TÜRKMƏN HƏZARƏSİ ÜSTÜNƏ AXIN
Türkmən həzarəsi köç və mallarıyla birlikdə yolumuzun üzərində qış-
lamışmış. Bizdən heç xəbərləri yoxdu. Ertəsi gün qalxıb gələndə bunların
ağıl və komalarının arasına endik. İki-üç ağıl yağmalandı, digərləri də ev və
mallarını buraxaraq çoluq-çocuqlarını (l96 a) alıb dağa çəkildilər.
İləridən xəbər gəldi ki, bir neçə həzarə əsgərin önünü tutub ox ataraq
adamları keçməyə buraxmır. Bu xəbəri alınca dərhal oraya getdim. Baxdım
ki, ora bir boğaz da deyil, bir neçə həzarə bir çıxıntıdan ox atır. Hər şey ora-
ya yığılıb qalmışdı. Qoca-qoca igidlər orada:
Şeir:
1
Yağı qaraltısın görübdürlər,
Dəngi-heyran baxıb durubdurlar.
Mən yetib tez ol sarı yürüdüm,
1
Türkcə nəşrdə bu şeir nəsrlə verilmişdir.
BABURNAMƏ
209
Yürü-yürü deb irəli yürüdüm.
Qərəzim eli tez qılmaq idi,
Yağı bilə sitez qılmaq idi.
Tez yetib elə, çəkdim özümü,
Heç kim eşitmədi sözümü.
Yox idi nə zireh, nə çul, nə yaraq,
Məndə vardı min ox və sadaq.
Durdum ərsə, tamam el durdu,
Yağı sanki buları öldürdü.
Sən nökəri qılırsan onun üçün,
Yarağı bir mahalda canın üçün,
Yox ki, nökər durub bəyi yürüsün,
Nökəri asudə, bəyi çürüsün.
Nökər kim bu tövrdür, nə asığ,
1
Nə işinə yarar, nə aşa qatıq.
Axır at saldım, irəli yürüdüm,
Sürübən dağa, yuxarı yürüdüm. (l96 b)
Məni görüb yürüdü el dəxi,
Qaldı eldən geriyə qorxağı.
Yetişibən tez dağa dırmaşdıq,
Oxuna baxmadan yürüyüb aşdıq.
Gahi atdan düşüb, gahi atlı,
Yürüdük irəliyə cürətli,
Yağı həm dağdan ox atır idi,
Zoru görcək qoyub qaçır idi.
Dağa çıxdıq həzarəni qovlab,
Qırda, dərədə geyik kimi ovlab,
Önə çıxanı geyik kimi oxladıq,
Talayıb mal-qoyunu payladıq.
Qırıban türkmən həzarəsini,
Bağladıq bənd kişi-qarasını,
Kişilərini dəstigir etdik,
Əhli, övladını əsir etdik.
Həzarənin malından mən də xeyli qoyun topladım, onları Yarək Tağa-
yiyə tapşırıb özüm irəli keçdim. Qırlardan və dərələrdən yürüyərək həzarə-
lərin at və qoyunlarını sürüb Teymur bəy Ləngərinə endik.
Türkmən həzarəsinin asilərindən on-dörd on beş adam və quldurbaşı-
ların bir neçəsi ələ keçmişdi. Endiyimiz yurdda bütün quldur və asilərə ibrət
olsun deyə bunların dürlü-dürlü əzab və işkəncə ilə öldürülmələrini düşün-
müşdüm. Lakin yolda Qasım bəyə (197 a) rast gəlmişlər, o da yersiz mərhə-
1
Nə asığ = nə xeyri.
Zəhirəddin Məhəmməd BABUR
210
mət göstərib onları sərbəst buraxmışdı.
Zəmini-şorü sünbül bər nəyərəd,
Dərü töxmi əməl zaye məgərdan,
Niküyi ba bədan kərdən çün an əst,
Ki bənd kərdən bəcai nikmərdan.
1
Şoran torpaq sümbül yetirməz,
İşini və toxumunu bu topraqda zay etmə.
Pis adamlara yaxşılıq etmək,
Yaxşılıq edənlərə pislik etmək kimidir.
Mərhəmət göstərilərək əsirlər də sərbəst buraxıldı.
KABİLDƏ ORTAYA ÇIXAN PROBLEM
Biz türkmən həzarəsini yağmalayan zaman Məhəmməd Hüseyn Mirzə
Duğlat ilə Sultan Səncər Barlasın Kabildə qalan bütün moğollan öz tərəfləri-
nə çəkərək Mirzə xanı [Baburun əmisi oğlu Sultan Veys Mirzə] padşah elan
edib Kabili mühasirəyə aldıqlarını eşitdik. Xalq arasına isə belə bir şayiə
yaymışdılar: Bədiüzzaman ilə Müzəffər Mirzə padşahı həbs edib Heratın in-
di Ala-Kurqan deyə məşhur olan İxtiyarəddin qalasına salmışlar.
Kabil kurqanında komandanlardan Molla Baba Pəşağari, Xəlifə [Niza-
məddin Əli Barlas], Mühib Əli Qurçu, Əhməd Yusif və Əhməd Qasım
[Kuhbər] vardı. Bunlar yaxşı hərəkət edərək kurqanı qapalı və gücləndiril-
miş bir hala gətirib qorumağı bacarmışlar.
Teymur bəy Ləngərindən Qasım bəyin adamı Məhəmməd Əndicani
adlı bir bayraqdar vasitəsilə Kabildəki bəylərə bu yerə gəldiyimizi yazıb
göndərdik. Bu şəkildə qərar verilmişdi: «Biz Gur-Bənd boğazından çıxıb
onların üstünə hücum edəcəyik. İşarə olaraq Menar dağından keçincə böyük
bir tonqal qalayacağıq. Siz də gəldiyimizdən xəbərdar olduğunuzu bildirmək
üçün bugün xəzinə olan əski köşkün üzərində böyük tonqal yaxın. (197 b)
Biz bu tərəfdən yetişincə, siz də içəridən çıxıb əlinizdən gələn işi etməkdə
qüsur göstərməyin». Bu sözlər yazdırıldı və Məhəmməd Əndicani göndəril-
di.
Ertəsi gün Ləngərdən hərəkət edilib Üşdür-Şəhər qarşısına endik. Ora-
dan da erkəndən hərəkətə keçib günortaya doğru Gur-Bənd boğazından çı-
xaraq körpü başına gəldik. Atları suvarıb dinclik verdikdən sonra günorta
vaxtı körpü başından hərəkətə keçdik.
Tutkavula qədər qar yox idi, amma Tutkavuldan etibarən qar artmaqda
idi. Zəmmə-Yahşı ilə Menar arasında o qədər soyuq oldu ki, həyatımda belə
bir soğuğu az görmüşəm.
1
Sədi Şirazidən.
BABURNAMƏ
211
Əhməd Yasavul ilə Qara Əhməd Yurdçu «Verilmiş olan qərara uyğun
olaraq gəldik, xəbəriniz olsun və cəsur olun» xəbəriylə Kabildəki bəylərə
göndərildi. Menar dağından aşaraq dağın ətəyinə endik.
Soyuqdan taqətsiz qalıb tonqallar yaxaraq isindik. Düzü, tonqal qala-
yacaq zaman deyildi, lakin soyuğun dəhşətindən taqətimiz qalmadığı üçün
od yaxdıq. Dan üzünə doğru Menar dağının ətəyindən hərəkət etdik.
Menar ilə Kabil arasında qar atların dizinə qədər yüksəlirdi, hava çox
sərtləşmişdi və yoldan çıxan adam böyük çətinliklə yürüyürdu. Bu yolda
bir-birimizin arxasından irəlilədik və bu üzdən Kabilə ancaq fərz vaxtı (198
a) çata bildik.
Bibi-Mahruya gəlmədən bir az öncə, ərkdən böyük bir tonqal yüksəldi
və onların da bizim gəldiyimizi öyrəndiklərini anladıq.
BABURUN KABİLDƏKİ ÜSYANÇILARA HÜCUM ETMƏSİ
Seyid-Qasım körpüsünə yaxınlaşınca Şirim Tağayi ilə sağ qol adam-
ları Molla Baba körpüsü tərəfinə göndərildi. Sol qol və mərkəz adamları da
Baba-Luli yolundan irəlilədi.
O zamanlar Xəlifə bağının yerində [Baburun əmisi] Uluğ bəyin tikdir-
miş olduğu ləngər biçimində kiçicik bir bağ vardı, artıq ağacları qalmamışdı,
lakin divarı dururdu. Mirzə xan oraya yerləşmişdi. Məhəmməd Hüseyn
[Duğlat] Mirzə isə Uluğ bəy Mirzənin tikdirdiyi Baği-Behiştdəydi.
Mən də Molla Baba bağının yol tərəfindəki məzarlığa çatdım. Bu ara-
da bizimkilərdən tələsib irəli getmiş olanlar da geri oturdulmuşlar. İrəliləyib
Mirzə xanın olduğu yerə girənlər dörd nəfər idi: Seyid Qasım eşik-ağa, Qən-
bər Əli Qasım bəy, Şirqulu Qaravul Moğol və şirqulu camaatindən olan Sul-
tan Əhməd Moğol.
Bu dörd adam gedər-getməz, heç çəkinmədən dərhal Mirzə xanın ol-
duğu yerə girmişlər. Gurultu qopmış və Mirzə xan ata minərək qaçıb getmiş.
O günlərdə Əbülhəsən Qurbəyinin kiçık qardaşı Məhəmməd Hüseyn [Qur-
çu] da Mirzə xanın (198 b) xidmətinə girmişdi və bu dörd adamdan Şirqu-
luya qılıncla vurub atdan salır, başını kəsmək istərkən Şirqulu qurtulur. Bu
dörd adam qılınc və ox zərbəsi yeyərək yaralı olduqları halda bəhs etdiyim
yerdə bizə gəlib qoşuldular.
Bu dar yolda atlılar tıxanıb qaldılar. Nə irəli yürüyə, nə də geriyə gedə
bildilər. Mən də yaxınımdakı igidlərə «Atlardan enib saldırın» dedim. Dost
Nasir, Xoca Məhəmməd Əli Kitabdar, Baba Şirzad, Şah Mahmud və digər
bir neçə igid atlarından enib piyada olaraq ox atdılar. Düşmən qaçdı.
Kurqandakıları müşahidə edirdik. Savaş vaxtında yetişə bilmədilər.
Düşməni yerindən atdıqdan sonra ancaq bir-bir, iki-iki qoşaraq gəlməyə
başladılar. Mirzə xanın oturduğu çarbağa hələ girməmişdim ki, kurqandakı-
Zəhirəddin Məhəmməd BABUR
212
lardan Əhməd Yusif ilə Seyid Yusif gəldilər. Mirzə xanın oturduğu bağa on-
larla birlikdə girdim. Gördüm ki, Mirzə xan yoxdur, qaçıb getmişdir və dər-
hal geri qayıtdım.
Əhməd Yusif mənim arxamdaydı. Kabildə ikən cəsurluğuna görə eti-
bar görüb kütvallıq
1
rütbəsini alaraq orada qoyduğum Dost Sərpuli Piyadə
əlində yalın qılıncla birdən çarbağın qapısından girdi. Mənə doğru gəlirdi.
Mən zireh geymiş, lakin kəmər bağlamamış, (199 a) dəbilqə də qoymamış-
dım. Bir neçə dəfə «Hey, Dost, hey, Dost!» deyə qışqırdım. Əhməd Yusif də
qışqırdı. Məni soyuqdan və qardan yanmış olduğum üçünmü tanımadı,
yoxsa müharibənin təlaşındanmı, bilmirəm, heç çəkinmədən çılpaq qoluma
bir qılınc endirdi. Allahın inayəti sayəsində qıl qədər təsir etmədi.
Əgər tiği-aləm becünbəd zi ca,
Nəbürrəd rəgi tu nəxahəd xuda
Qılınc dünyanı yerindən oynada bilsə də,
Allahın izni olmadan, bir damar belə kəsməz.
Mən bu duanı oxumuşdum, uca Allahın bu zərəri dəf və gələn bəlanı
rəf etməsi onun təsiriydi. O dua budur
2
:
Ey Allah, sən mənim rəbbimsən. Səndən başqa ilah yoxdur. Sənə tə-
vəkkül etdim. Sən böyük ərşin rəbbisən. Allah nə istsə olar və nə istəməsə,
olmaz; heç bir qüdrət və qüvvət mövcud deyildir və bunların hamısı böyük
və uca Allahın əlindədir. Bil ki, Allah hər şeyə qadirdir, Allah hər şeyi elmi
ilə əhatə etmiş və hər şeyi ədədi ilə saymışdır. Ey Allah, mən özümün pisli-
yimdən, özgələrin pisliyindən və bütün heyvanların pisliyindən sənə sığını-
ram. Sən böyük ərşın rəbbisən.
Oradan çıxıb Məhəmməd Hüseyn [Duğlat] Mirzənin oturduğu Baği-
Behiştə gəldim. Məhəmməd Hüseyn Mirzə oradan qaçıb gizlənmişdi. Mə-
həmməd Hüseyn Mirzənin oturduğu bağ divarının yıxığında oxlu-yaylı yed-
di-səkkiz adam dururdu, atımı onların üstünə sürdüm. (199 b) Müqavimət
göstərmədən qaçıb getdilər. Arxalarından yetişərək birinə qılıncla vurdum.
Elə yuvarlandı ki, başının qopduğunu zənn etdim. Keçdim. Sən demə, bu qı-
lıncla vurduğum adam Mirzə xanın südqardaşı Tülək Göyəldaş imış və qı-
lınc çiyninə dəyibmiş.
Məhəmməd Hüseyn Mirzənin oturduğu evlərin qapısına gələndə dam
üstündən bir moğol çox yaxın bir məsafədən üstümə doğru yay çəkdi. Bu
mənim nökərlərimdən idi və mən onu tanıyırdım. Sağdan-soldan «Hey, hey,
padşahdır» deyə qışqırdılar. Oxu çıxarıb qaçdı. Artıq ox atmağın zamanı
keçmişdi. Mirzəsi və komandanları qaçmış və ya ələ keçirilmişdi, kimin
üçün ox atacaqdı.
Biz orada ikən Sultan Səncər Barlası tutub boynu bağlı olaraq gətirdi-
1
Kütval: hərbi bir rütbə.
2
Bu iki sətir və altdakı duanın mətni özbəkcə nəşrdə yoxdur.
BABURNAMƏ
213
lər. Mən ona etibar edib Nigənxar tümənini ehsan etmişdim. O da bu fitnə-
də onlarla ortaqdı. Təlaşla «Hey, mənim nə günahım var» deyə qışqırırdı.
«Bu camaatla əlbir olub onu hazırlayanların böyüklərindən biri sənsən, bun-
dan daha böyük günah olarmı?» deyə cavab verdim. Amma o, xan dayımın
anası Şah bəyimin bacısı oğlu olduğu üçün «Belə şərəfsizcə gəzdirməyin,
ölüm yoxdur» dedim.
Kurqandakı bəylərdən biri olan Əhməd Qasım Kuhbəri (200 a) bir
dəstə igidlə birlikdə Mirzə xanın arxasınca göndərdim.
Bu Baği-Behiştin yanında Şah bəyimlə [Baburun xalası Mehrinigar]
xanım çadırlar qurub oturmuşdular. Bağçadan çıxıb Şah bəyim ilə xanımı
görməyə getdim. Şəhər əhalisi və alt təbəqə hücum etmiş, küncdə-bucaqda
adamları yaxalayıb mallarını yağmalamaqla məşğul idilər. Çevrəyə adamlar
yerləşdirilərək bütün bu adamlar qovulub çıxarıldı.
Şah bəyimlə xanım eyni evdə otururdu. Əvvəlki kimi, atdan enərək pi-
yada gedib ədəb və təzimlə görüşdüm. Şah bəyim ilə xanım fövqəladə sıxın-
tılı, mütəəssir, başları əyik və xəcil bir vəziyyətdə idilər. Nə məqbul bir üzr-
xahlıq edə bilir, nə də müşfiqanə bir xatir sormaq yolunu seçirdilər. Onların
belə bir güruhla əlbir olmalarını düşünmək istəmirdim. Lakin o birilər də
bəyimlə xanımın sözündən çıxacaq adamlar deyildilər. Mirzə xan Şah bəyi-
min doğma nəvəsi idi və gecə-gündüz onun yanında olurdu. Onların fikrinə
qatılmaq istəməsəydi, Mirzə xanı buraxmayıb özlərinin yanında tutardılar.
Neçə dəfə taleyin uğursuzluğu və qəddarlığı üzündən taxt və mülkdən,
əsgər və adamlardan ayırılıb onların (200 b) yanına getmişdim. Anam da
onlara getmişdi. Lakin heç bir etibar və şəfqət görməmişdik. Mənim kiçık
qardaşım Mirzə xanın və anası Sultan Nigar xanımın zəngin və abad vilayət-
ləri vardı. Mən və anam isə vilayət bir tərəfə qalsın, bir kənd və bir neçə quş
sahibi belə ola bilməmişdik. Anam Yunus xanın qızı və mən də onun nəvəsi
deyildimmi? O ailədən mənim yanıma gələn hər kəsə əlimdən gəldiyi qədər
qardaşlıq və insanlıq vəzifələrimi yerinə yetirmişdim. Nicə ki Şah bəyim
gələndə Kabilin ən yaxşı yerlərindən olan Pamqanı ona verdim, oğulluqda
və xidmətdə qüsur göstərmədim.
Kaşğar xanı Sultan Səid xan beş-altı piyada və çılpaq adamıyla gəldi;
ona da kiçik qardaşlarım kimi baxıb Ləmqan tümənlərindən Məndravər tü-
mənini verdim.
Şah İsmayıl Mərvdə Şeybani xanı ələ keçirəndə mən Qunduza keç-
mişdim. O günlərdə Əndican vilayəti mənim tərəfimi tutub bəziləri valiləri-
ni qovaraq, bir qismi də olduqları yerlərə qapanaraq mənə adam göndərdilər.
Mən isə bütün adamlarımı, köməkçi hissələrlə birlikdə, Sultan Səid xanın
əmrinə verib əsl vətənim olan Əndican vilayətini ona bağışladım və onu ora-
ya xan edib göndərdim.
Ondan sonra da bugünə qədər o ailədən gələn hər kəslə öz doğma qar-
Zəhirəddin Məhəmməd BABUR
214
daşlarım kimi rəftar etdim. Necə ki [Baburun dayısı Sultan Əhməd xanın
oğulları] Çin Teymur Sultan, İsən Teymur Sultan, Toxta Buğa (20l a) Sultan
və Baba Sultan bugün də mənim yanımdadırlar. Hamısına də öz doğma qar-
daşlarımdan daha yaxşı davranıb etibar və şəfqət göstərirəm.
Bunları yazmaqdan məqsədim şikayət deyil, gerçəkləri söyləməkdir,
bu söylənənlərdən məqsəd özümü tərif deyil, gerçəkləşmiş olanları bəyan
etməkdir. Burada hər sözün doğrusunu və hər işi olduğu kimi yazmağı gə-
rəkli saydığım üçün, şübhəsiz ki, ata və böyük qardaşdan yaxşı və pis nə eşi-
dilib görülmüşsə onları söylədim, qohumlardan və yadlardan da nə qüsur və
ya məziyyət görülmüşsə, onları yazdım. Oxuyan məzur görsün, eşidənlər də
qınamasın.
Oradan qalxıb Mirzə xanın oturduğu çarbağa gələrək, vilayətlərə, ay-
maq və qəbilələrə zəfərnamələr göndərdim. Ondan sonra da atıma minərək
ərkə gəldim.
ÜSYANÇILARIN YAXALANMASI
Məhəmməd Hüseyn Mirzə qorxusundan qaçaraq xanımın sandıq ota-
ğına girmiş və yataq əşyaları arasında gizlənmişdi. Bu evləri axtamağı və
Məhəmməd Hüseyn Mirzəni tutub gətirməyi kurqandakılardan Mirim Divan
ilə digər bəzilərinə tapşırdım. Bunlar da xanımın qapısına gedib bir az qaba
və tərbiyəsiz (201 b) sözlər söyləmişlər.
Axırda Məhəmməd Hüseyn Mirzəni xanımın sandıq otağında taparaq
ərkə, mənim hüzuruma gətirdilər. Mən əvvəlki kimi hörmət göstərib yerim-
dən qalxdım və o qədər də sərt qarşılamadım. Bu cür nifrət ediləcək və uta-
nılacaq bir hərəkətə girişən, bu cür bir fitnə və fəsada qarışan Məhəmməd
Hüseyn Mirzəni parçalatdırsam yeriydi, dürlü-dürlü əzab və işkəncə ilə öl-
dürülməyə dəyərdi. Lakin arada qohumluq olduğu və doğma xalam Xub Ni-
gar xanımın uşaqları olduğu üçün bu qohumluq haqqını xatırlayaraq Mə-
həmməd Hüseyn Mirzəni sərbəst buraxdım, Xorasan tərəfinə getməsinə izin
verdim.
Bu mürüvvətsiz və nankor adam canını bağışlayaraq etdiyim yaxşılığı
tamamən unutmuş, Şeybani xanın yanında mənim haqqımda iftiralarda və
şikayətlərdə bulunmuşdu. Qısa bir müddət sonra da şəxsən Şeybani xan onu
öldürərək cəzasını verdi.
Tu bəd konəndən xudra bərgüzar sepor,
Ki, ruzigər tura çakər əst kinə güzar.
Sana pislik edəni qədərə tapşır,
Çünki o sənin intiqam alan nökərindir.
Mirzə xanın arxasından göndərilən Qasım Kuhbər və digər bir neçə
igid Qarğabulaq təpələrində Mirzə xana çatırlar. Qaçıb qurtula bilmədiyi ki-
BABURNAMƏ
215
mi, əlini qaldıracaq gücü və cürəti də yoxdu, ələ keçirib gətirdilər. (202 a)
Mən əski divanxananın şimal tərəfindəki eyvanda otururdum: «Gəl
görüşək» dedim. Təlaşındanmı-nədir, yükünərək gəlincəyə qədər iki dəfə yı-
xıldı. Görüşdükdən sonra onu yanıma oturdaraq təsəlli etdim. Şərbət gətir-
dilər. Mirzə xanın yersiz qorxusunu rəf etmək üçün şərbəti əvvəlcə özüm
içdim, sonra da ona verdim.
Mirzə xanın tərəfini tutmuş olan sipahi və xalq, moğol və çağataylar
qorxu və tərəddüd içərisində idilər. Tədbirli davranaraq, Mirzə xanın bir ne-
çə gün öz böyük bacısının evində qalmasını əmr etdim. Bəhs etdiyim bu el
və uluslar hələ qorxu və tərəddüd içində olduğu üçün Mirzə xanın Kabildə
olmasını uyğun görməyərək bir neçə gün sonra Xorasan tərəfinə getməsinə
izin verdim.
BABUR ƏTRAFDA BİR GƏZİNTİYƏ ÇIXIR
Bunların ayrılıb getmələrinə izin verdikdən sonra Baran, Çaşdubə və
Gülbahar ətəyi civarına gəzməyə getdik. Baharda Baran yaylası, Çaşdubə
çölü və Gülbahar ətəyi çox gözəl olur. Yaşıllığı Kabil vilayətinin digər yer-
lərinə görə daha yaxşıdır.
Çeşid-çeşid lalələr açır. Bir dəfə çevrədəki lalə çeşidini saymalarını
əmr etdim, otuz dörd çeşid lalə çıxdı.
Bu yerlərin təsvirində bir beyt söyləmişdim:
Səbzeyü güllər bilə cənnət olar Kabil bahar,
Xassə bu mövsümdə Varan yazısıyü Gülbahar.
Gəzməyə gəldiyimiz zaman da bu qəzəli yazdım:
Mənim könlüm ki gülün qönçəsi tək (202 b) təhbətəh
1
qandır,
Əgər yüz min bahar olsa, açılmağı naimkandır.
Gerçəkdən də bahar zamanı gəzmək, quş uçurmaq və quş ovlamaq
üçün -Kabil və Qəznə vilayətinin tərifində qısaca söylənib yazıldığı kimi-
buralar qədər yaxşı yer az tapılar.
NASİR MİRZƏNİN BƏDƏXŞANDAN
SÜRÜLÜB ÇIXARILMASI
Bu il [Baburun ən kiçık qardaşı] Nasir Mirzə və adamlarının davranış-
ları və hərəkətləri üzündən Bədəxşan bəylərindən Məhəmməd Qurçu, Mü-
barək şah, Zübeyr və Cahangir bəylər özlərini təhqir olunmuş hiss etdilər,
hətta ona düşmən oldular. Hamısı birləşib əsgər sövq edərək, Kökçə çayının
Yəftəl və Raq tərəfindəki ovasında atlıları və yayaları toplayıb nizamlayaraq,
təpələrin üzərindən Hamçanın yaxınlarına gəldilər.
1
Təhbətəh – üst-üstə, qat-qat, lay-lay
Zəhirəddin Məhəmməd BABUR
216
Nasir Mirzə və yanındakı təcrübəsiz igidlərsə yaxşı düşünüb araşdır-
madan bunlarla müharibə etmək üçün təpələrə gəlib vuruşurlar. Bu əngəbəli
ərazidə izdihamlı piyadaların üstünə bir-iki dəfə atla hücum etsələr də, bəri-
kilər qaçmayıb onları geri oturdur və lap axırda bunlar da heç bir şey edə
bilmədən qaçırlar. Bədəxşanlılar Nasir Mirzəni məğlub edib ona bağlı olan-
ların və yanındakı hər kəsin mallarını yağmalayırlar.
Nasir Mirzə də yanındakılarla birlikdə yenilmiş və yağmalanmış bir
halda İşkəmiş və Narin üzərindən Kilagahiyə gəldi. Qızıl-Su sahilindən yu-
xarıya doğru yürümək surətiylə Ab-Dərə yoluna girərək Şibertu keçidini aş-
dı və yağmalanıb soyulmuş, ac və çılpaq yetmiş-səksən adamı ilə birlikdə
Kabilə gəldi.
Allahın qəribə qüdrətidir ki, bundan iki-üç il əvvəl Nasir Mirzə bütün
el və ulusunu köçürdüb sürərək düşmən vəziyyətində Kabildən çıxıb (203 a)
Bədəxşana gedərək, dərə və kurqanlarını qapatmaq surətilə bəzi məqsədlər
güdmüşdü. Amma indi əvvəlcə etdikləri üzündən başı əyik və xəcil, o şəkil-
də ayrıldığı üçün peşman və mütəəssirdi. Mən də heç bir surətdə sərt dav-
ranmadım və mehribanlıqla hal-əhval tutaraq onu sıxıntıdan qurtardım.
KABİL - 913 (13 MAY 1507 - 2 MAY 1508)
BABURNAMƏ
217
DOQQUZ YÜZ ON ÜÇÜNCÜ İLİN HADİSƏLƏRİ
GİLCİLƏRİN ÜSTÜNƏ AXIN
[Əfqan əşirətlərindən] gilcilərə axın etmək məqsədilə Kabildən atlan-
dıq. Sərdihə enəndə oradan bir ağac məsafədə olan Məst və Sihkanədə çoxlu
məhmənədin [başqa bir əfqan qəbiləsi] bizdən xəbərsiz şəkildə oturduqları
xəbəri gəldi. Bütün bəylər və igidlər məhmənədlərə axın edilməsinə tərəfdar
idı. Amma mən dedim: «Heç rəvadırmı ki, başqa məqsədlə atlandığımız
halda öz rəiyyətimizə axın edib geri qayıdaq. Bu, mümkün deyil».
Sərdihədən hərəkət edib Kəttəvaz ovasını gecənin qaranlığında keçdik.
Gecə qapqaranlıq, yer də dümdüzdü, nə dağ nə təpə görünür, nə yol, nə də
iz bəlli olurdu. Heç kim qılavuzluq edə bilmədi. Axırda mən qılavuzluq
elədim. Bir-iki dəfə bu civara gəlmişdim. O zamandan xatırladıqlarımı yada
salaraq qütb ulduzunu sağ tərəfimə alıb hərəkət etdim. Allah rast gətirdi və
birbaşa Xoca İsmayıl dağlarına, gilcilərin oturduğu Qayaqtu və Ulabatu ça-
yının yanına gəldik. Bu çaydan bir yol çıxırdı. O çaya enib özümüz bir qə-
dər yatdıq, atlar isə (203 b) dincəldi, sonra dan ağararkən yenidən atlandıq.
Günəş çıxmışdı. Bu təpə və dərələrdən ovaya çıxanda gilcilərin qaral-
tısı və ya tüstüsü göründü. Ya məğrurluqdan, ya da gənclik atəşiylə əsgərin
hamısı axına qoyuldu. Bir-iki küruh axın edib adamları və atları oxla vura-
raq sürdülər. «Belə dördnala axın edən beş-altı min əsgərin dayandırılması
çox çətin olacaq» deyə düşündüm. Allah rast gətirdi, əsgər yatışdı.
Bir şeriyə yaxın irəlilədikdən sonra əfqanlarm qaraltısını görərək tək-
rar axın etdik. Bu axında çox qoyun ələ keçirildi. Heç bir axında bu qədər
çox qoyun ələ keçirilməmişdi. Malı toplayıb bir yerə endikdən sonra əfqan-
lar hər tərəfdən bölük-bölük gələrək ovaya enib bizi savaşa təhrik etdilər.
Bəzi bəy və içkilər o bölüklərdən birinin üstünə yürüyərək hamısını ələ ke-
çirib öldürdülər. Nasir Mirzə də digər bir bölüyə qarşı hərəkətə keçdi və ha-
mısını doğradı. Ölən əfqanlarm başlarından bir minarə quruldu. Adı daha
öncə çəkilmiş olan Dost Piyada Kütvalın ayağına bir ox dəydi və Kabilə gə-
ləndə öldü.
Xoca İsmayıldan qalxaraq Ulabatuya gəlib endik. Bəzi bəylərə və iç-
kilərə gedib qənimətin beşdə birini diqqətlə almalarını əmr etdim. Qasım
bəy ilə digər bəzilərinə hörmət edərək onların payının beşdə birini almadıq.
Dostları ilə paylaş: |