B akı Dövlət Rabitə və Nəqliyyat Kollecinin müəllimi Aminə


X  Ədəbi tələffüz normaları. Nitqin üslubları. Nitqin etik məsələləri



Yüklə 0,52 Mb.
Pdf görüntüsü
səhifə12/19
tarix20.11.2023
ölçüsü0,52 Mb.
#165341
növüMühazirə
1   ...   8   9   10   11   12   13   14   15   ...   19

Ədəbi tələffüz normaları. Nitqin üslubları. Nitqin etik məsələləri. 
Ədəbi tələffüz əhatə dairəsinə görə geniş bir anlayışdır. Bu anlayışa söz, qrammatik forma 
və sintaktik quruluşların dildə işlənən sabit və vahid qaydaları daxildir. 
Orfoepiya yunanca “düzgün” mənasında olan 
orpos
sözü ilə “nitq” mənasında olan 
epos
sözünün birləşməsindən düzəlmiş bir termindir. Bu anlayışa tələffüz xüsusiyyətlərini 
tənzimləyən qaydalar daxildir.
Azərbaycan dili orfoepiyasının tədqiqinə keçən əsrin ortalarından başlanmışdır. 
Ə.Dəmirçizadə, M.Şirəliyev, Ə.Əfəndizadə bu sahədə əhəmiyyətli araşdırmalar aparmışlar. 
Ədəbi dilin sabit və vahid normalarının müəyyənləşdirilməsi nitq mədəniyyətinin inkişafı 
baxımından olduqca vacibdir. Şifahi dilin fəaliyyət dairəsinin genişləndiyi indiki zamanda ədəbi 
tələffüz normalarını gözləmək daha böyük əhəmiyyət kəsb edir.
Danışan şəxs dilin başqa normaları ilə yanaşı, tələffüz normalarına da düzgün əməl 
etməlidir.
Ədəbi tələffüz normalarına uyğun qurulan nitq dinləyicilər tərəfindən asan qavranılır.
Danışanların nitqində ədəbi tələffüzlə bağlı bir sıra qüsurlar özünü göstərir. 
Bunlardan birincisi, yerli şivə və adi danışıq dilinə məxsus qüsurlardır. Nitqdə bəzən söz və 
qrammatik formalar yerli şivədə və ya adi danışıqda olduğu şəkildə tələffüz edilir. Məs: Hasan, 
genə, cuma, olseydi, doğurdan və s. sözlərdə vurğunun düzgün deyilməməsi nəticəsində də 
tələffüz qüsurları baş verir. Məs: kafe
,
l, da
,
ha, o
,
xu, kafe
,
dra, alle
,
rgiya və s.
Ədəbi tələffüzün pozulmasının ikinci halı orfoepiyası orfoqrafiyasından fərqli olan sözlərin 
yazıldığı kimi deyilməsi və oxunmasıdır. Məs: Moskva (Maskva əvəzinə), intonasiya 
(intanasiya əvəzinə), orfoqrafiya ( arfaqrafiya əvəzinə) və s.
Orfoepik qaydaların müəyyənləşməsində aşağıdakı prinsiplər əsas götürülür. 
1.
Fonetik prinsip. Bu prinsipə görə orfoepik qaydalar geniş xalq kütləsinin dilinə uyğun 
olmalı, onun tələblərinə cavab verməlidir. Məs: Söyləyir-söylüyür, yaşayır-yaşıyır, arabaya-
arabıya və s.
2.
Morfoloji prinsip. Bu prinsipə görə dialektdə bir neçə formada işlədilən tələffüz 
variantlarından biri orfoepik norma baxımından uyğun sayılır. Məs: ev, əv, öy, dəyil, döyül, 
deyil, degil kimi tələffüz şəkillərindən ev, deyil norma kimi qəbul olunur. 
3.
Qrafik prinsip. Bu prinsipə görə dildə sözün iki tələffüz şəkilindən daha tipik olanı əsas 
götürülür. Məs: darvaza-dərvaza, xalça-xəlçə, pencək-pəncək və s. kimi sözlərin birinci 
tələffüz şəkli orfoepiyada düzgün sayılır.
Nitqin məqsəd və şəraitinə uyğun gələn fonetik vasitə və imkanlarından istifadə olunmaqla 
bağlı tələffüzün də üslubları yaranır.
Nitqin üç üslubu müəyyənləşmişdir. Normativ üslub, kitab üslubu, adi danışıq üslubu. 
Normativ üslub. Bu üslub ədəbi tələffüz normaları əsasında yaranır, orfoepiyanın əsasını 
təşkil edir. Məs: adamdan, uşaqlar, konsert kimi sözlər adamnan, uşaxlar, kansert şəklində 
tələffüz olunmalıdır.


Kitab üslubu. Bu üslubda danışanlar elə başa düşürlər ki, sözlər nə cür yazılırsa, elə də 
tələffüz olunmalıdır. Belə danışıq qüsurlu sayılır. Məs: atamdan, vətəndən, ailə, dovğa və s. 
sözlər ədəbi tələffüz qaydasında söylənməlidir. 
Adi danışıq üslubu. Dil ünsiyyətinin geniş forması bu üslubda aparılır. Adi danışıq 
üslubunun özünəməxsus xüsusiyyətləri vardır. Məs: normativ üslubda mənimçün, stəkan, 
bacarmaq kimi tələffüz olunan sözlər adi danışıq üslubunda-məmçün, istəkan, başarmaq kimi 
tələffüz olunur.
Ümumiyyətlə, adi danışıq dili şivəyə nisbətən ədəbi dilə yaxın olduğu kimi, onun tələffüz 
qaydaları da ədəbi dilin tələffüz qaydalarına yaxındır.
Nitqin etik məsələləri. Həzrəti Əli: “İnsan dilinin altında gizlənir. Danışmayınca onun ağıllı 
və ağılsız olduğu bilinmir”. 
Dil mədəniyyətinin başlıca müddəalarından biri də danışığın etikasıdır. Etika latın sözü olub, 
mədəni, nəzakətli danışıq, davranış deməkdir. Etik normalar xalqın qədimdən yaratdığı adət-
ənənələrindən, müsbət əxlaqi keyfiyyətlərdən formalaşdırmışdır. Ta qədimdən zəka sahibləri
maarifçilər danışıq etikası, nəzakətli nitq barədə dəyərli fikirlər söyləmiş, bu normaların 
insanların mədəniyyətinin inkişaf səviyyəsinin yüksəldilməsinə müsbət təsirini vurğulamışlar.
İnsan böyüklərlə danışarkən kinayə işlətməməli, mülayim səslə sözünü deməlidir. Danışdığı 
məsələni aydın izah etməli, qısa, yığcam danışmalıdır. Yabançı kəlmələr işlətməməli, ehtiyac 
olmadan sözü təkrar etməməlidir.
Danışıq etikası məsələləri zəngin və rəngarəngdir. Bura aşağıdakılar daxildir: müraciət 
qaydaları, nitqi dinləmə mədəniyyəti, sualvermə, söhbətəqoşulma qaydaları, danışıqda 
təvazökarlıq, mənalı hərəkətlərdən istifadə qaydaları və s. 



Yüklə 0,52 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   19




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin