Baburnamə 3


BABURUN SULTAN HÜSEYN MİRZƏNİN



Yüklə 5,03 Mb.
Pdf görüntüsü
səhifə22/46
tarix03.02.2017
ölçüsü5,03 Mb.
#7294
1   ...   18   19   20   21   22   23   24   25   ...   46

BABURUN SULTAN HÜSEYN MİRZƏNİN 

OĞULLARI  İLƏ GÖRÜŞMƏSİ VƏ HERATA GETMƏSİ 

 

Bazar ertəsi günü cəmadiyülaxır ayının səkkizində (=26 oktyabr 1506) 



mirzələrlə görüşüldü.  Əbülmöhsün Mirzə yarım küruh məsafədən qarşıla-

mağa gəlmişdi. Yaxınlaşınca mən bu tərəfdən atdan endim, Əbülmöhsün o 

tərəfdən atdan endi və yürüyərək gəlib görüşdük, təkrar atlara mindik. 

Bir az irəlilədikdən sonra, ordugahın yaxınında Müzəffər Mirzə ilə İbn 

Hüseyn Mirzə bizi qarşılamağa gəldi. Bunlar yaş baxımından Əbülmöhsün 

Mirzədən kiçıkdilər, ona görə  də ondan daha əvvəl qarşılamağa gəlmələri 

lazım idi. Amma hər halda bu gecikmə (186 a) və qüsur, kibirdən və ya mə-

ni incitmək üçün olmayıb sərxoşluq və  əyyaşlıq üzündən olmuşdur. Mü-

zəffər Mirzə israr etdiyi üçün at üstündə görüşdük. İbn Hüseyn Mirzə ilə də 

bu şəkildə görüşdük.  

Sonra gəlib Bədiüzzaman Mirzənin qapısına endik. Böyük bir izdiham 

toplanmışdı. İzdiham o qədər çox idi ki, bu izdihamda bəziləri ayaqları yerə 

dəymədən üç-dörd addım gedirdi. İşi-gücü üçün getmək istəyənlər özlərin-

dən asılı olmadan üç-dörd addım geriyə sürüklənirdi. 

Bədiüzzaman Mirzənin divan çadırına çatdıq. Qərarlaşdırıldığına görə, 

mən çadıra girincə sayğı göstərərək yükünəcəkdim və Bədiüzzaman Mirzə 

də yerindən qalxıb bir qədər gələcək və sonra görüşəcəkdik. Mən çadıra 

girincə bir dəfə  yükündüm və durmadan yürüdüm. Bədiüzzaman Mirzə isə 

yerindən bir az yavaş qalxıb bir az ləng yürüdü. Qasım bəy [koçin] mənim 

sadiq adamlarımdan biri idi və  mənim namusum onun namusuydu, qurşa-

ğımdan çəkdi. Durumun fərqinə vararaq daha yavaş yürüdüm və qərarlaşdı-

rılmış olan yerdə görüşdük. 



Zəhirəddin Məhəmməd BABUR  

 

 



200

Bu böyük ağ çadıra dörd döşək qoymuşdular. Bədiüzzaman Mirzənin 

ağ çadırları mütlək yan qapılı olurdu və Mirzə daima bu qapının yanında 

otururdu. Bir döşəyi bu qapının yanına qoymuşdular; Bədiüzzaman Mirzə 

ilə (186 b) Müzəffər Mirzə bu döşəkdə oturdular. Bir döşək də sağ tərəfə, 

yuxarıya qoymuşdular, Əbülmöhsün Mirzə ilə mən bu döşəkdə oturduq. Bə-

diüzzaman Mirzənin döşəyindən aşağıya və sol tərəfə də bir döşək qoymuş-

dular, bu döşəyə isə Mirzənin bəyi və Qasım Hüseyn Sultanın atası olan öz-

bək  Şeybani sultanlarından Qasım Sultan ilə  İbn Hüseyn Mirzə oturdular. 

Mənə qoyduqları döşəkdən aşağı, sağ tərəfimə bir döşək daha qoymuşdular, 

Cahangir Mirzə ilə Əbdürrəzzaq Mirzə də o döşəkdə oturdular. Məhəmməd 

Burunduq bəy, Zünnun bəy Arğun və Qasım bəy isə sağ tərəfimdə, Qasım 

Sultan ilə İbn Hüseyn Mirzədən xeyli aşağıda oturdular. 

Yemək verildi. Söhbət olmadığı halda yemək verilən yerə masa qoyub 

altın və gümüş sürahiləri masa üzərinə düzdülər. Əvvəllər bizim atalarımız 

və ağalarımız Çingiz törəsinə çox riayət edirdilər. Məclisdə, divanda, şölən 

və yeməkdə oturmaq və qalxmaqda bu törədən kənara çıxmazdılar. Çingiz 

xanın törəsi mütləq  şəkildə ona riayət edilməsi gərəkən sərt bir qanun de-

yildir. Lakin bir adamdan yaxşı bir nizam qalmışsa, ona uyğun hərəkət et-

mək lazımdır, atalar pis bir iş görmüşlərsə bunu yaxşı bir işlə  əvəz etmək 

gərəkdir. 

Yeməkdən sonra atlara minib endiyimiz yerə gəldim. Bizim ordugah 

ilə (187 a) mirzələrin ordugahının arasında bir şeri məsafə vardı. 

İkinci dəfə getdiyim zaman da Bədiüzzaman Mirzə birinci dəfə oldu-

ğu kimi yenə hörmət göstərmədi. 

Məhəmməd Burunduq bəy ilə Zünnun bəy [Arğun] vasitəsilə bunu 

çatdırdım: «Gərçi yaşım kiçıkdür, lakin törəm böyükdür. Ata taxtı olan Sə-

mərqəndi iki dəfə müharibə ilə alıb orada oturmuşam. Bu ailə üçün yadla, 

yağı ilə kim mənim qədər mücadilə etmişdir. Mənə qarşı sayğı göstərməmək 

yaraşmaz». Bu ağla uyğun sözlər söylənincə etiraf etdilər və  mənə sayğı 

göstərmə işini yerinə yetirdilər. 

Bir dəfə də Bədiüzzaman Mirzənin yanına gedəndə günortadan sonra 

idi və içki məclisi oldu. Mən o zamanlar içki içmirdim. Gözəl və süslü bir 

məclis idi. Süfrədə hər cür məzə vardı. Toyuq və qaz kababları, hər növ ye-

mək ikram etdilər. Bədiüzzaman Mirzənin məclisini çox tərifləyirdilər. Hə-

qiqətən, əndişəsiz və rahat bir məclis idi. Mürqab sahilində olduğumuz vaxt 

ərzində Mirzənin içki məclisində iki-üç dəfə  iştirak etdim, içki içmədiyimi 

bildikləri üçün təklif etmədilər. 

Müzəffər Mirzənin məclisinə də bir dəfə  getdim. Hüseyn Əli Cəlair 

və Mir Bədir də Müzəffər Mirzənin yanındaydılar, (187 b) o məclisdə işti-

rak edirdilər. Kefi gəlincə Mir [Seyid] Bədir rəqs etdi və gözəl rəqs etdi. Bu 

rəqs hər halda Mir Bədirin öz icadıdır. 



BABURNAMƏ 

 

201



Mirzələr Heratdan hərəkət edib bir-birlərinə katılaraq yığışıb Mürqaba 

gələnə qədər üç-dörd ay vaxt keçdi. Sultan Quluçaq sıxışaraq Bəlx qalasını 

özbəklərə təslim etdi. Özbəklər də Bəlxi aldıqdan sonra Mirzələrin bir yerə 

toplandıqlarını xəbər alaraq Səmərqəndə geri qayıtdılar. 

Bu mirzələr söhbətdə, məclislərdə və insanlara olan rəftarda qüsursuz 

olsalar da, hərb sənətinin hiylələrindən və kələklərindən iraq, dava-döyüşün 

şücaətindən uzaq idilər. 

Mürqabda olduğumuz zaman Haxnəzər Çapanın dörd-beş yüz adamla 

gəlib Çiçəkdu civarını yağmaladığı  xəbəri gəldi. Bütün mirzələr yığışmış 

olduqları halda bu yağmacıların üstünə heç cürə ilqar göndərə bilmədilər. 

Halbuki Mürqab ilə Çiçəkdu arası on ağac məsafədir. Bu işi mən öz üzərimə 

almaq istədim. Amma bunu namus məsələsi edərək mənə də izin vermədilər. 

Şeybani xan geri qayıtdığı və il də artıq gecikilmiş olduğu üçün mirzə-

lərin bu qışı uyğun bir yerdə keçirərək, düşməni dəf etmək üçün yazda bir-

likdə hərəkət etmələri qərara alındı. 

Mənə Xorasan civarında qışlamağı təklif etdilər. Kabil və Qəznə qarı-

şıqlıqla dolu yerlər olduğu üçün türklər və moğollar, aymaqlar və məiyyətlər, 

əfqanlardan və  həzarələrdən çeşitli xalq və el Kabilə  (188 a)  yığışmışdı. 

Üstəlik, Xorasan ilə Kabil arası ən qısa olan dağ yolu ilə qar və buz maneəsi 

olmasa bir ay qədər sürən bir yoldu, ovalıq üzərindən isə  qırx-əlli günlük 

yoldu. Bundan başqa, vilayət də hələ mənə könül bağlamamışdı və tərəfdar-

larımızdan heç kim bizim burada qışlamamızı doğru saymırdı. 

Mirzələrə üzrümüzü söylədik, lakin qəbul etmədilər, daha artıq israr 

etdilər. Nə qədər məzur görmələrini söylədiksə, təkliflərində bir o qədər is-

rar etdilər. Axırda Bədiüzzaman Mirzə,  Əbülmöhsün Mirzə  və Müzəffər 

Mirzə çadırıma qədər gəlib qışda burada qalmağı  təklif etdilər. Mirzələrin 

üzünə «xeyr» deyə bilmədik. 

Belə padşahların şəxsən özlərinin gəlib burada qalmağı təklif etmələri 

ilə yanaşı  məndə dünyanın insanlarla məskun yerlərində bir bənzəri daha 

olmayan və özəlliklə də Sultan Hüseyn Mirzənin dönəmində və onun idarəsi 

altında gözəlliyi və işıltısı on, hətta iyirmi misli artmış olan Heratı görmək 

arzusu da çox idi. Bu üzdən burada qalmağı qəbul etdik. 

Əbülmöhsün Mirzə öz vilayəti olan Mərvə getdi. İbn Hüseyn Mirzə də 

Tün və Qayına getdi. Bədiüzzaman Mirzə ilə Müzəffər Mirzələr də Herata 

hərəkət etdilər.  İki üç gün sonra mən də arxalarından Çihil-Doxtəran və 

Daş-Ribat yoluyla Herata doğru yürüdüm. 

Bütün bəyimlər, Payəndə Sultan bəyim, mənim bibim Xədicə bəyim, 

Apağ bəyim və Sultan Əbu Səid Mirzənin qızları olan digər bibi bəyimlərin 

hamısı Sultan Hüseyn Mirzənin mədrəsəsində toplandılar. Bütün bəyimlər 

(188 b) Mirzənin məqbərəsindəydilər, gedib onları gördüm. Öncə Payəndə 

Sultan bəyim  ilə yükünərək görüşdüm. Ondan sonra Apağ bəyim ilə yükün-



Zəhirəddin Məhəmməd BABUR  

 

 



202

mədən görüşdüm. Sonra Xədicə bəyim ilə yükünərək görüşdüm. 

Bir müddət orada oturduq və hafizlər Quran oxuduqdan sonra Xədicə 

bəyimin çadırı qurulan güney tərəfindəki mədrəsəyə getdik. Xədicə  bəyim  

tərəfindən yemək verildi. 

Yeməkdən sonra Payəndə Sultan bəyimin evinə getdim. O gecə orada 

qaldım.  Əvvəlcədən mənə Baği-Nevdə bir yer təyin etmişdilər. Ertəsi gün 

gəlib Baği-Nevə endim və Baği-Nevdə bir gecə qaldım. Sonra onu da uyğun 

görməyərək  Əlişir bəyin [Nəvai] evlərini təyin etdilər və Heratdan gedənə 

qədər Əlişir bəyin evlərində qaldım. 

Hər iki-üç gündə bir dəfə gedib Baği-Cahanarada Bədiüzzaman Mir-

zənin hüzuruna çıxardım.  

 

MÜZƏFFƏR MİRZƏNİN DƏVƏTİ 

 

Bir neçə gün sonra Müzəffər Mirzə  məni evinə  dəvət etdi. Müzəffər 

Mirzə Baği-Səfiddə otururdu. Xədicə  bəyim oradaydı. Cahangir Mirzə  də 

mənimlə birlikdə gəldi. Xədicə bəyimin hüzurunda yemək verildikdən sonra 

Müzəffər Mirzə bizi Babur Mirzənin tikdirmiş olduğu Tarabxana adlı ima-

rətə götürdü. Tarabxanada içki məclisi quruldu. 

Tarabxana bağın ortasında yerləşir, iki qatlı, bir az kiçık, lakin olduq-

ca şirin bir imarətdir. Üst qatına bir az artıq bəzək vurmuşlar. Dörd guşəsin-

də dörd hücrə vardır. Bundan başqa, bu dörd hücrənin arasındakı və ortadakı 

boşluq tamamən bir ev içidir. (189 a) Hücrələrinin arası dörd şahnişin şək-

lində tikilmiş bir həyətdir. Bu evin hər guşəsi rəsmlərlə süslüdür. Bu imarəti 

Babur Mirzə tikdirsə də, bu təsvirlər Sultan Əbu Səid Mirzənin əmri ilə çə-

kilmişdir və onun meydan müharibələrini və çarpışmalarını əkc etdirir. 

Şimal tərəfdəki şahnişinə üzbəüz iki döşək qoydular, döşəklərin yan-

ları şimala doğruydu. Bir döşəkdə Müzəffər Mirzə ilə mən oturdum, digər 

döşəkdə  də Sultan Məsud Mirzə ilə Cahangir Mirzə oturdular. Müzəffər 

Mirzənin evində qonaq olduğumuz üçün Müzəffər Mirzə məni özündən yu-

xarıya oturtmuşdu. 

Saqilər  şərab piyalələrini doldurub dolaşaraq məclisdəkilərə  təqdim 

etməyə, məclisdəkilər də bu saf şərabları abi-həyat kimi içməyə başladılar. 

Məclis qızışdı, şərablar başa vurdu. Məni də içirmək və bu məclisə daxil et-

mək niyyətindəydilər. 

Mən gərçi bu vaxta qədər başıma vuracaq dərəcədə şərab içmir və sər-

xoşluğun necə olduğunu bilmirdım, lakin şərab içməyə arzum vardı  və bu 

vadidən keçməyi könlüm istəyirdi. Uşaqlıqda içkiyə meylim yoxdu və  şə-

rabın ləzzətini bilməzdim. Bəzən atam şərab təklif edəndə üzr istəyir (l89 b) 

və  qəbul etməzdim. Atamdan sonra Xoca [Mövlana] Qazının uğurlu təsiri 

ilə zahid və müttəqi idim. Şərab içmək o yana, şübhəli yeməklərdən belə sa-



BABURNAMƏ 

 

203



qınırdım. Sonraları gənclik həvəsi ilə nəfsimə yenilərək şəraba meylim orta-

ya çıxdı, lakin təklif edəcək bir adam yoxdu, hətta şəraba meylimin olduğu-

nu bilən də yoxdu. Meylim olsa da, o zamana qədər tutmadığım bir işi öz-

özünə etmək çətin idi. 

«Madam ki bu qədər təklif edirlər və bütün eyş-işrətin səbəb və vasitə-

ləri mükəmməl və hazırdır, Herat kimi arəstə bir şəhərə gəlmişik, indi də iç-

məsəm, nə zaman içərəm» deyə düşündüm və içməyə qərar verərək bu va-

didən keçməyə  əzm etdim. Lakin «Bədiüzzaman Mirzə böyük qardaşdır. 

Onun əlindən və onun evində içməyib kiçık qardaşının əlindən və kiçık qar-

daşının evində içsəm, xatirinə bir şey gəlir» deyə düşündüm və bu tərəddü-

dümü dilə gətirdim. Bu sözümü məqbul görüb məclisdə bir daha şərab təklif 

etmədilər. Bədiüzzaman Mirzə ilə Müzəffər Mirzənin birlikdə olduqları bir 

zamanda hər iki mirzənin təklifiylə içməmə qərar verildi. 

Məclisdə xanəndələrdən  (190 a) Hafiz Hacı ilə  Cəlaləddin Mahmud 

Neyi vardı. Qulam Sadinin kiçık qardaşı Şadi Beçə çəng çalırdı. Hafiz Hacı 

gözəl oxuyurdu. Heratlılar xəfif, nazik və düz oxuyur. Cahangir Mirzənin 

Mir Can adlı səmərqəndli bir xanəndəsi vardı, zildən, sərt və usulsüz oxu-

yurdu. Cahangir Mirzə keiflənincə onun oxumasını  əmr etdi. Çox zildən, 

sərt və zövqsüz oxudu. Xorasanlılar zərifdirlər, onun bu oxumasından biri 

qulağını tutdu, digəri də üzünü turşutdu, lakin Mirzəyə görə heç kim ona 

mane ola bilmədi. 

Axşamdan sonra Tarabxanadan Müzəffər Mirzənin tikdirmiş olduğu 

yeni qış evinə gəldik. Bu evə gələndə çox sərxoş olan Yusif Əli Göyəldaş 

qalxıb rəqs etdi. Üsul sahibi bir adamdı; yaxşı rəqs etdi. Bu evə gələndə söh-

bət möhkəm qızışdı. Müzəffər Mirzə mənə kəmərilə birlikdə bir qılınc, quzu 

dərisindən bir kürk və cins bir boz at verdi. Bu evdə Canik bir türkü söylədi. 

Müzəffər Mirzənin Kəttə Mah və Kiçık Mah adlı oğulları vardı. Sərxoş olub 

bir az zövqsiz masqaralıqlar elədilər, şənlik axşama qədər davam etdi. Məc-

lis dağıldı. Mən o gecə o evdə qaldım. 

Qasım bəy mənə  şərab təklif etdikləri xəbərini duyub Zünnun bəyin 

yanına adam göndərmiş, Zünnun bəy də mirzələrə  nəsihət edircəsinə  sərt 

sözlər söyləmiş, onlar da şərab təklifindən tamamən vaz keçmişlər (l90 b). 



 

BƏDİÜZZAMAN MİRZƏNİN DƏVƏTİ 

 

Bədiüzzaman Mirzə Müzəffər Mirzənin qonaqpərvərliyini eşidib Ba-

ği-Cahanaradakı Müqəvvixanadə bir məclis quraraq məni dəvət etdi. Bizim 

bəzi içkiləri və igidləri də dəvət etdilər. 

Mənim yanımdakılar mənim üzümdən içmirdilər. Ayda və ya qırx 

gündə bir dəfə içəndə də qapıları bağlayıb qorxa-qorxa içirdilər. Belə adam-

ları  dəvət etdilər. Oraya gedəndə  də ya məndən oğrun, yahud da əlləri ilə 


Zəhirəddin Məhəmməd BABUR  

 

 



204

gizləyərək min cür sıxıntıyla içdilər. Düzdür, mənim tərəfimdən məclisdə 

olanlara ümumi bir izin verilmişdi, çünki bu məclis atam və ya böyük qar-

daşımız kimi sayılacaq bir adamın məclisi idi. 

Məclisə müəllih [salxım söyüd] gətirdilər. Təbii, yoxsa süni olduğunu 

bilə bilmədiyim saçlarının arasına kimsanı

1

 uzununa  incə-incə  kəsib qoy-



muşdular. Gözəl görünürdu. 

Bu məclisdə mənim önümə qaz kababı qoydular. Quş parçalamadığım 

və doğramadığım üçün əlimi vurmadım. Bədiüzzaman Mirzə «Niçin buyur-

mursunuz» dedi. Mən də «Doğramaqdan acizəm» dedim. Bədiüzzaman 

Mirzə dərhal mənim önümdəki qazı alıb parçalayıb doğrayaraq təkrar önü-

mə qoydu. Belə  (191 a)  işlərdə  Bədiüzzaman Mirzə misilsiz bir adamdı. 

Məclisin Axırda mənə dəgərli daşlarla bəzənmiş kəmərli bir xəncər, bir kürk 

və cins bir at verdi. 

 

 

BABUR HERATI GƏZİR 



 

Heratda qaldığım iyirmi gün ərzində  hər gün ata minib görmədiyim 

yerləri gəzirdim. Bu gəzintilərdə  bələdçiimiz Yusif Əli Göyəldaş idı. Hər 

seyr yerinə gələndə o, başqa bir yemək ikram edirdi. 

Bu iyirmi gün içində məşhur seyr yerlərindən Sultan Hüseyn Mirzənin 

xanəgahından başqa görmədiyim yer bəlkə də qalmamışdır. Qazürgah, Əli-

şir bəyin [Nəvai] bağı, kağız dəyirmanı, Təxti-Asitanə, Püli-Gah, Kəhdistan, 

Baği-Nəzərgah, Nemətabad, Qazürgah xiyabanı, Sultan Əhməd Mirzənin 

sərdabəsi, Təxti-Səfər, Təxti-Nəvai, Təxti-Bərkər, Təxti-Hacı bəy, Şeyx Ba-

haəddin Ömər, Şeyx İzzəddin və Mövlana Əbdürrəhman Caminin məzar və 

məqbərələri, Namazgahi-Muxtar, Hövzi-Mahiyan, Saqi-Salman, əvvəlki adı 

Əbülvəlid olan Billuri, İmam-Fəxr, Baği-Xiyaban, Mirzənin mədrəsələri və 

məqbərələri, Gövhərşad bəyimin mədrəsə, məqbər və məscid camisi, Baği-

Zağan, Baği-Nev, Baği-Zübeydə, Sultan Əbu Səid Mirzənin tikdirdiyi və 

İraq darvazasının dışında yerləşən Ağ-Saray, (191 b) Puran, Süffeyi-Tirən-

dəzan, Çərgöləng,  Əmir Vahid, Püli-Malan, Xoca-Tağ, Baği-Səfid, Tarab-

xana, Baği-Cahanara, Köşk, Müqəvvixana, Süsənixana, Dəvazdəh, Bürc, 

Cahanaranın  şimal tərəfindəki böyük hovuz və dörd tərəfindəki dörd imarət, 

qalanın ön darvazası, Darvazeyi-Məlik, Darvazeyi-İraq, Darvazeyi-Firuz-

abad, Darvazeyi-Xoş, Darvazeyi-Qıpçaq, Məlik-Bazarı, çarşı,  şeyxülislam 

mədrəsəsi, Məliklərin məscid camisi, Baği-Səhər, Bədiüzzaman Mirzənin 

Cuyi-Əncir sahilindəki mədrəsəsi, Əlişir bəyin yaşadığı və Ünsiyyə dedik-

ləri evləri, məqbərəsi və Qüdsiyyə dedikləri məscid camisi, mədrəsəsi, Xi-

lasiyyə  və  İxlasiyyə dedikləri xanəgahı, hamam, Səfaiyyə  və  Şəfaiyyə de-

dikləri darüşşəfası - bunların hamısını bu qısa zaman içində gəzdim.  

                                                           

1

 Kimsan: süsləmədə istifadə olunan yarpaq, buta.  



BABURNAMƏ 

 

205



Sultan Əhməd Mirzənin qızı Məsumə Sultan bəyimi anası Həbibə Sul-

tan bəyim bu fətrətlərdən bir az öncə özü ilə birlikdə Xorasana gətirmiş imiş, 

Bir gün mən əkəmi görməyə gedəndə anası ilə gəlib məni gördü. Onu gö-

rəndə  məndə ona qarşı böyük bir arzu oyandı. Gizlicə adamlar göndərib 

əkəm və yengəmlə -Payəndə Sultan bəyimə (192 a) əkə, Həbibə Sultan bə-

yimə yengə deyirdim- danışaraq yengəmin qızını yanına alıb mənim arxam-

dan Kabilə gəlməsini qərarlaşdırdıq.  

Məhəmməd Burunduq bəy ilə Zünnun bəy Arğun mənim burada qışla-

mam üçün çox qeyrət edirdilər. Lakin qışlamaq üçün bir yer göstərmədikləri 

kimi, bunun üçün gərəkli olan şeyləri da təmin etmirdilər. 

Qış gəldi və aradakı dağlara qar yağdı. Kabil tərəfindən da nigarançılı-

ğımız hələ çox idi. Bunlarsa nə qışı keçirə biləcək bir yer verir, nə də qışla-

mağa uyğun bir yer göstərirdilər. 

 

BABURUN KABİLƏ DÖNMƏK ÜÇÜN 

HERATDAN AYRILMASI 

 

Axırda məcbur olduq, səbəbini açıqca da söyləyə bilmədik və  qışla-



maq bəhanəsi ilə şaban ayının yeddisində (=23 dekabr 1506) Heratdan çıxıb 

Badğis civarına gedərək endiyimiz hər yerdə vilayətlərə vergi və  iş-güc 

üçün gedənlərin gəlib bizə qoşulmalarını gözləyərək bir-iki günlükləngimə 

və gecikmə ilə köç edirdik. O qədər yavaş getdik ki, Ləngəri-Mir Qiyasdan 

iki-üç mənzil keçdikdən sonra, nəhayət, ramazan ayı göründü. 

Vilayətlərə iş-güc üçün gedən igidlərin bəziləri gəlib bizə qoşuldular; 

bəziləri da iyirmi gün və ya bir ay sonra biz Kabildə ikən gəldilər. Bəziləri 

də orada qalıb mirzələrin xidmətinə girdi. Bunlardan biri də  Şeydim  Əli 

Dərbandı və orada qalıb Bədiüzzaman Mirzənin xidmətinə girdi. Xosrov şa-

hın adamlarından heç kimə onun qədər etibar etmirdım. Cahangir Mirzə 

Qəznəni buraxıb çıxanda Qəznənin idarəsi Seydimə verilmişdi. O da qaynı 

Dost (192 b) Əngü Şeyxi Qəznədə qoyub özü orduya gəlmişdi. 

Həqiqətən, Xosrov şahın adamları arasında bu ikisindən -Şeydim Əli 

Dərban və Mühib Əli Qurçu- daha yaxşı adam yoxdu. Şeydim  əxlaqı  və 

davranışları yaxşı bir adamdı. Cəsarətlə qılınc çalırdı. Evində də məclis və 

söhbəti əskik deyildi. Olduqca cömərd idi. Çox idarəli və ölçülü bir adamdı. 

Çox zərif, davranışları  və söhbəti xoş, təbiəti gözəl və zarafatı sevən bir 

adamdı. Qüsuru fisqə və gənc uşaqlara fövqəladə düşkün olmasıydı. Məzhə-

bində də doğru deyilmiş. Bir az fitnəkar təbiətə sahibdi. Bəziləri onun bu ni-

faqçılığını zarafatcıllığına bağlayırdılar, lakin bu iddia əsassız deyilmiş. He-

ratın  Şeybani tərəfindən zəbt edilməsindən sonra Bədiüzzaman Mirzə  Şah 

[Şüca] bəyin yanına gələndə Mirzə ilə Şah bəy arasına nifaq salacaq sözlər 

söylədiyi üçün Mirzə onu öldürdərək Hərmənd çayına atdırdı. Mühib Əlinin 


Zəhirəddin Məhəmməd BABUR  

 

 



206

hekayəsindən bu vəqayenin axırında bəhs ediləcəkdir. 

Ləngəri-Mir Qiyasdan keçib Qarcistanın kənar kəndləri üzərindən 

Çaxçərana gəldik. Ləngərdən keçib Qarcistana gələndə hər tərəf qar idi, irə-

lilədikcə də qar daha da çoxalırdı. Çaxçəran Zünnun bəyə [Arğun] aid idi və 

orada onun Mirəkcan İrdi adlı bir adamı olurdu. Zünnun bəyin ərzağını tam 

qiymətlə satın aldıq. 

Çaxçərandan iki-üç mənzil daha gedincə qar fövqəladə çoxaldı, üzən-

gidən də yuxarıya (193 a) çıxdı və çox yerdə atın ayağı yerə dəymədi. Qar 

durmadan yağırdı. Çıraqdan keçdikdən sonra da qar çox idi. Yol da bizə ta-

nış deyildi. Ləngəri-Mir Qiyas civarında Kabilə hansı yoldan gedəcəyimiz 

haqqında danışıb məsləhətləşdik. Mən və olanların çoxu da «Qışdır və dağ 

yolu təhlükəlidir; Qəndəhar yolu bir az uzaq olsa da, təhlükəsizdir « fikrində 

idik. Lakin Qasım bəy «O yol uzaqdır, bu yoldan gedək» deyə çox böyük 

təcrübəsizlik göstərdi və bu yoldan getdik. 

Peşailərdən Pir Sultan adlı biri bələdçimiz idi. İxtiyarlığındanmı, təla-

şındanmı, yaxud qarın çoxluğundanmı, yolu itirdi və götürəmmədi. Qasım 

bəyin israrıyla bu yoldan getmiş olduğumuz üçün Qasım bəy də bunu namus 

işi edib özü və oğulları qarı təpir, yol açaraq irəlidə gedirdilər. 

Bir gün qar fövqəladə çoxaldı. Yol da bilinmirdi. Bir neçə dəfə  qeyrət 

etdik, lakin yürüyə bilmədik. Bir çarə tapammadan, təkrar dönüb ağaclı bir 

yerə endik. Yetmiş-səksən yaxşı igidə izimizi təqib edərək geri dönüb dərə-

nin aşağısında qışlamaqda olan həzarələrdən birini alıb bələdçilik etmək üz-

rə buraya gətirməyi tapşırdıq. Gedənlər gələnə  qədər üç-dörd gün burada 

qaldıq. Gedənlər də yaxşı bir bələdçi gətirə bilmədilər. (193 b) 

Təvəkkül edib Sultan adlı peşaini önümüzə qatıb gediləcək yönü tapa 

bilməyərək geri döndüyümüz eyni yola təkrar girdik. O bir neçə gün ərzində 

fövqəladə iztirab və  çətinlik çəkdik. Həyatım boyunca o qədər çətinlik az 

çəkmişəm. Bu mətlə o zaman söyləndi: 

Çərxin mən görməyən cövrü cəfası qaldımı? 

      

Xəstə könlüm çəkməyən dərdü bəlası qaldımı? 

Bir həftəyə yaxın qarı təpərək yürüdük, gündə bir və bir yarım şeridən 

artıq gedə  bilmədik. Qarı təpən adamlar mən, on-on beş içki, Qasım bəy, 

oğulları Tanrıverdi, Qənbər  Əlivə bir də onun iki-üç adamıydı. Bu adam-

larla birlikdə piyada yürüyərək qarı təpirdik. Hər adam yeddi-səkkiz və ya 

on kari irəli yürüyərək və hər addım atanda belinə  və köksünə qədər bataraq 

qarı təpirdi. Bir neçə addım getdikdən sonra öndəki adamın dözümü qalma-

yıb durur və başqası önə keçirdi. Bu on-on beş  və ya iyirmi adam piyada 

olaraq qarı təpdikdən sonra o yoldan yüksüz bir at keçə bilirdi və yüksüz at 

çəkilirdi. Bu yüksüz at da üzəngisinə  və  yəhərin arxasına qədər bata-bata 

on-on beş addım qədər məsafə yürüdükdən sonra haldan düşürdü. Bu atı bir 

kənara çəkib təkrar başqa bir yüksüz at qabağa sürülürdü. 



BABURNAMƏ 

 

207



Bu şəkildə biz on-on beş və ya iyirmi (l94 a) adam qarı təpdik və eyni 

adamların atları da irəli çəkildi. Digər bütün yaxşı igidlər və bəy adı verilən-

lər atlarından belə enməyərək təpilmiş hazır yola girib başlan aşağıya əyil-

miş halda gəlirdilər. Başqasına təklif edəcək və zorlayacaq bir zaman deyil-

di. Himməti və cürəti olan hər kəs belə işləri özü istəyərək görür. Bu şəkildə 

qarı  təpib yol açaraq endiyimiz yerdən üç-dörd gündə Zirrin keçidinin di-

binə, Həval-Quti deyilən mağaraya gəldik. O gün şiddətli bir boran oldu. 

Hər kəs ölüm qorxusu içindəydi. O tərəfin əhalisi dağdakı mağara və yarıq-

lara həval deyir. Bu mağaraya gələndə boran fövqəladə qüvvətliydi. Mağa-

ranın önünə endik. Qar çox, yol isə dardı, təpilmiş yoldan atlar zəhmətlə yü-

rüyürdü. Günlər çox qısa olduğu üçün öndəki adamlar aydınlıqkən mağara-

nın önünə gəldilər, qalanlar axşam və yatsıya qədər gəlməkdə davam etdilər. 

Sonra hər kəs olduğu yerə endi. Bir çoxları sabaha qədər at üstündə qaldı. 

Mağara bir az dar kimi göründü. Mən mağaranın önündə kürəklə qarı 

kürüyüb özümə dayanacaq bir yer düzəltdim. Qarı köksümə qədər qazdım; 

yenə də (194 b) torpağa çatmadım. Küləyə qarşı bir az daldalanacaq bir yer 

kimi oldu və orada oturdum. Mağaraya getməmi söylədilər, ancaq getmədim. 

«Bütün xalq qarda və borandaykən mən isti yerdə və istirahətdə, bütün xalq 

burada iztirab və zorluqda ikən mən orada uyğuda və rifahda olsam, bu, 

insanlıqdan uzaq bir hərəkət və xalqa qarşı laqeydlik olar, nə qədər iztirab 

və zorluq olacaqsa mən də görməli, xalq necə dözürsə, mən də dözməli-

yəm» deyə düşündüm. Farsca bir məsəl vardır: «Mərg ba yaran sur əst» 



(dostlarla birlikdə ölüm toy-bayramdır). 

Beləcə boranda qazıb düzəltdiyim çuxurda oturdum. Yatsıya qədər qar 

elə bir boranla yağdı ki, gəl görəsən. Mən büzülüb oturmuşdum, arxama, 

başıma və qulaqlarımın üstünə dörd barmaq qalınlığında qar yığılmışdı. O 

gecə qulaqlarım dondu. Yatsı vaxtında mağaranı ciddi tədqiq edənlər «Çox 

genişdir, hər kəsə yer var» deyə bağırışdılar. Bunu eşidincə üzərimdəki qarı 

silkib mağaraya gəldim. Mağaranın  ətrafındakı  bəyləri də çağırdım. Qırx-

əlli adamı rahatca barındıracaq qədər yer vardı. Azuqə, yəxni, qovurma və 

başqa kimin nəyi varsa gətirdilər. Belə bir soyuqda və boranda çox isti, 

təhlükəsiz və rahat bir yerə qovuşduq. 

Ertəsi gün qar və boran durdu. Sabah erkəndən qalxıb eyni biçimdə 

qarı təpərək yol açıb (195 a) təpənin üstünə çıxdıq. Yol dağı dolana-dolana 

yuxarıya doğru çıxırmış, keçidinə  də Kötəli-Zərrin deyirlərmiş. Biz yuxarı 

çıxmadan dərə yoluyla endik. Təpəsindən dibinə varıncaya qədər vaxt gec 

oldu. Dərənin ağzında düşərgə saldıq. 

O gecə fövqəladə soyuqdu və gecəni çox çətinlik və sıxıntıyla keçirdik. 

Bir çox adam soyuqdan əlini-ayağını itirdi. Kibəkin ayağı, Süyündük 

Türkmənin əli və bir də Əxinin ayağı o gecə soyuqdan dondu. 

Ertəsi gün dərədən aşağıya doğru yürüdük. Yolun bu olmadığını bildi-


Zəhirəddin Məhəmməd BABUR  

 

 



208

yimiz və gördüyümüz halda təvəkkül edib dərədən aşağıya yürüdük. Çox 

uçurumlu və dik yerlərdən endik. Gecə, axşam vaxtında dərənin ağzına çıx-

dıq, ixtiyarlardan heç kim bu keçidin bu qədər çox qarlı vaxtında bir adamın 

oradan keçmiş olduğunu xatırlamırdı. Hətta bu mövsümdə bu keçiddən keç-

mək fikri belə kimsənin ağlına gəlməmişdi. 

Qarın çoxluğundan çox iztirab çəksək də, qarın çoxluğu sayəsində 

özümüzü axırda bir mənzilə çatdıra bildik, çünki bu qədər qar olmasaydı, bu 

cür yolsuz, uçurumlu və dik yerlərdən kim keçə bilərdi. (195 b) Qar bu qə-

dər çox olmasaydı, bəlkə də ilk keçdiyimiz uçurumda əsgərın, at və dəvənin 

hamısı qalardı. 

Hər niku bədi ki, dər şomar əst, 

Tu dər nigari-səlahi-kar əst.  

Gələn hər yaxşılıq və pislik,  

Diqqət etdikcə, işin xeyrinədir. 

Yekə çayırına gəlib enəndə artıq yatsı vaxtı olmuşdu. Yekə çayırının 

xalqı biz gəlib enər-inməz bundan xəbərdar oldular. İsti evlər, kök qoyunlar, 

atlar üçün ot və quru ot bol, yaxmaq üçün odun və  təzək çox və dolu idi. 

Belə bir soyuq və qardan qurtularaq bir kənd və isti evlər tapmaq, belə 

çətinlikdən və bəladan qurtulub bu qədər bol çörək və kök qoyunlar tapmaq 

elə bir hüzurdur ki, bunu ancaq bu çətinlikləri görənlər bilər, bu elə bir 

rahatlıqdır ki, bunu ancaq belə bəlaları yaşayanlar bilər.  

Qəlbimiz məmnun və könlümüz rahat olaraq bir gün Yekə çayırında 

qaldıqdan sonra, oradan qalxıb iki ağac yol gəlib təkrar endik. Ertəsi gün ra-

mazan bayramı oldu. Sonra da Bamyan üzərindən yürüyüb Şibertu keçidin-

dən keçərək Cəngliyə varmadan endik.  



Yüklə 5,03 Mb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   46




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin