r. Bourse) əldə etməyə
başlamışdılar. Statistik məlumatlara görə [204], 1993 və
1994-cü illərdə elmi tədqiqat məqsədilə xarici ölkələrə
getmiş Azərbaycan alimlərinin sayı 1976-cı ildən 1990-cı ilə
qədər gedənlərin sayından çox idi. 1994-cü ildə isə bu rəqəm
artıq 350 nəfərə çatmışdır
90-cı illərin əvvəllərində keçmiş sovet ölkələrində in-
formasiya mühiti təqribən eyni cür formalaşırdı. Müstəqillik
əldə etdikdən sonra yeni iqtisadi-siyasi, sosial şəraitə uy -
ğunlaşma dövrünə qədəm qoymuş həmin dövlətlərdə kitab
və kitabxana mədəniyyətinə daha çox diqqət ayrılmağa baş -
lamış, kitabxanalararası münasibətlərin bərpası və dirçəlməsi
naminə, bu dəfə artıq MDB formatı çərçivəsində əməkdaşlıq
üçün real addımlar atılmışdı.
Məsələn, 1994-cü ildə Avrasiya Kitabxanalar Assam -
ble yasının (AKA) “Kitabxanalar mədəniyyət və incəsənət
ELMİ-MƏDƏNİ İNTEQRASİYA
139
üzrə informasiya mərkəzləri kimi” adlı layihəsi çərçivəsində
“1995-2000-ci illərdə mədəniyyət və incəsənət üzrə infor-
masiyaya ümumi çıxışın təşkilində MDB ölkələrinin kitab -
xanalarının qarşılıqlı əlaqə Proqramı” hazırlanmışdı [140, s.
14]. Layihənin məqsədi Avrasiyada vahid mədəni-infor-
masiya məkanının yaradılmasına kömək etmək idi. Qoyul -
muş vəzifələrin həlli üçün metodik sənədlərin mübadiləsinin
təşkil edilməsi; mədəniyyət və incəsənət sahəsində elektron
və texniki vasitələrin köməyi ilə kitabxanalar arasında infor-
masiya mübadiləsinin təmin edilməsi; informasiya müba di -
ləsinin ödənişsiz əsasda bərpa edilməsi; mübadilənin
in for masiya ekvivalentinin müəyyən edilməsi; ödənişli və
müqavilə xidmətlərinə görə hesablaşmanın rubl və ya dollar
nominalında aparılması; informasiya mübadiləsi zamanı rus
dilinin işlək dil kimi qəbul edilməsi və mütəxəssis müba -
diləsinin təşkil edilməsi təklif olunmuşdu.
Müstəqillik illərində post-sovet məkanında vahid və
yaxud maneəsiz informasiya mühitinin yaradılması təşəb -
büs lərinə başqa bir misal da göstərmək olar: 1995-ci ilin may
ayında Müstəqil Dövlətlər Birliyi iştirakçı-dövlətlərinin
Parlamentlərarası Assambleyası tərəfindən “Sənədlərin zə -
ruri nüsxəsi haqqında” Rusiya Federasiyasının Federal Qa-
nunu əsasında “Sənədlərin zəruri nüsxəsi sahəsində vahid
siyasət haqqında” adlı tövsiyə xarakterli Akt qəbul edilmişdir
[136, s. 6]. Qanunvericilik aktına əlavə kimi “MDB ölkələri
arasında sənədlərin zəruri nüsxələrinin mübadiləsi haqqında
Saziş” qəbul edilmişdi. Bu sazişə əsasən Birlik ölkələrində
BEYNƏLXALQ İNFORMASİYA MÜHİTİ
140
buraxılan çap məhsulunun zəruri nüsxələri ödənişsiz şəkildə
mübadilə edilməlidir. Sənədə görə Rusiya Federasiyasının
zəruri mübadilə nüsxəsinin bir komplekti Ukraynanın 6, Be-
larus və Özbəkistanın 9, Qazaxıstan və Gürcüstanın 10,
Moldovanın 11, Azərbaycanın 12, Ermənistan və Qırğızıs -
tanın 14, Tacikistan və Türkmənistanın15 zəruri nüsxə
dəstinə bərabər tutulur. Bu sənədin bəzi müddəaları dəyişsə
də (məs. Azərbaycan artıq digər MDB ölkələri ilə ədəbiyyat
nüsxələrini “birə-bir” prinsipi üzrə mübadilə edir) MDB
ölkələri arasında beynəlxalq kitab mübadiləsini tənzimləmək
baxımından olduqca vacib əhəmiyyət daşıyır.
Müstəqillik illərinin ilk dövründə informasiya mühi-
tinin formalaşması məsələlərindən bəhs edərkən əlbəttə ki,
respublikada 1994-cü ildən etibarən başlamış informasiya
cəmiyyəti quruculuğu işlərini də unutmaq olmaz. Ümum-
milli lider Heydər Əliyevin hakimiyyətə gəlişindən sonra bir
sıra sahələrdə olduğu kimi informasiya və kommunikasiya
sahəsində də dirçəliş başladı. Bunu nəticəsi olaraq tezliklə
Azərbaycanda İnternetin tətbiqi təşəkkül tapdı. 1993-cü ilin
avqustunda “.az” domeni rəsmi olaraq Azərbaycanın yüksək
domen adı kimi İCANN-da (İnternetdə domen adların və
ünvanların verilməsi üzrə Təşkilat) qeydiyyata alındı, 1994-
cü ildə Azərbaycan Elmlər Akademiyasının Avtomat laş dırıl -
mış İdarəetmə Sistemləri (AİS) şöbəsində İnternetin ilk
qov şağı yaradıldı və “Türksat” süni peyki vasitəsilə Türki -
yənin Orta Doğu Texniki Universitetinin İnternet mərkəzi
ilə əlaqə kanalı qurularaq Azərbaycanın İnternetə çıxışı tə -
ELMİ-MƏDƏNİ İNTEQRASİYA
141
min olundu. 1995-ci ildə isə Azərbaycanda ilk veb sayt –
AMEA-nın www.ab.az (www.science.gov.az saytının ilkin
versiyası) saytı yaradıldı. 1996-cı ildən başlayaraq “AzEvro-
Tel” və “Ultel” birgə müəssisələri lokal telekommunikasiya
şəbəkəsi üzrə xidmət göstərməyə başladı. 1995-ci il dekabrın
9-da Bakı şəhərində Azərbaycanda ilk beynəlxalq telefon
stansiyasının, habelə yenidən qurulmuş Şəhərlərarası Tele-
fon Stansiyasının açılışı oldu. Azərbaycanda yeni texnolo gi -
ya ların tətbiqinə, telekommunikasiya infrastrukturunun
mo dernləşdirilməsinə start verildi, ilk elektron ATS-lər qu-
ruldu [1].
Bütün bunlar əlbəttə ki, kitabxanaların fəaliyyətinə
müsbət təsir göstərdi, elektron poçt xidməti vasitəsilə bey -
nəl xalq informasiya mübadiləsi üçün yeni üfüqlər açıldı.
Azərbaycan Elmlər Akademiyasının alim və mütəxəssislərinə
biblioqrafik informasiya xidmətini daha da təkmilləşdirmək
məqsədilə Kitabxanada kompüterlərdən, daha dəqiq, o
dövrün terminologiyası ilə ifadə etsək, fərdi elektron hesab -
layıcı maşınlardan istifadə olunmağa başlandı. Kitabxananın
“Xarici ədəbiyyatın komplektləşdirilməsi və beynəlxalq kitab
mübadiləsi şöbəsi” ilə “Şərq ədəbiyyatı” şöbəsi xarici ədəbiy -
yatın tematik komplektləşdirilməsinin planını qurmaq üçün
diferensial xidmətin o dövr üçün mütərəqqi hesab olunan
“Məlumatın seçilib paylanması” sistemindən istifadə etməyə
başladılar. Bu sistem daim fəaliyyətdə olan əks əlaqəni mü -
əyyən etməklə, abonentə hər bir biblioqrafik məlumata rəy
bildirmək imkanı verirdi. Həmin proses AMEA Mərkəzi
BEYNƏLXALQ İNFORMASİYA MÜHİTİ
142
Elmi Kitabxanasında 70-ci illərdən etibarən başlanan bib-
liometrik araşdırmaların davam etdirilməsi üçün real zəmin
yaratmışdı. Belə ki, xarici ədəbiyyata olan münasibəti sual-
cavab, sorğu-təminat mexanizmi vasitəsilə təftiş edən Kitabx-
ana komplektləşdirmə zamanı daha dəqiq seçim edə bilirdi.
Artıq 1995-ci ildə Kitabxananın “Məlumatın seçilib pay lan -
ması” avtomatlaşdırılmış sistemində 24618 xarici ədəbiy ya -
tın biblioqrafik yazısı mövcud idi. Bu baza imkan verirdi ki,
fərdi elektron hesablayıcı maşınların oxuduğu maqnit lent -
lərdə “Mərkəzi Elmi kitabxanaya daxil olan xarici ədəbiyyat”
adlı illik kataloqlar yaradılmağa başlamışdı.
1995-ci ildə Mərkəzi Elmi Kitabxana 42 ölkənin 480
təş kilatı ilə əməkdaşlıq edirdi. Həmin il Kitabxana ilə beynəl -
xalq kitab mübadiləsində iştirak edən qurular arasına Fransa
Mədəniyyət Nazirliyi, Yaponiya Vaseda Universitetinin ki -
tab xanası, İsveçrə Botanika Muzeyi də əlavə olunmuşdu.
1995-1996-cı illərdə ABŞ Konqres Kitabxanası Mər -
kə zi Elmi Kitabxana ilə Xüsusi Kitabxanalar Assosia si yası
arasında əməkdaşlıq əlaqəsi yaratmışdır. O vaxt bu əlaqə
nəticəsində Mərkəzi Elmi Kitabxanaya ABŞ universi tet -
lərindən 915 nüsxə ədəbiyyat göndərilmişdi.
Xüsusi Kitabxanalar Assosiasiyası sahəvi, elmi, ixtisas -
laşmış kitabxanaları özündə birləşdirən nüfuzlu qurumlar-
dan biridir. 75 ölkədə 9000-dən artıq üzvi olan bu bey nəl xalq
təşkilatın əsası 1909-cu ildə Birləşmiş Ştatlarda qoyulub. As-
sosiasiya ildə səkkiz dəfə “Information Outlook” adlı bül-
leten nəşr edir və üzv kitabxanalara göndərir.
ELMİ-MƏDƏNİ İNTEQRASİYA
143
90-cı illərdə Mərkəzi Elmi Kitabxana ilə yanaşı bir sıra
universitet kitabxanaları və Milli Arxiv Fondu da öz istiqa -
mətlərinə uyğun olaraq beynəlxalq təşkilatlarla əməkdaşlıq
edirdilər. Məhz həmin dövrdən etibarən Azərbaycan Texniki
Universitetinin kitabxanası Elmi-Texniki Universitet Kitab -
xana larının Beynəlxalq Assosiasiyası ilə sıx əməkdaşlıq
etməyə başlamışdı. Elmi-Texniki Universitet Kitabxana la -
rının Beynəlxalq Assosiasiyasının (IATUL) əsası 1955-ci
ildə Almaniyanın Düsseldorf şəhərində qoyulub. Assosiasi -
ya nın əsas məqsədi texniki universitet kitabxanalarının
fəaliyyətini əlaqələndirmək və bu kitabxanalarla müştərək
layihələr həyata keçirməkdən ibarətdir.
Azərbaycan Milli Arxiv İdarəsinin sıx əməkdaşlıq etdiyi
qurum isə Arxivlərin Beynəlxalq Şurasıdır. Arxivlərin Bey -
nəl xalq Şurası arxivlər üzrə beynəlxalq əməkdaşlığın inkişa -
fı nı təmin edən beynəlxalq qeyri-hökumət təşkilatıdır.
1948-ci ildə Parisdə yaradılan Şuranın 190 ölkədən 1400-
dən çox üzvü var. Şuranın əsas missiyası arxivlərin toplan -
ması, mühafizəsi, bərpası və təkrar nüsxələrinin yaradılması
üzrə beynəlxalq standartları müəyyən etməkdən və dünya
arxiv idarələri arasında əlaqə yaratmaqdan ibarətdir.
1993-cü ildə Şura “Arxiv sənədlərinin beynəlxalq təsvir
qaydaları”nı (ISAD- International Standard Archival De-
scription) hazırlamışdır.
Mərkəzi Elmi Kitabxana Yaxın Şərq Kitabxanaçılarının
Avropa Assosiasiyası, Xüsusi Kitabxanalar və İnformasiya
Bürosu Assosiasiyası (ASLIB), Avropa Elmi Kitabxanalar
BEYNƏLXALQ İNFORMASİYA MÜHİTİ
144
Konsorsiumu (CERL), Avropa Kitabxana-İnformasiya və
Sənəd Assosiasiyaları Bürosu (EBLIDA) ilə də uzun illərdən
bəri əməkdaşlıq edir.
2000-ci ildən etibarən Mərkəzi Elmi Kitabxana Ame -
rika Kitabxana Assosiasiyasının (ALA) üzvüdür. Amerika
Kitabxana Assosiasiyası dünyanın ən qədim kitabxana quru-
mudur.
Amerika Kitabxana Assosiasiyası (ALA) beynəlxalq
səviyyədə kitabxana işini və kitabxanaçılıq təhsilini təşviq
edən, mərkəzi qərargahı Amerika Birləşmiş Ştatlarında yer -
ləşən qeyri-kommersiya təşkilatıdır. 1876-cı ildə Filadel fi ya -
da yaradılan qurumun fərdi üzvlərinin sayı 62000-i ötüb.
2011-ci ildən Mərkəzi Elmi Kitabxana Assosiasiyanın “Ame -
ri can libraries” adlı aylıq elmi-kütləvi jurnalını alır. Mərkəzi
Elmi Kitabxana eyni zamanda, Amerika Kitabxana Assosi a -
si ya sının bir bölməsi olan Kitabxana və İnformasiya Tex -
nologiyaları Assosiasiyasında da təmsil olunur (LITA).
Beynəlxalq təşkilatlarla əməkdaşlıq sahəsində Mərkəzi
Elmi Kitabxana ilə yanaşı Azərbaycan Milli Kitabxanası və
Pre zident kitabxanası da son 10 il ərzində kifayət qədər uğur -
lu nəticələr əldə ediblər.
Milli Kitabxana 2001-ci ildən Avrasiya Kitabxanalar
As sambleyasının (BAE), 2003-cü ildən Avropa Milli Kitab -
xa naları Konfransı təşkilatının (CENL), 2007-ci ildən
Türkdilli ölkələrin Milli Kitabxanalar Şurasının və İqtisadi
Əməkdaşlıq Təşkilatına (İƏT) üzv ölkələrin Milli Kitabxana
Direktorları Şurasının üzvüdür. Kitabxana həmin təşkilat la -
ELMİ-MƏDƏNİ İNTEQRASİYA
145
rın bütün tədbirlərində fəal iştirak etməklə yanaşı, onların
həyata keçirdikləri bir sıra layihələrdə də yaxından iştirak
edir. Belə layihələrdən Dünya Elektron Kitabxanasını,
Av ro pa Elektron Kitabxanasını, "Europeana" layihəsini,
"FUMAQABA" layihəsini, Türkdilli ölkələrin milli ki tab xa -
na larında mühafizə olunan əlyazmaların vahid məlumat
bazasının yaradılması kimi irimiqyaslı layihələri misal gös -
tərmək olar [80]. Milli Kitabxananın xüsusən Avropa Milli
Kitab xanaları Konfransı təşkilatı ilə əlaqələrini yüksək qiy -
mət ləndirmək lazımdır.
Təsadüfi deyil ki, Azərbaycanda kitabxana işi tarixində
ilk dəfə olaraq məhz Milli Kitabxananın 90 illik yubileyinə
45-dən artıq xarici ölkənin 60 nümayəndəsi, o cümlədən 4
beynəlxalq kitabxana təşkilatının prezidenti və üzvləri (Av -
ropa Milli Kitabxanalar Konfransı (CENL), Avrasiya Kitabx-
analar Assambleyası (BAE), Avropa kitabxanası və Avrasiya
Kitabxanaçılar Birliyi) iştirak etmiş, yubiley tədbirləri
çərçivəsində III Beynəlxalq Bakı Sərgi yarmarkası, Avropa
Milli Kitabxanaları Konfransının (CENL) 27-ci illik görüşü,
Avrasiya Kitabxanalar Assambleyasının (BAE) XV ümumi
iclası keçirilmişdir. Azərbaycan Respublikasının Prezidenti
cənab İlham Əliyev Avropa Milli Kitabxanaları Konfransının
(CENL) prezidenti Bruno Rasinini, vitse-prezidentlər Kris -
tina Mari Doffi və Yanna Andressonu, Avrasiya Kitabxanalar
Assambleyasının vitse-prezidenti Qulisa Balabekovanı qəbul
etmiş və onlarla Azərbaycan kitabxanalarının beynəlxalq
aləmdəki mövqeyi barədə söhbət etmişdir.
BEYNƏLXALQ İNFORMASİYA MÜHİTİ
146
Qeyd edildiyi kimi, son illərdə Prezident Kitabxana -
sının da beynəlxalq əlaqələri artan xətt üzrə inkişaf etmişdir.
Ayrı-ayrı vaxtlarda IFLA-nın prezidenti xanım Ellen
Tise, Çexiya Milli Kitabxanasının baş direktoru Tomaş
Böhm, Çexiya Milli Muzeyinin direktoru Mixail Lukeş,
OCLC (Onlayn Kompyuter Kitabxana Mərkəzi) təşkilatının
MDB ölkələri üzrə əlaqələndiricisi Reyn van Haldropi,
Rusiya Dövlət Kitabxanasının baş direktoru Aleksandr Vis -
lıy, M.İ.Rudomino adına Ümumrusiya Dövlət Xarici Ədə -
biy yat Kitabxanasının baş direktoru Yekaterina Geniyeva,
Yunanıstan Milli Kitabxanasının direktor müavini Antonia
Ara hova, Avrasiya Kitabxanaçılar Birliyinin başqanı Suna
Gercik və başqan yardımçısı Ekrem İşıq, Boris Yeltsin adına
Ru siya Federasiyası Prezident Kitabxanasının baş direktoru
Aleksandr Verşinin, Litva Respublikasının Martinas Majvi-
das adına Milli Kitabxanasının baş direktoru Renaldas Qu -
daus kas, “Amerika kitabxanaları” jurnalının keçmiş baş
redak toru Leonard Kriffel və başqaları Prezident Kitab xa -
nasında olmuşlar.
Bir qədər irəli gedərək, Mərkəzi Elmi Kitabxana ilə
bərabər beynəlxalq səviyyədə əlaqələr quran kitabxana la -
rımızın fəaliyyətini barədə məlumat verməkdə məqsədimiz
1990-cı illərdən bəri müvafiq sahədə görülən işlərə qısaca da
olsa nəzər salmaq idi.
Mərkəzi Elmi Kitabxananın beynəlxalq əlaqələrinin ta -
rixi araşdırmağa davam edərkən, qeyd olunmalıdır ki,
1995-1996-cı illərdə bu sahədə görülən işlər əvvəlki illərlə
ELMİ-MƏDƏNİ İNTEQRASİYA
147
müqayisədə xeyli artmışdı. Xüsusən, Avropa ölkələrinin elm
və təhsil müəssisələri ilə əlaqələr bərpa olunmağa başlamışdı.
Hələ 1990-cı illərin əvvəllərində Azərbaycanda olduğu
kimi, bir çox kapitalist ölkələrində də maliyyə çətinlikləri
vardı. 1990-cı illərdən Şərqi Avropa ölkələrindən mübadilə
üzrə daxilolmaların sürətli azalma dövrü başlamışdı ki, bu
da həmin ölkələrdəki siyasi vəziyyətin dəyişməsi ilə bağlı idi.
Bu ölkələr qrupunda qabaqcıl mövqe həmişə Polşaya
məxsus olmuşdur. 1991-ci ildə Polşa EA-nın yenidən təşkil
edilməsi nəticəsində bu təşkilatdan alınan sənədlərin sayı
kəskin azalmışdı. 1980-ci illərin sonunda Polşa EA Elmi
Nəşrlərin Yayım Mərkəzindən Mərkəzi Elmi Kitabxanaya
980 nüsxə kitab və jurnal daxil olduğu halda, 1990-cı illərin
əvvəllərində 50-dən də az nüsxə daxil olmuşdu.
O dövrdə beynəlxalq kitab mübadiləsi üzrə ədəbiyyat
da xilolmalarının sürətlə azalmasına imkan verməmək üçün
köhnə müqavilələrin bərpası və kitab mübadiləsi üzrə yeni
potensial partnyorların axtarış imkanları tədqiq edilirdi.
1990-1995-ci illər ərzində Respublikada kitab, xüsusilə
də elmi nəşrlərin buraxılışı kifayət qədər azalmışdı. Aka de -
mik jurnalların buraxılışındakı gecikmələr xarıci partnyorlar dan
gələn reklamasiyaların sayının artmasına gətirib çı xarmış,
sifarişlərin yerinə yetirilməsini və ekvivalent mü ba dilə pros-
esini xeyli ləngitmişdi. 1996-cı ildən etibarən AMEA Elmi
tədqiqat institutlarının maddi-texniki təmina tın da yaranan
dəyişikliklər, həmçinin ölkəyə qabaqcıl çap tex nologi yala rı -
nın gətirilməsi nəticəsində, tədricən respublikada çap məh -
BEYNƏLXALQ İNFORMASİYA MÜHİTİ
148
su lunun həcmi, o cümlədən elmi nəşrlərin sayı artmağa baş -
ladı. Bu da öz növbəsində xaricə ədəbiyyat göndərişlərinin
səviyyəsinin nisbətən yüksəlməsinə səbəb oldu.
1996-cı ildə 43 ölkənin 632 elmi təşkilatı ilə əmək daş -
lıq edən Mərkəzi Elmi Kitabxana həmin il 3 yeni partnyorla-
Pe kin Təbiət Elmləri İnstitutu, İran Milli Kitabxanası, Ayə -
tul lah əl-Maraşi-əl-Nəcəf Kütləvi Kitabxanası (Qum) ilə
əmək daşlıq əlaqələri quruldu. Kitabxana Elmlər Akade mi -
ya larının Beynəlxalq Assosiasiyası nəzdində yaradılmış “El -
mi kitabxanalar və informasiya mərkəzlərinin direktorlar
Şu rası”na üzv seçildi.
Həmin il Almaniyanın ölkəmizdəki səfiri Mərkəzi Elmi
Kitabxanada olmuş, kitabxana rəhbərliyi ilə alman ədəbiy -
ya tından istifadə məsələlərini müzakirə etmiş və kitab -
xananın əməkdaşlarını Almaniya kitabxanalarının fəaliyyəti
ilə tanış olmaq üçün ölkəsinə dəvət etmişdi. 1996-cı ildə Ki -
tab xananı Yaponiyadan gələn böyük elmi qrup da ziyarət et -
miş di.
O illərdə Kitabxananın “Şərq ədəbiyyatı” fondu da xey -
li genişlənmişdi. Türkiyə, İran, Misir, İordaniya, Küveyt və
di gər müsəlman ölkələri ilə beynəlxalq kitab mübadiləsi
sayəsində Şərq dillərində ədəbiyyat xarici nəşrlər fondunun
35%-ni təşkil edirdi. Yerli və xaricdə yaşayan ayrı-ayrı alim -
lə rin də bu sahədə fəaliyyətini unutmaq olmaz. Vaşinq ton -
dan Tariyel Vəli, Bonndan Nurəddin Qərəvi, İstanbul və
Ankaradan Ali Yavuz Akpınar, Ömər Özcan və başqaları da -
im Kitabxanaya yeni nəşrlər göndərirdilər. Mərhum aka de -
ELMİ-MƏDƏNİ İNTEQRASİYA
149
mik Ziya Bünyadovun Kitabxanaya qiymətli və nadir nəşrlər
hədiyyə etməsi isə bir növ ənənəyə çevrilmişdi.
1997-ci ilin ilk aylarında Mərkəzi Elmi Kitabxananın
kitab və informasiya mübadiləsi üzrə yeni partnyor axtarışı
öz səmərəsini verdi. Almaniyanın Arxeoloji Abidələr Mu ze -
yi, Yaponiyanın Milli Parlament Kitabxanası ilə mübadilə
müqavilələri imzalandı.
1997-ci ildə Rusiya EA-nın Rəyasət Heyəti Azərbaycan
EA ilə ilə əlaqələrini gücləndirmək məqsədilə yeni qərar
qəbul etdi. Qərara əsasən həmin ildən etibarən Rusiya EA
Tə biət Elmləri Kitabxanası “Nauka” nəşriyyatında nəşr olu-
nan elmi jurnalları pulsuz Mərkəzi Elmi Kitabxanaya gön -
dərməyə başlayır. Mərkəzi Elmi Kitabxana isə yalnız poçt
xərclərini ödəməyi öhdəsinə götürür. Yeri gəlmişkən, 1999-
cu ildə bu layihəyə Rusiyanın “Puşkin kitabxanası” da qoşul -
muşdur.
1997-ci ildə Paris Milli Kitabxanasından cənab Ture -
val, Texas Universitetindən professor Cey Nemətulla Mər -
kəzi Elmi Kitabxananın fəaliyyəti ilə tanış olmaq üçün Bakıya
səfər etmişlər.
1998-ci ildə Mərkəzi Elmi Kitabxana MDB ölkələrinin
iri kitabxanaları ilə beynəlxalq kitab mübadiləsinin bərpası
üzrə işləri tamamladı. Ermənistan istisna olmaqla bütün
keçmiş Sovet ölkələrinin kitabxanaları ilə əlaqələr tam bərpa
olunur. Rusiya EA-nın Təbiət Elmləri Kitabxanası, Rusiya
Dövlət Ümumi Elmi-Texniki kitabxanası, VİNİTİ, V.İ.Ver-
nadski ad. Ukrayna Milli Kitabxanası, Belarus EA-nın Y.Ko -
BEYNƏLXALQ İNFORMASİYA MÜHİTİ
150
las ad. Mərkəzi Elmi Kitabxanası, Latviya EA və Gürcüstan
EA-nın Mərkəzi Elmi Kitabxanası ilə daha sıx şəkildə əmək -
daşlıq davam etdirildi.
29 dekabr 1998-ci ildə Azərbaycanda ilk dəfə olaraq
kitabxana-informasiya fəaliyyəti sahəsində “Kitabxana işi
haq qında” Qanun qəbul olundu. Qanun Azərbaycan döv -
lətinin kitabxanaların beynəlxalq əlaqələrinə müna sibə tini
or taya qoydu, dünya informasiya məkanına hərtərəfli inteq -
rasiyanı təşviq etdiyini bir daha təsdiq etdi. Sənədin “Kitabx-
ana işi sahəsində beynəlxalq əməkdaşlıq” adlanan 33-cü
maddəsində deyilir: “Kitabxana işi sahəsində beynəlxalq
əmək daşlıq Azərbaycan Respublikasının tərəfdar çıxdığı
dövlətlərarası müqavilələr əsasında həyata keçirilir. Kitabx-
analar və kitabxana işi sahəsində ictimai birliklər beynəlxalq
kitabxana təşkilatları, xarici ölkələrin kitabxanaları və kitabx-
ana işi sahəsində ictimai birlikləri ilə əməkdaşlıq edə bilərlər”.
1999-2000-ci illər Mərkəzi Elmi Kitabxananın tarixin -
də ənənəvi proseslərin avtomatlaşdırılması ilə yadda qaldı.
Elektron kitabxana və elektron kataloqların yaradılmasına,
oxuculara İnternet üzərindən xidmətlərin göstərilməsinə,
beynəlxalq yazışmaların əsasən elektron poçt vasitəsilə
həyata keçirilməsinə başlandı.
Bu illərdə Mərkəzi Elmi Kitabxana 65 ölkənin 600 elm
və təhsil müəssisəsi, nəşriyyatı ilə əlaqədə idi. Kitabxananın
ən aktiv partnyorları ABŞ, Rusiya, Fransa, Böyük Britaniya,
Kanada, Almaniya, İtaliya, Türkiyə, İsveç, Yaponiya və Av -
stri yanın kitabxanaları və universitetləri idilər. 1990-2000-
ELMİ-MƏDƏNİ İNTEQRASİYA
151
ci illər ərzində Kitabxana bu və digər partnyorları ilə 50 min
nüsxəlik kitab və jurnal mübadiləsi həyata keçirmişdi. O
dövrdə Kitabxananın 600 minlik dövri nəşrlər fondunun 450
minini xarici elmi jurnallar təşkil edirdi. 2000-ci ildə 4 min
oxucu 20 min xarici elmi jurnala müraciət etmişdi. Burada
xüsusi olaraq bir məqamı vurğulamalıyıq ki, əgər 90-cı illərdə
oxucular əsasən dəqiq elmlər üzrə jurnallarla maraq lanır dı -
larsa, 2000-ci ildən etibarən iqtisadiyyat, hüquq, tarix, bey -
nəl xalq əlaqələr və digər ictimai-siyasi elmlər üzrə xarici
nəşr lərə maraq artmışdı. Bu isə, Azərbaycan Respublikasının
xarici ölkələrlə iqtisadi, siyasi, elmi və mədəni əlaqələrinin
genişlənməsi ilə izah olunmalıdır.
2001-ci ildə Kitabxana Avrasiya Kitabxanalar Assam -
ble yası, Türkdilli Dövlətlərin Kitabxanaları Assosiasiyası, Za-
qafqaziya İnformasiya Mütəxəssisləri Assosiasiyası kimi bir
sıra beynəlxalq təşkilatlara üzv qəbul edildi. Həmin il Al ma -
niyanın Hannover Universitetinin Kitabxanası və Alman
Geo loji Cəmiyyəti ilə əlaqələr quruldu, intensiv kitab və in -
formasiya mübadiləsinə start verildi. 2001-ci ildə Mərkəzi
Elmi Kitabxananın dəvəti ilə Bakıya gələn amerikalı profes-
sor Robert Heyes burada “Kitabxana-informasiya xidməti -
nin avtomatlaşdırılması: təhlil və layihələşdirmə” adlı
se minar təşkil etmiş, respublikanın bir çox kitabxanaçıları
ser tifikatlara layiq görülmüşdülər. Bundan başqa həmin il,
ayrı-ayrı vaxtlarda Rusiya Kitab Palatasının nümayəndələri
və IFLA-nın Şərqi Avropa və MDB üzrə “Mühafizə və bərpa”
proqramının direktoru Q.Kislovskaya Mərkəzi Elmi Kitabx-
BEYNƏLXALQ İNFORMASİYA MÜHİTİ
152
anada olmuş və burada aparıcı kitabxanaların iştirakı ilə “Ki -
tabxana, arxiv və muzeylərin konservasiyası” adlı müşa vi rə
və “Bərpa təcrübəsi” adlı seminar təşkil etmişlər. Semi na rın
nəticələrinə görə Mərkəzi Elmi Kitabxananın kon servasiya
üzrə əməkdaşı A.Rəsulov qalib seçilmiş və hə min il Mos -
kvada Rusiya və Avstriyanın birgə təşkil etdiyi “Bərpa işi”
adlı beynəlxalq seminarda Kitabxananı uğurla təmsil et -
mişdir.
2001-ci il Mərkəzi Elmi Kitabxananın beynəlxalq əla -
qələrində həm də onunla yadda qalıb ki, məhz o dövrdən eti -
barən dünyada nəşr olunan 4 mindən artıq elmi jurnal kağız
variantda nəşrini dayandıraraq, ABŞ-ın EBSCO adlı elmi
mə lumat bazası vasitəsilə İnternet üzərindən yayıma başla -
yıb. Həmin jurnalların arasında Mərkəzi Elmi Kitabxananın
beynəlxalq kitab mübadiləsi yolu ilə, başqa sözlə pulsuz əldə
etdiyi jurnallar da olduğundan, bu proses xarici ədəbiyyatın
komplektləşdirilməsi işinə mənfi təsir etdi. Sonrakı illərdə
də bu prosesin davam etməsi Mərkəzi Elmi Kitabxananın
komplektləşdirmə siyasətinə dəyişikliklər etməsi ilə yadda
qaldı və hər fürsətdə Kitabxana Elmlər Akademiyasının
rəhbərliyi qarşısında pullu komplektləşdirmə üçün ayrılan
vəsaitin artırılması tələbi ilə çıxış etməyə başladı. Çünki, əks
təqdirdə oxucuları maraqlandıran elmi ədəbiyyatın əldə
olunması mümkün deyildi. Məsələ tezliklə həllini tapsa da,
maliyyə çatışmazlığı bugün də özünü büruzə verir. İnfor-
masiya massivlərinin çoxalması, xarici nəşrlərə olan maraq
və tələbatın artması fonunda bütün bunlar başadüşüləndir.
ELMİ-MƏDƏNİ İNTEQRASİYA
153
2002-ci ildə ABŞ-ın Pensilvaniya ştatından olan antro -
po logiya üzrə professor Brus Qrant, Kaliforniya ştatı Los-
Anceles Şəhər Kitabxanasının əməkdaşı, şərqşünas alim,
bib lioqraf, Kaliforniya kitabxanalararası Koordinasiya Mər -
kəzinin prezidenti David Hirş, Almaniyanın Martin Lüter
Universitetinin əməkdaşı doktor Adam Folker Kitabxananın
qonağı olmuşlar.
Müəllif təhsilinin bir hissəsini Fransanın Strasburq
şəhərində yerləşən Mark Blok Universitetində aldığı üçün
hələ 90-cı illərin sonlarından etibarən kitabxanaçılıq sahə -
sin də Fransa ilə Azərbaycan arasında elmi-mədəni əlaqələrin
qurul ması üçün müəyyən işlər görmüş, Fransa kitabxana la -
rını ziyarət edərək Mərkəzi Elmi Kitabxana ilə əməkdaşlıq
im kanlarını araşdırmış, dəfələrlə həmin kitabxanalara Azər -
bay can tarixinə, ədəbiyyatına aid nəşrlər hədiyyə etmişdir.
Təhsilini başa vurduqan sonra Fransanın ölkəmizdəki səfirli -
yi ilə sıx əməkdaşlıq etməyə başlamış və 2002-ci ildə Mərkəzi
Elmi Kitabxanada hazırda rəhbəri olduğu “Azərbaycan-
Fransa elmi-mədəni əlaqələr” bölməsinin yaradılmasına nail
olmuşdur.
Açılışında Fransanın Azərbaycandakı səfiri Şantal Pu -
a renin iştirak etdiyi bölmə Fransa səfirliyi tərəfində kom pyu -
ter, audiovizual materialların nümayişi texnologiyası təchiz
edil miş və fransız ədəbiyyatı ilə maraqlanan oxucuların isti -
fadəsinə verilmişdi. Hazırda Kitabxana Fransa, frankofon
ölkələr və Benelüks ilə məhz bu bölmə vasitəsilə beynəlxalq
əlaqələr qurur.
BEYNƏLXALQ İNFORMASİYA MÜHİTİ
154
2002-ci ildə Azərbaycan Milli Elmlər Akademiyasında
keçirilən struktur dəyişiklikləri ilə əlaqədar olaraq Mərkəzi
Elmi Kitabxananın müdiriyyətinin qərarı ilə “Xarici ədə biy -
yatın komplektləşdirilməsi və beynəlxalq kitab mübadiləsi
şöbəsi”nin apardığı iş növləri genişləndirildi. Şöbənin adı
dəyişilərək “Qərbi Avropa ədəbiyyatı şöbəsi” adlanmış,
şöbəyə əlavə olaraq Qərbi Avropa dillərində daxil olan ədə -
biyyatın elektron kataloqlaşdırılması işi əlavə olundu.
2003-cü ilin may ayında Mərkəzi Elmi Kitabxanada
Azərbaycan Avropa Ədəbi-Mədəni Əlaqələr Mərkəzi ilə
birlikdə Respublika gününə həsr olunmuş “Azərbaycan ədə -
biy yatının Qərb əlaqələri” mövzusunda elmi-nəzəri konfrans
təş kil olundu. Həmin il 10 minə yaxın xarici ədəbiyyat əldə
edil mişdi ki, onun da 4228 nüsxəsi beynəlxalq kitab mü ba -
diləsi vasitəsilə daxil olmuşdu. Kitabxana Şərq ölkə lə rinə
697, qərbi Avropa ölkələrinə 1415, MDB ölkələrinə isə 238
nüsxə ədəbiyyat göndərmişdi. 2003-cü ildə Mərkəzi El mi
Kitabxananın xarici ədəbiyyat fondunun zənginləş diril mə si
baxımından əhəmiyyətli illərdən biri idi. Alman Təd qi qat
Cəmiyyəti uzun illərdən bəri mövcud olan əməkdaşlıq sayə -
sin də həmin il alman kimyaçısı Leopold Qmelinin (1788-
1853) 734 cildlik məşhur “Kimya məlumat kitabı” Mərkəzi
El mi Kitabxanaya hədiyyə olunmuş və külliyyatın geniş
sərgisi təşkil edilmişdi.
2003-cü ildə Mərkəzi Elmi Kitabxananın qonağı olan
Türkiyədən prof. A.Y.Akpinar, doktor Fatma Akpınar, dosent
Dilek Erenoğlu, Amerikadan antropologiya üzrə professor
ELMİ-MƏDƏNİ İNTEQRASİYA
155
Bryus Qrant və b. Kitabxanaya dəyərli kitablar hədiyyə et -
mişdilər.
Əvvəlki illərdə olduğu kimi, 2003-cü ildə də Kitabxana
Azərbaycanda fəaliyyət göstərən xarici ölkə səfirlikləri - ABŞ,
Fransa, Almaniya, Türkiyə, İran, Misir və Səudiyyə Ərəbista -
nı Krallığının ölkəmizdəki təmsilçilikləri ilə işgüzar əlaqələr
yaratmış, beynəlxalq əməkdaşlıq sahəsində imkanlarını
ge nişləndirməyə nail olmuşdu. Məsələn, ABŞ səfirliyinin
nəz dində fəaliyyət göstərən Təhsil Mərkəzi ilə yaranan sıx
əlaqələr sayəsində Kitabxanaya müxtəlif elm sahələrinə dair
kitablar hədiyyə edilmişdi.
2003-cü ildə Kitabxananı ziyarət edən əcnəbi alimlər -
dən biri də alman əsilli Fransa vətəndaşı Rolf Stürmer idi.
Tanınmış alimin ziyarət səbəbi Mərkəzi Elmi Kitabxanada
Azər baycan mühacir ədəbiyyatının görkəmli nümayəndəsi
Ümmülbanu Əsədullayevanın (Banin) həyat və yaradıcılığı -
na həsr olunmuş tədbirdə iştirak etmək idi.
2004-cü ildə Kitabxana EİFL Beynəlxalq Birliyinin üz -
vü olan Azərbaycan Kitabxana İnformasiya Konsorsiumuna
daxil oldu və EBSCO verilənlər bazasından istifadə hüququ
qazandı; İnternet vasitəsilə və informasiya daşıyıcılarında
7000 adda xarici tammətnli elmi jurnal oxucuların ixtiyarına
verildi.
2005-ci ildə Kitabxana beynəlxalq əlaqələrini genişlən -
dir mək və möhkəmləndirmək məqsədilə yeni partnyorlarla
əlaqə qurmuş, ədəbiyyat qıtlığı, nəşrlərin müntəzəm daxil
olmaması nəticəsində pozulmuş mübadilə əməliyyatlarının
BEYNƏLXALQ İNFORMASİYA MÜHİTİ
156
bərpa edilməsinə nail ola bilmişdi. İl ərzində xarici 600-ə
yaxın xarici elm və təhsil müəssisəsinə əməkdaşlıq məktubu
göndərilmiş, ABŞ, İsveçrə, İtaliya, Yaponiya, Bolqarıstan, Al-
maniya, Türkiyə, İran, Misir, Suriya, Küveyt, Səudiyyə
Ərəbistan Krallığı, Birləşmiş Ərəb Əmirlikləri, MDB döv lət -
ləri və digər ölkələrin akademiyaları, elmi-tədqiqatlar ins ti -
tutları, kitabxana və informasiya təşkilatları, cəmiyyətləri və
assosiasiyaları, ali təhsil müəssisələri, nəşriyyat, redaksiya,
ayrı-ayrı elm və mədəniyyət xadimləri ilə yeni əlaqələr yara -
dılmış, ədəbiyyat və informasiya mübadiləsi aparılmışdı.
İl ərzində 61-ə yaxın dövlətin 622 təşkilatı ilə əlaqə sax -
layan Kitabxana 2005-ci ildə beynəlxalq kitab mübadiləsi
vasitəsilə 3111 nüsxə ədəbiyyat almış, Şərq ölkələrinə 307
nüsxə, Qərbi Avropa ölkələrinə 720 nüsxə, MDB ölkələrinə
isə 1178 nüsxə ədəbiyyat göndərmişdi.
2000-ci illərdən etibarən Mərkəzi Elmi Kitabxananın
Şərq ölkələri ilə əməkdaşlıq əlaqələri nəzərəçarpacaq də rə -
cə də artmış və oxucuların şərq dillərində ədəbiyyatla tə mi -
natında ciddi irəliləyişlərə nail olunmuşdu. O cümlədən,
2005-ci ildə İranın ölkəmizdəki səfirliyinin yaxından iştirakı
ilə Kitabxanada “Azərbaycan -İran elmi-mədəni əlaqələr” zalı
açılmışdı. Məqsəd hər iki ölkənin alimləri arasında elmi-
mədəni əlaqələri daha da inkişaf etdirmək, əldə olunmuş
elmi nəticələri, nailiyyətləri bölüşmək və təbliğ etmək idi.
Zalın açılışı və bunun nəticəsində yeni ədəbiyyatın əldə
olunması, kitabxananın zəngin Şərq ədəbiyyatı fondunu bir
qədər də zənginləşdirdi. Məhsəti Gəncəvinin “Divan”ı, Əfzə -
ELMİ-MƏDƏNİ İNTEQRASİYA
157
ləd din Xaqaninin “Divan”ı, Şəhriyarın külliyyatı, Tərbiyətin
“Daneşməndane-Azərbaycan”, Xacə Nəsirəddin Tusinin ri -
salələri, Nizami Gəncəvinin “Xəmsə”si, o cümlədən bu əsərin
Bombey nüsxəsi, Hüseyn ibn Xələf Bürhan Təbrizinin 5 cild-
lik “Burhane qate”, Müdərrisin 8 cildlik “Reyanətül ədəb”,
Ələkbər Dehxodanın “Lüğətnamə”si, Rəhim Rəisniyanın
Ü.Ha cıbəyovun həyat və yaradıcılığından bəhs edən “Üzeyir
Hacıbəyov və iki inqilab”, Caminin “Divan”ı, Molla Fətullah
Kaşaninin Quranı təfsir edən 5 cildlik “Minhacül Sadiqin”
əsərləri kimi yüzlərlə qiymətli nəşri olan Şərq ədəbiyyatı
fondu bu kimi tədbirlər nəticəsində elmi tədqiqatların hər -
tə rəfli şəkildə aparılması üçün daha geniş imkanlar əldə etmiş
oldu.
2006-cı ildə Mərkəzi Elmi Kitabxana artıq 65 dövlətin
612 təşkilatı ilə əlaqə saxlayaraq ədəbiyyat və informasiya
mübadiləsi aparırdı. Həmin il beynəlxalq kitab mübadiləsi
vasitəsilə 4010 nüsxə ədəbiyyat alınmışdı. Eyni zamanda
Şərq ölkələrinə 330 nüsxə, Qərbi Avropa ölkələrinə 914
nüsxə, MDB ölkələrinə isə 1514 nüsxə ədəbiyyat gön də ril -
mişdi.
2007-ci ili digər Azərbaycan kitabxanaları kimi Mərkəzi
Elmi Kitabxananın da beynəlxalq əlaqələrində inkişaf dövrü
kimi səciyyələndirmək olar. Belə ki, həmin il Kitabxananın
beynəlxalq səviyyədə gərgin fəaliyyəti nəticəsində 72 döv -
lətin 571 elm və təhsil müəssisəsi ilə etibarlı əməkdaşlıq
əlaqələri davam etdirilirdi. 2007-cı ildə Kitabxana Çin və
Norveç Milli Kitabxanaları ilə ilk dəfə kitab və informasiya
BEYNƏLXALQ İNFORMASİYA MÜHİTİ
158
mübadiləsi prosesinə başladı. İl ərzində fonda daxil olan
12040 nüsxə xarici ədəbiyyatın 4073 nüsxəsi beynəlxalq
kitab mübadiləsi vasitəsilə əldə edilmişdi. Eyni zamanda,
Şərq ölkələrinə 666 nüsxə, Qərbi Avropa ölkələrinə 344 nüs -
xə, MDB ölkələrinə 724 nüsxə ədəbiyyat göndərilmişdi.
Beynəlxalq informasiya mühitinin aktorlarından biri
kimi Mərkəzi Elmi Kitabxananın daim diqqət yetirdiyi mə -
qam lardan biri də Azərbaycan alimlərinin xaricdə nəşr olun -
muş kitablarının əldə olunaraq oxuculara təqdim edilməsidir.
Məsələn, 2007-ci ildə Kitabxana akademik Tofiq Nağıyevin
Elsevier nəşriyyatında çap olunmuş “Coherent synchronized
oxidation reactions by hydrogen peroxide”, akademik Tel-
man Əliyevin Şpringer nəşriyyatından çap olunmuş “Robust
technology with analysis of interference in signal processing”
və “Digital noise monitoring of defect origin” adlı kitablarını
əldə etmişdi.
2008-ci ildə Kitabxana 77 dövlətin 595 təşkilatı ilə mü -
ba dilə aparırdı. Həmin il Almaniya Xarici İşlər Nazirliyi,
Alman Tədqiqat Mərkəzi və Höte İnstitutunun “İnsanlar və
kitablar” adlı birgə layihəsi çərçivəsində Kitabxanaya ümu -
mi likdə, 15000 avro dəyərində ədəbiyyat hədiyyə olunmuş -
du. O dövrdə Almaniyanın Azərbaycandakı səfiri Pyer
Kris tofer Stankina və Kitabxananın direktoru filologiya üzrə
elmlər doktoru A.Əliyeva-Kəngərlinin imzaladığı niyyət pro-
tokoluna görə Kitabxana ilə səfirlik birgə, qarşılıqlı şəkildə
ədəbiyyat təbliği aparmaqla bağlı razılıq əldə ediblər.
2009-cu ildə Mərkəzi Elmi Kitabxana Hindistanın
ELMİ-MƏDƏNİ İNTEQRASİYA
159
Deh li şəhərində yerləşən Riyaziyyat Cəmiyyəti ilə əlaqə qur -
muş və kitab mübadiləsinə başlamışdır.
O ildə də Kitabxana elmi ədəbiyyatın mübadiləsi ilə ya -
naşı, Azərbaycan həqiqətlərini xaricdə təbliğ etmək məq -
sədilə əməkdaşlıq etdiyi müəssisələrə davamlı şəkildə ingilis
di lində ədəbiyyat göndərmiş və xarici kitabxanaların fon-
dunda Azərbaycana aid ədəbiyyatın təkcə kəmiyyətcə deyil,
həm də daşıdığı informativ yük etibarilə artmasına nail ol -
muş dur. Xaricə göndərilən belə nəşrlər arasında Britaniyalı
jur nalist və yazıçı, Karneqi Beynəlxalq Sülh Fondunda təh -
lil çisi, Qafqaz, xüsusilə Qarabağ münaqişəsi üzrə mütəxəssis
Tomas de Vaalın “Black garden: Armenia and Azerbaijan
through peace and war” (Qara Bağ: Ermənistan və Azər -
baycan sülh və savaş yollarında), Polyak mənşəli amerikalı
tarixçi-alim Tadeuş Svetoçovskinin “Russian Azerbaijan,
1905-1920. The shaping of national identity in a muslim
com munity” (Rusiya Azərbaycanı, 1905-1920. Müsəlman
cə miyyətində milli kimliyin identifikasiyası), “Historical dic-
tionary of Azerbaijan” (Azərbaycanın tarix lüğəti), ABŞ
Mon tana Dövlət Universitetinin (Bozeman şəhəri) Siyasi
Elmlər Departamentin professoru Tomas Qoltsun “Azerbai-
jan diary” (Azərbaycan gündəliyi) və s. kitablar var idi.
2010-cu ildə Mərkəzi Elmi Kitabxana beynəlxalq elmi
əla qələrini inkişaf etdirmiş, nəticədə 1 yeni təşkilatla-Alma -
ni yanın Mineralogiya Cəmiyyəti ilə əməkdaşlıq barədə mü -
qa vilə bağlanmışdır. Bundan başqa, həmin il Mərkəzi Elmi
Ki tabxana “Elektron Kitabxanalar və Yeni İnformasiya Tex -
BEYNƏLXALQ İNFORMASİYA MÜHİTİ
160
nologiyalarının İstehsalçıları və İstifadəçiləri” Beynəlxalq
Assosiasiyasının üzvü seçilmişdir.
Kitabxana beynəlxalq səviyyədə uğur əldə etməklə ya -
naşı, həmin il bir sıra problemlərlə də üzləşmişdir. Belə ki,
uzun illərdən bəri fəal şəkildə AMEA MEK ilə əməkdaşlıq
edən Los-Ancelesdəki Kalifor niya Uni versiteti birdən-birə
bey nəlxalq kitab və informa si ya mübadiləsi normalarına
zidd olaraq, əlaqələri da yandırmış, də fələrlə onlara gön -
dərilən reklamasiya və məktublara bax ma yaraq, bir müddət
müvafiq öhdəlikləri yerinə ye tir məkdən yayınmışdılar. Yal -
nız, həmin Universitetin Slav yan, Şərqi Avropa və Avrasiya
Araşdırmaları bölməsi üzrə mütəxəssisi Liladhar Pendsenin
Mərkəzi Elmi Kitabxananı ziyarətindən sonra məlum
olmuşdur ki, Uni versitetdə “Er mə nistan tarixi və ədəbiyyatı”
bölməsi möv cuddur və böl məyə rəhbərlik edən erməni alim
Ki tabxananın Kaliforniya Uni versiteti ilə həyata keçirdiyi
mübadilə prosesinə hər vəch lə maneçilik törədir. Həmin
vaxt Mərkəzi Elmi Kitab xa nanın bu barədə Kaliforniya Uni-
versitetinin rəhbərliyini məlumatlandırması nəticəsində
bugün artıq ikitərəfli əmək daş lıq davam edir.
2011-ci ildə Mərkəzi Elmi Kitabxana Polşanın Arxeo -
logiya və Etnoqrafiya İnstitutu ilə beynəlxalq kitab və infor-
masiya mübadiləsi haqqında razılığa gəlmişdir.
Miçiqan Universitetinin Kitabxanası, Kaliforniya Uni-
versiteti, İllinoys Universitetinin Kitabxanası və ABŞ-ın digər
elmi təşkilatlarından dəyərli nəşrlər əldə edilmişdir. Bununla
ya naşı, İngiltərənin London Coğrafiya İnstitutu, Asiya Cə -
ELMİ-MƏDƏNİ İNTEQRASİYA
161
miy yəti, Britaniya Muzeyi, Paris Milli Kitabxanası, Hamburq
Zoologiya İnstitutu, Yaponiya Zəlzələləri Araşdırma İnsti-
tutu, Tokio Riyaziyyat İnstitutunun Kitabxanası və digərləri
ilə kitab mübadiləsi 2011-ci ildə müvəffəqiyyətlə həyata ke -
çirilmişdi.
Bolqarıstan Elmlər Akademiyası, “Müqəddəs Kliment
Ohridski” adına Sofiya Universitetinin Kitabxanası, Ma ca -
rıs tan Elmlər Akademiyasının Kitabxanası, Polşa Akade mi -
yasının Riyaziyyat İnstitutu, Rumıniya Akademiyasının
Kitabxanası, Çexiya Elmlər Akademiyası Kitabxanası, Bos -
ni ya və Herseqovinada Sarayevo Elmlər Akademiyası, Bel -
qrad Riyaziyyat İnstitutunun Kitabxanası ilə olan qarşılıqlı
münasibətlər 2011-ci ildə xüsusi əhəmiyyət kəsb etmişdir.
2011-ci il sentyabr ayının 14-də Çexiya Milli Kitabxanasının
direktoru Tomaş Bohm və Tarix Muzeyinin direktoru Maykl
Lukeş Mərkəzi Elmi Kitabxananın qonağı olmuş, kitab xana -
lararası əməkdaşlığın bir sıra məsələləri müzakirə edilmiş,
Azər baycan-Çexiya arasındakı elmi, mədəni və siyasi əla qə -
ləri əks etdirən sərgi ilə tanış olmuşlar.
Həmin il uzun müddət Mərkəzi Elmi Kitabxana ilə
əmək daşlıq etmiş, görkəmli türkoloq, Macarıstan Elmlər
Akademiyası Türkoloji Araşdırmalar İnstitutunun direktoru,
akademik Georq Xazai, Türkiyə Qafqaz Universitetlər Bir-
liyinin sədri, professor Ramazan Qorxmaz AMEA-nın vitse-
prezidenti, Nizami adına Ədəbiyyat İnstitutunun direktoru,
akademik İsa Həbibbəylinin müşayiəti ilə Kitabxananı zi -
yarət etmiş, G.Xazai özü ilə Azərbaycana gətirdiyi şəxsi kitab -
BEYNƏLXALQ İNFORMASİYA MÜHİTİ
162
xanasını fonda hədiyyə etmişdir.
2012-ci il Mərkəzi Elmi Kitabxananın beynəlxalq elmi
əlaqələr tarixində özünəməxsus yer tutur. Belə ki, məhz
2012-ci ildə Mərkəzi Elmi Kitabxana bir neçə illik karantin
dövründən sonra Avropa Şurası yanında Elmi Kitabxanalar
Assosiasiyasına tamhüquqlu üzvlüyə qəbul edilib. Baş qərar -
gahı Haaqa şəhərində yerləşən Avropa Elmi Kitabxanalar
Assosiasiyası 1971-ci ildə Avropa Şurasının qərarı ilə yara -
dı lıb və Avropada elmi kitabxanaları birləşdirən yeganə döv -
lət qurumudur. AMEA Mərkəzi Elmi Kitabxanasının
Azər baycanda fəaliyyət göstərən kitabxanalar arasında bu
təşkilata üzv olan ilk və yeganə kitabxana olması xüsusilə
vurğulanmalıdır.
Mərkəzi Elmi Kitabxana beynəlxalq informasiya mü -
na sibətlərinin, qlobal informasiya cəmiyyətinin kiçik bir par -
çası, aktoru kimi bu gün də öz fəaliyyətlərini uğurla davam
etdirir və yeni əməkdaşlıq imkanları axtarır. 2013-cü ilin
göstəricilərinə görə 80 dövlətin 1000-ə yaxın elm və təhsil
müəssisəsi ilə əməkdaşlıq edən Kitabxana həmişə olduğu
kimi, indi də respublikada beynəlxalq kitab mübadiləsi mər -
kəzi olaraq qalır. 5 milyon fonda malik Mərkəzi Elmi Kitabx-
anada 1 milyondan artıq xarici dillərdə ədəbiyyatın mühafizə
edilməsi bu müəssisənin beynəlxalq fəaliyyətinin miqya -
sından xəbər verir.
Mərkəzi Elmi Kitabxanada uzun illərin gərgin əməyi
nəticəsində toplanan, qorunan bu əvəzolunmaz elm xəzinəsi
dəfələrlə kənar fiziki təsirlərə məruz qalsa da, son təmirdən
ELMİ-MƏDƏNİ İNTEQRASİYA
163
öncə Elmlər Akademiyasının zirzəmisinə qədər nüfuz etmiş
yağış suları ilə zədələnsə də, əməkdaşların yüksək peşəkarlığı
nəticəsində günümüzə qədər mühafizə edilmiş, saxlanmışdır.
Kitabxanada “Şərq ədəbiyyatı fondu” ilə yanaşı bu fəaliyyətin
əsas kuratoru və bazası hesab edilən “Qərbi Avropa dil lə -
rində ədəbiyyat fondu”nda XV-XVIII əsrlərin nəşrləri, Kant
və Volterin külliyyatları, Yunanıstan, Roma, Bizans dövrünə
aid antik ədəbiyyat nümunələri, Qərbi Avropa klassiklərinin
əsərləri, Rafaelin dünyanın incəsənət ocaqlarında mühafizə
olu nan əsərlərinin çoxcildli reproduksiyaları (XIX əsrin
fransız və alman nəşrləri), 1854-cü ildən başlayaraq indiyə
qədər Fransa Elmlər Akademiyasının dövri mətbuat kom -
plekt ləri, 1892-ci ildə çap olunmuş “Priroda” jurnalının
İngiltərə nəşri, görkəmli alimlərindən, E.A. Belyayevin,
E.Bertelsin, V.H.Zaxoderin, F.A.Paxomovun, Z.Üseynovun
unikal şəxsi kolleksiyaları və s. çox qiymətli və əvəzsiz mate-
riallar bugün də istifadəyə yararlı və təhlükəsiz şəkildə mü -
hafizə edilir. Yaxud da, Qərbi Avropa ədəbiyyatı şöbə sinin
1968-ci ildən Qərbi Avropa dillərində Azərbaycan alim və
mütəxəssislərinin, görkəmli mədəniyyət xadimlərinin xarici
ölkələrdə çap olunmuş əsərlərini və respublikamız haqqında
kitab və məqalələrini əks etdirən “Azərbaycan xaricdə” adlı
kartotekanı bugün də aparması, Mərkəzi Elmi Kitabxananın
beynəlxalq elmi əlaqələr, kitab və informasiya mübadiləsi
sahəsində əldə olunan təcrübə və ənənəyə sadiqliyini nü -
mayiş etdirir.
BEYNƏLXALQ İNFORMASİYA MÜHİTİ
164
Müstəqillik dövrünün informasiya mühiti kitabxanalar,
o cümlədən Mərkəzi Elmi Kitabxana tərəfindən beynəlxalq
kitab mübadiləsi müstəvisində əldə etdiklərini yalnız qo ru -
yub saxlamaqla deyil, həm də bu ənənələri inkişaf et dir məklə
səciyyəvidir. Bu dövr həm də Azərbaycan döv lətinin kitab -
xa naların beynəlxalq əlaqələrinə, onun inkişafına ən yüksək
səviyyədə diqqət ayırmağa başladığı dövrdür.
Ümummilli lider Heydər Əliyevin kitabxanalara gös -
tər diyi diqqəti müqabilində yenidən dirçəlmiş Azər bay can
ki tabxanaları və onların beynəlxalq əlaqələri, Prezident cə -
nab İlham Əliyevin kitabxana işi sahəsinə qayğısı sayəsində
bu gün də durmadan inkişaf etməkdədir. Prezidentin kitab -
xa naların inkişafı ilə bağlı təsdiq etdiyi Dövlət Proqramının
məqsəd və vəzifələrinə kitabxana işi sahəsində köklü isla hat -
ların aparılması, kitabxana–informasiya resurslarının dünya
mə kanına inteqrasiyasının təmin edilməsi, beynəlxalq təcrü -
bə nin öyrənilməsi və tətbiqi kimi ümdə məsələlərin daxil
edilməsi çox ciddi yanaşmanın nəticəsidir.
Dövlət Proqramının icrasının əsas istiqamətləri sırasın -
da kitabxanaların beynəlxalq əlaqələrinin inkişafı, genişlən -
di rilməsi və beynəlxalq tədbirlərin təşkili; dünya informasiya
sistemlərində Azərbaycan kitabxana resurslarının təbliği və
beynəlxalq informasiya mübadiləsinin həyata keçirilməsi
pri oritet olaraq müəyyən edilmişdir. Bu mənada, 2008-
2013-cü illər üzrə birinci mərhələsi yekunlaşmış Dövlət
Proqramından irəli gələrək Azərbaycan kitabxanaçılarının
iştirakı ilə:
ELMİ-MƏDƏNİ İNTEQRASİYA
165
- Ölkəşünaslığa (Azərbaycanşünaslığa) dair Rusiya
Döv lət Kitabxanasında, Rusiya Milli Kitabxanasında, Kazan,
Tbi lisi şəhər və digər milli kitabxanalarda saxlanılan ədəbiy -
ya tın (o cümlədən dövrü mətbuatın) müəyyənləşdirilməsi
və onların çatışmayan nüsxələrinin Azərbaycan Respub li ka -
sına gətirilməsi məqsədi ilə layihələrin həyata keçirilməsi;
-Azərbaycanın kitab mədəniyyətinin qorunması və
dün yaya tanıdılması məqsədi ilə layihələrin həyata keçiril -
mə si;
- Azərbaycanın elektron kitabxanaları üçün Rusiyanın
LİBNET Mərkəzindən rus və digər xarici dillərdə olan yeni
ədəbiyyatların biblioqrafik təsvirlərinin alınması;
- Azərbaycan kitabxanalarının dünyanın ən böyük
kitabxanalarının məlumat bazalarına daxil olmasının və
onların resurslarından istifadənin təmin edilməsi;
- Dünyanın böyük kitabxana mərkəzlərində saxlanılan
diyarşünaslıq (ölkəşünaslıq) xarakterli qiymətli və nadir
kitabların (əsli, yaxud surəti və elektron variantı) “Heydər
Əli yev Mərkəzi”ndə toplanması ilə bağlı zəruri tədbirlərin
təşkili;
- İslam Konfransı Təşkilatı dövlətlərinin kitabxanaları
ilə informasiya mübadiləsinin həyata keçirilməsi;
- YUNESKO-nun “İnformasiya hamı üçün” Proq ra -
mının Azərbaycan komitəsinin təşkili;
- Ümummilli lider Heydər Əliyevin anadan olmasının
90 illik yubileyi ilə əlaqədar “Heydər Əliyev Mərkəzi-Milli
yad daşımızın Mərkəzidir” mövzusunda Bakıda kitab xa na çı -
BEYNƏLXALQ İNFORMASİYA MÜHİTİ
166
la rın beynəlxalq simpoziumunun təşkili və həyata keçirilmiş
bu kimi sair fəaliyyətlər beynəlxalq əməkdaşlıq imkanlarının
genişlənməsinə, təcrübə mübadiləsinə öz töhfəsini vermişdir.
Göründüyü kimi, sadalanan məsələlər arasında Azər -
bay canın kitab mədəniyyətinin qorunması və dünyaya ta nı -
dılması məqsədi ilə layihələrin həyata keçirilməsi də yer
al mışdır. Milli kitab mədəniyyətinin təbliği, milli çap məh -
sulunun xarici bazarlara çıxarılması və üçün kitabxana və
nəşriyyat fəaliyyətinin ayrılmaz tərkib hissələrindən olan
sərgi-konfrans tədbirləri xüsusi əhəmiyyət kəsb edir.
Monoqrafiyanın növbəti bölmələrində bu xüsusatlar
təh lil edilir, Azərbaycan ki tab xanalarının, o cümlədən Mər -
kəzi Elmi Kitabxananın müvafiq sahədə əldə etdiyi təc rü bə -
lər müəyyənləşdirilir.
ELMİ-MƏDƏNİ İNTEQRASİYA
167
ELMİ-MƏDƏNİ İNTEQRASİYA:
TARİXİ VƏ ELMİ-TƏŞKİLATİ ASPEKT
II
Dünya müharibəsindən sonra dövlətlər arasında
inteqrasiya, qloballaşma meylləri güclənməyə
baş lasa da, milli identiklik ümumun içində itib-batmadı, ək -
si nə, milli-mədəni irsin qarşılıqlı təqdimatı, elmi-mədəni
resursların sivil cəmiyyətə məxsus ali dəyər kimi təbliği, məq -
sədli nümayişi öz aktuallığını, ideoloji missiyasını qoruyub
sax ladı. Bu baxımdan, kitab-tarixin bütün dövr lə rin də top -
lanması, mühafizəsi, ötürülməsi mümkün olmuş informasiya
yükünün daşıyıcısı kimi milli irsin, milli yaddaşın müxtəlif
xalqlar, millətlər arasında yayılması üçün ən uzunömürlü və
etibarlı təbliğat vasitəsidir.
Milli-mədəni irsin informasiya daşıyıcısı rolunda çıxış
edən kitabların başlıca təbliğat arealı isə kitabın satış və
yaxud sadəcə nümayiş üçün sərgiləndiyi məkanlardır. Əl-bət -
tə, terminoloji təhlilə varmasaq, istər kitab sərgiləri, istərsə
də kitab bazarları, kitab yarmarkaları, kitab salonları, kitab
pasajları mahiyyət etibarilə, kitabın təbliği üçün düşünülmüş
vasitələrdir. Sadəcə, kitab sərgiləri istisna olmaqla, digər
vasitələrin kitab satışının aktivləşməsinə, başqa sözlə, iqtisadi
BEYNƏLXALQ İNFORMASİYA MÜHİTİ
168
maraqların təmin olunmasına xidmət etməsi, hələ onları
bizim maraq və tədqiqat çevrəmizdən çıxarmır. Və hələlik
kitab sərgiləri kitab əmtəəşünaslığının predmeti olan həmin
mexanizmlərdən fərqli olaraq, eyni zamanda, mədəni və tex -
niki tərəqqinin təcəssüm olunduğu yeganə informasiya mü -
badiləsi məkanı olaraq qalır. Beynəlxalq kitab sərgiləri isə
həm beynəlxalq elmi-mədəni əlaqələrin inki şa fı nı təmin et -
mək, həm kitab çapı sahəsində baş verən də yi şik likləri iz -
ləmək, həm də, ən başlıcası ayrı-ayrı milli mə dəniyyətləri,
milli elmi-texniki uğurları təbliğ etmək üçün çox vacib sosial
forumlardan biridir. Təsadüfi deyil ki, bugün dünyada 300-
dən artıq daimi beynəlxalq kitab sərgisi keçirilir.
Mədəni əməkdaşlığın geniş yayılmış formalarından biri
kimi kitab sərgi və yarmarkalarının tarixi qədimdir. Qutten-
berqin kitab çapını ixtira etməsi nəticəsində, XV əsrin ikinci
ya rısında Almaniyanın Frankfurt şəhəri və ona yaxın əra zi -
lər də və Leypsiq kimi başqa iri şəhərlərdə kitab yar mar ka la -
rının keçirilməsi məsələsi aktuallaşmağa başladı. Və dünyada
ilk dəfə 1473-cü ildə, Frankfurtda bir neçə dövlətin kitab
əmtəəşünaslarının təşəbbüsü ilə yarmarka təşkil olundu.
Kitab sərgi və yarmarkalarının keçirilməsi sahəsində 5-
6 əsrlik tarixi təcrübəyə malik olan Avropa ölkələrindən
fərqli olaraq Azərbaycan, bu sahədə fəaliyyətə ötən əsrin 60-
cı illərindən qoşulub.
Tarixçi alim M.Qasımlı qeyd edir ki [59-60], o dövrdə
şəxsiyyətə pərəstiş sisteminin tam hökmranlığı SSRİ-ni
demək olar ki, qapalı cəmiyyətə çevirmişdi. Bu vəziyyət 60-
ELMİ-MƏDƏNİ İNTEQRASİYA
169
cı illərin ortalarına kimi davam etdi. 60-cı illərin ikinci
yarısından etibarən mədəniyyət günlərinin, dekadalarının
(ongünlüklər), aylıqlarının keçirilməsi ilə əlaqədar olaraq
kitab sərgi və yarmarkaları təşkil edilməyə başlandı. Azər -
bay canda əsasən, bədii və elmi ədəbiyyat, xaricdə isə–belə
kitablarla yanaşı təbliğat ədəbiyyatı da nümayiş etdirilirdi.
Alimin Dövlət Arxiv idarəsində, Mədəniyyət Nazir-
liyinin arxivində apardığı araşdırmalardan məlum olur ki,
hələ 1967-ci ildə Havana və Ulan-Batorda təşkil olunmuş
kitab sərgilərində Azərbaycan nəşriyyatları tərəfindən bura -
xılan 700-dən artıq kitab nümayiş etdirilmişdir. 1969-cu ildə
Varşavada Sovet Mədəniyyəti Evində Azərbaycana həsr
edilmiş illüstrasiyalı kitab sərgisi açılmışdı.
Faktlar təkcə bununla bitmir. Professor M.Qasımlı
Azərbaycan naşirlərinin beynəlxalq kitab sərgi və yarmar ka -
larında iştirakı ilə bağlı xeyli sayda məlumat toplamış və on-
lardan vahid mənbədən bəhrələnməyimiz üçün yaxşı imkan
yaratmışdır. Həmin məlumatları davam etdirərək qeyd edək
ki, 1975-ci ildə Moskvada Mərkəzi Elmi Kitabxananın da
iştirak etdiyi Beynəlxalq kitab sərgisi keçirilmişdir. 1976-cı
ildə Monqolustan Mədəniyyət günləri zamanı Bakıda MXR-
in kitab sərgisi təşkil olunmuşdur. 1977-ci ildə Avstriyada
Azərbaycanın kitab sərgisi açılmışdır. 1978-ci ildə Yapon-
Sovet dostluq aylığı çərçivəsində Yaponiyada Azərbaycan
Respublikasına həsr olunmuş səyyar sərgi təşkil edilmişdir.
1981-ci ildə Leypsiq Beynəlxalq Yarmarkasında “Beynəlxalq
kitab” vasitəsilə Azərbaycanda nəşr edilmiş 25 ən yaxşı kitab
BEYNƏLXALQ İNFORMASİYA MÜHİTİ
170
reklam olunmuşdur.
1981-ci ilin sentyabrında 60-dan çox ölkə nümayən də -
lə rinin iştirak etdiyi Moskva Beynəlxalq kitab sərgi-yarmar -
ka sına Azərbaycan Respublikası da dəvət edilmişdir. Həmin
ilin iyul ayında Bakıda Polşa və ADR kitab dekadası ke çiril -
mişdir.
1983-cü ildə respublika naşirləri, şüarı “Sülh və tərəqqi
üçün kitab” olan dördüncü Moskva Beynəlxalq kitab sərgi-
yarmarkasının təşkilində iştirak etmişlər. Oktyabr ayında isə
respublikada alman nəşriyyatçıları tərəfindən nəşr olunmuş
600-ə yaxın müxtəlif kitabın təqdim olunduğu ADR-in kitab
dekadası keçirilmişdir.
1986-cı ilin sentyabrında Frankfurt-Maynda 38-ci
Beynəlxalq kitab yarmarkasında 84 ölkənin, o cümlədən
Azərbaycanın 700-ə yaxın nəşriyyat və çap şirkəti iştirak
etmişdilər. Həmin ilin iyununda isə Bakıda ADR-in kitab
sərgisi keçirilmişdir. Həmin ildə ADR-in naşirləri tərəfindən
SSRİ-yə gətirilən ədəbiyyatın dəyəri 1,6 milyon rublu
keçirdi. Bu məbləğ isə ötən il keçirilən bu cür yarmarkanın
ticarət dövriyyəsindən xeyli çox idi.
Həmin il, ölkədə Polşa kitablarının yarmarkası da təşkil
edilmişdi. M.Qasımlı qeyd edir ki, İkinci Dünya müharibə -
sin dən sonra Polşada Azərbaycan, rus və digər ölkələrin
müəlliflərinin 12 min müxtəlif adlı kitabları polyak dilinə
tərcümə edilmişdir. 1987-ci ilin aprelində Bakıda “Slove ni -
yanın çap və kağız sənayesində kitab nəşriyyatçılarının nailiy -
yətləri” adlı sərgi keçirilmişdir. 1987-ci ildə keçirilən Moskva
ELMİ-MƏDƏNİ İNTEQRASİYA
171
Beynəlxalq kitab sərgi-yarmarkasında Azərbaycan da iştirak
etmişdir. 1988-ci ilin mayında Bakıda Çexoslovakiya naşir -
lərinin kitab sərgisi keçirilmişdir. 1989-cu ildə Azərbaycanda
xarici ölkələrin bir neçə kitab sərgisi təşkil edilmişdir.
O il, Azərbaycan Respublikası Dövlət Nəşriyyat Ko mi -
tə sinin Şərq salonunda Kuba inqilabının qələbəsinin 30 illi -
yinə həsr olunmuş Kuba kitab sərgisi keçirilmişdir.
1989-cu ildə 41-ci Beynəlxalq Frankfurt kitab yarmar -
kası təşkil olunmuşdur. İlk dəfə olaraq müstəqil ekspozisiyası
ilə həmin beynəlxalq kitab sərgisində çıxış edən Azərbaycan
Respublikasının Dövlət Nəşriyyat Komitəsi özünü maraqlı
və faydalı partnyor kimi göstərmişdir.
1990-cı ilin yanvarında Türkiyədə M.F.Axundov adına
respublika kitabxanası tərəfindən təşkil olunmuş Azərbaycan
kitablarının sərgisi keçirildi. Həmin ilin aprelində Bakıda
Macarıstan kitab dekadası keçirildi.
Bütün bu tarixi faktlar onu göstərir ki, 1960-1990-cı il -
lər də Azərbaycan kitabxana və nəşriyyatları beynəlxalq sərgi
və yarmarkaların işində fəal iştirak etmiş və müəyyən təcrübə
toplamışlar. Lakin o dövrdə Azərbaycanın Sovet İttifaqının
bir parçası kimi bu tədbirlərə qatılması əsasən, milli dəyərləri
deyil, artıq çoxdan makulaturaya çevrilmiş Sovet ideoloji
ədəbiyyatının təbliğini diqtə edirdi. Bu mənada, həmin sərgi
və yarmarkalarda iştirakı zorən təbliğat kimi də qələmə
ver mək olardı, amma nəzərə alanda ki, məhz bu kimi təd bir -
lərdə az-çox ölkəmizin, onun klassik ədəbiyyat nümu nələ -
rinin tanıdılması da mümkün olmuşdur, istər-istəməz bu 40
BEYNƏLXALQ İNFORMASİYA MÜHİTİ
172
illik təcrübəni də qənimət olaraq qəbul etmək lazım gəlir.
Müstəqilliyin ilk illərində Azərbaycan kitabxanaları
nəinki beynəlxalq sərgi və konfranslarda iştirak etməkdə,
hətta normal fəaliyyət belə göstərməkdə çətinlik çəkirdilər.
Doğ rudur, Azərbaycan artıq BMT-nin üzvi idi, lakin mü ha -
ribə baş verən bir ölkədə kitabxanaların beynəlxalq tədbir -
lər də iştirak etməsi mümkün deyildi. Buna nə müstəqil
Azər baycanın beynəlxalq əlaqələrinin səviyyəsi, nə də elm
və təhsilə ayrılan vəsaitin həcmi imkan verirdi.
Bu sahədə canlanma yalnız 1999-cu ildə-Kitabxana işi
haqqında Azərbaycan Respublikasının Qanunu qəbul olun-
duqdan sonra (Qanunun 21-ci maddəsində beynəlxalq
kitabxana təşkilatları ilə əlaqə yaratmaq, kitabxana, biblio-
qrafiya və informasiya sahəsinə keçirilən tədbirlərdə iştirak
etmək kitabxanaların hüququ kimi təsbit olunmuşdur)
müşahidə olunmağa başladı.
Əlbəttə, uzun fasilədən sonra Azərbaycan kitabxanaları
və nəşriyyatları üçün birbaşa nüfuzlu beynəlxalq konfrans və
sərgilərə yol tapmaq bir qədər çətin idi. Bu problemlə, bütün
post-sovet ölkələri üzləşmişdilər. Buna görə də, 1999-cu il
aprel ayının 18-22-də Tiflisdə Cənubi Qafqaz regional ki tab -
xana işçilərinin konfransının keçirilməsi və burada
Azərbaycan kitabxanaçılarının iştirakı (5 nəfərlə), təmsil et-
diyimiz sahənin peşəkarları üçün müstəqillik dövrünün
demək olar ki, ilk beynəlxalq kitabxana konfranslarından biri
idi.
Konfransın keçirilməsində başlıca məqsəd keçmiş
ELMİ-MƏDƏNİ İNTEQRASİYA
173
SSRİ-də, xüsusilə Cənubi Qafqazda kitabxana işinin yeni
inkişaf xəttini araşdırmaq və dünya standartlarına uyğun
olaraq yeni inkişaf istiqamətlərini müəyyənləşdirməkdən
ibarət idi.
Bundan başqa, 2001-ci ilin avqustunda Azərbaycan ki -
tabxana ictimaiyyətinin nümayəndələri ABŞ-ın Boston
şəhərində İFLA-nın 67-ci konfransında iştirak etmiş və yeni
əlaqələr yaratmağa nail olmuşdular [49].
O dövrdə Bakı Dövlət Universitetinin Kitabxanaçılıq
fakültəsinin əməkdaşları da beynəlxalq əlaqələrin qurulması,
kitabxana işi sahəsində konfrans, seminar, ixtisasartırma
kurslarında iştirak baxımından kifayət qədər aktiv idilər. Belə
ki, pedaqoji kollektivin ayrı-ayrı üzvləri Avropa Şurasının
TASİS proqramı müvafiq olaraq həyata keçirilən "Universi -
tet lərin modernləşməsi" proqramı çərçivəsində 2001-ci ilin
iyulunda Belçikanın Namur Universitetində, 2002-ci ilin
noyabrında Lion Milli Ali Kitabxanaçılıq-İnformasiya mər -
kəzində, 2003-cü ilin mayında isə Fransanın və ABŞ-ın
müxtəlif şəhərlərində yerləşən ali məktəblərdə olaraq orada
kitabxana işinin təşkili ilə yaxından tanış olmuşlar.
2004-cü il noyabr ayının 4-dən 11-dək Mərkəzi Elmi
Ki tab xananın əməkdaşı C.Cəfərovun da iştirakı ilə Azər -
baycan nümayəndə heyəti Litvaya səfər etmiş, həmin ölkədə
kitab xanaçılıq işi, kitabxana-informasiya təhsili, peşə
təşkilatlarının fəaliyyəti ilə tanış olmuş, Vilnüs Universiteti,
Litva Kitabxana Konsorsiumu və Litva Elmlər Akade miya -
sının Elmi Kitabxanasının "Avtomatlaşdırma" və "İnforma -
BEYNƏLXALQ İNFORMASİYA MÜHİTİ
174
siya sistemləri" mövzusunda keçirilən seminarında iştirak
etmişlər.
Həmin ildən etibarən Azərbaycan kitabxanalarının
bey nəlxalq elmi konfrans və kitab sərgilərində təmsil olun -
ması daha da intensivləşmiş və bir sıra uğurlu beynəlxalq
layihələr həyata keçirilmişdir.
2004-cü ilin noyabr ayının 15-dən 19-dək Moskva vila -
yə tinin Zveniqorod şəhərində keçirilən "Kitabxanalar üçün
informasiya texnologiyaları, kompüter sistemləri və çap
məhsulları. LİBKOM 2004" VIII Beynəlxalq konfrans-
sərgidə MEK-nın iki əməkdaşı- AMEA MEK-nın direktoru,
f.e.d. A.İ. Əliyeva-Kəngərli və elmi işlər üzrə direktor müavini
F.Hüseynova iştirak etmişlər.
Mərkəzi Elmi Kitabxananın “LİBCOM 2004” Beynəl -
xalq Konfransda iştirakının ən mühüm nəticəsi “İRBİS-64”
avtomatlaşdırılmış kitabxana-informasiya sisteminin əldə
edilməsi olmuşdur.
Konfransın işi seksiyalar üzrə aparılmış, kitabların və
av tomatlaşdırılmış kitabxana-informasiya sistemlərinin təq -
dimatı keçirilmiş, müzakirələr aparılmışdır. Burada keçirilən
sərgidə Kitabxana Azərbaycanla bağlı qiymətli nəşrlər nü -
ma yiş etdirmiş və sərgidən sonra isə həmin ədəbiyyat Rusi -
ya nın Milli Kitabxanasına, Rusiya EA Kitabxanasına və
Ru siya Dövlət kütləvi elmi-texniki kitabxanaya hədiyyə
edilmişdir.
21-23 sentyabr 2005-ci il tarixində Moskvada “Bey -
nəlxalq elmi və mədəni əlaqələrin inkişafında kitab nəşrinin
ELMİ-MƏDƏNİ İNTEQRASİYA
175
rolu” mövzusunda beynəlxalq elmi konfrans keçirilmiş, kon-
fransda AMEA MEK-in direktoru, f.e.d. A.İ. Əliyeva-Kən -
gərli “AMEA MEK-də beynəlxalq kitab mübadiləsinin
inkişafı məsələləri” mövzusunda məruzə ilə çıxış etmişdir.
2005-ci il noyabrın 16-19-dək Tunisdə Birləşmiş Mil -
lətlər Təşkilatı və Beynəlxalq Telekommunikasiya İttifaqı tə -
rə findən təşkil edilmiş “İnformasiya Cəmiyyəti üzrə
Ümum dünya Sammiti”ndə Mərkəzi Elmi Kitabxananın nü -
ma yəndəsi də iştirak etmiş, Azərbaycan nümayəndə heyə -
tinin tərkibində ölkəmizi təmsil etmişdir.
2007-ci il may ayının 2-dən 11-dək Tehran şəhərində
XX Beynəlxalq kitab sərgisi keçirilmiş, burada Kitabxana
tərəfindən Azərbaycanda çap olunmuş müxtəlif elm sahələri
üzrə 500 nüsxə ədəbiyyat nümayiş etdirilmişdir.
Həmin ilin sentyabr ayının 19-dan 21-dək Kitabxa na -
nın nümayəndələri Moskva şəhərində keçirilən “Post-sovet
məkanında elmi kitab” mövzusunda beynəlxalq elmi kon-
frans işinə qatılmış, təcrübə mübadiləsi aparmışlar.
Kitabxananın direktoru tədbirdə “AMEA-da elmi təd -
qi qatların informasiya təminatında MEK-in nəşriyyat fəaliy -
yətinin rolu” mövzusunda məruzə ilə çıxış etmişdir.
2008-c il fevral ayının 28-də Mərkəzi Elmi Kitab xa -
nanın sərgi salonunda Almaniya Xarici İşlər Nazirliyinin,
Alman Tədqiqat Mərkəzi və Höte İnstitutunun “İnsanlar və
kitablar” birgə layihəsi çərçivəsində tədbir keçirilmişdir.
Tədbirdə AMEA-nın prezidenti, akademik Mahmud Kəri -
mov, Almaniyanın Azərbaycandakı səfiri Per Kristofer Stan -
BEYNƏLXALQ İNFORMASİYA MÜHİTİ
176
çina, Akademiyanın, Mərkəzi Elmi Kitabxananın, səfirliyin
nümayəndələri iştirak etmişlər. Orta Asiya və Şərqi Avropa
ölkələrində mövcud olan aparıcı kitabxanaları almandilli
elmi ədəbiyyatla zənginləşdirmək məqsədi daşıyan layihə
üzrə kitabxanaya birinci mərhələdə dəyəri 5 min avro olan
elmi ədəbiyyat hədiyyə edilmişdir.
Həmin il oktyabr ayının 6-dan 13-dək Türkmənistanın
Aşqabad şəhərində keçirilən “Qızıl əsrin qızıl nəşrləri” adlı
III Beynəlxalq kitab sərgi – yarmarkasında 22 ölkədən 108
kitabxana və nəşriyyatla yanaşı, Azərbaycan kitabxanaçıları,
o cümlədən Mərkəzi Elmi Kitabxananın da nümayəndəsi
iştirak etmişdir.
Sərgi-yarmarkanın əsas məqsədi–Türkdilli xalqların
ədəbiyyatının təbliği, nəşriyyat və kitabxanalar arasında
yaradıcı, texniki, iqtisadi əlaqələrin yaradılması, kitabxanalar
arasında təcrübə və kitab mübadiləsi, dünya ədəbiyyatı ilə
tanışlıq olmuşdur.
Mərkəzi Elmi Kitabxana sərgidə bir çox kitablarla
yanaşı, Azərbaycan Respublikasının Prezidenti cənab İlham
Əliyevin “Azərbaycan dilində latın qrafikası ilə kütləvi
nəşrlərin həyata keçirilməsi haqqında” 12 yanvar 2004-cü il
tarixli sərəncamı ilə nəşr olunan 150 nüsxə kitabı da nümayiş
edilmişdir və sərgi bitdikdən sonra onları Türkmənistan
kitabxanalarına hədiyyə etmişdir.
2008-ci ildən etibarən Mərkəzi Elmi Kitabxana Frank-
furt, Moskva, İstanbul və Tehran beynəlxalq kitab sərgisində
fəal iştirak etməklə bu əhəmiyyətli tədbirin daimi iştirak -
ELMİ-MƏDƏNİ İNTEQRASİYA
177
çılarından birinə çevrilmişdir. 2014-cü ilədək həmin sərgidə
Azərbaycanın uğurlarını, elmi nailiyyətlərini əks etdirən
12000-dən artıq dəyərli ədəbiyyat nümayiş etdirilmiş və
dünyanın müxtəlif ölkələrindən gəlmiş ziyarətçilərə paylan -
mışdır.
2008-ci il oktyabr ayının 20-dən 26-dək Moskvada
“Bey nəlxalq elmi və texniki informasiya mərkəzinin”
(BETİM) və “SWETS” təşkilatının (Niderland) birgə təş ki -
latçılığı ilə keçirilmiş “Dünya elektron kitabxanalarına çıxışın
tə min olunması” adlı beynəlxalq seminar-konfransda Mər -
kəzi Elmi Kitabxana da BETİM-in tamhüquqlu üzvü kimi
təmsil olunmuş, Kitabxananın əməkdaşlı 4000-dən artıq
nəşriyyatın təqdim etdiyi 160 min elmi jurnal, 2 milyon elek -
tron kitab və 830 qəzetin cəmləşdiyi sistemin ya radılması
yolları, işləmə mexanizmi, idarə olunması və oxu cuların
istifadəsinə verilməsilə ilə bağlı seminara qa tılmış, Azər bay -
can elmi jurnallarının bu platformada nü mayiş olunması
imkanlarını öyrənmişdir.
Seminarın nəticəsi olaraq ötən əsrin əvvəllərində ya ra -
dılan və informasiya mübadiləsi sahəsində kifayət qədər bö -
yük təcrübəyə malik “SWETS” təşkilatı iştirakçıları veri lənlər
bazasına daxilolma sertifikatları ilə təmin etmiş və bunun
əsasında Mərkəzi Elmi Kitabxananın oxucuları ilkin olaraq
dünyada nəşr olunan 760 qəzetin elektron versiyası ilə
tanışlıq imkanı əldə etmişlər.
2008-ci il noyabr ayının 17-dən 21-dək Moskva vila -
yə tinin Zveniqorod şəhərində ənənəvi “Kitabxanalar üçün
BEYNƏLXALQ İNFORMASİYA MÜHİTİ
178
informasiya texnologiyaları, kompüter sistemləri və nəşr
məhsulları. LİBCOM – 2008” XII Beynəlxalq konfrans-sərgi
keçirilmiş, Azərbaycan Respublikasından 8 nəfər nüma yən -
də, Mərkəzi Elmi Kitabxananın direktoru f.e.d. A.İ. Əliyeva-
Kəngərli də iştirak etmişdir.
Konfrans çərçivəsində ənənəvi olaraq bir sıra problem
və məsələlər müzakirə edilmiş, elektron resurslar, elektron
kitabxanalar və İnternet-texnologiyaları; elektron informa -
siya əsrində kitabxana fondlarının formalaşmasının mü asir
problemləri və texnologiyaları; avtomatlaşdırılmış kitabx-
ana-informasiya sistemlərinin və elektron kitab xanaların lin-
qvistik və informasiya təminatı; professional və informasiya
etikası üçün yeni texnologiyalar; yeni təcrübə və innovasiya;
İnternetdə etika və s. bu kimi mövzular ətrafında fikir mü -
badiləsi aparılmışdır. Konfrans zamanı keçirilən seminar-dis -
kussiyalarda müasir cəmiyyətdə kitabxanaların fəaliyyətinin
hüquqi aspektləri və kitabxana-informasiya sahəsi üzrə
mütəxəssislərin hazırlanması problemi də müzakirə edilmiş,
İRBİS Avtomatlaşdırılmış kitabxana-informasiya siste min -
dən istifadə edən kitabxana əməkdaşlarının I qurultayı ke çi -
rilmiş və həmin proqramın yeni modulları (əlavələri) təqdim
olunmuşdur.
Ümumiyyətlə, 2008-ci il Mərkəzi Elmi Kitabxananın
beynəlxalq tədbirlərdə iştirakı baxımından kifayət qədər
məhsuldar illərdən hesab olunur. Həmin il noyabr ayının 19-
22-dək Qazaxıstan Milli elmi-texniki informasiya Mərkə zi -
nin təşkilatçılığı ilə Alma-Ata şəhərində keçirilmiş “Elm və
ELMİ-MƏDƏNİ İNTEQRASİYA
179
zaman çağırışları” adlı konfransda Kitabxananın əməkdaşı
da iştirak etmiş, konfrans çərçivəsində “Beynəlxalq Elmi-
texniki informasiya Mərkəzinə üzv dövlətlərin Koordinasiya
Şurasının 16-cı yığıncağı təşkil olunmuşdur.
Konfrans iştirakçıları informasiya cəmiyyəti şəraitində
elmin inkişaf perspektivləri, qlobal elektron massivlərin
yaradılması məsələləri, elmi nəşrlərin elektron formada
tərtibi qaydaları ilə yaxından tanış olmuşlar. Habelə, tədbir
iştirakçıların internet vasitəsilə oxuculara elektron sənəd
kütləsinin ötürülməsi mexanizmi, lokal və İntranet şəbəkədə
elektron sənəd dövriyyəsi məsələləri haqqında geniş məlu -
mat verilmişdir. Konfransın 2-ci günü sərgi keçirilmiş və bu-
rada Azərbaycandan aparılmış müxtəlif kitablar, o cümlədən
Qarabağ həqiqətlərini özündə əks etdirən ədəbiyyat nümayiş
olunmuşdur.
2009-cu il noyabr ayının 16-dan 20-dək Moskva vi la-
yə tinin Zveniqorod şəhərində Rusiya Federasiyasının
Mədəniyyət Nazirliyi, Beynəlxalq kitabxana, informasiya və
analitik mərkəzinin (Amerika, Vaşinqton), Rusiya Dövlət
kütləvi elmi – texniki kitabxanasının təşəbbüsü ilə XIII-cü
Beynəlxalq “Kitabxanalar üçün informasiya texnologiyaları,
kompyuter sistemləri və nəşriyyat məhsulları” (LİBKOM -
2009) adlı konfrans-sərgi keçirilmişdir. Tədbirdə Rusiyanın
və MDB dövlətlərinin ən iri kitabxanalarının nümayəndə
heyəti iştirak etmişdir.
2009-cu ilin noyabr ayının 24-25-i tarixində Rusiyanın
Moskva şəhərində Beynəlxalq elmi-texniki informasiya
BEYNƏLXALQ İNFORMASİYA MÜHİTİ
180
Mərkəzində “Elm, texnika və innovasiya biznesi üçün elek-
tron informasiya resursları” adlı konfransda Mərkəzi Elmi
Kitabxana Azərbaycanı təmsil etmişdir. Konfransda elm,
texnika və iqtisadiyyat sahəsində elektron resursların hazır -
lan ması üzrə ixtisaslaşmış Şpringer, ALJC, MyiLibrary,
Press Display, “Kluwer Law and Business” kimi nəşriyyatların
məhsullarının təqdimatı keçirilmiş, oxucuların bu mənbə -
lər dən istifadə imkanları müzakirə edilmişdir.
2009-cu il dekabr ayının 3-də Kitabxana Almaniya
səfirliyi ilə birgə AMEA Rəyasət Heyətində “Almandilli
ədəbiyyat üzrə Nobel mükafatçıları - 1945-ci ildən sonra”
mövzusunda tədbir keçirmişdir.
Almaniyanın Azərbaycandakı səfiri cənab Peer Stank-
ina və müxtəlif səfirliklərin nümayəndələrinin iştirakı ilə
keçirilmiş sərginin əsas məqsədi Nobel mükafatı və bu mü -
kafata layiq görülmüş görkəmli şəxsiyyətlərin həyat və
yaradıcılığı haqqında 100-ə yaxın kitabın, ensiklopedik ma -
te rialların, elektron resursların, mətnli plakatların və foto şə -
killərin nümayişi və təbliği olmuşdur. Eyni zamanda Nobel
mü kafatçılarının həyat və yaradıcılığı haqqında müasir dün -
ya ədəbiyyatına öz töhfəsini vermiş yazıçılardan H.Hessenin
“Muncuq oyunu”, N.Zaksın “Ölüm”, H.Böllün “Qatar vax -
tın da gəldi”, Q.Qrassın “Dəmir baraban”, “Siçovul”, “Kam ba -
lık”, “Yerli narkoz”, E.Yelinekin “Sevgililər”, “Ölü uşaqlar”,
“Pianoçu” kimi romanları və digər əsərləri burada sərgilən -
mişdir.
2011-ci ildə Mərkəzi Elmi Kitabxananın əməkdaşları
ELMİ-MƏDƏNİ İNTEQRASİYA
181
ənənəvi olaraq “LİBKOM” konfransı, İstanbul Beynəlxalq
Kitab Sərgisi, Buenos-Ayres Beynəlxalq kitab yarmarkasına
qatılmış, Katoloniya Milli Kitabxanasının dəvətilə İspa ni -
yada, Milli Mərkəzi Kitabxananın dəvəti ilə isə İtaliyada
olmuş, kitabxanaşünaslıq sahəsində əməkdaşlıq barədə
razılıq əldə etmişlər.
Həmin il Çexiya Milli Kitabxanasının nümayəndə
heyəti, Türkiyə, İngiltərə, Almaniyadan olan alim və ziyalılar
Mərkəzi Elmi Kitabxananın qonağı olmuşlar.
2012-ci ildə Mərkəzi Elmi Kitabxana 6 beynəlxalq
tədbirdə Azərbaycanı təmsil etmişdir: Türkiyənin Ankara
şəhərində təşkil olunmuş “Türk Şurası Kitabxanaları: möv -
cud vəziyyət, problemlər və tövsiyələr” adlı beynəlxalq sim-
poziumda, İstanbulda “İstanbul Türkiyə Azərbaycan
Dərnəyi”nin təşkil etdiyi tədbirdə, yenə orada Beynəlxalq
Kitab sərgisində, İtaliyanın Milan şəhərində təşkil olunmuş
“Türk mədəniyyəti, incəsənəti və mədəni irsinin mühafizəsi”
adlı VI beynəlxalq simpoziumda, Özbəkistan Respublikası
Elmlər Akademiyasının Elmi Kitabxanasında təşkil olunan
tədbirdə, ABŞ Dövlət Departamentinin Vaşinqtonda təşkil
etdiyi “Amerika mədəniyyəti və kitabxanaları” adlı mübadilə
proqramında.
Həmin il Mərkəzi Elmi Kitabxana Yaponiyanın Nippon
Fondunun dəstəyi ilə həyata keçirilən “Yaponiyanı mütaliə
et” adlı layihənin qalibi olmuşdur. Layihəyə əsasən, müasir
Yaponiyanı dərk etmək məqsədilə siyasət və beynəlxalq
əlaqələr, iqtisadiyyat və biznes, cəmiyyət və mədəniyyət,
BEYNƏLXALQ İNFORMASİYA MÜHİTİ
182
ədəbiyyat və incəsənət sahələrini əhatə edən 100-dən artıq
kitab oxucuların ixtiyarına verilmişdir.
Bundan başqa, Azərbaycan-Polşa diplomatik əlaqələri -
nin qurulmasının 540 illiyi münasibətilə Polşa Milli Ki -
tabxanasında və Varşava Universitetinin Kitabxanasında
Mərkəzi Elmi Kitabxananın dəstəyi ilə Azərbaycan guşəsi
yaradılmış və lazımi ədəbiyyatla təmin olunmuşdur.
2013-2014-cü illərdə Mərkəzi Elmi Kitabxana Sofiya,
Budapeşt, Bratislava, Vyana, Zaqreb və Romada təşkil
olunmuş beynəlxalq kitab sərgisi və konfranslarda iştirak
etmiş, yeni beynəlxalq əlaqələrin qurulması istiqamətində
işlərini davam etdirmişdir.
Müəllif də Mərkəzi Elmi Kitabxananın əməkdaşı kimi
2005-ci ildən etibarən dəfələrlə Fransa, İtaliya, İspaniya,
Rusiya, Polşa və Türkiyədə təşkil olunan beynəlxalq kon-
frans və kitab sərgilərinin iştirakçısı olmuş, İFLA-nın Fran -
sanın Lion şəhərində təşkil olunan 80-ci qurultayında
Azər baycanı təmsil etmişdir.
Azərbaycanın kitab və kitabxana işi sahəsində bey nəl -
xalq sərgi və konfranslardakı yarım əsrlik təmsilçilik tarixinə
nəzər saldıqda bir sıra ümumiləşdirmələr aparmaq müm kün -
dür:
1. Azərbaycan kitabxana və nəşriyyatları beynəlxalq
kitab və kitabxana tədbirlərində, o cümlədən konfrans, sərgi
və yarmarkalarda ilk illərdə Sovet ittifaqının tərkibində çıxış
etsələr də, yerli çap məhsulunun, xüsusilə bədii ədəbiyyatın
təbliğinə qismən nail olmuş, Azərbaycanın 60-cı illərdən
ELMİ-MƏDƏNİ İNTEQRASİYA
183
etibarən bütün sahələrdə əldə etdiyi uğurların beynəlxalq
arenaya çıxarılmasına çalışmışdır;
2. “Kitabxana işi haqqında” Qanununun qəbulundan
sonra Azərbaycan kitabxanalarının beynəlxalq konfrans və
sərgilərdə iştirakı genişlənmişdir;
3. Azərbaycan kitabxanaları IFLA, CENL, LIBER və s.
kimi nüfuzlu kitabxana assosiasiyalarında təmsil olunur;
4. Azərbaycan kitabxanaçıları kitabxanaşünaslığın ak-
tual problemlərinə həsr olunmuş ənənəvi konfranslarda
(Krım, Soçi, LİBKOM, Sudak, Minsk) təmsil olunurlar;
5. Əsasən Azərbaycan Milli Elmlər Akademiyası, Mə -
də niyyət və Turizm Nazirliyi və Azərbaycan Respublikası
Prezidentinin işlər İdarəsinin tabeliyində olan kitabxanalar
beynəlxalq tədbirlərdə fəal iştirak edirlər;
6. Azərbaycan kitabxanalarının beynəlxalq tədbirlərdə
birgə iştirak təcrübəsi var. Belə ki, AMEA-nın Mərkəzi Elmi
Kitabxanası, Milli Kitabxana və Prezident kitabxanası bey -
nəl xalq kitab və kitabxana tədbirlərində birgə iştiraka üstün-
lük verirlər. Bununla belə, AMEA Mərkəzi Elmi Kitab xanası
əsasən beynəlxalq kitab sərgilərində, Milli Kitabxana bey -
nəlxalq konfranslarda, Prezident kitabxanası isə bey nəl xalq
təşkilatların illik yığıncaqlarında istirak üzrə ixtisaslaşıb.
Əldə olunan təcrübələrə baxmayaraq, Azərbaycan ki -
tabxanaçılarının və kitabxanalarının beynəlxalq konfrans və
kitab sərgilərində təmsilçiliyində və iştirakında hələ də bir
sıra problemlər mövcuddur ki, onlar da aşağıdakılardır:
1. Azərbaycan kitabxanaları heç də bütün müvafiq
BEYNƏLXALQ İNFORMASİYA MÜHİTİ
184
beynəlxalq konfranslarda iştirak etmirlər, yaxud qeyri-ardıcıl
iş tirak edirlər. Misal olaraq LIBER, EIFL və s. kimi təş -
kilatların illik konfranslarını göstərmək olar. Buna səbəb ki -
mi, müəyyən dil baryerini və maliyyə çatışmazlığını gös tər mək
olar;
2. Azərbaycan kitabxanaları Tokio, Cenevrə, Lon don,
Paris, Brüssel, Varşava, Dublin və s. şəhərlərdə hər il keçirilən
kitab sərgilərində təmsil olunmurlar. Səbəb kimi maliyyə
çatış mazlığını və maraq azlığını göstərmək olar;
3. Beynəlxalq sərgilərdə iştirak zamanı Azərbaycan
Respublikasının xarici səfirlik və nümayəndəlikləri ilə birgə
fəaliyyətdə müəyyən loqistik problemlər baş verir. Xaricdəki
nümayəndəliklərimiz kitabxanaların beynəlxalq sərgilərdə
iştirakını heç də həmişə lazımi səviyyədə dəstəkləmirlər.
Təhlillər göstərir ki, mövcud problemlərin yaxın gə lə -
cəkdə həlli mümkündür və onlar Azərbaycan kitab xa na -
larının beynəlxalq məkandakı rolunu azaltmır. Çünki, mü asir
Azərbaycan kitabxanaları beynəlxalq informasiya mühitinə
daha dərindən təmas etmək üçün təkcə konfrans və kitab
sərgilərində iştirakla kifayətlənmir, oxuculara göstərilən
xidmətləri, aparılan fəaliyyətləri dünya meyarlarına uyğun -
laşdırır, beynəlxalq standartları praktikada uğurla tətbiq edir.
Monoqrafiyanın növbəti hissəsi məhz bu məsələlərə–Azər -
baycan kitab və kitabxana işi sahəsində tətbiq olunan
beynəlxalq standartlara və onların adaptasiya problemlərinə
həsr olunub.
ELMİ-MƏDƏNİ İNTEQRASİYA
185
BEYNƏLXALQ STANDARTLAR VƏ
ONLARIN İNFORMASİYA MÜBADİLƏSİ
PROSESİNDƏ TƏTBİQİ
İ
nsan fəaliyyətinin bütün sahələrində müəyyən ölçü
və nor maların tətbiqi, xidmət sferasında, istehsa lat -
da, qiymətləndirmə və proqnozlaşdır ma da, təsnifatlaşdırma
və kodlaşdırmada əsaslı və davamlı nə ticələrin əldə olun -
masına kömək edir. Başqa sözlə, istənilən fəaliyyət növünün,
əməyin normalaşdırılmasına, standartlaşdırılmasına ehtiyac
var.
Terminoloji anlamda, standartlaşdırma-eynilik və ya -
xud oxşarlıq təşkil edən fəaliyyət sahələri üçün vahid nor -
maların müəyyənləşdirilməsidir. Buradan çıxış edərək qeyd
etməliyik ki, öz növbəsində beynəlxalq standart laş dırma da
keyfiyyət sistemlərinin (göstəricilərinin) inkişaf etdirilməsi,
sertifikatlaşdırılması və yenilərinin yaradılması üçün bey nəl -
xalq miqyasda vahid metodik əsasın yaradılmasıdır.
Bu sahədə aparılan elmi-texniki fəaliyyətlər əsasən milli
standartlaşdırma sistemi ilə regional və beynəlxalq stan dart -
laşdırma sistemlərini uyğunlaşdırmaq məqsədi da şıyır. Bu
mə nada, kitabxana fəaliyyətinin stan dart laşdırılması- mü-
BEYNƏLXALQ İNFORMASİYA MÜHİTİ
186
vafiq sahədəki beynəlxalq standartları milli standartlarla uy -
ğunlaşdırmaqdan, eyni zamanda, beynəlxalq standartları
kitabxana xidmətlərinə birbaşa tətbiq etməkdən, bir çox hal-
larda isə mövcud idari-texniki vərdişləri, prosesləri bey nəl -
xalq, regional və milli etalonlarla qiymətləndirməkdən
ibarətdir.
Qeyd etmək yerinə düşər ki, Azərbaycan Respub lika -
sın da standartlaşdırma proseslərinin əsası 1906-cı ildə qo -
yulmuş, 1926-cı ildə SSRİ Əmək və Müdafiə Şurası yanında
Standartlaşdırma Komitəsinin yaranması ilə qəbul olunan
OST-1 standartı ölkəmizdə də tətbiq olunmağa başlamışdır.
1940-cı ildə SSRİ-də QOST (ГОСТ) dövlət standartı ya ra -
dılmış, sovet hakimiyyəti illərində bütün fəaliyyət sa hələrini,
o cümlədən kitabxana işi sahəsini əhatə etmiş, Sovet İtti fa -
qının dağılmasından sonra isə dövlətlərarası standart olaraq
qəbul edilmişdir.
2001-ci il dekabrın 27-də tarixli Ümummilli lider
Heydər Əliyevin fərmanı ilə Azərbaycan Respublikasının
Stan dartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət
Agent liyi təsis edilmiş və Azərbaycan Respublikası Preziden -
ti cənab İlham Əliyevin 19 noyabr 2008-ci il tarixli Sə rən -
camı ilə Agentliyin bazasında Standartlaşdırma, Metrologiya
və Patent üzrə Dövlət Komitəsi yaradılmışdır.
2013-cü ilin göstəricilərinə görə Azərbaycanda 750-
dən artıq milli standart və 20900 dövlətlərarası standart
(QOST) qüvvədədir.
Dövlət Komitəsi 2010-cu ildə biblioqrafik yazının
ELMİ-MƏDƏNİ İNTEQRASİYA
187
başlığına verilən ümumi tələbləri, onun tərtibi qaydalarını,
məlumatlar toplusunu, məlumatların verilmə ardıcıllığını və
s. müəyyən edən AZS ГОСТ 7.0-2010. “Biblioqrafik yazı.
Başlıq. Ümumi tələblər və tərtib qaydaları” və 2013-cü il
noyabr ayının 25-də "İnformasiya, kitabxana və nəşriyyat işi
üzrə standartlar sistemi. Biblioqrafik yazı. Biblioqrafik təsvir.
Ümumi tələblər və tərtib qaydaları” dövlət standartlarını
təsdiq etmişdir. AZS 754-2013 “İnformasiya, kitabxana və
nəşriyyat işi üzrə standartlar sistemi. Biblioqrafik yazı. Bib-
lioqrafik təsvir. Ümumi tələblər və tərtib qaydaları” dövlət
standartı sənədin, onun bir hissəsinin və ya sənədlər toplusu-
nun biblioqrafik təsvirinin tərtibi qaydası (biblioqrafik
təsvirin ünsürləri və sahələrin məcmusu, onların ardıcıllıqla
verilməsi, ünsürlərin düzgün təqdim edilməsi, ixtisarların
düzgün verilməsi) və ümumi tələbləri müəyyən edir. Stan-
dart kitabxanalar, elmi-texniki informasiya orqanları, dövlət
biblioqrafiya orqanları, naşirlər, biblioqrafik fəaliyyəti həyata
keçirən digər təşkilatlar tərəfindən tərtib edilən sənədlərin
təsvirində tətbiq edilir [202].
İlk dəfə tətbiq edilən bu Standart Rusiya Federasiya sı -
nın Mətbuat üzrə Komitəsinin Rusiya Kitab Palatası, Rusiya
Dövlət Kitabxanası, Standartlaşma üzrə “Elmi-texniki infor-
masiya, kitabxana və nəşriyyat işi” TK191 Texniki Komitəsi
tərəfindən hazırlanmış dövlətlərarası standartın autentik
tərcüməsidir. Standartın ilk yoxlama müddəti 2018-ci il, yox -
lama dövrü isə 5 ildir.
Milli standartın beynəlxalq normativ istinad mən bə -
BEYNƏLXALQ İNFORMASİYA MÜHİTİ
188
yini nəzərdən keçirək:
- ГОСT 7.0-99 İnformasiya, kitabxana və nəşriyyat
işləri üzrə standartlar sistemi. Kitabxana-informasiya fəaliy -
yəti, biblioqrafiya. Terminlər və onların təyinatı.
- ГОСT 7.4-95 İnformasiya, kitabxana və nəşriyyat
işləri üzrə standartlar sistemi. Nəşr. Buraxılış məlumatları.
- ГОСT 7.5-98 İnformasiya, kitabxana və nəşriyyat
işləri üzrə standartlar sistemi. Jurnallar, məcmuələr, infor-
masiya nəşrləri. Çap edilmiş materialların nəşriyyat tərtibatı.
- ГОСT 7.11-78 İnformasiya, kitabxana və nəşriyyat
işləri üzrə standartlar sistemi. Biblioqrafik təsvirdə Avropa
dillərində söz və söz birləşmələrinin ixtisarı.
- ГОСT 7.12-93 İnformasiya, kitabxana və nəşriyyat
işləri üzrə standartlar sistemi. Biblioqrafik yazı. Rus dilində
sözlərin ixtisarı. Ümumi qaydalar və tələblər.
- ГОСT 7.59-2003 İnformasiya, kitabxana və nəşriyyat
işləri üzrə standartlar sistemi. Sənədlərin indeksləşdirilməsi.
Sistemləşdirmə və predmetləşməyə ümumi tələblər.
- ГОСT 7.76-96 İnformasiya, kitabxana və nəşriyyat
işləri üzrə standartlar sistemi. Sənəd fondunun kom plekt ləş -
dirilməsi. Biblioqrafiyalaşdırma. Kataloqlaş dırma. Terminlər
və təriflər.
- ГОСT 7.80-2000 İnformasiya, kitabxana və nəşriyyat
işləri üzrə standartlar sistemi. Biblioqrafik yazı. Başlıq.
Ümumi tələblər və tərtibi qaydaları.
- ГОСT 7.82-2001 İnformasiya, kitabxana və nəşriyyat
işləri üzrə standartlar sistemi. Biblioqrafik yazı. Elektron
ELMİ-MƏDƏNİ İNTEQRASİYA
189
resursların biblioqrafik təsviri. Ümumi tələblər və tərtibi
qaydaları
Müvafiq sahədəki hər iki standart digər regional stan -
dartın (ГОСТ) eynilə tərcüməsidir. Artıq qeyd olun duğu
kimi, standartlaşdırma məsələlərində prosesə bu cür autentik
ya naşma normaldır və qəbulolunandır. Lakin milli stan dar -
tın bir qədər sonra haqqında məlumat verəcəyimiz bey nəl -
xalq ISO standartları əsasında deyil, məhz Rusiya və
MDB-də qəbul olunan dövlətlərarası ГОСТ standartına uy -
ğunlaşdırılmasının istər müsbət, istərsə də mənfi şərhə
ehtiyacı var. Azərbaycan Respublikasının informasiya, kitab -
xana və nəşriyyat işi üzrə milli standartlar sisteminin məhz
ГОСТ standartına uyğunlaşdırılması aşağıdakı səbəblərdən
doğur:
1. Azərbaycan kitabxana və nəşriyyatları SSRİ infor-
masiya mühitinin ayrılmaz tərkib hissəsi kimi 70 ilə yaxın
müddətdə məhz ГОСТ standartlarından istifadə ediblər.
Buna görə də standartın tətbiqində heç bir maneə yoxdur.
2. ГОСТ MDB coğrafiyasında dövlətlərarası standart
kimi qəbul olunan yeganə normativdir.
3. Standartın strukturu kifayət qədər genişdir və kitabx-
ana işi sahəsində demək olar ki, bütün fəaliyyət növlərinə
tətbiq olunur.
Milli standartın ГОСТ-а uyğunlaşdırılmasının bir sıra
mənfi tərəfləri də mövcuddur:
1. ГОСТ standartı beynəlxalq deyil, regional xarakter
daşıyır.
BEYNƏLXALQ İNFORMASİYA MÜHİTİ
190
2. Həm Rusiya Federasiyasında (Ümumrusiya Stan -
dartı-ÜS), həm də bir çox MDB ölkələrində tam şəkildə ISO
standartlarına uyğunlaşdırılmış milli standartlar mövcud
olduğundan dövlətlərarası ГОСТ standartlarının təkmil ləş -
dirilməsi arxa plana keçib.
Buna baxmayaraq, son illərdə ГОСТ-un kitabxana və
nəşriyyat sahəsini əhatə edən bir sıra standartları tam olaraq
ISO standartlarına uyğunlaşdırılıb. Məsələn, ГОСТ 7.11-
2004 “Biblioqrafik yazı. Avropa dillərində söz və söz bir -
ləşmələrinin ixtisarı” ISO-832-1994 beynəlxalq standar tı nın
autentik tərcüməsidir. ISO-dan eynilə tərcümə olun muş
digər ГОСТ standartları isə bunlardır:
- ГОСТ 7.14-98 (ISO 2709-96) “İnformasiya mü ba -
di ləsi formatı. Yazı strukturu”;
- ГОСТ 7.56-2002 (ISO 3297-98) “Nəşr. Seriya nəşr -
lə rin beynəlxalq standart nömərələnməsi”;
- ГОСТ 7.67-2003 (ISO 3166-1:1997) “Ölkə ad la -
rının kodları”;
- ГОСТ 7.69-95 (ISO 5127-11-83) “Audiovizual sə -
nədlər. Əsas termin və anlayışlar”;
- ГОСТ 7.9-95 (ISO 214-76) “Referat və xülasə. Əsas
tə ləblər”.
AZS 754-2013 “İnformasiya, kitabxana və nəşriyyat işi
üz rə standartlar sistemi. Biblioqrafik yazı. Biblioqrafik təsvir.
Ümumi tələblər və tərtib qaydaları” dövlət standartı yalnız
biblioqrafik təsvir qaydalarını müəyyənləşdirdiyindən digər
kitabxana xidməti növlərində sadaladığımız ГОСТ stan dart -
ELMİ-MƏDƏNİ İNTEQRASİYA
191
la rın dan istifadə olunur. AZS 754-2013 standartının yaradıl -
ma sı zamanı müvafiq ISO standartlarının bir çoxundan
istifadə olunmaması, milli standartın əhatə çərçivəsini xeyli
daraldır. Standartın yaradılması zamanı bu cür nüansların
gözdən qaçması onun 2018-ci ildə (yoxlama dövründən
sonra) təkmilləşdirilməsini və ISO standartlarına yaxın laş -
dırılmasını zəruri edir.
Yeri gəlmişkən, ISO-Beynəlxalq Standartlaşdırma Təş -
kilatı (International Organization for Standardization, ISO)
standartların müəyyənləşdirilməsi üzrə ixtisaslaşmış bey nəl -
xalq qurumdur. ISO 1946-cı ildə 25 dövlət, o cüm lədən
SSRİ-nin iştirakı ilə yaradılıb. Təşkilatın fəaliyyət sferasına
elektrotexnika və elektronika istisna olmaqla bütün sahələrin
standartlaşdırılması və sertifikatlaşdırılması daxildir. ISO-
nun başlıca qayəsi mal və xidmətlərin beynəlxalq müba dilə -
sini inkişaf etdirmək, intellektual, elmi-texniki və iqtisadi
əmək daşlığın səviyyəsini yüksəltmək üçün vahid standart -
ların yaradılmasından ibarətdir. Azərbaycan 1998-ci ildən
ISO-nun üzvüdür.
ISO kitabxanaşünaslıq, biblioqrafiyaşünaslıq və ki tab -
şünaslıq sahəsində dünyanın bir çox ölkələrində qəbul olu-
nan standartlar müəyyənləşdirmişdir. Onların bir hissəsi
tərcümə edilərək ГОСТ standartları ailəsinə daxil olub.
ISO-nun biblioqrafik istinadla bağlı müəyyən etdiyi so-
nuncu standart ISO 690:2010-dur. Bu standart 1987-ci ildə
ISO tərəfindən qəbul edilmiş ISO 690:1987 standartının
təkmilləşdirilmiş formasıdır. MDB ölkələrində, o cümlədən
BEYNƏLXALQ İNFORMASİYA MÜHİTİ
192
Azərbaycanda bu sahədə tətbiq olunan həm dövlətlərarası
(ГОСТ), həm də milli standartlar ISO 690:2010-dan ta ma -
milə fərqlənir. Hazırda ölkəmizdə biblioqrafik təsvirdən
fərqli olaraq, biblioqrafik istinadların verilməsi üçün vahid
standart müəyyənləşdirilmədiyindən müxtəlif standartlar-
dan istifadə olunur. Buna görə də, eyniadlı kitaba müxtəlif
nəşrlərdə (kitab, jurnal, elmi işlər, dissertasiya) müxtəlif cür
istinad verilir. Bir neçə variantı nəzərdən keçirək:
I variant
Dostları ilə paylaş: |