Babaxanova Nigar Xan qızı



Yüklə 213,05 Kb.
Pdf görüntüsü
səhifə6/7
tarix21.04.2017
ölçüsü213,05 Kb.
#15063
1   2   3   4   5   6   7
Salamov  O.F.  Beynəlxalq  münasibətlərdə  status-kvo
anlayışı. Bakı: Çaşıoğlu, 2004, 129 s. 
II variant
Salamov  O.F.  Beynəlxalq  münasibətlərdə  status-kvo
anlayışı. B., Çaşıoğlu, 2004. -129 s. 
Birinci variant nisbətən ISO 690 standartının ("Infor-
mation and documentation - Bibliographic references - Con-
tent,  form  and  structure")  1987-ci  il  nəşrindəki  təsviri
xa tırladır. Həmin standarta görə ədəbiyyat siyahısında kitaba
aşağıdakı kimi istinad olunmalıdır:
Nağıyeva, Şəhla. Bitkilərin təbiəti. Sumqayıt: SDU, 2008.
Azərbaycandan fərqli olaraq, məsələn Rusiyada 2008-
ci ildən məhz ISO 690 standartının 1987-ci il nəşrindən
bəhrələnən milli ГОСТ Р 7.0.5–2008 “İnformasiya, kitabx-
ELMİ-MƏDƏNİ İNTEQRASİYA
193

ana və nəşriyyat işi üzrə standartlar sistemi. Biblioqrafik isti-
nad.  Ümumi  tələblər  və  tərtib  qaydaları”  standartı  möv -
cuddur.  Lakin  həmin  standart  da  ISO  690-a  tam  uyğun
deyil. ГОСТ Р 7.0.5–2008-ə görə kitaba biblioqrafik isti na -
dın qaydası belədir:
Аристотель.  Афинская  полития.  Государственное
устройство афинян. М.: Флинта: МСПИ, 2007. 233 с.
Bütün bu standartlarda başqa, IFLA-nın qəbul etdiyi
Beynəlxalq Standart Biblioqrafik Təsvir qaydası (ISBD-In-
ternational Standard Bibliographic Description) də mövcud-
dur.  Həmin  standartın  bir  hissəsi  tərcümə  olunaraq
döv lətlərarası ГОСT 7.1-2003 “İnformasiya, kitabxana və
nəşriyyat işləri üzrə standartlar sistemi. Biblioqrafik yazı.
Biblioqrafik  təsvir.  Ümumi  tələblər  və  tərtib  qaydaları”
standartında öz əksini tapıb. Bəzi yerli nəşrlərdəki biblio-
qrafik  təsvirlərin  ISBD  üzrə  təsviri  xatırlatması  bununla
əlaqədardır. Lakin hər iki standartın preambulasında qeyd
olunur  ki,  standartlar  yalnız  biblioqrafik  təsvirlərə  şamil
edilir və onun biblioqrafik istinadlara tətbiqi mümkün deyil. 
Azərbaycan kitabxanaları başqa bir yolla da beynəlxalq
ISBD standartından istifadə edirlər. Belə ki, kitabxanalarda
istifadə olunan bütün Avtomatlaşdırılmış Kitabxana-İnfor-
masiya  Sistemlərinin  (AKİS)  biblioqrafik  təsvir  formatı
(MARC 21, UNIMARC, RUSMARC) ISBD-yə uyğun laş -
dırılıb.
BEYNƏLXALQ İNFORMASİYA MÜHİTİ
194

Biblioqrafik yazı və təsvir sahəsində Azərbaycan ki tab -
xa naları kifayət qədər standarta (milli, dövlətlərarası, bey -
nəl xalq)  malikdirlər  və  bu  mənada,  heç  bir  problemlə
qar şılaşmırlar.  Biblioqrafik  istinadlara  gəlincə,  bu  sahədə
MDB  kitabxanalarında,  nəşriyyatlarında  hökm  sürən
“standartsızlıq” nəticəsində gözləniləndir ki, yaxın illərdə
Rusiyanın ГОСТ Р 7.0.5–2008 “İnformasiya, kitabxana və
nəşriyyat işi üzrə standartlar sistemi. Biblioqrafik istinad.
Ümumi tələblər və tərtib qaydaları” standartı dövlətlərarası
standart  olaraq  qəbul  edilsin  və  dilimizə  çevrilərək  milli
kitabxanaşünaslıq və biblioqrafiyaşünaslıq sahəsindəki möv -
cud boşluğu doldursun.
Şübhəsiz ki, bu, əsasən elmi ədəbiyyat üçün səciyyəvi
olan biblioqrafik istinadetmə sistemini beynəlxalq standart-
lara yaxınlaşdırmağa xidmət edəcək. Lakin bu da hələ və ziy -
yətdən tam çıxış yolu deyil. Çünki, dünya kitabxanaları və
nəş riyyatları biblioqrafik istinadla bağlı artıq 1987-ci il qay -
dalarından deyil, ISO tərəfindən 2010-cu ildə qəbul olun -
muş ISO 690:2010 standartından istifadə edirlər.
Buradan aydın olur ki, ISO öz standartlarını çox inten-
siv şəkildə, günün tələblərinə uyğun olaraq təftiş edir, ye ni ləyir,
dəyişdirir.  Bu  mənada,  ISO-nun  standartlarını  Azər   baycan
kitabxanalarının  fəaliyyətində  tam  şəkildə  tətbiq  etmək
hələlik  mümkün  deyil.  Təkcə  onu  demək  kifayətdir,  ISO
2013-2014-cü illərdə informasiya, kitabxanaşünaslıq, biblio -
qr afiyaşünaslıq və sənədşünaslıq üzrə 10-dan artıq standart
qəbul  edib  (həmçinin  yeniləyib,  dəyişdirib).  Onlara  aşa -
ELMİ-MƏDƏNİ İNTEQRASİYA
195

ğıdakı standartları misal göstərmək olar:
- ISO 2789:2013. Beynəlxalq kitabxana statistikası;
- ISO/TR 14873:2013. Kitabxana materiallarının veb
arxivləşdirilməsi üzrə statistika və keyfiyyət göstəriciləri;
- ISO 28560-1:2014. Kitabxanada RFID (radiotezliklə
identifikasiya sistemi)-I hissə;
- ISO 28560-2:2014. Kitabxanada RFID-II hissə;
- ISO 28560-3:2014. Kitabxanada RFID-III hissə;
- ISO/PRF TS 28560-4. Kitabxanada RFID-IV hissə;
- ISO 18626:2014. Kitabxanalararası mübadilə əməliy -
yat ları;
- ISO 16439:2014. Kitabxana fəaliyyətinin qiymət lən -
di rilməsi metodları və prosedurları;
- ISO 11620:2014. Kitabxananın effektivlik göstə ri -
cilər.
Bu  beynəlxalq  standartların  bir  çoxu  Azərbaycan
kitabxanalarının fəaliyyətində hələ ki tətbiq olunmur. Yalnız
bir neçə kitabxanada ISO 28560 standartına uyğun RFID
texnologiyasından, o cümlədən çip və oxuyan qurğulardan
istifadə olunur ki, bu da çox məhdud xarakter daşıyır. 
Biblioqrafik yazı, təsvir və istinadların standartlaş dırıl -
masında  ABŞ-da  fəaliyyət  göstərən  nüfuzlu  elm  və  təhsil
təşkilatlarının da payı var. Belə təşkilatlar özlərinə məxsus
qay dalar  müəyyənləşdirərək  onun  standartlaşmasına  nail
olurlar.  Məlumdur  ki,  dünyada  nəşr  olunan  bir  çox  elmi
nəşrlər APA, MLA, AMA, TURABIAN, Chicago standart 
larından istifadə edirlər. Amerika Psixologiya Cəmiyyətinin
BEYNƏLXALQ İNFORMASİYA MÜHİTİ
196

istinad standartı olan APA-psixologiya, təhsil və digər sosial
elmlər sahəsində nəşr olunan ədəbiyyatda istifadə olunur.
Müasir Dil Assosiasiyasının MLA standartı ədəbiyyat, in -
cəsənət və humanitar elmlər, Amerika Tibb Asso siasi ya sının
AMA standartı-tibb, sağlamlıq və biologiya elmləri, Çikaqo
Universitetinin Nəşriyyatının standartı olan TURABİAN
standartı-kollec tələbələri üçün bütün elm sahələri, Çikaqo
standartı isə elmi olmayan bütün sahələr üzrə Amerikada
nəşr olunan bir çox kitab və jurnallarda biblioqrafik istinad
normativi kimi qəbul olunur. 
Misal üçün, aşağıdakı nümunədə professor A.Xələfov,
f.ü.e.d. A.Əliyeva-Kəngərli və t.ü.f.d. C.Cəfərovun Bolonya
Universitetinin "Bibliotime" jurnalında nəşr olunmuş mə qa -
ləsinə MLA, APA və Çikaqo standartları üzrə edilmiş istina -
da nəzər yetirək: 
MLA stili
Khalafov, Abuzar A., Aybaniz Aliyeva-Kangarli, and Javid A.
Jafarov. "Biblioteche in Azerbaigian: l'attuale situazione dei processi
di automazione e di catalogazione." Bibliotime 15.2 (2012).
APA stili
Khalafov, A. A., Aliyeva-Kangarli, A., & Jafarov, J. A. (2012).
Biblioteche in Azerbaigian: l'attuale situazione dei processi di au-
tomazione e di çatalogazione. Bibliotime, 15(2).
Çikaqo stili
Khalafov, Abuzar A., Aybaniz Aliyeva-Kangarli, and Javid A.
Jafarov. "Biblioteche in Azerbaigian: l'attuale situazione dei processi
di automazione e di catalogazione." Bibliotime 15, no. 2 (2012).
ELMİ-MƏDƏNİ İNTEQRASİYA
197

Bu nümunələrdən görünür ki, hər bir assosiasiyanın
biblioqrafik  istinad  standartı  fərqlidir.  Bu  standartlardan
başqa, hazırda Azərbaycan kitabxanaçıları xarici ədəbiyyatın
elektronlaşdırılması zaman tez-tez BibTeX, EndNote, Ref-
Man, Ref Works kimi hələlik az istifadə olunan standartlar
üzrə hazırlanmış istinadlara da rast gəlirlər. 
Bu standartlardan az istifadə olunmasına baxmayaraq,
əvəzində Azərbaycanda nəşriyyat, kitabxana işi sahəsində
ISO tərəfindən qəbul olunmuş digər standartlar geniş tətbiq
olunur. Bunlara aşağıdakı beynəlxalq standart eyniləşdirmə
nöm-rələrini aid etmək olar: 
-  ISBN  (International  Standard  Book  Number)  -
kitabın beynəlxalq standart eyniliyini müəyyən edən nömrə;
- ISMN (International Standard Music Number) - not
nəşrlərinin və musiqi əsərlərinin yazıldığı audio-video nəşr -
lərin beynəlxalq standart eyniliyini müəyyən edən nöm rə;
- ISSN (International Standard Serial Number) - dövri
nəşrlər üçün nəzərdə tutulan beynəlxalq standart nömrə;
- ISAN (International Standard Audiovisual Number)
- audiovizual əsərlərin beynəlxalq standart eyniliyini mü əy -
yən edən nömrə;
- ISRC (International Standard Recording Code) - au -
dio-videoyazıların beynəlxalq standart eyniliyini müəyyən
edən nömrə.
"Əqli mülkiyyət hüquqlarının təminatı və piratçılığa
qarşı  mübarizə  haqqında"  Azərbaycan  Respublikasının
2012-ci il 22 may tarixli 365-IVQ nömrəli Qanununun tət bi -
BEYNƏLXALQ İNFORMASİYA MÜHİTİ
198

qi barədə" Azərbaycan Respublikası Prezidentinin 2012-ci il
6 iyul tarixli 668 nömrəli Fərmanının 1.1.3-cü ya rım  bəndinin
icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respub lika -
sının Nazirlər Kabineti 14 mart 2013-cü ildə "Beynəlxalq
standart eyniləşdirmə nömrələrinin verilməsi Qaydaları"nı
təsdiq etmişdir. Qərara əsasən Azərbaycan Respublikasının
Müəllif  Hüquqları  Agentliyi  ISBN,  ISMN,  ISSN,  ISAN,
ISRC üzrə beynəlxalq agentliklərlə razılaş dır maq la bey nəl -
xalq standart eyniləşdirmə nömrələrinin ve ril mə si ilə bağlı
işləri təşkil edir. ISBN, ISMN, ISSN, ISAN, ISRC beynəlxalq
standart eyniləşdirmə nömrələri bey nəl xalq agentliklərin
Azərbaycan Respublikası üzrə milli mər kəz     ləri vasitəsilə ver-
ilir.  Azərbaycan  Respublikasının  əra      zi sində  bütün  növ
daşıyıcılarda  olan  kitablarda,  not  nəşr lə rində  və  audio-
videoyazılarda müvafiq beynəlxalq ey ni ləş dirmə nömrə ləri -
nin (ISBN, ISMN, ISRC) istifadəsi məc    buri, dövri nəşrlərdə
və  audiovizual  əsərlərdə  isə  bey nəlxalq  eyniləşdirmə
nömrələrinin (ISSN, ISAN) istifadəsi könüllüdür. Bey nəl -
xalq eyniləşdirmə nömrələrinin verilməsi üzrə milli mər -
kəzlər  beynəlxalq  eyniləşdirmə  nömrələrinin  reyestrini
apa rır, istifadəçilər haqqında məlumat bazası yaradır, onlara
ey niləşdirmə nömrələrinin verilməsi barədə məlumat kitab -
çalarını nəşr edir, hüquqi və fiziki şəxslərin, həmçinin dövlət
or qanlarının sorğuları əsasında məlumat bazalarından çıxa -
rışlar verir.
Azərbaycanda ISBN və ISMN nömrələrinin verilməsi
ilə Xəzər Universitetinin müvafiq agentlikləri məşğul olur. 
ELMİ-MƏDƏNİ İNTEQRASİYA
199

Beynəlxalq standart eyniləşdirmə nömrələri haqqında
bir  qədər  məlumat  verməklə  onların  funksiyalarını  daha
dəqiq anlamaq olar. Məsələn, ISBN (International Standard
Book Number) 1972-ci ildə Beynəlxalq Standartlaşdırma
Təşkilatı (ISO) tərəfindən hazırlanan və üzv ölkələrin razılığı
ilə qəbul edilmiş beynəlxalq kitab nömrələmə sistemidir.
ISBN unikal nömrədir və yalnız bir kitab üçün nəzərdə tu-
tulur. Azərbaycanda bu standart 2000-ci illərin əvvəllərindən
geniş tətbiq edilməyə başlanıb.
ISBN-lər 13 rəqəmdən ibarətdir. Ədədlər və rəqəmlər
bir-birindən  defislə  ayrılan  5  qrupa  bölünür:  birinci  üç
rəqəm (978) EAN (European Article Number- Avropa /
Beynəlxalq Əmtəə Nömrəsi) kodudur. İkinci qrup nəşrin
çap edildiyi ölkəni, üçüncü qrup naşiri, dördüncü qrup ma-
teriala aid sıra nömrəsini müəyyənləşdirir. Beşinci qrup isə
ISBN-nin doğruluğunun yoxlamaq üçün təyin olunan bir
rəqəmdən ibarətdir. 
Məsələn, “Proqres” nəşriyyatının 2014-cü ildə nəşr et-
diyi “Turan Cavid. Ömür salnaməsi” adlı nəşrin ISBN-i 978-
9952-8244-3-8-dir.  Burada  978  ədədi  beynəlxalq  əmtəə
nömrəsini, 9952 ədədi nəşrin Azərbaycana aid olduğunu,
8244 ədədi nəşrin “Proqres” nəşriyyatında çap edildiyini, 3
rəqəmi cari ildə nəşr olunan kitabların sayını, 8 rəqəmi isə
yoxlama nömrəsini göstərir.
ISO 2108:2005-ISBN həm kitabı identifikasiya etmək,
həm  kitabxanalararası  kitab  mübadiləsini  asanlaşdırmaq,
həm  də  kataloqlaşdırma  fəaliyyətini  sürətləndirmək
BEYNƏLXALQ İNFORMASİYA MÜHİTİ
200

baxımından ciddi beynəlxalq əhəmiyyət daşıyan standartdır. 
ISO  tərəfindən  hazırlanan  (ISO  10957:2009)  digər
standart  isə  Beynəlxalq  standart  musiqi  nömrəsi  və  ya
ISMN-dir  (ing.  International  Standard  Music  Number).
ISMN  musiqi  kitablarının  beynəlxalq  identifikasiya  ko-
dudur. Bu kod, kitabın çap olunduğu yer və nəşriyyat üzrə
verilən  nömrədir.  Kitabxanalar  tərəfindən  ISMN  musiqi
nəşrlərini  ayırd  edərkən  istifadə  olunur.  Hal-hazırda  13
rəqəmli ISMN kodundan istifadə edilir. Hər ISMN kod dörd
hissədən ibarətdir: məsələn: 9790-01302-3344-7. Burada
9790-musiqi ədəbiyyatı sənayesini bildirən prefiks, 01302-
nəşriyyatın kodu, 3344-kitabın eyniləşdirmə nömrəsi, 7 isə
yoxlama rəqəmidir.
Digər beynəlxalq standartlardan biri də ISSN-dir. İn-
gilis  dilindən  (International  Serial  Standard  Number)
tərcümədə Beynəlxalq Standart Seriya Nömrəsi mənasını
verən və bütün dünyada dövri nəşrlərə tətbiq olunan ISSN
həm də kitabxanalararası mübadilədə xüsusi identifikator
rolunda çıxış edir. ISSN çapolunma yerindən, dilindən, for -
ma tından  asılı  olmayaraq,  ardı  davam  edən  nəşrləri  ey -
niləşdirməyə  imkan  verən  8  rəqəmli  unikal  nömrədir.
Kitabxanalar bir nəşrin ISSN-ni bilməklə onu eyniadlı digər
nəşrdən  fərqləndirir  və  jurnalların  komplektləşdirilməsi
zamanı ondan istifadə edirlər. 
Azərbaycanda nəşr olunan bir çox jurnalların, xüsusilə
də  elmi  jurnalların  ISSN-i  var.  Hazırda  beynəlxalq  ISSN
mərkəzi Fransanın Paris şəhərində yerləşir. Təşkilat kağız
ELMİ-MƏDƏNİ İNTEQRASİYA
201

formasında çap olunan jurnallara ISSN verdiyi kimi, elektron
versiyası olan jurnallara da e-ISSN tətbiq edir. Bir jurnalın
hər 2 nömrəni, yəni həm ISSN, həm e-ISSN daşıması müm -
kün dür  və  günün  tələbləri  nöqteyi-nəzərindən  vacibdir.
Çünki hazırda bir çox elmi jurnallar müəllifləri və oxucuları
ilə həm də İnternet üzərindən əlaqə qurur, məqalə qəbul
edir, müəlliflərə rəyvermə prosesinin nəticələrini onlayn iz -
lə məyə imkan yaradır. Əgər bütün bunlarla yanaşı, jurnalda
mə qalələr həm də PDF formatında oxucuların istifadəsinə
ve rilirsə, belə nəşrin elektron eyniləşdirmə nömrəsinə eh -
tiyac var. 
Nəhayət, Azərbaycanda yenicə tətbiq olunmağa baş -
lan mış və kitabxanaların işini asanlaşdıracaq ISO 3901, yəni
ISAN/ISRC - audiovizual əsərlərin beynəlxalq standart ey -
ni liyini  müəyyən  edən  nömrə  barədə:  bu  kodla  audio-
videoyazıların müxtəlif versiyaları nömrələnir. Bu yolla eyni
musiqinin, eyni videonun müxtəlif yazıları, redaksiyaları və
remiksləri müxtəlif ISAN/ISRC koduna malik olur. ISAN
kodları həm fiziki, həm də hüquqi şəxlər üçün Yerli ISAN
Agentlikləri tərəfindən verilir.
Bu kodlar həmişə 12 simvoldan ibarət olur və “AZ-033-
014-OEP23” (defislər kodun tərkib hissəsi deyildir və ancaq
bu kodun oxunmasını asanlaşdırmaq üçün bu formada ya -
zı lır) formatında yazıya alınır. Bu dördhissəli kod aşağıdakı
kimi açılır :
- “AZ”- ISO 3166-1 standartına əsasən ölkə kodunu bil -
di rir. “AZ” Azərbaycanın Respublikasının beynəlxalq ab bre -
BEYNƏLXALQ İNFORMASİYA MÜHİTİ
202

via turasıdır.
- “033”-audio və ya videonu qeydə alan (həmçinin, ilk
dəfə hazırlayan, üzünü köçürən) təşkilatın nömrəsidir. Bizim
nümunədə bu Dövlət Film Fondunun şərti nömrəsidir.
- “014”-qeydiyyat ilinin sonuncu iki və ya üç rəqəmidir
(bu tarix audio və ya videonun yaradıldığı vaxtla eyni olmaya
bilər). Məsələn, 1965-ci ildə çəkilmiş “Arşın, mal alan!” filmi
2014-cü ildə bu eyniləşdirmə kodu ilə nömrələnərkən so-
nuncu rəqəm kimi “65” deyil, “014” göstərilməlidir.
- “OEP23”- müəyyən audiovideo yazını müəyyən ləş -
di rən beş rəqəmdən ibarət təkrarolunmaz ardıcıllıqdır. 
Bu və bu kimi digər beynəlxalq standartların Azər bay -
can kitabxanalarının fəaliyyətində daha geniş tətbiq olun -
ması  sayəsində  beynəlxalq  informasiya  mübadiləsinin
asan laşması və xərclərinin azalması, informasiya yayımı və
innovasiyanın inkişafı, kitabxanaçıların peşəkarlığının, əmək
məhsuldarlığının  və  vəzifə  bölgüsünün  yüksəldilməsi  bir
qədər də asanlaşacaq və növbəti yarımfəsildə haqqında bəhs
edə cəyimiz beynəlxalq informasiya massivlərinə inteqra si -
yanın səviyyəsi yüksələcək.
ELMİ-MƏDƏNİ İNTEQRASİYA
203

BEYNƏLXALQ ELEKTRON ELMİ 
İNFORMASİYA RESURSLARI VƏ 
ONLARDAN İSTİFADƏ MƏSƏLƏLƏRİ
Y
eni əsrin əvvəllərindən etibarən Azərbaycan kitab -
xa nalarında İnternetdən istifadənin sürətlənməsi
ilə,  bir  çox  beynəlxalq  elektron  kitabxana-informasiya
massivlərinə  giriş  imkanları  genişləndi  və  prosesin  bu
istiqamətdə inkişafı:
1. kitabxanaların beynəlxalq informasiya mübadiləsi fə -
aliy yətinə zaman və məkan fərqinin aradan qaldırılması baxı -
mından müsbət təsir etdi;
2. oxuculara təqdim olunan sənəd-məlumat kütləsinin həc -
mi və məlumat-axtarış imkanları əsaslı sürətdə artdı;
3. milli kontentin xarici informasiya bazalarına inteqrasi -
yası asanlaşdı.
Azərbaycan  kitabxanaları,  o  cümlədən  AMEA-nın
Mər kəzi Elmi Kitabxanası üçün beynəlxalq elektron infor-
masiya massivlərinə ilk dəfə belə çıxış Azərbaycan Kitabxana
İnformasiya Konsorsiumu (AzKİK) tərəfindən yaradılmışdı.
2003-cü ildə Bakı Dövlət Universiteti, Azərbaycan Tibb Uni-
versiteti və Xəzər Universiteti tərəfindən təsis olunmuş Kon-
sorsiumun fəaliyyətinə rəqəmli informasiya xidmətləri və
BEYNƏLXALQ İNFORMASİYA MÜHİTİ
204

virtual kitabxana kimi bilik və xidmətlərin inkişafına yönələn
innovasiya layihələrinə maraq yaratmaq və həmin la yi hə lər -
də  iştirak  etmək;  elektron  mənbələrdən  istifadəni  təşviq
etmək; istifadəsi mümkün olan elektron resurslar haqqında
informasiyanı inkişaf və təbliğ etmək; konsorsium üzvlərin
fəaliyyətini əlaqələndirmək; vendorlarla danışıqlar aparmaq
və ehtiyac olan elektron resuslardan istifadə imkanı əldə et -
mək üçün yerli və beynəlxalq konsorsiumlarla əməkdaşlıq
etmək və s. idi.
2004-ci ildə məhz AzKİK-in dəstəyi ilə iri Azərbaycan
kitabxanaları ilk dəfə hazırda ən iri beynəlxalq elektron elmi
informasiya  massivi  hesab  olunan  EBSCO  verilənlər
bazasına giriş imkanı əldə ediblər.
EBSCO-ABŞ  Massaçusets  ştatının  İspviç  şəhərində
yerləşən elektron məlumat xidməti şirkətidir. 1984-cü ildən
fəaliyyət  göstərən  EBSCO-nun  375-dən  çox  məlumat
bazasında 2 milyondan artıq material mövcuddur. Dünyanın
əksər  ölkələrinin  ali  təhsil  müəssisələri,  kitabxanaları  bu
məlumat bazasında toplanmış jurnal, kitab, musiqi nəşrləri
və s. istifadə edirlər. Azərbaycanda nəşr olunan bir neçə elmi
jurnal da (“Applied and Computational Mathematics”, “In-
ternational Journal of Academic Research” və s.) EBSCO
məlumat bazası vasitəsilə 6 mindən çox kitabxana və ali təhsil
müəssisəsində oxunur.
Azərbaycan  kitabxanalarının  geniş  istifadə  etdiyi
məlumat resurslarından biri də ABŞ Miçiqan və Kembric
universitetrlərinin ProQuest elektron verilənlər bazasıdır.
ELMİ-MƏDƏNİ İNTEQRASİYA
205

Əsa sən jurnal və qəzetlərdən ibarət ProQuest elektron veri -
lən lər bazası 125 milyard rəqəmsal səhifəni özündə bir ləş -
dirir.  Bununla  yanaşı,  ProQuest  dünyanın  ən  böyük
dissertasiya və hüquq ədəbiyyatı bazası hesab olunur. Burada
məlumatlar  əsasən  mikrofişlərdə  qorunur.  2008-ci  ildən
etibarən Azərbaycan kitabxanaların bu məlumat bazasından
istifadə etməyə başlayıblar.
Azərbaycan kitabxanalarının oxuculara təqdim etdiyi
beynəlxalq informasiya massivlərindən biri də “Agricola”
məlumat bazasıdır. ABŞ Kənd Təsərrüfatı Nazirliyi tərəfin -
dən yaradılan və dəstəklənən bu məlumat bazasına ABŞ Milli
Kənd Təsərrüfatı Kitabxanasının kolleksiyaları və dünyada
müvafiq sahədə nəşr olunan kitab və jurnalların elektron kat-
aloqu daxildir. Azərbaycandan yalnız “International Journal
of Academic Research” multidissiplinar jurnalı bu bazaya
daxil edilib.
Ölkəmizin universitet və kitabxanalarında istifadə ol-
unan beynəlxalq informasiya resursları arasında “PubMed”
onlayn məlumat bazası da var. Tibb və biologiya elmləri üzrə
14,2 milyon məqalədən ibarət bu resursun müəyyən hissəsi
ödənişli, bir hissəsi (3,8 milyon məqalə) isə ödənişsiz əsas -
larla oxucların istifadəsinə verilib. 
Tibb sahəsində nəşr olunan kitab və jurnalları əha tə -
etmə baxımından kifayət qədər geniş və nüfuzlu MEDLINE
məlumat bazası (ABŞ Milli Tibb Kitabxanasının elektron
bazası) da PubMed ailəsinə daxildir.
2007-ci ildən etibarən bir neçə Azərbaycan kitabxanası
BEYNƏLXALQ İNFORMASİYA MÜHİTİ
206

Niderlandın  “Elsevier”  elektron  informasiya  rerurslarına
çıxış əldə edib. “Elsevier” nəşriyyatının SCOPUS elmi infor-
masiya bazası 21000 elmi jurnalın elektron variantını əhatə
edir. Xidmət ödənişli olduğu üçün Azərbaycan kitabxana la -
rı nın hamısı ondan yararlana bilmir. Yalnız ADA Universite-
tinin və Xəzər Universitetinin kitabxanaları bu xidmətlərdən
istifadə edə bilirlər. 2014-cü ildən etibarən müvəqqəti olaraq
nəşriyyatın “Clinical key” məlumat bazası Əziz Əliyev ad.
Azərbaycan  Dövlət  Həkimləri  Təkmilləşdirmə  İnstitutu
üçün də açıq elan edilib. “Clinical key” bazasında 610 tibb
jurnalı var ki, onlara misal olaraq “Lancet”, “European Urol-
ogy”, “The Journal of Pediatrics”, “The Journal of Urology”,
“Nutrition”, “Pain”, “Respiratory Medicine”, “Journal of Oral
and Maxillofacial Surgery” və s. nəşrləri göstərmək olar.
Azərbaycan kitabxanalarının və ali təhsil müəssisə lə -
rinin istifadə etdiyi beynəlxalq informasiya resurslarından
biri də ABŞ Elmi İnformasiya İnstitutunun (ing. Institute of
Scientific  Information-ISI  Thomson)  ödənişli  Web  of
Knowledge  (Biliklər  şəbəkəsi)  elmi  məlumat  bazasıdır.
12000 jurnalın, kitab və konfrans materiallarının rəqəmli
fondu olan Web of Knowledge bazası 2011-2012-ci illərdə-
1 il ərzində iri Azərbaycan kitabxanaları və AMEA-nın Elmi
Tədqiqat İnstitutlarında ödənişsiz istifadə olunub. Bu işdə
ISI Thomson-un əsas məqsədi elektron məhsullarını regio-
nun ən perspektivli ölkəsində təbliğ etmək və nəticədə Azər -
baycan kitabxana və ali təhsil müəssisələri ilə uzunmüddətli
müqavilə bağlamaq idi. Lakin 2012-ci ildə AMEA ilə Al ma -
ELMİ-MƏDƏNİ İNTEQRASİYA
207

niyanın “Springer Verlag” nəşriyyatı arasında  mü qa vilənin
im zalanması Azərbaycanda Web of Knowledge-dən isti fa -
dəni  xeyli  məhdudlaşdırdı.  Buna  baxmayaraq,  istər  elmi,
istərsə də tematik əhatəlilik baxımından daha geniş məlumat
bazası olan “Springer Science”in Azərbaycan oxucusu üçün
açıq elan edilməsi təqdirəlayiq hal kimi qiymətləndiril mə -
lidir.
Sözügedən “Springer Verlag” dəqiq və təbiət elmləri
üzrə kitab, elektron kitab və elmi jurnallar dərc edən bey -
nəlxalq nəşriyyatdır. Nəşriyyat SpringerLink, Springer Pro-
tocols  və  SpringerImages  də  daxil  olmaqla  çoxsaylı  elmi
məlumat bazalarını özündə birləşdirir. “Sringer”in kitabçılıq
fəaliyyətinə soraq kitabçalarının, dərslik və monoqrafiyaların
nəşri daxildir. 
Nəşriyyatın  SpringerImages  elektron  bazası  elm,
texnologiya və tibbə aid 1,8 milyon şəkil kolleksiyasını əhatə
edən unikal bir resursdur. 2 il ərzində Azərbaycan kitab xa -
nalarında “Springer” məlumat bazasından istifadə öz müsbət
nəticələrini  vermiş,  nəşriyyatın  jurnallarında  Azərbaycan
alimlərinin məqalələrinin sayı artmışdır. 
Bununla yanaşı, oxucular müxtəlif Azərbaycan kitab -
xanaları vasitəsilə Chemical Abstracts, SWETS, zbMATH,
Agris, MathSciNet, Agris, GeoRef kimi ödənişli məlumat
bazalarına da çıxış əldə edə bilirlər. 
Ölkəmizdə  Dünya  Elektron  Kitabxanası  və  Avropa
Elek tron Kitabxanasınının elektron nəşrlərindən və Google
Scholar  kimi  beynəlxalq  informasiya  bazasından  geniş
BEYNƏLXALQ İNFORMASİYA MÜHİTİ
208

istifadə olunur. Qlobal informasiya massivləri ilə bərabər,
Azər baycan  kitabxanaları  regional  informasiya  mas sivlə -
rindən də yararlanırlar. Belə informasiya resurslarından biri
də Rusiya Elmi Sitat İndeksi-RESİ (rus. РИНЦ) bazasıdır.
RESİ bazası Rusiya elmi nəşriyyatlarının biblioqrafik
məlumat resursudur. Bazanın daxil olduğu eLIBRARY plat -
forması 2 milyondan çox məqaləni və bu məqalələrə istinad
sistemini  özündə  birləşdirir.  Bu  sistem  təkcə  biblioqrafik
məlumat üçün əməliyyat-axtarış sistemi deyil, eləcə də elmi
müəssisələrin, tədqiqatçıların və elmi jurnalların səviyyəsini,
təsir əmsalını və effektivliyini qiymətləndirmək üçün güclü
bir vasitədir. 
Yarımfəsli yekunlaşdırarkən, Azərbaycan kitabxanaları
tərəfindən beynəlxalq elektron informasiya resurslarından
istifadə təcrübəsini qısaca olaraq aşağıdakı kimi ümumiləş -
dirmək olar:
1. Azərbaycan kitabxanalarında dünyanın ən qabaqcıl
elektron  informasiya  massivlərinə  çıxış  təmin  olunub  və
həmin resurslar ödənişsiz olaraq oxucuların ixtiyarına ver-
ilib;
2.  Azərbaycan  kitabxanalarının  kontenti  qismən
beynəlxalq rəqəmli informasiya fondlarında əks olunub;
3. Beynəlxalq elmi jurnallara çıxışın təmin olunması
nəticəsində Azərbaycan müəlliflərinin xarici elmi nəşrlərdəki
məqalələrinə istinadların statistikasını aparmaq asanlaşıb.
Bununla belə:
1. Kitabxanalar tərəfindən çox çətinliklə, böyük ma -
ELMİ-MƏDƏNİ İNTEQRASİYA
209

liyyə vəsaiti hesabına əldə olunan və ödənişsiz olaraq oxucu-
lara təqdim olunan xarici elmi informasiya massivlərindən
istifadə qənaətbəxş deyil. Bunun səbəbi kimi aşağıdakıları
göstərmək olar:
a) əksər beynəlxalq elmi informasiya massivləri ingilis
dilində olduğundan yerli müəlliflər dil baryeri ilə üzləşirlər;
b) yerli müəlliflərin heç də hamısı beynəlxalq elmi in-
formasiya massivlərinin sorğu-axtarış alətlərindən istifadə
etmək imkanına malik deyillər. Çünki bu proses oxucudan
ən azı orta səviyyədə kompüter savadlılığı tələb edir.
Bütün bunlara baxmayaraq, kitabxanalarda yerli nəş -
riyyatların ənənəvi və elektron çap məhsullarından istifadə
etməklə bərabər, beynəlxalq resurslardan, ələlxüsus, elektron
resurslardan istifadə olduqca əhəmiyyətlidir. 
Kitabxanalarda xarici informasiya massivlərindən isti -
fadə  edənlərin  sayı  günbəgün  artır,  xüsusən  gənc  təd qi -
qatçılar “Elsevier”, “Springer” və “ISI Thomson-Reuters”-in
müxtəlif  bazalarından  istifadə  etməyə  üstünlük  verirlər.
Söylənilənlər onu deməyə əsas verir ki, Azərbaycan ki tab xa -
nalarının beynəlxalq informasiya təşkilatları və nəşriyyatları
ilə qurduğu əməkdaşlıq və bu sahədə aparılan informasiya
siyasəti kifayət qədər uğurludur.
BEYNƏLXALQ İNFORMASİYA MÜHİTİ
210

ELMİ-MƏDƏNİ MÜBADILƏ 
SAHƏSİNDƏ BEYNƏLXALQ
ƏMƏKDAŞLIĞIN PERSPEKTİVLƏRİ
D
aha öncəki səhifələrdə, kitabçılıq və kitabxa na çı -
lıq sa həsində aparılan əksər beynəlxalq fəaliy yət -
lər, onların inkişaf mər hələləri və müasir vəziyyəti, Azər  baycan
kitabxana işi sahəsində tətbiq olunan və oluna biləcək bey nəl -
xalq  stan dart ların  təsnifatı,  beynəlxalq  kitab-informasiya
resursları barədə məlumat verilmiş, Azərbaycan kitabxana -
larının  bey nəlxalq  informasiya  mühitindəki  yeri  və  rolu
müəy yən ləş diril mişdir. Monoqrafiyanın bu hissəsində isə
mövcud sa hə dəki təc rü bə lərin, modellərin yeni şərtlər kon -
tekstində tətbiqinin perspektivlərindən bəhs olunacaqdır.
Çünki, kitabxanaların beynəlxalq fəaliyyəti bir proses olaraq
tarixin yalnız müəyyən bir mərhələsinə aid olmadığından,
məsələn, burjua inqilabları və yaxud renessans dövrü kimi
bitmiş proses sayıla bilməz. Demək, bu mədəni fəaliyyətin
tərəqqisi və yeni elmi-təcrübi modellərlə zənginləşdirilməsi,
yeni in kişaf mərhələsinə qədəm qoyması qaçılmazdır. Yeni
mər hə lədə isə beynəlxalq informasiya və kitab müba di lə si -
nin apa rılmasının şərtləri və üsulları mütləq dəyişəcək və
ELMİ-MƏDƏNİ İNTEQRASİYA
211

yaxud  mü badilə  özü  bir  proses  olaraq  başqa  bir  proseslə
əvəzlənə cək dir. Bu ona görə belədir ki, artıq cəmiyyətin özü
bir formadan (sənaye cəmiyyətindən) digər formaya (infor-
masiya cəmiyyətinə) transformasiya olunur. 
Beynəlxalq kitab mübadiləsi prosesinin predmeti təkcə
kitab deyil. Doğrudur, “kitab mübadiləsi” təyini bunun belə
olmaması ilə bağlı təəssürat yarada bilər. Lakin daha əvvəlki
fəsildə, “beynəlxalq kitab mübadiləsi” ifadəsinə terminoloji
şərh verərkən biz bu barədə danışmış və “kitab” termini ilə
istənilən nəşrin, o cümlədən jurnal, qəzet, not və hətta bilik-
tutumlu  informasiyanın  təyin  oluna  biləcəyi  qənaətinə
varmışdıq. Çünki, üzərində yazı yazılmış hər hansı daş abidə
də, papirus da, dəri də və s. elə kitabdır. “Kitab” sözünün
ərəbcə "kətəbə" (yazılmış bir şey) felindən əmələ gəlməsi də
bu fikri təsdiqləyir. Burada bir məsələyə də xüsusi diqqət
yetirməliyik:  kitabxana  terminologiyasında  “informasiya
mübadiləsi” heç də bizim təsəvvürümüzdə olduğu kimi, mə -
sə lən, iki ölkənin hüquq-mühafizə orqanları arasında aparı -
lan informasiya mübadiləsinə və yaxud dənizdə gəmilərin
bir-birini identifikasiya etmək üçün həyata keçirdikləri siqnal
mübadiləsinə bənzəmir. Kitabxanaların bir-birinə ötürdüyü
informasiya konkret fiziki tutuma malikdir, başqa sözlə bu,
hər hansı bir jurnaldan məqalənin sürəti və yaxud bir əl yaz -
manın mikrofişi, faksmille nümunəsi ola bilər. Yəni o, is -
tənilən halda şifahilikdən uzaqdır. Anlayışların mənasına bir
daha diqqət yetirməkdə məqsəd, kitabxanaların biri-birilə və
yaxud digər elm-təhsil müəssisələrilə, nəşriyyatlarla həyata
BEYNƏLXALQ İNFORMASİYA MÜHİTİ
212

ke çirdiyi  beynəlxalq  kitab  mübadiləsinin,  elmi-mədəni
əmək  daşlığın gələcəkdə hansı formaya transformasiya oluna
bi  lə cəyini müəyyənləşdirməkdir. Çünki bir tərəfdən, aydın -
dır ki, yeni cəmiyyət informasiya tutumludur və kitab xana -
la rın apardığı informasiya mübadiləsi bu cəmiyyətə yad bir
fəaliyyət növü deyil. Digər tərəfdən, aydın olduqdan sonra
ki, kitabxanalar sözün əsil mənasında “informasiya” müba -
di ləsi aparmırlar, yəni onların barter predmeti gündəlik xə -
bər, məlumat tipli, o cümlədən şifahi xarakterli informasiya
deyil, əsasən, bilik daşıyan informasiya-nəşrlərdir, bu zaman
bir sıra suallar meydana gəlir:
1. Gələcəkdə, iddia olunduğu kimi, kitab olmazsa və ki -
tab nəşri dayandırılarsa, kitabxanalar nə ilə və yaxud necə
mü badilə aparacaqlar?
2. Elekton kitabxanaların mövcudluğu, yaxud ənənəvi
fondların rəqəmsallaşdırılaraq açıq istifadəlilik prinsipi üzrə
oxucuların ixtiyarına verilməsi kitabxanalararası mübadilə
zərurətini aradan qaldıra bilərmi?
Hər iki məsələ olduqca aktualdır və onların birmənalı
ca vablandırılması mümkün deyil. Məsələyə bizim baxışımız
belədir: əgər doğrudan da gələcəkdə kitab nəşri dayanacaqsa
və kitab yalnız incəsənət nümunəsi kimi muzeylərdə qoru -
na caqsa, əlbəttə bu zaman kitabxanaların illər boyu mübadilə
etdiyi əsas predmet mövcud olmayacaq. Bu isə kitabxana la -
rın özlərinin ənənəvi mövcudluğunu sual altına qoyur. Bəzi
mənbələrdə qeyd olunur ki, bu proses yaxın 30-40 ildə öz
həllini tapacaq və kitab kağız formasında mövcudluğunu
ELMİ-MƏDƏNİ İNTEQRASİYA
213

itirəcək və bütün ənənəvi kitabxanalar elektron kitabxana -
lar la  əvəzlənəcək.  Düşünürük  ki,  prosesin  bu  cür  sürətli
templə baş verməsi mümkün deyil. Ona görə ki:
1. Ənənəvi kitab 2 min ilə yaxın təkamül yolu keçib və
indi gördüyümüz form-faktora düşüb. Kitabın form-faktoru,
qabaritləri, erqonomik təsiri insan üçün o qədər uyğundur
ki, o, istər psixoloji, istərsə də fiziki cəhətdən kitabla tam
vəhdətdədir. Elektron kitabın isə belə bir uğur qazanacağı
mümkün görünmür.
2. Nəzəri olaraq düşünsək ki, doğrudan da gələcəkdə
bütün kitabxanalar elektronlaşdırılacaq və “ənənəvi fond”
anlayışı olmayacaq, hətta belə olan təqdirdə, elektron kitab -
ların beynəlxalq mübadiləsinə ehtiyac böyük olacaq. Çünki,
gələcəkdə, düşünüldüyü kimi e-kitabların və e-jurnalların
tam açıq şəkildə internetdə dərc olunacağı real deyil. Daha
öncəki yarımfəsildə beynəlxalq elektron informasiya resurs -
larına çıxışın bir çox hallarda ödənişli olması barədə bəhs
olunmuşdu. Bu faktın özü də, bir daha təsdiq edir ki, bütün
elektron kitab və jurnalların İnternetdə açıq istifadədə olması
iqtisadi cəhətdən bu nəşrləri hazırlayan müəssisələrin maraq
dairəsində deyil.
Bütün bunlar onu deməyə əsas verir ki, kitab və infor -
masiya  mübadiləsi  sahəsində  beynəlxalq  əməkdaşlığın
perspektivləri mövcuddur və onların müəyyənləşdirilməsi
informasiya təminatı baxımından olduqca vacib məsə lələr -
dən biridir. Lakin bu perspektivlər barədə danışmazdan öncə
ilk növbədə, beynəlxalq kitab və informasiya mübadiləsi pro -
BEYNƏLXALQ İNFORMASİYA MÜHİTİ
214

sesinə təsir edən bir sıra amilləri nəzərdən keçirmək la zımdır.
Məsələn, rus kitabxanaşünası S.M.Qrişinanın fik rincə, mü -
rəkkəb  sistemli  bir  fəaliyyət  növü  kimi,  bey nəlxalq  kitab
mübadiləsinin inkişaf səviyyəsi bir sıra xarici və daxili fak-
torlardan asılıdır. Bunlar siyasi, iqtisadi, hüquqi, texnoloji,
təşkilati və şəxsi-psixoloji amillərdir [107]. Alim öz əsər lə -
rində  [107-109]  beynəlxalq  kitab  mübadiləsinin  inkişaf
səviyyəsinə şəxsi-psixoloji faktorlar prizmasından yanaşır və
sübut edir ki, ayrı-ayrı dövlətlərdə yaşayan şəxslərin, kitab -
xa naçıların  qarşılıqlı  şəkildə  anlaşaraq  kitab  mübadiləsi
həyata keçirməsi, bütövlükdə beynəlxalq kitab mübadilə si -
nin özəyini təşkil edir və prosesin inkişafı üçün ilk növbədə
şəxslər arasında (təşkilatlar arasında deyil) qarşılıqlı anlaşma,
mü badilə istəyi olmalıdır. IFLA-nın “Kitabxana və arxivlərin
qarşılıqlı əməkdaşlığının təşkili üzrə təlimatı”nda (1994) da
bu məsələyə toxunulur və deyilir ki, iki ölkənin kitabxanaları
arasında qarşılıqlı əməkdaşlıq təhsilin səviyyəsinin yüksəl -
mə sinə, hər bir ölkənin mədəni, sosial, iqtisadi inkişafına bir -
başa təsir edir, inkişaf etməkdə olan ölkələrlə inkişaf etmiş
ölkələr arasında dialoqu stimullaşdırır və informasiya resurs -
ları na əlyetərliyi asanlaşdırır.” 
Göründüyü kimi, bu yanaşma kitabxanalar arasında
qarşılıqlı  beynəlxalq  əməkdaşlığın  cəmiyyətə  faydalarını
müəyyənləşdirir. Bəs kitabxanaların beynəlxalq əmək daş lı -
ğı nı stimullaşdıran, şərtləndirən əsas faktor hansıdır?. Bizim
fikrimizcə, beynəlxalq kitab mübadiləsinin inkişafına ən çox
təsir edən amil dövlətin ilk növbədə iqtisadi-siyasi inkişaf
ELMİ-MƏDƏNİ İNTEQRASİYA
215

gös  təricisidir. Bir çox alimlərin fikrincə isə, beynəlxalq kitab
mü badiləsi  dövlətlərarası  siyasi  münasibətlərdən  asılıdır.
Beynəlxalq kitab mübadiləsinin iqtisadi aspektlərinin öyrə -
nil məsi üzrə tanınmış mütəxəssis, Rusiya Dövlət Kitab xana -
sı  nın  əməkdaşı  Q.M.Kruqlik  yazır:  “Beynəlxalq  kitab
mü   ba diləsi  artıq  əvvəllər  olduğu  kimi,  ideoloji  funksiya
daşımır. İllər öncə mədəni əlaqələr siyasi əlaqələrdən asılı idi
və İsrail, Tayvan, Cənubi Koreya, Cənubi Afrika Respub lika -
sının mü əs sisələrilə əməkdaşlıq etmək qadağan olunmuşdu.
İndi belə qadağalar yoxdur. Əvəzində başqa reallıqlar var:
məsələn, indi biz düşünməliyik ki, Çinin maraqlarına toxun-
madan Tayvanla beynəlxalq kitab mübadiləsini necə aparaq;
Şimali Koreyanı incitmədən Cənubi Koreya ilə necə əmək -
daşlıq edək; Kuril adaları ilə bağlı problem həll olun mayacağı
təq dirdə bizimlə əməkdaşlıq etməkdən çəkinən Yaponiya ilə
kitab mübadiləsini necə inkişaf etdirək?” [122]. 
Biz isə yenidən o fikrə qayıdırıq ki, Azərbaycan kitab -
xanalarının beynəlxalq informasiya mühitinin aktoru kimi
çıxış etməsi birinci növbədə ölkənin iqtisadi-siyasi inkişafı
ilə bağlıdır. Fikrimizi əsaslandırmaq üçün 4 ölkənin-Azər -
bay can, Misir, Finlandiya və Ukrayna kitabxanalarının apar -
dığı beynəlxalq kitab mübadiləsinin səviyyəsini müqayisə
edə cəyik. Bunun üçün ilk növbədə aşağıdakı cədvəl vasitəsilə
bu ölkələrdə əhalinin savadlılıq statsitikası ilə tanış olaq:
BEYNƏLXALQ İNFORMASİYA MÜHİTİ
216


Yüklə 213,05 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin