Kitablar:
1. “Klassik və müasir fizikada kütlə konsepsiyası” (ABŞ)
2. “Dünya kitabxanalarında olan İran əlyazmalarının kataloqu”
(Tehran)
3. “Türk poeziyası antologiyası” (Macarıstan)
4. “Şərq incəsənəti” (AFR)
Jurnallar:
1. “Kənd təsərrüfatı texnikası” (ABŞ)
2. “Sakit Okean riyaziyyat jurnalı” (ABŞ)
3. “Tətbiqi biologiya salnaməsi” (İngiltərə)
4. “Yaxın Şərq-iqtisadiyyat icmalı” (İngiltərə)
5. “Kimya arxivi” (İsveç)
6. “Fizika arxivi” (İsveç)
Xarici jurnal və kitabları alim və tədqiqatçıların diq qə -
ti nə çatdırmaq məqsədilə Kitabxana vaxtaşırı sərgilər təşkil
edir, ekspress informasiya bülletenləri hazırlayıb Elmi-təd -
qiqat institutlarına göndərirdi.
BEYNƏLXALQ İNFORMASİYA MÜHİTİ
68
1962-ci ildə Mərkəzi Elmi kitabxananın beynəlxalq
kitab və elmi-texniki informasiya mübadiləsi apardığı ölkələr
bunlar idi:
Sosialist ölkələri:
1. Almaniya Demokratik Respublikası (ADR)
2. Bolqarıstan
3. Çexoslovakiya
4. Çin Xalq Respublikası (ÇXR)
5. Koreya Xalq Demokratik Respublikası (KXDR)
6. Macarıstan
7. Monqolustan Xalq Respublikası (MXR)
8. Polşa
9. Rumıniya
10. Yuqoslaviya
Afrika, Asiya və Latın Amerikası ölkələri:
1. Birləşmiş Ərəb Respublikası (BƏR)
2. Braziliya
3. Cənubi Afrika İttifaqı
4. Əfqanıstan
5. Hindistan
6. İraq
7. İran
8. İsrail
9. Kolumbiya
10. Suriya
11. Türkiyə
12. Uruqvay
13. Venesuela
14. Yaponiya
ELMİ-MƏDƏNİ İNTEQRASİYA
69
Kapitalist ölkələr:
1. ABŞ
2. Almaniya Federativ Respublikası
3. Avstraliya
4. Avstriya
5. Belçika
6. Böyük Britaniya
7. Danimarka
8. Finlandiya
9. Fransa
10. Hollandiya
11. İrlandiya
12. İsveç
13. İsveçrə
14. İtaliya
15. Kanada
16. Norveç
60-cı illərin əvvəllərindən etibarən Mərkəzi Elmi
Kitabxana ilə yanaşı, başqa təşkilatlar da beynəlxalq kitab və
informasiya mübadiləsinə intensiv şəkildə qoşulmağa
başladılar. Məsələn, 1962-ci ildə Azərbaycanın Kitab palatası
Leypsiq şəhərinin kitab palatası ilə əlaqə yaratdı və həmin
ildən etibarən hər il Azərbaycandan Almaniyaya “Bir illik
Azərbaycan kitabiyyatı” göndərilməyə başlandı. Buna bax-
mayaraq, Azərbaycan EA-nın Mərkəzi Elmi Kitabxanası Re-
spublikada beynəlxalq kitab mübadiləsi mərkəzi olaraq
qalırdı.
BEYNƏLXALQ İNFORMASİYA MÜHİTİ
70
1963-cü ildə Mərkəzi Elmi Kitabxana 47 ölkənin 343
təşkilatı ilə əməkdaşlıq edirdi. Bu isə o demək idi, Kitabxana
il ərzində 63 yeni təşkilatla mübadilə və əməkdaşlıq razılığı
əldə edib. Həmin ildə ilk dəfə Türk Tarixi Qurumu, Təbriz
və Əhvəd Universitetləri (İran) ilə kitab mübadiləsi başlandı.
İngiltərə, İran, Fransa, Türkiyə və AFR-dən qiymətli Şərq
nəşrlərinin mikrofilmləri əldə olundu. Kuba, Əlcəzair, Çili,
Seneqal, Tunis, Meksika və İndoneziya ilə sıx əməkdaşlığa
başlanıldı. 1963-cü ildən etibarən Kitabxana Azərbaycan
EA-nın nəşrləri ilə yanaşı, yerli nəşriyyatların da çap məh -
sullarını xaricə göndərməyə başladı. Belə nəşrlər mübadilə
üçün nəzərdə tutulan çap kütləsinin 20%-dən artıq olmurdu.
O dövrdə Mərkəzi Elmi Kitabxana beynəlxalq infor-
masiya mühitinə aşağıdakı funksiyalarla qoşulmuşdu:
1. Xarici kitabxanalar, elm və təhsil müəssisələri ilə
ənənəvi məktublaşma yolu ilə;
2. Xarici nəşriyyatlardan ədəbiyyatı satınalma (inva-
lyuta ilə) və ya abunə yolu ilə. Kitabxananın bu prosesi
vasitəsiz həyata keçirmək hüququ vardı. Buna baxmayaraq,
Kitabxana xarici ədəbiyyata abunə olmaq üçün Elmi
Kitabxanaların Mərkəzi Kollektoru (Moskva), Respublika
Kitabxana kollektoru, Ümumittifaq “Beynəlxalq kitab”
Cəmiyyətinin “Soyuzkniqa” birliyi, “Azərkitab”ın mağazaları
və “Akademkitab”ın Bakı şöbəsi ilə əməkdaşlıq edirdi;
3. Xarici kitabxanalarla qarşılıqlı kitab mübadiləsi yolu
ilə;
4. Birbaşa və Ümumittifaq “Beynəlxalq kitab” Cə miy -
ELMİ-MƏDƏNİ İNTEQRASİYA
71
yətinin “Sovinkniqa” birliyi vasitəsilə xaricə kitab göndərmək
yolu ilə;
5. Xarici elm və mədəniyyət xadimləri ilə birbaşa əmək -
daş lıq etmək yolu ilə. Kitabxanaya xarici kitab hədiyyələri
məhz bu yolla daxil olurdu.
Müasir dövrdə olduğu kimi, 60-cı illərdə də Mərkəzi
El mi Kitabxananın qarşısında xarici ədəbiyyatı tam və vax -
tın da komplektləşdirmək vəzifəsi dururdu. Kitabxana
kom plektləşdirmənin tamlığına əməl etsə də, nəşrləri vax -
tında əldə edə bilmirdi. Təhlillər göstərir ki, 1963-cü ildə
Kitabxana tərəfindən əldə olunan xarici nəşrlərin yalnız 10%-
i həmin ildə nəşr olunub. Xaricdən daxil olan kitabların 50%-
i 1962, 30%-i isə 1961-ci illərin çap məhsulları olub. Belə
nəticəyə gəlirik ki, həmin illərdə abunə yolu əldə olunan
kitablar Kitabxanaya ən azı 1-2 il gecikmə ilə daxil olublar.
Statistik göstəricilər sübut edir ki, mübadilə ilə daxilolmalar
daha sürətlə həyata keçirilib.
1963-cü ildə Mərkəzi Elmi Kitabxananın fondunda
652795 nüsxə ədəbiyyat, o cümlədən 145592 nüsxə xarici
kitab və jurnal var idi. Fondda toplanan xarici ədəbiyyatın
böyük əksəriyyəti təbiyyat, dəqiq və texniki elmlərə aid idi.
İl ərzində 7000 kitab və broşür, 10360 jurnal daxil olmuşdu.
Həmin ilin göstəricilərinə görə, Şərq ədəbiyyatı fon-
dunda (1958-ci ildə yaradılmışdır) ərəb, fars, türk və b. Şərq
dillərində 15000 nüsxə ədəbiyyat var idi. Təkcə 1963-cü ildə
Şərq ədəbiyyatı fonduna mübadilə və abunə yolu ilə 3000
nüsxə kitab (məsələn, 11 cildlik “İslam ensiklopediyası”,
BEYNƏLXALQ İNFORMASİYA MÜHİTİ
72
2 cildlik “Osmanlı tarixi” və s.) və dövri nəşr göndərilmişdi.
26 adda 800 nüsxə jurnalın 453 nüsxəsi abunə, 347 nüsxəsi
isə mübadilə yolu ilə əldə olunmuşdu.
Polşadan professor Zayanqkovski, Türkiyədən profes-
sor Əhməd Atəş, AFR-dən professor V.Brands, Maca rıs -
tandan professor G.Hazai, İrandan professor Hayəmnur və
başqaları ilə şəxsi əməkdaşlıq nəticəsində kitabxananın xarici
ədəbiyyat fonduna qiymətli kitablar hədiyyə olunmuşdu.
1963-cü ildən etibarən Kitabxana hər il “Azərbaycan
xarici mətbuatda” adlı məlumat bülleteni nəşr etməyə baş -
ladı. Məqsəd xarici nəşrlərdə, o cümlədən xarici mət bu at da
Azərbaycanla bağlı dərc olunan materialların xülasəsini
vermək və oxucuları bu haqda məlumatlandırmaq idi.
1964-cü ildə Mərkəzi Elmi Kitabxanaya xarici ədə biy -
ya tın abunə yolu ilə alınması üçün ayrılan vəsait 30% azal -
dıldı. Bununla Akademiyanın rəhbərliyi xarici ədəbiy yatın
komplektləşdirilməsini invalyuta ilə deyil, əsasən mübadilə
yolu ilə tənzimləməyi qarşıya məqsəd qoymuşdu. Məhz
bunun nəticəsində, Kitabxana 1964-cü ildə dəstləş dirdiyi
ədəbiyyatın 50%-ni mübadilə vasitəsilə əldə etməli olmuşdu.
Həmin ildən etibarən Kitabxana xarici bədii ədəbiy -
yatın abunəsini dayandırdı. Yaxın və Orta Şərq ölkələri ilə
əməkdaşlığın genişlənməsi nəticəsində fonda türk, ərəb və
fars dilində daxilolmaların sayı artdı. Şərq ədəbiyyatı fon-
duna 2080 nüsxə kitab, 860 nüsxə elmi jurnal daxil olmuşdu.
1964-cü ildə Kitabxananın əməkdaşlıq etdiyi təşkilatların
sayı 530-a çatdı. Onlar dünyanın 50 ölkəsini təmsil edirdilər.
ELMİ-MƏDƏNİ İNTEQRASİYA
73
1964-cü ilin may ayında SSRİ Mədəniyyət Nazirliyi
“Sovet kitabxanalarının beynəlxalq kitab mübadiləsinin
əlaqələndirilməsi haqqında Əsasnamə”ni təsdiq etdi.
“Əsasnamə”yə müvafiq olaraq Mərkəzi Elmi Kitabxana Bakı
şəhərinin iri kitabxanaları–M.F.Axundov adına Dövlət
Kitabxanası (ind. Milli Kitabxana), Respublika Elmi-Texniki
Kitabxanası, Azərbaycan Dövlət Universitetinin (ind. Bakı
Dövlət Universitetinin) Elmi Kitabxanası ilə beynəlxalq elmi
əlaqələri, sənəd-informasiya kommunikasiyalarını, kitab
mübadiləsini əlaqələndirməyə başladı.
Təhlillərimiz göstərir ki, 60-cı illərdə Mərkəzi Elmi
Kitabxana ədəbiyyat mübadiləsini Xalq demokratiyası
ölkələrinin (Albaniya, Bolqarıstan, Macarıstan, Vyetnam, Al-
maniya Demokratik Respublikası, Çin Xalq Respublikası,
Koreya Xalq Respublikası, Polşa, Rumıniya, Çexoslovakiya,
Yuqoslaviya) elm və təhsil müəssisələri ilə “birin üçə” prin-
sipini (3 kitab əvəzinə 1 kitab) rəhbər tutaraq, inkişaf etmiş
kapitalist ölkələrinin kitabxanaları ilə “birin-birə” yolu ilə,
inkişaf etməkdə olan ölkələrin təşkilatları ilə isə ekviva lent -
liyə riayət etmədən həyata keçirmişdir. Bir qayda olaraq,
Kitabxanaya daxil olan xarici nəşrlər “Komplektləşdirmə və
beynəlxalq kitab mübadiləsi” şöbəsində tərcüməçilər tə -
rəfindən üç gün ərzində yoxlandıqdan sonra kataloqlaş dırıl -
maya verilirdi. Siyasi cəhətdən “yararsız” ədəbiyyat Xüsusi
fonda göndərilirdi.
1965-ci ildə Kitabxana EA-nın Elmi-tədqiqat insti -
tutlarının xarici ədəbiyyata olan tələblərini məhdudiyyətsiz
BEYNƏLXALQ İNFORMASİYA MÜHİTİ
74
ödəməyə başladı. Kitabxana 50 ölkənin 467 təşkilatı ilə
əməkdaşlıq edirdi. Ən çox kitab mübadiləsi müvafiq olaraq
ABŞ (53 təşkilat), AFR (46 təşkilat) və Yaponiya (41
təşkilat) ilə aparılırdı. İl ərzində mübadilə yolu ilə xarici
kitabxana və universitetlərdən 9240 nəşr vahidi, o cümlədən
1650 kitab, 7583 jurnal və 7 qəzet alınmışdı. Əvəzində mü -
badilə yolu ilə 10022 nüsxə çap məhsulu, o cümlədən 3120
kitab və 6902 jurnal xarici oxucuların istifadəsinə verilmişdi.
1965-ci ildə “Davis Book Company Limited” (Kanada), “Ad
Orientem” və “Thornton and sons” (İngiltərə) kimi bir sıra
xari ci kitab ticarəti şirkətləri ilə əməkdaşlıq yaradıldı. 1965-
ci ilin yazında Bakıda olarkən “Kubon və Zaqner” Qərbi Al -
maniya firmasının (Münhendə Sovet kitablarının ticarəti ilə
məşğul olurdu) direktoru ilə Kitabxana arasında nəşr
mübadiləsi haqqında müqavilə imzalandı. Eyni zamanda,
firma Kitabxana üçün alman istehsalı olan avadanlıqların
əldə olunmasına yardım etməklə bağlı öhdəlik götürmüş
oldu. Bu əməkdaşlığın nəticəsi özünü çox gözlətmədi. Belə
ki, artıq noyabr ayında Kitabxana “Komplektləşdirmə və
beynəlxalq kitab mübadiləsi” şöbəsi üçün AFR istehsalı olan
sürətçoxaldan aparat almışdı. Bu aparatın köməyi ilə maki-
nada yığılan ekspress informasiya bülletenlərini (xarici
ədəbiyyat siyahıları və onların xülasələri) çoxaldır və Elmi-
tədqiqat institutlarına göndərirdilər.
Həmin il ABŞ, İngiltərə, Fransa, ADR, Çexoslovakiya
və digər ölkələrin kitabxana və elmi idarələri ilə əlaqələr xeyli
möhkəmləndi və ilk dəfə olaraq Mərakeş, Livan və Yeni Ze-
ELMİ-MƏDƏNİ İNTEQRASİYA
75
landiya ilə beynəlxalq kitab mübadiləsinə başlanıldı. Müba -
dilə nəticəsində biri-birindən dəyərli elmi materiallar əldə
olundu. Məsələn, ABŞ Kimya Cəmiyyətinin “Selenium and
Tellurium Abstracts” jurnalının dəsti (1959-1965-ci illər
üzrə), Alan R. Katriçkinin “Advances in Heterocyclic Chem-
istry” əsəri (3 cilddə) və başqa nəşrlər xarici ədəbiyyat fon-
duna daxil oldu.
1966-cı ildə “Xarici ədəbiyyatın komplektləşdirilməsi
və beynəlxalq kitab mübadiləsi” şöbəsi 52 ölkənin 488
təşkilatı ilə əlaqə saxlayırdı. İl ərzində mübadilə yolu ilə xarici
kitabxana və universitetlərdən 9822 nəşr vahidi, o cümlədən
1782 kitab, 8032 jurnal və 8 qəzet alınmışdı. Əvəzində mü -
badilə yolu ilə 11039 nüsxə çap məhsulu, o cümlədən 3347
kitab və 7692 jurnal xarici oxucuların istifadəsinə verilmişdi.
Bu illərdə Mərkəzi Elmi Kitabxana ABŞ Konqres Kitab -
xanası, Kaliforniya, Kolumbiya, Harvard və Vaşinqton
Uni versitetlərinin kitabxanaları ilə yanaşı İngiltərədə Bri-
taniya Muzeyi və Bodlean Kitabxanası, Fransada Milli Kitab -
xa na və Ali tədqiqatların praktika məktəbi, AFR-də isə
Alman Tədqiqat Cəmiyyəti ilə sıx əlaqələr qurmuş, intensiv
təcrübə və kitab mübadiləsinə nail olmuşdu.
1967-ci ildə Kitabxana xarici ədəbiyyat fondunu 2 yolla
dəstləşdirməyə davam edirdi: “Beynəlxalq kitab” vasitəsilə
valyuta hesabına kitab və jurnalların əldə olunması və
mübadilə yolu ilə. Həmin il Kitabxananın əməkdaşlıq etdiyi
təşkilatların sayı 502-yə çatsa da, xarici ədəbiyyatın əldə
olunması göstəriciləri xeyli aşağı düşmüşdü. 1967-ci ildə
BEYNƏLXALQ İNFORMASİYA MÜHİTİ
76
Kitabxana xaricə 7.960 kitab göndərmiş, mübadilə və sa tın -
alma yolu ilə ümumilikdə 5890 nüsxə ədəbiyyat, o cümlədən
4916 jurnal və 974 kitab əldə olunmuşdu. Xarici ədəbiyyatın
komplektləşdirilməsi, xüsusən də kitabların alınması üzrə
göstəricilərin aşağı olmasının bir neçə səbəbi var idi:
a) Kitabxana xarici əlaqələr sahəsinə əsas diqqəti Azər -
baycan EA Elmi-Tədqiqat İnstitutları tərəfindən sifariş edilən
xarici elmi jurnalların əldə olunmasına yönəltmişdi. 1967-ci
ildə ilk dəfə olaraq, bütün sorğular tam ödənilmişdi.
b) 1965-ci ildən etibarən xarici elmi jurnalların satış
qiy mətində kəskin artım müşahidə olunmağa başlamışdı və
bu proses davam edirdi.
c) Kitabxana daha çox nadir və qiymətli əsərlər alırdı.
Məsələn, 1967-ci ildə Kitabxananın əldə etdiyi 12 cildlik
“Fars incəsənətinin icmalı” əsərinə həmin il monoq ra fiya -
ların əldə olunması üçün ayrılan valyutanın dörddə üçü xərc -
lənmişdi.
Həmin il mübadilə yolu ilə əldə olunan ədəbiyyatın
sayının kəskin azalmasının da bir neçə səbəbi var idi:
a) 1967-ci ildə Mərkəzi Elmi Kitabxana hazırda yerləş -
di yi binaya köçmüşdü. Bununla əlaqədar olaraq, Kitab xa -
nanın mübadilə fondu ancaq ilin ikinci yarısından sonra
normal fəaliyyət göstərməyə başlamışdı.
b) Mübadilə və abunə işində “Kapitalist ölkələ rin də
nəşr olunan ədəbiyyata abunə olma, onları saxlama və
istifadə etmə qaydaları haqqında” SSRİ Baş Ədəbiyyat və
Nəşriyyat İdarəsinin (Qlavlit) Təlimatı, həmçinin “Xaricə
ELMİ-MƏDƏNİ İNTEQRASİYA
77
göndərilən cari Sovet nəşrlərinin qiymətləndirilməsi haq -
qında” SSRİ Dövlət Kitabxanası yanında “Beynəlxalq Kitab
Mübadiləsi və Abonement Şurası”nın 20 aprel 1967-ci il tar-
ixli Qərarı rəhbər tutulduğundan həm xaricə göndərilən
elmi-texniki ədəbiyyatın qiyməti nominal dəyərdən 60%
bahalaşdırılmış, həm də xarici kitab ticarəti firmaları ilə ticari
əlaqələr məhdudlaşdırılmışdı.
1967-ci ildə Kitabxana sosialist ölkələrin elmlər akade -
mi yalarının kitabxanaları, Bolqarıstan, ADR və Fransanın
milli kitabxanaları, ABŞ Konqres kitabxanası, Kolumbiya
Universitetinin, eləcə də Varşava, Pxenyan, Bağdad, Paris -
dəki universitetlərin kitabxanaları ilə daha aktiv əməkdaşlıq
edirdi. Bu əməkdaşlıq nəticəsində fonda biri-birindən ma -
raq lı əsərlər daxil olmuşdu. “V Milli konqresin mate rialları”
(3 cilddə, Paris, 1967), fiziki kimya, fiziologiya, mikrobio lo -
giya üzrə “İllik”lərin (ABŞ) bir neçə komplekti, şərqşünaslıq
üzrə “Əsaslı türk filologiyası”, “İstanbul kitab xanalarındakı
tarixi-coğrafi əlyazmaların kataloqu” və onlarca monoqrafiya
bu sırada idi.
Yeni binaya köçməsi ilə əlaqədar olaraq Kitabxananın
beynəlxalq kitab mübadiləsi sektoru fərqli üsulla işləməyə
başladı. Sərgi zalında xarici ədəbiyyatın mütəmadi yenilənən
daimi sərgisi açıldı. Artıq Kitabxana oxucular tərəfindən
xarici ədəbiyyat sifarişini əvvəlki dövrlərdə olduğu kimi ildə
2-3 dəfə deyil, il boyu qəbul edirdi.
1967-ci ildə Kolumbiya Universitetinin baş kitab xa na -
çısı R.Karloviç və Oksford Universitetinin (İngiltərə) Bod -
BEYNƏLXALQ İNFORMASİYA MÜHİTİ
78
lian kitabxanasının beynəlxalq əlaqələr üzrə direktor müavini
C. Uoll və Kitabxananın qonağı olmuş, kitab və elmi infor-
masiya mübadiləsi məsələlərini müzakirə etmişlər.
1968-ci ildə xarici ədəbiyyatın alınması üçün Kitabx-
anaya ayrılan vəsait 4 dəfə azaldıldı və 10000 rubl (invalyuta)
məbləğində müəyyənləşdirildi. Məqsəd ədəbiyyatın satın al -
ma yolu ilə deyil, mübadilə vasitəsilə komplektləş diril məsinə
nail olmaq idi. O il Kitabxanaya beynəlxalq əməkdaşlıq
sayəsində 17511 nüsxə çap vahidi daxil oldu. Onların 48%-
i mübadilə, 43%-i satın alma, 9%-i isə hədiyyə edilmə yolu
ilə komplektləşdirilmişdi. Kitabxana isə beynəlxalq kitab
mübadiləsi yolu ilə 8221 kitab və jurnal göndərmişdi. Ki -
tabxana 47 ölkənin 507 təşkilatı ilə sıx əməkdaşlıq edir, əsas -
ən təbiət və ictimai elmlər üzrə ədəbiyyatın əldə olunmasına
çalışırdı. Lakin bir sıra ölkələrdən tələbnamə üzrə ədəbiyyat
əldə etmək mümkün olmurdu. Məsələn, 1968-ci ildə Kitabx-
ana Türkiyədən xarici valyuta ilə sifariş etdiyi kitab və
jurnalların heç birini əldə edə bilməmişdi. “Beynəlxalq
kitab”a bununla bağlı göndərilmiş sorğu da cavab landırıl -
mamışdı. Təhlillər göstərir ki, həmin illərdə “Beynəlxalq
kitab” Azərbaycan və İttifaqın digər türkdilli ölkələrinin
kitabxanaları tərəfindən türk və ərəb dillərində nəşr olunan
ədəbiyyatın əldə olunmasında maraqlı deyildi. Kitabxananın
daim əməkdaşlıq etdiyi “Siroviç” (Misir) firmasından kitab
ala bilməməsi, Azərbaycan alimləri üçün maraq kəsb edən
bir çox türk və ərəbdilli nəşrlərin “Bey nəl xalq kitab”ın ka -
taloqlarına salınmaması buna bariz nümunə idi. Dü şün mək
ELMİ-MƏDƏNİ İNTEQRASİYA
79
olar ki, bunun bir səbəbi həmin illərdə Türkiyədə (məsələn,
milli azadlıq uğrunda solçu gənclər hə rəkatı “1968-in
nəsli”in meydana gəlməsi) və ərəb ölkə lərində mövcud siyasi
vəziyyətin gərginləşməsi, digər səbəbi isə Azərbaycanda istər
ədəbiyyat, istər təsviri incə sənət, istərsə də musiqi sahəsində
millilik ideyalarının yenidən cücərməsi, “60-cılar nəslinin”
xeyli dirçəlməsi idi.
Kitabxana Türkiyə və ərəbdilli ölkələrdən ədəbiyyatı
satın alma yolu ilə lazımi səviyyədə əldə edə bilməsə də, bu
boşluğu mübadilə sayəsində doldurmağa nail olmuşdu.
Türkiyə Dilçilik Cəmiyyətindən əldə olunan çoxlu sayda
kitab və jurnal, Bağdad Universitetindən göndərilən qiymətli
nəşrlər (dəqiq elmlər üzrə), Fransa Neft İnstitutundan
göndərilən 30 monoqrafiya, başqa partnyorlardan əldə olu-
nan “Elektrokimya ensiklopediyası”, “Elektronika ensiklo -
pediyası”, “Fiziki və üzvi kimyanın uğurları” (5 cilddə),
“Alkaloidlər” (4 cilddə), “Heyvanların biokimyəvi inkişafı”
(2 cilddə), “İslam ensiklopediyası” (2 cilddə), “Qafqaz və
Za qafqazıyanın biblioqrafiyası” və başqa nəşrlər xarici ədə -
biyyat fonduna daxil olmuşdu. 1968-ci ildə Kitabxana
“Azərbaycanşünaslıq” və “elmi proqnozlaşdırma” üzrə sorğu -
larla əməkdaşlıq etdiyi təşkilatlara müraciət ünvanlamış və
çoxlu sayda material əldə edə bilmişdi.
Mərkəzi Elmi Kitabxana ilə yanaşı, 1968-ci ildən Azər -
baycan SSR Nazirlər Sovetinin Mətbuat üzrə Dövlət Komi -
təsi də aktiv şəkildə beynəlxalq əlaqələrə qoşuldu. 1968-ci
ildə xarici kitab ticarəti şirkətlərinin respublika nəşriyyatları
BEYNƏLXALQ İNFORMASİYA MÜHİTİ
80
tərəfindən buraxılan kitablara olan tələbatının artması ilə
əlaqədar olaraq, Mətbuat üzrə Dövlət Komitəsinin qərarına
əsasən “Azərkitab” kitab ticarəti birliyi nəzdində xüsusi “İxrac
şöbəsi” yaradıldı. Artıq 1969-cu ildə həmin şöbə respublika
nəşriyyatları tərəfindən buraxılan kitabları sifariş əsasında
30-dan artıq xarici ölkəyə göndərirdi. Azərbaycan kitab la rı -
nın daimi sifarişçiləri arasında ABŞ, İngiltərə, Fransa,
Yaponiya, AFR kimi böyük ölkələr, eləcə də Cənubi Ame -
rika, Afrika, Asiya və Avropanın bir sıra digər ölkələri var idi.
1 yanvar 1969-cu ildən 1 yanvar 1970-ci ilə kimi olan dövr
ərzində Azərbaycan nəşriyyatları tərəfindən buraxılan 12773
rubl məbləğində kitab Mətbuat üzrə Dövlət Komitəsinin
ixrac şöbəsi tərəfindən xaricə göndərilmişdir. Bu dövrdə
xarici kitab ticarəti şirkətləri tərəfindən neft üzrə elmi-texniki
ədəbiyyata xüsusilə böyük tələbat var idi. İri həcmdə si -
farişlər yalnız sosialist ölkələrindən deyil, eləcə də ABŞ,
Fransa, Yaponiya, AFR, İran və Norveç kimi bir çox kapitalist
ölkələrindən də daxil olurdu [103, s. 71-72].
1960-cı illərdə SSRİ-nin Çin Xalq Respublikası və Al-
baniya ilə münasibətlərinin korlanması nəticəsində Mərkəzi
Elmi Kitabxananın bu ölkələrin kitabxanaları ilə mübadilə
işində fasilə yarandı. 1968-ci ildə Çexoslovakiyada yaranmış
sosial-siyasi böhran vəziyyəti və bunun ardınca Varşava
müqaviləsi ölkələrinin (Rumıniya istisna olmaqla) qoşun -
larının bu ölkəyə daxil olması Çexoslovakiya cəmiyyətində
SSRİ-yə mənfi münasibət formalaşdırdı. Bunun ardınca
Rumıniyanın da SSRİ ilə münasibətlərində soyuqluq yaran -
ELMİ-MƏDƏNİ İNTEQRASİYA
81
ma ğa başladı. Vəziyyətin bu məcraya yönəlməsi Kitab xa -
nanın adıçəkilən ölkələrin kitabxanaları ilə elmi-mədəni
əlaqələrinə mənfi təsir göstərdi.
1969-cu ildə Afrika, Yaxın Şərq və bir sıra digər ölkə -
lərdə də mürəkkəb siyasi vəziyyət beynəlxalq kitab və infor-
masiya mübadiləsi prosesinə ciddi zərbə vurdu. Mərkəzi
Elmi Kitabxana Çexoslovakiya və Rumıniya ilə yanaşı Ko-
reya Xalq Demokratik Respublikası, Əlcəzair, Qana, Tunis
və CAR-dan ədəbiyyatın alınmasını minimuma endirdi.
Buna baxmayaraq, Kitabxana beynəlxalq informasiya
mühitinin bir parçası olaraq qalır və qlobal kitab və elmi-
texniki informasiya mübadilələrini davam etdirirdi.
1969-cu ildə Kitabxana beynəlxalq mübadilə yolu ilə
9470 çap vahidi, o cümlədən 1630 nüsxə kitab, 7836 nüsxə
jurnal və 4 nüsxə qəzet almış, əvəzində isə 9200 nəşr vahidi
(3294 kitab və 5906 jurnal) göndərmişdi. Kitabxana kitab
mübadiləsi sahəsində dünyanın 53 ölkəsindən 520 müəssisə
ilə əməkdaşlıq edirdi.
Həmin ildən Kitabxana Yaxın və Orta Şərq ölkələrinin
kitabxana, elmi idarə və təşkilatları ilə əməkdaşlığın inkişa -
fına xüsusi diqqət ayırmağa başladı. Çünki uzun illər keç -
məsinə baxmayaraq, Kitabxananın Şərq ədəbiyyatı fondunu
lazımi səviyyədə formalaşdırmaq mümkün olmurdu. Şərq
dillərində ədəbiyyat çatışmazlığı həmin fondun normal
fəaliyyətinə imkan vermirdi. Bütün bu çətinliklərə rəğmən,
Azərbaycan və xarici ölkə kitabxanaları arasındakı səmərəli
əməkdaşlıq beynəlxalq mədəniyyət mübadiləsinin mühüm
BEYNƏLXALQ İNFORMASİYA MÜHİTİ
82
tərkib hissəsinə çevrilmiş və respublikanın beynəlxalq miq -
yasda tanınmasına müsbət təsir göstərmişdi.
1950-1960-ci illərdə aparılan beynəlxalq kitab müba -
dilələrinin miqyas və statistikasının təhlili belə deməyə əsas
verir ki, bu illər ərzində Mərkəzi Elmi Kitabxana xarici elm
və təhsil müəssisələri ilə əlaqələrini genişləndirmiş, lazımi
təcrübəyə yiyələnmiş, Azərbaycan elminin uğurlarını SSRİ-
nin hüdudlarından kənarda təbliğ etməyə nail olmuş, alim -
lərin tədqiqatlarını elmi informasiya ilə təmin etmiş və ən
əsası respublikada vahid beynəlxalq kitab mübadiləsi mər -
kəzinə çevrilə bilmişdi. Bu illər ərzində bəzi kapitalist ölkə -
lərlə əlaqələrin davamiyyəti dəfələrlə dəyişsə də, sosialist
ölkələri ilə kitab və informasiya mübadiləsi daim artan xətt
üzrə inkişaf etmişdir.
1970-ci ildə Mərkəzi Elmi Kitabxana dünyanın 53
ölkə sinin 538 təşkilatı ilə əməkdaşlıq edirdi. Xaricə gön -
dərilən və xaricdən alınan ədəbiyyatın həcmi xeyli artmış,
Şərq ölkələri ilə əməkdaşlıq möhkəmlənmişdi. Kitabxana
Türkiyənin (Türkologiya İnstitutu), İraqın (Kürd Aka de -
miyası), Kanadanın (Albert Universiteti), Hollandiyanın
(“Scientia” kitab ticarəti şirkəti) və İranın (“Qardaşlıq”
jurnalı və İran Mədəniyyətinin İnkişaf İnstitutu) bir neçə
müəssisəsi ilə əməkdaşlıq əlaqələri qurmuşdu. Həmin il,
beynəlxalq kitab mübadiləsi yolu ilə 9880 nüsxə çap vahidi
(2340 kitab, 7519 jurnal və 21 qəzet) xarici partnyorlara
göndərilmiş, əvəzində 7950 adda xarici ədəbiyyat (4830
kitab, 2470 jurnal və 650 qəzet) əldə olunmuşdu.
ELMİ-MƏDƏNİ İNTEQRASİYA
83
1971-ci ildə Kitabxanada Şərq ədəbiyyatı şöbəsi ya -
radıldı. Bununla, Kitabxana Şərq dillərində ədəbiyyatı daha
səmərəli şəkildə komplektləşdirilməyə nail oldu.
O illərdə kitabxana dünyanın bir çox kitabxanaları ilə,
o cümlədən Nyu-York İctimai kitabxanası (ABŞ), Britaniya
Muzeyi, Kral kitabxanası (Böyük Britaniya), Milli Kitabxana,
Ali Tədqiqatların Təcrübə Məktəbi (Fransa) və s. kimi
kitabxanalarla uğurlu əməkdaşlığını davan etdirir, kitab və
elmi-texniki informasiya mübadiləsi sahəsində imkanlarını
genişləndirirdi. Təsadüfi deyil ki, həmin il kitabxana 53
ölkənin 543 təşkilatı ilə sıx əlaqəyə malik idi.
1972-ci ildə Kitabxana abunə yolu ilə (valyuta ilə) 4281
nüsxə xarici ədəbiyyat əldə etmişdi. Beynəlxalq kitab mü -
badiləsi vasitəsilə daxilolmalar isə 8500 nüsxə idi. Kitabxana
dünyanın 41 ölkəsindəki 445 təşkilatla əməkdaşlıq edirdi.
Fəal partnyorlar sırasına Bad-Qodesberqdəki Alman Təd -
qiqat Cəmiyyəti, Boston-Spadakı Milli Elmi-Texniki kitab -
xana, Roma şəhərindəki Şərqşünaslıq İnstitutu, Bolqa rıstan
Elmlər Akademiyasının kitabxanası, Bağdad Universiteti,
İranın Mədəniyyət Fondu və s. daxil idi.
Həmin il mübadilə yolu ilə xüsusi olaraq Nizami adına
Ədəbiyyat Muzeyi üçün İraq Milli Muzeyindən 100-dən
artıq kitab alınmışdı. Əvəzində Bağdada Azərbaycan yazı -
çılarının 400-dən artıq kitabı göndərilmişdi.
1972-ci ildə Azərbaycan EA-nın Elmi-tədqiqat institut -
la rının kitabxanaları ilə Mərkəzi Elmi Kitabxananın Mər kəz -
ləşdirilmiş Kitabxana Sistemi yaradıldı və xarici ədəbiyyat
BEYNƏLXALQ İNFORMASİYA MÜHİTİ
84
üzrə sorğuların koordinasiyası daha da asanlaşdı.
24-29 aprel 1972-ci ildə Vyana şəhərində Avstriya Milli
Kitabxanasının bilavasitə dəstəyi ilə Nəşrlərin beynəlxalq
mübadiləsi üzrə 2-ci Avropa Konfransı keçirildi (1970-ci ildə
IFLA-nın 36-cı sessiyasında qəbul olunmuş qərara əsasən).
Konfransda 19 Avropa ölkəsinin, o cümlədən SSRİ-nin
nümayəndə heyəti iştirak edirdi. Əsas məqsədi YUNESKO
tərəfindən 1958-ci ildə qəbul olunmuş iki konvensiyanın icra
vəziyyətini müzakirə və təftiş etmək idi. Beynəlxalq müba -
dilə nin inkişafı üzrə nəticələrin yekunlaşdırılması, iş təcrübə -
sinin ümumiləşdirilməsi və bunun əsasında müba dilə
münasibətlərinin sonrakı inkişafına dair tövsiyələrin işlənib
hazırlanması, həmçinin Asiya, Afrika və Latın Amerikasının
inkişaf edən ölkələri ilə beynəlxalq kitab və informasiya
mübadiləsinin inkişaf perspektivlərinin müzakirə edilməsinə
həsr olunmuş konfransda SSRİ nümayəndə heyətinin təq -
dim etdiyi hesabatda qeyd olunurdu ki, İttifaq ölkələ rindən
79 kitabxana, o cümlədən Azərbaycan EA-nın Mərkəzi Elmi
Kitabxanası müstəqil şəkildə beynəlxalq əlaqələr qurur və
bu sahədə imkanlarını daim genişləndirir.
1973-cü ildə Mərkəzi Elmi Kitabxana 47 ölkənin 519
təşkilatı ilə əməkdaşlıq edirdi. Həmin il Kitabxana valyuta
ilə abunə yolu ilə 3379 nüsxə, “Soyuzpeçat” vasitəsilə 4028
nüsxə, beynəlxalq kitab mübadiləsi yolu ilə isə 10.017 nüsxə
nəşr vahidi əldə etmişdi. Əvəzində mübadilə yolu ilə xarici
tərəfdaşlara 12033 nüsxə ədəbiyyat göndərilmişdi. 1973-cü
ildə Kitabxana 1962-1972-ci illərdə əməkdaşlıq etdiyi xarici
ELMİ-MƏDƏNİ İNTEQRASİYA
85
tərəfdaşlarla yazışmaları bir daha təftiş edərək 387 təşkilatla
daha davamlı əlaqələrə malik olduğunu təsbit etdi. 1973-cü
ildən etibarən “Komplektləşdirmə və beynəlxalq kitab
mübadiləsi şöbəsi”nin “Xarici dillərdə (Avropa dillərində)
ədəbiyyatın komplektləşdirilməsi” sektorunun əməkdaşları
xarici dövri nəşrləri inventar kitabında qeyd etməməyə
başladılar ki, bu da komplektləşdirmənin tamamlanmasına
şərait yaratdı. Bunun nəticəsində “Journal of the Chemical
Society”, “Zeitschrift für Astrophysik”, “Journal Asiatique”,
“Architects Journal” kimi yeni jurnallar əldə olundu.
Bununla bərabər, Kitabxana tanınmış Azərbaycan ədə -
biy yatşünası, professor Əhməd Cəfəroğlunun “75 Azar baj -
ganische Lieder “Bajaty” in der Mundart von Ganğa nebst
einer spachlichen Erklarung” (“Gəncə dialektində 75 Azər -
baycan bayatısının dil baxımından təhlili”, 1930) adlı
qiymətli kitabını əldə etmişdi. Yeri gəlmişkən, qeyd etmək
lazımdır ki, professor Ə.Cəfəroğlu 15 may 1929-cu ildə Bres-
lau Universitetində (indiki Vroslav Universiteti, Polşa)
məşhur şərqşünas Fridrix Gizenin rəhbərliyi ilə bu mövzuda
dissertasiya yazmış və onun müdafiəsinə nail olmuşdu.
1973-cü ildə Kitabxananın əldə etdiyi dəyərli nəşrlər ara -
sında “Die musik der Araber” (1842), “Progress in industrial
microbiology” (11 cilddə), “Musiqi tarixi: Misir və İslam”
(Almaniya Dövlət Kitabxanasından), “Kimyəvi struktur və
reaksiyaların mikrodalğalı tədqiqi” (Macarıstan EA-nın
kitabxanasından), “Yarımkeçiricilər fizikası üzrə II bey nəl -
xalq konfransın materialları” (Polşa EA-nın kitab xa na -
BEYNƏLXALQ İNFORMASİYA MÜHİTİ
86
sından), “İslamaqədərki türk incəsənətinin tədqiqi” (Tür kiyə
Milli Kitabxanasından), “Cəbri topologiyaya giriş” (Bri-
taniya kitabxanasından) və s. kimi nəşrlər də vardı.
1973-cü ildə Kitabxana bir sıra xarici tərəfdaşı ilə-Al-
bert Universiteti (Kanada), London Linnean Cəmiyyəti,
Santyaqo Universitetinin Coğrafiya İnstitutu, Yaponiya Neft
İnstitutu və Milan Botanika İnstitutu ilə əlaqələrini da -
yandırdı. Əvəzində Upsala Universiteti (ABŞ), Yaponiya
Elmlər Akademiyasının kitabxanası, Yuqoslaviyanın “İqtisadi
təhlil” jurnalının redaksiyası və ayrı-ayrı alimlərlə-Şiro Ha-
tori (Yaponiya), Eduard Trıyarski (Polşa) və Rona Taş (Ma -
carıstan) ilə ilk dəfə əlaqə quruldu.
1973-cü ildə Kitabxanaya Şərq ölkələrinin dillərində
2002 nüsxə çap vahidi daxil olmuşdu. Bağdad universiteti,
İraq Elmlər Akademiyası, İraq Milli Kitabxanası Ərəb Dili
Akademiyası (Suriya), İran Mədəniyyət Fondu, Tehran uni-
versiteti kimi elm və təhsil müəssisələri ilə əlaqələr daha da
genişlənmişdi. Akademik Z.Bünyadov öz şəxsi kitabxanasın -
dan ərəb ölkələrində dərc olunan bir neçə dəst elmi jurnalı
Kitabxanaya hədiyyə etmişdi.
Bu illərdə Mərkəzi Elmi Kitabxana xarici ədəbiyyatın
komplektləşdirilməsi sahəsində respublikanın digər aparıcı
kitabxanaları ilə əməkdaşlıq edir, fəaliyyətini koordinasiyalı
şəkildə qururdu. Məsələn, 1971-1973-cü illər ərzində Kitab -
xana M.F.Axundov adına Respublika kitabxanası ilə birgə
İran kitabxanalarına 900-dən artıq kitab və jurnal göndərmiş,
İrandan isə 563 kitab və jurnal almışdı [103, s. 78].
ELMİ-MƏDƏNİ İNTEQRASİYA
87
1974-cü il Mərkəzi Elmi Kitabxananın beynəlxalq elmi
əlaqələr tarixində məhsuldar illərdən biri idi. Belə ki, həmin
ildən etibarən Kitabxana beynəlxalq kitab və elmi-texniki in-
formasiya mübadiləsi sahəsində görülən işlərin həcmini
artırmış, bu istiqamətdəki fəaliyyətini daha da təkmilləşdir -
miş di. 1974-cü ildə Kitabxananın təşəbbüsü ilə filial kitabxa -
nala rında da xarici ədəbiyyat sərgiləri təşkil olunmağa
baş ladı. Fiziki İnstitutunda “Mərkəzi Elmi Kitabxanaya
1969-1974-cü illərdə fizika üzrə daxil olmuş xarici ədə biy -
yat”, Dərin Neft-qaz yataqlarının problemləri institutunda
(in diki Geologiya İnstitutu) “1973-74-cü illərdə geologiya
üzrə xaricdən alınmış ədəbiyyat” adlı sərgilər keçirilmişdi.
Həmin il Kitabxanaya 18705 nüsxə xarici ədəbiyyat
(4125 nüsxə abunə yolu ilə, qalanları isə mübadilə vasitəsilə)
daxil olmuş, 11002 nüsxə çap vahidi, o cümlədən 3270 kitab
və 7732 nüsxə elmi jurnal mübadilə yolu ilə xaricə gön dəril -
mişdi. Kitabxana 50 ölkənin 528 təşkilatı ilə əlaqə saxlayırdı.
Əsasən təbiət elmləri üzrə nəşri davam edən ədəbiyyatın,
soraq-məlumat nəşrlərinin və monoqrafiyaların əldə olun -
masına diqqət ayrılırdı.
1974-cü ildə Kitabxana müxtəlif mövzular üzrə ədə -
biyyat mübadiləsini həyata keçirmək məqsədilə 65 xarici elm
və təhsil müəssisəsinə, kitabxana və muzeylərə rus və ingilis
dilində müraciət məktubları ünvanlamışdı. 50 təşkilat mü -
ra ciəti müsbət cavablandırmış və Kitabxana 70 adda yeni
elmi jurnal əldə etmişdi. Məsələn, Macarıstandan “Periodica
Matematica”, “Problems of Control and Information”, Fran -
BEYNƏLXALQ İNFORMASİYA MÜHİTİ
88
sa -dan “Annales de Phytopathologie”, Yaponiya-dan “Bul-
letin of the Japan Petroleum Institute”, Polşadan “Postepy
Microbiologii”, ABŞ-dan isə “Journal of Asian History” adlı
elmi jurnallar alınmışdı. Bir neçə jurnala - “Monatshefte für
Chemie”, “Atti della Academia Nazionale de Lincei” valyuta
ilə abunə dayandırılmış və bu nəşrlər xarici kitabxanalardan
mübadilə yolu ilə əldə olunmağa başlamışdı.
1974-cü ildə Avstriya Elmlər Akademiyası (Vyana),
Hüquq və dövlətçilik üzrə Elmlər Akademiyası (Potsdam),
Elmi-texniki Tədqiqatlar Departamentinin Mərkəzi Kitab -
xa nası (Vellinqton) ilə əməkdaşlıq yüksək səviyyəyə çat -
dırıldı. Xarici ədəbiyyatın əlavə komplektləşdirilməsi
nəticəsində 216 nəşrin mikrofilmi əldə olundu. Ümumilikdə,
677 xarici çap vahidi əlavə komplektləşdirmə nəticəsində
fonda daxil edildi. Onların arasında “Helvetica Physica Acta”,
“Journal of the Chemical Society”, “Bulletin of the American
Mathematical Society”, “Chemical Engineering Sciences”
kimi jurnallar, Ketlin Lenqlinin “Industrialization of Iraq”
(1961), Fain və Xaninin “Quantum Electronics” (1969), İo-
hann Mundhenkin “Friedrich Bodenstedt und Mirza Schaf -
fy” (1971) adlı monoqrafiyaları da var idi.
Məhz 1974-cü ildə ilk dəfə İtaliya Milli Elmlər Aka de -
mi yasının kitabxanası, İllinoys və Braun universitetlərinin
(ABŞ) kitabxanası ilə əlaqələr quruldu. Bunun nəticəsində
“Encyc lopedia Americana” (30 buraxılış), Lothar Rath man -
nın “Die Arbeiterklasse in Asien und Afrika”, Mate Majorun
“Geschichte der architektur”, Vieslav Zelaskonun “Banach
ELMİ-MƏDƏNİ İNTEQRASİYA
89
algebras”, Fransua Alfred Qrandjinin “Complete acarological
works” (3 cilddə), “Irrigation, drainage and salinity: intro-
duction; An international source book FAO/UNESCO”,
Neil Arqo Krollun “Parasitism and other associations”, “Peo-
ple and Culture of the Middle East” (2 cilddə) kimi və b.
nəşr lər oxucuların istifadəsinə verildi.
Kitabxananın Şərq ədəbiyyatı fondunun da komplekt -
ləş dirilməsi davam edirdi. İl ərzində planlaşdırılan 2330
nüsxə ədəbiyyatın əvəzinə 1564 çap vahidinin əldə olun ma -
sının bir neçə səbəbi vardı:
a) Bir çox Şərq ölkələrində SSRİ ilə mədəni əlaqələr
mərkəzləri fəaliyyətini dayandırmışdı (İran, İraq və Suriyada
SSRİ ilə dostluq cəmiyyətləri istisna olmaqla)
b) Ümumittifaq “Beynəlxalq kitab” Cəmiyyəti Kitabxa -
nanın şərq dillərində olan ədəbiyyata sifarişini səbəbsiz yerə
gecikdirir və ya yerinə yetirməkdən imtina edirdi.
Buna görə də Kitabxana cəmi 10 Şərq ölkəsinin 65
təşkilatı ilə əlaqə saxlayır, gecikmələrlə də olsa mübadilə
apara, məktublaşa bilirdi. Xarici tərəfdaşların Kitabxanaya
ünvanlandığı 590 məktubdan cəmi 33-ü Şərq ölkələrindəki
kitabxanalardan idi. İl ərzində Kitabxananın xaricə göndər -
diyi 455 məktub içərisində Şərq ölkələrinin elm və təhsil
müəssisələrinə göndərilənlərin payı 10%-ə bərabər idi. Şərq
kitabxanaları ilə mübadilə əsasında Mərkəzi Elmi Kitabxana -
ya daxil olan “Lüğətnamə”nin 154-156-cı hissələri (müəllif:
Əli Əkbər Dəhxuda), “Təbrizin tarixi. IX əsr”, “Türkiyədə din
və siyasət”, “Türk şairlərinin şeirlər toplusu” “Əl-Mütənəb -
BEYNƏLXALQ İNFORMASİYA MÜHİTİ
90
bi nin yaradıcılığı”, “Ərəblərin inqilabi mübarizəsi” və s. kimi
əsərlər oxucuların diqqətini daha çox cəlb edirdi.
SSRİ-nin Müəllif Hüquqları və Əlaqədar Hüquqlar
üzrə Beynəlxalq Konvensiyaya qoşulması ilə əlaqədar olaraq
Azərbaycan SSR EA Rəyasət Heyətinin 16 oktyabr 1973-cü
il qərarı ilə Elmi-tədqiqat institutlarının sifarişi ilə Mərkəzi
Elmi Kitabxana tərəfindən əldə olunan bütün xarici elmi
jurnalların mündəricələri reproduksiya (fotoqrafiya, klişe və
s. üsulu ilə bir şəkildən surət çıxarma) olunmalı idi. Bu məq -
sədlə 1974-cü ildə Kitabxanada “Xarici ədəbiyyatın repro-
duksiya şöbəsi” yaradıldı və şöbənin texniki avadanlıqla
təchiz olunması üçün əlavə vəsait ayrıldı. Nəticədə, Kitabx-
ana “Romayor-312” markalı ofset çap maşını, “RS-A4” tipli
avtomatik rotator, “TPA-I a” markalı topoqrafik çap aparatı,
“ER-300 K2” rotatorlu elektroqrafik sürət çoxaldan qurğu və
“UDM-2” mikrofotosurətçıxaran maşınla təmin olundu. İlin
sonunadək “Soyuzmaşuçot”un perfokartlarına xarici ədəbiy -
yat üzrə 39000 referativ məlumat köçürülərək saxlama fon-
duna təhvil verildi.
1975-ci ildə Kitabxana komplektləşdirməni əsasən
abunə (“Beynəlxalq kitab”, “Soyuzpeçat” vasitəsilə ilə),
mübadilə və hədiyyəalma yolu ilə həyata keçirirdi. Kitabxana
il ərzində 16013 çap vahidini komplektləşdirmişdi. Onlar-
dan 1919-u kitab, 14094-ü isə jurnal idi. Xaricə cəmi 6300
nəşr vahidi göndərilmişdi (1980 kitab, 5320 jurnal).
Oxuculara fonda daxil olmuş xarici ədəbiyyat haqqında
daha müfəssəl və operativ məlumat çatdırmaq məqsədilə
ELMİ-MƏDƏNİ İNTEQRASİYA
91
Kitabxana Elmi-tədqiqat institutlarını onların profilinə
uyğun nəşrlərin icmalı ilə təmin edirdi. 1975-ci ildə xarici
ədəbiyyat üzrə belə icmalların sayı 1253 idi. Həmin il Kitabx-
ana “Beynəlxalq kitab” vasitəsilə (abunə yolu ilə) 4314 nüsxə
xarici kitab və jurnal əldə etmişdi. Belə nəşrlərə “İslama qə -
dər ki İran”, “Ərəb dünyasında inqilabi dəyişikliklər”, “ABŞ
neft geologiyası”, “İnformasiya sistemlər. İnformatika və
kiber netika üzrə 4-cü beynəlxalq simpoziumun materialları”,
“Makromolekullar üzrə beynəlxalq konfransın materialları.
Rio-de-Janeyro, 1974” və başqalarını misal göstərmək olar.
1975-ci ildə dünyanın 41 ölkəsindəki 460 təşkilatla
əməkdaşlıq edən Kitabxana beynəlxalq kitab mübadiləsi
vasitəsilə 9140 çap vahidi komplektləşdirmişdi. Onların
arasında “Lazer fizikasına giriş”, “Cənub-Şərqi Avropanın
bitkiləri”, “İranın qədim əlyazmaları” (10 cilddə), “Kiber-
netika və bionika”, “Kvant elektronikası”, “Proceedings of the
4th Colloquium on Microwave Communication”, “An out-
line of Mathematical logic”, “Quanten elektronik/ Eine
Einfuh rung in die physik des lasers”, “Vegetation sudosteu-
ropas”, “Syllege fungorum omnirium hucusgue cogniterum”,
“Amorphous and liquid semiconductors”, “Altturkische
Grammatik” və s. kimi maraqlı elmi ədəbiyyat nümunələri
vardı.
Kitabxana bir sıra təşkilatlarla yeni əməkdaşlıq əlaqələri
qurmuşdu. Macarıstan Mərkəzi Texniki Kitabxanası (Vya -
na), Kornell Universitetinin kitabxanası (Nyu-York), SSRİ
və Şərq ölkələrini öyrənmə mərkəzi (Paris) ilə ilk dəfə kitab
BEYNƏLXALQ İNFORMASİYA MÜHİTİ
92
və elmi-texniki informasiya mübadiləsi aparmaqla bağlı razı -
lıq əldə olunmuşdu.
1975-ci ildə Kitabxana xarici ədəbiyyat üzrə komplekt -
ləşdirmənin tamamlanması işlərinə də diqqət ayırırdı.
Həmin il, daha əvvəlki dövrdə əldə oluna bilməyən 521 adda
nəşr Kitabxana tərəfindən mübadilə edilərək oxucuların
istifadəsinə verilmişdi. “Algebra universalis”, “Semigroup
forum”, “Czechoslovak journal of physics”, “Journal Asia-
tique”, “Chemical and engineering progress” kimi elmi jur-
nallar, “Nukloidlər”, “İnkişaf etməkdə olan ölkələrdə
nəqliyyatın iqtisadiyyatı”, “Elektromaqnit sahəsi nəzəriyyəsi”
və başqa monoqrafiyalar gec də olsa Kitabxananın fonduna
daxil olmuşdu.
1975-ci ildə Potsdamdakı Alman Hüquq və Dövlət
üzrə Elmlər Akademiyası, Vyanadakı Avstriya Elmlər Aka -
de miyası, Boston-Spadakı Britaniya kitabxanası, Enn-Arbor -
da kı Miçiqan Universiteti kitabxanası, Nyu-Dehlidəki
Hin dis tan İslam Tədqiqatı İnstitutu, Macarıstan, Bolqa -
rıstan, Polşa və Alman Elmlər Akademiyasının kitabxanaları
Mərkəzi Elmi Kitabxananın fəal partnyorları idi.
Kitabxananın Şərq ədəbiyyatı şöbəsi də fəaliyyətini
beynəlxalq əməkdaşlıq istiqamətində qurmağa davam edirdi.
1975-ci ildə Şöbə Şərq dillərində 1205 nüsxə ədəbiyyat, o
cümlədən 322 nüsxə kitab və 878 nüsxə jurnal əldə etmişdi.
10 Şərq ölkəsinin 70 təşkilatı ilə əməkdaşlıq edən şöbə il
ərzində əldə etdiyi ədəbiyyatın 70%-ni “Beynəlxalq kitab”a
sifariş etmişdi. Bundan başqa, İran Mədəniyyət Fondu,
ELMİ-MƏDƏNİ İNTEQRASİYA
93
Ərzurum Universiteti şöbəyə 48 dəyərli əsər göndərmişdi.
“Təbərinin tarixi” (12 cilddə), “Ərzurum Universitetinin
Ədəbiyyat fakültəsinin jurnalı”, “Fars dili tarixi” (2 cilddə),
“Eynəl Qüzzat Həmədaninin məktubları”, “Türkmənnamə”
(2 cilddə), “Təbriz Universitetinin xəbərləri”, “İran torpaq -
şünaslıq jurnalı” kimi nəşrlər şərqşünaslar üçün dəyərli
məxəzlər idilər.
1975-ci ildə Mərkəzi Elmi Kitabxanaya Asiya, Afrika
və Latın Amerikasının demək olar ki, bütün ölkələrindən
daxil olan ədəbiyyatın sayı azalmışdı. Xüsusilə Qana,
Mozambik, Mali, Həbəşistan, Keniya, Uruqvay, İsrail və Li-
vandan ədəbiyyat göndərilmirdi. Buna təsir edən amillər
həmin regionlardakı gərgin siyasi vəziyyət və dövlətlərin iqti-
sadi çətinlikləri idi.
1976-cı ildə Kitabxana beynəlxalq kitabxanalararası
abonement fəaliyyətinə başladı. 8 ölkənin 11 kitabxanası ilə
abonement sistemi ilə əməkdaşlıq əlaqələri quruldu. İngil -
tərə, ABŞ, Polşa, Bolqarıstan və başqa dövlətlərin kitab xa -
naları, o cümlədən Konqres Kitabxanası, Britaniya Muzeyi,
Kaliforniya Universitetinin kitabxanası, Polşa və Bolqarıstan
Milli Kitabxanaları ilə ikitərəfli abonement sistemi yaradıldı.
Beynəlxalq kitabxanalararası abonementin müsbət tərəfləri
ilə yanaşı bir sıra çatışmayan cəhətləri də var idi. Belə ki, tələb
olunan ədəbiyyatın keyfiyyətli surətini çıxarmaq hər zaman
mümkün olmadığından məcburiyyət qarşısında kitab və
jurnalın orijinalı müvəqqəti istifadə üçün abonement vasitə -
si lə xaricə göndərilirdi. Bu isə kitab və jurnalların tez-tez
BEYNƏLXALQ İNFORMASİYA MÜHİTİ
94
zədələnməsi, sıradan çıxması ilə nəticələnirdi. Buna baxma-
yaraq, beynəlxalq kitabxanalararası abonement əməkdaşlığın
qo runub saxlanması və oxucu tələbatının ödənilməsi baxı -
mından böyük əhəmiyyət daşıyırdı.
1976-cı ildə Mərkəzi Elmi Kitabxananın fonduna
17044 nüsxə xarici ədəbiyyat daxil olmuşdu. Onlardan
4597-si “Beynəlxalq kitab” Cəmiyyəti vasitəsilə əldə olun -
muşdu (məsələn, “International Petroleum Encyclopedia”,
“Modern aspects of electrochemistry” (11 cilddə), “Under-
water research”, “Selenium”, Haji Zayn-al-Abdin. “Siahat-
namahyi Ibrahim bey” (The Travelogue of Ibrahim Bey-
Hacı Zeynalabdin Marağayinin “İbrahim bəyin səya hət -
naməsi” əsəri) və s..
O il 10738 nüsxə ədəbiyyat beynəlxalq mübadilə yolu
ilə fonda daxil edilmişdi. “Kristal və qeyri-kristal bərk ci -
simlər” (İngiltərə), “Bərk cisimlərdə qüsurlar” (İngiltərə),
“Pəh ləvi lüğəti” (İngiltərə), “Vakuum üzrə 6-cı beynəlxalq
kon fransın materialları” (ABŞ), E.Trauinin “Təbrizdən mək -
tublar” və s. kimi nəşrlər beynəlxalq mübadilə yolu ilə alın -
mışdı.
1976-cı ildə Kitabxana 49 ölkənin 536 təşkilatı ilə
əmək daşlıq edirdi. Onlara 10000 nüsxə çap məhsulu, o cüm -
lədən 3692 nüsxə kitab, 6308 nüsxə jurnal göndərilmişdi.
Həmin ilin oktyabr ayında Vaşinqton Universitetinin kitab -
xa nasının əməkdaşı, slavyan şöbəsinin müdiri xanım D.Ras
Kitabxananın qonağı olmuş və kitabxanalar arasında bey nəl -
xalq kitab mübadiləsinin genişləndirilməsi üzrə qarşılıqlı
ELMİ-MƏDƏNİ İNTEQRASİYA
95
razılıq əldə edilmişdi.
Həmin ildən başlayaraq Kitabxana ilk dəfə olaraq bü -
tün xarici nəşrləri ən azı 2 nüsxədə almağa başladı. Beləliklə,
Mərkəzi Elmi Kitabxananın köməyi ilə bir qədər kənarda
yerləşən filial kitabxanalarında da (Seleksiya və genetik
ehtiyatlar institutunun kitabxanasında, Neft-kimya prosesləri
İnstitutunun Sumqayıt filialının kitabxanasında və s.) xarici
ədəbiyyat fondları quruldu. Kitabxana ilin birinci rübündə
1813 nüsxə xarici dublet ədəbiyyatı filial kitabxanalarına
paylaşdırdı.
İl ərzində Kitabxanaya 354 nüsxə xarici ədəbiyyat hə -
diyyə olunmuşdu. Onlardan 44-ü Yaxın və Orta Şərq İnsti-
tutunun direktoru, akademik Həmid Araslı tərəfindən
Ki tab xanaya bəxşiş edilmişdi. Bundan başqa, xarici alim -
lərdən Dr. Ali Yavuz Akpınar, Dr. Ata Dərzibaşı, Dr. Sala-
mulla Ca vid, Prof. Dr. Georq Hazai və b. Kitabxana ilə
mütəmadi əla qə saxlayır, vaxtaşırı Bakıya kitab və jurnal
göndərirdilər.
1976-cı ildə Kitabxananın Şərq ədəbiyyatı fonduna
1410 nüsxə ədəbiyyat daxil olmuşdu. “Türk mitolojisi”,
Ömər Asun Aksoyun “Ata sözleri ve deyimleri” (2 cilddə),
Ata Dərzibaşının “Kerkük hoyratları ve manileri” və s. kimi
nəşrlər Şərq fondunda mühafizə olunurdu.
Ümumiyyətlə, SSRİ kitabxanalarının, o cümlədən
Mərkəzi Elmi Kitabxananın tarixində 70-ci illər beynəlxalq
kitab və informasiya mübadiləsi sahəsində yeni əməkdaşlıq
me todlarının və iş növlərinin axtarışı ilə yadda qalıb. Mə sə -
BEYNƏLXALQ İNFORMASİYA MÜHİTİ
96
lən, İttifaq ölkələrinin beynəlxalq informasiya mühitinə
qoşulmuş kitabxanaları hələ 1972-ci ildə sosialist ölkələrinin
ki tabxanaları ilə mübadilə formasında dəyişiklik etmişdilər.
Yeni qaydalara və mübadilə şərtlərinə əsasən bütün tərəf daş -
lar yerli nəşriyyatların çap etdiyi kənd təsərrüfatı üzrə bütün
ədəbiyyatı avtomatik olaraq (ekvivalentlik gözlənilmədən)
bir-birilərinə göndərməli idilər. Azərbaycan EA Mərkəzi
Elmi Kitabxanası da bu qaydalara riayət edərək respublikada
nəşr olunan kənd təsərrüfatı ədəbiyyatını xaricə göndərir və
müvafiq profilli elm və təhsil müəssisələrini eyni mövzulu
xarici ədəbiyyatla təmin edirdi. Lakin bəzi hallarda xarici
kitabxanaların tələblərini yerinə yetirmək mümkün olmurdu.
Belə ki, 1976-cı ildə məsələn, Bolqarıstan Kənd Təsərrüfatı
Akademiyasının tələbnaməsi üzrə sifariş yerinə yetiril mə -
miş di. Akademiyanın əldə etmək istədiyi nəşr Mərkəzi Elmi
Ki tabxananın fondunda olmadığından kitabxananın əmək -
daş ları Kirovabad Kənd Təsərrüfatı İnstitutunun (indiki
Azərbaycan Dövlət Aqrar Universiteti) kitabxanasına mü ra -
ci ət etmiş, Universitet kitabxanası isə heç bir səbəb gös tər -
mə dən sifarişi yerinə yetirməkdən imtina etmişdi. Belə hallar
əvvəlki illərdə də baş vermişdi, başqa sözlə, respublika ki -
tabxanaları arasında fəaliyyətin əlaqələndirilməsi üzrə bir sıra
çatışmazlıqlar mövcud idi. Bu natamam əlaqələr təkcə
Mərkəzi Elmi Kitabxana ilə Kirovabad Kənd Təsərrüfatı İn-
stitutunun kitabxanası arasında deyil, məsələn, M.F.Axun-
dov adına Respublika Kitabxanası ilə başqa kitabxanalar
arasında da hökm sürürdü. Nəhayət, 1976-cı ilin sonlarında
ELMİ-MƏDƏNİ İNTEQRASİYA
97
bu kimi problemləri aradan qaldırmaq məqsədilə, ilk dəfə
olaraq Mərkəzi Elmi Kitabxana, M.F.Axundov adına Re-
spublika Kitabxanası və Respublika Elmi-Texniki Kitabxana -
sı arasında xarici ədəbiyyatın abunəsi və seçilib göndərilməsi
prosesinin koordinasiyasına başlanıldı.
1977-ci ildən etibarən Mərkəzi Elmi Kitabxananın
beynəlxalq əlaqələr yaratmaq, kitab mübadiləsi aparmaq
imkanları bir qədər də genişləndi. Belə ki, SSRİ Nazirlər
Soveti Dövlət Elm və Texnika Komitəsinin, SSRİ Mədəniy -
yət Nazirliyi və SSRİ Elmlər Akademiyası Prezidiumunun
birgə qəbul etdiyi 10 noyabr 1977-ci il tarixli Qərara əsasən
“Kitabxanalara, elmi təşkilat və idarələrə kapitalist ölkələrilə
birbaşa kitab mübadiləsi hüququnun verilməsi haqqında
SSRİ nazirlik və idarələrinin və Nazirlər Sovetinin təkliflərinə
baxılması qaydaları” təsdiq olundu. Həmin sənədə əsasən
1956-cı ildən vasitəsiz, yəni heç bir kitabxananın rəhbərliyi
və vasitəçiliyi olmadan beynəlxalq kitab mübadiləsi aparan
Mərkəzi Elmi Kitabxana SSRİ Elmlər Akademiyasının
Tə biət Elmləri Kitabxanası və SSRİ İctimai Elmlər üzrə Elmi
İn formasiya İnstitutu ilə xarici ədəbiyyatın komplektləş diril -
mə sinin koordinasiyasını dayandırmaq hüququ qazandı.
Buna baxmayaraq, SSRİ Elmlər Akademiyasının Təbiət
Elmləri Kitabxanası elmlər akademiyalarının kitabxanalarına
tə biət elmləri üzrə, İctimai Elmlər üzrə Elmi İnformasiya
İnsti tutu isə ictimai elmlər üzrə xarici ədəbiyyatın kom plekt -
ləş dirilməsinə nəzarəti əldən vermək istəmirdi.
Bu ki tab xa na ların məsul əməkdaşları vaxtaşırı Mərkəzi
BEYNƏLXALQ İNFORMASİYA MÜHİTİ
98
Elmi Ki tabxananı ziyarət edir və xarici ədəbiyyatın mü ba -
diləsi vəziyyətini daim nəzarətdə saxlamağa çalışırdılar. Bu
nəzarətin mənfi tərəfləri olduğu kimi (məsələn, xaricə daha
çox rus dilində və siyasi ədəbiyyatın göndərilməsi tələb ol-
unurdu. Azərbaycan dilində ədəbiyyatın xarici partnyorlara
göndərilməsinə münasibət ürəkaçan deyildi), müsbət
tərəfləri də yox deyildi. Araşdırmalarımız göstərir ki, o illərdə
ABŞ, İngiltərə, Fransa və s. inkişaf etmiş ölkələrin elm və
təhsil müəssisələri mübadilə yolu ilə sanballı və nüfuzlu nəşr -
ləri, o cümlədən elmi ədəbiyyatı Moskva, Kiyev və Minsk
şəhərlərinin iri kitabxanalarına, Skandinaviya, Mərkəzi
Avropa ölkələri isə Riqa, Vilnüs və Tallin kitab xanalarına
göndərməyi daha üstün tutduğundan digər İttifaq ölkələrinə
nisbətən az ehtiyac duyulan və daha kütləvi şəkildə nəşr ol-
unan ədəbiyyat göndərilirdi. Buna görə, də Mərkəzi Elmi
Kitabxana ETİ-lərin profilinə uyğun elmi nəşrləri əsasən
mübadilə yolu ilə deyil, abunə və satınalma yolu ilə əldə edə
bilirdi. Bu mənada, İttifaqın iri kitabxanaları ilə əlaqələrin
mövcudluğu və xarici ədəbiyyat üzrə tələb-təklif prosesinə
nəzarət səlahiyyətinin de-fakto SSRİ Elmlər Akademiyasının
Təbiət Elmləri Kitabxanasına məxsus olması, lazım gəldikdə
həmin kitabxanadan kitabxanalararası abonement vasitəsilə
daha qiymətli xarici elmi ədəbiyyatın yerli oxuculara çat dı -
rıl masına şərait yaradırdı.
1977-ci ildə Kitabxana təkcə SSRİ kitabxanaları ilə de -
yil, 8 ölkənin 16 kitabxanası ilə beynəlxalq abonement va -
sitəsilə əməkdaşlıq edirdi. Sürix Texniki Kitabxanası, Sofiya
ELMİ-MƏDƏNİ İNTEQRASİYA
99
Elmi-Texniki Kitabxanası, Polşa EA Zoologiya İnstitutu bu
sahədə daha aktiv idilər.
Kitabxananın fonduna 16617 nüsxə xarici ədəbiyyat
da xil olmuşdu. Onlardan 10698-ü beynəlxalq mübadilə,
4253-ü abunə, qalanları isə digər mənbələrdən əldə edil -
mişdi. Həmin il xarici partnyorlara 10418 nüsxə ədəbiyyat
göndərilmişdi. Kitabxana 49 ölkənin 560 təşkilatı ilə əmək -
daş lıq edirdi. 1977-ci ildə Kitabxananın əldə etdi qiymətli
nəşrlər arasında Nyu-York Kütləvi Kitabxanasının Şərq
kolleksiyasının 16 cildlik kataloqu, “Meyerin yeni stolüstü
lüğəti” (11 cilddə), Cəlil Məmmədquluzadənin fars dilinə
tərcümə olunmuş “Macəra-e-qarib-e-Danabaş” və s. kitablar
var idi.
1977-ci ildə Kitabxana xaricdə Azərbaycan haqqında
nəşr olunmuş kitabları üzə çıxarmaq üçün partnyorlara mü -
ra ciət edərək müvafiq səpkidə nəşrlərin siyahısını göndər -
mə yi xahiş etmişdi. Bolqarıstanın Kiril və Mefodi adına Xalq
kitabxanası müraciət üzrə siyahı hazırlayıb Mərkəzi Elmi
Kitabxanaya göndərmişdi. Budapeşt Milli Kitabxanası isə
“Azərbaycan. Saraylar, qalalar, məscidlər” kitabını, AFR-dən
olan şərqşünas V.Brands “Azərbaycan müntəxabatı” kitabını
Mərkəzi Elmi Kitabxanaya hədiyyə etmişdi. 1977-ci ildə
Kitabxana ilk dəfə Yunanıstan kitabxanaları ilə əlaqə qur -
mağa başlayır və il ərzində onlardan 6 qiymətli nəşr alır.
1977-ci ildə Mərkəzi Elmi Kitabxana Moskva Bey nəl -
xalq Kitab sərgisində iştirak edərək bir sıra xarici nəş riy -
yatlarla əməkdaşlıq etməyə başladı.
BEYNƏLXALQ İNFORMASİYA MÜHİTİ
100
Həmin il Şərq dillərində kitabxanaya daxil olan nəşr -
lərin ümumi sayı 1152 nüsxə idi. İraqlı professor Abdüllətif
Bəndəroğlu, Yuqoslaviya alimi Hafiz Nemətulla ilə də əla -
qələr qurulmuşdu. Bu əməkdaşlıq nəticəsində Kitabxanaya
türk, ərəb, fars dillərində qiymətli kitablar daxil olurdu.
1978-ci ildə Mərkəzi Elmi Kitabxana 14462 nüsxə
xarici ədəbiyyat, o cümlədən 2486 nüsxə kitab və 11690
nüsxə dövri nəşr əldə etmişdi. Nəşrlərdən 9858 nüsxəsi
beynəlxalq kitab mübadiləsi vasitəsilə alınmışdı. Əvəzində
tərəfdaşlara 8998 çap vahidi göndərilmişdi. Qeyd etmək
lazımdır ki, 1-ci Moskva Beynəlxalq Kitab yarmarkasında
(1977) sifariş edilən 150 kitabdan 74-ü artıq ilin əvvəlində
Kitabxanaya daxil olmuşdu. Həmin ilin göstəricilərinə görə
Kitabxana 50 ölkənin 580 elmi müəssisəsi ilə əməkdaşlıq
edirdi. Kitabxana xarici alimlərlə də əməkdaşlığını davam et-
dirir və yeni əlaqələr qururdu. Məsələn, Türkiyəli alimlər
Zeynalabdin Makas və Hüseyn Unalla sıx münasibətlər ya -
ranmışdı. 1978-ci ildə İndiana Universitetinin (Bluminqton,
ABŞ) professoru İlhan Başgözün Kitabxanaya gəlməsi və
əməkdaşlıq imkanlarını müzakirə etməsi söylənilənləri bir
daha təsdiqləyir.
1979-cu ildə Mərkəzi Elmi Kitabxana 16 yeni təşkilatla
(Türkiyə Mədəniyyət Nazirliyi, Nyu-York Botanika Bağının
Kitabxanası, Çikaqo Universiteti və s.) beynəlxalq kitab və
in formasiya mübadiləsinə başladı. Beləliklə, xarici part nyor -
la rın sayı 590-a çatdı. 6 xarici elm-təhsil və kitab ticarəti mü -
əssisəsi ilə (Fransa Mühəndislər Cəmiyyəti, İrlandiyanın
ELMİ-MƏDƏNİ İNTEQRASİYA
101
Belfast universitetinin kitabxanası, İtaliya Hidravlika İnsti-
tutu, Yaponiyanın Osaka Universiteti, ABŞ Pensilvaniya Uni -
ver siteti Hollandiyanın “Antikvariat Yunk” kitab evi)
əmək daşlıq dayandırıldı. Kitabxanaya həmin 16044 nüsxə
xarici ədəbiyyat daxil olmuşdu ki, onlardan da 6328 nüsxəsi
filiallara göndərilmişdi.
Mərkəzi Elmi Kitabxana ikinci dəfə beynəlxalq Moskva
kitab festivalında iştirak edərək İngiltərə, Amerika və AFR
nəşriyyatları ilə yeni müqavilələr imzalamaqla 161 adda yeni
elmi ədəbiyyatın əldə olunmasına nail olmuşdu. Həmin il
Şamaxı Astrofizika Rəsədxanasının “Ul duz atmosferi fizikası
laboratoriyası”nın xahişi ilə Kitabxana dün ya rəsədxana ları -
nın kitabxanaları ilə beynəlxalq kitab mübadiləsinə başladı
(məs., Harvard kollecinin rəsədxanası, ABŞ Astronomiya
Departamenti, İngiltərə-Avstraliya Rəsəd xa nası və s.)
Azərbaycanşünaslıq istiqamətində xarici kitabxanalarla
əməkdaşlıq 1979-cu ildə də davam etdirilirdi. Macarıstan
Milli Kitabxanası Maqsud İbrahimbəyovun macar dilinə
tərcümə olunmuş “Qardaşdan yaxşısı yox imiş”, “Azərbaycan
nəsr antologiyası” kimi nəşrləri Mərkəzi Elmi Kitabxanaya
göndərmişdi.
Həmin dövrdə Mərkəzi Elmi Kitabxana Azərbaycan
elminin beynəlxalq ictimaiyyətə çatdırılması sahəsində səy -
lə rini durmadan artırır və üzərinə düşən vəzifənin öhdə sin -
dən lazımi səviyyədə gəlirdi. Kitabxana təkcə “Azərbaycan
EA-nın Məruzələri”ni 110, “Sovet türkologiyası”nı isə 70 xa -
rici təşkilata göndərmişdi. Azərbaycan alimlərinin əsərlərinə
BEYNƏLXALQ İNFORMASİYA MÜHİTİ
102
xaricdən olan tələbat da günü-gündən çoxalırdı. Çexiya
Elmlər Akademiyası, Amerika geologiya xidməti və Bri-
taniya Muzeyinə T.Axundovun “Naxçıvan MSSR-in mik rof -
lorası”, A.Sultanovun “Azərbaycanın Akçaqıl çö kün tüsünün
litologiyası”, “Azərbaycan Sovet Ensiklopediyası”nın 3-cü
cildi və s. göndərilmişdi. Konqres Kitabxanası, Miçiqan və
Kolumbiya universitetlərinin kitabxanaları (ABŞ), Neapol
Şərqşünaslıq İnstitutu, Paris Milli Kitabxanası, Bolqarıstan
Elmlər Akademiyası, Nyu-York Kütləvi Kitabxanası “Azər -
bay can tarixi üzrə materiallar”, “Genetika və seleksiya
İnstitutu nun əsərləri”, “Torpaqşünaslıq və aqrokimya İnstitu -
tunun əsərləri”, H.Araslının “Arif Ərdəbili və onun “Fər had -
namə”si” əsəri və digər nəşrləri əldə etmək üçün Ki tab xanaya
müraciət etmiş və bu müraciətlər müsbət cavab lan dırılmışdı.
1979-cu ildə ABŞ-ın York Universitetinin baş inzibatçısı,
pro fessor Rosmari Nilsen Mərkəzi Elmi Kitabxananın qo -
nağı olmuş və Universitetlə Kitabxana arasında əmək daş lıq
müqaviləsi imzalanmışdı.
1979-cu ildə Mərkəzi Elmi Kitabxana xarici tə rəf daş -
larından 13830 nüsxə elmi ədəbiyyat almış, əvəzində 10355
nüsxə kitab və jurnal göndərmişdi. Həmin ildən etibarən
Mərkəzi Elmi Kitabxana xarici ədəbiyyatdan isti fa dənin
səmərəliliyini öyrənmək məqsədilə filial kitab xana la rına
sorğu göndərməyə başlamışdı. Kitabxananın “Şərq ədə -
biyyatı şöbəsi” də beynəlxalq kitab və informasiya mü ba -
diləsində yaxından iştirak etməklə, 11 ölkənin 103 təşkilatı
ilə daim əlaqə saxlayır və əməkdaşlıq edirdi. İl ərzində şöbə
ELMİ-MƏDƏNİ İNTEQRASİYA
103
vasitəsilə Kitabxanaya 1405 nüsxə ədəbiyyat daxil olmuşdu.
1976-1980-ci illərdə Mərkəzi Elmi Kitabxananın fon-
dunda toplanmış xarici ədəbiyyatın verilişi və onlara oxucu
müraciətlərinin təhlili göstərir ki, Kitabxananın fəaliyyəti
əsasən artan xətt üzrə inkişaf etmişdir.
Cədvəldən də göründüyü kimi, bu illər ərzində xarici
ədə biyyata maraq kifayət qədər böyük olmuş, 1 oxucu il ər -
zində təxminən 7-8 sorğu ilə Kitabxanaya müraciət etmiş və
sorğular 70-90% yerinə yetirilmişdir.
1980-ci ildə Kitabxana filial kitabxanaları arasında
apardığı sorğuları təhlil edərək bir sıra xarici elmi nəşrlərə
abunə olmaqdan imtina etmiş, əvəzində yeni kitab və jur nal -
ların alınmasına nail olmuşdu. Həmin il Mərkəzi Elmi Ki tab -
xana həm öz, həm də Azərbaycan EA ETİ-lərin kitabxanaları,
başqa sözlə filialları üçün ümumilikdə, 16294 nüsxə xarici
ədəbiyyat əldə etmişdi. Filiallar da bu sahədə aktivləşərək
BEYNƏLXALQ İNFORMASİYA MÜHİTİ
104
Dostları ilə paylaş: |