Mənbə: Rabitə və Yüksək Texnologiyaları Nazirliyi, Məlumat Hesablama Mərkəzinin bülletenləri
Rabitə və Yüksək Texnologiyaları Nazirliyinin Məlumat Hesablama Mərkəzi tərəfindən noyabr 2012-ci il tarixindən etibarən elektron hökumətin formalaşması və inkişafı, habelə ölkəmizdə adı qeyd edilən portal vasitəsilə elektron xidmətlərdən istifadə vəziyyətini əhatə edən aylıq büllitenlər nəşr olunur. Həmin büllitenlərdəki statistik rəqəmlərə əsasən 2013-ci ilin dekabr ayına qədər Nazirlər Kabineti tərəfindən təsdiq olunan 417 sayda elektron xidmətlərdən dövlət orqanları tərəfindən yalnız 207-ı portalda yerləşdirilmişdir. Lakin bir faktı qeyd etmək lazımdır ki, 2012-ci ilin noyabr ayında portalda yerləşdirilmiş elektron xidmətlərin sayı 126 olmuşdu. Bu artıma baxmayaraq yenə də portalda yerləşdirilmiş xidmətlər təsdiq olunmuş xidmətlərin 49.6%-ni təşkil edir və bu da arzuolunan rəqəm deyildir. 2012-ci ilin noyabr ayında elektron xidmətlərdən istifadənin sayı 7957 olduğu halda 2013-cü ilin noyabr ayında artaraq 71365 olmuşdur ki, bu da portal vasitəsilə ölkəmizdə elektron xidmətlərdən istifadənin artdığını və bu sahənin böyük əhəmiyyət daşıdığını göstərir.
Cədvəl 13. Keçən müddət ərzində “E-Hökumət” portalında dövlət orqanları tərəfindən yerləşdirilmiş elektron xidmətlər və onlardan istifadə səviyyəsi