Азярбайжан республикасы тящсил назирлийи тящсил проблемляри институту



Yüklə 1,54 Mb.
Pdf görüntüsü
səhifə5/9
tarix24.02.2020
ölçüsü1,54 Mb.
#30529
1   2   3   4   5   6   7   8   9
maqistr dis metodiki göstəriş


 
 
II. ELMĠ-TƏDQĠQAT TƏCRÜBƏSĠNĠN 
KEÇRĠLMƏ OBYEKTĠ VƏ MÜDDƏTĠ 
 
Elmi-tədqiqat 
təcrübəsinin 
obyektlərini 
əsasən 
Azərbaycan  Dövlət  İqtisad  Universitetinin  /bundan  sonra 
ADİU/  kafedraları,  elmi-tədqiqat  laboratoriyaları,  Magistr 
hazırlığı  mərkəzinə  /bundan  sonra  MHM/  mənsub  tədris 
laboratoriyaları  və  habelə  kənar  elmi-tədqiqat  institutları, 
universitetlər,  elmi  mərkəzlər  və  uyğun  profilli  müvafiq 
qurumlar, təsisatlar təşkil edir. 
Elmi-tədqiqat  təcrübəsinin  müvafiq  ixtisaslar  üzrə 
keçrilmə obyektinin təyinatı rektorun əmri ilə rəsmiləşdirilir. 
Elmi-tədqiqat  təcrübəsi  kənar  qurum  və  təsisatlarda 
müqavilə əsasında həyata keçirilir. 
Magistr  hazırlığı  proqramına  müvafiq  olaraq  elmi-
tədqiqat  təcrübəsi  tədrisin  I  kursunun  II  smestrinin  sonunda  4 
həftəlik müddətdə reallaşdırılır. /Qiyabi təhsil alanlar üçün bü 
müddət  2  həftədir  və  bir  qayda  olaraq  I  kursun  II  smestrində 
keçirilir/. 
ADİU  ümumiqtisad  fənləri  üzrə  digər  ali  təhsil 
müəssisələri  üçün  də  ödənişli  əsasda  elmi-tədqiqat  təcrübəsi 
prosesi təşkil edə bilər. 
 
 

 
 
 
54 
III. ELMĠ-TƏDQĠQAT TƏCÜRBƏSĠNĠN 
PROQRAMI VƏ RƏHBƏRLƏRĠ 
 
Elmi-tədqiqat  təçrübəsi  müvafiq  proqram  əsasında 
keçirilir.  Elmi-tədqiqat  təçrübəsi  ADİU-da  təşkil  olunduqda 
təcürbəsinin proqramı universitetin «Elmi-Metodik Şura»sında 
təsdiq  olunur.  Elmi-tədqiqat  təcrübəsinin  keçrilməsi  üçün 
magistrantlara  təcürbəsinin  keçirildiyi  təşkilat  tərəfindən 
təcrübə  rəhbəri  təyin  edilir.  Bu  qayda  elmi-tədqiqat  təcrübəsi 
ADİU-da təşkili edildiyi zaman da tətbiq olunur. 
Elmi-tədqiqat təcrübəsinin əsas rəhbəri kimi magistrantın 
elmi rəhbəri çıxış edir /Bundan sonra: elmi rəhbər/. 
Magistr proqramının və elmi-pedaqoci təcrübənin rəhbəri 
eyni  magistrant  üçün  elmi  təcrübə  rəhbəri  ola  bilməzlər.  Bir 
pedaqoq  5  nəfərdən  çox  magistranta  elmi  təcrübə  üzrə  rəhbər 
təyin edilə bilməz. 
Elmi rəhbər təcrübə prosesi ilə bağlı aşağıdakı vəzifələri 
yerinə yetirir: 
  elmi-tədqiqat  təcrübəsinin  proqramından  irəli  gələn 
təşkilati tədbirləri həll edir
  magistr proqramının rəhbəri ilə təcürbəsinin keçrilməsi 
proqramını və onun təqvim müddətlərini razılaşdırır; 
  magistranta  təcürbəsinin  fərdi  iş  planının  /tapşırığın
hazırllanmasında  hərtərfli  köməklik  göstərir,  öz 
tapşırıqlarını verir və onu təsdiq edir; 
  təcrübə  prosesində  sual  doğuran  məsələlərlə  bağlı 
magistranta məsləhətlər və tövsiyələr verir; 
  elmi-tədqiqat  təcrübəsi  prosesində  magistrantların 
müsətiqil fəaliyyətini ilkin qiymətləndirir; 
  elmi-tədqiqat təcrübəsinin kitabçasını təsdiq edir; 
  elmi-tədqiqat  təcrübəsinin  yekun  attestasiyası  zamanı 
komissiyanın işində iştirak edir. 
Elmi-tədqiqat təcürbəsinin rəhbəri həmçinin təcrübə günü 

 
 
 
55 
magistrantların  təcrübə  obyektinə  təqdim  olunması  prosesini 
reallaşdırır,  müntəzəm  olaraq  təcrübə  obyektinə  gedir, 
magistrantlar  və  təcrübə  obyektinin  rəhbərləri  ilə  əlaqələr 
saxlayır və müvafiq məsləhətləşmələr aparır. 
Təcürbəsinin rəhbəri aşağıdakı vəzifələri yerinə yetir: 
  elmi-tədqiqat təcürbəsinin keçrilməsinin bütün təşkilati 
məsələlərini  həll  edir  və  müvafiq  nəzarəti  həyata 
keçirir; 
  təşkilata daxil olmuş magistratların qeydiyyat  uçotunu 
aparır və davamiyyətə nəzarət edir; 
  magistrantlara  elmi-tədqiqat  təcürbəsinin  keçrilməsinin 
proqramı haqqında məlumatlar verir; 
  magistrantları  təşkilatın  vaxt  recimi  və  əməyin 
mühafizəsi qaydaları ilə tanış edir; 
  elmi-tədqiqat  təcürbəsinin  gündəyliyində  müvafiq 
qeydlər aparır; 
  hər  bir  magistranta  təcrübədə  iştirakın  nəticələrinə 
uyğun  olaraq  qısa  rəy  verir.  /Təcrübə  obyektinin 
rəhbərinin  rəyinin  nümunəsi  elmi-tədqiqat  təcrübəsi 
kitabçasında öz əksini tapmışdır
 
 
IV. ELMĠ-TƏDQĠQAT TƏCRÜBƏSĠNĠN MƏRHƏLƏLƏRĠ 
 
Elmi-tədqiqat 
təçrübəsinin 
başlanğıcında 
təşkilati 
xarakakterli  yığınjaq  keçirilir.  Burada  magistrantları  elmi-
tədqiqat  təcürbəsinin  məqsəd  və  vəzifələri,  məzmunu  və 
təşkilati  formaları  ilə  tanış  edirlər.  Yığınjağın  yekunu  olaraq 
magistrantlara elmi-tədqiqat təçrübəsinin keçirilməsi üzrə fərdi 
iş planın (tapşırığı) işlənməsi tapşırığı verilir. 
Təcrübə  prosesi  mövcud  elmi-tədqiqat  infrastrukturu, 
tədqiqat  predmetləri  və  vasitələrinin  tanışlığı  ilə  başlanır. 
Bundan  sonra  magistrant  keçirilən  elmi-tədqiqat  təcrübəsinin 

 
 
 
56 
ilk - I mərhələsində /1-ci həftə/ fərdi planı (tapşırığı) hazırlayır 
və  onun  elmi  və  təcrübə  obyekti  rəhbərləri  ilə  razılaşdıraraq 
təsdiq  etdirir.  Bu  mərhələdə  magistranta  dissertasiyanın 
tərtibatı,  biblioqrafiya,  kataloqlarla  işləmə,  referatları  mütaliə 
və eksperimental metodların mənimsənilməsi üsulları öyrədilir. 
Elmi-tədqiqat  təcrübəsinin  II  mərhələsində  /2-ci  həftə
magistrantlar  elmi-tədqiqat  işinin  əsas  müddəaları  və  tələbləri 
ilə  tanış  olur,  elmi  yaradıcılığın  müasir  yazılış  stilistikasını, 
spesefik  cəhətlərini,  müxtəlif  empirik  metodları  öyrənir  və 
uyğun  problemlər  bankı  yaradırlar.  Bu  mərhələdə  həmçinin 
nəzəri  məşğələlər  və  praktikumlar,  işgüzar  oynunlar  təşkil 
olunur,  xüsüsi  kompütrer  proqramları  ilə  bağlı  metodik 
məşğələr keçirilir. 
Elmi-tədqiqat  təcrübəsinin  III  mərhələsi  /3-cü  həfə
magistr  dissertasiyasının  əsas  məzmunundan  irəli  gələn 
nəzərdə  tutulan  nəticələrlə  bağlı  intensiv  eksperimental  işlərin 
görülməsi  üzərində  qurulur  və  üstün  olaraq  nəzəri  məşğələlər 
və praktikumların keçirilməsi prosesi ilə davam etdirilir. 
II  və  III  mərhələlərin  yekunu  kimi  magistrantlar  ayrı-
ayrılıqda  2  səhifə  həcmində
 
icmal  hazırlayır,  keçrilmiş 
mərhələnin nəticələrini elmi rəhbərlə birgə təhlil edirlər. 
Elmi-tədqiqat  təcrübəsinin  IV  mərhələsində  /4-cü  həftə
magistrant  sərbəst  müvafiq  hesabat  hazırlayır  və  təcürbəsinin 
yekunlarına həsr olunmuş «dəyirmi masada» iştirak edir. 
Təcrübə  zamanı  magistrantların  müvafiq  elmi-praktiki 
konfranslar,  elmi  seminarlar,  treninqlər,  eksprementlər,  yeni 
texnologiyaların  tətbiq  proseslərində  hərtəfəli  iştirakı  təmin 
olunur. 
 
 
 
 
 

 
 
 
57 
V. ELMĠ-TƏDQĠQAT TƏCRÜBƏSĠ 
ÜZRƏ MAGĠSTRANTIN FƏRDĠ Ġġ PLANI (TapĢırığı) 
 
Elmi-tədqiqat  təcrübəsi  zamanı  magistrant  hazırladığı 
fərdi iş planına (tapşırığı) uyğun olaraq aşağıdakı konkret işləri 
görməlidir: 
I.  Magistr  dissertasiyasının  mövzusunun  predmeti 
sahəsində geniş məzmünlu əhatəli təhlil aparmaq; 
II.  Biblioqrafiya, 
kataloqlarla, 
referatları 
mütaliə 
üsullarını öyrənmək; 
III.  Tədqiq  olunan  sistem  və  proseslərin  modellərinin 
işlənməsini  həyata  keçirmək  və  müvafiq  modellər 
vasitəsi ilə eksperimentlər aparmaq 
IV.  Konfranslar,  elmi  nəşrlər  üçün  məruzələr,  elmi 
məjmüələrin  və  məqalələrin  hazırlanmasını  həyata 
keçirmək; 
V.  Təcürbəsinin  müvafiq  mərhələləri  üzrə  icmallar 
yazmaq və yekun hesabatı hazırlamaq. 
Elmi-tədqiqat  təcrübəsinin  proqramına  və  təcrübə 
obyektinin  spesefikliyinə  uyğun  olaraq  elmi  rəhbər  fərdi  iş 
planında (tapşırığı) əks edilməklə magistranta əlavə tapşırıqlar 
verə bilər. 
 
 
VI. NƏZƏRĠ MƏġĞƏLƏLƏR VƏ PRAKTĠKUMLAR 
 
Nəzəri məşğələlər bir qayda olaraq yüksək ixtisaslı, elmi 
işçilər,  nüfuzlu  alimlər  tərəfindən  aparılır.  İxtisas  kafedraları 
belə  məşğələlərin  keçrilməsi  məqsədləri  üçün  elmi-tədqiqatt 
institutlarından,  elmi  mərkəzlərdən  və  digər  təsisatlardan 
yüksək ixtisaslı kadrlar cəlb edirlər. 
Nəzəri  məşğələlərin  nümunəvi  mövzuları  aşağıdakı  kimi 
formalaşdırıla bilər: 

 
 
 
58 
1.  Elmi-tədqiqatın ümumi metodologiyası; 
2.  Elmi  eksperpentlərin  planlaşdırılması  və  keçirilməsii 
texnologiyası; 
3.  Yaradıcı intelektin sistem və modelləri; 
4.  Müxtəlif  təyinatlı  sistemlərin  yaradılmasında  sistemli 
təhlil texnologiyalarının yerinə yetrilməsi; 
5.  Layihə həllərin effektivliyinin qiymətləndirilməsi; 
6.  Elmi-tədqiqat  profili  təşkilatlarında  biznes-proseslərin 
modelləri; 
7.  Elmi-tədqiqatların 
həyata 
keçirilməsində 
aləti 
vasitələrdən istifadənin müqayisəli təhlili; 
8.  Elmi-tədqiqatların 
keçirilməsində 
aləti 
vasitələrin 
struktur-funksional təşkili; 
9.  Təyin  olunmuş  konkret  sahə  üzrə  elmi-tədqiqatın 
vəziyyətinin icmalı; 
10. İnformasiya mənbələrinin xarakteristikası; 
11. İntellektual mülkiyyətin müdafiəsi
12. Elmi-tədqiqatın 
nəticələrinin 
nəşrə 
hazırlığının 
texnologiyaları və aləti vasitələri; 
13. Elmi-tədqiqatla tədris fəaliyyətinin inteqrasiyası; 
14. Elmi-tədqiqatların  maliyyələşməsi  mənbələrinin  axtarış 
texnologiyası; 
15. Təyin  olunmuş  predmet  üzrə  elmi-tədqiqat  işlərinin 
tarixi; 
16. Magistr dissertasiyası elmi-tədqiqat işinin bir növü kimi; 
17. Təyin  olunmuş  predmet  istiqamətində  magistr  və  yuxarı 
pilləli elmi dərəcələr üzrə dissertasiyaların icmalı. 
Nəzəri  məşğələlərin  davamlığı  bir  həfətə  ərzində  6 
saatdan çox olmamalıdır. 
Elmi-tədqiqat 
təcrübəsi 
prosesində 
keçirilmiş 
materialların  mənimsənilməsini  artırmaq  məqsədi  ilə  
praktikumlar təşkil olunur. Praktikumlarda magistr proqramına 
uyğun  olaraq  magistrantların  sərbəst  fəaliyəti  üçün  keçirilmiş 

 
 
 
59 
materiallar əsasında tapşırıqlar verirlir və onlara bu istiqamətdə 
müvafiq ədəbiyyatlar və elmi materialların mənbələri göstərilir. 
Praktikumlar  interaktiv  recimdə,  əyani  vəsaitlərin  nümayişi 
əsasında keçrilmiş materialların  təkrarı və toplanmış biliklərin 
ümumiləşdirilməsi  və  hər  bir  magistrant  üçün  ayrıja  tapşırıq 
vermə  formasında  keçirilir.  Bu  zaman  testlərdən  istifadə 
olunması məqsədəuyğun hesab edilir. 
Praktikumlar  muvafiq  ixtisas  kafedralarının  müəllimləri 
tərəfindən aparılır. 
 
 
VII. ELMĠ-TƏDQĠQAT TƏCÜRBƏSĠNĠN 
KEÇRĠLMƏSĠNĠN TƏġKĠLATĠ MƏSƏLƏLƏRĠ 
 
Elmi-tədqiqat  təcürbəsinin  keçirilməsinə  ümumi  nəzarət 
və  rəhbərliyi  ADİU-nun  «Təcrübə  və  işədüzəltmə  şöbəsi»  və 
magistr proqramının rəhbərləri həyata keçirirlər. 
Elmi-tədqiqat təcürbəsinin keçrilməsi üçün magistrantlara 
ADİU  və  təcürbəsinin  keçirildiyi  təşkilat    /təcrübə  obyekti
tərəfindən ayrı-ayrılıqda rəhbərlər təyin olunur. 
Elmi-tədqiqat  təcürbəsinin  ADİU  tərəfindən  rəhbəri 
magistr  proqramını  həyata  keçirən  ixtisas  kafedrasının 
professor-müəllim  heyəti  sırasından  seçilir  və  magistr 
proqramının rəhbəri ilə razılaşdırılaraq universitetin rektorunun 
əmri ilə təsdiq edilir. 
Elmi-tədqiqat  təcrübəsi  ADİU-da  keçirildikdə  bu  zaman 
təşkilati  işlərə  rəhbərliyi  «Təcrübə  və  işədüzəltmə  şöbəsi» 
həyata keçirir. 
Elmi-tədqiqat  təcrübənin  səmərəli  reallaşması  üçün 
təcrübə  keçənlər  10-12  nəfərdən  çox  olmayan  qruplara 
bölünürlər. 
Elmi-tədqiqat 
təcrübəsi  kənar  təşkilat  tərəfindən 
realaşdırıldıqda  təcürbənin  başlanmasına  azı  10  gün  qalmış 

 
 
 
60 
tərəflər arasında müvafiq razılaşdırmalar aparılmalıdır. 
Magist proqamını həyata keçirən ixtisas kafedraları elmi-
tədqiqat təcrübəsinin başlanmasına azı 1 ay qalmış ADİU-nun 
«Təcrübə  və  işədüzəltmə  şöbəsi»nə  müvafiq  təqdimat 
sənədlərini göndərməlidirlər. «Təcrübə və işədüzəltmə şöbəsi» 
isə öz növbəsində elmi-tədqiqat təcrübəsinin başlanmasına azı 
2  həftə  qalmış  müvafiq  sənədləri  elmi  rəhbərə  və  təcürbənin 
keçirildiyi obyektin müdiriyyətinə göndərməlidir. 
Magistrant  fərdi  şəkildə  xidmət  haqqını  şəxsi  hesabına 
ödəməklə  müvafiq  kənar  təşkilatlarda  da  elmi-tədqiqat 
təcrübəsi  keçə  bilər.  Bu  zaman  universitet  rəhbərliyinə 
müraciət edilməlidir. 
Elmi-tədqiqat  təcrübəsi  bütün  hallarda  bu  metodik 
göstərişin  tələbləri  səviyyəsində  yerinə  yetirilməlidir.  Onun 
keçrilməsinin  materialları  və  hesabatları  təcrübə  keçrilən 
təşkilatın  təcrübə  rəhbəri  tərəfindən  baxılmalı  və  təcürbəsinin 
yekunlarına həsr edilmiş ijlasda təsdiq edilməlidir. 
Üzürlü  səbəbdən  elmi-tədqiqat  təcrübəsi  keçməyən 
magistrantlar bu prosesə təkrar cəlb olunurlar. Bu zaman bütün 
xərjlər  magistrantın  şəxsi  hesabına  təmin  olunur  və  təcrübə 
tədris prosesindən kənar vaxtda yerinə yetirilir. 
Üzürlü  səbəb  olmadan  təcrübə  keçməyən  və  müdafiə 
zamanı  qeyri-kafi  qiymətləndirilmiş  magistrantlar  akademik 
borc  zəminində  universitetdən  xarij  olunurlar.  Magistrantın 
təcrübədə  iştirak  etməməsi  və  ya  təsbit  olunmuş  normaları 
yerinə  yetriməməsi  elmi-tədqiqat  təcürbəsinin  kitabçasındakı 
qeydlər və sənədlər əsasında rəsmiləşdirilməlidir. 
Elmi-tədqiqat  təcrübəsinin  son  yekunları  təsbit  olunmuş 
sənədlərin  təqdimatı  əsasında  müvafiq  ixtisas  kafedralarında 
attestasiya edilir. 
 
 
 

 
 
 
61 
VIII. TƏCRÜBƏ PROSESĠNDƏ 
MAGĠSTRANTIN HÜQUQ VƏ VƏZĠFƏLƏRĠ 
 
Magistrantlar 
elmi-tədqiqat 
təcrübəsi 
müddətində 
borcludurlar: 
  əldə  etdiyi  nəzəri  bilikləri  genişləndirmək  və 
dərinləşdirmək; 
  müasir elmi-tədqiqat metodologiyası və elmi-yaradıcılıq 
texnologiyaları haqqında biliklərini zənginləşdirmək; 
  təcrübə  prosesində  əldə  edilmiş  nəticələrdən  magistr 
dissertasiyasının  yazılmasında  və  gələjək  elmi-
yaradıcılıq fəaliyyətində məqsədyönlü istifadə etmək; 
Elmi-tədqiqat 
təcrübəsi 
prosesində 
magistrant 
aşağıdakıları bajarmalıdır: 
  fərdi iş planın (tapşırığı) hazırlamaq; 
  elmi-tədqiqat  işlərinin  layihələşdirilməsi  və  təşkilinin 
metodik işini realaşdırmaq; 
  dissertasiya  işinin  nəticələri  üzrə  ekspeimentlər 
aparmaq; 
  referatlar,  elmi  məqalələr  yazmaq,  problemlər  bankı 
hazırlamaq; 
  biblioqrafiya, kataloqlarla, tezaurslarla işləmək
  elmi-tədqiqat prosesində yaranmış çətinlikləri təhlil və 
həll etmək; 
Magistrantlara  təcrübə  obyektinə  daxil  olduqları  andan 
əmək  mühafizəsi  və  daxili  əmək  intizamı  qaydaları  tətbiq 
olunur.  Bu  qaydaların  pozulması  üçün  müvafiq  intizam  jəzası 
tətbiq edilir. 
 
 
 
 
 

 
 
 
62 
IX .ELMĠ-TƏDQĠQAT TƏCRÜBƏSNĠN KĠTABÇASI 
 
Elmi-tədqiqat  təcürbəsinin  kitabçası  /bundan  sonra 
kitabça/  təcrübə  prosesi  üçün  əsas  uçot,  davamiyyət  və 
keyfiyyətli  təlim  üzrə  mənimsəmə  sənədi  funksiyasını  yerinə 
yetirir.  Magistrantlar  təcrübə  keçərkən  yerinə  yetirdiyi 
tapşırıqlar, öyrəndiyi bilgilər və digər tələb olunan məsələlərlə 
bağı  elmi-tədqiqat  təcrübəsi  kitabçasında  müvafiq  qeydlər 
aprarırlar. 
Elmi-tədqiqat  təcrübəsinin  təşkili  və  keçirilməsi  ADİU-
nun rektorunun əmrinə əsasən kitabça «Təcrübə və işədüzəltmə 
şöbəsi»  tərəfindən  müvafiq  rekvizitləri  doldurularaq  ixtisas 
kafedrasının  müdiri  və  magistr  proqramının  rəhbərinin 
təsdiqinə göndərilir. 
«Təcrübə 
və 
işədüzəltmə 
şöbəsi» 
elmi-tədqiqat 
təcrübəsinin başlanmasına azı 2 həftə qalmış kitabçanı təcrübə 
rəhbəri vasitəsi ilə magistranta təqdim etməlidir. 
Kitabça aşağıdakı bölmələri əhatə edir. 
  Magistraytın təcrübə vərəqi; 
  Təcürbəsinin  keçirildiyi  yerə  daxil  olma  və  qurtarma 
müddətinə dair qeydlər; 
  Elmi-tədqiqat 
təcrübəsinin 
səmərəli 
keçrilməsi 
haqqında magistranta verilən tövsiyyələr; 
  Təcürbənin keçirilməsi və kitabçanın doldurulması üzrə 
təlimat; 
  Magistrantın fərdi iş planı (tapşırığı); 
  Təcürbənin keçrilməsi üzrə gündəlik qeydlər; 
  Magistrantın 
elmi-tədqiqat 
təcrübəsində 
iştirakı 
haqqında qeydlər; 
  Təcrübə obyekti rəhbərinin qısa rəyi; 
  Təcrübəyə  aid  olan  hesabatların  qəbulu  və  müdafiə 
zamanı çıxışın kompozisiyası. 
Elmi-tədqiqat  təcrübəsi  keçən  hər  bir  magistrant 

 
 
 
63 
kitabçanın  bütün  bəndlərini  fərdi  iş  planına  (taşırığı)  uyğun 
olaraq  qısa  şərhdə  dolğun  və  məzmunlu  doldurulması 
istiqamətində  sərbəst  qaydada  gündəlik  əməli  fəaliyyət 
göstərməlidir. 
Əyani formada təhsil alan magistrantlar kitabçada 20 gün, 
qiyabi təhsil alanlar isə 10 gün üçün qeyd aparmalıdırlar. 
Təcrübə  obyektinin  rəhbəri  magistrantların  davamiyyəti 
haqqında kitabçada hər gün müvafiq qeydlər aparmalıdır. 
Elmi-tədqiqat  təcrübəsinin  sonunda  təcrübə  obyektinin 
rəhbəri  kitabçanın  müvafiq  bölümündə  magistrantın  fəaliyyəti 
üzrə  qısa  rəy  yazmalıdır.  Qısa  rəydə  aşağıdakılar 
göstərilməlidir: 
  magistrant tərəfindən elmi-tədqiqat təcrübə proqramının 
yerinə yetirilməsi səviyyəsi
  əmək və icra intizamına riayət dərəcəsi; 
  peşəkarlıq səriştələrinə maliklik; 
  yaradıcı yanaşma qabiliyyəti; 
  sərbəst işləmək bacarıqı; 
  təhlil və özünütəhlil dərəcəsi; 
  sənədlərin tərtibat keyfiyyəti
  hesabatının  kafedrada  müdafiə  olunmaq  üçün  tövsiyyə 
edilməsi. 
Hesabat və kitabça tam hazır vəziyyətdə elmi rəhbərə və 
onun tərəfindən ixtisas kafedrasına təqdim olunmalıdır. 
Elmi  rəhbəri  müvafiq  hesabatın  strukturu  və  həcminin 
müəyyən olunmasında əlavə göstərişlər verə bilər. 
Elmi-tədqiqat 
təcrübəsinin 
kitabçasının 
nümunəsi 
mövcud  metodik  göstərişin  ayrılmaz  hissəsi  olaraq  əlavə 
olunur. 
 
 
 
 

 
 
 
64 
X. ELMĠ-TƏDQĠQAT TƏCÜRBƏSĠNĠN HESABATI 
 
Elmi-tədqiqat  təcrübəsinin  ümumi  yekun  hesabatı 
keçrilən  təcrübə  prosesinin  mühüm  qiymətləndirmə  sənədi 
olaraq xüsüsi struktur və məzmuna malikdir. Onun strukturuna 
aşağıdakılar daxildir: 
I.GiriĢ hissəsi: 
  məqsəd; 
  keçirilmə obyekti; 
  başlanma və davam etmə müddəti; 
  təcrübə  zamanı  yerinə  yetrilmiş  iş  və  tapşırıqların 
təsnifatı. 
II.Ümumi hissə: 
  mövzuya aid ədəbiyyatların təhlili; 
  eksperimentlərin keçrilməsi metodikası; 
  təcrübə  prosesində  magistrantın  yerinə  yetirdiyi 
praktiki tapırıqların təsviri; 
  fərdi işin təşkilinin təsviri; 
III.Yekun hissə: 
  təcrübə  zamanı  əldə  edilmiş  səriştə  və  bacarıqlar 
haqqında təsviri məlumat
  nəticələrin riyazi-statistik emalı; 
  əldə edilmiş nəticələrin müzakirəsi 
  elmi-tədqiqat  prosesinin  təkmilləşdirilməsi  üzrə 
təkliflər; 
IV.İstifadə olunmuş mənbələrin siyahısı: 
İstifadə  olunmuş  mənbələr  sırasına  nəşrlər,  vebsaytlar, 
hesabatlar və sair daxil edilir. Siyahıda mənbənin, müəllifin və 
nəşriyyatın  adı,  buraxılış  tarixi  və  səhifələrin  sayı 
göstərilməlidir. 
V.Əlavələr: 
Hesabatda məzmunun tələblərinə uyğun olaraq bir və ya 

 
 
 
65 
bir  neçə  əlavə  verilə  bilər.  Əlavələr  hesabatın  əsas  hissəsində 
göstərilməyən 
informasiya 
materiallarından: 
cədvəllər 
qrafiklər,  sxemlər  və  digər  sənədləri  əks  etdirir  və  hesabatın 
ümumi həcminə aid olunmur. 
Elmi rəhbər hesabatın strukturunun və həcminin müəyyən 
olunmasında əlavə göstərişlər verə bilər. 
 
 
XI. HESABATIN YAZILIġ FORMASI 
 
Elmi-tədqiqat  təcrübəsinin  hesabatı  müvafiq  yazılış 
formasında  tərtib  olunur.  Bu  zaman  aşağıdakı  yazılış 
qaydalarına əməl olunmalıdır: 
  mətn kompüterdə (format Word) çap olunur; 
  çap A4 (210 x 297 mm) formatlı ağ kağızın bir üzündə, 
mətndə  boş  sahələrin  göstərilməklə:  sol  boş  sahə  -  30 
mm, sağ - 1,5 mm, yuxarı - 20 mm və aşağı 25 mm; 
  sətrlər arası interval 1,5; 
  şiriftlər «Times New Roman 14»; 
Hesabat  cədvəllər,  qrafik,  sxem  və  sair  ilə  illüstrasiya 
olunmalı  və  ümumi  həcmi  əlavələrlə  birlikdə  20-25  səhifəni 
əhatə etməlidir. 
Elmi-tədqiqat  təcrübəsinin  hesabat  sənədləri  ardıcıl 
nömrələnməli  və  cildlənməlidir.  Titul  vərəqi  ümumi  hesabat 
sənədləri toplusunun ilk səhifəsidir və o nömrələnmir. 
 
 
XII. HESABAT SƏNƏDLƏRĠNĠN HAZIRLANMASINA 
QOLULAN TƏLƏBLƏR 
 
Magistrant  elmi-tədqiqat  təcrübəsinin  yekunları  ilə  bağlı 
müvafiq  hesabat  sənədlərini  toplamalı,  hazırlamalı  və 
cildləşdirilmiş formada yekun attestasiyasına azı 10 gün qalmış 

 
 
 
66 
elmi  rəhbərə  təqdim  etməlidir.  Elmi  rəhbər  qəbul  olunmuş 
sənədlərin  magistr  proqramının  rəhbəri  və  MHM-nin 
direktorunun  təsdiqinə  verdikdən  sonra  ixtisas  kafedrasında 
yekun  attestasiyası  təşkil  etməlidir.  /Əlavə1-də  təcürbəsinin 
titul vərəqinin nümunəsi verilmişdir/. 
Elmi-tədqiqat  təcrübəsinin  hesabat  sənədinə  aşağıdakılar 
aiddir: 
1.  Elmi-tədqiqat təcrübəsinin titul vərəqi /Əlavə 1/; 
2.  Elmi-tədqiqat  təcrübəsinin  təsbit  olunmuş  formada 
hesabatı; 
3.  Elmi-tədqiqat təcrübəsi kitabçası; 
4.  Elmi-tədqiqat  təcrübəsinin  keçrilməsi  üzrə  elmi 
rəhbərin  rəyi.  /Əlavə  2-də  elmi  rəhbərin  rəyinin 
nümunəsi verilmişdir./; 
5.  Yekun attestasiyası sənədi /Əlavə 3
MHM-də  və  ixtisas  kafedralarında  müvafiq  olaraq 
magistrantı  elmi-tədqiqat  təcrübəsinin  yekun  attestasiyasına 
buraxılmaması haqqında aşağıdakılar əsas götürülür: 
 təsbit olunmuş təqdimat müddətlərinin gecikdirilməsi; 
 hesabat  sənədlərinin  işinin  tərtibat  qaydalarına  əməl 
olunmaması; 
 magistrantın akademik borcları; 
 müqavilə öhdəlilklərinin yerinə yetirilməməsi. 
Magistrant  təcürbəsinin  yekunları  üzrə  lazımı  sənədləri 
müəyyən  olunmuş  müddətlərdə  hazırlayıb  və  vaxtında  təqdim 
etmədikdə  elmi  rəhbər  həmin  magistrant  barəsində  magistr 
proqramı 
rəhbəri 
və 
ixtisas 
kafedrasının 
müdirini 
məlumatlandırmaqla  MHM-nin  direktoruna  rəsmi  təqdimat 
verməlidir. 
MHM-də  sənədləri  müfaviq  qaydada  tərtib  olunmuş, 
lakin təcrübə rəhbərindən mənfi rəy almış magistrant barəsində 
müvafiq qaydada qərar verilməlidir. 
 

 
 
 
67 
XIII. YEKUN ATTESTASĠYASI 
 
Yekun  attestasiya  elmi-tədqiqat  təcrübəsinin  hesabatının 
müdafiəsi formasında magistr proqramının və elmi rəhbərlərin 
iştirakı  ilə  təqdim  olunmuş  müvafiq  sənədlər  əsasında  ixtisas 
kafedralarında  keçirilir.  Bu  məqsədlə  ixtisas  kafedrasında  3 
nəfərdən  az  olmayaraq  attestasiya  kommisiyası  yaradılır. 
Kommisiyanın  tərkibinə  ixtisas  kafedrasının  müdiri  /sədr/, 
elmi-tədqiqat  təcürbəsinin  rəhbəri  və  ixtisas  kafedrasının 
müəllimləri sırasında üzv və üzvlər daxil edilir.  Elmi-tədqiqat 
təcrübəsi  ADİU-da  keçirildiyi  təqdirdə  təcrübə  obyektinin 
rəhbəri də kommisiyaya üzv kimi daxil edilir. 
Yekun  attestasiyada  hesabatın  müdafiəsi  zamanı 
magistrant  elmi-tədqiqat  təcrübəsi  zamanı  əldə  olunan 
nailiyyətlərlə  çıxış  etməli,  özünün  qazandığı  yeni  təjrübi 
bilikləri təqdim etməlidir. 
Elmi-tədqiqat  təcrübəsinin  yekunları  differensial  məqbul 
formatında beş ballı sistem üzrə qiymətləndirilir və nəzəri təlim 
qiymətləri ilə eyni səviyyədə götürülür. 
Yekun attestasiyasının nəticələri  magistrantlar tərəfindən 
hazırlanmış  hesabat  materiallarının  keyfiyyəti  və  həcminə 
müqabil olaraq təcrübə proqramı və fərdi iş planının (tapşırığı
yerinə yetrilməsi səviyyəsi ilə müəyyən edilir. Qiymətləndirmə 
kompleks  şəkildə  aparılır  və  buraya  tədqiqatçının  fuksional 
fəaliyyəti  üçün  bütün  vacib  xüsüsiyyətləri  və  cəhətləri  əhatə 
edən aşağıdakı göstəricilər daxil olunur: 
  elmi-tədqiqatın  metodoloci  əsaslarına  yiyələnmək  və 
mənimsədiyi  bilgiləri  seçilmiş  magistr  dissertasiyasının 
yazılışında bacarıqla tətbiq etmək; 
  elmi  informasiyanın  seçim,  təhlil  və  emalının  müasir 
metodlarından bacarıqlı istifadəni gerçəkləşdirmək; 
  elmi yaradıcılığa olan maraq və motivasiya; 
  məsuliyyət və müstəqillik dərəcəsi

 
 
 
68 
  apardığı eksperimentlərin keyfiyyət nəticəliyi; 
  elmi-tədqiqat  işlərinin  planlaşdırılması  və  hazırlanması 
üzrə  müvafiq  nomativ  sənədləri  və  metodologiyanı 
bilməsi; 
  məqsədlərə  çatmaq  üçün  real  imkanları  və  ehtiyatları 
nəzərə almaq bacarıqı; 
  elmi-tədqiqat işində texniki vasitələrdən istifadə bacarıqı 
və özünü təkmilləşdirmə keyfiyyəti; 
  elmi  və  təcrübə  obyektinin  rəhbərlərin  tapşırıqlarının 
yerinə yetiriməsinə münasibət. 
  özünü təhlil və özünü qiymətləndirmə səriştəsi. 
Müsbət  qiymət  almaq  üçün  magistrant  elmi-tədqiqat 
təcrübəsinin proqramm tələblərini tam yerinə yetirməli, jari və 
yekun  sənədləri  vaxtında  tərtib  etməlidir.  /Əlavə  3-də  elmi-
tədqiqat təcürbəsinin yekun attestasiyası sənədi təqdim olunur/. 
 
 
XIV. ELMĠ-TƏDQĠQAT TƏCRÜBƏSiNĠN 
KEÇĠRĠLMƏSĠNĠN MATERĠAL TƏMĠNATI 
 
Elmi-tədqiqat  təcrübəsi  rəhbəri  kimi  çıxış  edən  elmi 
rəhbərlər  müvafiq  məqsəldlər  üçün  ayrılaraq  təsbit  olunmuş 
vaxt müddətləri çərçivəsində tədris saatlarına görə əmək haqqı 
alır.  Elmi-tədqiqat  təcrübəsi  ADİU  tərəfindən  keçirildikdə 
təyin  olunmuş  təcrübə  obyekti  rəhbərinə  də  seksiyalar  üzrə 
tədris  saatlarına  görə  əmək  haqqı  verilir.  Bu  zaman  təcrübə 
obyekti  rəhbərinin  iş  saatı  gün  ərzində  6  saatdan  çox 
olmamalıdır. 
Elmi-tədqiqat  təcrübəsini  reallaşdıran  professor-müəllim 
heyətinin əmək haqqı da tədris saatlarına görə təyin edilir. 
Elmi-tədqiqat  təcrübəsinin  baza  təşkilatlarında  təcrübə 
rəhbərlərinin əmək haqqı təşkilatlar arası müqavilə əsasında və 
ya baza təşkilatının özünün vasaitləri müqabilində təyin edilir. 

 
 
 
69 
Yüklə 1,54 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin