BABURUN XƏZAN SEYR ETMƏK ÜÇÜN İSTALİFƏ GETMƏSİ
Çərşənbə axşamı günü xəzan seyr etmək üçün İstalifə getdim. O gün
məcun yemişdim. Gecə çox yağış yağdı. Mənimlə birlikdə gələn bəylərin və
içkilərin çoxu Baği-Kəlan içində qurulmuş olan çadırıma girdilər.
Ertəsi gün bu bağda şərab məclisi qurduq və axşama qədər içdik. Sa-
bah olanda isə səbuhi elədik. Sərxoş olaraq uyuyub günorta vaxtı İstalifdən
hərəkət etdik, yolda məcun yedik. İkindi vaxtına yaxın Bihzadiyə gəldik.
Xəzan fövqəladə gözəl olmuşdu. Xəzan seyri zamanı şəraba meylli
olanlar içki istəməyə başladılar. Məcun yemiş olmamıza baxmayaraq xəzan
fövqəladə gözəl olduğu üçün xəzana uğrayan ağacların altında oturaraq şə-
rab içdik. Yatsı vaxtına qədər eyni yerdə söhbət etdik. Molla Mahmud Xə-
lifə gəldi. Onu da söhbətə dəvət etdik. Abdullah [Kitabdar] yaman sərxoşdu.
Xəlifənin ağzından bir söz çıxdı, (247 a) Abdullah isə Molla Mahmudun
fərqində olmadan bu misranı oxudu:
Bər hər ki bengəri be həmin dağ mübtəla əst.
Kimə baxsan, bu dərdə mübtəladır.
Molla Mahmud ayıqdı, bu misranı oxuduğu üçün Abdullahı zarafatla
daşlamağa başladı. Abdullah durumun fərqinə varınca, təlaşlandı və onu ya-
tışdırmaq üçün xeyli şirin söz söylədi.
Cümə axşamı günü xəzanı seyr edib axşamdan sonra çarbağa gəlib
endim. Cümə günü, ayın on altısında [=9 noyabr] Baği-Bənövşədə məcun
yeyib bəzi yaxın dostlarla gəmiyə mindik. Hümayun ilə Kamran [Mirzə] də
BABURNAMƏ
263
bir az sonra gəldilər. Hümayun məharət göstərərək bir ördək vurdu.
Şənbə günü, ayın on səkkizində [=11 noyabr] çarbağdan gecə yarısı
hərəkət etdim. Mühafizləri və mehtərləri geri göndərdim. Molla Baba kör-
püsündən keçib Divrin boğazından çıxaraq Quş-Nadiri və bazarların kəhrizi
ni xırsxana arxasından dönərək sabah tezdən Turdu bəy Xaksarın kəhrizinə
gəldim. Turdu bəy bunu xəbər alıb təlaşla qoşaraq qarşıma gəldi.
Turdu bəyin kasıblığı məlumdu. Yanımda yüz şahruxi götürmüşdüm.
Turdu bəyə verdim və «Şərabı və digər gərəkli şeyləri hazırla, tək və ləvən-
danə bir məclis istəyirəm» dedim. Turdu bəy şərab üçün Bihzadi tərəfinə
getdi. Atımı Turdu bəyin adamlarından birinə verdim və gedib kəhrizin ar-
xasında bir təpədə oturdum. Bir pas keçmişdi ki, (247 b) Turdu bəy bir kuzə
şərab gətirdi. Qarşılıqlı oturub içməyə başladıq.
Turdu bəy şərab gətirdiyi vaxt Məhəmməd Qasım Barlas ilə Şahzadə
[Şah İsmayılın oğlu Təhmasib] bunu eşitmişlər. Məndən xəbərləri olmadan
Turdu bəyin arxasınca piyada gəldilər. Onları da söhbətə dəvət etdik.
Turdu bəy dedi: «Bülbül İnəkə sizinlə şərab içməyi arzu edir».
«Mən də bir qadının içdiyini heç görmədim, çağırın» dedim.
Şahi adlı bir qələndər ilə kəhrizli bir rübab çalanı da söhbətə dəvət et-
dik. Axşama qədər kəhrizin arxasındakı təpədə oturub içdik. Ondan sonra da
Turdu bəyin evinə gedib yatsı vaxtına qədər şam ışığında içdik. Gözəl və
dedi-qodusuz bir məclis oldu. Mən yatdım. Məclisdəkilər təkrar bir evə ge-
dib nağara vaxtına qədər içdilər. Bülbül İnəkə gəlib mənə çox cilvələr etdi.
Axırda özümü sərxoşluğa vurub qurtuldum.
O birilər fərqinə varmadan tək başıma İstərğəcə getməyi düşünürdum,
amma onlar xəbər tutunca, mümkün olmadı. Axırda nağara vaxtı atlandım.
Turdu bəy ilə Şahzadəyə xəbər göndərib üçümüz atlara minərək İstərğəc tə-
rəfinə hərəkət etdik. Fərz vaxtı İstalifin altında olan Xoca-Həsənə vardıq.
Bir müddət atlardan enərək məcun yeyib xəzan seyr etdik.
Günəş doğarkən İstalif (248 a) bağına enib üzüm yedik və oradan İs-
tərğəcə tabe olan Xoca-Şəhaba enib uyuduq. Ata Miraxurun evi oralarda
imiş. Uyğudan qalxıncaya qədər yemək və bir kuzə şərab hazırlamış.
Xəzan çox gözəldi. Bir neçə qədəh içib hərəkət etdik. Günorta vaxtı
İstərğəcda xəzanın ən gözəl olduğu bağa enib söhbət etdik. Qısa bir müddət
sonra Xoca Məhəmməd Emin gəldi. Yatsı vaxtına qədər içdik. O gün və ge-
cə Kabildən Abdullah [Kitabdar], Əsəs [Xoca Məhəmməd Əli Tağayi], Nur
bəy və Yusif Əli gəldilər. Sabah tezdən yemək yeyib atlandıq, İstərğəcin al-
tındakı Baği-Padişahini seyr etdik.
Bir alma ağacında çox gözəl bir xəzan görüntüsü yaranmışdı. Hər bir
budağında beş-altı yarpaq düzgün bir biçimdə qalmışdı, elə gözəldi ki, rəs-
samlar uğraşsalar belə rəsm edə bilməzdilər.
İstərğəcdən hərəkət edib Xoca-Həsəndə yemək yedikdən sonra axşam
Zəhirəddin Məhəmməd BABUR
264
üstü Bihzadiyə gəlib Xoca Məhəmməd Eminin İmam Məhəmməd adlı nökə-
rinin evində içdik. Ertəsi çərşənbə axşamı günü Kabil çarbağına gəldim.
Cümə axşamı günü, ayın iyirmi üçündə, oradan qalxıb qalaya girdim.
Cümə günü Məhəmməd Əli Heydər Riqabdar bir ağ şahin tutub hədiy-
yə etdi.
Şənbə günü, ayın iyirmi beşində Çinar-Bağda məclis quruldu. Yatsı
vaxtı hərəkət etdik. Seyid Qasım keçən olaydan dolayı incik idi, gələrkən
onun evinə enib bir neçə qədəh içdik.
Cümə axşamı günü, zilhiccə (248 b) ayının ilk günü [=24 noyabr]
Qəndəhardan Tacəddin Mahmud gəlib mülazimət etdi.
Bazar ertəsi günü, ayın on doqquzunda [=12 dekabr] Məhəmməd Əli
Cəng-Cəng Nilabdan gəldi.
Çərşənbə axşamı günü, ayın iyirmisində Səngər xan Cəncuhə Bxirə-
dən gəlib bizə qoşuldu.
Cümə günü, ayın iyirmi üçündə Əlişir bəyin [Nəvai] dörd divanından
gözəlliyinə və vəznlərinə görə ən gözəl qəzəl və beytlərini seçib qurtardım.
Çərşənbə axşamı günü, ayın iyirmi yeddisində [=20 dekabr] ərkdə bir
məclis quruldu və burada hər kəsin sərxoş olunca getməsi və bir daha söh-
bətə qatılmaması əmr edildi.
Cümə günü, zilhiccə ayının axırıncı günü [=22 dekabr] Ləmqanı seyr
etmək üçün atlandım.
KABİL-926 (23 DEKABR 1519 - 12 DEKABR 1520)
DOQQUZ YÜZ İYİRMİ ALTINCI İLİN HADİSƏLƏRİ
BABURNAMƏ
265
Şənbə günü, məhərrəm ayının ilk günü [=23 dekabr 1519] Xoca-Seya-
rana gəldik. Təpə üzərində, yeni açılmış bir arxın kənarında şərab məclisi
düzəldi. Sabah qalxıb Xoca-Rigi-Rəvanı seyr edərək Seyid Qasımın Bülbül
köşkünə enib söhbət elədik. Sabah oradan qalxıb məcun yeyərək gedib Bil-
kərə endik. Gecə içdikdən sonra bir də səbuhi məclisi qurduq və günorta ge-
dib Dürnaməyə endik. Şərab məclisi oldu. Sabah da yenə səbuhi məclisi qu-
ruldu. Dürnamənin böyüyü olan Haqdad mənə bağıni hədiyyə etdi.
Cümə axşamı günü qalxıb Nicravda taciklərin kəndinə endik.
Cümə günü isə Çihil-Külbə ilə Baran çayı arasındakı dağda ov etdik.
Xeyli geyik vurduq. Əlim qırılandan (249 a) bəri ox atmırdım. Çox sərt ol-
mayan bir yayla bir geyiyin baldırına ox atdım, ox tüklü qisminın yarısına
qədər batdı. İkindi üstü dönüb Nicrava gəldik.
Ertəsi gün də Nicrav əhalisinin cizyəsi altmış misqal qızıl olaraq təyin
olundu.
BABUR LƏMQANI SEYR ETMƏYƏ GEDİR
Bazar ertəsi günü Ləmqanı seyr etmək niyyətilə atlandıq. Bu gəzintidə
Hümayunun da bizimlə birlikdə olmasını düşünmüşdüm, amma qalmaq ar-
zusunda olduğunu söylədi və Kürə keçidində geri dönməsinə izin verdim.
Gedib Bədrava endik. Oradan Uluğbuya gəldik.
Baran çayında ovçular bir qədər balıq tutdular, ikindi üstü bir sala mi-
nərək içki içdik. Axşam vaxtından bir az sonra da saldan çıxıb ağ çadıra ge-
dib içməyə davam etdik. Heydər Ələmdar Davərtin kafirlərinin yanına gön-
dərilmişdi, Badic dibində bu kafirlərin böyükləri bir neçə tuluq şərab gətirib
mülazimət etdilər.
Keçiddən enəndə çoxlu çəyirtgə gördük. Ertəsi gün də sala minib mə-
cun yedik və Bulandan bir az aşağıda saldan çıxaraq ordugaha gəldik, iki sal
halında gəldik.
Cümə günü qalxıb Məndravərdən bir az aşağıdakı bir dağ ətəyinə en-
dik. Axşam şərab məclisi yapıldı.
Şənbə günü sala minib Dərutə boğazından keçərək Cahannümanın bir
az yuxarısında saldan çıxıb Adinapur önündəki Baği-Vəfaya gəldik. Nigən-
xar tüməninin hakimi Qiyam bəy Orduşah saldan çıxanda gəlib sədaqətini
bildirdi.
Bir müddətdir Nilabda olan Ləngər xan (249 b) Niyazi də yolda gəlib
mülazimət etdi. Baği-Vəfaya endik. Portağalları gözəl saralmış, səbzələri
gözəl yetişmişdi, fövqəladə gözəldi. Beş-altı-gün Baği-Vəfada qaldıq.
Qırx yaşımda içkiyi buraxmaq niyyətində idim və buna da bir ildən az
bir müddət qaldığı üçün ifrat dərəcədə içirdim.
Zəhirəddin Məhəmməd BABUR
266
Bazar günü, ayın on altısmda [=7 yanvar 1520] səbuhidən sonra ayıla-
raq məcun yediyimiz vaxt Molla Yarək pəncgahda müxəmməs formasında
bəstələdiyi nəqşi çaldı. Gözəl bir nəqş bəstələmişdi. Xeyli zamandır belə iş-
lərlə məşğul olmurdum. Məndə də bir şey bəstələmək arzusu doğdu. Yeri
gələndə bəhs edəcəyim üzrə, bu münasibətlə çahargah sövtünü bəstələdim.
Çərşənbə günü səbuhi zamanı zarafatla: «Sartca oxuyan hər kəs bir
qədəh içsin» dedi. Bu surətlə çox adam qədəh qaldırdı. Sübh namazı vaxtı
çəmən ortasındakı ağacların arasında oturduq və «Türkcə oxuyan hər kəs bir
qədəh içsin» dedim. Bu dəfə də çoxlu adam qədəh qaldırdı. Günəş doğunca
portağalların dibinə, hovuzun kənarına gedib içdik.
Ertəsi gün Dutədən sala minib Cuyi-Şahidən keçib Ətərə vardıq. Ətər-
dən qalxıb Dəreyi-Nuru seyr edərək Susan kəndinə qədər getdikdən sonra
geri qayıdıb Əmləyə endik.
Xoca Kəlan Bəcuru (250 a) yaxşı idarə edirdi. Mənim müsahibim ol-
duğu üçün onu geri çağıraraq Bəcura Şah Hüseyni hakim təyin etdik. Şənbə
günü, ayın iyirmi ikisində [=13 yanvar] Şah Hüseynin getməsinə izin ver-
dim.
O gün də Əmlədə içdik. Ertəsi gün yağmur altında Künərdə Məlikqu-
lunun evinin yerləşdiyi Küləqrama gəldik, onun ortancıl oğlunun portağal
sahəsinə baxan evinə endik. Yağmur yüzündən portağallığa getmədən o ev-
də içdik. Yağmur fövqəladə çox yağdı. Bir tilsim bilirdim, Molla Əli xana
öyrətdim. Dörd kağıza yazıb dörd tərəfə asdı. Yağış dərhal dayandı, hava
açılmağa başladı.
Sabah bir sala mindik, başqa bir sala da igidlər mindilər. Bəcur, Sevad,
Künər və o civarda bir növ boza düzəldirlər. Kim deyilən bir şeydən, ot kök-
lərindən və bəzi ədviyyatdan düzəldirlər. Çörək kimi yuvarlaq edir, quruda-
raq saxlayırlar. Bozanın mayası həmən kim maddəsidir. Bəzi bozalar çox
ləzzət verir, lakin çox duzlu və dadsız olur. Bu bozadan içmək istədik. Lakin
duzluluğu üzündən içəməyərək məcuna üstünlük verdik.
Digər sala minmiş olan Əsəs [Xoca Məhəmməd Əli Tağayi], Həsən
İgrək və Məsti Çöhrəyə bu bozadan içmələrini əmr etdim. Həsən İgrək içib
sərxoş oldu, özünü nalayiq aparmağa başladı. (250 b) Əsəs də çox sərxoş ol-
du və bir çox çirkin hərəkətlər elədi. O qədər narahat olduq ki, onu saldan
çıxarıb suyun digər tərəfinə keçirməyi düşündüm. Bəziləri rica edərək araya
girdilər.
O vaxt Bəcuru Şah Mir Hüseynə əta edərək Xoca Kəlanı da müsahib
olduğu üçün yanımıza çağırmışdıq. Onun Bəcurda qalması çox uzadı. Bə-
curda işlərin artıq yolunda olduğunu təsəvvür edirdim. Şah Mir Hüseyn Bə-
cura gedərkən Künər çayının keçidində bizə rast gəldi. Çağırıb şifahi bəzi
əmrlər verdikdən sonra bir xassə zireh ehsan edərək getməsinə izin verdim.
Nurgilin qarşısına gələndə bir qoca gəlib sədəqə istədi. Saldakılar ona
BABURNAMƏ
267
paltar, sarıq və dəsmal kimi şeylər verdilər, ixtiyar xeyli əşya yığdı. Yarı
yolda pis bir yerdə sal təhlükəli bir yerə çarpdı. Çox qoxduq. Düzdür, sal
batmadı, lakin Mir Məhəmməd Caləban suya düşdü.
Gecəni Ətərin yaxınlığında keçirdik. Çərşənbə axşamı günü Məndra-
vərə gəldik. Qutlu Qədəm ilə atası Dövlət Qədəm [Qaravul] qalanın içində
bir məclis düzəltmişdilər. Düzü, səfasız bir yerdi, lakin onların xatiri üçün
bir neçə qədəh içib ikindi üstü ordugaha gəldik.
Çərşənbə günü Kəngdər çeşməsinə gedib seyr etdik. Kəngdər Məndra-
vər tüməninə tabe bir kənddür. Bütün Ləmqanatda yalnızca bu kənddə xur-
ma vardır. Bu kənd dağ ətəyindən bir az yuxarıda (251 a) yerləşir. Xurmalı-
ğı şərq tərəfindədir. Bu çeşmə də xurmalığın yanında və maili bir yerdədir.
Çeşmə başından altı-yeddi kari aşağıda, daşları yığıb bir araya gətirərək qüsl
etmək üçün bir sığınaq düzəltmişlər. Bu sığınağa gələn çayı o şəkildə yük-
səltmişlər ki, su qüsl edən adamın başına tökülür. Çeşmənin suyu çox dur-
ğundur, qış günləri suyu əvvəlcə bir az soyuq təsir bağışlayır, lakin suda
qaldıqca insana xoş gəlir.
Cümə axşamı günü Şir xan Tərkəlani bizi evinə çağırıb ziyafət verdi.
Günorta oradan qalxıb bu iş üçün özəl olaraq düzəldilmiş balıqxanalarda ba-
lıq tutdular. Balıqxananın necə olduğundan daha əvvəl söz açmışdım.
Cümə günü Xoca Mirmiran kəndinün yaxınına endik. Axşam üstü
məclis quruldu.
Şənbə günü Əlişəng ilə Əlingar arasındakı dağda ova çıxdıq. Bir tərəf-
dən əlingarlılar və bir tərəfdən da əlişənglilər dairə quraraq geyikləri dağdan
endirdilər. Çox geyik vurduq. Ovdan dönüb Əlingarda məliklərin bağına
enib məclis qurduq.
Qabaq dişimin yarısı qırılıb yarısı qalmışdı və o gün yemək əsnasında
bu qalan yarısı da qırıldı.
Ertəsi gün qalxıb balıqlara tor atdırdıq. Günortaya yaxın Əlişəngə ge-
dərək bağda içdik. Ertəsi gün də pis hərəkətlər edib haqsız yerə qan tökmüş
olan Əlişəng məliki Həmzə xan qan davacılarına təslim edildi, qisas aldılar.
Çərşənbə axşamı (251 b) günü, əvrad
1
oxuduqdan sonra Yanbulaq yo-
luyla Kabilə doğru hərəkət etdik. İkindi çağı Uluğbudan çayı keçib axşam
vaxtı Qaratuya gəldik, atlara yem verildi. Əlimizdə olan şeylərdən yemək
hazırlandı. Atlar arpalarını bitirincə hərəkət etdik
2
.
1
Əvrad: vird sözünün cəmidir, oxunması adət halına gələn dualar.
2
Baburun xatirələrinin bir qismi itmişdir. 926-cı ilin əvvəllərindən, yəni 12 dekabr
1520-ci ildən 932-ci ilə, yəni 18 oktyabr 1525-ci ilə qədər olan hissəsi yoxdur.
Bu müddət ərzində aşağıdakı hadisələr baş vermişdir. 926-cı ildə Babur üçüncü Hindis-
tan səfərinə çıxmışdır. Həmin il Xan Mirzə Bədəxşanda öldüyü üçün Babur böyük oğlu Hü-
mayunu oraya vali təyin etmişdir. Qəndəhar bölgəsini ələ keçirdikdən sonra Qəhdəhar şəhə-
rini almağa çalışmış və 928-ci ildə buna nail olmuşdur.
929-cu ildən etibarən Baburun Hindistandakı işləri də asanlaşmışdır, çünki bəzi əfqan
Zəhirəddin Məhəmməd BABUR
268
III. HİNDİSTAN
HİNDİSTAN - 932 (18 OKTYABR 1525 - 8 OKTYABR 1526)
bəyləri Sultan İbrahim Ludiyə qarşı mübarizədə ondan kömək istəmişlər. Bu bəylərin dəstə-
yindən faydalanan Babur 930-cu ildə yenidən Hindistana girmiş, Lahor və Dibalpur şəhər-
lərini almış, Pəncabın böyük hissəsini ələ keçirmişdir. Ancaq Babur Kabilə döndükdən son-
ra ona kömək edən əfqan bəyləri Pəncabı almaq sevdasına düşmüşlər.
BABURNAMƏ
269
DOQQUZ YÜZ OTUZ İKİNCİ İLİN HADİSƏLƏRİ
932-ci il səfər ayının birində, cümə günü [=17 noyabr 1525] günəş ox-
atan bürcündə ikən Hindistan üzərinə yürümək niyyətilə hərəkət etdik, Yek-
Ləngə təpəsini aşaraq Dih-Yaqub çayının qərb tərəfindəki çayıra endik.
Biz bu yurdda ikən yeddi-səkkiz ay öncə Sultan Səid xanın hüzuruna
elçi olaraq göndərilmiş Əbdülmüluk Qurçu xanın Yengibəy Göyəldaş adlı
bir adamıyla birlikdə gəldi, xanımlardan və xandan məktublar və bəzi hədiy-
yələr gətirdi.
Əsgərin səfərə hazırlaşması üçün bu yurdda iki gün qaldıqdan sonra
hərəkət etdik, bir mənzildə dincələrək Badam-Çeşməyə endik. Burada mə-
cun yedik.
Çərşənbə günü Barik-Aba enəndə Xoca Hüseyn Divanın Lahorun gə-
lirindən göndərmiş olduğu iyirmi min şahruxi dəyərində altın, əşrəfi və tən-
gələri
1
Hindistanda qalan Nur bəyin kiçık qardaşlarındən biri gətirdi. Bunun
böyük bir qismini Bəlxin işləri üçün Bəlx ərbabından olan Molla Əhmədə
göndərdim.
Cümə günü, ayın səkkizində (252 a) Gəndəməkə enəndə şiddətli nəz-
ləyə tutuldum. Həmd olsun ki, asan keçdi.
Şənbə günü Baği-Vəfaya endik. Hümayun Mirzəni və o tərəfin əsgəri-
ni gözlədiyimiz üçün bir neçə gün Baği-Vəfada qaldıq. Baği-Vəfanın bö-
yüklüyü, səfası və gözəlliyindən bu əsərdə bir neçə dəfə söz edilmişdir. Ol-
duqca səfalı bir bağdır. Alıcı gözüylə baxan hər kəs onun necə bir yer oldu-
ğunu anlayar. Orada olduğumuz bu bir neçə gündə içki və səbuhi məclisləri
qurduq, içməyən günlərdə də məcun söhbəti keçirdik. Gecikdiyi üçün Hü-
mayuna çox sərt məktublar və şiddətli xitablar göndərdim.
Bazar günü, səfər ayının on yeddisində səbuhi məclisi keçirdik. Hü-
mayun gəldi. Çox gec gəldiyi üçün onu danladım. Xoca Kəlan da Qəznədən
elə o gün gəldi.
O bazar ertəsi axşamı Sultanpur ilə Xoca Rüstəm arasında salınmış
Yengi-Bağa [yeni bağ] endik.
Çərşənbə günü də oradan qalxıb sala mindik və Quş Künbəzə qədər
şərab içərək gedib Quş Künbəzdə saldan çıxıb ordugaha gəldik.
Ertəsi gün də orduya səfər əmri verib sala minərək məcun yedik. Hər
zaman endiyimiz yer Qırx Arx idi. Qırx Arxın qarşısına gələndə ətrafa nə
qədər baxsaq da, ordudan (252 b) bir əsər görünmədi. Atlar da meydanda
yoxdu. Gərm-Çeşmə yaxın olduğu üçün «bəlkə ordu oraya enmişdir» deyə
düşünərək buradan keçib getdik. Gərm-Çeşməyə çatanda gec olmuşdu. Ora-
1
Əşrəfi: altın sikkələrə verilən ümumi ad. Təngə: gerçək dəyəri bu gün dəqiq bilinmə-
yən bir pul vahidi.
Zəhirəddin Məhəmməd BABUR
270
da da qalmayaraq, gecə boyu yola davam etdik. Bir yerdə salı dayandırıb bir
az uyuduq. Sübh çağı Yadabirə çıxdıq. Sabah erkəndən qoşun gəlməyə baş-
ladı. Sən demə, ordu Qırx Arx civarına enibmiş, biz görəməmişik.
Salda Şeyx Əbülvəcd, Şeyx Zeyn, Molla Əlixan, Turdu bəy Xaksar
kimi şeir oxuyan çox adam vardı. Söhbətdə Məhəmməd Salihin
1
bu beyti
oxundu:
Məhbubiyi hər işvəkarira çi künəd kəs,
Caye ki tu başe digərira çi künəd kəs.
Hər işvəkarın məhbubluğunu insan nə etsin,
Sən olan yerdə başqa birinə nə lüzum var.
Bu örnəyə dair başqa beytlər söyləmələrini əmr etdim. Şeir yazanlar
söyləməyə başladılar. Molla Əlixana çox sataşırdılar. Sataşma qəblindən bu
beyt bədahətən ağlıma gəldi:
Manəndi tu mədxuşu qərira çi künəd kəs,
Hər gavquni madə xərira çi kunəd kəs.
Sənin kimi huşsuz bir axmağı insan nə etsin,
Hər öküz doğan dişi eşşəyi insan nə etsin.
Bu vaxta qədər yaxşı və pis, ciddi şəkildə və zarafatla, ağlıma gələn
hər şeyi dilxoşluq üçün nəzm edirdim, hər cür çirkin və qaba nəzmi də ya-
zırdım. O zamanlar Mübəyyin
2
əsərini nəzmə çəkirdim, halım sıxıntılı idi və
həzin könlümə belə bir fikir gəlmişdi: (253 a)
Heyf bulğay ol dildin kim, mundağ əlfəzni dərc qılğay,
Yana fikrini qəbih sözlərgə xərc qılğay,
Dariğ bulğay ol könqüldin kim, mundağ məani zühur etgəy,
Yana zişt xəyallar anda xütur etgəy.
O zamandan bəri də həcv və zarafat vadisində şeir və nəzm söyləmək-
dən vaz keçmişdim və tövbəli idim. Ona görə də bu beyti söyləyən zaman
bunlar heç ağlıma gəlmədi və bu anlam da heç bir vaxt könlümə doğmadı.
Bir-iki gün sonra Biqrama enəndə nəzləyə tutuldum və isitdim. Sonra
bu nəzlə öksürəyə çevirdi. Hər öksürəndə qan tüpürürdum. Hərarətim heç
aşağı düşmürdu. Birdən bunun haradan gəldiyini və iztirabımın səbəbini an-
ladım: «Kim əhdini pozsa, öz əleyhinə pozmuş olar. Və kim Allaha verdiyi
sözə əməl etsə, Allah ona böyük bir mükafat verər»
3
.
Nə qılayın sənin bilə, ey dil,
Cəhətindən mənim içim qandır.
Neçə yaxşı desən bu həzl ilə şeir
Birisi föhşü, biri yalandır.
1
Məhəmməd Salih: «Şeybaninamə» əsərinin müəllifi.
2
Mübəyyin: Baburun hüquqi səciyyə daşıyan, iqtisadiyyat və vergi siyasəti haqqında
nəzmlə yazılmış əsəri.
3
Quran, Fəth surəsi, 48:10.
BABURNAMƏ
271
Gər desən qoymayın bu cürm bilə,
Cilovunu bu ərsədən yandır (bu yoldan çevir).
Dedilər: «Rəbbimiz, biz özümüzə zülm etdik, əgər bizi bağışlamasan
və bizə acımasan, mütləq ziyana uğrayanlardan olarıq».
1
Bir bir daha bağışlanmağı diləyib tövbə edərək, bu cür batil fikirlərdən
və belə nalayiq alışqanlıqlardan könlümü çevirib qələmimi sındırdım. Bu
cür tənbehlər asi qullar üçün o dərgahdan gələn böyük bir dövlətdir və bun-
lar sayəsində ağıllanan hər qul üçün böyük bir xoşbəxtlikdir.
O axşam oradan hərəkət edib Əli-Məscidə endik. Bu yurd (253 b) dar
olduğu üçün mən daima bir təpənin üzərinə enirdim, əsgərin hamısı da mə-
nim endiyim təpənin uçurum tərəfinə baxan bir dərəyə enirdi. Gecə olanda
əsgərlərin tonqalları çox gözəl bir mənzərə yaradırdı. Buna görə də buraya
enəndə mütləq içərdik. Bu dəfə də içdik. Sabah olmadan öncə məcun yedik
və atlandıq. O gün oruc da tutdum. Gəlib Biqramın yanında düşərgə qurduq.
Ertəsi gün o yurdda qalaraq kərgədan ovuna çıxdıq. Biqramın önündə-
ki Siyah-Abdan keçib çayın aşağısına doğru bir halqa yaratdıq. Bir müddət
getdikdən sonra arxa tərəfdən bir adam gələrək, Biqramın lap yaxınında ki-
çık bir cəngəlliyə bir kərgədanın girdiyini və ətrafını mühasirəyə aldıqlarını
söylədi. Dərhal dördnala oraya getdik. Cəngəllikdə halqa qurub gurultu qo-
paranda kərgədan dışarı çıxıb ovaya doğru qaçdı. Hümayun və o tərəfdən
gələnlərdən heç kim kərgədan görməmişdi. Hamısı doyunca seyr etdi. Bir
küruha yaxın qovalayıb çoxlu ox vuraraq yerə sərdilər. Bu kərgədan adama
və ata hücum etmədi.
İki kərgədan daha vurdular. «Görəsən, kərgədan bir fillə qarşılaşsa,
əcəba, nə edər» deyə daim düşünürdüm. Bu dəfə filçilər filləri gətirirmişlər
və bir kərgədan (254 a) da onların tam qarşısına çıxıbmış. Filçilər bir az irə-
liləyincə kərgədan onlara qarşı dura bilməyib başqa bir tərəfə qaçıbmış.
Biqramda ikən bəzi bəylər və içkilər, bəxşilər və divanlarla birlikdə
altı-yeddi qismə ayrılaraq bütün əsgərin adlarını tək-tək yazıb saylarını he-
sablamaq üçün Nilab keçidində gəmilərə təyin edildilər.
Axşam nəzləyə tutuldum və təkrar isitdim. Bu nəzlə öksürüyə çevirdi.
Hər öksürəndə qan tüpürürdum. Çox ağır keçirdim, iki-üç gün sonra keçdi.
Biqramdan qalxıb yağmur altında Kabil çayının sahilinə endik. Hin-
distandan Dövlət xanla Qazi xanın [Ludi] iyirmi-otuz min əsgər toplayıb
Kəlanuru aldıqları və Lahor üzərinə yürümək istədikləri xəbəri gəldi. Orada-
kılara «Mənzil-mənzil irəliləyirik, biz gələnə qədər müharibə etməsinlər»
deyərək, Mömin Əli Tavaçını qasid olaraq göndərdik.
İki mənzildən sonra cümə axşamı günü, ayın iyirmi səkkizində Sind
sahilinə endik.
Şənbə günü, rəbiüləvvəl ayının ilk günü [=16 dekabr] Sind və Keçə-Qut
1
Quran, Əraf surəsi, 7:23.
Zəhirəddin Məhəmməd BABUR
272
sularından keçib çayın sahilinə endik. Gəmilərə minən bəylər, bəxşilər və
divanlar səfərə qatılan əsgərin saysını bildirdilər. Böyük və kiçık, yaxşı və pis,
nökər və nökər olmayan, hamısı on iki min adam olaraq qeyd edilmişdi.
Bu il buralarda mövsüm yağmuru az, dağ ətəyindəki vilayətlərdə isə
Dostları ilə paylaş: |