SULTAN HÜSEYN MİRZƏNİN HERATI ALMASI
İLƏ BABURUN SƏMƏRQƏNDİ ALMASININ
MÜQAYİSƏ EDİLMƏSİ
Sultan Hüseyn [Bayqara] Mirzə də Heratı bu şəkildə basqınla almışdı.
Lakin iş bilənlər gözündə, anlayan və tərəfsiz kimsələrin önündə o işlə bu
fəth arasında böyük bir fərq olduğu aşikardır.
Birincisi, Sultan Hüseyn Mirzə çox işlər görmüş, çox təcrübə qazan-
mış yaşlı bir padşah idi.
İkincisi, onun düşməni on yeddi-on səkkiz yaşında və təcrübəsiz bir
uşaq olan Yadigar Məhəmməd Nasir Mirzə idı. (85 b)
Üçüncüsü, [Sultan Hüseyn Mirzənin əmirlərindən] düşmənin içində
olan və vəziyyəti bilən Mir Əli Miraxur Mirzəyə adamlar göndərib onu düş-
mənin üstünə qafil olduğu bir anda gətirmişdi.
Dördüncüsü, düşmən kurqanda deyil, Baği-Zağanda idi və Sultan Hü-
seyn Mirzə şəhəri alanda Yadigar Məhəmməd Mirzə ilə adamları özlərini
içkiyə elə vermişdilər ki, o gecə Yadigar Məhəmməd Mirzənin qapısında
duran üç adamın üçü də sərxoş imiş.
Beşincisi, Yadigar Məhəmməd Mirzənin bu dərəcə qafil olduğu bir
anda Sultan Hüseyn Mirzə gəldi və şəhəri zəbt etdi.
Mən isə Səmərqəndi alanda on doqquz yaşındaydım. Nə çox işlər gör-
müş, nə də təcrübə qazanmışdım.
İkincisi, mənim düşmənim Şeybani xan kimi çox təcrübə sahibi və
çox işlər görmüş, yaşlı bir adamdı.
Üçüncüsü, bizə Səmərqənddən heç kimsə gəlməmişdi. Şəhər əhalisi
mənə nə qədər meylli olsa da, Şeybani xanın qorxusundan heç kim bir şey
edə bilməzdi.
Dördüncüsü, mənim düşmənim kurqanda idi, kurqan alındı, düşmən
BABURNAMƏ
101
də qovuldu.
Beşincisi, bir dəfə Səmərqənd üzərinə gəlmişdik və düşmən bundan
xəbərdar olmuşdu, ikinci dəfə gələndə Allah rast gətirdi və Səmərqənd zəbt
edildi.
Bunları söyləməkdən məqsədim başqalarına daş atmaq deyil, (86 a)
yuxarıda bəhs edildiyi kimi, gerçəkləşən hadisəni anlatmaqdır. Bunları yaz-
maqdan məqsədim isə özümü yüksəltmək deyildir. Yuxarıda yazıldığı kimi,
doğrusu bu idi.
Bu fəth haqqında şairlər tarixlər söyləmişlər. Onların arasından bir
beyt xatirimdə qalmışdır:
Baz gofte xirəd ki tarixəş
Fəthi-Babur bahadur əst bedan.
Ağıl tarixini yenidən söylədi; bil ki
Onun tarixi budur: «Fəthi-Babur bahadur».
1
Səmərqənd alındıqdan sonra Şavdar, Soğd və yaxın tümənlərin kur-
qanları bir-bir gəlib mənə qatılmağa başladılar. Bəzi kurqanların özbək dar-
ğaları qorxudan qaçıb getdilər, bəzi kurqanlar özbəkləri qovub bizim idarə-
mizə girdilər, bəziləri isə darğaları yaxalayıb kurqanları qapatdılar.
Bu zaman Şeybani xanla özbəklərin köç və ailələri Türküstandan gəldi.
Şeybani xan özü Xoca-Didar və Əliabad civarında olurdu. Kurqanların bu
şəkildə bizə keçdiyini və əhalinin bizi dəstəklədiyini görüncə olduğu yerdən
qalxıb Buxara tərəfinə getdi.
Allahın inayəti ilə Soğd və Miyanqal kurqanlarının çoxu üç-dörd ay
ərzində təkrar bizə keçdi. Baqi Tarxan da fürsət taparaq Karşi kurqanına gir-
di. Hüzar və Karşi da özbəklərin əlindən çıxdı. Qaragölü isə Mərvdən Əbül-
möhsün (86 b) Mirzənin adamları gəlib aldılar. İşimiz çox yaxşı gedirdi.
Anam, köçüm və uruğlarım mən Əndicandan çıxdıqdan sonra min bir
çətinlik və sıxıntı ilə Ura-Təpəyə gəlmişdilər. Adam göndərərək onları da
Səmərqəndə gətirtdik.
Həmin günlərdə Sultan Əhməd Mirzənin mənimlə evli olan qızı, ilk
nigahlı arvadım Ayşə Sultan bəyimin bir qızı dünyaya gəldi. Fəxrünnisa adı
verildi. Bu mənim ilk uşağım idi və mən o vaxt on doqquz yaşındaydım.
Uşaq bir ay və ya qırx gün içində Allahın rəhmətinə qovuşdu.
Səmərqəndin fəthindən sonra dəfələrlə civardakı xanlara, sultanlara,
əmirlərə və sərhəd boyunda yaşayanlara kömək və dəstək tələbi ilə arxa-
arxaya elçilər və xəbərçilər gedib gəldi. Bu gələn elçilərin bəziləri təcrübəli
olmalarına baxmayaraq diləklərimi ağılsızcasına rədd edirdilər. Bəziləri də
bizə qarşı vaxtilə ədəbsizlik və pis hərəkətlər etmişdilər, ona görə qorxduq-
ları üçün cavab vermirdilər. Bəziləri yardım göndərsələr də buna yardım de-
mək olmazdı. Bunların hamısından növbə ilə bəhs ediləcəkdir.
1
«Fəthi-Babur bahadur» sözlərinin əbcəd hesabı ilə cəmi 906 (=1500) deməkdir.
Zəhirəddin Məhəmməd BABUR
102
Səmərqəndi ikinci dəfə alanda Əli Şir [Nəvai] bəy (87 a) hələ həyatda
idı. Bir dəfə mənə bir məktubu da gəlmişdi. Mən də arxasına türkcə beyt ya-
zıb bir məktub göndərmişdim. Cavab gəlincəyə qədər ayrılıq və qovğa çıxdı.
Şeybani xan Səmərqəndi alanda Molla Bənnaini öz xidmətinə qəbul
etmişdi, öz yanında saxlayırdı. Səmərqəndin fəthindən bir neçə gün sonra
buraya gəldi. Qasım bəy ondan şübhələndiyi üçün Şəhrisəbz tərəfinə getmə-
sinə izin verdi. Çox fəzilətli bir adam olduğu və heç bir günahı görülmədiyi
üçün təkrar Səmərqəndə gətirtdik. Daim qəsidə və qəzəl yazırdı. Nəva fəs-
lində bəstələnmiş bir qəzəli mənə ithaf etdi.
Yenə o zamanlarda bir rübai söylədi. Həmin rübai budur:
Nə ğəllə məra k-əzi təvanəm nuşid,
Nə möhmali ğəllə təvanəm puşid,
Anra ki, nə xordənəstü nə puşidan,
Dər elmü hünər koca təvanəd kəşid.
Nə bir bəslənəcək yeyəcəyim var,
Nə də örtünəcək geyəcəyim var.
Yeməyi, paltarı olmayan adam
Elm, hünər üçün necə çalışar?
O zamanlar mən də bir və ya iki beyt söyləyirdim, lakin qəzəl tamam-
lamırdım. Yalnız türkcə bir rübai söylədim:
İşlər varı könlündəki tək bolğusudur,
Ənamü vəzifə barı buyrulğusudur,
Ol ğəlleyü-mühməl ki, deb ərdin, berdim,
Mühməlgə buyu ğəllədən öy dolğusudur.
İşlərinin hamısı könlünə görə olacaqdır,
Ənam və vəzifə, hamısı gələcəkdir,
O söylədiyin qailə və mühməli sənə verdim,
Mühmələ girəcək evin qailə ilə dolacaqdır.
Molla Bənnai bu rübainin (87 b) sonuncu misrasının qafiyəsini rədif
edərək başqa bir qafiyə ilə təkrar bir rübai söylədi:
Mirzəm ki şahi-bərhi-bər bolğusudur,
Aləmdə hünər birlə sər bolğusudur,
Bir mühməl üçün bunca inayət boldu,
Müstəməl əgər desəm nələr bolğusudur.
Mirzəm qurunun və dənizin şahı olacaqdır,
Aləmdə hünəri ilə başı ucalacaqdır,
Bir mühməl üçün bunca inayət olsa,
Müstəməldir, əgər desəm nələr olacaqdır.
BABURNAMƏ
103
O zaman Xoca Əbülbərəkə Firaqi Şəhrisəbzdən Səmərqəndə gəlmişdi.
O da «bu qafiyə və rədifdə söyləmək lazımdır» dedi və bu rübaini söylədi:
Bu cövr ki gəldi dövr sorulğusudur,
Sultani-kərəm bu üzrnü qulğusudur,
Tökülgən əgərçı dolmaz, ey saqi,
Tökülgənimiz bu dövrdə dolğusudur.
Dövrün etdiyi cəza ondan sorulacaqdır,
Kərəmli sultan bu üzrü bağışlayacaqdır.
Tökülən əgərçi dolmaz, ey saqi,
Tökülənimiz bu dövrdə dolacaqdır.
Bu qış bizim işimiz çox tərəqqidə, Şeybani xanınkı isə tənəzzüldə idi.
Amma bu arada gerçəkləşən bir-iki hadisə işimizi bir az pozdu. Mərvdən
gələrək Qaragölü alanlar orada dayana bilmədilər və Qaragöl təkrar özbək-
lərin əlinə keçdi. Dəbusi qalasında İbrahim Tarxanın kiçık qardaşı Əhməd
Tarxan dururdu. Şeybani xan gəlib oranı mühasirəyə aldı. Biz əsgər toplayıb
hazırlıq görənə qədər zorla alıb əhalisini tamamilə qılıncdan keçirdi.
SƏRPÜL MEYDAN MÜHARİBƏSİ
Mənim Səmərqəndi aldığım zaman yanımda iki yüz qırx təcrübəli
adamım (88 a) vardı. Beş-altı ay içində böyük Allahın yardımıyla sayıları o
qədər artdı ki, Şeybani xan kimi bir adamla, bir az sonra bəhs edəcəyim ki-
mi, Sərpüldə bir meydan müharibəsi elədik.
Ətrafdakılardan və xandan [Baburun dayısı Sultan Mahmud xan] dörd
və ya beş yüzə qədər adamla birlikdə Əyyub Bəycik, Qaşqa Mahmud və ba-
rinlər köməyə gəlmişdi. Cahangir Mirzədən yüz və ya iki yüz adamla birlik-
də Tənbəlin kiçık qardaşı Xəlil də köməyə gəlmişdi.
Şeybani xanın etdiklərini və davranışlarını ən yaxşı bilən Sultan Hü-
seyn Mirzə kimi təcrübə sahibi bir padşahdan köməyimə heç kim gəlmədi.
Bədiüzzaman Mirzədən də heç kim gəlmədi. Xosrov şah isə qorxudan adam
göndərmədi, çünki yuxarıda bəhs edildiyi kimi, o, bu ailəyə çox pisliklər
eləmişdi və bizdən möhkəmcə qorxurdu.
Şəvval ayında [=1501 aprel-may] Şeybani xan ilə savaşmaq niyyətilə
hərəkət edərək Baği-nova çıxdım. Əsgər toplamaq və hazırlıq üçün burada
beş-altı gün qaldım. Oradan hərəkət edib bir neçə dəfə dincəldikdən sonra
Sərpüldən keçərək ordugah qurduq. Ordugahın çevrəsini başdan-başa paya
(88 b) və xəndəklər vasitəsilə qorunaqlı bir hala gətirdik.
Şeybani xan da digər tərəfdən gəlib Xoca-Kardzən ətrafına endi. Ara-
mız təxminən bir ağacdı. Dörd-beş gün burada oturduq. Bizim adamlarımız
və düşmənin adamları hər gün qarşı-qarşıya gəlib oxla vuruşurlardı. Bir gün
Zəhirəddin Məhəmməd BABUR
104
düşmənin adamı bir az artıq izdihamla gəldi, xeyli müharibə oldu, lakin heç
bir tərəf o birinə dov gələ bilmədi. Bizim bir alay qədər adamımız çabucaq
qayıdıb xəndəyə girmişdi. Bəziləri bunun Seydi Qara bəyin alayı olduğunu
söylədilər. Seyd Qara bəy sözünün əri olsa da, qılıncı bir az zəif idi.
O günlərdə Şeybani xan bir dəfə gəlib gecə basqıni elədi. Əsgərlərin
ətrafı ağac maneələr və xəndəklə möhkəmləndirilib qorunaqlı hala gətiril-
mişdi. Ona görə də düşmən heç nə edə bilmədi. Yalnızca xəndəyin o üzün-
dən qışqıraraq bir az ox atıb geri döndü.
Mən müharibənin sürətləndirilməsini istəyirdim. Qənbər Əli də qeyrət
edirdi. Baqi Tarxan min-iki min silahlı adamla Keşə enmiş və bir-iki günə
qədər bizə qoşulacaqdı. Seyid Məhəmməd Mirzə Duğlat da xan dayım tərə-
findən köməyə gələrək min və ya min beş yüz adamla (89 a) Diyula enmişdi,
bizdən dörd ağac məsafədə idi və sabahadək bizə qatılacaqdı. Belə bir du-
rumda müharibəni sürətləndirdik və vuruşduq.
Be tündi səbk dəst bərdən be tiğ,
Be dəndan kəzd pəşt dəst diriğ
1
.
Hiddətlə əlini dərhal qılınca atan
Peşman olaraq əlinin arxasını dişləyər.
Mənim tələsməyimin səbəbi bu idi: müharibə günündə Zöhrə ulduzu
arada idi. O gün sovuşsa, Zöhrə ulduzu
2
on üç-on dörd gün qədər düşmənin
arxasında olacaqdı. Lakin bu düşüncələr yersiz imiş və lüzumsuz tələskənlik
edilmiş.
Bir sabah müharibə niyyətilə silahlanaraq atlarımıza zireh taxdıq, sağ
və sol qolları, mərkəz və irəli qol səflərini nizamlayaraq hərəkətə keçdik.
Sağ qolda İbrahim Saru, İbrahim Cani, Əbülqasım Kuhbər və digər bəzi
bəylər; sol qolda Məhəmməd Məzid Tarxan, İbrahim Tarxan, Səmərqənd
bəylərindən Sultan Hüseyn Arğun, Qara Barlas, Pir Əhməd və Xoca Hüseyn,
mərkəzdə Qasım bəy və bəzi yaxın içkilər; irəli qolda isə Qənbər Əli Sallax,
Bəndə Əli, Xoca Əli, Mirşah Koçin, Seyid Qasım eşik-ağa, Bəndə Əlinin
kiçık qardaşı Haldar və Qasım bəyin oğlu Qoç Heydər durmuşdular. Digər
mövcud yaxşı igidlərin və içkilərin hamısı də irəli qola daxil edilmişdi.
Bizim səf halında hərəkətə keçməmizlə birlikdə düşmən da qarşı tə-
rəfdən (89 b) səf halında qabağımıza çıxdı. Düşmənin sağ qolunda [Şeybani
xanın kiçık qardaşı] Mahmud Sultan, [Şeybani xanın bacısı oğlu] Cani bəy
Sultan və [Şeybani xanın oğlu] Teymur Sultan, sol qolunda Həmzə Sultan,
Mehdi Sultan və digər bəzi sultanlar dururdular.
Səflər bir-birinə yaxınlaşanda düşmənin sağ qolunun başı bizim arxamıza
doğru yürüdü. Mən də üzümü onlara çevirdim. İrəli qolumuz isə -bütün təc-
1
Sədi Şirazidən.
2
İnama görə, Zöhrə ulduzu adama şans gətirirdi. Ona görə də daha şanslı ola bilmək
üçün Zöhrənin öz tərəflərində olduğu zaman savaşa başlamağa çalışırdılar.
BABURNAMƏ
105
rübəli və yaxşı qılınc çalan igidlərimiz irəli qola daxil idi- sağ tərəfimizdə qaldı.
Önümüzdə heç adam qalmadı. Buna baxmayaraq bizə doğru gələn adamları
vurub çevirərək mərkəzə sıxışdırdıq, iş artıq o dərəcəyə gəldi ki, Şeybani xanın
bəzi yaşlı və böyük adamları «yürümək lazımdır, durmaq zamanı keçdi»
demişlər, lakin o olduğu yerdə qalmışdı. Düşmənin sağ qolu bizim sol qolumu-
zu yenərək arxamıza doğru yürüdü. İrəli qol da sağ tərəfimizdə qalınca önümüz
açıq qaldı. Düşmən arxadan və öndən sıxışdıraraq ox atmağa başladı.
Köməyə gəlmiş moğol əsgərlərinin savaşmağa heç niyyətləri yoxdu.
Savaşmaq bir yana, bizim öz əsgərimizi yağmalayıb atdan salmağa başladı-
lar. Yalnız burada deyil, bədbəxt moğolun (90 a) adəti daima belədir. Qalib
gəlsə də qənimət (olca) alır, məğlub da olsa öz elini yağmalayıb qənimət alır.
Önümüzdəkilər neçə dəfə şiddətli şəkildə hücum etsələr də, hər dəfə
onları geri oturtduq. Önümüzdən bizi xeyli sıxışdırdılar. Arxamıza keçən
adamlarsa gəlib bizim alaya ox atmağa başladılar. İrəlidən və arxadan sıxış-
dıraraq əsgərimizi bir az sarsdılar. Özbəklərin savaşdakı böyük hünəri bu çe-
virmə (tolğama) hərəkətidir. Onların heç bir savaşı tolğamasız olmaz. Başqa
bir hünərləri də budur ki, irəlidə və arxada bəy və nəfərlərin hamısı ox ataraq
dördnala gəlir və döndükləri zaman da toplu halda dördnala geri çəkilirlər.
Mənim yanımda on-on beş adam qalmışdı. Kuhək çayı yaxındı. Sağ
qolun bir ucu çaya varmışdı. Biz də çaya doğru yürüdük. Çayın suyunun çə-
kildiyi günlər idi. Çaya çatınca zirehli bir halda suya girdik. Çayın yarısın-
dan çoxunu yürüyərək keçdik. Qalan qismi dərindi. Bir ox atımı qədər yeri
atları zirehli halda üzdürərək keçdik. Suyu keçəndən sonra zirehləri atdıq.
Suyun şimal tərəfinə keçincə düşmənin (90 b) təqibindən qurtulduq,
lakin burada da dağınıq adamlarımızı atdan salıb soyanlar bu uğursuz mo-
ğollardı. İbrahim Tarxanı və başqa bir çox igidi moğollar yağmalayıb, atdan
salıb tələf etdilər.
Kuhək çayının şimal tərəfindən gəlib Külbə civarından keçdik, iki na-
maz arası
Şeyxzadə darvazasından girərək ərkə gəldim.
Böyük bəylər, yaxşı igidlər və bir çox adam bu müharibədə tələf oldu.
Burası qəribədir ki, bu savaşda İbrahim adlı üç böyük bəy, yəni İbrahim
Tarxan, İbrahim Saru və İbrahim Cani həlak oldu. Qasım bəyin böyük oğlu
Əbülqasım Kuhbər, Xudaverdi Tuğçu, əvvəlcə də haqqında bir neçə dəfə
bəhs edilən Sultan Əhməd Tənbəlin kiçık qardaşı Xəlil də bu savaşda öldü.
Bəylərin bir qismi müxtəlif yönlərə qaçdılar. Bunların arasında Mə-
həmməd Məzid Tarxan Hisar və Qunduz tərəfinə Xosrov şahın yanına getdi.
Qənbər Əli Sallax moğol da çox inayət etdiyimiz bəylərimizdən idi və bu
qədər inayət gördüyü halda belə bir zamanda sadiq qalmayıb Səmərqənddən
köçünü də alaraq Xosrov şahın yanına getdi. (91 a) İçki və igidlərdən bəzi-
ləri də, məsələn, Kərimdad Xudadad Türkmən, Canikə Göyəldaş və Molla
Baba Pəşağari Ura-Təpə tərəfinə getdilər. O zamanlar Molla Baba xidmətdə
Zəhirəddin Məhəmməd BABUR
106
deyildi, yalnızca qonaq olaraq yanımızda idi. Bəziləri bizimlə birlikdə Sə-
mərqəndə girdilər. Bunların arasında Şirim Tağayi və adamları da vardı.
Məsləhətləşərək həyatı və ölümü Səmərqənd kurqanının içində görüb
kurqanı gücləndirməyə qərar verdik. Anamla birlikdə böyük və kiçık bacıla-
rım da kurqanda olduqları halda Şirim Tağayi öz köçünü, ailəsini və adam-
larını şəhərdən çıxarıb Ura-Təpəyə göndərdi. Özü kurqanda tək başına, yal-
nızca bir neçə adamıyla qaldı. O, təkcə bu dəfə deyil, belə çətin vəziyyətlər-
də həmişə zəiflik və sədaqətsizlik göstərmişdir.
BABURUN SƏMƏRQƏNDDƏ ŞEYBANİ XAN
TƏRƏFİNDƏN MÜHASİRƏYƏ ALINMASI
Ertəsi sabah Xoca Əbülməkarimi, Qasım bəyi, bəyləri, içkiləri və di-
vana çağrılacaq bütün igidləri dəvət etdik, məsləhətləşdik, kurqanı güclən-
dirməyə, həyatı və ölümü kurqanın içində görməyə qərar verdik. Mən, Qa-
sım bəy, ətrafımdakı içki və igidlər ehtiyat qüvvətləri idik. Onun üçün şəhə-
rin ortasında Uluğbəy Mirzənin mədrəsəsinin damının üstünə (91 b) ağ bir
çadır qurduraraq oturdum. Digər bəylərə və igidlərə isə darvazalarda və ət-
rafdakı divarlarda postlar tapşırıldı.
İki-üç gün sonra Şeybani xan gələrək kurqanın bir az uzağına endi. Mə-
həllə və kəndlərin avam təbəqəsi bölük-bölük toplanaraq, salavat gətirib
mədrəsə qapısına gəlir və çarpışmaya çıxırdılar. Şeybani xan bunlara qarşı hə-
rəkətə keçir, lakin kurqanın yaxınına gələ bilmirdi. Bir neçə gün bu şəkildə
keçdi. Ox və qılınc yarası görməyən, nizamlı bir meydan müharibəsinin və
qarşılıqlı çarpeşmanın nə olduğunu bilməyən qara camaat bu durumdan cə-
sarət alaraq daha uzaqlara çıxmağa başladı. Təcrübəli igidlər onların belə fay-
dasız çıxışlarının qabağını almaq istəyəndə onlara həqarət eləməyə başladılar.
Bir gün Şeybani xan Ahənin qapısı tərəfinə hücum etdi. Qara camaat
cəsarət aldığı üçün hər zamanki kimi cürətkarlıq göstərərək ona qarşı uzağa
çıxdı. Onların arxasından bəzi igidlərlə süvari bölüyü çıxardım. Üşdür-Gərdən
tərəfinə göyəldaşlardan və yaxın içkilərdən Noyan Göyəldaş, Qul Nəzər Tağayi,
Məzid [Tağayi] və digər bir çoxları da çıxmışdı. Orada bir-iki özbək (92 a)
bunların üstünə at sürdü və Qul Nəzər ilə qılınc-qılınca gəldi. Özbəklər atdan
endilər, şəhərin qara camaatını sıxşdırıb qovaraq Ahənin darvazasına tıxdılar.
Qoç bəy ilə Mirşah Koçin isə Xoca Xızır məscidinin yanında qaldılar.
Piyadalar qovulduqdan sonra düşmənin irəlidəki atlıları Xoca Xızır məsci-
dinə doğru toplu bir həmlə etdilər. Qoç bəy bu irəliləyən özbəklərə qarşı çı-
xaraq çox yaxşı çarpışdı və böyük şücaət göstərdi. Bütün xalq bunlara baxıb
durur, qaçanlar da qaçmağa davam edirdilər. Artıq ox atıb müqavimət et-
məyin zamanı keçmiş kimiydi. Mən qapının üzərindən navək
1
atırdım və ya-
1
Navək: bir yay növü.
BABURNAMƏ
107
nımdakıların bəziləri də ox atırdılar. Özbəklər yuxarıdan atılan oxlar üzün-
dən Xoca Xızır məscidindən daha irəli gedə bilmədilər və geri qayıtdılar.
Mühasirə boyu kurqan divarı üzərində hər gecə gəzirdik. Bəzən mən,
bəzən Qasım bəy, bəzən də bəylərdən və içkilərdən biri dolaşırdı. Firuzə
darvazasından Şeyxzadə darvazasına qədər divar üzərində atla da gedilə bi-
lirdi. Digər yerlərdə isə ancaq piyada (92 b) getmək mümkün idi. Bəziləri
piyada dolaşırdılar və bir dövrə vurana qədər sabah olurdu.
Bir gün Şeybani xan Ahənin darvazası ilə Şeyxzadə darvazası arasına
hücum etdi. Mən ehtiyatdaydım və müharibə orada olduğu üçün oraya gəl-
dim. Qazuristan darvazası ilə Suzəngəran darvazası tərəfindən qorxumuz
yox idi. O gün Şeyxzadə darvazası üstündən bir yüz başının atını navək oxu-
yla dəqiq vurdum, dərhal öldü.
O ara düşmən bizi çox sıxşdırdı və Üşdür-Gərdən tərəfində divarın di-
binə qədər gəldi. Biz burada savaşarkən, o tərəfdən tamamən qafil idik. Düş-
mən iyirmi beş- iyirmi altı nərdivan hazırlamış və hər nərdivanın eni iki-üç
adamın yan-yana çıxa biləcəyi qədər imış. Yeddi və ya səkkiz yüz yaxşı igidi
də bu nərdivanlarla Qazuristan darvazası ilə Suzəngəran darvazası qarşısında
pusquda yerləşdirmiş və sonra da digər tərəfdən hücum etmişlər. Əsgərin ha-
mısı bu tərəfdə çarpışmaqla uğraşarkən o postun boş qaldığı bir əsnada pus-
qudakılar gizləndikləri yerdən çıxıb (93 a) qaça-qaça bu nərdivanları iki dar-
vaza arasında, Məhəmməd Məzid Tarxanın həyətinin qarşısına tuş gələn di-
vara qoymuşlar. Ora Məhəmmədqulu Koçin ilə digər bəzi bəylərin postu idi
və bu bəylər Məhəmməd Məzid Tarxanın həyətində idilər. Suzəngəran dar-
vazası Qara Barlasın postu, Qazuristan darvazası isə Şirim Tağayi ilə böyük
və kiçık qardaşlarının və Qutlu Xoca Göyəldaşın postu idi. Çarpışmalar başqa
tərəfdə meydana gəldiyi və postdakılar bu işdən xəbərsiz olduqları üçün
adamları da işlərini-güclərinə görmək üzrə evlərinə və ya bazara dağılmışdılar.
Amma post bəyləri və qara camaatdan bir neçə adam öz yerlərində qalmışdı.
Qoç bəy, Məhəmmədqulu Koçin, Şah Sufi və digər bir igid onlara qar-
şı çıxıb şücaət göstərdilər. Düşmənlərin bəziləri artıq divar üstünə çıxmışdı,
digərləri də çıxmaqdaydı. Bu dörd adam qoşaraq yetişdilər və vuruşaraq
düşməni divardan aşağı düşürüb qaçırdılar. Aralarında ən yaxşı Qoç bəy
çarpışdı. Qoç bəyin xoşa gələn işlərindən biri də bu idi. Bu mühasirədə onun
iki yaxşı əməli göründü.
Qara Barlas da Suzəngəran darvazası qərargahında tək qalmışdı, an-
caq möhkəm dayandı. Qutlu Xoca Göyəldaşla Qul Nəzər Mirzə Qazuristan
darvazasının yanındakı postda durmuşdular. Onlar da adamlarının az olma-
sına baxmayaraq düşmənə qarşı yaxşı ox atdılar.
Bir dəfə Qasım bəy igidləri başına yığıb özbəkləri Suzəngəran darva-
zasından Xoca Kəfşirə qədər sürdü, onlardan bir neçəsini ələ keçirib başla-
rını kəsərək geri gəldi.
Zəhirəddin Məhəmməd BABUR
108
Taxıl yığımı zamanı idi, lakin heç kim yeni məhsulu toplaya bilmirdi.
Mühasirə günləri uzandı. Əhali çox sıxıntı çəkdi. İş o həddə çatdı ki, kasıblar
və miskinlər it və eşşək əti yeməyə başladılar. Atların yemi də qurtardı. Atlara
ağac yarpağı verilirdi. O zaman qazanılan təcrübədən anlaşıldı ki, atlar üçün
tut yarpağı ilə qaraağac yarpağı bütün yarpaqlardan daha yaxşıdır. Bəziləri isə
quru ağacları rəndələyərək yonqarını suda isladıb atlara verirdilər.
Üç-dörd ay boyunca Şeybani xan kurqana yaxınlaşmadı, uzaqdan ətra-
fında dolaşıb durdu. Bir gecə heç gözlənməyən bir vaxtda gecə yarısına yaxın
Firuzə darvazası tərəfinə gəlib davullar çalaraq savaş nərələri atdılar. Mən
mədrəsədə (94 a) olurdum. Fövqəladə bir təlaş və qarışıqlıq oldu. Ondan son-
ra da hər gecə gəlib davullar çalaraq, savaş nərələri atıb gurultu qoparırdılar.
Mən ətrafa və civara nə qədər elçilər və adamlar göndərsəm də, heç
kimdən kömək və yardım gəlmədi. Qüvvətli olduğumuz və heç bir ehtiyacı-
mız olmadığı zamanlarda bizə yardım etməmiş olanlar belə bir zamanda heç
köməyə gələrlərmi? Onlardan gələcək yardıma bel bağlayaraq qalanı qoru-
maq mümkün deyil. Bir atalar sözü vardır: bir kurqanı gücləndirmək üçün
bir baş, iki qol və iki ayaq lazımdır. Baş sərkərdə, iki qol iki tərəfdən gələ-
cək imdad və yardım, iki ayaq isə kurqanın suyu və ərzağıdır.
Biz ətrafdakılardan imdad və yardım gözləyirdik, onların hər biri baş-
qa bir fikirdə idi. Sultan Hüseyn Mirzə kimi cəsur və təcrübə sahibi bir pad-
şah belə bizə yardım etmədiyi, hətta mənəvi yardım olaraq tək bir elçi gön-
dərmədiyi halda mühasirə zamanı Şeybani xana elçi olaraq Kəmaləddin Hü-
seyn Qazürgehini göndərdi.
Tənbəl Əndicandan Beşkənd civarına gəldi. [Sultan Mahmud] xan isə
Əhməd bəyi və yanındakılalı Tənbələ qarşı qoydu. Bunlar Ləkləkan (94 b)
və Türək çarbağı civarında qarşılaşdılar, lakin çarpışma olmadan ayrıldılar.
Sultan Mahmud xan savaş adamı deyildi. Sipahilikdən tamamən
bixəbər idi. Tənbəl ilə qarşılaşdığı zaman xan qorxaq sözlərə və hərəkətlərə
yol verir. Əhməd bəy qaba, lakin cəsur və sadiq bir adamdı. Çox sərt danı-
şırdı. O deyir ki: «Bu Tənbəl necə bir adamdır ki, bu qədər təlaş və tərəddüd
göstərirsiniz. Gözünüz qorxursa, gözünüzü bağlayıb yürüyək və qarşılaşaq».
BABURNAMƏ
109
FƏRQANƏ - 907 (17 İYUL 1501 - 7 İYUL 1502)
Dostları ilə paylaş: |