Mənbə: BMT-nin Elektron hökumət tədqiqatı, 2013
Yuxarıdakı cədvəldə 2012-ci il Elektron hökumət inkişaf indeksinə görə ilk 20 ölkə verilmişdir. Həmin ölkələrə nəzər yetirəndə aydın olur ki, əksəriyyəti inkişaf etmiş ölkələrdir və diqqəti çəkən məqam İsrail və Estoniya kimi ölkələrin ilk iyirmilikdə yer almasıdır.
Mənbə: BMT-nin Elektron hökumət tədqiqatı, 2009-2013-cü illər.
Cədvəl məlumatlarından aydın olur ki, 2012-ci ildə e-hökumət inkişaf indeksinə görə MDB ölkələri içərisində Rusiya ən böyük göstəriciyə malikdir. Qazaxıstan MDB ölkələri içərisində ikincidir. Bu sıralamada Belarus üçüncüdür. Azərbaycan e-hökumət inkişaf indeksi dəyərində MDB ölkələri içərisində 9-cudur.
Mənbə: BMT-nin Elektron hökumət tədqiqatı, 2009-2013
Yuxarıdakı cədvəldə 2008-2012-ci illərdə E-Hökumət inkişaf indeksinə görə bəzi Cənub-Şərqi Avropa ölkələri, Türkiyə və müqayisə məqsədilə Azərbaycan verilmişdir. Cədvəl məlumatlarından aydın olur ki, qeyd edilən ölkələr içərisində ən yaxşı göstəriciyə Sloveniya malikdir. Belə ki, qeyd edilən ölkə dünya ölkələri içərisində 25-cidir. Xorvatiya və Macarıstan nisbətən aşağı 30,31-ci yerdədir. Maraqlı bir məqam isə Türkiyənin bu sıralamada heç da yaxşı olmayan 80-ci sırada qərarlaşmasıdır. Ölkəmiz isə qeyd edilən ölkələr içərisində sonuncudur.
Cədvəl 7. 2012-ci il E-Hökumət inkişaf indeksində Azərbaycanın alt-indekslərdə dəyəri
Mənbə: BMT-nin Elektron hökumət tədqiqatı, 2013
Yuxarıdakı cədvəldə ölkəmizin 2012-ci il Elektron hökumət inkişaf indeksində yer alan alt-indekslərin dəyəri verilmişdir. Cədvəl məlumatlarından aydın olur ki, ölkəmizin alt-indekslər üzrə dəyərində İnsan kapitalı alt-indeksi ən yüksəkdir. Ən aşağı dəyər telekommunikasiya alt-indeksi dəyəridir.
Cədvəl 8. 2012-ci il E-Hökumət inkişaf indeksində Azərbaycanın onlayn xidmət alt-indeksində dəyəri