B akı Dövlət Rabitə və Nəqliyyat Kollecinin müəllimi Aminə


Nitqi tamamlayan ifadə hərəkətlər



Yüklə 0,52 Mb.
Pdf görüntüsü
səhifə17/19
tarix20.11.2023
ölçüsü0,52 Mb.
#165341
növüMühazirə
1   ...   11   12   13   14   15   16   17   18   19
Nitqi tamamlayan ifadə hərəkətlər. 
Nitq ifadəli hərəkətlərlə müşahidə olunur. Bu hərəkətlər 
(jestlər, mimikalar, və digər hərəkətlər) ya sözlə ifadə olunan mənanı nəzərə çarpdırır, ya da onu 
təsirli edir. Danışıq zamanı müxtəlif bədən hərəkətləri (qaşı oynatmaq, baş tərpətmək, üz-gözünü 


turşutmaq vəs.) vasitəsilə müəyyən məna və fikir ifadə olunur. Bu cür jest, mimika danışıq 
prosesində söylənilən fikrə uyğun lazımi effekt yarada bilir.
Lakin danışıq, oxu zamanı nitqi tamamlayan bu əlavə vasitələrdən həddindən artıq istifadə 
etmək o qədər də məqsədəuyğun sayılmır. Danışanın həddindən artıq əl-qol atması, üz-gözünü 
turşutması, əllərini bir-birinə vurması, boynunu sığallaması və s. fikrin yayılmasına, dinləyicilərin 
narahatlıq və narazılığına səbəb olur, bəzən də gülüş yaradır.
Natiq digər sahələrdə olduğu kimi ifadəli hərəkətlərində də müəyyən ölçüləri gözləməli, artıq 
hərəkətlərə yol verməməlidir. Natiq-mühazirəçi danışığında əl-qol hərəkətləri, digər jestlərdən 
mümkün qədər istifadə etmədən fikrini dinləyiciyə çatdırmağı bacarmalıdır. 


 
XV Diskussiya mədəniyyəti 
Adamlar gündəlik nitq praktikasında başqaları ilə dialoqa, fikir mübadiləsinə, diskussiyaya 
girirlər.
Fikir mübadiləsi müxtəlif məqsədlərə (müəyyən bir hadisə barədə məlumatlanmaq, müsahibini 
nəyəsə inandırmaq, sövq etmək, nədənsə çəkindirmək və s.) xidmət edir. “Dialoq” termini yunanca 
“dialoqos” sözündən götürülmüş, iki və daha çox şəxsin qarşılıqlı söhbəti, fikir mübadiləsi 
mənasını bildirir.
Geniş mənada dialoq müxtəlif əqidələrə, mədəniyyətlərə, siyasi görüşlərə, düşüncələrə mənsub 
insanların bir araya gələrək, mədəni ölçülər səviyyəsində bir-biri ilə danışması, müəyyən 
məsələlərin müzakirə edilməsi yoludur.
Dialoq əsasən iki şəraitdə aparılır: 
a)
Ailədə, küçədə, bazarda, iş yerində, nəqliyyatda məişət məclislərində və s. 
b)
Ictimai yerlərdə, elmi konfranslarda, simpoziumlarda, iclaslarda, radio və televiziya 
verilişlərində və s.
Hər bir şəraitdə adamların normal fikir mübadiləsi, bir-birini anlaması üçün müəyyən 
qaydalara, etik normalara əməl olunmalıdır. Bunlardan ən başlıcası ünsiyyətin səmimiliyidir. Bu, o 
deməkdir ki, birinci şəxs danışarkən axıra qədər dinləməli, müsahibinə fikrini açıqlamağa imkan 
verməli, sonra söhbətə qoşulmalıdır. Müsahibi mətləbdən uzaqlaşdığı zaman dinləyən tərəf icazə 
verin”, “üzr istəyirəm”, “icazə verin fikrinizə bir qədər aydınlıq gətirim” və s. kimi replikalarla 
onun danışığına müdaxilə edə bilər. 
Dialoq Qurani-Kərimdə öz əksini tapmışdır. Orada səmimiyyət dialoqun vacib məqamlarından 
biri kimi qiymətləndirilir və göstərilir ki, fikri müxtəlif insanlar arasında münasibətlər etimad 
əsasında qurulduqda səmərəli nəticə verə bilər. Qurani-Kərim əhli-kitabla hikmət və gözəl öyüdlə 
mübahisə etməyi tapşırır: “Ya Rəsulum, insanları hikmətlə, öyüd –nəsihətlə Rəbbinin yoluna dəvət 
et, onlarla ən gözəl surətdə (şirin dillə, əqli səviyyələrinə müvafiq şəkildə) mübahisə et”. 
Rəsmi yerlərdə vacib məsələlərlə bağlı aparılan dialoqlarda tərəflər səbrli və təmkinli olmalı, 
danışığın etik qaydalarına əməl etməlidirlər. Lakin bəzən belə olmur. Tərəflər mümkün qədər çox 
danışmağa, dediyini sübut etməyə çalışır, ucadan danışırlar. Çox təəssüf ki, televiziya ekranlarında 
bəzən belə dialoqlara tamaşa etməli oluruq. Dialoq nəsə öyrənmək, inkişaf etmək, yeniləşmək 
məqsədlərini qarşıya qoymalıdır.
İstər adi danışıq, istərsə də diskussiya prossesində normal nitq tonuna da riayət olunmalıdır. 
Normal nitq tonu mədəni danışığın başlıca şərtlərindəndir. Yerindən və məqamından asılı olaraq 
nitqin yüksək, adi və alçaq tonundan istifadə olunur. Auditoriyada natiq yüksək tonla danışmalıdır 
ki, fikrini eşidənlərə yaxşı çatdıra bilsin. Belə nitq tam təbiidir, dinləyiciləri razı salır. Digər 
situasiyada-dəhlizdə, yeməkxanada, ictimai nəqliyyatda, məclisdə və s. yerlərdə yüksək tonla 
danışmaq, ucadan gülmək ədəbsizlik və nəzakətsizlik kimi qəbul olunur. Belə danışıq tərzi 
digərlərini əsəbiləşdirir, onların istirahətini pozur.
Uşaqlar normal danışıq fonuna hələ kiçik yaşlarından alışmalıdırlar. 
Dediklərimizdən aydın oldu ki, nitqin normal tempi ictimai ünsiyyətdə olduqca əhəmiyyətli bir 
məsələdir. Hər bir insan bu keyfiyyətə yüksək dərəcədə yiyələnməlidir.



Yüklə 0,52 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   19




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin