Азярбайжан Республикасы Тящсил Назирлийи



Yüklə 5,32 Mb.
Pdf görüntüsü
səhifə52/126
tarix30.12.2021
ölçüsü5,32 Mb.
#22475
1   ...   48   49   50   51   52   53   54   55   ...   126
 
 
HOLCİ KOMPLEKSİ 
 
Holci  kompleksi  ilk  dəfə  1898-  ci  ildə    İtalyan 
alimi  Kamilla  Holci  tərəfindən  heyvanların  sinir 
hüceyrələrində  aşkar  edilmişdir.  Uzun  müddət  bu 
orqanoidin  ancaq  heyvanlara  aid  olması  fikirləri  hökm 
sürürdü.  Lakin  elektron  mikroskopu  kəşf  olunandan 
sonra    məlum  oldu  ki,  Holci  kompleksi  bitki 
hüceyrələrində də vardır. 
İşıq mikroskopunda Holci kompleksi mürəkkəb tor 
şəklində    hüceyrənin  sitoplazmasında,  nüvə  ətrafında, 
nüvənin altında bəzən nüvənin üstündə müşahidə edilir. 
Bitkilərin  və  ibtidailərin  hüceyrələrində  Holci 
kompleksi  oraqvari  və  ya  çubuqvari  formalı  ayrı-ayrı 
cisimciklərdən  ibarətdir.  Formasının  müxtəlifliyinə 
baxmayaraq    bu  orqanoidin  elektron  mikroskopik 
quruluşu 
bitki 
və 
heyvan 
orqanizmlərinin 
hüceyrələrində eynidir. 
Elektron  mikroskopunda  Holci  kompleksinin 
membran  strukturundan  ibarət  olması    aydın  görünür. 
Həmin  membranlar  kiçik  sahələrdə  toplanaraq 
diktiosomları  əmələ  gətirirlər.  Diktiosomları  20-25  nm 
məsafədə  topalar  şəklində  yastı  membranlardan  əmələ 
gəlmiş  torbalar  və  ya  çənlər  təşkil  edir  ki,  onların  da 


 
145 
arasında  nazik  hialoplazma  yerləşir.  Mərkəzə  doğru 
membranlar  bir-birinə  yaxın,  kənara  doğru  isə  bir-
birindən 
nisbətən 
aralı 
yerləşirlər. 
Diktiosom  
sahələrində proksimal və distal uclar ayırd edilir. Sekret 
sintez edən hüceyrələrdə Holci kompleksinin proksimal 
hissəsi  sitoplazma  və  nüvəyə,  distal  hissəsi  isə 
hüceyrənin  kənarına  doğru  yönəlmiş  olur.  Proksimal 
sahə  kiçik,  distal  sahə  isə  iri  çənlər  və  vakuollardan 
təşkil  olunmuşdur.  Proksimal  və  distal  sahələr 
membranların  qalınlığına  görə  də  fərqlənir.  Proksimal 
sahədə  membranların qalınlığı 6-7 nm, distal sahədə isə 
10  nm-a  bərabərdir.  Hüceyrədə  ayrı-  ayrı  diktisomlar 
vakuollar  və  çənlər  sistemi  ilə  bir-birinə  birləşərək 
Holci aparatının üç ölçülü retukulyar kompleksini əmələ 
gətirir. 
Holci 
kompleksinin 
membran 
elementləri 
endoplazmatik  şəbəkədə  sintez  olunan  məhsulların 
seqreqasiyasında  və  toplanmasında,  onların  kimyəvi 
jəhətjə  dəyişilməsində,  yetişməsində  iştirak  edir. 
Həmçinin  Holci  kompleksində  polisaxaridlər  sintez 
olunub,  zülallarla  birləşərək  mukoproteidlər  əmələ 
gətirir.  Ən  əsası  isə  Holci  kompleksinin  elementlərinin 
iştirakı  ilə  hüceyrədə  hazırlanan  sekretlər  hüceyrədən 
çıxarılır.  Bütün  bunlardan  başqa  o,  hüceyrədə 
lizosomların yaranmasını təmin edir (şəkil 40). 
 
 
 
 
 


 
146 

Yüklə 5,32 Mb.

Dostları ilə paylaş:
1   ...   48   49   50   51   52   53   54   55   ...   126




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin