BABURUN SULTAN HÜSEYN MİRZƏNİN
OĞULLARI İLƏ GÖRÜŞMƏSİ VƏ HERATA GETMƏSİ
Bazar ertəsi günü cəmadiyülaxır ayının səkkizində (=26 oktyabr 1506)
mirzələrlə görüşüldü. Əbülmöhsün Mirzə yarım küruh məsafədən qarşıla-
mağa gəlmişdi. Yaxınlaşınca mən bu tərəfdən atdan endim, Əbülmöhsün o
tərəfdən atdan endi və yürüyərək gəlib görüşdük, təkrar atlara mindik.
Bir az irəlilədikdən sonra, ordugahın yaxınında Müzəffər Mirzə ilə İbn
Hüseyn Mirzə bizi qarşılamağa gəldi. Bunlar yaş baxımından Əbülmöhsün
Mirzədən kiçıkdilər, ona görə də ondan daha əvvəl qarşılamağa gəlmələri
lazım idi. Amma hər halda bu gecikmə (186 a) və qüsur, kibirdən və ya mə-
ni incitmək üçün olmayıb sərxoşluq və əyyaşlıq üzündən olmuşdur. Mü-
zəffər Mirzə israr etdiyi üçün at üstündə görüşdük. İbn Hüseyn Mirzə ilə də
bu şəkildə görüşdük.
Sonra gəlib Bədiüzzaman Mirzənin qapısına endik. Böyük bir izdiham
toplanmışdı. İzdiham o qədər çox idi ki, bu izdihamda bəziləri ayaqları yerə
dəymədən üç-dörd addım gedirdi. İşi-gücü üçün getmək istəyənlər özlərin-
dən asılı olmadan üç-dörd addım geriyə sürüklənirdi.
Bədiüzzaman Mirzənin divan çadırına çatdıq. Qərarlaşdırıldığına görə,
mən çadıra girincə sayğı göstərərək yükünəcəkdim və Bədiüzzaman Mirzə
də yerindən qalxıb bir qədər gələcək və sonra görüşəcəkdik. Mən çadıra
girincə bir dəfə yükündüm və durmadan yürüdüm. Bədiüzzaman Mirzə isə
yerindən bir az yavaş qalxıb bir az ləng yürüdü. Qasım bəy [koçin] mənim
sadiq adamlarımdan biri idi və mənim namusum onun namusuydu, qurşa-
ğımdan çəkdi. Durumun fərqinə vararaq daha yavaş yürüdüm və qərarlaşdı-
rılmış olan yerdə görüşdük.
Zəhirəddin Məhəmməd BABUR
200
Bu böyük ağ çadıra dörd döşək qoymuşdular. Bədiüzzaman Mirzənin
ağ çadırları mütlək yan qapılı olurdu və Mirzə daima bu qapının yanında
otururdu. Bir döşəyi bu qapının yanına qoymuşdular; Bədiüzzaman Mirzə
ilə (186 b) Müzəffər Mirzə bu döşəkdə oturdular. Bir döşək də sağ tərəfə,
yuxarıya qoymuşdular, Əbülmöhsün Mirzə ilə mən bu döşəkdə oturduq. Bə-
diüzzaman Mirzənin döşəyindən aşağıya və sol tərəfə də bir döşək qoymuş-
dular, bu döşəyə isə Mirzənin bəyi və Qasım Hüseyn Sultanın atası olan öz-
bək Şeybani sultanlarından Qasım Sultan ilə İbn Hüseyn Mirzə oturdular.
Mənə qoyduqları döşəkdən aşağı, sağ tərəfimə bir döşək daha qoymuşdular,
Cahangir Mirzə ilə Əbdürrəzzaq Mirzə də o döşəkdə oturdular. Məhəmməd
Burunduq bəy, Zünnun bəy Arğun və Qasım bəy isə sağ tərəfimdə, Qasım
Sultan ilə İbn Hüseyn Mirzədən xeyli aşağıda oturdular.
Yemək verildi. Söhbət olmadığı halda yemək verilən yerə masa qoyub
altın və gümüş sürahiləri masa üzərinə düzdülər. Əvvəllər bizim atalarımız
və ağalarımız Çingiz törəsinə çox riayət edirdilər. Məclisdə, divanda, şölən
və yeməkdə oturmaq və qalxmaqda bu törədən kənara çıxmazdılar. Çingiz
xanın törəsi mütləq şəkildə ona riayət edilməsi gərəkən sərt bir qanun de-
yildir. Lakin bir adamdan yaxşı bir nizam qalmışsa, ona uyğun hərəkət et-
mək lazımdır, atalar pis bir iş görmüşlərsə bunu yaxşı bir işlə əvəz etmək
gərəkdir.
Yeməkdən sonra atlara minib endiyimiz yerə gəldim. Bizim ordugah
ilə (187 a) mirzələrin ordugahının arasında bir şeri məsafə vardı.
İkinci dəfə getdiyim zaman da Bədiüzzaman Mirzə birinci dəfə oldu-
ğu kimi yenə hörmət göstərmədi.
Məhəmməd Burunduq bəy ilə Zünnun bəy [Arğun] vasitəsilə bunu
çatdırdım: «Gərçi yaşım kiçıkdür, lakin törəm böyükdür. Ata taxtı olan Sə-
mərqəndi iki dəfə müharibə ilə alıb orada oturmuşam. Bu ailə üçün yadla,
yağı ilə kim mənim qədər mücadilə etmişdir. Mənə qarşı sayğı göstərməmək
yaraşmaz». Bu ağla uyğun sözlər söylənincə etiraf etdilər və mənə sayğı
göstərmə işini yerinə yetirdilər.
Bir dəfə də Bədiüzzaman Mirzənin yanına gedəndə günortadan sonra
idi və içki məclisi oldu. Mən o zamanlar içki içmirdim. Gözəl və süslü bir
məclis idi. Süfrədə hər cür məzə vardı. Toyuq və qaz kababları, hər növ ye-
mək ikram etdilər. Bədiüzzaman Mirzənin məclisini çox tərifləyirdilər. Hə-
qiqətən, əndişəsiz və rahat bir məclis idi. Mürqab sahilində olduğumuz vaxt
ərzində Mirzənin içki məclisində iki-üç dəfə iştirak etdim, içki içmədiyimi
bildikləri üçün təklif etmədilər.
Müzəffər Mirzənin məclisinə də bir dəfə getdim. Hüseyn Əli Cəlair
və Mir Bədir də Müzəffər Mirzənin yanındaydılar, (187 b) o məclisdə işti-
rak edirdilər. Kefi gəlincə Mir [Seyid] Bədir rəqs etdi və gözəl rəqs etdi. Bu
rəqs hər halda Mir Bədirin öz icadıdır.
BABURNAMƏ
201
Mirzələr Heratdan hərəkət edib bir-birlərinə katılaraq yığışıb Mürqaba
gələnə qədər üç-dörd ay vaxt keçdi. Sultan Quluçaq sıxışaraq Bəlx qalasını
özbəklərə təslim etdi. Özbəklər də Bəlxi aldıqdan sonra Mirzələrin bir yerə
toplandıqlarını xəbər alaraq Səmərqəndə geri qayıtdılar.
Bu mirzələr söhbətdə, məclislərdə və insanlara olan rəftarda qüsursuz
olsalar da, hərb sənətinin hiylələrindən və kələklərindən iraq, dava-döyüşün
şücaətindən uzaq idilər.
Mürqabda olduğumuz zaman Haxnəzər Çapanın dörd-beş yüz adamla
gəlib Çiçəkdu civarını yağmaladığı xəbəri gəldi. Bütün mirzələr yığışmış
olduqları halda bu yağmacıların üstünə heç cürə ilqar göndərə bilmədilər.
Halbuki Mürqab ilə Çiçəkdu arası on ağac məsafədir. Bu işi mən öz üzərimə
almaq istədim. Amma bunu namus məsələsi edərək mənə də izin vermədilər.
Şeybani xan geri qayıtdığı və il də artıq gecikilmiş olduğu üçün mirzə-
lərin bu qışı uyğun bir yerdə keçirərək, düşməni dəf etmək üçün yazda bir-
likdə hərəkət etmələri qərara alındı.
Mənə Xorasan civarında qışlamağı təklif etdilər. Kabil və Qəznə qarı-
şıqlıqla dolu yerlər olduğu üçün türklər və moğollar, aymaqlar və məiyyətlər,
əfqanlardan və həzarələrdən çeşitli xalq və el Kabilə (188 a) yığışmışdı.
Üstəlik, Xorasan ilə Kabil arası ən qısa olan dağ yolu ilə qar və buz maneəsi
olmasa bir ay qədər sürən bir yoldu, ovalıq üzərindən isə qırx-əlli günlük
yoldu. Bundan başqa, vilayət də hələ mənə könül bağlamamışdı və tərəfdar-
larımızdan heç kim bizim burada qışlamamızı doğru saymırdı.
Mirzələrə üzrümüzü söylədik, lakin qəbul etmədilər, daha artıq israr
etdilər. Nə qədər məzur görmələrini söylədiksə, təkliflərində bir o qədər is-
rar etdilər. Axırda Bədiüzzaman Mirzə, Əbülmöhsün Mirzə və Müzəffər
Mirzə çadırıma qədər gəlib qışda burada qalmağı təklif etdilər. Mirzələrin
üzünə «xeyr» deyə bilmədik.
Belə padşahların şəxsən özlərinin gəlib burada qalmağı təklif etmələri
ilə yanaşı məndə dünyanın insanlarla məskun yerlərində bir bənzəri daha
olmayan və özəlliklə də Sultan Hüseyn Mirzənin dönəmində və onun idarəsi
altında gözəlliyi və işıltısı on, hətta iyirmi misli artmış olan Heratı görmək
arzusu da çox idi. Bu üzdən burada qalmağı qəbul etdik.
Əbülmöhsün Mirzə öz vilayəti olan Mərvə getdi. İbn Hüseyn Mirzə də
Tün və Qayına getdi. Bədiüzzaman Mirzə ilə Müzəffər Mirzələr də Herata
hərəkət etdilər. İki üç gün sonra mən də arxalarından Çihil-Doxtəran və
Daş-Ribat yoluyla Herata doğru yürüdüm.
Bütün bəyimlər, Payəndə Sultan bəyim, mənim bibim Xədicə bəyim,
Apağ bəyim və Sultan Əbu Səid Mirzənin qızları olan digər bibi bəyimlərin
hamısı Sultan Hüseyn Mirzənin mədrəsəsində toplandılar. Bütün bəyimlər
(188 b) Mirzənin məqbərəsindəydilər, gedib onları gördüm. Öncə Payəndə
Sultan bəyim ilə yükünərək görüşdüm. Ondan sonra Apağ bəyim ilə yükün-
Zəhirəddin Məhəmməd BABUR
202
mədən görüşdüm. Sonra Xədicə bəyim ilə yükünərək görüşdüm.
Bir müddət orada oturduq və hafizlər Quran oxuduqdan sonra Xədicə
bəyimin çadırı qurulan güney tərəfindəki mədrəsəyə getdik. Xədicə bəyim
tərəfindən yemək verildi.
Yeməkdən sonra Payəndə Sultan bəyimin evinə getdim. O gecə orada
qaldım. Əvvəlcədən mənə Baği-Nevdə bir yer təyin etmişdilər. Ertəsi gün
gəlib Baği-Nevə endim və Baği-Nevdə bir gecə qaldım. Sonra onu da uyğun
görməyərək Əlişir bəyin [Nəvai] evlərini təyin etdilər və Heratdan gedənə
qədər Əlişir bəyin evlərində qaldım.
Hər iki-üç gündə bir dəfə gedib Baği-Cahanarada Bədiüzzaman Mir-
zənin hüzuruna çıxardım.
MÜZƏFFƏR MİRZƏNİN DƏVƏTİ
Bir neçə gün sonra Müzəffər Mirzə məni evinə dəvət etdi. Müzəffər
Mirzə Baği-Səfiddə otururdu. Xədicə bəyim oradaydı. Cahangir Mirzə də
mənimlə birlikdə gəldi. Xədicə bəyimin hüzurunda yemək verildikdən sonra
Müzəffər Mirzə bizi Babur Mirzənin tikdirmiş olduğu Tarabxana adlı ima-
rətə götürdü. Tarabxanada içki məclisi quruldu.
Tarabxana bağın ortasında yerləşir, iki qatlı, bir az kiçık, lakin olduq-
ca şirin bir imarətdir. Üst qatına bir az artıq bəzək vurmuşlar. Dörd guşəsin-
də dörd hücrə vardır. Bundan başqa, bu dörd hücrənin arasındakı və ortadakı
boşluq tamamən bir ev içidir. (189 a) Hücrələrinin arası dörd şahnişin şək-
lində tikilmiş bir həyətdir. Bu evin hər guşəsi rəsmlərlə süslüdür. Bu imarəti
Babur Mirzə tikdirsə də, bu təsvirlər Sultan Əbu Səid Mirzənin əmri ilə çə-
kilmişdir və onun meydan müharibələrini və çarpışmalarını əkc etdirir.
Şimal tərəfdəki şahnişinə üzbəüz iki döşək qoydular, döşəklərin yan-
ları şimala doğruydu. Bir döşəkdə Müzəffər Mirzə ilə mən oturdum, digər
döşəkdə də Sultan Məsud Mirzə ilə Cahangir Mirzə oturdular. Müzəffər
Mirzənin evində qonaq olduğumuz üçün Müzəffər Mirzə məni özündən yu-
xarıya oturtmuşdu.
Saqilər şərab piyalələrini doldurub dolaşaraq məclisdəkilərə təqdim
etməyə, məclisdəkilər də bu saf şərabları abi-həyat kimi içməyə başladılar.
Məclis qızışdı, şərablar başa vurdu. Məni də içirmək və bu məclisə daxil et-
mək niyyətindəydilər.
Mən gərçi bu vaxta qədər başıma vuracaq dərəcədə şərab içmir və sər-
xoşluğun necə olduğunu bilmirdım, lakin şərab içməyə arzum vardı və bu
vadidən keçməyi könlüm istəyirdi. Uşaqlıqda içkiyə meylim yoxdu və şə-
rabın ləzzətini bilməzdim. Bəzən atam şərab təklif edəndə üzr istəyir (l89 b)
və qəbul etməzdim. Atamdan sonra Xoca [Mövlana] Qazının uğurlu təsiri
ilə zahid və müttəqi idim. Şərab içmək o yana, şübhəli yeməklərdən belə sa-
BABURNAMƏ
203
qınırdım. Sonraları gənclik həvəsi ilə nəfsimə yenilərək şəraba meylim orta-
ya çıxdı, lakin təklif edəcək bir adam yoxdu, hətta şəraba meylimin olduğu-
nu bilən də yoxdu. Meylim olsa da, o zamana qədər tutmadığım bir işi öz-
özünə etmək çətin idi.
«Madam ki bu qədər təklif edirlər və bütün eyş-işrətin səbəb və vasitə-
ləri mükəmməl və hazırdır, Herat kimi arəstə bir şəhərə gəlmişik, indi də iç-
məsəm, nə zaman içərəm» deyə düşündüm və içməyə qərar verərək bu va-
didən keçməyə əzm etdim. Lakin «Bədiüzzaman Mirzə böyük qardaşdır.
Onun əlindən və onun evində içməyib kiçık qardaşının əlindən və kiçık qar-
daşının evində içsəm, xatirinə bir şey gəlir» deyə düşündüm və bu tərəddü-
dümü dilə gətirdim. Bu sözümü məqbul görüb məclisdə bir daha şərab təklif
etmədilər. Bədiüzzaman Mirzə ilə Müzəffər Mirzənin birlikdə olduqları bir
zamanda hər iki mirzənin təklifiylə içməmə qərar verildi.
Məclisdə xanəndələrdən (190 a) Hafiz Hacı ilə Cəlaləddin Mahmud
Neyi vardı. Qulam Sadinin kiçık qardaşı Şadi Beçə çəng çalırdı. Hafiz Hacı
gözəl oxuyurdu. Heratlılar xəfif, nazik və düz oxuyur. Cahangir Mirzənin
Mir Can adlı səmərqəndli bir xanəndəsi vardı, zildən, sərt və usulsüz oxu-
yurdu. Cahangir Mirzə keiflənincə onun oxumasını əmr etdi. Çox zildən,
sərt və zövqsüz oxudu. Xorasanlılar zərifdirlər, onun bu oxumasından biri
qulağını tutdu, digəri də üzünü turşutdu, lakin Mirzəyə görə heç kim ona
mane ola bilmədi.
Axşamdan sonra Tarabxanadan Müzəffər Mirzənin tikdirmiş olduğu
yeni qış evinə gəldik. Bu evə gələndə çox sərxoş olan Yusif Əli Göyəldaş
qalxıb rəqs etdi. Üsul sahibi bir adamdı; yaxşı rəqs etdi. Bu evə gələndə söh-
bət möhkəm qızışdı. Müzəffər Mirzə mənə kəmərilə birlikdə bir qılınc, quzu
dərisindən bir kürk və cins bir boz at verdi. Bu evdə Canik bir türkü söylədi.
Müzəffər Mirzənin Kəttə Mah və Kiçık Mah adlı oğulları vardı. Sərxoş olub
bir az zövqsiz masqaralıqlar elədilər, şənlik axşama qədər davam etdi. Məc-
lis dağıldı. Mən o gecə o evdə qaldım.
Qasım bəy mənə şərab təklif etdikləri xəbərini duyub Zünnun bəyin
yanına adam göndərmiş, Zünnun bəy də mirzələrə nəsihət edircəsinə sərt
sözlər söyləmiş, onlar da şərab təklifindən tamamən vaz keçmişlər (l90 b).
BƏDİÜZZAMAN MİRZƏNİN DƏVƏTİ
Bədiüzzaman Mirzə Müzəffər Mirzənin qonaqpərvərliyini eşidib Ba-
ği-Cahanaradakı Müqəvvixanadə bir məclis quraraq məni dəvət etdi. Bizim
bəzi içkiləri və igidləri də dəvət etdilər.
Mənim yanımdakılar mənim üzümdən içmirdilər. Ayda və ya qırx
gündə bir dəfə içəndə də qapıları bağlayıb qorxa-qorxa içirdilər. Belə adam-
ları dəvət etdilər. Oraya gedəndə də ya məndən oğrun, yahud da əlləri ilə
Zəhirəddin Məhəmməd BABUR
204
gizləyərək min cür sıxıntıyla içdilər. Düzdür, mənim tərəfimdən məclisdə
olanlara ümumi bir izin verilmişdi, çünki bu məclis atam və ya böyük qar-
daşımız kimi sayılacaq bir adamın məclisi idi.
Məclisə müəllih [salxım söyüd] gətirdilər. Təbii, yoxsa süni olduğunu
bilə bilmədiyim saçlarının arasına kimsanı
1
uzununa incə-incə kəsib qoy-
muşdular. Gözəl görünürdu.
Bu məclisdə mənim önümə qaz kababı qoydular. Quş parçalamadığım
və doğramadığım üçün əlimi vurmadım. Bədiüzzaman Mirzə «Niçin buyur-
mursunuz» dedi. Mən də «Doğramaqdan acizəm» dedim. Bədiüzzaman
Mirzə dərhal mənim önümdəki qazı alıb parçalayıb doğrayaraq təkrar önü-
mə qoydu. Belə (191 a) işlərdə Bədiüzzaman Mirzə misilsiz bir adamdı.
Məclisin Axırda mənə dəgərli daşlarla bəzənmiş kəmərli bir xəncər, bir kürk
və cins bir at verdi.
BABUR HERATI GƏZİR
Heratda qaldığım iyirmi gün ərzində hər gün ata minib görmədiyim
yerləri gəzirdim. Bu gəzintilərdə bələdçiimiz Yusif Əli Göyəldaş idı. Hər
seyr yerinə gələndə o, başqa bir yemək ikram edirdi.
Bu iyirmi gün içində məşhur seyr yerlərindən Sultan Hüseyn Mirzənin
xanəgahından başqa görmədiyim yer bəlkə də qalmamışdır. Qazürgah, Əli-
şir bəyin [Nəvai] bağı, kağız dəyirmanı, Təxti-Asitanə, Püli-Gah, Kəhdistan,
Baği-Nəzərgah, Nemətabad, Qazürgah xiyabanı, Sultan Əhməd Mirzənin
sərdabəsi, Təxti-Səfər, Təxti-Nəvai, Təxti-Bərkər, Təxti-Hacı bəy, Şeyx Ba-
haəddin Ömər, Şeyx İzzəddin və Mövlana Əbdürrəhman Caminin məzar və
məqbərələri, Namazgahi-Muxtar, Hövzi-Mahiyan, Saqi-Salman, əvvəlki adı
Əbülvəlid olan Billuri, İmam-Fəxr, Baği-Xiyaban, Mirzənin mədrəsələri və
məqbərələri, Gövhərşad bəyimin mədrəsə, məqbər və məscid camisi, Baği-
Zağan, Baği-Nev, Baği-Zübeydə, Sultan Əbu Səid Mirzənin tikdirdiyi və
İraq darvazasının dışında yerləşən Ağ-Saray, (191 b) Puran, Süffeyi-Tirən-
dəzan, Çərgöləng, Əmir Vahid, Püli-Malan, Xoca-Tağ, Baği-Səfid, Tarab-
xana, Baği-Cahanara, Köşk, Müqəvvixana, Süsənixana, Dəvazdəh, Bürc,
Cahanaranın şimal tərəfindəki böyük hovuz və dörd tərəfindəki dörd imarət,
qalanın ön darvazası, Darvazeyi-Məlik, Darvazeyi-İraq, Darvazeyi-Firuz-
abad, Darvazeyi-Xoş, Darvazeyi-Qıpçaq, Məlik-Bazarı, çarşı, şeyxülislam
mədrəsəsi, Məliklərin məscid camisi, Baği-Səhər, Bədiüzzaman Mirzənin
Cuyi-Əncir sahilindəki mədrəsəsi, Əlişir bəyin yaşadığı və Ünsiyyə dedik-
ləri evləri, məqbərəsi və Qüdsiyyə dedikləri məscid camisi, mədrəsəsi, Xi-
lasiyyə və İxlasiyyə dedikləri xanəgahı, hamam, Səfaiyyə və Şəfaiyyə de-
dikləri darüşşəfası - bunların hamısını bu qısa zaman içində gəzdim.
1
Kimsan: süsləmədə istifadə olunan yarpaq, buta.
BABURNAMƏ
205
Sultan Əhməd Mirzənin qızı Məsumə Sultan bəyimi anası Həbibə Sul-
tan bəyim bu fətrətlərdən bir az öncə özü ilə birlikdə Xorasana gətirmiş imiş,
Bir gün mən əkəmi görməyə gedəndə anası ilə gəlib məni gördü. Onu gö-
rəndə məndə ona qarşı böyük bir arzu oyandı. Gizlicə adamlar göndərib
əkəm və yengəmlə -Payəndə Sultan bəyimə (192 a) əkə, Həbibə Sultan bə-
yimə yengə deyirdim- danışaraq yengəmin qızını yanına alıb mənim arxam-
dan Kabilə gəlməsini qərarlaşdırdıq.
Məhəmməd Burunduq bəy ilə Zünnun bəy Arğun mənim burada qışla-
mam üçün çox qeyrət edirdilər. Lakin qışlamaq üçün bir yer göstərmədikləri
kimi, bunun üçün gərəkli olan şeyləri da təmin etmirdilər.
Qış gəldi və aradakı dağlara qar yağdı. Kabil tərəfindən da nigarançılı-
ğımız hələ çox idi. Bunlarsa nə qışı keçirə biləcək bir yer verir, nə də qışla-
mağa uyğun bir yer göstərirdilər.
BABURUN KABİLƏ DÖNMƏK ÜÇÜN
HERATDAN AYRILMASI
Axırda məcbur olduq, səbəbini açıqca da söyləyə bilmədik və qışla-
maq bəhanəsi ilə şaban ayının yeddisində (=23 dekabr 1506) Heratdan çıxıb
Badğis civarına gedərək endiyimiz hər yerdə vilayətlərə vergi və iş-güc
üçün gedənlərin gəlib bizə qoşulmalarını gözləyərək bir-iki günlükləngimə
və gecikmə ilə köç edirdik. O qədər yavaş getdik ki, Ləngəri-Mir Qiyasdan
iki-üç mənzil keçdikdən sonra, nəhayət, ramazan ayı göründü.
Vilayətlərə iş-güc üçün gedən igidlərin bəziləri gəlib bizə qoşuldular;
bəziləri da iyirmi gün və ya bir ay sonra biz Kabildə ikən gəldilər. Bəziləri
də orada qalıb mirzələrin xidmətinə girdi. Bunlardan biri də Şeydim Əli
Dərbandı və orada qalıb Bədiüzzaman Mirzənin xidmətinə girdi. Xosrov şa-
hın adamlarından heç kimə onun qədər etibar etmirdım. Cahangir Mirzə
Qəznəni buraxıb çıxanda Qəznənin idarəsi Seydimə verilmişdi. O da qaynı
Dost (192 b) Əngü Şeyxi Qəznədə qoyub özü orduya gəlmişdi.
Həqiqətən, Xosrov şahın adamları arasında bu ikisindən -Şeydim Əli
Dərban və Mühib Əli Qurçu- daha yaxşı adam yoxdu. Şeydim əxlaqı və
davranışları yaxşı bir adamdı. Cəsarətlə qılınc çalırdı. Evində də məclis və
söhbəti əskik deyildi. Olduqca cömərd idi. Çox idarəli və ölçülü bir adamdı.
Çox zərif, davranışları və söhbəti xoş, təbiəti gözəl və zarafatı sevən bir
adamdı. Qüsuru fisqə və gənc uşaqlara fövqəladə düşkün olmasıydı. Məzhə-
bində də doğru deyilmiş. Bir az fitnəkar təbiətə sahibdi. Bəziləri onun bu ni-
faqçılığını zarafatcıllığına bağlayırdılar, lakin bu iddia əsassız deyilmiş. He-
ratın Şeybani tərəfindən zəbt edilməsindən sonra Bədiüzzaman Mirzə Şah
[Şüca] bəyin yanına gələndə Mirzə ilə Şah bəy arasına nifaq salacaq sözlər
söylədiyi üçün Mirzə onu öldürdərək Hərmənd çayına atdırdı. Mühib Əlinin
Zəhirəddin Məhəmməd BABUR
206
hekayəsindən bu vəqayenin axırında bəhs ediləcəkdir.
Ləngəri-Mir Qiyasdan keçib Qarcistanın kənar kəndləri üzərindən
Çaxçərana gəldik. Ləngərdən keçib Qarcistana gələndə hər tərəf qar idi, irə-
lilədikcə də qar daha da çoxalırdı. Çaxçəran Zünnun bəyə [Arğun] aid idi və
orada onun Mirəkcan İrdi adlı bir adamı olurdu. Zünnun bəyin ərzağını tam
qiymətlə satın aldıq.
Çaxçərandan iki-üç mənzil daha gedincə qar fövqəladə çoxaldı, üzən-
gidən də yuxarıya (193 a) çıxdı və çox yerdə atın ayağı yerə dəymədi. Qar
durmadan yağırdı. Çıraqdan keçdikdən sonra da qar çox idi. Yol da bizə ta-
nış deyildi. Ləngəri-Mir Qiyas civarında Kabilə hansı yoldan gedəcəyimiz
haqqında danışıb məsləhətləşdik. Mən və olanların çoxu da «Qışdır və dağ
yolu təhlükəlidir; Qəndəhar yolu bir az uzaq olsa da, təhlükəsizdir « fikrində
idik. Lakin Qasım bəy «O yol uzaqdır, bu yoldan gedək» deyə çox böyük
təcrübəsizlik göstərdi və bu yoldan getdik.
Peşailərdən Pir Sultan adlı biri bələdçimiz idi. İxtiyarlığındanmı, təla-
şındanmı, yaxud qarın çoxluğundanmı, yolu itirdi və götürəmmədi. Qasım
bəyin israrıyla bu yoldan getmiş olduğumuz üçün Qasım bəy də bunu namus
işi edib özü və oğulları qarı təpir, yol açaraq irəlidə gedirdilər.
Bir gün qar fövqəladə çoxaldı. Yol da bilinmirdi. Bir neçə dəfə qeyrət
etdik, lakin yürüyə bilmədik. Bir çarə tapammadan, təkrar dönüb ağaclı bir
yerə endik. Yetmiş-səksən yaxşı igidə izimizi təqib edərək geri dönüb dərə-
nin aşağısında qışlamaqda olan həzarələrdən birini alıb bələdçilik etmək üz-
rə buraya gətirməyi tapşırdıq. Gedənlər gələnə qədər üç-dörd gün burada
qaldıq. Gedənlər də yaxşı bir bələdçi gətirə bilmədilər. (193 b)
Təvəkkül edib Sultan adlı peşaini önümüzə qatıb gediləcək yönü tapa
bilməyərək geri döndüyümüz eyni yola təkrar girdik. O bir neçə gün ərzində
fövqəladə iztirab və çətinlik çəkdik. Həyatım boyunca o qədər çətinlik az
çəkmişəm. Bu mətlə o zaman söyləndi:
Çərxin mən görməyən cövrü cəfası qaldımı?
Xəstə könlüm çəkməyən dərdü bəlası qaldımı?
Bir həftəyə yaxın qarı təpərək yürüdük, gündə bir və bir yarım şeridən
artıq gedə bilmədik. Qarı təpən adamlar mən, on-on beş içki, Qasım bəy,
oğulları Tanrıverdi, Qənbər Əlivə bir də onun iki-üç adamıydı. Bu adam-
larla birlikdə piyada yürüyərək qarı təpirdik. Hər adam yeddi-səkkiz və ya
on kari irəli yürüyərək və hər addım atanda belinə və köksünə qədər bataraq
qarı təpirdi. Bir neçə addım getdikdən sonra öndəki adamın dözümü qalma-
yıb durur və başqası önə keçirdi. Bu on-on beş və ya iyirmi adam piyada
olaraq qarı təpdikdən sonra o yoldan yüksüz bir at keçə bilirdi və yüksüz at
çəkilirdi. Bu yüksüz at da üzəngisinə və yəhərin arxasına qədər bata-bata
on-on beş addım qədər məsafə yürüdükdən sonra haldan düşürdü. Bu atı bir
kənara çəkib təkrar başqa bir yüksüz at qabağa sürülürdü.
BABURNAMƏ
207
Bu şəkildə biz on-on beş və ya iyirmi (l94 a) adam qarı təpdik və eyni
adamların atları da irəli çəkildi. Digər bütün yaxşı igidlər və bəy adı verilən-
lər atlarından belə enməyərək təpilmiş hazır yola girib başlan aşağıya əyil-
miş halda gəlirdilər. Başqasına təklif edəcək və zorlayacaq bir zaman deyil-
di. Himməti və cürəti olan hər kəs belə işləri özü istəyərək görür. Bu şəkildə
qarı təpib yol açaraq endiyimiz yerdən üç-dörd gündə Zirrin keçidinin di-
binə, Həval-Quti deyilən mağaraya gəldik. O gün şiddətli bir boran oldu.
Hər kəs ölüm qorxusu içindəydi. O tərəfin əhalisi dağdakı mağara və yarıq-
lara həval deyir. Bu mağaraya gələndə boran fövqəladə qüvvətliydi. Mağa-
ranın önünə endik. Qar çox, yol isə dardı, təpilmiş yoldan atlar zəhmətlə yü-
rüyürdü. Günlər çox qısa olduğu üçün öndəki adamlar aydınlıqkən mağara-
nın önünə gəldilər, qalanlar axşam və yatsıya qədər gəlməkdə davam etdilər.
Sonra hər kəs olduğu yerə endi. Bir çoxları sabaha qədər at üstündə qaldı.
Mağara bir az dar kimi göründü. Mən mağaranın önündə kürəklə qarı
kürüyüb özümə dayanacaq bir yer düzəltdim. Qarı köksümə qədər qazdım;
yenə də (194 b) torpağa çatmadım. Küləyə qarşı bir az daldalanacaq bir yer
kimi oldu və orada oturdum. Mağaraya getməmi söylədilər, ancaq getmədim.
«Bütün xalq qarda və borandaykən mən isti yerdə və istirahətdə, bütün xalq
burada iztirab və zorluqda ikən mən orada uyğuda və rifahda olsam, bu,
insanlıqdan uzaq bir hərəkət və xalqa qarşı laqeydlik olar, nə qədər iztirab
və zorluq olacaqsa mən də görməli, xalq necə dözürsə, mən də dözməli-
yəm» deyə düşündüm. Farsca bir məsəl vardır: «Mərg ba yaran sur əst»
(dostlarla birlikdə ölüm toy-bayramdır).
Beləcə boranda qazıb düzəltdiyim çuxurda oturdum. Yatsıya qədər qar
elə bir boranla yağdı ki, gəl görəsən. Mən büzülüb oturmuşdum, arxama,
başıma və qulaqlarımın üstünə dörd barmaq qalınlığında qar yığılmışdı. O
gecə qulaqlarım dondu. Yatsı vaxtında mağaranı ciddi tədqiq edənlər «Çox
genişdir, hər kəsə yer var» deyə bağırışdılar. Bunu eşidincə üzərimdəki qarı
silkib mağaraya gəldim. Mağaranın ətrafındakı bəyləri də çağırdım. Qırx-
əlli adamı rahatca barındıracaq qədər yer vardı. Azuqə, yəxni, qovurma və
başqa kimin nəyi varsa gətirdilər. Belə bir soyuqda və boranda çox isti,
təhlükəsiz və rahat bir yerə qovuşduq.
Ertəsi gün qar və boran durdu. Sabah erkəndən qalxıb eyni biçimdə
qarı təpərək yol açıb (195 a) təpənin üstünə çıxdıq. Yol dağı dolana-dolana
yuxarıya doğru çıxırmış, keçidinə də Kötəli-Zərrin deyirlərmiş. Biz yuxarı
çıxmadan dərə yoluyla endik. Təpəsindən dibinə varıncaya qədər vaxt gec
oldu. Dərənin ağzında düşərgə saldıq.
O gecə fövqəladə soyuqdu və gecəni çox çətinlik və sıxıntıyla keçirdik.
Bir çox adam soyuqdan əlini-ayağını itirdi. Kibəkin ayağı, Süyündük
Türkmənin əli və bir də Əxinin ayağı o gecə soyuqdan dondu.
Ertəsi gün dərədən aşağıya doğru yürüdük. Yolun bu olmadığını bildi-
Zəhirəddin Məhəmməd BABUR
208
yimiz və gördüyümüz halda təvəkkül edib dərədən aşağıya yürüdük. Çox
uçurumlu və dik yerlərdən endik. Gecə, axşam vaxtında dərənin ağzına çıx-
dıq, ixtiyarlardan heç kim bu keçidin bu qədər çox qarlı vaxtında bir adamın
oradan keçmiş olduğunu xatırlamırdı. Hətta bu mövsümdə bu keçiddən keç-
mək fikri belə kimsənin ağlına gəlməmişdi.
Qarın çoxluğundan çox iztirab çəksək də, qarın çoxluğu sayəsində
özümüzü axırda bir mənzilə çatdıra bildik, çünki bu qədər qar olmasaydı, bu
cür yolsuz, uçurumlu və dik yerlərdən kim keçə bilərdi. (195 b) Qar bu qə-
dər çox olmasaydı, bəlkə də ilk keçdiyimiz uçurumda əsgərın, at və dəvənin
hamısı qalardı.
Hər niku bədi ki, dər şomar əst,
Tu dər nigari-səlahi-kar əst.
Gələn hər yaxşılıq və pislik,
Diqqət etdikcə, işin xeyrinədir.
Yekə çayırına gəlib enəndə artıq yatsı vaxtı olmuşdu. Yekə çayırının
xalqı biz gəlib enər-inməz bundan xəbərdar oldular. İsti evlər, kök qoyunlar,
atlar üçün ot və quru ot bol, yaxmaq üçün odun və təzək çox və dolu idi.
Belə bir soyuq və qardan qurtularaq bir kənd və isti evlər tapmaq, belə
çətinlikdən və bəladan qurtulub bu qədər bol çörək və kök qoyunlar tapmaq
elə bir hüzurdur ki, bunu ancaq bu çətinlikləri görənlər bilər, bu elə bir
rahatlıqdır ki, bunu ancaq belə bəlaları yaşayanlar bilər.
Qəlbimiz məmnun və könlümüz rahat olaraq bir gün Yekə çayırında
qaldıqdan sonra, oradan qalxıb iki ağac yol gəlib təkrar endik. Ertəsi gün ra-
mazan bayramı oldu. Sonra da Bamyan üzərindən yürüyüb Şibertu keçidin-
dən keçərək Cəngliyə varmadan endik.
Dostları ilə paylaş: |