün  və  ən  başlıcası  sosial-psixoloji 
vahidləşmənin başlıca  şərtlərdən olması ilə  səciyyələnir ki, bu da 
vahid ümmətin birgə yaşayış qaydalarında prinsipcə eyniləşmənin 
bazası kimi çıxış edir. 
Hz.Mühəmməd  (s.ə.s.)  peyğəmbərin  «...Təbəssüm  də 
ehsandır»  fikri  yuxarıda  deyilənlərin  həyati  əhəmiyyət  kəsb 
etdiyini bir daha təsdiqləyir. 
Sosial  mühafizənin  üçüncü  ünsürü  və  ümumiyyətlə,  sosial 
mühitin  sağlamlaşdırılmasında  mühüm  əhəmiyyət  kəsb  edən  əsas 
məsələlərindən  biri  -  sosial  təhlükəsizlikdir.  Yoxsulluq  girdabına 
yuvarlananların xilası sosial təhlükəsizliyin islami mənasını təşkil 
edir.  Və,  bu  təhlükə,  əsasən,  zəkat  vasitəsilə    aradan    qaldırılır.  

ИГТИСАДИЙЙАТ ФЯЛСЯФЯСИ 
 
196
Ə
gər  nəzərə        alsaq  ki,    zəkat    islamın  5  əsas  şərtindən  biridir, 
onda sosial təhlükəsizliyin necə böyük bir önəm daşıdığı aydınla-
ş
ar.  Məlumdur  ki,  yaşayışın  şərtləri  baxımından  öz  iradəsi  xari-
cində  təhlükəyə  uğrayanlara  yardım  göstərilməsi  bütövlükdə 
cəmiyyətin  sabitqədəmli  inkişafı  üçün  zəruri  olan  vacib 
problemlərdən biridir. Müxtəlif səbəblər üzündən (qocalıq, əlillik, 
işsizlik,  ailə  başçısının  vəfatı  və  s.)  yoxsulluq  və  möhtaclıq 
girdabına  düşənlərə  kömək  edilməsi  həm  də  humanizm,  bəşəri 
dəyərlərin  öncüllüyü  nöqteyi-nəzərindən  də  qaçılmaz  bir 
zərurətdir. 
Sosial  mühafizənin  dördüncü  ünsürü  iqtisadi  yardımdır. 
slamda iqtisadi yardımın əsas mahiyyəti möhtaclığın yaranmasına 
yol  verməmək,  onu  formalaşdıran  prosesi  dayandırmaq,  amilləri 
aradan  qaldırmaqdan  ibarətdir.  Məsələn,  iqtisadi  fəaliyyətlə 
məşğul  olanlar  üçün  əlverişli  mühitin  yaradılması,  sahibkarlara 
hərtərəfli kömək göstərilməsi və s. iqtisadi yardım anlamına gəlir.  
ctimai  həyatı,  sivil  cəmiyyəti  maddi  tələbatların  yüksək 
dərəcədə ödənilməsi səviyyəsinə uyğun şəkildə qurmağa çalışmaq, 
yaxud yalnız və yalnız bu istiqamətin üstün və həlledici əhəmiyyət 
kəsb  etdiyini  önə  çəkmək  mahiyyətcə  inkişaf  adlandırıla  bilməz. 
Manqurtlaşan  toplumla  millət  arasında  nə  qədər  fərq  varsa,  əsil 
inkişafla sözügedən psevdo inkişaf da bir о qədər fərqlidir.  nsan 
cəmiyyətinin  inkişafına  qeyd  edilən  tərzdə  yanaşma,  əsilində, 
yoxsullaşmadır. 
Müasirləşmə, ənənəviçilikdən inkişaf etmiş müasir cəmiyyətə 
keçid  əksər  şərq  ölkələrinin  siyasi  elitası  tərəfindən  qərbləşmə 
kimi başa düşülür. 
Biz  S.Xantinqtonun  belə  bir  fikiri  ilə  tam  şəkildə  şərikik  ki, 
müasirlik  avtomatik  olaraq  qərbçilik  demək  deyildir.
46
  Başqa 
sözlə,  tarixi  ənənələri,  ümummilli  dəyərləri  və  mentaliteti  sax-
lamaqla da inkişaf etmək mümkündür. 
                                                 
46
 Huntington S The Clash of Civilisations and Remaking the World Order N.Y., 1996, 
p. 78 

ИГТИСАДИЙЙАТ ФЯЛСЯФЯСИ 
 
197
Ş
übhə yoxdur ki, tam və hissələr arasında qarşılıqlı əlaqələrin 
ə
dalətlilik  mövqeyindən  ideal  izahı  kifayət  qədər  problematik 
məsələdir. Fərd - cəmiyyət münasibətlərinin intişarı və inkişafında 
ə
dalətliliyin,  azadlığın  ilkin,  əsas  şərtlər  keyfıyyətinə  malikliyini 
inkar  etmək  mümkünsüzdür.  frat  fərdiyyətçilik-müasir  Qərb 
sivilizasiyasının  başlıca  dayaq  nöqtəsi  -  ən  azı  istehlakçılıq 
ideologiyasının şəriksiz hökmranlığına, ruhaniliyin inkarına, onun 
gərəksiz bir şey kimi kənага atılmasına gətirib çıxarır. 
frat  fərdiyyətçilik  -  «mənəm»liyin  dominant  rolunun  möh-
kəmlənməsi,  hər  şeyin,  о  cümlədən  ləyaqət,  namus,  şərəf  və  s. 
kimi  ruhi  müvazinətin  başlıca  dayaq  sütunlarının  alqı-satqı 
obyektinə  çevrilməsi  ilə  sonuclanır  ki,  bu  da  mahiyyətcə  sosial 
sabitsizliyin,  müxtəlif  istiqamətli  konfliktlərin  və  hər  cür  fitnə-
fəsadın ideal mənbəyidir. 
frat  fərdiyyətçilik-  «ümumi»nin  inkarı  deməkdir.  Yəni, 
ümummilliliyin  gərəksizliyi,  lazımsızlığı,  kosmopolitizmin  tuğ-
yanı, hər şeyin, о cümlədən mədəniyyətin kəmiyyətcə ölçülə bilən 
bir  məcmuluq  keyfiyyətində  qəbulu,  primitiv  hesabçılığın  hege-
monluğu, sosial-iqtisadi inkişafa materialist monizm mövqeyindən 
birtərəfli baxış deməkdir və s. 
Müasir  Qərb  sivilizasiyasının  təməl  prinsipləri  öz  məzmunu 
və mahiyyəti etibarilə  islamı prinsiplərin antitezasından başqa bir 
ş
ey deyildir. 
Qərb  sivılizasiyası  problemlər  doğuran  bir  yaranışdır.  Qərb 
sivilizasiyası  millətlərarası,  xüsusilə  mədəniyyətlərarası  qarşılıqlı 
anlaşmanı təmin edə biləcək gücdə deyil. Əxlaqi normaları və mə-
nəviyyatın  məhvinə  istiqamətlənən,  istehlaka  sitayiş  formalaş-
dıran, təbii nizamı dağıdan bir yaranışdır, Qərb sivilizasiyası. 
stehsal  sferasında  trans-milliləşmənin  güclənməsi-Qərbin 
neoliberal cərəyanının bəşəriyyətə verdiyi nemət-transmilli korpo-
rasiyalar iqtisadi yüksəklikləri ələ keçirməklə sosial-mədəni inde-
terminizm  doğurur.  Sırf  maddiyyat  aspekti  daşıyan  bu  proses 
(başqa sözlə, bəla) istehsalın rasional təşkilinə mane olan hər şeyin 
inkarı yolunu tutub. 

ИГТИСАДИЙЙАТ ФЯЛСЯФЯСИ 
 
198
«Hər şey» - müxtəlif millətlərə xas olan adət-ənənə, bir sözlə, 
mentalitet «primitiv» və «irrasional» hesab edilir. 
Müasirləşmənin  zəruriliyi  fikrində  israr  edən  tədqiqatçılar 
Qərbin  texnikası  ilə  Şərqin  əxlaqını,  rasionalizmlə  humanizmi 
birləşdirməyə cəhd edirlər.
47 
Problem bundadır ki, keçmiş dövrlərdən fərqli olaraq, müasir 
dövrdə  Şərq-Qərb  «simbiozu»  sosial  və  fərdi  varlığın  təməl 
prinsiplərinin total əksliyi şəraitində həyata keçirilməyə çalışılır. 
Qərb  sivilizasiyasını  mütləq  universum  yüksəkliyinə  qaldı-
ranlar  anlamalıdırlar  ki,  yabançı  mədəniyyətin  getdikcə  güclənən 
təzyiqi  və  təcavüzü  altında  real  məzmunlu  vahidləşmə  baş  vеrə 
bilməz. 
Çılpaq «praktisizm»ə əsaslanan tərəqqi sonuc etibarı ilə insan 
yaşayışının  elementar  dayaq  sütunlarını  dağıdır.  Mütləqləşdirilən 
fərdiyyətçilik,  sözün  əsil  mənasında,  fərdin  məhvinə  doğru 
istiqamətlənən yalançı təsəvvürdən başqa bir şey deyildir. Yabançı 
dəyərlərin  birmənalı  qəbulu  özünəməxsusluğun  zorakı  yolla 
inkarı, «özündən» imtina deməkdir. 
 
 
 
 
 
 
 
 
 
 
                                                 
47
 
Гудыменок
  A.B.,  Старостин  Б.С.  Социокультурный  облик  развиваю-
щихся
  обществ.  Социальные  процессы:  соотношение  современного  и  тради-
ционного
 //Развивающиеся səh.аны: экономический рост и социальный прогресс. 
М
: 1983. 
 

ИГТИСАДИЙЙАТ ФЯЛСЯФЯСИ 
 
199
3.4.7 HeydəƏliyevin vətəndaş cəmiyyəti quruculuğ
konsepsiyası 
 
Heydər  Əliyevin  simasında  siyasi 
ideologiya və siyasi texnologiyanın 
strateji  alyansı  öz  təcəssümünü 
tapmışdır. Buna görədir ki, o, ənə-
nəvi və müasir, novator və konser-
vator  keyfiyyətinin  ideal  sintezinə 
nail    olmuş,  bu  dəyərlərin  varisli-
yini təmin etmişdir. 
Akademik Ramiz Mehtiyev 
       
A
A
A
A
zərbaycan adlı dövlət yaratmış Ulu Öndər Heydər Əliyevin 
zəngin irsinin sistemli tədqiqi, bir sıra istiqamətlərdə mühüm elmi 
ə
həmiyyət  kəsb  edən  konseptual  ümumiləşdirmələr  aparmağa 
imkan  verir.  Sözsüz  ki,  ilk  növbədə,  böyük  dühanın  hədəflədiyi 
məqsədlər  çoxluğunun  əsas  ana  xəttinin  konkret  mahiyyətini 
hamının  dərk  edə  biləcəyi  səviyyədə  ifadə  etməyi  zəruri  hesab 
edirik. 
        Heydər Əliyevin titanik fəaliyyətinin yönəldiyi əsas məqsəd - 
insan cəmiyyətinin gerçəkdən insan kimi yaşayan cəmiyyət halına 
gətirilməsidir.  Bu  yönümdə  formalaşdırılmış  ümummilli  inkişaf 
strategiyasının  müvəffəqiyyətlə  tətbiqi,  hədəflənən  məqsədin 
tamamilə real olduğunu ortalığa qoymuşdur. 
         Burada biz qeyd edilən məcmu prosesin yalnız bir istiqamətini - 
vətəndaş cəmiyyəti quruculuğu prosesinin məzmunca dolğunlaşması 
nöqteyi-nəzərindən  milli  bütövləşmənin  zəruriliyinə  yönəlik  
H.Əliyev  konsepsiyasının  fərqli  struktur  prinsiplərini  araşdırmağa 
cəhd edəcəyik. 
          Ulu Öndər çox gözəl başa düşürdü ki, cəmiyyət miqyasında 
sosial həmrəylik və sosial əməkdaşlıq olmadan dayanıqlı inkişafın 
təminatı  mümkünsüzdür.  Monolit  xassəli  sosial  bütövləşmə, 

ИГТИСАДИЙЙАТ ФЯЛСЯФЯСИ 
 
200
ə
silində, milli identikliyin, milli vahidləşmənin fundamenti, bazası 
rolunu  oynayan  əsas  konseptdir.  Deyilənlər  arasında  zəncirvari 
bağlılıq  çox  uzağa  gedən  nəticələrə  təsir  etmək  iqtidarındadır. 
Problemin konseptual məzmununa söykənməklə birmənalı şəkildə 
təsbit  etmək  mümkündür  ki,  dövlətçilik  ənənələrinin  qorunması, 
dövlətçiliyin  möhkəmlənməsi  və  inkişafı,  dövlətçiliyə  sədaqət 
xətti məhz sosial həmrəylik 




 milli vahidləşmə oxunun formalaşma 
səviyyəsi,  dayanıqlılığı  və  üzvi  bağlılığının  xarakterindən 
funksional asılılıqdadır. 
        Yeri  gəlmişkən,  bir  az  qabağa  gedərək  qeyd  edək  ki,  Ulu 
Öndərin  irəli  sürdüyü  “Azərbaycançılıq”  ideologiyası  digər 
istiqamətlərlə yanaşı, həm də sözügedən monolitliyin təşəkkülünü 
ə
saslandıran  və  onun  qaçılmazlığını  ön  plana  çıxaran,  son  dərəcə 
mühüm əhəmiyyətli nəzəri baxışlar sistemidir. 
         Beləliklə,  problemin  ümumkonseptual  qoyuluşu  həlli 
prosesində  variant  müxtəlifliyini  inkar  etməklə  yanaşı,  mental 
xüsusiyyətlər və  milli  dəyərlər sisteminin  struktur dəyişikliklərini 
nəzərə almağı obyektiv zərurət kimi ön plana çıxarır. Elə buradan 
da, Heydər Əliyev yanaşmasının mahiyyəti üzə çıxır. Belə ki, Ulu 
Öndər demokratiya və sosial ədalət konseptlərini nə mütləq, nə də 
dünya çapında qərarlaşmış anlamda tətbiqini yanlış hesab edirdi. 
          Həqiqətən də: 
1.
  Sistem  dəyişikliyi    sosial  (yaxud  birgəyaşayış)  qaydaların 
yalnız  forma  dəyişkənliyinə,  təzahür  xüsusiyyətlərinin  formaca 
yeniləşməsinə  səbəb  olur.  Qeyd  edilən  dəyişkənlik  qətiyyən 
mahiyyət  və  məzmuna  aid  deyildir  və  ola  da  bilməz.  Yəni,  Ulu 
Öndər sosial qaydaların təşkili və formalaşması yönümündə sözün 
geniş  mənasında,  institusional  aspektin  qabardılmasını  və  onun 
demokratik  prinsiplər  əsasında  həyata  keçirilməsini  zəruri  hesab 
edirdi.  Qeyd  etmək  lazımdır  ki,  institutların  olduğu  kimi  bütün 
funksional  təfərrüatı  ilə  “idxalı”  da  yanlış  hesab  edilmiş,  onların 
milli  özününküləşdirmə  süzgəcindən  keçirilməsi  nəzərdə  tutul-
muşdur. 

ИГТИСАДИЙЙАТ ФЯЛСЯФЯСИ 
 
201
2.
  Problemin ümumkonseptual qoyuluşunda da qeyd etdiyimiz 
kimi, sosial həmrəylik 




 milli vahidləşmə tandemi və bu keçiddən 
gözlənilən 
nəticələrin 
gözləntilərə 
uyğunluq 
dərəcəsinin 
bəribaşdan  müəyyənləşdirilməsi  H.Əliyev  dühasının  əyani 
təzahurlərindən biri kimi qiymətləndirilə bilər. 
Aydındır  ki,  demokratik  prinsiplərin  bazasında  formalaşan 
milli məzmunlu, mücərrədlik keyfiyyətindən xali olan  yeni sosial 
qaydaların müxtəlif səviyyəli kombinasiyası yekun etibarilə fərd 




  
vətəndaş  cəmiyyəti 




 
dövlət  üçlüyü  arasında  mənafe  tarazlığına 
ə
ks  təsir  göstərməməlidir.  O  mənada  ki,  milli  vahidləşmə 
H.Əliyevin baxışlarında məqsəd kimi yox, mövcudluğun monolit-
liyinin təminatı anlamında çıxış edir. Əsilində, gerçək olan məna-
felər  iyerarxiyasında  hansısa  bir  struktur,  yaxud  ünsürün  deyil, 
bütövlükdə  ümummilli  mənafelərin  prioritetliyinin  önə  çıxarıl-
masıdır. 
3. Milli vahidləşmə mənafelər sistemində ayrıca götürülmüş bir 
fərdin,  yaxud  vətəndaş  cəmiyyətinin  hər  hansı  bir  struktur 
bölməsinin  arxa  plana  keçirilməsi  kimi  başa  düşülməməlidir. 
Başqa  ifadə  ilə  desək,  milli  vahidləşmə  mənafe  subyektlərinin, 
məhz  mənafelərin  təminatı  sferasında  ədalətli  tənasüblüyünün 
qurulmasına  yönəlik  mürəkkəb  konfiqurasiyalı  bir  prosesdir. 
Hissədən  tama  və  əks  istiqamətli  dialektik  yüksəliş  Ulu  Öndərin 
formalaşdırdığı optimallıq kriteriyasını inkar etmir, əksinə mənafe 
tarazlığının gerçək məzmun daşımasında həlledici rol oynayır. 
4.Və  nəhayət,  H.Əliyevin  vətəndaş  cəmiyyəti  quruculuğu 
konsepsiyasında əsas hədəflənən məqsədlərdən biri də, ümummilli 
dayanıqlılığın  qərarlaşmasına  nail  olmaqdan  ibarətdir.  Yəni, 
“vətəndaş  cəmiyyəti”  konsepti  bütün  gücü  ilə  milli  vahidləşmə 
prosesinin keyfiyyət yüksəlişinə, “ümummillinin” həlledici mövqe 
tutmasına  xidmət  etməlidir.  Heydər  Əliyev  tərəfindən  problemin 
məhz  bu  aspektdə  qoyuluşunun  çox  dərin  qnoseoloji  kökləri 
vardır.  Belə  ki,  dünya  çapında  sözügedən  problemlə  bağlı 
formalaşmış  yanaşma  tərzi,  yəni,  Millət  =  dövlət  +  vətəndaş 

ИГТИСАДИЙЙАТ ФЯЛСЯФЯСИ 
 
202
cəmiyyəti  (mənafelərin  təminatı  nöqteyi-nəzərindən)  sistem 
dəyişikliyi  dövründə  olan  bir  ölkə  üçün  yararsızdır.  Bir  tərəfdən 
sistem  dəyişikliyi,  demokratik  prinsiplər  əsasında  vətəndaş 
cəmiyyəti  quruculuğu,  sosial  həmrəylik  və  onun  milli  vahid-
ləşməyə keçidi prosesi, digər tərəfdən dövlətçiliyin, dövlət müstə-
qilliyinin  möhkəmləndirilməsi  və  s.  istiqamətlərində  problemlər 
kompleksinin  həlli  ilə  məşğul  olan  bir  ölkədə,  qeyd  edilən  bəra-
bərliyə yanaşma tərzi tamamilə alayı məzmunlu olmalıdır. Yəni:      
                  
Dövlət    millət     Fərd + vətəndaş cəmiyyəti + strukturlaşmayan təbəqə 
     
 
Ulu  Öndərin  konseptual  yanaşmasından  doğan  funksional  bağlı-
lığın  həm  bərabərlik,  həm  də  bərabərsizlik  formasında  qurulma-
sının hər kəsin dərk edə biləcəyi səviyyədə konkret yozumu vardır. 
       Beləliklə,  dövlət  ümummilli  mənafelərin  əsas  təminatçısı, 
millətin  siyasi  təşkili  və  idarəedilməsi  forması,  milləti  qoruyan 
ə
sas  güc  mərkəzidir.  Dövlət  millətin  inkişafı  prosesində  keçmiş 




 
indi 




  gələcək  oxu  yönümlü  zaman  kəsiyində  “indini”  və 
“gələcəyi” ehtiva edir. Eyni zamanda, ölkə vətəndaşı olmayan və 
xaricdə  yaşayan azərbaycanlı da millətin üzvüdür, amma dövlətlə 
bağlılığı, demək olar ki, yoxdur və s. Bu aspektdən olan arqument-
ləri kifayət qədər artırmaq olar. Deməli, “millət” konsepti öz məna 
və məzmun tutumuna görə “dövlətdən” çoxdur. 
         Eyni  zamanda,  ayrıca  götürülmüş  fərdə  münasibət 
məsələsində də Heydər Əliyevin  baxışları  Qərb  ölkələrinin  bir 
çoxunda  qərarlaşmış yanaşmadan fərqlidir. Belə ki, Qərb gerçək-
liyi  neoliberal  dəyərlərə  istinadla  fərdin  mənafelərinin  əsas  oldu-
ğ
unu, “vətəndaşları varlı olan dövlət - güclü dövlətdir” tezisini önə 
çəkir.  Cəmiyyətdaxili  qarşılıqlı  bağlılığın  dialektikasından  çıxış 
etsək,  əlbəttə  də  ki,  yuxarıda  deyilənin  həqiqətə  uyğunluğunu 
təsbit  etməliyik.  Lakin  Azərbaycan  gerçəkliyi  qeyd  edilən 
yanaşmanın  indiki  zaman  kəsiyində  real  olmadığını  birmənalı 
şə
kildə üzə çıxarır. Məhz buna görə də, Heydər Əliyev problemə 
yanaşma prizmasında ilk baxışdan nəzərə çarpmayan, amma nəticə 

ИГТИСАДИЙЙАТ ФЯЛСЯФЯСИ 
 
203
etibarilə  mühüm  əhəmiyyət  kəsb  edən,  ümummilli  mənafelərin 
təminatı  nöqteyi-nəzərindən  sistemin  monolit  xassəyə  sahiblən-
məsi yönümündə böyük effekt verə biləcək bir yeniləşmə etmişdir. 
       Yanaşmanın  konkret  məzmununu  aşağıdaki  tezislə  ifadə 
etmək olar: 
Ayrıca  götürülmüş  hər  bir  fərdin  millətləşdiyi  dövlət  -  güclü 
dovlətdir. 
       Və, yekun olaraq qeyd etmək istərdik ki, Ulu Öndər tərəfindən 
ümummilli  mənafelərin  prioritetliyinin  birmənalı  təsbiti  və  onun 
vətəndaş  cəmiyyəti  quruculuğu  prosesinin  məzmunu  və  hüdud-
larını  müəyyənləşdirən  əsas  konsept  kimi  ortalığa  qoyulması, 
bügünkü  inkişafizmin  mühüm  əhəmiyyətli  dayaq  sütünlarından 
biri kimi çıxış edir. 
 
 

Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   18




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin