Baburnamə 3


DOQQUZ YÜZ YEDDİNCİ İLİN HADİSƏLƏRİ



Yüklə 5,03 Mb.
Pdf görüntüsü
səhifə12/46
tarix03.02.2017
ölçüsü5,03 Mb.
#7294
1   ...   8   9   10   11   12   13   14   15   ...   46

DOQQUZ YÜZ YEDDİNCİ İLİN HADİSƏLƏRİ 

 

Mühasirə uzandı. Heç bir tərəfdən nə ərzaq, nə də kömək gəlmədi. Əs-

gər və əhali ümidsizliyə düşərək bir-bir, iki-iki kurqanı qoyub qaçmağa baş-

ladı.  Şeybani xan əhalinin acizliyini anlayaraq gəlib Qari-aşiqan civarında 

lövbər saldı. Mən də Şeybani xanın qarşısına, Quyi-Payəndə yerləşən Məlik 

Məhəmməd Mirzənin evinə gəldim. 

O günlərdə Uzun Həsənin qardaşı Xoca Hüseyn [bəy] on-on beş ada-

mı ilə birlikdə gəlib kurqana girdi. Daha öncə (95 a) bəhs edildiyi kimi, Ca-

hangir Mirzənin bizə düşmən olmasına və bizim Səmərqənddən çıxmamıza 

o səbəb olmuşdu. Bu giriş çox cəsuranə bir giriş idi. 

Əsgərin və şəhər əhalisinin darlığı və sıxıntısı arttı. Yaxın və mötəbər 

adamlarımız belə divardan atlılaraq qaçmağa başladılar. Bəylərimizdən, ün-

lü adamlarımızdan və əski silahdaşlarımızdan təkcə Şeyx Veys ilə Veys La-

ğari qalmışdı, onlar da qaçdılar. Mən və yanımdakılar ümidlərimizi itirdik. 

Heç bir tərəfdən ümid qalmadı. Ərzaq və taxıl da azdı, olanı da tükəndi. Heç 

bir tərəfdən nə ərzaq, nə də taxıl gəlmədi. 



 

BABURUN SƏMƏRQƏNDİ TƏRK ETMƏSİ 

 

Bu sırada Şeybani xan ortaya barış sözünü atdı. Əgər hər hansı bir tə-



rəfdən ümid olsa, ya da taxıl gəlsəydi, barış sözünə kim qulaq asardı. Zəru-

rət hasil oldu və barışa bənzər bir şey bağlayıb gecə yarısı Şeyxzadə darva-

zasından çıxdıq. 

Validəm xanımı yanımda götürdüm. Ondan başqa iki qadın çıxdı, biri 

Biçkə Xəlifə, digəri Minqli Göyəldaş idi. Böyük bacım Xanzadə bəyim bu 

çıxışda Şeybani xanın əlinə keçdi. 

Qaranlıq gecədə, Soğdun böyük kanalları arasında dolaşaraq yolu-

muzu itirib min bir əziyyətlə sabah tezdən Xoca-Didardan keçib sübh nama-

zına yaxın (95 b) Qarbuğ dağına dırmandıq. Qarbuğ dağının şimalından və 

Xudaq kəndinin aşağısından İlanotuna doğru hərəkət etdik. 

Yolda gedərkən Qənbər Əli və Qasım bəylərlə at yarışdırdıq. Mənim 

atım onları keçdi. Onların nə  qədər arxada qaldığını görmək üçün geriyə 

baxdım. Sən demə, tapqır boşalıbşmış. Yəhər çevrildi və başı üstə yerə düş-

düm. Düzdür, dərhal qalxıb ata mindim, ancaq axşama qədər özümə  gələ 

bilmədim. Bu dünya və baş verən hadisələr gözümə röya və xəyal kimi gö-

rünürdü.  

Axşam, namazı vaxtında İlanotunda dayanıb bir at kəsdik və ətini şişə 

çəkib kabab elədik. Atlara bir az dinclik verib təkrar hərəkət etdik. Dan at-



Zəhirəddin Məhəmməd BABUR  

 

 



110

mazdan bir az əvvəl Xəliliyyə kəndinə gəldik. Oradan Dizəkə keçdik. O za-

man Dizəkdə Hafİz Məhəmməd bəy Duldayın oğlu Tahir Dulday olurdu. 

Yağlı ətlər, xas çörəklər, şirin qovunlar və yaxşı üzümlər bol idi. O qədər sı-

xıntıdan belə bolluğa və o qədər fəlakətdən belə rahatlığa qovuşduq. 

Vəhmü üsrətdən əmanə tapdıq, 

Yeni can, təzə cahanə tapdıq. 

Ölüm vəhmi ürəkdən çıxdı, aclığın (96 a) şiddəti boğazımızdan dəf ol-

du. Həyatımızda heç bu qədər istirahət etməmişdik, rahatlığın və bolluğun 

dəyərini bu qədər bilməmişdik. Sıxıntılı bir həyatdan sonrakı istirahət və çə-

tinliklərdən sonrakı hüzur daha şirin və daha yaxşı imiş. Daha sonra dörd-

beş dəfə daha belə sıxıntıdan rahatlığa, çətinliklərdən hüzura qovuşmuşuq, 

bu, ilki idi. Beləcə, düşmən bəlasından və aclıq afətindən qurtularaq bolluq 

və istirahətə çatdıq. Üç-dörd gün Dizəkdə istirahət etdikdən sonra Ura-Təpə 

tərəfinə hərəkət etdik. 

Pəşağar yoldan bir az qıraqda yerləşirdi. Bir müddət orada qaldığım 

üçün keçərkən gedib kəndi seyr etdim. Burada uzun müddət anam xanımın 

xidmətində olan Atuna rast gəldim. Biz oradan çıxanda yük heyvanı tapıl-

madığı üçün Səmərqənddə qalmışdı. Görüşüb hal-əhval tutdum. Səmərqənd-

dən buraya piyada gəldiyini dedi. Anam xanımın kiçık bacısı Xubnigar xa-

nım fani dünyaya vida etmişmiş. Bunu mənə və xanıma Ura-Təpədə xəbər 

verdilər. Atamın anası da Əndicanda vəfat (96 b) edibmiş, bunu da burada 

söylədilər. Xanım xan dayımın vəfatından bəri öz anasını, kiçık bacı və qar-

daşları olan Şah bəyim, Sultan Mahmud xan, Sultan Nigar xanım və Dövlət 

Sultan xanımları görməmişdi. Onlardan ayrılalı on-üç-on dörd il olmuşdu. 

Onlan görmək üçün Daşkəndə getdi. 

Mən də Məhəmməd Hüseyn Mirzə ilə danışaraq Ura-Təpənin kəndlə-

rindən  Dihkət deyilən yerdə qışlamağa qərar verdim. Əşyaları Dihkətdə qo-

yub bir neçə gün sonra Şah bəyimi, xan dayımı və digər qohumlarımı gör-

mək üçün mən də Daşkəndə yola düşdüm. Gedib Şah bəyim və xan dayımla 

görüşərək bir neçə gün orada qaldım. Anamın doğma böyük bacısı Mehrini-

gar xanım da Səmərqənddən gəldi. Anam xanım xəstələndi, çox ağır bir xəs-

təlikdi və çox böyük təhlükə atlatdı. 

[Xoca Übeydullahin böyük oğlu] Xocakə Xoca həzrətləri də  Səmər-

qənddən çıxmışdı və indi Fərkətdə yaşayırdı. Fərkətə gedib Xocanı gördüm. 

Xan dayımın mənə diqqət və inayət edərək bir vilayət və ya bir tümən 

verəcəyini ümid edirdim. Ura-Təpəni vəd etdi, ancaq Məhəmməd Hüseyn 

Mirzə (97 a) vermədi. Özü vermədi, yoxsa yuxarıdan bir işarəmi oldu, onu 

anlamadım. 

Bir neçə gün sonra Dihkətə gəldik. Dihkət Ura Təpənin dağ ətəklərin-

dəki kəndlərindən biridir və böyük bir dağın  ətəyindədir. Bu dağı keçincə 

Məsiha vilayəti başlayır. Əhalisi sartdır, kəndlərdə yaşayır və türklər kimi at 



BABURNAMƏ 

 

111



və qoyun sürüləri bəsləyirlər. Dihkətin qoyunlarının qırx min qədər olduğu 

təxmin edilir. 

Bu kənddə kəndlilərin evlərinə yerləşdik. Mən kənd muxtarının evinə 

düşdüm. Altmış-yetmiş yaşında bir adamdı. Lakin anası  hələ sağ idi. Çox 

yaşlı bir qadındı, yüz on bir yaşındaydı. Teymur bəy Hindistana girdiyi za-

man bu qadının qohumlarından biri də o səfərə qatılmışdı, onları xatırlayır 

və anladırdı. Yalnız Dihkətdə bu qadının özündən doğulan oğlan və qızların, 

nəvə  və  nəvələrinin nəvələrindən doxsan altı adam hələ  həyatda idi, ölən-

lərlə birlikdə iki yüz adam sayırdılar. Nəvəsinin nəvələrindən biri iyirmi 

beş-iyirmi altı yaşlarında şəvəsaqqal bir igid idi.  

Dihkətdə olduğum günlərdə  ətrafdakı dağları daima piyada gəzəərək 

seyr edirdim. Çox zaman yalın ayaq (97 b) gəzirdim. Yalın ayaq gəzməkdən 

ayaqlarım o hala gəlmişdi ki, dağı-daşı hiss eləmirdim. Belə bir gəzinti za-

manı bir gün ikindi namazıyla axşam namazı arasında dar bir yoldan bir 

adam bir öküzlə gedirdi. 

«Görəsən, bu yol hara gedir?» dedim. 

«Öküzə baxın, yolun hara çıxacağı məlum olana qədər gözlərinizi on-

dan ayırmadan yürüyün» deyə adam cavab verdi. 

Bu sözü eşidən Xoca Əsədullah «Gav güm şavəd, çe kar qunəm?»

1

 



deyə zarafat etdi. 

Bu qış sipahilərdən bəziləri qazaxlıqlarda bizimlə ola bilmədilər, Ən-

dicana getmək üçün izin istədilər. Qasım bəy də «Madam ki bu adamlar ora-

ya gedirlər, Cahangir Mirzəyə özəlliklə öz paltarlarınızdan bir şey göndə-

rin» deyə israr etdi. Bir samur sərpuşumu göndərdim. Qasım bəy «Tənbələ 

də bir şey göndərin, nə olar» deyə təkrar israr etdi. Gərçi buna razı deyildim, 

lakin Qasım bəyin israrı ilə Noyan Göyəldaşın Səmərqənddə özü üçün dü-

zəltdirdiyi böyük yastı  qılıncı alıb Tənbələ göndərdim. Mənim başıma də-

yən qılınc bax bu qılıncdı. Gələn ilin hadisələrində bundan bəhs ediləcəkdir. 

Bir neçə gün sonra nənəm İsən Dövlət (98 a) bəyim  köçü, ailəsi və 

adamlarıyla birlikdə gəldi. Mən Səmərqənddən çıxanda onlar orada qalmış-

dılar.  


Bu qış ortasında  Şeybani xan Xocənd çayını buz üzərindən keçərək 

Şahruxiyyə və Beşkənd civarına axın etdi. Bunu xəbər alınca adamlarımızın 

azlığına baxmayaraq onlara qarşı  hərəkətə keçdik. Xocəndin aşağısındakı 

kəndlərin və Həşt-Yəkin qarşısına doğru yürüdük. Şiddətli soyuq vardı. Bu 

civarda Ha-Dərviş rüzgarı əksik olmaz, daima şiddətli əsər. Soyuq o dərəcə-

də qüvvətli idi ki, bu iki-üç gün içində burada iki-üç adam soyuqdan ölmüş-

dü. Mənə qqsl zərurəti hasil oldu. Sahilləri tamamən buz tutmuş, lakin axın-

tının qüvvəsindən ortası buz tutmamış bir kanal suyu vardı. Bu suya girib 

qüsl etdim və on altı dəfə suya daldım. Suyun soyuqluğu mənə güclü təsir 

                                                           

1

 Öküz azsa, onda nə edərik (farsca). Gav+qum həm də qaranlıq deməkdir. Söz oyunu. 



Zəhirəddin Məhəmməd BABUR  

 

 



112

etdi. 


Ertəsi sabah Xocənd çayını Xəslar qarşısında buz üzərindən keçib ge-

cə yarısı  Beşkəndə gəldik. Şeybani xan Şahruxiyyə civarına axın edib geri 

qayıtmışdı. 

O vaxt Beşkənd Molla Heydərin oğlu  Əbdülmənnanın  əlində idi. 

[Molla Heydərin] ondan daha kiçık, Mömin adında bir oğlu da vardı, işə ya-

ramaz və dərbədər bir adamdı. Mən Səmərqənddə ikən yanıma gəlmişdi və 

çox inayət etmişdim. Noyan Göyəldaş Səmərqənddə (98 b) ona qarşı necə 

pis rəftar etmişdisə, bu namussuz ona kin bağlamışdı. 

Özbək axınçılarının geri qayıtdığı xəbəri gəlincə, xanın yanına adam 

göndərərək Beşkənddən qalxıb Ahəngəran kəndlərində üç-dörd gün qaldıq. 

Səmərqənddəki aşnalığa görə Molla Heydərin oğlu Mömin Noyan Göyəldaş, 

Əhməd Qasım [Kuhbər] və başqa bir neçə adamı ziyafətə dəvət etdi. Mən 

Beşkənddən gedəndə bunlar Beşkənddə qaldılar. Mömin bunlara bir uçu-

rumun kənarında ziyafət vermişdi. Biz gəlib Ahəngəran kəndlərindən Sam-

Sirək deyilən kənddə dayandıq. Sabah Noyan Göyəldaşın uçurumdan sər-

xoşluqla düşüb öldüyü xəbəri gəldi. Noyanın öz dayısı Haqnəzəri bir neçə 

adamla oraya göndərdim. Bunlar gedib Noyanı düşdüyü yerdə axtarıb tap-

dılar və Beşkənddə dəfn edib geri qayıtdılar. Noyanın ölüsünü ziyafət veri-

lən yerdən bir ox atımı qədər yüksəkdə olan bir uçurumun dibində tapmışlar. 

Bəziləri Möminin Səmərqənddəki kinini unutmayaraq Noyana qəsd etdiyini 

düşündülər. Doğrusunu bilən olmadı. Bu mənə çox pis təsir elədi. Çox az 

adamın ölümünə belə yanmışam. Bir həftə-on gün qədər sürəkli (99 a) ağ-

ladım. Ölüm tarixi «Vəfat şod Noyan»

1

 

(«Noyan vəfat etdi») şəklində təsbit 

edildi. Bir neçə gün sonra qayıdıb Dihkətə gəldim. 

Yaz gələndə  Şeybani xanın Ura-Təpə üzərinə hücum etməsi xəbəri 

alındı. Dihkət düz yerdə olduğu üçün Abbürdən keçidiylə Məsiha dağlarına 

çıxdıq. Məsihanın ən aşağıdakı kəndi Abbürdəndir. Bu kənddən bir az aşa-

ğıda bir çeşmə, onun da başında bir məzar vardır. Bu çeşmədən yuxarı tərəf 

Məsihaya, aşağı  tərəf isə  Pəlğərə aiddir. Bu çeşmənin başındakı  və  kəna-

rındakı daşı qazaraq bu üç beyti yazdım: 

Şenidəm ki, Cəmşidi-fərrux sirişt, 

Ba sərçeşmə bər sənge nəvişt: 

 

Bər in çeşmə çün ma bəsa dəm zədənd, 



Birəftənd ta çeşm bərhəm zədənd. 

 

Giriftəm aləm be mərdiyü zur, 



Və leykən nəburdəm ba xud be gur

2

.  



                                                           

1

 «Vəfat şod Noyan» sözlərindəki hərflərin cəmi əbcəd hesabı ilə 907 (=1501/02) edir. 



2

 Sədi Şiraziyə aiddir. İlk beyt «Bustan»dan, iki beyt isə «Gülüstan»dan alınmışdır. 



BABURNAMƏ 

 

113



 

Eşitdim ki, xoşxasiyyət Cəmşid  

Bir çeşmənin başındakı bir daşa bunları yazmış: 

 

«Bu çeşmədə bizdən əvvəl bir çoxları nəfəs aldılar; 

Sonra göz açıb yumuncaya qədər köcüb getdilər. 

 

İgidlik və qüvvətlə dünyayı zəbt etdik,  

Lakin onu özümüzlə birlikdə gora apara bilmədik. 

O dağlıq bölgədə beytlərin və digər şeylərin daşa qazılması bir adətdir. 

Biz Məsihada ikən şair Molla Hicri Hisar tərəfindən gəlib mənə səda-

qətini bildirdi. Bu mətləni o günlərdə söyləmişdim: 

Təkəllüf hər necə surət tutulsa, ondan artıqsan, 

Səni can derlər, əmma bitəkəllüf candan artıqsan. 



Bir rəsim nə qədər zəhmətlə çəksələr də sən daha gözəlsən, 

Sənə can deyirlər, lakin sən, şübhəsiz, candan artıqsan. 

Şeybani xan Ura-Təpə civarına gələrək bir az ortalığı qarışdırıb geri 

döndü. O, Ura-Təpə (99 b) üzərində ikən ailəmi Məsihada qoyub adamları-

mızın az və silahsız olmasına baxmayaraq Abbürdən keçidindən aşdıq və 

sabah axşam yaxında olaq və fürsəti qaçırmayaq deyə Dihkət civarına gəl-

dik. Şeybani xan tələsik geri qayıtdı. Biz də təkrar keçidi aşaraq Məsihaya 

gəldik. 

«Belə dağdan-dağa, işsiz-gücsüz, vilayətsiz və yersiz gəzmək fayda-

sızdır. Xanın yanına Daşkəndə gedəkmi» deyə düşündüm. Qasım bəy buna 

razı olmadı. O, yuxarıda bəhs etdiyim kimi, nizamı qorumaq və hamıya dərs 

vermək üçün Qarabulaqda üç-dörd moğolu öldürmüşdü. Ehtimal ki, bu üz-

dən oraya getməyə tərəddüd etdi. Bir az israr etdik, olmadı. O öz adamlarını, 

qardaşlarını, köçünü alıb Hisara yollandı. 

Biz Abbürdən keçidindən aşaraq xanın yanına Daşkəndə yola düşdük. 

O sırada [Sultan Əhməd] Tənbəl qoşun çəkib Ahəngəran vadisinə  gəldi. 

Əsgərlərinin arasında Məhəmməd Hisari adı ilə  də tanınan Məhəmməd 

Duğlat kiçık qardaşı Sultan Hüseyn Duğlat və Qənbər Əli Sallax ilə ittifaq 

edib Tənbələ qəsd etmək fikrinə düşür. Tənbəl bu xəbər alınca orada qalma-

yaraq qaçıb xanın yanına getdi. 

Biz Şahruxiyyəyə gələn gün qurban bayramıydı [=16 iyun 1502], la-

kin oralarda yubanmadan keçib xanın yanına Daşkəndə getdik. 

Bir rübai söyləmişdim. Qafiyəsinə dair tərəddüdüm vardı. O zaman 

şeir (100 a) sənətini o qədər öyrənməmişdim. Xan təb sahibi bir adamdı, şe-

ir söyləyirdi, gərçi uğurlu qəzəli çox deyildi. Bu rübaini xana söyləyib tərəd-

düdümü ərz etdim. Lakin könlümün arzu etdiyi biçimdə açıq bir cavab ala 

bilmədim. Hər halda o da şeir sənətiiı az incələmişdi. O rübai budur: 



Zəhirəddin Məhəmməd BABUR  

 

 



114

Yad etməz imiş kişini qürbətdə kişi, 

Şad etməz imiş könlünü möhnətdə kişi, 

Könlüm bu qəriblikdə şad olmadı, ah, 

Qürbətdə sevinməz ərmiş, əlbəttə, kişi.  

Sonra öyrəndim ki, türk dilində bəzən t-d, ğ-k və q bir-birinin yerinə 

işlənir. 

 

MOĞOLLARIN TUĞ AÇMA MƏRASİMİ 

 

Bir neçə gün sonra Tənbəl Ura-Təpəyə gəldi. Bu xəbəri alınca [Sultan 



Mahmud] xan Daşkənddən qoşun yeritdi. Beşkənd ilə Sam-Sirək arasında 

sağ və sol qol səflərini nizamlayıb parad keçirtdi. 

Moğol adəti üzrə tuğ açdılar. Xan atdan endi. Bir moğol doqquz tuğu 

xanın önündə sancıb bir öküzün qabaq ayaq sümüyünə uzun bir ağ bez bağ-

layaraq əlində tutdu və üç parça uzun bezi üç tuğun quyruğundan az aşağı 

bağlayıb tuğ dirəyinin altından keçirdi. Bir bezin ucuna xan, bir tuğa bağla-

nan bezin ucuna mən, bir bezin ucuna da [xanın oğlu] Sultan Məhəmməd 

Xanikə (100 b) basdı. O moğol öküzün bez bağlanan qabaq ayaq sümüyünü 

əlinə alıb moğolca nəsə dedi və tuğa baxıb işarə verdi. Xan və ətrafda du-

ranların hamısı tuğa qımız səpməyə başladılar, Bütün nəfirlər və davullar 

eyni anda birdən çaldı, səfdə düzülən  əsgərlər hamısı birdən savaş  nərəsi 

çəkdilər. Bunu üç dəfə təkrar elədilər, sonra atlarına minib nərə çəkə-çəkə 

düşərgənin ətrafında çapdılar. 

Moğollar arasında Çingiz xanın yasası [tüzük] onun dövründəki kimi 

davam edir. Sağ və sol qollar, mərkəzlər atalarının zamanındakı kimi yerli-

yerində durur. Sağ və sol qollarda kimin etibarı artıqsa o daha ziyadə baş tə-

rəfdə durur. 

Sağ qolda çıras ilə bəycik qəbilələrinin başa keçmə qovğası vardır. O 

zaman çırasın tümən bəyi Qaşqa Mahmuddu, çox cəsur bir igiddi. Tümən 

deyə məşhur olan Bəycik tüməninin tümən bəyi isə Əyyub Yaqubdu. Başa 

keçmək üçün mücadilə etdilər və bir-birlərinə qarşı qılınca sarıldılar. Axırda 

buna qərar verildi: biri sürək ovunda başda duracaq, digəri də  səfdə başa 

keçəcək. Ertəsi sabah Sam-Sirək civarında sürək ovu keçirdilər. Oradan da 

Türək çarbağına gəldilər. (10l a) 

İlk qəzəlimi o gün orada ikən tamamladım. O tamamlanan qəzəl bu-

dur: 


Canımdan özgə yari-vəfadar tapmadım, 

Könlümdən özgə məhrəmi-əsrar tapmadım. 

Bu qəzəl altı beytdən ibarətdir. Bundan sonra tamamlanan hər qəzəl 

eynən bu tərtib ilə yazıldı. 

Buradan mənzil-mənzil Xocənd çayının kənarına gəldik. Bir gün gə-


BABURNAMƏ 

 

115



zinti niyyətilə suyu keçib yemək hazırladıq, igid və çöhrələri öz keflərinə 

buraxdıq. O gün mənim kəmərimin altın toqqasını oğurladılar. Ertəsi sabah 

Xanqulu Bəyanqulu ilə Sultan Məhəmməd Veys qaçıb Tənbəlin yanına get-

dikləri üçün hər kəs düşündü ki, bu onların işidir, lakin bu, təhqiq edilmədi. 

Əhməd Qasım Kuhbər də izin alıb Ura-Təpəyə yola düşdü. Bir daha 

qayıtmadı və Tənbəlin yanına getdi. 

 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 


Zəhirəddin Məhəmməd BABUR  

 

 



116

FƏRQANƏ - 908 (7 İYUL 1502 - 26 İYUN 1503) 

 

DOQQUZ YÜZ SƏKKİZİNCİ İLİN HADİSƏLƏRİ 

 

Xanın bu yürüşü çox faydasız bir yürüşdü. Kurqan almadan və düşmə-

nə hücum etmədən gedib gəldi. Daşkənddə olduğum o günlərdə çox əziyyət 

və  səfalət çəkdim. Vilayət yox idi, vilayət  əldə etmək ümidi də yox idi. 

Adamlarımın çoxu dağıldı, qalan bir neçəsi də səfalət üzündən mənimlə qala 

bilmədi. Xan dayımın qapısına gedəndə bəzən bir, bəzən də iki adamla ge-

dirdim, yaxşı ki yad deyildilər, qohum idilər. (101 b) Xan dayımın hüzurun-

dan Şah bəyimin yanına öz evim kimi başı açıq, ayağı yalın gedirdim. 

Axırda belə qərarsızlıqdan və sərsərilikdən bezdim, «Belə sıxıntı için-

də yaşamaqdansa başımı alıb getmək daha yaxşıdır, belə səfalət və şikayətlə 

göz önündə dolaşmaqdansa ayağımın götürəcəyi yerə  qədər getmək daha 

yaxşıdır» dedim. Xıtaya [şimali Çin] getməyi qərara aldım və başımı alıb 

çıxmağa əzm etdim. 

Uşaqlıqdan bəri Xıtay tərəfə getməyə həvəsim vardı, lakin səltənət və 

qohumlarım üzündən bu həvəsim heş cür gerçəkləşmirdi. İndi ki səltənət əl-

dən çıxdı, anam da öz anasına və kiçık qardaşlarına qovuşdu, deməli, səya-

hətə mane olan şeylər aradan qalxdı və əski sıxıntılar qalmadı. 

Xoca Əbülməkarimin vasitəsilə bu fikri xan dayıma çatdırdım, ancaq 

bu dəfə də Şeybani xan kimi bir düşmən ortaya çıxdı. Bunun zərəri türkə və 

moğola eyni nisbətdədir. Xalqın üzərində tam hakimiyyət qurmadan və çox 

böyümədən onun çarəsinə baxmaq lazım idi. Necə ki demişlər: 

İmruz bekuş çü mitəvan kuşt, 

Atəş ki bülənd şod cəhan suxt, 

Məgər ki, ənh konəd kəmanra 

Düşmən çü betir mitəvan duxt

1



 

Mümkünsə odu bugün söndür, 

Atəş böyüsə dünyanı yaxar. 

Bir oxla düşməni saxlamaq mümkünsə, 

Yayını çəkməsinə imkan vermə. 

Böyük xan (Sultan Mahmud xan) dayım ilə kiçık xan (Sultan Əhməd 

Xan) dayım iyirmi dörd-iyirmi beş ildir bir-birlərini görməmişdilər. Mən isə 

onu heç görməmişdim. Görəsən, gedib kiçık xan dayımı görməyə və onun 

buraya gəlməsinə vasitəçilik etməyimə icazə verərlərmi? Arzum bu idi. 

Bu bəhanə ilə buradan (102 a) çıxa bilsəm Moğolistan və Turfana get-

məmə heç bir maneə və qorxu qalmaz, öz yüyənim öz əlimdə olardı. Bu niy-

yətimi başqa heç kim bilmirdi və heç kimə  də söyləyə bilməzdim. Çünki 

                                                           

1

 Sədi Şirazidən. 



BABURNAMƏ 

 

117



anamla bu mövzuda danışmaq mümkün deyildi, ətrafımda olan və başqa 

ümidlərlə mənə qoşularaq səfalət çəkən bir neçə böyük və kiçik adamıma da 

belə şeyləri söyləməyin heç bir mənası yox idi. 

Xoca  Əbülməkarim bu sözü Şah bəyimə  və xan dayıma söyləyincə 

onlar da razı olurlar, ancaq elə fikirləşirlər ki, guya mən burada iltifat gör-

mədiyim üçün getməyə izin istəyirəm. Ona görə  də bunu namus məsələsi 

sayıb izin verməkdə bir az ağır tərpəndilər. 

 

BABURUN KİÇİK XAN DAYISININ DAŞKƏNDƏ GƏLMƏSİ 

 

Bu əsnada kiçık dayımdan bir adam gələrək onun gerçəkdən gəlməkdə 



olduğu xəbərini gətirdi. Beləcə, bu niyyətim də gerçəkləşmədi. Sonra başqa 

bir adam gəlib kiçık xanın yaxınlaşdığını  xəbər verəndə  Şah bəyim, kiçık 

xan dayımın kiçık bacıları Sultan Nigar xanım və Dövlət Sultan xanım, mən, 

Sultan Məhəmməd Xanikə  və Mirzə xan [Sultan Veys Mirzə] – hamımız 

kiçık xan dayımı qarşılamağa çıxdıq. 

Daşkəndlə Sayram arasında Yağa  kəndi və başqa bir neçə kənd var. 

İbrahim Ata və İshaq Atanın qəbrləri oradadır. Bu kəndlərə qədər getdik. 

Kiçık xan dayımın nə zaman gələcəyini  (102 b)  dəqiq bilmədiyimiz 

üçün düşünmədən ata minib sürətlə getdim. Birdən-birə xan qarşıma çıxdı. 

Atı qabağa sürdüm. Mən atdan enən vaxt kiçık xan dayım başa düşdü ki, bu 

mənəm. Çox dilxor oldu. Sən demə, onun bir yerdə düşərgə quraraq mənim-

lə təntənəli bir şəraiddə görüşmək niyyəti varmış. Yaxınlaşıb atdan endim. 

Yer də münasib deyildi, üstəlik, diz çöküb yükünəcək zaman da qalmadı, 

yüngülcə yükünərək gedib görüşdüm. Canı  sıxılıb  əsəbiləşən dayım [oğul-

ları] Sultan Səid xana və Baba xan sultana dərhal atdan enib mənimlə yükü-

nərək görüşmələrini  əmr etdi. Xanın oğullarından bu iki sultan da onunla 

gəlmişdi; on üç-on dörd yaşlarında idilər. Sultanlarla görüşüb atlanaraq Şah 

bəyimin yanına gəldik. Onlar gecə yarısına qədər oturub olub-bitənlər və 

keçmiş hadisələr barəsində danışdılar. 

Ertəsi sabah kiçık xan dayım mənə moğol adətinə görə  təpədən-dır-

nağa bir dəst paltar, öz kəmərini və yəhərli xas atını hədiyyə  etdi. Moğol 

börkü sırmalı iplərlə işlənmiş, xalat zərli Çin atlasından tikilmiş, Çin kəməri 

isə əski üsulla düzəldilmişdi. Onun sol tərəfindən qadınların boyunlarına as-

dıqları ənbərdan və kisə kimi şeylərdən üç-dörd dənə, sağ tərəfindən də bu-

na bənzər üç-dörd şey asılmışdı.  

Oradan Daşkəndə doğru hərəkət etdik. (103 a) Böyük xan dayım da 

Daşkənddən üç-dörd ağac qədər bəri gələrək pişvaza çıxmış  və bir yerdə 

çadırlar qurub oturmuşdu. Kiçık xan qarşıdan tərəfdən onun çadırına doğru 

gəldi, yaxınlaşınca xanın sol tərəfindən qövs cızaraq xanın önündə atdan 

endi və görüşüləcək yerə  qədər doqquz dəfə hörmətlə yükünərək irəlilədi. 



Zəhirəddin Məhəmməd BABUR  

 

 



118

Kiçık xan yaxınlaşınca böyük xan da oturduğu yerdən qalxdı, onlar görüş-

dülər və qucaqlaşıb xeyli vaxt eləcə durdular. Qucaqlaşma bitdi, geri çəkilən 

kiçık xan yenə doqquz dəfə yükündü, hədiyyələrini təqdim edərkən də də-

fələrlə hörmətlə diz çökdü. Sonra gəlib oturdular. 

Kiçık xanın adamları tamamən moğol adətinə görə geyinmişdilər. Mo-

ğol biçimi börkləri, Çin atlasından işləməli paltarları, dana dərisindən moğol 

biçimi yaşıl oxdanları  və  yəhərləri vardı, moğol atları üstündə onlara xas 

olan şəkildə süslü idilər. Kiçık xanın adamları çox deyildi, mindən artıq, iki 

mindən bir az azdı. 

Kiçık xan dayım qəribə bir adamdı. Yaxşı qılınc çalan və cəsur idi. Si-

lahlar içində ən çox qılınca etibar edirdi. «Şeşpər, toppuz, əmud, ay-balta

1

 

və balta bir yerə dəysə, ancaq oraya təsir edər, amma qılınc dəydiyi yeri baş-



dan-ayağa qədər kəsər» deyirdi. İti qılıncını heç zaman yanından ayırmazdı, 

ya belindən asar, (103 b) ya da əlində tutardı. Əyalətdə böyüdüyü üçün bir 

az köntöy, danışığı da bir az qaba idi. 

Bir az öncə bəhs etdiyim kimi, [onun ərməğan etdiyi] bu moğol paltarı 

ilə kiçık xan dayımla birlikdə gəldim. Xoca Əbülməkarim isə böyük xan da-

yımla birlikdə idi. Məni tanımadı, «Bu hansı sultandır?» deyə soruşdu. Mən 

ona cavab verdikdən sonra məni tanıdı. 

Daşkəndə gələr-gəlməz, xanlar Əndicana Sultan Əhməd Tənbəlin üs-

tünə qoşun çəkərək Kəndirli keçidi yoluyla hərəkət etdilər. Ahəngəran ova-

sına çatanda kiçık xanla məni daha irəli göndərdilər. Keçiddən keçib Zirkan 

və Kəman kənarında qoşuna baxış keçirdilər, təxminən otuz minə qədər əs-

gər olduğu ortaya çıxdı. 

Tənbəlin də öz qoşununu yığıb Axsiyə  gəldiyi barədə  xəbərlər alın-

mağa başladı. Xanlar vəziyyəti müzakirə etdilər və mənim bir dəstə əsgərlə 

Xocənd çayını keçərək Oş və Özgənd tərəfinə gedib Tənbəli arxadan müha-

sirəyə almağıma qərar  verdilər.  

Bu qərara uyğun olaraq Əyub Bəyciyi tüməniylə, Can Həsən  Narini 

narinləri ilə, Məhəmməd Duğlat Hisarı və [onun kiçık qardaşı] Sultan Hü-

seyn Duğlatla Sultan Əhməd Mirzə Duğlatın özlərini -duğlat tüməni bun-

larla deyildi- habelə Qənbər Əlini mənə qoşdular, Sarıqbaş Mirzə İtərçini isə 

çərikbəyi təyin etdilər. 

Kernanda xanlardan ayrılıb Səkan civarından Xocənd çayını salla 

keçib Xukan (104 a) örçini Rabati-Çoban üzərindən yürüyərək Qubanı zəbt 

etdikdən sonra, Alayluq örçini üzərindən sürətlə  Oşa doğru hərəkət etdik. 

Səhər vaxtı qəfildən Oş kurqanına girdik. Oş əhalisi müqavimət göstərmə-

dən  şəhəri təslim etdi. Vilayət xalqı,  şübhəsiz, bizim gəlişimizi gözləyirdi. 

Tənbəldən qorxduqları və bizim uzaq olduğumuz üçün bir şey edə bilmirdi. 

Oşu ələ keçirincə Əndicanın şərqindəki və cənubundakı dağların və ovaların 

                                                           

1

 Ay-balta: təbərzin, kəsən qismi, yəni ağzı aypara şəklində olduğu üçün belə adlanır. 



BABURNAMƏ 

 

119



xalqı tamamən bizim tərəfimizə keçdi. 

Əskidən Fərqanə vilayətinin paytaxtı olan Özgəndin sərhəd boyunda 

yaxşı bir kurqanı var. Oranın  əhalisi bizə tabe olmağı  qəbul edərək adam 

göndərib hakimiyyətimiz altına girdi. Bir neçə gün sonra mərginanlılar da 

öz valilərini qovaraq mənə tabe oldular. Əndicandan başqa Xocənd çayının 

Əndican tərəfində olan bütün kurqanları bizə qoşuldu. 

O əsnada belə qarışıqlıqların yaşanmasına baxmayaraq Tənbəl hələ də 

bunlara aldırmadan Axsi ilə  Kərnan arasında öz atlı  və piyada qoşunu ilə 

xanlara qarşı  ağac maneələr və  xəndəklərlə yerini möhkəmləndirmiş halda 

dayanmışdı. Bir neçə dəfə o tərəflərdə kiçik çarpışmalar oldu, lakin hansı tə-

rəfin qalib və ya məğlub olduğu anlaşılmadı. 

Əndican tərəfindəki  əhali,  (l04 b) kurqanlar və vilayətlər mənə tabe 

olduqları üçün Əndican əhalisi də, əlbəttə ki, məni istəyir, lakin bir çarə tapa 

bilmirdi. 



Yüklə 5,03 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   46




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin