Baburnamə 3


Əmirləri:  Məhəmməd Burunduq Barlas



Yüklə 5,03 Mb.
Pdf görüntüsü
səhifə20/46
tarix03.02.2017
ölçüsü5,03 Mb.
#7294
1   ...   16   17   18   19   20   21   22   23   ...   46

Əmirləri: 

Məhəmməd Burunduq Barlas: Çaku Barlas nəslindəndi. Çaku Bar-

las oğlu Cahan Şah oğlu Burunduq oğlu Əli oğlu Məhəmməd Burunduq. 

Əbülqasım Babur Mirzənin yanında bəydi. Ondan sonra Sultan Əbu 

Səid Mirzə də iltifat etdi və o da Kabili Cahangir Barlasla birlikdə ona verə-

rək oğlu Uluğ bəy Mirzəyə atəkə təyin etdi. 

Sultan  Əbu Səid Mirzənin ölümündən sonra Uluğ  bəy Mirzə barlas-

lara qəsd etmə  təşəbbüsündə bulundu. Bunlar da işi duyunca Mirzəni  ələ 

keçirib el və uluslarını yanlarına alaraq Qunduz tərəfinə köç etdilər. Hindu-

quş üzərinə gələndə Mirzəni heç incitmədən Kabil tərəfinə göndərib özləri 

də Xorasana Sultan Hüseyn Mirzənin yanına getdilər və o da onları xoş qar-

şıladı. 

Məhəmməd Burunduq fövqəladə bilgili bir adam və çox yaxşı bir sər-

dardı. Quşa çox marağı vardı, o qədər ki, əgər bir quşu ölsə, ya itsə, oğulla-

                                                           

1

 Çərşənbehi: sevimli qadın, cariyə, gözde, favori qadın.  



BABURNAMƏ 

 

183



rının adını söyləyərək «Kaş bu quş ölənə və ya itənə qədər filan öləydi və ya 

filanın boynu qırılaydı» deyirmiş. 



Müzəffər Barlas: qazaxlıq zamanlarında Mirzənin yanındaydı. Bilmi-

rəm, Mirzəyə bunun nəyi xoş görünmüşdü ki, ona bu qədər çox iltifat gös-

tərmişdi. Onun etibarı o dərəcədəydi ki, Sultan Hüseyn Mirzə qazaxlığında 

onunla belə  şərt bağlamışdı: hər hansı bir vilayət  ələ keçirilsə, üçdə ikisi 

Mirzənin (170 b), üçdə biri isə onun olacaqdı. Bu, qəribə bir şərtdir. Bir nö-

kəri özü ilə ortaq eləmək padşahlıqla bir araya sığarmı? Kiçık qardaşla və 

oğulla da belə bir şərt bağlanmaz, harada qaldı ki, bir bəy özünün bir adamı 

ilə belə bir şey eləsin. Mirzə taxta çıxdıqdan sonra bu şərti bağladığına peş-

man oldu, lakin fayda etmədi. 

Bu qədər etibar gördüyü halda bu dar qafalı adam Mirzəyə qarşı çox 

tərbiyəsizlik edirdi. Mirzənin fikriylə hərəkət etmirdi. Axırda, deyilənə görə, 

zəhərlənmişdi. Doğrusunu Allah bilir. 



Əlişir bəy Nəvai: əslində Mirzənin bəyi deyil, arxadaşıydı. Uşaqlıqda 

eyni məktəb oxumuş və yaxın dost olmuşlar. 

Sultan  Əbu Səid Mirzənin onu hansı qabahətindən dolayı Heratdan 

sürdüyünü bilmirəm, amma Səmərqəndə getdi və orada olduğu bir neçə il 

ərzində [Sultan Məlik Kaşğarinin oğlu] Əhməd Hacı bəy ona havadarlıq və 

hamilik etdi. 

Əlişir bəy məcazının nəzakəti ilə  məşhurdur. Xalq onun nəzakətinin 

dövlətinin qürurundan irəli gəldiyini zənn edirdi, lakin elə deyilmiş, o bu 

özəlliyə fitrətdən sahib imiş. Səmərqənddə ikən də təbi belə nazikmiş. 

Əlişir bəy misilsiz bir adamdı. Türk dililə o qədər çox şeir söyləmişdir 

ki, kimsə o qədər çox və gözəl söyləməmişdir. Altı məsnəvi yazmışdır, beşi 

Xəmsəyə bənzədilərək, biri də Məntiq üt-teyr vəznində və Lisan üt-teyr adın-

dadır.  Qəraib üs-siğər  [Uşaqlıq çağının qəribəlikləri], Nəvadir üş-şəbab, 

[Gənclik çağının nadirəlikləri], Bədai ül-vəsət [Orta yaş çağının möcüzələri] 

və Fəvaid ül-kibər [Qocalığın faydalı öyüdləri] adında dörd qəzəl divanı tər-

tib etmişdir. Rübailəri də vardır. Bunlardan başqa, bəzi əsərləri də vardır, la-

kin bu söylənənlərlə (171 a) müqayisədə daha aşağı və daha zəifdır. 

Mövlana  Əbdürrəhman Camini təqlid edərək məktublarını da topla-

mışdır. Vəlhasil, hər kəs və hər iş üçün bir məktub yazmış isə onları topla-

mışdır. Bir də  Mizan ül-övzan [Vəznlərin mizanları] adlı bir əruz risaləsi 

yazmışdır, ancaq bunun tənqid ediləcək tərəfi çoxdur. İyirmi dörd rübai vəz-

nindən dördündə yanılmışdır. Bəzi bəhrlərin vəznlərində də yanılmışdır və 

bunlar əruz ilə məşğul olanlara məlumdur. Farsca bir divan da tərtib etmiş-

dir. Farsca nəzmdə Fani təxəllüsünü işlətmişdir. Bəzi beytləri fəna deyildir; 

lakin çoxu zəif və dəyərsizdir. 

Musiqidə  də gözəl  şeylər bəstələmişdir. Gözəl nəqşləri və gözəl piş-

rovları vardır. 



Zəhirəddin Məhəmməd BABUR  

 

 



184

Fəzl və hünər əhli üçün Əlişir bəy qədər öyrədici və qoruyucu başqa 

bir adamın da var olduğu heç eşidilməmişdir. Sazda məşhur olan ustad Qul-

Məhəmməd, Şeyxi [Neyi] və Hüseyn Udi Əlişir bəyin tərbiyə və himayəsi 

ilə bu dərəcədə  tərəqqi və  şöhrət tapdılar. Ustad Behzad və  Şah Müzəffər 

rəsmdə Əlişir bəyin qeyrət və ehtimamıyla bu dərəcə məşhur və məruf ol-

dular. Bu qədər xeyirli işlərdə çox az kimsə bu dərəcə müvəffəq olmuşdur. 

Oğulsuz-qızsız, arvadsız və ailəsiz olaraq bu dünyada təkbaşına və su-

bay yaşadı. Əvvəllər möhürdardı. Orta yaşlarında bəy olub bir müddət Əstə-

rabadda hökm sürdü. Sonralar sipahiliyi tərk etdi. Mirzədən heç bir şey al-

mırdı. Əksinə, özü hər il Mirzəyə xeyli miqdarda hədiyyələr verirdi. (l71 b) 

Sultan Hüseyn Mirzə Əstərabad səfərindən qayıdanda onu qarşılama-

ğa gəldi. Mirzə ilə görüşdükdən sonra qalxmaq istəyəndə ona nəsə oldu, qal-

xa bilmədi. Qaldırıb əldə götürdülər. Həkimlər heç bir diaqnoz qoya bilmə-

dilər. Ertəsi gün Allahın rəhmətinə qovuşdu. Bu beyti halına uyğun düşür: 

Bu dərd ilə ki, ölürmən, mərəz çü zahir əməs, 

Təbiblər bu bəlaya nə çarə qılğaylar?  

Zahir olmayan bu dərd ilə ölüb gedirəm,  

Təbiblər bu bəlaya nə çarə edərlər? 

Əhməd Təvəkkül Barlas: öncə bir müddət Qəndəhar hökuməti onun 

əlindəydi. 



Vəli bəy: Hacı Seyfəddin Bəyin nəslindəndi. Nökərdi və Mirzənin bö-

yük bəyiydi. Sultan Hüseyn Mirzə taxta keçdikdən sonra çox yaşamadı, dər-

hal öldü. Müsəüman, namazında, sadə və sadiq bir adamdı. 

Həsən  Şeyx Teymur: ona [Əbülqasım] Babur Mirzə etibar göstərib 

bəylik dərəcəsinə yüksəltmişdi.  



Noyan bəy: atası Termiz seyidlərindən idi, anası tərəfdən həm Sultan 

Əbu Səid Mirzəyə, həm də Sultan Hüseyn Mirzəyə qohum idi. Sultan Əbu 

Səid Mirzə də ona etibar etmişdi. [Sultan Əbu Səid Mirzənin oğlu] Sultan 

Əhməd Mirzənin nəzdində  də mötəbər bir bəydi. Sultan Hüseyn Mirzənin 

nəzdində də çox etibar gördü. Zövqə, əyləncəyə və şəraba düşkün bir adam-

dı. Onun xidmətində olduğu üçün Həsən Yaquba Həsən Noyan da deyirdilər. 



Cahangir Barlas: Kabildə bir müddət Məhəmməd Burunduq [Barlas] 

ilə birlikdə ortaq hökumət sürmüşdü. (172 a) Sonralar Sultan Hüseyn Mirzə-

nin yanına getdi və yaxşı qarşılandı. Hal və hərəkətləri zərif və xoşdu. Əy-

lənməyi bacaran bir adamdı. Ov və quşun üsul və adabını yaxşı bildiyi üçün 

Sultan Hüseyn Mirzə belə işləri əksərən ona tapşırırdı. Bədiüzzaman Mirzə-

nin müsahibiydi. Mirzənin müsahibliyini yad edib daim ondan bəhs edirdi. 



Mirzə  Əhməd  Əli Farisi Barlas: gərçi  şeir söyləməzdi, lakin zövq 

sahibi və şeirdən anlayan, zərif və qəribə bir adamdı. 



Əbdülxaliq bəy:  Şahrux Mirzənin çox etibar etdiyi bəylərindən olan 

Firuzşah bəy onun babasıdır, bu üzdən ona Əbdülxaliq Firuzşah deyirlər. 



BABURNAMƏ 

 

185



Xarəzm bir müddət onun əlindəydi. 

İbrahim Dulday: idarə  işini və hökumət üsulunu yaxşı bilirdi. Mə-

həmməd Burunduqun bir tayı idi. 



Zünnun bəy Arğun: cəsur bir adamdı. Gəncliyində Sultan Əbu Səid 

Mirzənin hüzurunda yaxşı qılınc çalmışdır. Ondan sonra da hər yerdə əli işə 

toxunmuşdur. Cəsarətinə söz yoxdu, lakin bir az dəlisovdu. 

Bizim mirzələrin

1

 yanından ayrılaraq Sultan Hüseyn Mirzənin hüzuru-



na getdi. Mirzə də ona Guru və Nəkdərini verdi. Yetmiş-səksən adamla o ci-

varda çox yaxşı qılınc çaldı. Bir ovuc adamla (l 72 b) lap çox həzarəni və 

nəkdərini möhkəm məğlub etdi. Həzarələri və nəkdəriləri o qədər az adamla 

yola gətirən başqa adam olmamışdır. Bir müddət sonra Zəmindavəri də ona 

verdilər. 

Oğlu Şah Şüca Arğun da lap kiçıkliyindən bəri atasıyla birlikdə səfər-

lərə qatılıb qılınc çaldı. Sultan Hüseyn Mirzə atasının acığına etibar edib 

Qəndəharı atasıyla ortaq olaraq ona verdi. Sonra bu ata ilə oğul arasına düş-

mənçilik salıb fitnə çıxardılar.  

Axırda mən Xosrov şahı  ələ keçirib əsgər və adamlarından ayıraraq, 

Kabili də Zünnunun [bəy Arğun] kiçık oğlu Müqimdən aldığım il Zünnun 

ilə Xosrov şah mənim üzümdən çarəsiz qaldılar və axırda gedib Sultan Hü-

seyn Mirzəni gördülər. 

Sultan Hüseyn Mirzənin ölümündən sonra Zünnun daha da yüksəldi. 

Heratın dağ  ətəyindəki vilayətlərindən Evbəni və Çahçəranı ona verdilər. 

Bədiüzzaman Mirzə ilə Müzəffər Mirzə ortaq bir şəkildə padşah olduqları 

zaman Bədiüzzaman Mirzənin qapısında sahibi-ixtiyar o idi. Müzəffər Mir-

zənin qapısında isə sahibi-ixtiyar Məhəmməd Burunduq idi. 

Gərçi cəsarəti vardı, lakin bir az dəlsov və anlayışsız bir adamdı. Elə 

olmasaydı, belə üzə gülməyə aldanaraq özünü alçaldardımı? Bunun təfsilatı 

belədir: Heratda belə etibar və iqdidarda ikən bir neçə şeyx və molla onun 

yanına gəlib deyirlər ki: «Kütub

2

 bizimlə münasibətdədir. Sənə Hizəbrullah 



[Allahın aslanı] ləqəbi verildi. Sən özbəkləri yenəcəksən». O da bu üzə gü-

lücü sözlərə qapılaraq, boynuna fitə taxıb Allaha şükürlər etmişdir. 

Şeybani xan Badğis civarında (173 a) mirzələrin üstünə gəlib qüvvə-

lərini birləşdirməyə imkan vermədən onları  məğlub edəndə Zünnun da bu 

sözə inanıb yüz-yüz əlli qədər adamla Qara-Ribatda Şeybani xana qarşı dur-

du. Üstün qüvvətlər gəlincə bunları alıb götürdülər və Zünnunu öldürdülər. 

Pak məzhəbli bir adamdı. Namazı tərk etməz, tez-tez də nafilə namazları qı-

lardı. Şahmata çox maraqlıydı. Başqaları bir əllə oynadıqları halda, o iki əllə 

                                                           

1

 Teymurun oğlu Miranşahın soyundan olan və Baburun babası Əbu Səidi də əhatə edən 



mirzələr. Sultan Hüseyn Mirzə isə Mirahşahın böyük qardaşı Ömər Şeyxin soyundandır. 

2

 Kütub: sufilərin işlətdiyi bir təsəvvüf deyimi olub mənəvi dərəcələrin yeddincisi və ən 



yüksəyidir. Hər dövrdə tanrı tərəfindən təsərrüf qüdrəti verilmiş bir kütub olur. 

Zəhirəddin Məhəmməd BABUR  

 

 



186

və canı necə istəsə, elə oynayırdı. Təbiətində xəsislik və tamahkarlıq vardı. 



Dərviş  Əli bəy:  Əlişir bəyin doğma kiçık qardaşı idi. Bəlxin idarəsi 

bir müddət onda idı və yaxşı idarə etdi. Bacarıqsız və qabiliyyətsiz bir adam 

idi. Sultan Hüseyn Mirzə Qunduz və Hisar üzərinə ilk dəfə gələndə onun ba-

carıqsızlığı üzündən uğur qazana bilmədi. Onu Bəlx hökumətindən əzl etdi-

lər. Mən 916-cı ildə [=1510] Qunduza gələndə yanıma gəlmişdi; çaşqın və 

bitkin bir halda idi. Bəylik qabiliyyətindən və elçilik səlahiyyətindən uzaqdı. 

Hər halda Əlişir bəy sayəsində belə etibar görmüşdür.  

Moğol bəy: Heratın idarəsi bir müddət ondaydı. Sonra Əstərabadı ver-

dilər. Əstərabaddan İraqa qaçıb [Ağqoyunlu Uzun Həsənin oğul] Yaqub bə-

yin hüzuruna getdi. Qəribə bir adamdı. Daima qumar oynayırdı. 

Seyid Bədr:  fövqəladə qüvvətli, lakin çox nazik tövrlü bir adam idi.  

(173 b)  Rəqsdə üsul sahibiydi. Çox gözəl rəqs edirdi. Heç kim onun kimi 

oynaya bilməzdi. Hər halda, bu rəqs onun öz icadıydı. Daima Mirzənin  mü-

lazimətində bulunur, onun daimi arxadaşı və həmsöhbəti olurdu. 

İslim Barlas: sadə bir adamdı. Quşçuluğu yaxşı bilirdi. Bəzi işləri gö-

zəl görürdü. Otuz-qırx batmanlıq yayı çəkib oxu taxtadan keçirirdi. Qabaq 

meydanının bir başından at qoşduraraq girir, yayı əlinə  alıb gərir və atıb hə-

dəfi vururdu. Bir halqanı bir-bir yarım kari uzunluğunda bir ipə, ipin bir 

ucunu da bir ağaca bağlayıb halqa göydə dönərkən, oxu atıb halqanın için-

dən keçirirdi. Belə qəribə işləri çoxdu. Daima mülazimət edir və hər söhbətə 

qoşulurdu. 

Sultan Cüneyd Barlas: sonra [Əbu Səid Mirzənin oğlu] Sultan Əh-

məd Mirzənin yanına getmişdi. İndi atasıyla birlikdə Cunəpuru idarə edir. 



Şeyx Əbu Səid xan Dərməyan: bir müharibədə Mirzəyə at gətirdiyi 

üçünmü, yoxsa Mirzənin canına qəsd edən bir düşməni dəf etdiyi üçünmü, 

bilmirəm, ona bu Dərməyan  [Xızır kimi yetişən] ləqəbi verilmişdir. 

Behbud bəy: öncələr mühafiz kimi xidmət edirdi. Mirzənin  qazaxlıq 

vaxtlarında (l74 a) xidməti təqdir edildi, ona bir lütf olaraq, damğa və pul-

larda adının zərb edilməsinə izin verilmişdi. 

Şeyxim bəy:  təxəllüsü Süheyli olduğu üçün ona Şeyxim Süheyli de-

yirdilər. Şeir söyləyəndə qorxu oyadan söz və təbirlər işlədirdi. Beytlərindən 

biri budur:  

Şəbi-qəm gird badi ahəm əz ca bord gərdunra, 

Furi bord əjdəhai seyli eşkəm rübi məskunra. 

Qəm gecəsi ahımın girdabı göy üzünü yerindən oynatdı, 

Göz yaşımın seli əjdəhası isə  rübi-məskunu  

(dünyanın insanlarla məskun olan qisminı) uddu. 

Bu beyti bir dəfə  Mövlana Əbdürrəhman Caminin hüzurunda oxumuş 

və Mövlananın da «Mirzə, siz şeirmi söyləyirsiniz, yoxsa adammı qorxu-

dursunuz?» demişdir. 



BABURNAMƏ 

 

187



Bir divan tərtib etmişdi. Məsnəviləri də vardır.  

Məhəmməd Vəli bəy: yuxarıda söz etdiyim Vəli bəyin oğluydu. Son-

ralar Mirzənin yanında böyük bəy olmuşdu. Böyük bəy olduğu halda xid-

mətini heç bir zaman tərk etməzdi və gecə-gündüz saraydan ayrılmazdı. O 

dərəcə ki, yeməyi və şöləni daima sarayda hazırlanırdı. Təbiidir ki, belə mü-

lazimət edən adam belə etibar görər. İndi biri bəy olub arxasında da beş-altı 

koru-keçəli gördümü, onu qapıya mərasimlə  gətirmək lazım gəlir. O cür 

xidmət indi hardadır? Bu onunla bağlıdır ki, onlar bəlkə də dövlətə layiq de-

yillər. 


Məhəmməd Vəli bəyin aşı və şöləni yaxşı idi. Adamlarını heç bir fərq 

qoymadan yaxşı bəsləyirdi. Fəqir və miskinlərə (l74 b) öz əliylə çox ehsan-

lar edərdi. Söyüşcül və ağızdan pərtoy bir adamdı. 

917-ci ildə (=1511) Səmərqəndi alanda Məhəmməd Vəli bəy ilə Dər-

viş Əli Kitabdar mənim yanımdaydılar. O zaman iflic olmuşdu, nə sözündə 

bir dad vardı, nə də özündə. Belə bir etibara layiq deyildi. Hər halda vəzifə-

yə sədaqəti onu bu dərəcəyə yüksəltmişdi. 

Baba Əli eşik-ağa: əvvəlcə Əlişir bəy [Nəvai] ona etibar edib bəylik, 

sonra eşik-ağa dərəcəsinə yüksəltmişdi. İndi mənim yanımda bəy, yaxınım 

və içkilərimdən olan Yunus Əli onun oğludur. İrəlidə ondan bəhs ediləcək.  

Bədrəddin: əvvəllər Əbu Səid Mirzənin sədri olan Mirək Əbdürrəhi-

min yanındaydı. Fövqəladə çevik və cəld imiş, yeddi at üstündən birdən sıç-

rayırmış. O və Baba Əli yaxşı dost olmuşlar. 

Həsən  Əli Cəlair:  əsl adı Hüseyn Cəlairdir, lakin Həsən  Əli adıyla 

məşhurdur. [Əbülqasım] Babur Mirzə etibar göstərib onun atası Əli Cəlairi 

bəy eləmişdir. Daha sonra Yadigar [Məhəmməd] Mirzə Heratı alanda onun 

ən böyük adamı Əli Cəlair idi. 

Həsən Əli Cəlair Sultan Hüseyn Mirzənin yanında quşbəyi idi. Şair idi, 

təxəllüsü Tüfeyli idi. Çox gözəl qəsidə söyləyirdi, öz dövründə qəsidədə çox 

məşhur idi. 

917-ci ildə [=1511/2] Səmərqəndi alanda mənim yanıma gəldi və beş- 

altı il qaldı. Mənim adıma gözəl qəsidələr söylədi. Qorxusuz və israfçı (175 

a) bir adamdı. Çöhrə saxlayıdı. Nərdə və qumara çox düşkün idi. 

Xoca Abdullah Mərvari:  əvvəlcə  sədr idi, sonraları içki, yaxın və 

bəy olmuşdu. Çox fəzilətli bir adamdı. Qanunu onun qədər yaxşı çalan adam 

yox idi, qanunda zəngulə etmək onun icadıdır. 

Müxtəlif xətləri yaxşı yazırdı. Ələlxüsus təliqi gözəl yazırdı. İnşası da 

yaxşı idi. Xoşsöhbət bir adamdı. Şeir söyləyirdi, təxəllüsü Bəyani idi. Şeiri 

digər qabiliyyətlərinə görə daha aşağı idi, lakin şeiri yaxşı başa düşürdü. 

Fasiq və əxlaqsız idi. Əxlaqsızlıq üzündən zöhrəvi xəstəliyə yaxalandı, 

əli-ayağı tutmaz oldu. Bir neçə il min cür əzab-əziyyət çəkdikdən sonra bu 

fəlakət üzündən dünyanı tərk etdi. 


Zəhirəddin Məhəmməd BABUR  

 

 



188

Məhəmməd Seyid Urus: Sultan Əbu Səid Mirzə taxta çıxanda onun 

böyük və mötəbər bəyi olan Urus Arğunun oğludur. O zamanlar yaxşı ox 

atan igidlər vardı və bunların ən yaxşılarından biri o idi. Yayı sərt idi, oxu 

uzağa qüvvətli və yaxşı atanlardandı.  Əndəxudun idarəsi bir müddət onun 

əlində idi. 

Mir Əli Miraxur: Yadigar Məhəmməd Mirzənin qafil olduğu bir za-

manda Sultan Hüseyn Mirzəyə adam göndərərək onun üstünə hücum çəkən 

adam budur. 

Seyid Həsən Oğlaqçı:  Seyid Oğlaqçının oğlu və Seyid Yusif bəyin 

kiçık qardaşı idi. Mirzə  Fərrux adında məziyyətli və qabiliyyətli bir oğlu 



(175 b) vardı. 

917-ci ildə [=1511] Səmərqəndi alanda yanıma gəlmişdi. Şeiri az, la-

kin gözəl söyləyirdi. Üstürlab və heyəti

1

  yaxşı bilirdi. Söhbəti və rəftarı da 



yaxşı idi. Sərxoşluğu bir az fənaydı. Qacdevan savaşında öldü. 

Tanrıverdi Samançı: sadə, cəsur və qılınc çalmağı bacaran bir bəydi. 

Yuxarıda da bəhs edildiyi kimi, Bəlx qapısında yaxşı  qılınc çalıb Xosrov 

şahın Nazar Bahadır adlı böyük bir adamını məğlub etdi. 

Bunlardan başqa, Mirzənin yanına gəlib etibara nail olan bir neçə 

türkmən bəyi vardı. İlk gələnlərdən biri Əli xan Bayındırdı. 

Sonra Əsəd bəy ilə Təhəmtən bəy vardı. Bunlar qardaş idi. Təhəmtən 

bəyin qızını Bədiüzzaman Mirzə almışdı və ondan Məhəmməd Zaman Mir-

zə dünyaya gəldi. 

Biri də İbrahim Çağataydı. 

Biri də Əmir Ömər bəydi. Daha sonra Bədiüzzaman Mirzənin yanın-

da olacaqdı. Cəsur, sadə və yaxşı bir adamdı. Əbülfəth [Türkmən] adlı bir 

oğlu İraqdan mənim yanıma gəldi, hələ də yanımdadır, fövqəladə süst, cəsa-

rətsiz və qavrayışsızdır. Belə bir atadan belə bir oğul!? 

Sonradan gələnlər isə Şah İsmayıl İraq və Azərbaycana sahib olanda 

oradan Xorasana gəlmişdilər. Bunlardan biri Əbdülbaqi Mirzəydi. Teymur 

bəy nəslindən və miranşahilərdəndir. Əvvəllər bunun nəsli o vilayətlərə ge-

dib səltənət davasından vaz keçərək (176 a) padşahlara mülazimət edib dai-

ma etibar görmüşdülər. Bu Əbdülbaqi Mirzənin əmisi Teymur Osman [Ağ-

qoyunlu Uzun Həsənin oğlu] Yaqub bəyin yanında böyük və mötəbər bəy 

imiş. Bir dəfə  onu çoxlu əsgərlə Xorasan üzərinə göndərməyi də düşünmüş-

dür. Əbdülbaqi Mirzə gələndə Sultan Hüseyn Mirzə çox etibar edib Məhəm-

məd Sultan Mirzənin anası olan Sultanım bəyimi ona verərək özünə kürəkən 

eləmişdi. 

Sonradan gələnlərdən biri Murad bəy Bayındır idi. 



Sədrləri: 

                                                           

1

 Üstürlab:  ulduzların dünyaya görə yüksəkliyini tapmaqda işlədilən bir astronomiya 



aləti, astrolyabiya. Heyət və ya elmi-heyət, yaxud nücum astronomiya deməkdir. 

BABURNAMƏ 

 

189



Mir Sər-Bərəhnə:  Əndican kəndlərindəndir. Deyəsən, həqiqi seyid-

lərdən deyildir. Fövqəladə xoşsöhbət, şirin sözlü və xoştəb bir adamdı. Xo-

rasanın alim və şairlərinin arasında onun fikri və sözü mötəbər və keçərliydi. 

Əmir Həmzə qissəsinə qarşılıq olaraq, ömrünü zay edərək uzun və uydurma 

bir qissə yazmışdır. Bu, təbiətə və ağla uymayan bir işdir. 

Kəmaləddin Hüseyn Qazürgehi: gərçi sufi deyildi, lakin mütəsəvvif 

idi. Əlişir bəyin [Nəvai] yanında belə mütəsəvviflər toplaşıb vəcdə gəlir və 

səma edirlərmiş. Bunun üsulu hamısındən daha yaxşı imiş. Hər halda etibar 

görməsinin səbəbi də bu üsulu olmuşdur. Bundan başqa bəhs ediləcək bir 

məziyyəti yoxdu. 

Sultan Hüseyn Mirzə adına yazılmış Məclis ül-üşşaq [Aşiqlər məclisi] 

adlı bir əsəri vardır. Fövqəladə zəif, çoxu uydurma, həm də dadsız uydurma 

(176 b) və ədəbsiz sözlər yazmışdır. O dərəcədə ki, bəziləri qorxunc küfrdür. 

Məsələn, bir çox ənbiya və övliyanı məcazi aşiq cərgəsinə mənsub edib hər 

birinə bir məşuq və məhbub yapışdırmışdır. Dibaçədə bunun Sultan Hüseyn 

Mirzənin öz təhrir və təsnifi olduğu yazılmışdır ki, bu da qəribə və axmaq 

bir  şeydir. Bəhs etdiyim bu Kəmaləddin Hüseynin şeir və  qəzəllərinin ha-

mısının başında limühərririhi [mühərriri tərəfindən] yazılmışdır. Həmin Kə-

maləddin Hüseynin üzə gülməsi nəticəsində Zünnun bəy Arğun hizəbrullah 

[Allahın aslanı] ləqəbini almışdır.   



Vəzirləri: 

Məcdəddin Məhəmməd:  [Teymur bəyin oğlu]  Şahrux Mirzənin di-

van


1

 rəisi olan Xoca Pir Əhməd Xaninin oğluydu.  Əvvəllə Sultan Hüseyn 

Mirzənin divanında arzu edilən tərtib və nizam yoxdu. İsraf və sovurqanlıq 

fövqəladə çox idi. Nə xalq rifahda idi, nə də ordu məmnundu. O zamanlarda 

Məcdəddin Məhəmməd pərvanəçi idi

2

 və ona «mirək» deyirdilər. Mirzəyə 



bir az pul lazım olanda və bunu divandakılardan istəyəndə onlar «Pul yox-

dur, gəlir də yoxdur» deyə cavab verirlər. Məcdəddin Məhəmməd də orada 

imiş, təbəssüm edir. Mirzə səbəbini soruşanda Mirzəni bir kənara çəkib kön-

lündəki düşüncəni söyləyir və «Mirzə mənə yetki verib məmurların mənim 

sözümdən çıxmamalarını şərt qoysa, az bir zaman içində vilayətin (177 a) 

abad, xalqın məmnun, xəzinənin zəngin, ordunun da çox olmasını  təmin 

edərəm» deyir. 

Mirzə də onun istədiyi kimi əhd və şərt bağlayıb bütün Xorasan üzrə 

ona yetki verərək bütün mühüm işlərə onu məsul etdi. O da mümkün olduğu 

qədər qeyrət edib çalışaraq az zamanda ordunu və xalqı razı və məmnun etdi, 

xəzinəyə çox pul topladı, vilayətləri də abad və şən etdi. 

Lakin Əlişir bəyin [Nəvai] ətrafındakı bütün bəylər və məqam sahib-

                                                           

1

 Divan: idarəçiliyə, ələlxüsus də maliyyə idarəçiliyinə baxan mərkəzi təşkilat və bu təş-



kilatın rəhbəri. 

2

 Pərvanə: hökmdarların əmr və fərmanlarını yazıb bildirən məmur. 



Zəhirəddin Məhəmməd BABUR  

 

 



190

ləri ilə dil tapa bilmədi, bu üzdən də bunların hamısı ona düşmən kəsildilər 

və yalan bilgilər verərək axırda Məcdəddin Məhəmmədi tutdurub vəzifədən 

qovdurdular. 

Onun yerinə Nizamülmülk divan oldu. Bir müddət sonra Nizamülmül-

kü də yaxaladıb öldürdülər və yerinə İraqdan Xoca Əfzəli gətirdib divan rəi-

si qoydular. Mən Kabilə gələn zaman Xoca Əfzələ bəylik rütbəsi verilmişdi, 

həm də divanda möhür basırdı. 



Yüklə 5,03 Mb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   46




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin