Xloroplastlar- əksər bitki hüceyrələrində diametri
4-6 mkm, bəzən isə daha böyük ölçüdə olur (şəkil 44).
Mikroskopik oval formalı, yaşıl rəngli iki membranlı
quruluşa malik olan xloroplastların sayı 15-50 yə çata
bilər.
167
Şəkil 44. Xloroplast
Elektron mikroskopu ilə aparılan tədqiqatlar
göstərmişdir ki, iki membranlı xloroplastların membranı
hamar, daxili membranı isə qırışıq quruluşa malikdir.
Bu quruluşun yaranmasına səbəb qranlar və onların disk
şəkilli yığınlarından olan tilakoidlərdir. Tilakoidlər isə
bir-birinə lamellalar vasitəsilə birləşir. Xloroplastlardakı
piqmentlər həm qranlarda həm də lamellalarda
toplanmışdır. Fotosistem II bütün piqment sistemi ilə
tilakoid membranlarında, fotosistem I isə əsasən lamella
membranlarında yerləşir. Onlar isə xloroplastların
stromasında yerləşir. İşıq kvantlarının udulmasından
başlayaraq enerjinin çevrilməsinə qədərki proseslər
xloroplastlarda-tilakoid
membranında (fotokimyəvi
proseslər), biokimyəvi reaksiyalar isə matriksdə və ya
168
xloroplastların
stromasında
həyata
keçirilir.
Xloroplastların matriksində lipid və xinon təbiətli
qlobulalara rast gəlinir. Bundan başqa matriksdə ilkin
nişasta dənəcikləri də olur. Adətən xloroplastlar
uzunsov formalı olub, eni 2-4 mkm, uzunu isə 5-10
mkm olur. Yaşıl yosunlarda nəhəng xloroplastlar olur
(xromotoforlar, onların uzunluğu 50 mkm-ə çatır).
Plastidlərin miqdarı müxtəlif bitkilərdə müxtəlif olur.
Məsələn:yaşıl yosunlarda hər hüceyrədə bir xloroplast
olur. Ali bitkilərdə isə yuxarıda qeyd etdiyimiz kimi 15-
50 xloroplast olur. Elə hüceyrə var ki,orada
xloroplastlar daha çox olur. Məsələn: tütünün polisad
toxuma hüceyrələrində 1000-ə qədər xloroplast olur.
Yetkin xloroplastlarda iki cür daxili membran olur.
Bunlardan biri stromanın lamellalarinı əmələ gətirən
yastı membran, ikincisi isə tilokoidlərin membranıdır.
Stromanın lamelləri yastı, torbacıqlar şəklində olub bir-
birinə paralel yerləşmişlər. Membranlı tilokoidlər isə
disk şəkilli qapalı torbacıqlar olub, bir-birinin üzərinə
toplanması nəticəsində qranlar əmələ gətirirlər. Hər bir
qranda bir neçədən 50-yə qədər və daha çox tilokoid
ola bilir. Belə tilokoidlər toplusunun ölçüsü isə 0,5
mkm-ə çata bilər. Qranlarda tilokoidlər elə yerləşmişlər
ki, onların membranlarının xarici qatları bir-birinə sıx
birləşir.
Tilokoidlərin membranlarının birləşdiyi yerdə 2 nm
qalınlığında sıx qat yerləşir. Qranlar tərkibinə qapalı
tilokoidlərdən başqa lamellalar sahəsi də daxil ola bilər
169
ki, onlarında membranının tilokoid membranı ilə
təmasında 2 nm qalınlığında qat yaranır. Beləliklə,
stromanın lamelləri xloroplastın ayrı-ayrı qranlarını bir-
birinə birləşdirir. Lakin tilokoid boşluqları qapalı
olduğundan stroma lamellərinin membranarası
sahəsinə daxil olmurlar. Xloroplastların stromasında
DNT və ribosomlar tapılmışdır. Həmçinin stromada
ehtiyyat polisaxaridlər-nişasta toplanır.
Xloroplastların əsas xüsusiyyəti onların tərkibində
yaşıl xlorofil piqmentinin olmasıdır ki, onun iştirakı ilə
yaşıl bitkilər günəş enerjisini udaraq onu kimyəvi
rabitələr enerjisinə çevirir. Odur ki, plastidlər də
mitoxondrilər kimi kimyəvi enerjinin çevrilmə
mərkəzidir.
Xloroplastlar da mitoxondrilər kimi yarım avtonom
orqanelladırlar. Onların da öz genetik sistemi və zülal
sintez edən maşını, o cümlədən DNT, RNT-lər,
ribosomlar və genetik informasiyanın eksperessiyesının
bütün mərhələləri üçün tələb olunan müxtəlif
fermentləri və zülala faktorları vardır. Əvəllər belə
hesab edilirdi ki, xloroplast DNT-si bakteriyalarda və
mitioxondridə olduğu kimi qapalı həlqəvidir. Amma,
son illərin tədqiqatları göstərdi ki, xloroplast DNT-ləri
xətti şəkildə olub bir-biri ilə baş-ayaq (head to tail)
birləşərək böyük quruluş yaradırlar. Bir xloroplastda 50-
100 qədər DNT molekulu ola bilər. Xloroplastın genetik
sistemi müxtəlif bitkilərdə 100-120 qədər genləri
kodlaşdırır.
Xloroplastlarda
transkripsiya
və
translyasiya proseslərinin gedişi və xloroplast
ribosomlarının quruluşu bakterial analoqlarına çox
oxşayırlar (yaxındırlar).
170
Xloroplastlar özləri isə etioplastlardan (solğun sarı
rəngli) əmələ gəlirlər, yəni cücərti işəğa çıxdıqdan sonra
onda yaşıllaşma baş verir, xlorofil sintez olunur və
xloroplastlar əmələ gəlir, bu prosesə fotomorfogenez
deyilir. Fotomorfogenez özü bitkilərdə zülal-piqment
kompleksindən
ibarət
olan
fotoreseptorlarla
–
fitoxromlar və kriptoxromlar vasitəsi ilə induksiya
olunur və tənzimlənir.
Plastidlərin digər tipi olan xromoplastidlər xloro
və ya leykoplastlardan əmələ gəlirlər.
Dostları ilə paylaş: |