Xoca Ata: gərçi yuxarıdakılar qədər sahib-mənsəb divan rəisi deyildi,
lakin bütün Xorasanda Xoca Atanın rəyi olmadan heç bir önəmli qərar veril-
məzdi. Namazında və dinində bütün bir adam idi, dövlət işləri ilə də məşğul
olurdu.
SULTAN HÜSEYN MİRZƏ DÖNƏMİNİN
ALİM VƏ SƏNƏTKARLARI
Sultan Hüseyn Mirzənin adamları və məiyyəti bəhs edilən bu adamlar
idi. Amma Sultan Hüseyn (l 77 b) Mirzənin dönəmi qəribə bir zamandı. Xo-
rasan və özəlliklə də Herat şəhəri fəzilət əhli və misilsiz adamlarla doluydu.
Bir iş üzərində çalışan hər kəs o işi ən yüksək dərəcəyə çıxarmaq qeyrəti və
arzusu ilə çalışırdı.
Mövlana Əbdürrəhman Cami bunlardan biri idi, zahir və batin elm-
lərində o dövrdə o səviyyədə adam yox idi. Şeirləri yaxşı məlumdur. Molla-
nın özü tərifə möhtac olmayacaq dərəcədə yüksəkdir. Bu naçiz səhifələrdə
yalnızca uğur sayaraq onun adından bəhs edilməsi və sahib olduğu özəllik-
lərin bir qisminin yazılması düşünüldü.
Şeyxülislam Seyfəddin Əhməd: Mövlana Sadəddin Təftəzaninin nəs-
lindəndir və bu nəsil o zamandan bəri Xorasan məmləkətində şeyxülislam
vəzifəsini tutmuşdur. Çox alim bir adamdı. Ərəbiyyə və nəqliyyə elmlərini
yaxşı bilirdi. Fövqəladə təqva sahibi və dindar bir adamdı. Gərçi şafei məz-
həbində idi, lakin digər məzhəblərə də riayət edirdi. Söylədiklərinə görə,
yetmiş ilə yaxın camaatla namazı tərk etməmişdi. Şah İsmayıl Heratı alanda
onu şəhid etdi və onların nəslindən heç kim qalmadı.
Mövlana Şeyx Hüseyn: Gərçi Molla Şeyx Hüseynin ortaya çıxması
və yüksəlməsi Sultan Əbu Səid Mirzə zamanında olmuşdu, lakin Sultan Hü-
seyn Mirzə zamanında da yaşadığı üçün (178 a) ondan burada söz edildi.
Hikəmiyyat, əqliyyat və kəlam elmini yaxşı bilirdi. Az sözdə çox məna ta-
pıb sözü yerində işlətmək onun icadıdır. Sultan Əbu Səid Mirzə zamanında
ona çox yaxın və iqtidardaydı. Dövlətin bütün önəmli işlərində onun rəyi
vardı. Möhtəsib vəzifəsini ondan daha yaxşı bacaran adam yoxdu. Sultan
Əbu Səid Mirzənin yaxınlarından olduğu üçün Sultan Hüseyn Mirzə zama-
nında belə bir misilsiz adama haqsızlıq etdilər.
BABURNAMƏ
191
Mollazadə Molla Osman: Kabil tümənlərindən olan Ləhugər tüməni-
nin Çərx adlı kəndindəndir. Uluğ bəy Mirzə zamanında hələ on dörd yaşın-
da dərs dediyi üçün ona molla madərzad («anadan doğma alim») deyirlər-
miş. Səmərqənddən gedib Kəbəni təvaf etdikdən sonra Herata gələndə Sul-
tan Hüseyn Mirzə buraxmadı və onu yanında saxladı. Fövqəladə alim bir
adamdı. O zamanda onun qədər alim bir adam yoxdu. Dediklərinə görə, o
ictihad mərtəbəsinə çatmışdı, lakin ictihad etmirdı. Onun «Bir adam bir şey
eşitsə, onu necə unudar» dediyini söyləyirlər. Hafizəsi çox güclü imiş.
Mir Mürtaz: fəlsəfəni və müsbət elmləri yaxşı bilirdi. Fövqəladə çox
oruc tutduğu üçün bu ləqəbi almışdır. (178 b) Şahmata çox marağı varmış.
O dərəcədə ki, iki oyunçuya birdən təsadüf etsə, biri ilə şahmat oynayır və
getməsin deyə digərinin də ətəyini tutub dururmuş.
Biri də Molla Məsud Şirvani idi.
Əbdülqafur Lar: Mövlana Əbdürrəhman Caminin həm müridi, həm
də tələbəsi idi. Mollanın əsərlərinin çoxunu onun öz yanında oxumuşdu. Nə-
fahata şərh kimi bir şey yazmışdır. Ülumi-zahiriyəyə fövqəladə vaqif idı.
Ülumi-zahiri və ülumi-batinidə dərin biliyi olduğu halda iddiasız və təklifsiz
bir adamdı. Molla ismini daşıyan hər kəsin önündə elmi mübahisə açmaq-
dan çəkinməzdi. Hər hansı bir yerdə bir dərvişin olduğunu söyləsələr, onun
hüzuruna getmədən rahatlıq tapmazdı.
Mən Xorasana gedəndə Molla Əbdülqafur xəstə idi. Mollanın məzarı-
nı ziyarət edəndə Əbdülqafuru da ziyarət etmişdim. Mollanın mədrəsəsində
idi. Bir neçə gün sonra bu xəstəlikdən vəfat etdi.
Mir Cəmaləddin Mühəddis: hədis elmini Xorasanda onun qədər bi-
lən adam yoxdu. Hələ həyatda idi, lakin çox yaşlı idi.
Mir Ətaullah Məşhədi: ərəbiyyat elmini yaxşı bilirdi. Qafiyə haqqın-
da farsca gözəl bir risalə yazmışdır. Qüsuru örnək olaraq hər zaman öz beyt-
lərini (179 a) verməsi və hər beytdən öncə «çün an ki dər in beyti-bəndə»
(«bəndənizin bu beytində olduğu kimi») cümləsini yazmağa lüzum görmə-
sidir. Qafiyə risaləsi haqqında bəzi müxalifləri çox yerində bir sıra düşün-
cələr irəli sürmüşər. Bir də poetik fiqurlar haqqında Bədai üs-sənai adlı bir
risalə yazmışdır.
Qazı İxtiyar: qazılıq vəzifəsini yaxşı icra etdi. Fiqh haqqında farsca
gözəl bir risalə yazmışdır. Bir də iqtibas üçün kəlam ayətlərini nəzmlərə gö-
rə bir yerə toplamışdır. Mürqabda Mirzələrlə görüşəndə Qazı Ixtiyar Mir
Məhəmməd Yusif ilə birlikdə gəlib məni gördü. Söhbət zamanı Baburi xət-
tindən bəhs edildi. Hərflərin ayrı-ayrı yazılış formalarını istədi, yazdım. O
məclisdə bunları oxuyub qaydalarını müəyyən edərək bəzi şeylər yazdı.
Mir Məhəmməd Yusif: şeyxülislamın [Qazı İxtiyar] müridi idi. Son-
ra şeyxülislam öz yerinə onu təyin etdi. Bəzi məclisdə şeyxülislam Qazı İx-
tiyar, bəzi məclisdə də bu önə keçirdi. Sonralar sipahilik və sərdarlıq işiylə
Zəhirəddin Məhəmməd BABUR
192
çox maraqlandı. Bu iki işdən başqa, onun sözlərindən nə elm məlum olurdu,
nə də kəlamından fəhm. Gərçi hər ikisindən də nəsibi və qisməti yoxdu. Nə-
ticədə bu dağdağa üzündən malını və canını, xanimanını bərbad etdi. Özü
şiə imiş.
Şairlər arasında da ən məşhuru və ən böyüyü (l79 b) Mövlana Əbdür-
rəhman Cami idi.
Digər iki şair isə adları və sifətləri Sultan Hüseyn Mirzənin bəyləri və
içkiləri cərgəsində çəkilən və yazılan Şeyxim Süheyli və Hüseyn Əli Tüfeyli
Cəlair idi.
Asəfi: vəzirzadə olduğu üçün Asəfi təxəllüsünü işlətmişdir. Eşqdən və
vəcddən məhrum olmasına baxmayaraq şeiri rəngsiz və anlamsız deyildi.
Özü heç bir zaman qəzəllərini toplamaq arzusunda olmadığını iddia edir, la-
kin bu, əzilib-büzülmədir, çünki onun qəzəllərini ya kiçık qardaşı, ya da ya-
xın adamlarından biri toplamışdır. Qəzəldən başqa janrlarda da şeirlər söylə-
mişdir. Mən Xorasana gedəndə gəlib mənə mülazimət etmişdi.
Bənnai: Heratdandır. Atası ustad Məhəmməd sərbənna [baş memar]
olduğu üçün bu təxəllüsü almışdır. Qəzəlində rəng və hal vardır. Bir divan
tərtib etmişdir. Məsnəviləri də vardır. Mütəqarib bəhrində meyvələr haqqın-
da bir məsnəvisi var, dəyərsizdir və boşuna uğraşmışdır. Xəfif bəhrində bir
müxtəsər məsnəvisi var, yenə xəfif bəhrində yazılmış bir az daha böyük bir
məsnəvisi vardır. Sonralar bu məsnəvisini tamamlamışdı.
Əvvəllər musiqidən xəbərsizmiş və bu üzdən də Əlişir bəy [Nəvai] tə-
rəfindən məzəmmət edilirmiş. Bir il Mirzə qışı keçirmək üçün Mərvə gedən-
də Əlişir bəy də onunla birlikdə gedir. Bənnai isə Heratda qalır. O qış musi-
qi ilə məşğul olur və yaza qədər bəstə yazacaq səviyyəyə çatır. Mirzə Herata
(180 a) qayıdanda sövt və nəqş oxuyur; Əlişir bəy çox heyrət edir və bəyə-
nir. Musiqidə gözəl bəstələri vardır. Bunlardan biri Noh-rəng [doqquz rəng]
adlanır, doqquz rəngin sonu və nəqşin məqamı rastdadır.
Əlişir bəyə çox qarşı çıxırmış, bu üzdən çox cəfa çəkmişdi. Axırda
orada qala bilməyərəq İraq və Azərbaycana [Uzun Həsənin oğlu] Yaqub bə-
yin yanına getdi. Yaqub bəyin yanında vəziyyəti fəna deyildi və onun məc-
lis arxadaşı olmuşdu. Amma Yaqub bəyin ölümündən sonra o vilayətlərdə
dura bilməyərək Herata qayıtdı. Yenə də zarafatından və şuxluğundan geri
qalmazdı.
Bunlardan biri budur: bir gün şahmat məclisində Əlişir bəy ayağını
uzadır və ayağı Bənnainin arxasına toxunur. Əlişir bəy zarafat olaraq belə
deyir: «Əcəb bəla əst, dər Heri əgər pa diraz miquni be puşti şair mirəsəd»
(əcəb bəladır, əgər Heratda ayağını uzatsan, mütləq bir şairin arxasına də-
yər). Bənnai isə ona belə cavab verir: «Əgər cəm miquni həm bə puşti şair
mirəsəd» (əgər ayağını geri çəksən, yenə də bir şairin arxasına dəyər).
Axırda bu zarafatları üzündən Heratdan yenə də Səmərqəndə getdi.
BABURNAMƏ
193
Əlişir bəy bir çox şeylər, həm də yaxşı şeylər icad etmişdi. Bir adam
hər hansı bir işdə bir şey meydana gətirsə, onun rəğbət görməsi və məşhur
olması üçün ona «Əlişiri» deyərdi və bəziləri zarafatla onu Əlişir bəyə isnad
edərdilər. Bir dəfə Əlişir bəy qulağı ağrıdığı üçün başına yaylıq bağlamışdı.
Qadınlar kimi yaylığı qıyıq bağlamağa «nazi-Əlişiri» adını verdilər.
Bu cümlədən Bənnai Heratdan gedəndə (180 b) palançıya eşşəyi üçün
görünməmiş bir palan düzəltdirir və ona «Əlişiri» adını verir. Sonra bu «pa-
lani-Əlişiri» deyə məşhur oldu.
Seyfi Buxari: bir az mollalığı vardı. Oxuduğu kitabların müfəssəl bir
siyahısını göstərərək mollalığını sübut edirdi. Bir divan tərtib etmişdir. Bü-
tün sənət ərbabı üçün tərtib etdiyi başqa bir divanı da vardır. Çoxlu deyim
söyləmişdir, məsnəvisi yoxdur. Necə ki bu qitəsi buna dəlildir:
Məsnəvi gərçi sünnəti-şeir əst,
Mən qəzəl fərzi eyn midanəm,
Pənc beyt ki, dilpəzir bovəd,
Bihtər əz xəmsəteyn midanəm.
Məsnəvi şeirin sünnəti olsa dar,
Mən qəzəli fərzi-eyn bilirəm.
Ürəyə təsir edən beş beyt,
Məncə iki Xəmsədən daha yaxşıdır.
Bir də farsca bir əruz risaləsi vardır ki, bir cəhətdən çox qısa, digər cə-
hətdən çox uzundur. Qısadır, çünki lazım olan şeylər yazılmamışdır, uzun-
dur, çünki məlum və aşkar sözlər nöqtəsinə və irabına qədər yazılmışdır.
Yaman içən imiş, sərxoşluğu da çox pis imiş. Çox qüvvətli yumruğu
varmış.
Abdullah Məsnəvigu: Cam şəhərindəndir və Mollanın [Mövlana Əb-
dürrəhman Cami] bacısı oğludur. Təxəllüsı Hatifi idi. Xəmsəyə müqabil ola-
raq məsnəvilər yazmışdır. Həft peykərə qarşılıq olaraq yazdığı məsnəvisinə
Həft mənzər adını vermişdir. İskəndərnaməyə qarşılıq olaraq Teymurnamə
təlif etmişdir. Məsnəvilərinin ən məşhuru Leyla və Məcnundur, lakin lətafəti
şöhrəti qədər deyil.
Mir Hüseyn Müəmmai: hər halda heç kim onun qədər müəmma söy-
ləməmişdir. Bütün vaxtını müəmma üçün sərf etmişdir. Qayət təvazökar, id-
diasız və zərərsız adammış. (181 a)
Molla Məhəmməd Bədəxşi: İşkəmişdəndir. İşkəmiş Bədəxşana daxil
deyildir, buna görə də Bədəxşi təxəllüsünü işlətməsi qəribədir. Şeiri bəhs et-
diyim bu şairlərin şeirləri qədər deyildir. Müəmma haqqında bir risalə yaz-
mışdır. Müəmması da o qədər yaxşı deyildir. Xoşsöhbət bir adamdı. Səmər-
qənddə gəlib mənə sədaqətini bildirmişdi.
Yusif Bədii: Fərqanə vilayətindəndir. Qəsidəni pis söyləməzmiş.
Zəhirəddin Məhəmməd BABUR
194
Ahi: qəzəli gözəl söyləyirdi. Daha sonra [Sultan Hüseyn Mirzənin oğ-
lu] İbn Hüseyn Mirzənin yanında olurdu. Bir divan sahibidir.
Məhəmməd Salih: lətif qəzəlləri vardır, lakin düzgünlüyü lətafəti qə-
dər deyil. Türkcə şeirləri də var və fəna deyil. Sonralar Şeybani xanın yanı-
na getmiş və o da ona iltifat etmişdi. Şeybani xanın adına türkcə bir məsnəvi
yazmışdır. Rəməli-müsəddəsi-məhbun vəznində ki, [Caminin] Sübha [poe-
masının] vəznidir və çox süst və fürud bir əsərdir. Oxuyan adam Məhəm-
məd Salihin şairliyinə inanmaz olur. Yaxşı bir beyti budur:
Oldu Tənbələ vətən Fərqanə,
Qıldı Fərqanəni tənbəlxanə.
Əndican vilayətinə Tənbəlxana də deyirlər. Lakin o məsnəvidə belə
bir beyt olduğu məlum deyildir. Şərir, zalım və mərhəmətsiz bir adamdı.
Şah Hüseyn Kami: onun şeirləri də pis deyildir. Qəzəl söyləyirdi və
gərək ki, bir divanı vardır.
Hilali: hələ həyatdadır. Qəzəlləri düzgün, rəngli, lakin təsiri azdır. Bir
divanı var. Xəfif vəznində (l8l b) Şah və dərviş adında bir məsnəvisi də var.
Gərçi bəzi beytləri gözəldir, lakin bu məsnəvinin mövusu və quruluşu ol-
duqca boş və qüsurludur. Ondan əvvəl eşq və aşiqlik haqqında məsnəvi söy-
ləyən şairlər aşiqliyi kişiyə, məşuqluğu isə qadına nisbət etmişlər, lakin Hi-
lali dərvişi aşiq, şahı isə onun məşuqu kimi vermişdir. Şahın əfal və əhvalı
haqqında söylədiyi beytlərində şahı bir küçə qadını və fahişə etmişdr. Öz
məsnəvisinin icabı olaraq bir igidi, üstəlik, şah olan bir igidi küçə qadınları
və fahişələr kimi tərif etməsini qəbul etmək əsla mümkün deyildir. Hafizəsi
çox qüvvətli imiş. Otuz-qırx min beyti əzbər bilirmiş. Deyilənə görə, Xəm-
səteyn beytlərinin çoxunu əzbər bilirmiş. Əruz, qafiyə və şeir elminə də va-
qifdir.
Əhli: qara camaatdandır. Şeirləri pis deyildir. Bir divanı da var.
Xəttatlardan çox adam vardı. Lakin bunların ən məşhuru nəsx və tə-
liqdə Sultan Əli Məşhədi idi. Mirzə və Əlişir bəy [Nəvai] üçün bir çox ki-
tab köçürdü. Hər gün Mirzə üçün otuz, Əlişir bəy üçün isə iyirmi beyt ya-
zırdı.
Rəssamlardan biri Behzad idi. Rəssamlıq işini fövqəladə incəltdi. La-
kin saqqalsızların üzünü pis çəkir, çənəni xeyli böyük verirdi. Saqqallı
adamları yaxşı, üzlərini də gözəl çəkirdi.
Şah Müzəffər: çox incə (182 a) rəsm çəkirdi, ələlxüsus saç rəsmlərini
çox zərif rəsm edirdi. Çox yaşamadı, tərəqqi etməyə başlayanda vəfat etdi.
Musiqişünaslar arasında qanunu -əvvəllər bəhs etdiyim kimi- heç kim
Xoca Abdullah Mərvari qədər çalammazdı.
Qul Məhəmməd Udi: gicəki də gözəl çalırdı. Gicəkə üç tel də əlavə
etmişdi. Musiqişinas və saz əhlindən heç kim onun qədər çox və gözəl
poşrov bəstələməmişdir. Pişrovdan başqa havaları o qədər yaxşı deyildir.
BABURNAMƏ
195
Şeyxi Neyi: udu və gəccəki yaxşı çalırmış. On iki-on üç yaşından bəri
də neyi yaxşı çalırmış. Bir dəfə Bədiüzzaman Mirzənin söhbətində bir ha-
vanı neylə çox gözəl çalır. Qul Məhəmməd gəccəkdə o havanı çalammaz və
«Gəccək qüsurlu bir alətdir» deyir. Şeyxi dərhal Qul Məhəmmədin əlindən
gəccəki alıb o havanı həm gözəl, həm də tam çalır. Şeyxi haqqında deyilənə
görə, nəğməyə o qədər vaqifmiş ki, hansı nəğməni eşitsə «Filan neyin filan
pərdəsi bu ahəngdədir» deyirmiş. Lakin özü çox hava bəstələməmişdir. An-
caq bir-iki nəqşin onun olduğunu söyləyirlər.
Şahqulu Gicəki: İraqdandır. Xorasana gəlib saz məşq edərək şöhrət
qazandı. Bir çox nəqş, pişrov və hava bəstələmişdir.
Hüseyn Udi: udu zövqlə çalır, zövqlü şeylər oxuyurdu. Udda bir sim-
lə çalan o olmuşdur. Yeganə qüsuru çox nazlanaraq çalmasıydı. (182 b) Bir
dəfə Şeybani xan ona çalmağı əmr edir. İstəmədiyi üçün həm pis çalır, həm
də öz sazını gətirməyərək pis bir saz gətirir. Şeybani xan fərqinə varır və elə
oradaca ona xeyli zopa vurmağı əmr edir. Şeybani xanın dünyada gördüyü
yeganə yaxşı işi bu olmuşdur. Həqiqətən, yaxşı iş görmüşdür. Belə həriflər
bundan daha artığına layiqdir.
Qulam Şadi də bəstəkarlardan biri olub Şadi xanəndənin oğluydu.
Düzdür, saz çalırdı, lakin sazəndələr cərgəsində çalmırdı. Yaxşı sövtləri və
gözəl nəqşləri vardır. O dönəmdə onun qədər nəqş və sövt bəstələyən adam
yoxdu. Axırda Şeybani xan onu Qazan xanı Məhəmməd Əmin xanın yanına
göndərdi, sonra ondan bir xəbər alınmadı.
Mir Azu: saz çalmırdı, yalnız bəstəkardı. Az hava bəstələmişdir, lakin
zövqlü havaları vardır.
Bənnai: bəstəkardı, yaxşı sövt və nəqşləri vardır.
Misilsiz bəstəkarlardan biri də Pəhlivan Məhəmməd Busəid idi. Pəh-
livanlıqda məşhur idi. Şeir də söyləyirdi, sövt və nəqşlər də bəstələyirdi. Ça-
hargahdan yaxşı bir nəqşi vardır. Xoşsöhbət bir adamdı. Pəhlivanlıqla bəstə-
karlıq məziyyətini özündə cəmləşdirməsi qəribədir.
Sultan Hüseyn Mirzə vəfat edəndə mirzələrdən Bədiüzzaman Mirzə
ilə Müzəffər Hüseyn Mirzə onun yanında idilər.
Müzəffər Hüseyn Mirzə Mirzənin ən sevdiyi oğlu, Məhəmməd Burun-
duq Barlas da onun ixtiyar sahibi bəyi və atəkəsi, anası Xədicə bəyim də
(183 a) Mirzənin etibarlı arvadı olduğu üçün və Mirzənin adamları daha zi-
yadə Müzəffər Mirzəyə təmayül göstərdikləri üçün belə bir fikir vardı ki,
Bədiüzzaman Mirzə tərəddüd edərək oraya gəlməz. Müzəffər Hüseyn Mirzə
ilə Məhəmməd bəy şəxsən gedib könlündəki tərəddüdü ortadan qaldıraraq
Bədiüzzaman Mirzəni gətirdilər.
Sultan Hüseyn Mirzəni Herata gətirib şahanə bir mərasim və ayinlə öz
tikdirdiyi mədrəsəsinə dəfn etdilər. O zaman Zünnun bəy Arğun da orada idi.
Məhəmməd Burunduq bəy, Zünnun bəy və Sultan Hüseyn Mirzədən qalan
Zəhirəddin Məhəmməd BABUR
196
və bu iki Mirzə ilə birlikdə olan digər bəylər toplanıb fikir birliyinə vararaq
Bədiüzzaman Mirzə ilə Müzəffər Hüseyn Mirzəni Herat taxtına ortaq bir şə-
kildə çıxardılar.
Bədiüzzaman Mirzənin qapısında ixtiyar sahibi Zünnun bəy, Müzəffər
Hüseyn Mirzənin qapısında isə ixtiyar sahibi Məhəmməd Burunduq bəydi.
Şəhərin valisi olaraq Bədiüzzaman Mirzə tərəfindən Şeyx Əli Tağayi, Mü-
zəffər Mirzə tərəfindən isə Yusif Əli Göyəldaş təyin edildi. Bu, qəribə bir
işdi. Heç bir zaman padşahlıqda ortaqlıq eşidilməmişdir. Şeyx Sədinin Gü-
lüstandakı bu sözünün tərsi oldu:
Dəh dərviş dər kilime bexoftənd,
Və dü padşah dər iqlime nəgoncənd.
On dərviş bir kilimindəüstündə yatar,
Halbuki iki padşah bir iqlimə sığışmaz.
KABİL - 912 (24 MAY 1506 - 13 MAY 1507)
BABURNAMƏ
197
DOQQUZ YÜZ ON İKİNCİ İLİN HADİSƏLƏRİ
BABURUN XORASANA DOĞRU YÜRÜŞÜ
Məhərrəm ayında [=1506 may-iyun] özbəkləri dəf etmək üçün (183 b)
biz Xorasana yürüməyə qərar verərək Gur-Bənd və Şibertu yoluyla hərəkət
etdik. Cahangir Mirzə o vilayətdən narazı çıxmış olduğu üçün əgər aymaq-
ları öz yanına çəksə, bəzi fitnə və fəsadçıların bir çox qarışıqlıq törədə bilə-
cəklərini düşünərək, aymaqları dərhal ələ keçirmək üçün Üşdür-Şəhərdə öz
uruğumu və onun qorunması üçün də Vəli Xəzinə[çi] ilə Dövlət Qədəm Qa-
ravulu qoyub oradan yüngül təchizatla və sürətlə hərəkət etdim.
O gün Zöhhak qalasına gəldik. Oradan Künbəzək keçidini aşaraq Say-
ğan üzərindən Dəndan-Şikən keçidindən keçib Kahmərd çayırına endik. Su-
ltan Məhəmməd Dulday ilə birlikdə Seyid Əfzəl Xabbin Kabildən hərəkət
etməmizin keyfiyyətini bildirmək üzərə Sultan Hüseyn Mirzəyənin yanına
göndərildi.
Cahangir Mirzə bir az geridə qalmış və iyirmi-otuz adamıyla Bamyan
tərəfinə gəlirmuş. Bamyana yaxınlaşanda geridə qoyduğumuz uruğa aid ça-
dırlarımızı görüb bizim də orada olduğumuzu zənn edir və dərhal geri qayı-
dır. Ordugahına çatan kimi dərhal qalxaraq, arxalarına baxmadan Yekə çayı-
rın civarına gedirlər.
Şeybani xan Bəlxi mühasirəyə almışdı. Bəlxdə o günlərdə Sultan Qu-
lucaq olurdu. Şeybani xan iki-üç sultanı üç-dörd min adamla birlikdə Bə-
dəxşana axın üçün göndərdi.
O əsnada [Bədəxşan bəylərindən] Mübarək şahla Zübeyr də gəlib [Ba-
burun kiçık qardaşı] Nasir Mirzəyə qoşulmuşdular. (184 a) Gərçi əvvəlcə
aralarında anlaşmazlıq və inciklik vardı. Kişmin aşağısında yerləşən Şah-
danda və Kişm çayının şərq tərəfində əsgərləri ilə mövqe tutmuşdular.
Bu özbəklər sabaha qarşı basqına gəlib Kişm çayını keçərək Nasir
Mirzənin üzərinə hücum etdilər. Nasir Mirzə dərhal təpəyə çəkilib adamları-
nı yığıb şeypur çaldırdı və təpədən aşağıya yürüyərək çarpışmaya başlayan
kimi özbəklər geri çəkildilər. Onların keçib gəldikləri Kişm çayı yüksəldiyi
üçün özbəklərin çoxu ox və qılıncla öldürüldü, bir çoxu əsir düşdü, suda da
xeyli adam öldü.
Mübarək şah ilə Zübeyr isə Mirzədən bir az yuxarıda, Kişm tərəfində
idilər. Onların üzərinə göndərilən özbəklər onları təpəyə doğru sıxışdırdılar.
Nasir Mirzə düşmənini qaçıranda bu vəziyyəti xəbər alaraq dərhal onların
üstünə yürüdü. Yuxarıdan Kuhistan bəyləri də atlı və piyada adamlarını yı-
ğıb gəlincə özbəklər savaşa bilməyərək qaçdılar. Bunlardan da bir çox adam
ox və qılıncla öldürüldü, ya da suda boğuldu. Bəlkə minə, min beş yüzə qə-
dər özbək öldü. Bu Nasir Mirzənin parlaq bir qələbəsi idi. Bu xəbəri bizə
Zəhirəddin Məhəmməd BABUR
198
Kahmərd ovasında ikən Nasir Mirzənin adamı gətirdi.
Biz o civarda ikən əsgərlərimiz Guri və Dəhanə tərəflərinə gedib ərzaq
gətirdilər. (184 b) Orada olduğumuz müddət ərzində Xorasana göndərilmiş
olan Seyid Əfzəl ilə Sultan Məhəmməd Duldayın məktubları gəldi. Bu mək-
tublarda Sultan Hüseyn Mirzənin ölümü xəbər verilirdi. Bu xanədanın na-
musunu qorumaq üçün Xorasan tərəfinə yürüməyə davam etdik. Gərçi bu
yürüyüşdə başqa səbəblər də yox deyildi.
Əcər dərəsinin içindən keçib Tüb, Mendaqan və Bəlxab yoluyla enib
Kuhi-Safa çıxdıq. Özbəklərin San və Çəhar-Yekə axın etdiyi xəbərini alınca
Qasım bəyi əsgərlə birlikdə bu axınçıların üstünə göndərdik. Bunlar da öz-
bəklərə rast gəlib onları məğlub edərək bir çox baş kəsib gətirdilər.
Cahangir Mirzəyə və aymaqlara adamlar göndərdik. Onlardan xəbər
alıncaya qədər bir neçə gün Kuhi-Saf yaylasında qaldıq. Bu civarın geyiyi
olduqca çoxdur. Bir dəfə ova çıxdıq.
Bir-iki gün sonra bütün aymaqlar gəlib sədaqətlərini bildirdilər. Ca-
hangir Mirzə də aymaqlara dəfələrlə adamlar göndərmişdi. Bir dəfə də İma-
məddin Məsudu göndərdi, amma aymaqlar getmədilər və mənim yanıma
gəldilər. Axırda Mirzə də məcbur qaldı və Kuhi-Safdan Dəreyi-Baya enəndə
gəlib məni gördü. Biz Xorasanın qayğısında olduğumuz üçün Mirzəyə bax-
madan və artıq aymaqlardan da çəkinmədən Gərzəvan, Əlmar, Qeysər və
Çiçəkdu üzərindən yürüyərək Fəxrəddin-Ölümündən keçib Badğisə tabe
olan Dəreyi-Bam deyilən yerə gəldik. (185 a)
Hər tərəf qarışıq olduğu və hər kəs əl atıb vilayətdən və xalqdan bəzi
şeylər aldığı üçün biz də o civardakı aymaq və türklərdən öz adımıza vergi
kəsib bəzi şeylər almağa başladıq. Bu bir-iki ay içində bəlkə də üç yüz tü-
mən kibəki
1
alınmışdır.
Bizdən bir neçə gün öncə Xorasan ilqarı və Zünnun bəyin adamları
Pənd-Dih və Mərvçaqda özbək axınçılarını məğlub edib xeyli özbəyi öldür-
müşlər.
Bədiüzzaman Mirzə, Müzəffər Mirzə, Məhəmməd Burunduq Barlas
və Zünnun Arğunun oğlu Şah [Şüca] bəylər Bəlxdə Sultan Qulucaqı müha-
sirə edən Şeybani xanın üzərinə yürüməyə qərar verərək bu niyyətlə Herat-
dan hərəkət etdilər və Sultan Hüseyn Mirzənin bütün oğullarına adamlar
göndərib çağırdılar.
Badğisə gələndə isə Əbülmöhsün Mirzə Mərvdən gəlib Çihil-Doxtə-
randa onlara qoşuldu. Onun arxasından İbn Hüseyn Mirzə də Tün və Qayın-
dan gəldi. Kibək Mirzə isə Məşhəddə idi. Ona da bir neçə dəfə adam gön-
dərdilər. Lakin o xoş görünməyəcək sözlər söyləyərək namərdlik edib gəl-
mədi. Onun kini Müzəffər Mirzəyə idi və «O padşah olsa, mən onun yanına
1
Tümən sözü on min rəqəmini ifadə edir. Kibəki isə Mavəraünnəhr bölgəsində 1308-
26-cı illər arasında hökm sürən Kibək xan tərəfindən qoyulmuş bir dinar standartıdır.
BABURNAMƏ
199
necə gedərəm» deyirdi. Belə bir zamanda bütün böyük və kiçık qardaşlar bir
araya yığılıb (185 b) ağızbirliyi edərək Şeybani xan kimi bir düşmənin üs-
tünə əzmlə yürüməkdə ikən belə lüzumsuz bir qürur göstərib gəlmədi. Bu-
nun səbəbini qüruruna yazsa da, hər kəs bunu onun namərdliyinə bağlaya-
caqdır. Bu dünyada məqsəd insanın yaxşı işlərinin qalmasıdırsa, ağlı olan
bir adam özündən sonra pis sayılacaq belə bir hərəkəti niyə etməlidir, şüuru
olan bir adam özündən sonra yaxşı sayılacaq belə bir işə niyə diqqət göstər-
məsin.
Zikri-namira həkiman ömhi-sani qoftəənd.
Həkimlər adın yad edilməsini ikinci ömür saymışlar.
Mənim yanıma da elçilər gəldi. Sonra Məhəmməd Burunduq Barlas
şəxsən gəldi. Mən də niyə getməyim dedim və yüz-yüz iyirmi ağac yolu bu
məqsədlə yürüdüm. Məhəmməd Bəy ilə birlikdə hərəkət etdim. O əsnada
mirzələr Mürqaba gəlmişdilər.
Dostları ilə paylaş: |