Ümummilli mənafe: mahiyyət və təzahür
Ə
ksər elmi ədəbiyyatlarda «milli», «milli dövlət» və
«dövlət» mənafeləri kimi, ilk baxışdan, müxtəlif terminoloji
variantlarda təcəssüm etdirilən ümummilli mənafenin mahiyyətinə
yanaşmada vahid nəzəri-metodoloji platforma işlənib hazırlanma-
mışdır. Bu mənada iqtisadçılardan B.Pozdniyakovun fikri
səciyyəvidir: «...XVII əsrdən-Avropada milli dövlətlərin forma-
laşdığı dövrdən bugünə qədər diplomatiyada ən çox işlənən termin
dövlət mənafeyi anlayışıdır. Eyni zamanda nə qədər paradoksal
ИГТИСАДИЙЙАТ ФЯЛСЯФЯСИ
220
görünsə də, bu anlayış kimi qeyri-müəyyən, dağınıq, ikimənalı və
ziddiyyətli digər bir anlayış yoxdur»
51
.
Bunun əksinə olaraq S.Blaqovolin yazır: «...son dövrlərdə milli
mənafelər anlayışının mahiyyəti ətrafinda... qəribə diskussiyalar
gedir. Onu (milli mənafeni-kursiv Ə.B.) son dərəcə anlaşılmaz bir
hadisə kimi səciyyələndirirlər və s. Mənim fikrimcə, dağınıqlığı
problemin mahiyyətində deyil, təriflərdə axtarmaq lazımdır»
52
.
Diametral əks mövqelər nəinki problemin derk edilməsi, eləcə
də, onun kriteriyaları, subyektləri, bütövlükdə konseptual əsas-
larında da özünü büruzə verir.
Beləliklə, «ümummilli mənafe» nədir və müasir gerçəklik priz-
masından onun subyekt tərkibi və realizasiyası haqqında nə demək
olar?
Hər şeydən əvvəl, qeyd etmək lazımdır ki, ümummilli mənafe
məzmunca «ümumbəşəri» və «milli»nin mürəkkəb konstruksiyalı
konqlomeratı kimi çıxış edir. Yəni, sırf nəzəri tədqiqat mövqeyindən
ümummilli mənafe iki əsas komponent prizmasından ən azı iki
səviyyəyə bölünür:
l. Ümumbəşəri səciyyə daşıyan mənafelər; yəni, hər hansı ayrıca
götürülmüş bir ölkənin spesifikasını əks etdirməyən və bütün milli
dövlətlər bölümündə ən universal xarakterli və mahiyyət eyniliyi ilə
fərqlənən mənafelər - məsələn, siyasi və iqtisadi müstəqillik, ekoloji və
ə
rzaq təhlükəsizliyi, ümumiyyətlə, iqtisadi təhlükəsizlik və s. Milli
mənafelərin göstərilən səpgidə açıqlanması, milli özünəməxsusluqdan,
eləcə də, inkişaf səviyyəsindən asılı olmayaraq bütün dövlətlər üçün
eyni dərəcədə səciyyəvidir.
2. Sırf milli özünəməxsusluq və milli «kimliklə» bağlı olan
mənafelər. Başqa sözlə, ümummilli mənafenin göstərilən aspektdən
51
Э
.Поздняков Национальные интересы: теория и практика. М:
ИМЭМО
, 1991 səh..3
52
С.Благоволин «Геоsəh.атегические и внешнеполитические приоритеты
России
». //Вопросы экономики. №2,1994, səh.17.
ИГТИСАДИЙЙАТ ФЯЛСЯФЯСИ
221
konkret sosial-iqtisadi və ideoloji spesifikası; bu səviyyə öz
mahiyyəti etibarilə sözügedən hadisənin konkret təzahür formaları,
subyekt strukturu və s. ümumdövlət çərçivəsində əks etdirir.
Ümummilli mənafenin sosial-iqtisadi təbiəti və mahiyyətinin
onun obyektiv, yaxud subyektiv xarakter daşıması probleminin
araşdırılmasında müxtəlif metodoloji yanaşmalardan istifadə
edilməsi iqtisadi fikirdə müəyyən çaşqınlığın yaranmasına gətirib
çıxarmışdır. Söhbət, hər şeydən əvvəl, mənafenin iqtisadi mahiyyə-
tinin qabardılmasından, «iqtisadi» aspektin dominantlığının bir-
mənalı şəkildə təsbitindən və onun inkişaf qanunauyğunluqları ilə
determinoloji bağlılığından gedir. Məhz göstərilən cəhətlərin üstün-
lüyü mövqeyindən yanaşdıqda iki meyarın mövcudluğu açıq-aşkar
şə
kildə müşahidə edilir:
l. Mənafelər-obyektiv xarakter daşıyır. Bu mövqe bütövlüklə
marksist metodologiyaya əsaslanır, yəni mənafe iqtisadi
münasibətlərin təzahürü forması, istehsal münasibətlərinin
törəməsidir. Mənafelər istehsal münasibətləri ilə eyniləşdirilir və
ona sırf obyektiv hadisə kimi yanaşılır. Hətta bəzi iqtisadçılar
xəbərdarlıq edirlər: «...əgər iqtisadi mənafelərin obyektivliyi qəbul
edilməzsə, onda həmin mənafelərlə manipulyasiya etmək imkanı
yarana bilər»
53
.
Milli iqtisadi mənafenin obyektiv xarakterinin danılmaz
olduğunu qeyd edən müəlliflər onu avtomatik surətdə bütövlükdə
ümummilli mənafelərə şamil edirlər və istər-istəməz dövlətin rolunu
absolyuta yüksəltmək məcburiyyəti qarşısında qalırlar. Belə ki,
obyektivləşdirmə prosesi şəraitində milli mənafe dövlətin xarakterik
özünəməxsusluğu kimi təzahür edir. Öz-özlüyündə aydındır ki, bu
mövqenin birmənalı qəbulu ifrat mühafızəkarlığın güclənməsi
riskini yarada bilər. Status-kvonun dəyişməzliyinə yönəldilən
yanaşmada, dövlətin ümumiləşdirici və aparıcı xüsusiyyətləri
başlıca mövqeyə malik olurlar. Dövlət cəmiyyətin siyasi təşkili və
iqtisadi tənzimi forması olmaqla öz dinamikliyi ilə səciyyələnir.
53
Я.А Кронрод Закон политической экономии социализма. М: 1966, səh.. 545
ИГТИСАДИЙЙАТ ФЯЛСЯФЯСИ
222
Yəni, müəyyən zaman intervalında dövlətlə bağlı məsələlər müxtəlif
istiqamətlərdə dəyişikliyə məruz qalır. Buna görə də, milli mənafe
və dövlət anlayışlarına statik xarakter vermək müasir inkişaf
dinamikasında heç bir praktiki əhəmiyyət kəsb etmir.
2. Mənafe-subyektiv xarakter daşıyır. Sosial-iqtisadi inkişafda
siyasi qüvvələrin və demokratiyanın üstün rolunu qeyd edən
tədqiqatçılar, milli mənafenin nəinki hər hansı bir siyasi partiya,
təşkilat, parlament, hətta ayrıca götürülmüş bir fərd tərəfindən
müəyyənləşdirilməsi imkanının mümkünlüyünü sübut etməyə
çalışırlar. Lakin bu halda daşıyıcıların (subyektlərin) milli mənafeni
adekvat ifadə edə bilmələri problemi yaranır. Bununla belə,
subyektiv yanaşma onun səsvermə ilə müəyyənləşdirilməsinin
mümkünlüyünü qabarıq şəkildə ifadə edir.
Arasdırmalarımız göstərir ki, nəinki bütövlükdə ümummilli
mənafelər, eləcə də, sırf iqtisadi mənafelər öz xarakteri etibarı ilə
ikili yanaşmanın dialektik vəhdəti kimi başa düşülməlidir. Yəni, bir
tərəfdən o, obyektiv xarakterə malikdir və buna görə də, onun
müəyyənləşdirilməsi heç bir siyasi qüvvənin inhisarında ola bilməz,
digər tərəfdən, o, sözün tam mənasında obyektiv deyildir, yəni, nə
mütləq sabitdir, nə də real subyektin iradəsindən asılı olmur.
Beləliklə, qeyd etmək lazımdır ki, ümümmilli mənafe zaman
və məkanca dəyişkəndir, dinamik səciyyəlidir. Onun mütləq
kəmiyyət ölçüsü yoxdur, eləcə də müəyyən tarixi dövr və ölkələr
bölgüsündə müqayisə olunan deyil. Ümummilli mənafenin bütün
ölkələr üzrə vahid, ümumi kriteriyasının müəyyən edilməsi həm
nəzəri, həm də praktiki baxımdan qeyri-mümkündür. Belə ki,
hansısa hadisənin, yaxud prosesin ölkənin milli mənafeyinə
uyğunluğu çoxlu sayda dəyişənlərin kompleks təsiri altında for-
malaşır. Başqa sözlə, daxili və xarici amillərin qarşılıqlı təsirinin
optimal nisbətlərinin müəyyənləşdirilməsi həmin ölkənin sosial,
iqtisadi, tarixi, siyasi, milli, dini və s. cəhətlərinin özünəməxsus
xüsusiyyətlərinin nəzərə alındığı təqdirdə mümkündür.
ИГТИСАДИЙЙАТ ФЯЛСЯФЯСИ
223
Ayrı-ayrı sosial qrupların mənafe təminatı və onun dinamik
inkişafı baxımından milli mənafedə meydana çıxan xüsusiyyətlərin
nəzərə alıması və s.
Umummilli mənafenin mahiyyətini araşdırarkən mütləq nəzərə
almaq lazımdır ki, о, təkcə iqtisadi yox, həm də çox geniş və dərin təsir
gücünə malik sosial-siyasi hadisədir və subyekt tərkibinin çoxşaxəliliyi ilə
səciyyələnir (şək. 5.).
Şə
kil 5
. Ümummilli mənafenin təsnifatı və sosial-iqtisadi inkişaf
strategiyası ilə qarşılıqlı əlaqələrin sxematik modeli
Sair
məsələlər
Dövrün,
zamanın
tələblərin-
dən irəli
gələn milli
mənafeyə
təsir göstərən
problemlər
Siyasi
təhlükəsizlik
-ərazi
bütövlüyü və
sərhədlərin
toxunulmaz-
lığı;
-hərbi
təhlükəsizlik;
-suveren xarici
və daxili
fəaliyyət;
-sair
qtisadi
təhlükəsizlik
- iqtisadi artım;
-ərzaq
təhlükəsizliyi;
-maliyyə-pul
təhlükəsizliyi;
- valyuta
təhlükəsizliyi;
-xarici
bazarlardan
asılılığın
minimuma
endirilməsi;
- sair
Ekoloji
təhlükəsizlik
- ətraf mühitin,
atmosferin, yer
səthinin və s.
çirklənməsinin
qarşısının
alınması;
- istehsalın
ekoloji
təmizliyi;
-sair
Milli
təhlükəsizlik
- milli dilin,
adət-ənənənin,
mədəniyyətin
inkişafı;
-milli dəyərlərin
qorunub
saxlanması və
inkişafı;
-insan
hüquqları;
-sair
Ümummilli mənafe
Milli Sosium
Bütün subyektlər arasında mənafe tarazlığına nail olmaq
Ümumilli inkişaf strategiyası
I
ИГТИСАДИЙЙАТ ФЯЛСЯФЯСИ
224
Modeldən göründüyü kimi, ümummilli mənafelərin tam
həcmdə əhatə edilməsi və təminatı sonsuz sayda dəyişənlərin eyni
vaxt intervalında kompleks nəzərə alınmasını tələb edir. Əgər bu
problemin üzərinə keçid dövrünün spesifık çətinliklərini və
müharibə vəziyyətini də əlavə etsək, onda məsələnin nə dərəcədə
mürəkkəb olduğunu görə bilərik.
Sırf nəzəri mövqedən yanaşdıqda, şübhə yoxdur ki, istənilən
kriteriya müəyyən nəzəriyyəyə, yaxud metodoloji prinsiplərə
ə
saslanmalıdır. Məsələn, ən çox istinad olunan ümumiləşdirici
kriteriya məhsuldar qüvvələrin inkişafıdır. Eləcə də, sosial tərəq-
qinin iqtisadi inkişafdan funksional asılılığını nəzərə alsaq, onda
ikinci ümumiləşdirici kriteriya (humanizm, fərdin mərkəzi fiqur
kimi səciyyələndirilməsi, həyat səviyyəsinin yüksəlməsi və s.),
məhz məhsuldar qüvvələrin inkişafı prosesindən törəyir. Bununla
yanası, hər iki kriteriya immmmilli mənafenin təminatına yönəl-
dilən siyasətin praqmatik nöqteyi-nəzərdən istinad müstəvisi kimi
çıxış etmək imkanında deyildir. Ümumiyyətlə, milli mənafenin
nisbi səciyyə daşıması ikili mahiyyətə malikdir: l) zaman etibarilə
öncül istiqamətlərin dəyişməsi; 2) sosial xarakterli struktur
dəyişiklikləri.
Eyni zamanda, ümummilli mənafe probleminin qoyuluşundan
ölkənin planetar inkişaf prosesində özünəməxsus mənafeləri baxı-
mından yerinin və xüsusi çəkisinin müəyyənləşdirilməsi həlledici
ə
həmiyyətə malikdir.
Beləliklə, milli və korporativ mənafelərin uzlaşdırılması
probleminin qoyuluşunda yuxarıda deyilənlərin əsas kimi
götürülməsini məqsədəuyğun hesab edirik.
3.5.5 Mənafelərin tarazlığı qanunu
R
eal bazar münasibətlərinin qərarlaşması prosesi, ictimai
həyatın bütün səviyyələrində adekvat dəyişikliklərin «iqtisadi»
olanın prioritetliyinə sözsüz əməl edilməsinə əsaslanmaqla aparıl-
masını tələb edir. Qeyd edilən xüsusiyyət ümumbəşəri məzmun
ИГТИСАДИЙЙАТ ФЯЛСЯФЯСИ
225
daşıyır və onun hər hansı bir ölkənin milli spesifıkası ilə heç bir
bağlılığı yoxdur. Başqa sözlə, söhbət, ümumiyyətlə, insan
cəmiyyətinin idarəedilməsində əsas sütun kimi çıxış edən aspekt-
lərin ön plana çıxarılmasından, «əvvəl siyasi hakimiyyət, sonra isə
iqtisadi nizam» prinsipinin cəfəngliyindən gedir.
Sivilizasiyanın inkişafı tarixinin ibrət dərsləri açıq-aydın
şə
kildə göstərir ki, yuxarıda qeyd edilən tezisin empirik yoxlamaya
heç ehtiyacı da yoxdur. Yəni, «iqtisadi nizam»ın qurulması mahiy-
yətcə mənafelərin tarazlığına əsaslanan münasibətlər sisteminin
formalaşması deməkdir ki, bunun da təkamüldən özgə vasitəsi
yoxdur. Məhz buna görə də, biz sırf aprior qaydada problemə
yanaşmaqla belə iddiada bulunuruq ki, real bazarın intişarı ən azı
lokal səviyyədə mənafe tarazlığının (cəmiyyətdaxili münasibətlər
prizmasından) formalaşmasına paralel olaraq getməlidir. Əlbəttə,
opponentlərimiz etiraz edə bilərlər ki, sözügedən paralelizm, nəticə
etibarilə, arzusunda olduğumuz «real bazarın» təşəkkülünə əngəl
törədə bilər. Yəni, inzibati-amirlik sistemindən bazar iqtisadiyyatına
keçid dövründə iqtisadi subyektlərin fəaliyyət azadlığının
məhdudlaşdırılması sağlam, üfiqi əlaqələrin yaranmasının qarşısını
alacaqdır və s. Qeyd etdiyimiz mövqenin çox tutarlı arqumentləri
var və biz bunu qətiyyən inkar etmirik. Sadəcə olaraq, sırf iqtisadi
mahiyyət daşıyan yanaşmanın qəbuledilməzliyi fikrini irəli sürürük.
Ə
vvəla, ona görə ki, «iqtisadi» və «sosial» olan arasında six
determinoloji bağlılıq adi gözlə görünəndir. « qtisadi»ni sərbəst
buraxıb, «sosial»ı məhdudiyyətlər çərçivəsinə salmaq əks-effekt
verəcəkdir. kincisi, əvvəllərdə göstərdiyimiz kimi, bəsit, dar
ixtisaslaşmış yanaşmaların yarıtmazlığı göz qabağındadır. Bizim
irəli sürdüyümüz paralelizm konsepsiyasının neoklassik tarazlıqla
heç bir əlaqəsi yoxdur. Tarazlıq-qeyri-müəyyənliyin maksimumu-
dur. Və, qeyri-müəyyən «maksimuma» çatmağa çalışmaq
mənasizlıqdan, «özünə» qarşı çıxmaqdan başqa bir şey ola bilməz.
Ümumiyyətlə, mənafelərin uzlaşdılması problemi həm for-
malaşma, həm də qoyulus baxımından yeni məsələ deyil. Bu
problemlə çoxlu sayda tədqiqatçılar məşğul olmuşlar. Hələ F.Bastia
ИГТИСАДИЙЙАТ ФЯЛСЯФЯСИ
226
yazırdı: «...hər cür şər əməllərin (sosial fəlakət, quldarlıq, inhisar və
s.), eləcə də hər cür nemətin ilkin müqəddəm şərti şəxsi
mənafedir»
54
Yanaşma müxtəlifliyinin rəngarəngliyinə baxmayaraq, əksər
tədqiqatçıların əsas ümumiləşdirici cəhət, mənafe kateqoriyasında
iqtisadi aspektin prioritetliyini ön plana çəkməkdir.
Ümumiyyətlə, bəşəriyyətin iqtisadi fikir tarixində sosial-iqti-
sadi inkişafin mümkün istiqamətlərinin mənafelərlə determinoloji
bağlılığı mövqeyindən proqnozlaşdırılmasında diametral əks
mövqelərdə dayanan iki baxış mövcud olmuşdur. Maraqlı cəhət
burasındadır ki, hər iki mövqe «klassik» bazarın (prays-teyker)
sistemli tədqiqinə əsaslanır. D.Rikardo –apardığı təhlilin əsasında
belə bir nəticəyə gəlmişdir ki, müasir situasiyanın dəyişməyəcəyi
halda əməkhaqqı yasayış minimumu səviyyəsinə qədər enəcək və
sivilizasiyanın sonu yaxınlaşacaqdır.
K.Marksa görə isə, əməyin ictimai və mənimsəmənin xüsusi
xarakteri arasında ziddiyyət güclənəcək, fəhlə sinfinin (bütün
zəhmətkeşlərin) həyat şəraiti ifrat pisləşəcək və proletariat inqilab
yolu ilə rejimi devirəcək və kommunizm cəmiyyəti quracaqdır.
ctimai praktika hər iki proqnozun real olmadığını sübut etdi. Ədalət
naminə qeyd etmək lazımdır ki, nə D.Rikardo, nə də K.Marks XIX
ə
srin sonu XX əsrin əvvəllərində inhisarizmin ictimai-iqtisadi
münasibətlərinin xüsusi sferası kimi sürətlə inkişaf edəcəyini və
inhisarların fəaliyyəti nəticəsində «klassik» bazarda köklü keyfiyyət
dəyişikliklərinin baş verəcəyini əvvəlcədən görə bilməzdilər. Lakin
D.Rikardodan fərqli olaraq marksist məktəb həm mənafelərin
perspektiv inkişafda rolu, həm də iqtisadi qanun və kateqoriyaların
mahiyyəti, xarakteri və realizasiyası haqqında vahid platformaya
ə
saslanan elmi sistem yaratmışdır.
Müasir bazar iqtisadiyyatı şəraitində idarəetmənin obyekti
kimi mənafelərin çıxış etdiyini və onun məhz mənafelər vasitəsilə
54
Bax:
А
.А.Мадуилов «Полотическая экономия» М:1919, səh.15.
ИГТИСАДИЙЙАТ ФЯЛСЯФЯСИ
227
həyata keçirildiyini nəzərə alsaq, onda mənafelərə adekvat baxışın
formalaşması zəruriliyini qəbul etmək zorunda qalacağıq.
Ürnumiyyətlə, iqtisadi mənafe anlayışına müxtəlif istiqa-
mətlərdən yanaşırlar. Məsələn, N.Vinoqradovun fıkrincə, mənafe
«dərkedilmiş tələbat və onun ödənilməsi məqsədyönlüyüdür»
55
;
N.V.Klim mənafeni «...fəaliyyətin motivi, stimulu və s.»
56
hesab
edir. Y.Kronrod onu «...tələbatın ödənilməsinin zəruri obyektiv
forması»
57
adlandırır. Bəzi iqtisadçıların fikrincə, mənafe
«...subyektin özünə münasibətidir»
58
.
A-Smirnov
59
mənafeni insanın fəaliyyətinin «tanınma» isti-
qaməti kimi, .Mojayskova «...iqtisadi münasibətlərin təzahür
forması kimi»
60
və s. izah edirlər. Bir sıra iqtisadçılar isə mənafe-
nin müstəqil kateqoriya olduğunu inkar etməklə yanaşı, onun hərə-
ketverici qüvvə kimi bütün kateqoriya və sosial-iqtisadi formaların
tərkibinə nüfuz etdiyini, başqa sözlə, «hər yerdə» olduğunu iddia
edirlər
61
.
Sonuncu istisna olmaqla, yuxarıda göstərdiyimiz təriflərin
ə
ksəriyyəti marksizmə əsaslanır.
Fikrimizcə, mənafe anlayışı, onun sosial-iqtisadi inkişafda rolu
və yeri haqqında marksist təlimlə razılaşmaq qeyri-mümkündür.
Belə ki, əvvəla, marksist metodologiya cəmiyyətin iqtisadi inkişaf
qanunlarının obyektiv xarakterini absolyuta yüksəltməklə yanaşı,
onların realizasiyasının avtomatik səciyyə dasımadığını bəyan edir.
55
H.B. Виноградов-Методологические проблемы исследования экономических
интересов
. //Экономические науки, 1971, №7, səh..6,
56
Н.В.Климов-Развитие экономических отношений социализма в условиях
научнотехнической
революции: л; 1976, с-164.
57
Я.С.Кронрод-Законы политической экономии социализма М:1966; səh.. 545.
58
В.Л.Каманкин-Экономические интересы развитого социалистического
общества
. М: 1978, səh.. 23-24.
59
А.Смирнов-Психология М: 1956, səh.. 361.
60
И.Можайскова-Экономические интересы и материальное стимулирование
производства
. «Проблемы политической экономии социализма» М: 1961, səh..
204.
61
Yenə orada, səh.. 204.
ИГТИСАДИЙЙАТ ФЯЛСЯФЯСИ
228
Bu qanunların insanların fəaliyyəti, onların motivasiyası, başqa
sözlə, mənafeləri vasitəsilə hərəkətə keçdiyini qəbul edirlər və
nəticədə, paradoksal vəziyyət yaranır. Marksist təlimin fikir
ardıcıllığını olduğu kimi qəbul etsək, onda məlum olur ki, iqtisadi
qanunlar müəyyən istehsal münasibətləri bazasında meydana çıxır
və insanın şüurundan və iradəsindən asılı olmayaraq ictimai isteh-
salın tələbatlarını əks etdirir. Və «...hər bir cəmiyyətin iqtisadi
münasibətləri, hər şeydən əvvəl, mənafelər kimi təzahür edir
62
.
Sonra. Cəmiyyətin tələbatı çoxşaxəli olduğu üçün mənafelərin
formaları da müxtəlifdir.
Məsiləhət edirlər ki, cəmiyyətin tələbatını subyektlərin tələbatı
məcmusu kimi başa düşməyək. Belə ki, cəmiyyətin tələbatı
tamamilə obyektiv olaraq istehsal üsulunun xarakterindən doğur və
ayrı-ayrı fərdlər, qruplar, siniflər və s. vasitəsilə realizə olunur.
Hətta, insanın fəaliyyətinin hərəkətverici motivi olan mənafenin
özünü belə subyektin şüurunun məhsulu hesab etmək olmaz. Yalnız
bizə belə gəlir ki, «...mənafelərimiz ətraf mühitdən asılı deyil»
63
,
ə
silində isə, bu illüziyadan başqa bir şey deyildir və s.
kincisi, K.Marksın təhlil etdiyi bazar və ümumiyyətlə, məcmu
iqtisadi fəaliyyətin təşkili və sosial-mədəni inkişafın səviyyələri
arasında köklü fərqlər mövcuddur. Buna görə də, obyektin bütün
istiqamət və struktur səpgidə, əsaslı surətdə dəyişildiyi təqdirdə
sözügedən baxışların mexaniki tərzdə müasir dövrdə tətbiqi sosial-
iqtisadi determinasiyanın inkar edilməsi demək olardı.
Üçüncüsü, marksist təlim çərçivəsində iqtisadi mənafelərin
milli bütövlüyü problemini araşdırmaq qeyri-mümkündür.
Ə
n yaxşı halda «ictimai mənafe» ön plana çəkilir və bir qayda
olaraq «ictimai» və «milli» olanlar arasında bərabərlik işarəsi
qoyulur. Bir sıra tədqiqatçıların qeyd etdiyi kimi, marksizm daha
62
К
.Маркс, Энгельс Ф. -Соч. Т. 18, səh.. 271.
63
В.И.Ленин-Полн. собр. соч. т.29, səh..171.
ИГТИСАДИЙЙАТ ФЯЛСЯФЯСИ
229
çox qlobalistikaya meyillidir və obyekt kimi seçilən mücərrəd
sosium «milli, irqi və s. əlamətlər»
64
üzrə öyrənilmir.
Belə olan təqdirdə «...mənafe ümumiliyi olmayan yerdə
məqsəd birliyi də ola bilməz»
65
deyən F.Engelsi necə anlayaq?
Cəmiyyət tərkib ünsürləri, başqa sözlə, mənafe qrupları
baxımından son dərəcə çoxlaylı və mürəkkəb quruluşa malikdir.
Ayrı-ayrı mənafe subyektlərinin nə vaxtsa ümumiliyə gələ biləcəyi,
sözün tam mənasında mümkünsüzdür. Və, buna görə də, məqsəd
«eyniliyi», yaxud «birliyindən» danışmaq mənasızdır.
Dördüncusü, hətta göstərilən mövqedən çıxış etdikdə də,
mənafelərin münasibətlər kompleksindəki rolunun sanki siyasi
sifarişlə müəyyənləşdirildiyi qənaətinə gəlinir və s.
Biz professor T.Quliyevin belə bir fikri ilə tam şərikik ki,
«...mənafe anlayışına kompleks şəkildə baxılmalıdır»
66
.
Fikrimizcə, komplekslilik asağıdakıları özündə ehtiva
etməlidir:
- mənafe - idarəetmənin əsas obyekti və vasitəsidir;
- mənafe müstəqil kateqoriyadır və hər cür fəaliyyətin başlıca
hərəkətverici qüvvəsidir;
- iqtisadi mənafe- sosial, siyasi, ideoloji və milli mənafelərin
ümumi məxrəcidir;
- ictimai münasibətlər sistemi mənafelər üzərində qurulur və
mənafelər vasitəsilə realizə olunur (şək. 6).
64
Г.Хозин, В.Добрич-Глобалистика в марксизме. // «Экономические науки», №3,
1989, səh. 3.
65
K
.Mapкc
Ф
.Энгельс-Соч. т.8, səh..14.
66
Т.А.Кулиев-Проблема интересов в социалистическом обществе. М: «Мысль»,
1967, səh..4.
ИГТИСАДИЙЙАТ ФЯЛСЯФЯСИ
230
Şə
kil 6.
qtisadi münasibətlər sistemində
mənafenin yeri və rolu
Beləliklə, yuxarıda deyilənləri ümumiləşdirməklə belə bir
qənaətə gəlmək olar ki, sosial-siyasi təşkili formasından və iqtisadi
sistemindən asılı olmayaraq bütün cəmiyyətlərin (marksist anla-
mında sosial-iqtisadi formasiyaların) əsas iqtisadi qanunu məna-
felərin tarazlığı qanunudur. Bu qanunun mahiyyəti və məzmunu,
eləcə də, realizasiyası son dərəcə mürəkkəb olmaqla yanaşı
cəmiyyətin inkişafının sırf materialist anlamı çərçivəsində tam dərk
edilə bilməz. Sosial və iqtisadi təminatın bir-birindən ayrılıqda
mövcudluğu qeyri-mümkün olduğu kimi, obyektiv və subyektivin
də dialektik vəhdəti inkaredilməz gerçəklikdir.
Mənafe tarazlığı qanunu sosial-iqtisadi mövcudiyyət və
inkişafın başlıca qanunu olmaqla bərabər, digər iqtisadi qanunların
həm formalaşması, həm də realizasiyasının əsasında dayanır.
Beləliklə, mənafe tarazlığı qanunu mövcudluq və inkişafın təməl
daşı kimi cəmiyyətin tərəqqisini mümkün edən və bunun üçün əlve-
rişli mühit formalaşdıran, sabit və daima təkrarlanan münasibətlər
sistemi olmaqla ümumsosioloji qanun kimi də təzahür edir.
Tələbat
Motivasiya
Mənafe
qtisadi
qtisadi qanunlar
Mənafe
ИГТИСАДИЙЙАТ ФЯЛСЯФЯСИ
231
Realizasiya baxımından mənafe tarazlığının üç səviyyəsini
fərqləndirmək olar:
l. Mənafelərin lokal (milli) tarazlığı.
2. Mənafelərin regional tarazlığı.
3. Mənafelərin qlobal tarazlığı.
Ş
übhəsiz, real bazar münasibətləri şəraitində daxili və
xaricinin üzvi birliyi obyektiv səciyyə daşıdığına görə, bizim ver-
diyimiz bölgünü tamamilə şərti hesab etmək lazımdır və eyni
zamanda, o, milli-korporativ mənafelərin uzlaşdırılması möv-
qeyindən də yetərli sayıla bilər.
Bununla belə, milli səviyyə regional və qlobal tarazlıqdan bir
sıra xüsusiyyətləri ilə fərqlənir. Əvvəla, ona görə ki, milli çərçivədə
sosial-iqtisadi fəaliyyətin tənzimi milli hökumət tərəfindən həyata
keçirilir. kincisi, dövlətin iqtisadi proseslərə aktiv müdaxilə etmək
imkanı olur. Üçüncüsü, milli bazarda rəqabət və keyfiyyət prob-
lemləri dünya bazarında olduğu kəskin səviyyədən xeyli aşağıdır.
Dördüncüsü, xarici iqtisadi fəaliyyətin məqsədyönlü tənzimlənməsi
vasitəsilə daxili bazar subyektlərini beynəlxalq rəqabətdən qorumaq
mümkündür və s. Lakin bu heç də о demək deyildir ki, milli höku-
mət mənafe tarazlığını xarici amillərin təsirindən qorumağa və
həmin avtonom statusda formalaşmasnıa nail ola bilər. Bu
xususiyyət dünyanın böyük əksəriyyətini təşkil edən inkişaf et-
məkdə olan ölkələrə münasibətdə daha qabarıq nəzərə çarpır. Prob-
lemin konseptual qoyuluşu baxımından milli çərçivədə mənafe
tarazlığı bütün subyektlərin imkan və fəaliyyətinin nəticəsi
kimi meydana çıxsa da, hökumətin birbaşa müdaxiləsinə ehtiyac
yaranır (şək.7.).
ИГТИСАДИЙЙАТ ФЯЛСЯФЯСИ
232
Şə
kil 7
. Mənafe tarazlığı əyrisi
Qrafikdən göründüyü kimi, birinci, kəsişmə nöqtəsi (∆XY=0;
X=Xı) mənafe tarazlığının optimumudur. kinci, kəsişmə nöqtəsi
(∆XY=X
1
Y
1
; X
1
=X
2
) real əmək haqqının kritik səviyyədən aşağı
düşməsini əks etdirir. l-ci və 2-ci nöqtələr arasındakı əyri mümkün
natarazlığın
sərhədlərini
göstərməklə,
ümumsosial-iqtisadi
vəziyyətin о qədər də böhranlı olmadığını təcəssüm etdirir. Üçüncü,
kəsişmə nöqtəsi (∆XY=X
2
Y
2
; X=X
3
) məcmu gəlirlərin ifrat şəkildə
azaldığını və ölkədəki situasiyanın böhranlı xarakter aldığını
göstərir. Sosial-iqtisadi böhranın sərhədləri 2-ci və 3-cü nöqtələr
arasındakı əyri ilə ifadə olunmuşdur. Dördüncü, kəsişmə nöqtəsi
(∆XY=X
3
Y
3
; X=X
4
) artıq xalqın sosial-iqtisadi vəziyyətinin ifrat və
kəskin xarakterli pisləşməsini və sosial partlayış ehtimalının
mümkünlüyünü əks etdirir. Cəmiyyətin sosial tərkibi baxımından
Mümkün
natarazlılq
Böhranlı
natarazlıq
Fəlakət
3
Sosial partlayış
ehtimalı
1
2
4
X
1
X
2
X
X
0
X
1
Y
1
X
2
Y
2
X
3
Y
3
∆
XY
ИГТИСАДИЙЙАТ ФЯЛСЯФЯСИ
233
mənafe tarazlığının pozulması hədlərini aşağıdakı qrafik formada ifadə
etmək mümkündür (şək. 8).
Araşdırmalar göstərir ki, milli→korporativ mənafelərin uzlaş-
dırılmasının əsas istinad nöqtələrindən biri, ümumiyyətlə, milli
çərçivədə bütün subyektlər arasında mənafe tarazlığının forma-
laşdırılması və dinamikliyinin təminatından ibarətdir.
Şə
kil 8
. Mənafe tarazlığının pozulması hədləri
Və, bu istiqamətdə başlıca suallardan biri mənafelərin subyekt
tərkibinin təsnifləşdirilməsi problemidir. Araşdırmalarımız göstərir
ki, elmi fıkirdə hələdə stereotip yanaşmalardan istifadə olunur.
Ümumiyyətlə, qeyd etdiyimiz problem mövqeyindən təsnifləşmədə
istifadə olunan stereotip baxışları 3 qrupda birləşdirmək olar:
l. Marksist yanaşmanın təməl prinsiplərinin bərpasına edilən
cəhdlər; şübhəsiz, bu cəhdlər, hər şeydən əvvəl, müasir situasiyanın
Mümkün
natarazlıq
Böhranlı
natarazlıq
Orta təbəqə
70 %
Orta təbəqə
40 %
Orta
təbəqə
0-10 %
Fəlakət
Sosial
partlayış
ehtimalı
X
0
Y
ИГТИСАДИЙЙАТ ФЯЛСЯФЯСИ
234
ziddiyyətli mahiyyətindən irəli gəlir. Amma, bu gün cəmiyyəti
sahibkar və zəhmətkeşlər sinfinə bölmək və mənafelərin müəyyən
edilmiş nisbətlərdə qərarlaşmasını bu iki sinifin maraqlarına
ə
saslandığını iddia etmək tamamilə səhv fikirdir. Öz-özlüyündə
aydındır ki, sahibkar və zəhmətkeşlərin mənafe uyğunluğu sırf
dialektik məzmuna malik olmaqla mücərrədlikdən xeyli uzaqdır.
Biznesin müxtəlif təşkilati formalarında mənafe tarazlığı müxtəlif
nisbətlərdə ola bilər. Buna görə də, həmin nisbətlərin ümumi
məxrəcə gətirilməsinə və buradan da hansısa «sensasiyalı» sosial-
siyasi nəticə çıxarılmasına lüzum yoxdur. Digər tərəfdən, sahibkar
və muzdlu işçinin mənafeləri ziddiyyətli vahidlik formasında
mövcuddur. Başqa sözlə, bu mənafelər nə qədər bir-birindən
fərqlənirsə, bir о qədər də üst-üstə düsür.
Formal məntiq çərçivəsindən çıxış etsək, qeyd etməliyik ki,
ə
ks halda biznesin təşkili, ümumiyyətlə, qeyri-mümkün olardı.
2. Mənafelərin yalnız obyektiv mahiyyətini qəbul edən
iqtisadçı və sosioloqlar mülkiyyətin forma müxtəlifliyi əsasında
onun əlahiddələşdirilməsinə cəhd göstərir və dövlət-özəl sektor
komponentlərini antaqonist xarakterli münasibələrin və maraqların
daşıyıcıları kimi hallandırırlar.
Fikrimizcə, mənafelərin subyektlərini mülkiyyət mən-
subiyyətinə görə qarşı-qarşıya qoymaq, həm nəzəri-rnetodoloji, həm
də praktiki baxımdan yanlışdır. Belə ki, əvvəla mülkiyyət mən-
subiyyətindən asılı olmayaraq real bazar şəraitində fəaliyyət
göstərən iqtisadi strukturların məqsəd və vəzifələrində ümumi
cəhətlər, uyğunluq daha çoxdur. Bütün iqtisadi vahidlər fəaliyyət
müstəqilliyi və zəruri inkişaf tempinə malik olmaq istəyində eyni
cəbhədən çıxış edir; ikincisi, əksər hallarda həm dövlətin, həm də
özəl sektorun struktur bölmələri əlverişli sosial-iqtisadi siyasətin
həyata keçirilməsində hökumətə birlikdə təsir göstərir. Əlbəttə,
ümummilli mənafenin öncüllüyünü əsas götürən dövlət hər iki
tərəfin inkişaf sürətləri arasında konkret zaman kəsiyində müəyyən
nisbətlərin (birincilərin üstünlüyü baxımından) bərqərar olmasına
ИГТИСАДИЙЙАТ ФЯЛСЯФЯСИ
235
təsir göstərə bilər. Lakin, bu hal heç də mülkiyyət formalarına görə
mənafelərin diferensiasiyasına əsas vermir.
4.
Keçid dövrünün spesifık çətinlikləri və onların yaratdığı
sosial-iqtisadi situasiyaların səthi anlamına əsaslanan
müəlliflər, mənafelərin funksional-sahəvi müstəvi üzərində
fərqləndirilməsi tələbi ilə çıxış edir və ticarət, maliyyə,
xidmət və s. sferalarla müqayisədə istehsala üstünlük veril-
məsini və uyğun strukturların mənafe təminatının ön plana
çəkilməsini zəruri sayırlar. Şübhəsiz, məhz müasir dövrün
xarakteri baxımından yanaşıldıqda bu bölgü daha real
görünür. Əlbəttə, maddi nemətlər istehsalının cəmiyyətin
həyatında oynadığı mühüm rol inkar edilə bilməz. Lakin
bazar iqtisadiyyatı çərçivəsində iqtisadi fəaliyyətin isteh-
saldan yox, tədavüldən başladığını və bütövlükdə, milli
mənafenin tədavül—istehsal—tədavül (həm daxili, həm də
xarici kəsimdə) triadası üzrə münasibətlər kompleksinin
təşkili səviyyəsindən asılılığını qəbul ediriksə, onda məna-
felərin funksional-sahəvi bölgüsünü absolyuta yüksəltməyə
lüzum qalmır. Beləliklə, milli mənafenin subyekt tərkibini
yuxarıda göstərilənlər əsasında təsnifləşdirmək mümkün-
süzdür.
Dostları ilə paylaş: |