Baburnamə 3


TÜRKMƏN HƏZARƏSİ ÜSTÜNƏ AXIN



Yüklə 5,03 Mb.
Pdf görüntüsü
səhifə23/46
tarix03.02.2017
ölçüsü5,03 Mb.
#7294
1   ...   19   20   21   22   23   24   25   26   ...   46

 

TÜRKMƏN HƏZARƏSİ ÜSTÜNƏ AXIN 

 

Türkmən həzarəsi köç və mallarıyla birlikdə yolumuzun üzərində qış-



lamışmış. Bizdən heç xəbərləri yoxdu. Ertəsi gün qalxıb gələndə bunların 

ağıl və komalarının arasına endik. İki-üç ağıl yağmalandı, digərləri də ev və 

mallarını buraxaraq çoluq-çocuqlarını (l96 a) alıb dağa çəkildilər. 

İləridən xəbər gəldi ki, bir neçə həzarə əsgərin önünü tutub ox ataraq 

adamları keçməyə buraxmır. Bu xəbəri alınca dərhal oraya getdim. Baxdım 

ki, ora bir boğaz da deyil, bir neçə həzarə bir çıxıntıdan ox atır. Hər şey ora-

ya yığılıb qalmışdı. Qoca-qoca igidlər orada: 

Şeir:


1

 

Yağı qaraltısın görübdürlər, 



Dəngi-heyran baxıb durubdurlar. 

Mən yetib tez ol sarı yürüdüm, 

                                                           

1

 Türkcə nəşrdə bu şeir nəsrlə verilmişdir. 



BABURNAMƏ 

 

209



Yürü-yürü deb irəli yürüdüm. 

Qərəzim eli tez qılmaq idi, 

Yağı bilə sitez qılmaq idi. 

Tez yetib elə, çəkdim özümü, 

Heç kim eşitmədi sözümü. 

Yox idi nə zireh, nə çul, nə yaraq, 

Məndə vardı min ox və sadaq. 

Durdum ərsə, tamam el durdu, 

Yağı sanki buları öldürdü. 

Sən nökəri qılırsan onun üçün, 

Yarağı bir mahalda canın üçün, 

Yox ki, nökər durub bəyi yürüsün, 

Nökəri asudə, bəyi çürüsün. 

Nökər kim bu tövrdür, nə asığ,

1

 

Nə işinə yarar, nə aşa qatıq. 



Axır at saldım, irəli yürüdüm, 

Sürübən dağa, yuxarı yürüdüm. (l96 b)  

Məni görüb yürüdü el dəxi, 

Qaldı eldən geriyə qorxağı. 

Yetişibən tez dağa dırmaşdıq, 

Oxuna baxmadan yürüyüb aşdıq. 

Gahi atdan düşüb, gahi atlı, 

Yürüdük irəliyə cürətli, 

Yağı həm dağdan ox atır idi, 

Zoru görcək qoyub qaçır idi.  

Dağa çıxdıq həzarəni qovlab, 

Qırda, dərədə geyik kimi ovlab, 

Önə çıxanı geyik kimi oxladıq, 

Talayıb mal-qoyunu payladıq.  

Qırıban türkmən həzarəsini, 

Bağladıq bənd kişi-qarasını, 

Kişilərini dəstigir etdik, 

Əhli, övladını əsir etdik. 

Həzarənin malından mən də xeyli qoyun topladım, onları Yarək Tağa-

yiyə tapşırıb özüm irəli keçdim. Qırlardan və dərələrdən yürüyərək həzarə-

lərin at və qoyunlarını sürüb Teymur bəy Ləngərinə endik. 

Türkmən həzarəsinin asilərindən on-dörd on beş adam və quldurbaşı-

ların bir neçəsi ələ keçmişdi. Endiyimiz yurdda bütün quldur və asilərə ibrət 

olsun deyə bunların dürlü-dürlü əzab və işkəncə ilə öldürülmələrini düşün-

müşdüm. Lakin yolda Qasım bəyə (197 a) rast gəlmişlər, o da yersiz mərhə-

                                                           

1

 Nə asığ = nə xeyri. 



Zəhirəddin Məhəmməd BABUR  

 

 



210

mət göstərib onları sərbəst buraxmışdı. 

Zəmini-şorü sünbül bər nəyərəd, 

Dərü töxmi əməl zaye məgərdan, 

Niküyi ba bədan kərdən çün an əst, 

Ki bənd kərdən bəcai nikmərdan.

1

 

 



Şoran torpaq  sümbül yetirməz, 

İşini və toxumunu bu topraqda zay etmə.  

Pis adamlara yaxşılıq etmək,  

Yaxşılıq edənlərə pislik etmək kimidir. 

Mərhəmət göstərilərək əsirlər də sərbəst buraxıldı.  



 

KABİLDƏ ORTAYA ÇIXAN PROBLEM 

 

Biz türkmən həzarəsini yağmalayan zaman Məhəmməd Hüseyn Mirzə 



Duğlat ilə Sultan Səncər Barlasın Kabildə qalan bütün moğollan öz tərəfləri-

nə çəkərək Mirzə xanı [Baburun əmisi oğlu Sultan Veys Mirzə] padşah elan 

edib Kabili mühasirəyə aldıqlarını  eşitdik. Xalq arasına isə belə bir şayiə 

yaymışdılar: Bədiüzzaman ilə Müzəffər Mirzə padşahı həbs edib Heratın in-

di Ala-Kurqan deyə məşhur olan İxtiyarəddin qalasına salmışlar.  

Kabil kurqanında komandanlardan Molla Baba Pəşağari, Xəlifə [Niza-

məddin  Əli Barlas], Mühib Əli Qurçu, Əhməd Yusif və  Əhməd Qasım 

[Kuhbər] vardı. Bunlar yaxşı hərəkət edərək kurqanı qapalı və gücləndiril-

miş bir hala gətirib qorumağı bacarmışlar. 

Teymur bəy Ləngərindən Qasım bəyin adamı  Məhəmməd  Əndicani 

adlı bir bayraqdar vasitəsilə Kabildəki bəylərə bu yerə  gəldiyimizi yazıb 

göndərdik. Bu şəkildə  qərar verilmişdi: «Biz Gur-Bənd boğazından çıxıb 

onların üstünə hücum edəcəyik. İşarə olaraq Menar dağından keçincə böyük 

bir tonqal qalayacağıq. Siz də gəldiyimizdən xəbərdar olduğunuzu bildirmək 

üçün bugün xəzinə olan əski köşkün üzərində böyük tonqal yaxın. (197 b) 

Biz bu tərəfdən yetişincə, siz də içəridən çıxıb əlinizdən gələn işi etməkdə 

qüsur göstərməyin». Bu sözlər yazdırıldı və Məhəmməd Əndicani göndəril-

di.  


Ertəsi gün Ləngərdən hərəkət edilib Üşdür-Şəhər qarşısına endik. Ora-

dan da erkəndən hərəkətə keçib günortaya doğru Gur-Bənd boğazından çı-

xaraq körpü başına gəldik. Atları suvarıb dinclik verdikdən sonra günorta 

vaxtı körpü başından hərəkətə keçdik. 

Tutkavula qədər qar yox idi, amma Tutkavuldan etibarən qar artmaqda 

idi. Zəmmə-Yahşı ilə Menar arasında o qədər soyuq oldu ki, həyatımda belə 

bir soğuğu az görmüşəm. 

                                                           

1

 Sədi Şirazidən. 



BABURNAMƏ 

 

211



Əhməd Yasavul ilə Qara Əhməd Yurdçu «Verilmiş olan qərara uyğun  

olaraq gəldik, xəbəriniz olsun və  cəsur olun» xəbəriylə Kabildəki bəylərə 

göndərildi. Menar dağından aşaraq dağın ətəyinə endik. 

Soyuqdan taqətsiz qalıb tonqallar yaxaraq isindik. Düzü, tonqal qala-

yacaq zaman deyildi, lakin soyuğun dəhşətindən taqətimiz qalmadığı üçün 

od yaxdıq. Dan üzünə doğru Menar dağının ətəyindən hərəkət etdik. 

Menar ilə Kabil arasında qar atların dizinə qədər yüksəlirdi, hava çox 

sərtləşmişdi və yoldan çıxan adam böyük çətinliklə yürüyürdu. Bu yolda 

bir-birimizin arxasından irəlilədik və bu üzdən Kabilə ancaq fərz vaxtı (198 

a) çata bildik. 

Bibi-Mahruya gəlmədən bir az öncə, ərkdən böyük bir tonqal yüksəldi 

və onların da bizim gəldiyimizi öyrəndiklərini anladıq. 

 

BABURUN KABİLDƏKİ ÜSYANÇILARA HÜCUM ETMƏSİ 

 

Seyid-Qasım körpüsünə yaxınlaşınca Şirim Tağayi ilə sağ qol adam-



ları Molla Baba körpüsü tərəfinə göndərildi. Sol qol və mərkəz adamları da 

Baba-Luli yolundan irəlilədi. 

O zamanlar Xəlifə bağının yerində [Baburun əmisi] Uluğ bəyin tikdir-

miş olduğu ləngər biçimində kiçicik bir bağ vardı, artıq ağacları qalmamışdı, 

lakin divarı dururdu. Mirzə xan oraya yerləşmişdi. Məhəmməd Hüseyn 

[Duğlat] Mirzə isə Uluğ bəy Mirzənin tikdirdiyi Baği-Behiştdəydi. 

Mən də Molla Baba bağının yol tərəfindəki məzarlığa çatdım. Bu ara-

da bizimkilərdən tələsib irəli getmiş olanlar da geri oturdulmuşlar. İrəliləyib 

Mirzə xanın olduğu yerə girənlər dörd nəfər idi: Seyid Qasım eşik-ağa, Qən-

bər Əli Qasım bəy, Şirqulu Qaravul Moğol və şirqulu camaatindən olan Sul-

tan Əhməd Moğol. 

Bu dörd adam gedər-getməz, heç çəkinmədən dərhal Mirzə xanın ol-

duğu yerə girmişlər. Gurultu qopmış və Mirzə xan ata minərək qaçıb getmiş. 

O günlərdə Əbülhəsən Qurbəyinin kiçık qardaşı Məhəmməd Hüseyn [Qur-

çu] da Mirzə xanın (198 b) xidmətinə girmişdi və bu dörd adamdan Şirqu-

luya qılıncla vurub atdan salır, başını kəsmək istərkən Şirqulu qurtulur. Bu 

dörd adam qılınc və ox zərbəsi yeyərək yaralı olduqları halda bəhs etdiyim 

yerdə bizə gəlib qoşuldular. 

Bu dar yolda atlılar tıxanıb qaldılar. Nə irəli yürüyə, nə də geriyə gedə 

bildilər. Mən də yaxınımdakı igidlərə «Atlardan enib saldırın» dedim. Dost 

Nasir, Xoca Məhəmməd Əli Kitabdar, Baba Şirzad, Şah Mahmud və digər 

bir neçə igid atlarından enib piyada olaraq ox atdılar. Düşmən qaçdı. 

Kurqandakıları müşahidə edirdik. Savaş vaxtında yetişə bilmədilər. 

Düşməni yerindən atdıqdan sonra ancaq bir-bir, iki-iki qoşaraq gəlməyə 

başladılar. Mirzə xanın oturduğu çarbağa hələ girməmişdim ki, kurqandakı-


Zəhirəddin Məhəmməd BABUR  

 

 



212

lardan Əhməd Yusif ilə Seyid Yusif gəldilər. Mirzə xanın oturduğu bağa on-

larla birlikdə girdim. Gördüm ki, Mirzə xan yoxdur, qaçıb getmişdir və dər-

hal geri qayıtdım. 

Əhməd Yusif mənim arxamdaydı. Kabildə ikən cəsurluğuna görə eti-

bar görüb kütvallıq

1

 rütbəsini alaraq orada qoyduğum Dost Sərpuli Piyadə 



əlində yalın qılıncla birdən çarbağın qapısından girdi. Mənə doğru gəlirdi. 

Mən zireh geymiş, lakin kəmər bağlamamış, (199 a) dəbilqə də qoymamış-

dım. Bir neçə dəfə «Hey, Dost, hey, Dost!» deyə qışqırdım. Əhməd Yusif də 

qışqırdı. Məni soyuqdan və qardan yanmış olduğum üçünmü tanımadı, 

yoxsa müharibənin təlaşındanmı, bilmirəm, heç çəkinmədən çılpaq qoluma 

bir qılınc endirdi. Allahın inayəti sayəsində qıl qədər təsir etmədi. 

Əgər tiği-aləm becünbəd zi ca, 

Nəbürrəd rəgi tu nəxahəd xuda  



Qılınc dünyanı yerindən oynada bilsə də,  

Allahın izni olmadan, bir damar belə kəsməz. 

Mən bu duanı oxumuşdum, uca Allahın bu zərəri dəf və gələn bəlanı 

rəf etməsi onun təsiriydi. O dua budur

2



Ey Allah, sən mənim rəbbimsən. Səndən başqa ilah yoxdur. Sənə  tə-

vəkkül etdim. Sən böyük ərşin rəbbisən. Allah nə istsə olar və nə istəməsə, 

olmaz; heç bir qüdrət və qüvvət mövcud deyildir və bunların hamısı böyük 

və uca Allahın əlindədir. Bil ki, Allah hər şeyə qadirdir, Allah hər şeyi elmi 

ilə əhatə etmiş və hər şeyi ədədi ilə saymışdır. Ey Allah, mən özümün pisli-

yimdən, özgələrin pisliyindən və bütün heyvanların pisliyindən sənə sığını-

ram. Sən böyük ərşın rəbbisən. 

Oradan çıxıb Məhəmməd Hüseyn [Duğlat] Mirzənin oturduğu Baği-

Behiştə  gəldim. Məhəmməd Hüseyn Mirzə oradan qaçıb gizlənmişdi. Mə-

həmməd Hüseyn Mirzənin oturduğu bağ divarının yıxığında oxlu-yaylı yed-

di-səkkiz adam dururdu, atımı onların üstünə sürdüm. (199 b) Müqavimət 

göstərmədən qaçıb getdilər. Arxalarından yetişərək birinə  qılıncla vurdum. 

Elə yuvarlandı ki, başının qopduğunu zənn etdim. Keçdim. Sən demə, bu qı-

lıncla vurduğum adam Mirzə xanın südqardaşı Tülək Göyəldaş imış və qı-

lınc çiyninə dəyibmiş. 

Məhəmməd Hüseyn Mirzənin oturduğu evlərin qapısına gələndə dam 

üstündən bir moğol çox yaxın bir məsafədən üstümə doğru yay çəkdi. Bu 

mənim nökərlərimdən idi və mən onu tanıyırdım. Sağdan-soldan «Hey, hey, 

padşahdır» deyə  qışqırdılar. Oxu çıxarıb qaçdı. Artıq ox atmağın zamanı 

keçmişdi. Mirzəsi və komandanları qaçmış  və ya ələ keçirilmişdi, kimin 

üçün ox atacaqdı. 

Biz orada ikən Sultan Səncər Barlası tutub boynu bağlı olaraq gətirdi-

                                                           

1

 Kütval: hərbi bir rütbə.  



2

 Bu iki sətir və altdakı duanın mətni özbəkcə nəşrdə yoxdur. 



BABURNAMƏ 

 

213



lər. Mən ona etibar edib Nigənxar tümənini ehsan  etmişdim. O da bu fitnə-

də onlarla ortaqdı. Təlaşla «Hey, mənim nə günahım var» deyə  qışqırırdı. 

«Bu camaatla əlbir olub onu hazırlayanların böyüklərindən biri sənsən, bun-

dan daha böyük günah olarmı?» deyə cavab verdim. Amma o, xan dayımın 

anası  Şah bəyimin bacısı  oğlu olduğu üçün «Belə  şərəfsizcə  gəzdirməyin, 

ölüm yoxdur» dedim. 

Kurqandakı  bəylərdən biri olan Əhməd Qasım Kuhbəri  (200 a) bir 

dəstə igidlə birlikdə Mirzə xanın arxasınca göndərdim. 

Bu Baği-Behiştin yanında  Şah bəyimlə [Baburun xalası Mehrinigar] 

xanım çadırlar qurub oturmuşdular. Bağçadan çıxıb  Şah bəyim ilə xanımı 

görməyə getdim. Şəhər əhalisi və alt təbəqə hücum etmiş, küncdə-bucaqda 

adamları yaxalayıb mallarını yağmalamaqla məşğul idilər. Çevrəyə adamlar 

yerləşdirilərək bütün bu adamlar qovulub çıxarıldı. 

Şah bəyimlə xanım eyni evdə otururdu. Əvvəlki kimi, atdan enərək pi-

yada gedib ədəb və təzimlə görüşdüm. Şah bəyim ilə xanım fövqəladə sıxın-

tılı, mütəəssir, başları əyik və xəcil bir vəziyyətdə idilər. Nə məqbul bir üzr-

xahlıq edə bilir, nə də müşfiqanə bir xatir sormaq yolunu seçirdilər. Onların 

belə bir güruhla əlbir olmalarını düşünmək istəmirdim. Lakin o birilər də 

bəyimlə xanımın sözündən çıxacaq adamlar deyildilər. Mirzə xan Şah bəyi-

min doğma nəvəsi idi və gecə-gündüz onun yanında olurdu. Onların fikrinə 

qatılmaq istəməsəydi, Mirzə xanı buraxmayıb özlərinin yanında tutardılar. 

Neçə dəfə taleyin uğursuzluğu və qəddarlığı üzündən taxt və mülkdən, 

əsgər və adamlardan ayırılıb onların  (200 b) yanına getmişdim. Anam da 

onlara getmişdi. Lakin heç bir etibar və  şəfqət görməmişdik. Mənim kiçık 

qardaşım Mirzə xanın və anası Sultan Nigar xanımın zəngin və abad vilayət-

ləri vardı. Mən və anam isə vilayət bir tərəfə qalsın, bir kənd və bir neçə quş 

sahibi belə ola bilməmişdik. Anam Yunus xanın qızı və mən də onun nəvəsi 

deyildimmi? O ailədən mənim yanıma gələn hər kəsə əlimdən gəldiyi qədər 

qardaşlıq və insanlıq vəzifələrimi yerinə yetirmişdim. Nicə ki Şah bəyim  

gələndə Kabilin ən yaxşı yerlərindən olan Pamqanı ona verdim, oğulluqda 

və xidmətdə qüsur göstərmədim. 

Kaşğar xanı Sultan Səid xan beş-altı piyada və çılpaq adamıyla gəldi; 

ona da kiçik qardaşlarım kimi baxıb Ləmqan tümənlərindən Məndravər tü-

mənini verdim. 

Şah  İsmayıl Mərvdə  Şeybani xanı  ələ keçirəndə  mən Qunduza keç-

mişdim. O günlərdə Əndican vilayəti mənim tərəfimi tutub bəziləri valiləri-

ni qovaraq, bir qismi də olduqları yerlərə qapanaraq mənə adam göndərdilər. 

Mən isə bütün adamlarımı, köməkçi hissələrlə birlikdə, Sultan Səid xanın 

əmrinə verib əsl vətənim olan Əndican vilayətini ona bağışladım və onu ora-

ya xan edib göndərdim. 

Ondan sonra da bugünə qədər o ailədən gələn hər kəslə öz doğma qar-


Zəhirəddin Məhəmməd BABUR  

 

 



214

daşlarım kimi rəftar etdim. Necə ki [Baburun dayısı Sultan Əhməd xanın 

oğulları] Çin Teymur Sultan, İsən Teymur Sultan, Toxta Buğa (20l a) Sultan 

və Baba Sultan bugün də mənim yanımdadırlar. Hamısına də öz doğma qar-

daşlarımdan daha yaxşı davranıb etibar və şəfqət göstərirəm. 

Bunları yazmaqdan məqsədim  şikayət deyil, gerçəkləri söyləməkdir, 

bu söylənənlərdən məqsəd özümü tərif deyil, gerçəkləşmiş olanları  bəyan 

etməkdir. Burada hər sözün doğrusunu və hər işi olduğu kimi yazmağı gə-

rəkli saydığım üçün, şübhəsiz ki, ata və böyük qardaşdan yaxşı və pis nə eşi-

dilib görülmüşsə onları söylədim, qohumlardan və yadlardan da nə qüsur və 

ya məziyyət görülmüşsə, onları yazdım. Oxuyan məzur görsün, eşidənlər də 

qınamasın. 

Oradan qalxıb Mirzə xanın oturduğu çarbağa gələrək, vilayətlərə, ay-

maq və qəbilələrə zəfərnamələr göndərdim. Ondan sonra da atıma minərək 

ərkə gəldim. 

 

ÜSYANÇILARIN YAXALANMASI 

 

Məhəmməd Hüseyn Mirzə qorxusundan qaçaraq xanımın sandıq ota-



ğına girmiş  və yataq əşyaları arasında gizlənmişdi. Bu evləri axtamağı  və 

Məhəmməd Hüseyn Mirzəni tutub gətirməyi kurqandakılardan Mirim Divan 

ilə digər bəzilərinə tapşırdım. Bunlar da xanımın qapısına gedib bir az qaba 

və tərbiyəsiz (201 b) sözlər söyləmişlər. 

Axırda Məhəmməd Hüseyn Mirzəni xanımın sandıq otağında taparaq 

ərkə, mənim hüzuruma gətirdilər. Mən əvvəlki kimi hörmət göstərib yerim-

dən qalxdım və o qədər də sərt qarşılamadım. Bu cür nifrət ediləcək və uta-

nılacaq bir hərəkətə girişən, bu cür bir fitnə və fəsada qarışan Məhəmməd 

Hüseyn Mirzəni parçalatdırsam yeriydi, dürlü-dürlü əzab və işkəncə ilə öl-

dürülməyə dəyərdi. Lakin arada qohumluq olduğu və doğma xalam Xub Ni-

gar xanımın uşaqları olduğu üçün bu qohumluq haqqını xatırlayaraq Mə-

həmməd Hüseyn Mirzəni sərbəst buraxdım, Xorasan tərəfinə getməsinə izin 

verdim. 

Bu mürüvvətsiz və nankor adam canını bağışlayaraq etdiyim yaxşılığı 

tamamən unutmuş,  Şeybani xanın yanında mənim haqqımda iftiralarda və 

şikayətlərdə bulunmuşdu. Qısa bir müddət sonra da şəxsən Şeybani xan onu 

öldürərək cəzasını verdi. 

Tu bəd konəndən xudra bərgüzar sepor, 

Ki, ruzigər tura çakər əst kinə güzar. 

Sana pislik edəni qədərə tapşır, 

Çünki o sənin intiqam alan nökərindir. 

Mirzə xanın arxasından göndərilən Qasım Kuhbər və digər bir neçə 

igid Qarğabulaq təpələrində Mirzə xana çatırlar. Qaçıb qurtula bilmədiyi ki-


BABURNAMƏ 

 

215



mi, əlini qaldıracaq gücü və cürəti də yoxdu, ələ keçirib gətirdilər. (202 a) 

Mən  əski divanxananın  şimal tərəfindəki eyvanda otururdum: «Gəl 

görüşək» dedim. Təlaşındanmı-nədir, yükünərək gəlincəyə qədər iki dəfə yı-

xıldı. Görüşdükdən sonra onu yanıma oturdaraq təsəlli etdim. Şərbət gətir-

dilər. Mirzə xanın yersiz qorxusunu rəf etmək üçün şərbəti  əvvəlcə özüm 

içdim, sonra da ona verdim. 

Mirzə xanın tərəfini tutmuş olan sipahi və xalq, moğol və çağataylar 

qorxu və tərəddüd içərisində idilər. Tədbirli davranaraq, Mirzə xanın bir ne-

çə gün öz böyük bacısının evində qalmasını əmr etdim. Bəhs etdiyim bu el 

və uluslar hələ qorxu və tərəddüd içində olduğu üçün Mirzə xanın Kabildə 

olmasını uyğun görməyərək bir neçə gün sonra Xorasan tərəfinə getməsinə 

izin verdim. 



 

BABUR ƏTRAFDA BİR GƏZİNTİYƏ ÇIXIR 

 

Bunların ayrılıb getmələrinə izin verdikdən sonra Baran, Çaşdubə və 



Gülbahar  ətəyi civarına gəzməyə getdik. Baharda Baran yaylası, Çaşdubə 

çölü və Gülbahar ətəyi çox gözəl olur. Yaşıllığı Kabil vilayətinin digər yer-

lərinə görə daha yaxşıdır. 

Çeşid-çeşid lalələr açır. Bir dəfə çevrədəki lalə çeşidini saymalarını 

əmr etdim, otuz dörd çeşid lalə çıxdı. 

Bu yerlərin təsvirində bir beyt söyləmişdim: 

Səbzeyü güllər bilə cənnət olar Kabil bahar, 

Xassə bu mövsümdə Varan yazısıyü Gülbahar.  

Gəzməyə gəldiyimiz zaman da bu qəzəli yazdım:  

Mənim könlüm ki gülün qönçəsi tək (202 b) təhbətəh

1

 qandır, 



Əgər yüz min bahar olsa, açılmağı naimkandır. 

 Gerçəkdən də bahar zamanı  gəzmək, quş uçurmaq və quş ovlamaq 

üçün -Kabil və  Qəznə vilayətinin tərifində  qısaca söylənib yazıldığı kimi- 

buralar qədər yaxşı yer az tapılar. 

 

NASİR MİRZƏNİN BƏDƏXŞANDAN 

SÜRÜLÜB ÇIXARILMASI 

 

Bu il [Baburun ən kiçık qardaşı] Nasir Mirzə və adamlarının davranış-



ları  və  hərəkətləri üzündən Bədəxşan bəylərindən Məhəmməd Qurçu, Mü-

barək  şah, Zübeyr və Cahangir bəylər özlərini təhqir olunmuş hiss etdilər, 

hətta ona düşmən oldular. Hamısı birləşib əsgər sövq  edərək, Kökçə çayının 

Yəftəl və Raq tərəfindəki ovasında atlıları və yayaları toplayıb nizamlayaraq, 

təpələrin üzərindən Hamçanın yaxınlarına gəldilər. 

                                                           

1

  Təhbətəh – üst-üstə, qat-qat, lay-lay 



Zəhirəddin Məhəmməd BABUR  

 

 



216

Nasir Mirzə və yanındakı təcrübəsiz igidlərsə yaxşı düşünüb araşdır-

madan bunlarla müharibə  etmək üçün təpələrə gəlib vuruşurlar. Bu əngəbəli 

ərazidə izdihamlı piyadaların üstünə bir-iki dəfə atla hücum etsələr də, bəri-

kilər qaçmayıb onları geri oturdur və lap axırda bunlar da heç bir şey edə 

bilmədən qaçırlar. Bədəxşanlılar Nasir Mirzəni məğlub edib ona bağlı olan-

ların və yanındakı hər kəsin mallarını yağmalayırlar. 

Nasir Mirzə  də yanındakılarla birlikdə yenilmiş  və yağmalanmış bir 

halda İşkəmiş və Narin üzərindən Kilagahiyə gəldi. Qızıl-Su sahilindən yu-

xarıya doğru yürümək surətiylə Ab-Dərə yoluna girərək Şibertu keçidini aş-

dı  və yağmalanıb soyulmuş, ac və  çılpaq yetmiş-səksən adamı ilə birlikdə 

Kabilə gəldi. 

Allahın qəribə qüdrətidir ki, bundan iki-üç il əvvəl Nasir Mirzə bütün 

el və ulusunu köçürdüb sürərək düşmən vəziyyətində Kabildən çıxıb (203 a) 

Bədəxşana gedərək, dərə və kurqanlarını qapatmaq surətilə bəzi  məqsədlər 

güdmüşdü. Amma indi əvvəlcə etdikləri üzündən başı əyik və xəcil, o şəkil-

də ayrıldığı üçün peşman və mütəəssirdi. Mən də heç bir surətdə sərt dav-

ranmadım və mehribanlıqla hal-əhval tutaraq onu sıxıntıdan qurtardım. 

 

 

 



 

 

 



 

 

 



 

 

 

 

 

 

 

 

 



 

 

 



 

KABİL - 913 (13 MAY 1507 - 2 MAY 1508) 



 

BABURNAMƏ 

 

217



DOQQUZ YÜZ ON ÜÇÜNCÜ İLİN HADİSƏLƏRİ 

 

GİLCİLƏRİN ÜSTÜNƏ AXIN 

 

[Əfqan əşirətlərindən] gilcilərə axın etmək məqsədilə Kabildən atlan-

dıq. Sərdihə enəndə oradan bir ağac məsafədə olan Məst və Sihkanədə çoxlu 

məhmənədin [başqa bir əfqan qəbiləsi] bizdən xəbərsiz şəkildə oturduqları 

xəbəri gəldi. Bütün bəylər və igidlər məhmənədlərə axın edilməsinə tərəfdar 

idı. Amma mən dedim: «Heç rəvadırmı ki, başqa məqsədlə atlandığımız 

halda öz rəiyyətimizə axın edib geri qayıdaq. Bu, mümkün deyil». 

Sərdihədən hərəkət edib Kəttəvaz ovasını gecənin qaranlığında keçdik. 

Gecə qapqaranlıq, yer də dümdüzdü, nə dağ nə təpə görünür, nə yol, nə də 

iz bəlli olurdu. Heç kim qılavuzluq edə bilmədi. Axırda mən qılavuzluq 

elədim. Bir-iki dəfə  bu civara gəlmişdim. O zamandan xatırladıqlarımı yada  

salaraq qütb ulduzunu sağ tərəfimə alıb hərəkət etdim. Allah rast gətirdi və 

birbaşa Xoca İsmayıl dağlarına, gilcilərin oturduğu Qayaqtu və Ulabatu ça-

yının yanına gəldik. Bu çaydan bir yol çıxırdı. O çaya enib özümüz bir qə-

dər yatdıq, atlar isə (203 b) dincəldi, sonra dan ağararkən yenidən atlandıq.  

Günəş çıxmışdı. Bu təpə və dərələrdən ovaya çıxanda gilcilərin qaral-

tısı və ya tüstüsü göründü. Ya məğrurluqdan, ya da gənclik atəşiylə əsgərin 

hamısı axına qoyuldu. Bir-iki küruh axın edib adamları və atları oxla vura-

raq sürdülər. «Belə dördnala axın edən beş-altı min əsgərin dayandırılması 

çox çətin olacaq» deyə düşündüm. Allah rast gətirdi, əsgər yatışdı. 

Bir şeriyə yaxın irəlilədikdən sonra əfqanlarm qaraltısını görərək tək-

rar axın etdik. Bu axında çox qoyun ələ keçirildi. Heç bir axında bu qədər 

çox qoyun ələ keçirilməmişdi. Malı toplayıb bir yerə endikdən sonra əfqan-

lar hər tərəfdən bölük-bölük gələrək ovaya enib bizi savaşa təhrik etdilər. 

Bəzi bəy və içkilər o bölüklərdən birinin üstünə yürüyərək hamısını ələ ke-

çirib öldürdülər. Nasir Mirzə də digər bir bölüyə qarşı hərəkətə keçdi və ha-

mısını doğradı. Ölən  əfqanlarm başlarından bir minarə quruldu. Adı daha 

öncə çəkilmiş olan Dost Piyada Kütvalın ayağına bir ox dəydi və Kabilə gə-

ləndə öldü. 

Xoca İsmayıldan qalxaraq Ulabatuya gəlib endik. Bəzi bəylərə və iç-

kilərə gedib qənimətin beşdə birini diqqətlə almalarını  əmr etdim. Qasım 

bəy ilə digər bəzilərinə hörmət edərək onların payının beşdə birini almadıq. 



Yüklə 5,03 Mb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   46




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin