MİTOXONDRİLƏR
Hər bir hüceyrənin daimi orqanoidlərindən biri də
mitoxondrilərdir. Onlar 1890-ci ildə alman alimi R.
159
Altman tərəfindən kəşf edildi. Maraqlıdır ki, Altman
mitoxondriləri hüceyrəyə parazitlik etmək məqsədi ilə
daxil olan və sonradan sinbiotik olan bakteriya hesab
edirdi(mitoxondrilərin
yaranmasının
simbiotik
nəzəriyyəsi ilə hal-hazırda da bir çox tədqiqatçılar
razılaşırlar). Mitoxondrilərin forma və ölçüləri çox
müxtəlif olur. Onlar işıq mikroskopunda yumru, oval,
çubuq şəkilli, sap şəkilli və ya şaxələnmiş formada
görünürlər (şəkil 42). Mitoxondrilər nəinki müxtəlif
hüceyrələr də müxtəlif olur, hətta hüceyrənin
funksional fəallığından asılı olaraq onun formaları
dəyişə bilər. Eləcə də hüceyrəyə müxtəlif amillərlə
təsir etdikdə məs: mühitin PH-ı, osmotik təzyiqi,
temperaturu dəyişdikdə mitoxondrinin bir forması
digər formasına keçə bilir. Bəzən eyni hüceyrədə
mitoxondrinin tutduğu mövqedən asılı olaraq onun
forması müxtəlif olur:
160
Şəkil 42. Bitki və heyvan hüceyrələrində mitoxondrlərin müxtəlif
formaları: a – spirogira yosunu; b – diatom yosunu; v – göbələk hifləri; q –
nərgizin spermatofiti; d – miksomicitin plazmodisi; 1 – infuzoriya; z – meduza
hüceyrəsi; i – insanın beyin hüceyrəsi; k – qurbağanın udlaq hüjeyrəsi; m –
siçanın böyrək hüceyrəsi; n - siçanın beyin hüceyrəsi; c -insanın onurba beyin
böyümələri hüceyrəsi.
161
Məsələn,
bağırsağın
epiteli
hüceyrələrində
mitoxondri nüvənin üstündə və nüvə ətrafında olanda
çubuq şəklində, hüceyrənin bazal hissəsində olanda isə
dənə şəklində olur: Məsələn, yumru mitoxondrilərin
diametri 0,2-1 mk, çubuq şəklində mitoxondrilərdə 7
mk-a qədər, sap şəkilli mitoxondrilərdə isə 15-20 mk
olurlar. Mitoxondrilərin miqdarı da hüceyrədə müxtəlif
olur. Bəzi həşəratların yetkin sperma hüceyrələrində 5-
7, siçanın qaraciyər hüceyrələrində 2500-ə qədər olur.
Ən çox mitoxondri (300,000) oosit hüceyrələrində
nəhəng
amyöbada
(500.000)-ə
qədər
olur.
Mitoxondrinin
miqdarı
hüceyrənin
funksional
fəallığından asılı olaraq dəyişir. Məlum olmuşdur ki,
uçan quşların döş qəfəslərindəki hüceyrələrində
mitoxondrilərin miqdarı, uçmayan quşların həmin
hüceyrələrindəki mitoxondrilərin miqdarından qat-qat
artıqdır. Ontogenezin müxtəlif mərhələlərindən asılı
olaraq mitoxondrilərin miqdarının da dəyişməsi də
məlumdur. Məsələn:mitoxondrilər cavan rüşeyim
hüceyrələrində
qocalara
nisbətən
çox
olur.
Mitoxondrilərin
mövqeyi
müxtəlif
hüceyrələrdə
dəyişkən olur. Əksər hüceyrələrdə onlar sitoplazmada
bərabər paylanırlar. Məs: sinir, epiteli hüceyrələrində
ibtidailərin
hüceyrələrində
və
s.
Stekretorre
hüceyrələrində isə mitoxondrilər bilavasitə sekret ifraz
olan sahədə toplanırlar.
Balıqların qəlsəmə epiteli hüceyrələrində qan
damarlarının divarları ətrafında, xaricə doğru yönəlmiş
hüceyrələrdə mitoxondri daha çox toplanır. Daha doğrusu
onlar oksigenin hüceyrələrdə daha çox daxil olduğu
162
yerlərdə toplanırlar. Ürək əzələsi hüceyrələrində, cinsi
hüceyrələrdə mitoxondrilər nüvəni əhatə edirlər.
Canlı hüceyrələrdə mitoxondrilər,hərəkət edirlər,
yerlərini dəyişirlər, bəzən bir-biri ilə birləşərək
hüceyrənin bir nahiyyəsindən digərinə keçirlər.
Bağırsaqdakı entoamyöbada mitoxondri olmur. Çünki,
onlar anaerob şəraitdə yaşayırlar. Kimyəvi cəhətdən
mitoxondrilər çox mürəkkəbdirlər. Onun tərkibində
zülallar (60-70), yağlar (25-30), DNT, RNT, fosfolipidlər,
vitaminlərdən A, B-12, B-6, K, E və s. vardır.
Mtoxondrinin tərkibində enerji mübadiləsində iştrak edən
fermentlərdən suksinatdehidroginaza, sitoxromoksidaza,
fumoratdehidrokinaza, malatdehidrokinaza və s. vardır.
Eləcə də Krebs tsiklinə daxil olan fermentlərin hamısı
mitoxondrilərdə tapılmışdır. Elektron mikroskopu ilə
mitoxondrilərin ultrastrukturları öyrənilmişdir (şəkil 43).
Elektron mikroskopunda olan ikiqat membranla örtülü
olması görünür: 1. Xarici membran və 2. Daxili membran.
Xarici membran onu matriksdən ayırır. Onun qalınlığı 7
nm olub, sitoplazmanın hər bir membran strukturu ilə
əlaqədə olmur. Mtoxondrilərin daxili maddəsi homogen
olub, matriks adlanır. Daxili membranla xarici membran
arasında 10-20 nm sahə var. Daxili membran mitoxondri
matriksi içərisinə doğru qatlanmış olur və çoxlu qırışlar
təşkil edir.
|