a
b
j
Şəkil 41. Lizosomun quruluşu. a – faqositoz edici hüceyrələrdə lizosom: 1 – nüvə; 2 –
Holci aparatı; 3 – mitoxondri; 4 – ikincili lizosom x 30.000 (İ.K.Rolana gorə). b
– qlikogenlərin toplanması nəticəsində lizosom xəstəliyi – Pompa (lizosomal-
hidrolaza fermentinin çatışmaması nəticəsində qaraciyərdə qlikogen parçalanmır,
tədricən lizosomu doldurur) x 30.000. j – qlikogenlə tamamilə dolmuş lizosom. x
40.000 (b, j – K. de Dyuva görə).
Lizosomlar eukariot hüceyrələrin hamısında,
prokariotlardan isə birhüceyrəli ibtidai bitkilərdə,
154
göbələklərdə, ibtidai heyvanlarda rast gəlinir. Lakin
lizosomlar müxtəlif hüceyrələrdə müxtəlif miqdarda
olurlar. Heyvanlarda ən çox lizosomlar readbsorbsiya
gedən hüceyrələrdə, zülal və başqa komponentləri udan,
həll
edən
hüceyrələrdə
rast
gəlir.
Məsələn,
makrofaqlarda, leykositlərdə, böyrək və qaraciyər
hüceyrələrində lizosomlar daha çox olur. Udma və həll
etmə funksiyasından başqa, lizosomlar hüceyrə daxili
məhlulların dəyişməsində də böyük rol oynayırlar.
Məsələn, qalxanvari vəzinin endoplazmatik şəbəkəsi
üzərində tiroid hormonunun sələfi- tiroqlobulin sintez
olunur. Tiroqlobulin Holci kompleksinin kanalları ilə
qalxanvari vəzin follikula boşluğuna daşınır. Hormonal
stimulyasiya zamanı yodlaşmış tiroqlobulin yenidən
pinositoz vasitəsilə qalxanvari vəzi hüceyrələrinə daxil
olur. Tiroqlobulin daşıyan pinositoz vakuolları ilkin
lizosomla qarışır, lizosomun fermentləri tiroqlobulini
nisbətən parçalayaraq (hidroliz) onu tiroksinə-tiroid
hormonuna çevirir. Sonradan isə tiroksin qana daxil
olaraq öz vəzifəsini yerinə yetirir.
Bundan başqa lizosomlar autofaqasitoz prosesində
də iştirak edirlər. Hüceyrənin həyat fəaliyyəti dövründə
zədələnmiş
qocalmış
hüceyrə
komponentləri
(mitoxondrilər, Holci kompleksi və s.) lizosomların
iştirakı ilə həll olunur. Bu zaman ilkin lizosomlar həmin
komponentin ətrafında düzülür, kanalları birləşərək
komponenti öz daxilinə alırlar. Əmələ gəlmiş vakuol
autofaqosit
vakuolu
adlanır.
Lizosomların
fermentlərinin
təsirindən
həmin
komponentlər
parçalanır, parçalanma məhsulları hüceyrə tərəfindən
155
mənimsənilir, mənimsənilməyən hissələr qalıq cismi
kimi hüceyrədə toplanır. Odur ki, lizosomlar
hüceyrədaxili təmizləyici rolunu oynayır. Maraqlıdır ki,
normal
şəraitdə
metabolik
stresslər
zamanı
autofaqosomların hüceyrədə miqdarı artır. Hüceyrələr
zədələndikdə də lizosomların miqdarı artır.
Son illər tədqiqatçılar öyrənmişdirlər ki, müxtəlif
patoloji proseslər zamanı lizosomların miqdarı dəyişir.
Lizosomların hüceyrədə çoxalması və ya azalması
genetik amillərlə vəya müxtəlif iltihab prosesləri ilə
əlaqədar ola bilər. Hər bir hüceyrənin funksiyasından
asılı olaraq onun lizosomunun tərkibində xüsusi
fermentlər olur. Məsələn spermi hüceyrələrinin
lizosomlarında digər fermentlərlə yanaşı qialuronidaza
proteaza fermentləri də olur ki, o da mayalanma
prosesində müəyyən rol oynayır. Odur ki, mayalanma
prosesində də lizosomların müəyyən iştirakı vardır. Belə
ki, tərkibində hidrolitik fermentlərdən nialuronidaza və
proteaza olan lizosom, spermi hüceyrəsinin membranı
ilə birləşib yumurta hüceyrəsi üzərinə tökülür və onun
membranını əridərək spermi hüceyrəsi ilə birləşməsinə
səbəb olur.
Bəzi
hallarda
hüceyrədən
çıxaraq
öz
möhtəviyyatını hüceyrədən kənara tökürlər. Məsələn,
neyrospor göbələklərdə lizosomların hidrolazaları
hüceyrədən kənara tökülərək hüceyrə xarici proteoliz
hadisəsini yaradır.
Lizosomlar aşağıda qeyd edilən funksiyaları yerinə
yetirirlər:
1.
Hüceyrə daxili həzmi reallaşdırırlar.
156
2.
Faqositozda iştirak edirlər.
3.
Mitoz prosesində nüvə membranının həll
edilməsində fəal rol oynayırlar.
4.
Hüceyrədaxili regenrasiya prosesini həyata
keçirirlər.
5.
Autolizdə
iştirak
edirlər
(hüceyrənin
ölümündən sonra özünüdağıtma prosesi).
Dostları ilə paylaş: |