VIII Ə
dəbi dil və onun normaları. Leksik norma Dildə (eləcə də nitqdə) norma tənzimləyici, nizamlayıcı funksiyanı yerinə yetirir. Ədəbi dilin
normaları mütləq deyil, müəyyən tarixi şəraitdən asılı olaraq bu və ya digər dərəcədə dəyişikliyə
uğrayır. Bu hal dilin orfoepik və leksik normalarında daha çox özünü göstərir. Orfoqrafiya
qaydalarında dəfələrlə edilən dəyişikliklər, onlarla sözün yeni qaydalara uyğun yazılması, eləcə
də dilin lüğət tərkibində bir sıra sözlərin ünsiyyətdən çıxması, yeni sözlərin dilə gəlməsi halları
bu dəyişikliyə sübutdur.
Ədəbi dilin normaları kütləvi xarakterdədir. Yəni hamı tərəfindən anlaşılan, hamının dil
ünsiyyəti üçün yararlıdır. “Ədəbi dilin normalaşdırılması o demədir ki, onun lüğət tərkibi
ümumxalq dilinin zəngin söz xəzinəsindən seçilir,.... tələffüz tərzi və yazılış qaydası müəyyən
prinsiplərə tabe edilir....” (M.İ.Adilov və b.)
Ədəbi dilin normaları onun bütün səviyyəsini əhatə edir: foneyik normalar, leksik normalar,
qrammatik normalar, orfoqrafik normalar, orfoepik normalar, üslub normaları. Bu normalardan,
xüsusilə dilin leksik vahidlərindən yerində, məqamında məqsədəuyğun istifadə edildikdə mədəni
nitqə nail olmaq mümkündür.
“Danışan və yazan şəxs öz fikirlərinin ifadəsində dil vasitələrindən məqsədəuyğun istifadə
edirsə, onun nitqi aydın, dəqiq, məntiqi, zəngin olacaqdır. Nitq fəaliyyətində dil normalarının və
məqsədəuyğunluq normasının ittifaqı nitqdə aşağıdakı üslubi keyfiyyətləri yaradır: düzgünlük,
dəqiqlik, aydınlıq, məntiqilik, ifadəlilik, ahəngdarlıq.” (48.167)
Leksik normalar sölərin incəlik, zəriflik cəhətdən daha geniş işlənməsi, mənasının asan dərk
olunması və s. baxımından uyğunluğunun müəyyənləşdirilməsi və ədəbi dilə gətirilməsinə
xidmət edir. Bu normalara görə sözlərin ədəbi dildə işlənməsi aşağıdakı hallarda məqbul
sayılmır:
a)
sözlərin yerli şivə və dialektlərdə işlənən və az anlaşılan variantları. Məs: cəviz(qoz), qəlbi
(hündür), sərək( ağılsız) və s.
b)
köhnəlmiş, ünsiyyətdə az işlənən sözlər. Bura tarixizmlər və arxaizmlər daxildir. Məs: çuxa,
xış, badya, suc, kəndxuda və s. Loru sözlər və ifadələr. Məs: zırğı, qağa, lələş və s.
c)
Söyüş xarakterli sözlər və ifadələrin lüğətə daxil edilməsi dilimizin müasir leksikası
normaları baxımından məqbul sayılmır.