3.2. Azərbaycanda e-hökumət xidmətlərinin mövcud durumunun
qiymətləndirilməsi və inkişaf istiqamətlərinin müəyyənləşdirilməsi
Ölkəmizdə “Elektron hökumət”in formalaşdırılması beynəlxalq təcrübəyə əsaslanır və Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasında rabitə və informasiya texnologiyalarının inkişafı üzrə 2010-2012-ci illər üçün Dövlət Proqramının (Elektron Azərbaycan)” təsdiq edilməsi haqqında Sərəncamı, “Dövlət orqanlarının elektron xidmətlər göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında” 23 may 2011-ci il tarixli Fərmanı və digər normativ hüquqi aktlar bu sahədə fəaliyyət üçün hüquqi baza yaratmışdır.
Ölkəmizdə elektron hökumətin əsas fəaliyyət prinsipləri aşağıdakılardan ibarətdir:
- Azərbaycan Respublikasının mövcud qanunvericiliyin tələblərinə riayət edilməsi;
- İnformasiyalaşdırma sahəsində dövlət siyasətinin həyata keçirilməsi, dövlət və milli maraqların qorunması;
- İstifadəçilərə təqdim olunan məlumatların tamlığının, həqiqiliyinin, aktuallığının, təhlükəsizliyinin, mühafizəsinin sadə və operativ şəkildə əldə edilməsi imkanlarının təmin olunması;
- Dövlət qurumları arasında səlahiyyət və məsuliyyət bölgüsü.
“E-gov“ elektron hökumət portalının zəruriliyi
Azərbaycan Respublikasının ərazisində yaşayan bütün vətəndaşlara, hüquqi şəxslərə, xarici vətəndaşlara və vətəndaşlığı olmayan şəxslərə elektron xidmətlərin göstərilməsi məqsədilə www.e-gov.az Elektron Hökumət Portalı yaradılıb və 2012-ci ilin aprel ayından istifadəyə verilmişdir. Yaradılan yeni imkanların əsas məqsədi dövlət qulluqçuları və vətəndaşlar arasında olan “məsafəni” maksimum azaltmaq, bu münasibətləri sadələşdirmək və şəffaflığı təmin etməkdən ibarətdir. Bu məqsədə nail olmaq üçün dövlət orqanları tərəfindən elektron xidmətlərin geniş tətbiqi, onların sayının və keyfiyyətinin artırılması, vətəndaşların xidmətlərdən məmnunluğu vacib amillərdəndir. Beynəlxalq təcrübəyə əsaslanaraq, vətəndaşların dövlət orqanları ilə təmaslarının daha rahat və münasib şəkildə təşkili üçün dövlət orqanlarının göstərdiyi elektron xidmətlərin vahid məkanda www.e-gov.az portalında cəmləşdirilmişdir. “Bir pəncərə” prinsipi əsasında yaradılmış portal vasitəsilə hər bir istifadəçi dövlət qurumları tərəfindən təqdim olunan e-xidmətlərdən yararlana bilir.
Hər hər bir dövlət qurumu tərəfindən İnternet şəbəkəsi üzərindən öz saytları vasitəsilə vətəndaşlara müxtəlif e-xidmətlər təklif edilir və həmin xidmətlərin bir portal vasitəsilə vətəndaşlara təqdim edilməsi aşağıda qeyd edilən məsələlərə görə aktualdır:
-
Portala daxil olmaq üçün vahid identifikasiya vasitələrindən istifadə olunur. Belə ki, portal vasitəsilə müxtəlif dövlət qurumlarının e-xidmətləri “bir pəncərə” prinsipi əsasında cəmləşmiş şəkildə təqdim edildiyi üçün, istifadəçilərin vaxt itkisini minimuma endirir.
-
Bir sorğu əsasında müxtəlif sayda informasiya sistemlərinə bağlanaraq müxtəlif arayışların əldə edilməsi mümkündür. Qurumların saytlarından fərqli olaraq, bəzi hallarda istifadəçinin sorğusuna cavab bir neçə qurum tərəfindən təqdim olunan məlumatlar əsasında formalaşdıqdan sonra kompleks e-xidmət şəklində vətəndaşa təqdim edilir.
-
Portalda istənilən sorğu və onun cavablandırılması portal tərəfindən arxivləşdirilir. Saytlarda vətəndaş birbaşa maraqlı tərəfə müraciət edir və cavablandırmada subyektiv faktorlardan sığorta olunma yoxdur. Portal dövlət qurumu və vətəndaş arasında, sonuncunun hüquqlarını qoruyan vasitəçi rolunda çıxış edir. Mübahisəli məqamlarda portalın arxivi məhkəmədə sübut kimi istifadə oluna bilinər. Eyni zamanda Portalın qeydiyyat sistemi hökumətin nəzarət edici orqanlarına müraciətlərə baxılması mexanizmini qurmağa kömək edir.
-
İnformasiya mübadiləsinin vahid təhlükəsizlik sisteminin olması. İstifadə olunan arxitektura müxtəlif dövlət orqanlarının informasiya resurslarına sanksiyalaşdırmamış daxil olmanın qabağını alır.
-
Vahid dizayn və tərtibat formaları, vahid istifadə forması tətbiq olunur. Vətəndaşları maraqlandıran məlumatlar dövlət qurumlarının saytlarında fərqli şəkildə və məzmunda təqdim edildiyi halda, “Elektron hökumət” portalında bütün e-xidmətlər standart dizayn və vahid istifadəetmə qaydaları üzrə təqdim edilir.
-
Müxtəlif tipli arayışların, sənədlərin hazırlanması üçün müxtəlif qurumlar tərəfindən vətəndaşların fərdi məlumatlarına müraciət oluur. Bu xidmətlər də loglaşdırılacaq. Nəticə etibarı ilə vətəndaş onun haqqında hər hansı məlumata qurum tərəfindən hansı məqsədlə baxıldığını müşahidə edə biləcəkdir. Vətəndaşın bu hallara aydınlıq gətirməsi üçün müvafiq quruma sorğu vermək imkanı da olacaqdır.
-
Təqdim olunan məlumatların səhihliyi və təsdiqi. Müxtəlif informasiya resursları arasında məlumat mübadiləsi hər bir qurumlar tərəfindən elektron imza ilə möhürlənir. Son məlumat e-gov.az vasitəsilə çatdırıldığından Elektron Hökumət Portalı məlumatların dəyişdirilmədiyinə zəmanət verir.
Ümumilikdə, portal vasitəsilə istifadəçilərə dövlət qurumları tərəfindən təqdim olunan elektron xidmətlərin standart dizaynla təqdim edilməsi, optimallaşdırılması, yerinə yetirilmə proseduralarının sadələşdirilməsi, istifadəetmə qaydalarının ümumiləşdirilməsi, keyfiyyətinin yüksəldilməsi və əldə edilən məlumatların həqiqiliyi, tamlığı, etibarlığı, sərbəst əldə olunmasının təmin edilməsi vacib şərtlərdəndir.
Qeyd edilən portal vasitəsilə dövlət orqanları tərəfindən elektron xidmətlərin təklif edilməsi məqsədilə Nazirlər Kabineti tərəfindən müxtəlif dövlət orqanlarını əhatə edən 417 sayda elektron xidmətlər təsdiq olunmuşdur.
Cədvəl 12. Keçən müddət ərzində dövlət orqanları üzrə “E-Hökumət” portalında yerləşdirilmiş elektron xidmətlərin sayı
|
|
|
№
|
Dövlət qurumunun adı
|
Təsdiq olunmuş e-xidmətin sayı
|
01.03.2013
|
01.06.2013
|
01.09.2013
|
01.11.2013
|
Təsdiq olunmuş e-xidmətlərdən e-gov.az portalında olan e-xidmətlərin sayı
|
Təsdiq olunmuş e-xidmətlərdən e-gov.az portalında olan e-xidmətlərin sayı
|
Təsdiq olunmuş e-xidmətlərdən e-gov.az portalında olan e-xidmətlərin sayı
|
Təsdiq olunmuş e-xidmətlərdən e-gov.az portalında olan e-xidmətlərin sayı
|
1
|
Xarici İşlər Nazirliyi
|
3
|
0
|
0
|
0
|
1
|
2
|
Daxili İşlər Nazirliyi
|
24
|
1
|
1
|
1
|
1
|
3
|
Әdliyyə Nazirliyi
|
17
|
3
|
5
|
6
|
6
|
4
|
Fövqəladə Hallar Nazirliyi
|
4
|
4
|
4
|
3
|
3
|
5
|
Maliyyə Nazirliyi
|
4
|
0
|
0
|
0
|
0
|
6
|
İqtisadiyyat və Sənaye Nazirliyi
|
7
|
3
|
7
|
7
|
7
|
7
|
Vergilər Nazirliyi
|
57
|
3
|
4
|
4
|
4
|
8
|
Energetika Nazirliyi
|
9
|
6
|
6
|
6
|
6
|
9
|
Әmək və Әhalinin Sosial Müdafiəsi Nazirliyi
|
12
|
3
|
3
|
4
|
6
|
10
|
Kənd Təsərrufatı Nazirliyi
|
12
|
11
|
15
|
12
|
12
|
11
|
Ekologiya və Təbii Sərvətlər Nazirliyi
|
18
|
15
|
16
|
17
|
17
|
12
|
Mədəniyyət və Turizm Nazirliyi
|
17
|
0
|
0
|
0
|
0
|
13
|
Təhsil Nazirliyi
|
8
|
1
|
0
|
1
|
1
|
14
|
Səhiyyə Nazirliyi
|
38
|
7
|
10
|
17
|
22
|
15
|
Rabitə və Informasiya Texnologiyaları Nazirliyi
|
16
|
9
|
11
|
9
|
9
|
16
|
Nəqliyyat Nazirliyi
|
5
|
4
|
4
|
4
|
4
|
17
|
Gənclər və İdman Nazirliyi
|
6
|
4
|
4
|
4
|
4
|
18
|
Müdafiə Sənayesi Nazirliyi
|
1
|
1
|
1
|
1
|
1
|
19
|
Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi
|
10
|
10
|
10
|
10
|
10
|
20
|
Dövlət Şəhərsalma və Arxitektura Komitəsi
|
1
|
1
|
1
|
1
|
1
|
21
|
Qacqınların və MəcburiKöçkünlərinİşləri üzrü DövlətKomitəsi
|
4
|
4
|
4
|
4
|
4
|
22
|
Dövlət Gömrük Komitəsi
|
11
|
2
|
0
|
0
|
0
|
23
|
Dövlət Torpaq və Xərtitəçıkmə Komitəsi
|
9
|
9
|
9
|
9
|
9
|
24
|
Әmlak Məsələləri Dövlət Komitəsi
|
6
|
0
|
0
|
3
|
13
|
25
|
Ailə, Qadın və Uşaq Problemləri üzrə DövlətKomitəsi
|
2
|
1
|
1
|
1
|
1
|
26
|
Dövlət Statistika Komitəsi
|
5
|
3
|
3
|
5
|
5
|
27
|
Dini Qurumlarla İş üzrə DövlətKomitəsi
|
5
|
0
|
0
|
0
|
0
|
28
|
Diasporla İş üzrə Dövlət Komitəsi
|
1
|
0
|
0
|
1
|
1
|
29
|
Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi
|
13
|
0
|
1
|
13
|
13
|
30
|
Dövlət Sosial Müdafiə Fondu
|
25
|
4
|
4
|
4
|
5
|
31
|
Prezident yanında Dövlət Qulluğu Məsələləriüzrə Komissiya
|
7
|
1
|
4
|
4
|
4
|
32
|
Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK)
|
12
|
2
|
10
|
9
|
9
|
33
|
Dövlət Miqrasiya Xidməti
|
10
|
0
|
0
|
1
|
1
|
34
|
Dövlət Sərhəd Xidməti
|
2
|
2
|
2
|
2
|
2
|
35
|
Səfərbərlik və Hərbi Xidmətə Cağırış üzrə Dövlət Xidməti
|
5
|
0
|
0
|
0
|
0
|
36
|
Müəllif Hüquqları Agentliyi
|
5
|
5
|
5
|
5
|
5
|
37
|
Satınalmalar üzrə Dövlət Agentliyi
|
3
|
0
|
0
|
0
|
0
|
38
|
Dövlət Mülki Aviasiya Administrasiyası
|
3
|
0
|
0
|
0
|
0
|
39
|
Dövlət Dəniz Administrasiyası
|
18
|
5
|
18
|
18
|
18
|
40
|
Milli Arxiv Idarəsi
|
2
|
2
|
2
|
2
|
2
|
41
|
Meliorasiya və su təsərrüfatı xidməti
|
0
|
0
|
0
|
0
|
0
|
42
|
Azərsu ASC
|
0
|
0
|
0
|
0
|
0
|
43
|
Azərenerji
|
0
|
0
|
0
|
0
|
0
|
44
|
Mərkəzi Seşki Komissiyası
|
|
|
|
0
|
0
|
45
|
Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi
|
|
|
|
0
|
0
|
|
CƏMİ
|
417
|
126
|
165
|
188
|
207
|
Dostları ilə paylaş: |