B akı Dövlət Rabitə və Nəqliyyat Kollecinin müəllimi Aminə



Yüklə 0,52 Mb.
Pdf görüntüsü
səhifə18/19
tarix20.11.2023
ölçüsü0,52 Mb.
#165341
növüMühazirə
1   ...   11   12   13   14   15   16   17   18   19
 
XVI
Mədəni nitqin etiketləri. 
İnsanlar onları əhatə edənlərlə ünsiyyətdə müxtəlif məqsədlərlə əksəriyyətin işlətditdiyi bir sıra 
ifadələrdən istifadə edirlər ki, onların böyük bir qismini mədəni danışığın etiketləri təşkil edir. 
Etiket fransızca 
etiquette
sözündən olub mənası mərasim, təsnifat deməkdir. Vaxtilə monarx 
saraylarında, diplomatik dairələrdə və s. davranış qaydaları etiket adlanırdı. Hal-hazırda hər hansı 
bir cəmiyyətdə qəbul edilmiş davranış və nəzakət formalarına da etiket deyilir.
Xalqımızın milli təfəkkürünə, ənənələrinə uyğun işlənilən bu ifadələr, hazır nitq modelləri 
insanları razı salır, onlarda xoş ovqat yaradır, qarşılıqlı anlaşmanı təmin edir. Dilimiz belə 
ifadələrlə zəngindir. 
Müxtəlif nitq situasiyalarında, ünsiyyətin bütün formalarında (məs: müraciət, görüşmə, təbrik, 
alqış, telefon danışığı və s.) işlədilən belə söz, ifadə və cümlələrdən bir neçəsini göstərək: 
1.
Kömək etmək, qulluq göstərmək məqsədilə: İcazə verin kömək edim; Qulluğunuzda olum; Sizə 
kömək etmək lazımdır?; Mən sizi eşidirəm; Nə buyurursunuz?; Sizi narahat edən nədir? və s.
 
2.
İş gördürmək, soruşmaq, üzrxahlıq etmək məqsədilə: İnciməyin, Sizə zəhmət verəcəyəm; Əgər 
mümkünsə; Zəhmət olmasa, Sizi yormayım; Üzr istəyirəm; Rica edirəm danışın; Sizə əziyyət 
olacaq və s.
 
3.
Məmnun olmaq məqamında: Razıyam; Etiraz etmirəm; Sizinlə şərikəm; Arxayın olun; Sizi 
unutmaram; Allah köməyin olsun; Tanrı sənə yar olsun və s.
 
4.
Etiraz etmək, razılıq verməmək məqamında: Bu məni təmin etmir; Etirazımı bildirirəm; Sizin 
fikrinizlə şərik deyiləm; Bu mənim xoşuma gəlmir və s. 
 
5.
Təskinlik vermək, razı salmaq məqamında: Darıxmayın, özünüzü ələ alın; Əsəbləşməyin; Səbr 
edin; Bir qədər səbrli olun; Nə etmək olar, qismət belə imiş və s. 

Yüklə 0,52 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   19




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin