Baburnamə 3



Yüklə 5,03 Mb.
Pdf görüntüsü
səhifə26/46
tarix03.02.2017
ölçüsü5,03 Mb.
#7294
1   ...   22   23   24   25   26   27   28   29   ...   46

(219 a) Gecəni orada keçirib sabah tezdən kurqanın bürc və divarlarını təd-

qiq edərək təkrar ordugaha gəldim. 

Ertəsi sabah qalxıb Xoca-Xızır çayının sahilinə, oradan da Çendavəl 

çayının sahilinə endik. Bəcur kurqanına kömək üçün təyin olunanların oraya 

getmələrinə izin verdikdən bir-iki gün sonra bu şeir ağlıma gəldi, onu yazıb 

Xoca Kəlana göndərdim: 

Qərarü əhd be yar inçenin nəbud məra, 

Gəzid heç ru məra kərd biqərar axir. 

Be işvəhai-zəmanə çe çarə sazəd kəs 

Bəcur kərd cüda yarra zi yar axir. 



 

Yarla əhd və qərarımız belə deyildi, 

Axırda hicran məni biqərar etdi.  

Zəmanənin işvələrinə qarşı nə çarə var ki,  

Axırda Bacur yarı yardan ayırdı. 

Məhərrəm ayının on yeddisində, çərşənbə axşamı [=19 yanvar] Sultan 

Veys Səvadinin müxalifi Sultan Əlaəddin Səvadi  gəlib sədaqətini bildirdi. 

Cümə axşamı günü Bəcur ilə Çendavəl arasındakı dağda ov etdik. Bu 

dağın geyiyi qapqaradır, amma quyruğu başqa bir rəngdədir, deyəsən, bura-

dan aşağıdakı Hindistanın geyiyi bütün qapqaradır. O gün sarı bir quş  ələ 

keçdi, o da qaraydı, gözləri də qaraydı. Yenə o gün qartal bir geyik yaxaladı. 

Əsgərin azuqəsi azalmışdı. Kəhrac dərəsinə (219 b) gedib azuqə aldıq-

dan sonra Sevada, Yusif-zeyi əfqanlarına hücum çəkmək niyyətilə cümə gü-

nü oradan atlanaraq Çendavəl ilə Bəcur çayının birləşdiyi yerdə Pənc-Kürə 

çayının aralığına endik. 

Şah Mansur Yusif-zeyi bir qədər ləzzətli və kefləndirici kəmali

1

 gətir-


mişdi. Bir kəmalini üçə bölüb bir parçasını mən yedim, birini Gədayi Tağayi, 

birini də Abdullah Kitabdar yedi. Çox sərxoş etdi. O dərəcədə ki, axşam 

vaxtında bəylər toplanan zaman görüşməyə  çıxa bilmədim. Qəribə bir şey 

idi.  İndi o cür kəmalidən birini bütün yesən belə o günkünün yarısı  qədər 

sərxoşluq yaratmır. 

                                                           

1

 Kəmali: məcuna bənzəyən ləzzətli, nəşə verən narkotik bir maddə. 



Zəhirəddin Məhəmməd BABUR  

 

 



236

Oradan qalxıb Kəhrac dərəsi ilə Pişqram dərəsinin ağzına yaxın bir 

yerə, Pənc-Kürənin önünə endik. Bu yurdda ikən topuğa qədər qar yağdı. 

Buralarda qar nadir yağırmış, əhali heyrət elədi. 

Sultan Veys Səvadinin də razılığı ilə  əsgərin ehtiyacı üçün Kəhrac 

əhalisinə dörd min eşşək yükü azuqə vergisi qoyuldu və bu azuqənin yığımı 

üçün Sultan Veys göndərildi. Qaba dağ əhalisi heç bir zaman belə vergi ver-

məmiş olduğu üçün azuqəni verə bilməyərək sıxıntıya düşdü. 

Məhərrəm ayının iyirmi üçündə  çərşənbə axşamı günü [=25 yanvar] 

Hindu bəyin komandanlığında əsgərlər Penc-Kurəyə axına göndərildi. (220 



a)  Pənc-Kürə dağın ortasından bir az daha yuxarıda yerləşi. Pənc-Kürə 

kəndlərinə gedə bilmək üçün bir küruha yaxın yamac dırmanmaq lazımdı. 

Əhalisi qaçıb getmişdi. Bir qədər davar, öküz və xeyli azuqə gətirdilər. 

Ertəsi sabah əsgər bu dəfə Qoç Bəyin komandanlığında təkrar axına 

göndərildi. Ayın iyirmi beşində, cümə axşamı günü [=27 yanvar] əsgərə 

azuqə təmin etmək üçün Kəhrac dərəsinin içinə, Mandiş kəndlərinə endik. 

Hümayundan sonra onunla doğma qardaş bir neçə oğlan dünyaya gəl-

miş, lakin heç biri yaşamamışdı. Hindal isə hələ doğulmamışdı. Mandiş ci-

varlarında olduğumuz günlərdə [Baburun arvadı və Hümayunun anası] Ma-

hım [bəyimdən] bir məktub gəldi. Məktubunda «Mənə bəxtim və taleyim nə 

isə, istər oğlan, istər qız olsun, bir uşaq verin. Mən onu özümə övlad edib 

böyüdüm» deyə yazmışdı. 

Bazar günü ayın iyirmi altısında biz hələ yurdda ikən Hindalı Mahıma 

verib məktublarla birlikdə Yusif Əli Riqabdar Kabilə göndərildi. Hindal hə-

lə doğulmamışdı. 

Bu sözün təfsilatı belədir: onun doğma bacı-qardaşlarından o zamana 

qədər ondan kiçık və digərlərinin hamısından böyük bir qardaşı və üç bacısı 

vardı. Mehricandan başqa hamısı kiçıkkən öldülər. Bir doğma qardaşının ol-

masını çox istəyirdi. 

O günlərdə [Baburun digər arvadı] Dildar ağaçə hamilə idi. Mən də 

«Onun bir qardaşı olsaydı, yaxşı olardı» dedim. Validə həzrətləri də «Dildar 

ağaçə bir oğlan doğsa və onu alıb böyütsəm, necə olar?» dedi. Mən də «Çox 

yaxşı olar» dedim. 

Qadınlar arasında oğlanmı, yoxsa qızmı olacaq deyə fala baxmaq adəti 

vardır. İki kağızdan birinə Əli və ya Həsən, digərinə də Fatma yazıb bu iki 

kağızı çamurla yoğurub bir tas suyun içinə qoyurlar. Hansı  əvvəl açılırsa, 

ona görə hökm edirlər. Oğlan çıxsa oğlan, qız çıxsa qız olacaq deyirlər. Fala 

baxdılar və oğlan çıxdı. Müjdə olduğu üçün dərhal bir məktub yazıb göndər-

dik. Bir neçə gün sonra Allah bir oğlan əta elədi. 

Məktubu almazdan üç gün əvvəl uşaq dünyaya gələr-gəlməz onu zorla 

anasının yanından alaraq evimizə gətirib saxlamışlar. Doğum xəbərini gön-

dərdilər. Bu xəbər Bxirə alındığında gəldi və bunu uğur saydıq. Adını Hin-



BABURNAMƏ 

 

237



dal qoydular. Bu şəkildə o mənim həm kiçık qardaşım, həm də oğlum olur

1



Bu yurdda olanda Mandiş vilayətində  dərənin ortasında, bir yüksək 

yerin üstündə daşlardan böyük bir taxt tikildi. Oraya ağ çadır və səfər çadırı 

birlikdə sığdı. Bu taxtın daşlarının hamısını içkilər və sipahilər daşımışdı. 

Yusif-zeyi əfqanlarmdan Məlik Şah Süleymanın oğlu Məlik Şah Man-

sur gələrək öz sədaqətini (220 b) göstərdi. Yusif-zeyi ulusunun xeyri üçün 

onun qızını istədim. Biz o yurdda ikən Şah Mansurun qızıyla birlikdə Yusif-

zeyinin cehizinin də gəldiyini xəbər verdilər. Axşam üstü şərab məclisi qu-

ruldu. Məclisə Sultan Əlaəddin də dəvət edilərək xas xələt əta edildi. 

Bazar günü, ayın iyirmi səkkizində [=30 yanvar] qalxıb Kəhrac dərə-

sindən çıxıb endik. Şah Mansurun kiçık qardaşı Tavus xan qardaşı qızını biz 

o yurdda ikən gətirdi. 

Bisut xalqının Bəcur kurqanındakılarla  əlaqələri olduğu üçün onları 

köçürdüb Bəcur kurqanına gətirməsi üçün Yusif Əli Bəkavul oraya göndə-

rildi. Kabildə qalan əsgərlərə də gəlmələri üçün fərmanlar göndərildi. 

Səfər ayının üçündə, cümə günü [=4 fevral] Pənc-Kürə çayı ilə Bəcur 

çayının birləşdiyi yerə endik. Ayın beşində, bazar günü [=6 fevral] Bəcura 

gedib Xoca Kəlanın  evində içki məclisi qurduq. 

Ayın yeddisində, çərşənbə axşamı günü [=8 fevral] bəyləri və diləzaq 

əfqanlarmm böyüklərini çağırıb danışaraq buna qərar verildi: ilnin sonu 

gəlmiş  və günəşin hut bürcünə girməsinə bir-iki gün qalmışdır, ovalardakı 

məhsul da tamamən yığılmışdı. Bu zamanda Səvada getsək, əsgər azuqə ta-

pa bilməyəcək və korluq çəkəcəkdir. (221 a) Ona görə Enbaher və Pani-Yali 

yoluyla yürüyərək Heşnəgarin yuxarı tərəfindən Səvad çayını keçib Yusif-

zeyiyə aid Səngür-Mahura qarşısındakı ovada yaşayan Yusuf-zeyi və  Mə-

həmməd-zeyi əfqanlarına axın etmək lazımdır. Gələcək il bir az daha erkən-

dən, əkin zamanında gəlib bu əfqanların işini kökündən həll etmək lazımdır. 

Buna qərar verib ertəsi çərşənbə axşamı günü Sultan Veys ilə Sultan 

Əlaəddinə atlar və xələtlər əta edib vədlərdə bulunub getmələrinə izin ver-

dik və biz də oradan qalxıb Bəcur qarşısına endik. Şah Mansurun qızını sə-

fərdən dönüncəyə qədər Bəcur kurqanında qoydum. 

Ertəsi gün atlanaraq Xoca-Xızırı keçib endik. Xoca Kəlana burada ay-

rılması üçün izin verildi. Saray müxəlləfatı, artıq əsgər ləvazımı və ağır yük-

lər Künər yoluyla Ləmqana göndərildi.Ertəsi sabah qalxıb ağır yükü və 

dəvələri Xoca Mir Miranin idarəsinə verib Curğatu və Darvaza yoluyla Qa-

raquba keçidinə göndərdikdən sonra, biz də  xəfif atlarla hızla irəliləyərək 

Enbaher keçidini aşıb ikindi vaxtından bir az əvvəl Pani-Yaliyə endik. 

Uğanverdi bir neçə adamla birlikdə dil tutmaq üçün irəliyə göndərildi. 

Əfqanlarla aramız yaxın olduğu üçün erkəndən hərəkət etmədik. Uğanverdi 

                                                           

1

 Bu sözün təfsilatı belədir ibarəsi ilə başlayan abzasdan buraya qədər olan hissə rusça 



nəşrdə buraxılmışdır. 

Zəhirəddin Məhəmməd BABUR  

 

 



238

çeşt vaxtında gəldi. Bir əfqanı yaxalayıb başını kəsmiş, (221 b) gələrkən də 

başı yolda salmışdı. Arzu edilən dəqiq xəbəri gətirmədi. 

Günorta üstü qalxıb Səvad çayı keçdik və ikindidən bir az əvvəl endik. 

Axşam üstü hərəkətə keçib sürətlə yürüdük. Günəş bir nizə boyu yüksələndə 

önçü olaraq göndərilmiş olan Rüstəm Türkmən əfqanların xəbərdar olub hə-

rəkətə keçdiyi və xeyli əfqanın dağ yoluyla getdiyi xəbərini gətirdi. Bunu 

eşidincə daha da sürətli irəliləyərək axınçıları irəli göndərdik. Gedib bir çox 

əfqanı öldürüb başlarını kəsərək xeyli əsirlə birlikdə öküz və davar gətirdilər. 

Diləzaq əfqanları da bir neçə baş kəsib gətirdilər. Oradan qayıdaraq Katləng 

civarına endik. Saray müxəlləfatını sövq etməkdə olan Xoca Mir Miranın 

yanına qılavuz göndərib Məqamda bizə qoşulmas tapşırıldı. 

Ertəsi sabah qalxıb Katləng ilə Məqam arasına endik. Şah Mansurun 

adamı  gəldi. Xosrov Göyəldaş ilə  Əhmədi Pərvançı xeyli adamla birlikdə 

müxəlləfatı qarşılamağa göndərildi və ayın on dördündə, çərşənbə axşamı 

günü [=15 fevral] Məqama enəndə gəlib bizə qoşuldular. 

Burada otuz-qırx il əvvəl Şahbaz Qələndər adlı bir bidətçi çıxmış və 

Yusif-zeyilərin və diləzaqların bir qisminı dindən çıxarmışdı. Məqam dağı-

nın önündə alçaq bir təpə (222 a) var. Oradan bütün ovalar görünür. Şahbaz 

Qələndərin qəbri orada idi. Ətrafı gəzərkən oraya gəldim, incələdim. «Belə 

havalı bir yerdə bidətçinin qəbri nə  gəzir» deyə düşündüm.  Əmr etdim, 

oranı dümdüz etdilər. Çox gözəl və havalı bir yer olduğu üçün orada bir az 

məcun yeyərək bir müddət oturduq.  

 

İLK HİNDİSTAN SƏFƏRİ 

 

Bəcurdan Bxirəyə yürümək niyyətilə qayıtmışdım. Kabilə  gələndən 

bəri hey Hindistan səfəri niyyətindəydim, amma bəzi maneələr üzündən nə-

sib olmurdu. Üç-dörd ay davam edən Bəcur səfərindən də əsgərin əlinə cid-

di bir şey keçmədi. 

Hindistanın sərhəddi Bxirə yaxın olduğu üçün «Dərhal və yüngül si-

lahlarla girsək, görəsən, əsgərin əlinə bir şey keçərmi» deyə düşündüm. Bu 

niyyətlə dönərək əfqanlara axın edib Məqama enəndə mənə sadiq olan bə-

ziləri belə dedilər: «Hindistana girsək, gərək əsaslı girək. Əsgərin bir qismi 

Kabildə qaldı  və bir dəstə yaxşı igid də  Bəcurda qoyuldu. Atların zəifliyi 

üzündən bir çoxları da Ləmqana döndü. Buraya gələnlərin atları elə bitkin 

bir haldadır ki, bir gün belə sürətli qaça bilməzlər». 

Düzdür, bu sözlər doğru idi, lakin artıq qərar verilmişdi, bu hesablara 

aldırmadan sabah tezdən  (222 b) oradan qalxdıq və Sind çayının keçidinə 

doğru hərəkətə keçdik. 

Sind çayının keçidini aramaq üçün Mir Məhəmməd Caləban böyük və 

kiçık qardaşları bir neçə igid ilə birlikdə çayın yuxarı  və  aşağı  tərəflərinə 


BABURNAMƏ 

 

239



göndərildi. 

Əsgəri çay tərəfinə göndərib özüm də kərgədan ovlamaq üçün Kərk-

xana dedikləri Səvati tərəfinə getdim. Bir neçə kərgədan göründü, lakin cən-

gəllik çox sıxdı və cəngəllikdən dışan çıxmadılar. Balalı bir kərgədan düzlü-

yə  çıxıb qaçmağa başladı. Bir çox ox atdılar. Kərgədan özünü yaxındakı 

cəngəlliyə vurdu. Cəngəllikə od vurdular, lakin o kərgədan tapılmadı. Digər 

bir kərgədan balası odda yanmış, qıvrılırdı. Onu boğazladılar və hər kəs bir 

parça aldı. Səvatidən dönüb ətrafı dolaşdıqdan sonra yatsı vaxtında orduga-

ha gəldik. Keçid aramağa gedənlər bir keçid tapıb qayıtmışdılar. 

Ertəsi sabah cümə axşamı günü, ayın on altısında [=17 fevral] at, dəvə 

və yüklərlə birlikdə keçiddən keçdik. Ordugah bazarını, yayaları və eşşəklə-

ri salla keçirdilər. O gün keçid başında ikən nilablılar zirehli bir at və üç yüz 

şahruxi hədiyyə ilə gəlib məni gördülər. 

Hamı keçincə  həmin gün günorta vaxtı  hərəkət edilib gecənin bir 

pasına qədər yürüyərək, Keçəküt çayının yaxınına endik. Oradan da sabah 

hərəkət eddi və Keçəküt çayını keçib günortaya yaxın bir vaxtda Səngdəki 

keçidi aşaraq (223 a) düşərgə qurduq. 

Seyid Qasım eşik-ağa çağdavul idi. Arxadan bizim qatarların dalınca 

gələn qücurları ələ keçirərək bir neçə baş kəsib gətirdi. 

Səngdəkidən səhər vaxtı hərəkət etdik və günortadan az sonra Suhan 

çayını keçərək düşərgə qurduq. Əsgərin arxası gecə yarısına qədər gəlməyə 

davam etdi. Çox uzun bir köç idi, atların gücsüzlüyü və  zəifliyi üzündən 

fövqəladə çətin oldu. Bir çox at geridə qaldı.  

Bxirədən şimala doğru yeddi küruh məsafədə bir dağ vardır. Bu dağ 



Zəfərnamə  və digər bəzi kitablarda Kuhi-Cud adıyla anılır. Bu adın veril-

məsinin səbəbini bilmirdim, amma sonradan öyrəndim: Bu dağda eyni ata-

nın nəslindən olan iki xalq vardır, birinə Cud, digərinə Cəncuhə deyirlər. Bu 

dağdakı  və Nilab ilə Bxirə arasındakı  qəbilələrə  əskidən bəri bunlar hökm 

edir və  fərman verirlərmiş. Ancaq bu idarə dostcasına və qardaşcasına bir 

idarə imiş. Xalqdan hər istədiklərini ala bilmirlərmiş. Əskidən bəri vergi ki-

mi bir şey müəyyənləşdirmişlər, bunların aldığı  və onların verdiyi bundan 

nə artıq, nə də əskik deyilmiş. Müəyyənləşdirilən şey budur: ev başına bir 

şahruxi, hər ailə başçısı isə yeddi şahruxi verir və əsgərə də gedirlərmiş. 

Cud və Cəncuhənin hər ikisi də bir neçə qola ayrılır. Bxirədən yeddi 

küruh məsafədə yerləşən bu dağ Hinduquş silsiləsinə aid olan Kəşmir (223 

b) dağlarından ayrılaraq cənub-qərbə uzanmaq surətilə Dinqutun ayağında 

Sind çayında sona çatır. Bu dağın bir yarısında Cud, digər yansında isə 

Cəncuhə xalqı yaşayır. Bu dağa Cuda nisbətlə Kuhi-Cud demişlər. 

Bunlar arasındakı ən etibarlı olan böyüyə ray deyə xitab edilir, digər 

kiçık qardaşa və oğluna da məlik deyirlər. Cəncuhələr Ləngər xanın dayıları 

olur. Suhan çayının civarındakı qəbilələrin hakiminin adı Məlik Həstdi. Əsil 



Zəhirəddin Məhəmməd BABUR  

 

 



240

adı Əsəddir. Hindistanlılar belə hərəkələri bəzən sükunla oxuyurlar, xəbərə 



xəbr dedikləri kimi, əsədə də əsd deyirlər və bu söz zamanla həst olmuşdur. 

Biz enər-enməz Ləngər xanı Məlik Həst Cəncuhənin yanına göndədik. 

Sürətlə gedib onu inayət və  şəfqətimizə  əmin edərək yatsı vaxtı özünü də 

götürüb gətirdi. Bir zirehli at gətirib mülazimət etdi. Özü iyirmi iki-iyirmi 

üç yaşlarında vardı. Bu xalqın heyvan sürüləri ordugahın ətrafında və civa-

rında xeyli çox idi. 

Hələ Hindistanı ələ keçirmək niyyətindəydik. Bxirə, Xoşab, Çanab və 

Cenyut kimi bir neçə vilayət nə müddətdir türk idarəsindəydi və bunları öz 

mülkümüz kimi düşünürdük; zorluqla, ya xoşluqla idarəni  ələ alacağımıza 

əmindik. Bu səbəblə bu dağ xalqıyla yaxşı münasibətlərdə olmaq vacib və 

gərəkli idi. (224 a) Onun üçün də «Heç kəs bunların heyvan sürülərinə, ip 

ucu və iynə ulduzu qədər belə zərər və ziyan vurmasın» deyə fərman oldu. 

Sabah oradan qalxıb günorta vaxtı Kəldə-Kəhara gəlib endik. Ətraf və 

civarı bol otluq idi. Bu Kəldə-Kəhar çox gözəl bir yerdədir. Bxirənin on kü-

ruh məsafəsində, Cud dağlarının arasında bir düzlük və bu düzlüyün ortasın-

da böyük bir göl var. Bu göl ətrafındakı dağlardan yığılan yağış sularından 

yaranmışdır. Çevrəsi üç küruha yaxındır və  şimal tərəfində gözəl bir çayır 

vardır. Qərbində isə dağın təpəsində bir çeşmə vardır. Bu su gölə baxan tə-

pələrdə yaşamaq imkanı verdiyi üçün buraya Baği-Səfa adında bir bağ  sal-

dırdım. Çox gözəl, havalı və səfalı bir yerdədir. Daha sonra təfsilatıyla nəql 

ediləcəkdir. 

Kəldə-Kəhardan səhər vaxtı atlandıq. Hemtatu keçidinin başında yer-

lilərdən bir neçə adak kiçik hədiyyəylə  gəlib sədaqətlərini bildirdilər.  Əb-

dürrəhim Şiğavulu da bu gələn adamlarla birlikdə Bxirə xalqını öz tərəfim-

izə  çəkməyə çalışaraq «Bu vilayətlər  əskidən bəri türkün olmuşdur, saqın 

ola ki qorxu və təlaşa yol verib xalqı təlatümə salmasınlar; bu vilayətin xalqı 

ilə  səmimiyyətimiz vardır və heç bir yağmalama olmayacaqdır» deyə 

söyləməsi üçün Bxirəyə göndərildi. 

Çeşt vaxtı keçidin dibinə enib (224 b) Qurban Çərxi və Əbdülmüluk 

Həstinin rəhbərliyi altında yeddi-səkkiz adamı xəbər bilmək üçün irəli gön-

dərldik. İləri gedənlərdən biri olan Mir Məhəmməd Mehdi Xoca yanında bir 

adam gətirdi. Bu əsnada əfqanların böyüklərindən bir neçəsi də hədiyyələrlə 

gəlib mülazimət etdilər. Xalqı öz tərəfimizə çəkmək üçün Ləngər xanla bir-

likdə bunları da Bxirə xalqının yanına göndərdik. 

Keçidi aşıb cəngəllikdən çıxaraq, sağ və sol qollar ilə mərkəz səfləri 

nizamla düzərək Bxirəyə doğru hərəkət etdik. Bxirəyə yaxınlaşanda Bxirə-

nin böyükləri ilə birlikdə Dövlət xan Yusif-Heylin oğlu Əli xanın adamla-

rından Siqdu oğlu Divə Hindu yanımıza gələrək bir at hədiyyə edib mülazi-

mət etdi. Günortaya doğru Bxirə əhalisinə zərər və ziyan vurmadan Bxirənin 

şərqindəki Bəhət çayının kənarında bir otluqda düşərgə qurduq. 



BABURNAMƏ 

 

241



 

BXİRƏNİN SON DÖNƏMİNƏ AİD TARİXİ BİLGİLƏR 

 

Teymur bəyin Hindistan səfərindən bəri



1

 Bxirə, Xoşab, Çanab və Cen-

yut kimi bir neçə vilayət Teymur bəyin övladlarının və onların soyundan gə-

lənlərin və onlara tabe olanların hakimiyyəti altında idi. [Teymur bəyin oğ-

lu] Şahrux Mirzənin  nəvəsi və Suyurqatmış Mirzənin  oğlu Sultan Məsud 

Mirzənin  -ki, Kabil və Zabil vilayətinin idarəsini o zamanlar əlində tutduğu 

üçün ona Sultan Məsud Kabili deyirdilər- yetirmələrindən olan Mir Əli bə-

yin üç oğlu -Baba Kabili, Dərya xan (225 a) və sonraları Qazi xan dedikləri 

Apağ xan- Sultan Məsud Mirzənin  oğlu  Əli  Əsgər Mirzənin  ölümündən 

sonra Kabil, Zabil və bəhs edilən bu Hindistan vilayət və pərgənələrinə

2

 zor-


la sahib olmuşdular. [Baburun babası] Sultan Əbu Səid Mirzənin zamanında 

Kabil ilə Qəznə bunların əlindən çıxdı, amma Hindistandakı vilayətlər bun-

ların əlində qaldı. 

Doqquzyüz onuncu ildə [=1504] Kabilə ilk gəldiyim il Hindistana gir-

mək niyyətilə Xeybərdən keçərək Perşavəra gələndə Baqi Çağanyaninin 

qeyrətiylə  aşağı  Bəngəş  tərəfində yerləşən Kühətə yürüyərək  Əfqanistanın 

bir çox yerlərinə axın edib Bennu və Dəst yağmalandıqdan sonra Düki yo-

luyla çıxmışdıq. 

O günlərdə Bxirə, Xoşab və Çanabin idarəsi Mir Əlinin nəvəsi və Qa-

zi xanın oğlu olan Seyid Əli xanın əlində idi. O da İskəndər Bəhlul [Ludi] 

adına xütbə oxutdururdu və ona tabe idi. Bu səfərdən şübhələnib Bxirəyi bu-

raxaraq Bəxət çayından keçib Bxirənin Şirqut kəndinə yerləşmişdi. 

Bir-iki il sonra bizə görə Seyid Əli xanla əfqanların arası dəydi. O da 

bu üzdən qorxu və təlaşa qapılaraq bu vilayətləri o günlərdə Lahorun hakimi 

olan Tatar xan Yusif-heylin oğlu Dövlət xana [Ludi] (225 b)  təhvil verdi. 

Dövlət xan da Bxirəni ən böyük oğlu Əli xana vermişdi. O vaxt Bxirə Əli 

xanın hakimiyyəti altında idi. 

Dövlət xanın atası Tatar xan Hindistanı ələ keçirdikdən sonra Bəhlulu 

[Ludi] padşah edən altı-yeddi sərdardan biri idi və Setlüc çayının şimal tə-

rəfindəki vilayətlərin hamısı bu Tatar xanda idi. Bu vilayətlərin gəliri üç ku-

rurdan

3

 bir az artıqdır. Tatar xanın vəfatından sonra Sultan İskəndər öz pad-



şahlığı zamanında bu vilayəti Tatar xanın övladından almış və mənim Kabil 

vilayətinə gəlişimdən bir-iki il əvvəl Dövlət xana yalnızca Lahoru vermişdi.  

Ertəsi gün bəzi lazımi yerlərə axınçılar göndərildi. O gün Bxirəni gəz-

                                                           

1

 Teymur bəy Hindistan səfərinə 1398-ci ilin martında başlamış və Dehli kimi uzaq yer-



lərə qədər axın edib yağmaladıqdan sonra 1399-cu ilin aprelində Səmərqəndə dönmüşdü. 

2

 Pərgənə: Hindistanda böyük vilayətlərə tabe olan daha kiçık ərazi-inzibatı vahidlərinə 



verilən ad. 

3

 Kurur: Hindistanda on milyona uyğun gələn bir rəqəm. 



Zəhirəddin Məhəmməd BABUR  

 

 



242

dim, həmin gün Səngər xan Cəncuhə gələrək at hədiyyə edib sədaqətini bil-

dirdi. 

Çərşənbə günü, ayın iyirmi ikisində [=23 fevral] Bxirənin böyükləri 



ilə tüccarlarını çağırıb dörd yüz min şahruxi asayiş fidyəsi alınmasına qərar 

verildi və bu iş təhsildarlara tapşırıldı. Təkrar hərəkət edib ətrafı gəzdik və 

bir gəmiyə minərək məcun yedik. 

Bxirə və Xoşabda yaşayan bəlucların yanına Heydər Ələmdar göndə-

rilmişdi. Onlar cümə axşamı sabahı badam çiçəyi rəngində cins bir at hə-

diyyə edərək sədaqətlərini bildirdilər. 

Əsgərin Bxirə əhalisini taladıqları və soyduqları bildirildi. (226 a) Tez 

adamlar göndərib belə hərəkət ədənlərin bəzilərini edam etdirdim, bəziləri-

nin da burunlarını dəldirib ordugahd a gəzdirtdim. 

Cümə günü xoşablıların ərzi-halı gəldi. Xoşaba getməyə Şah Şüca Ar-

ğunun oğlu Şah Həsən məmur edildi. Şənbə günü, ayın iyirmi beşində [=26 

fevral] Şah Həsən Xoşaba göndərildi. 

Bazar günü elə yağış yağdı ki, bütün düz yerlər su oldu. Bxirə ilə or-

dugahın yerləşdiyi bağlar arasında kiçık bir su vardı. Günortaya qədər onun 

genişliyi böyük bir çay qədər oldu. Bxirənin yaxınlığında bir ox atımından 

artıq yerdən keçid yoxdu, at üzdürərək keçirdilər. Günortadan sonra yüksə-

lən suyu görmək üçün hərəkət etdim. Yağış və fırtına o qədər arttı ki, dönüb 

ordugaha gəlmək belə təhlükəli oldu.  

Günortadan sonra bu daşan sudan, at üzdürərək keçdim. Əsgərdə föv-

qəladə bir vahimə yarandı. Çoxu çadırlarını və ağır yüklərini buraxıb zireh-

lərini və silahlarını çiyinlərinə alıb çılpaq atlarını üzdürərək keçdilər. Düz 

yerlərin hamısı su altında qalmışdı. Sabah tezdən gəmilər gətirib əsgərin ça-

dırlarım və əşyalarını gəmiylə keçirdilər. Günortaya yaxın Qoç bəyin adam-

ları suyun bir şeri qədər yuxarı tərəfinə gedib bir keçid tapdılar. Geridə qa-

lanlar da keçiddən keçdilər. 

Cahannüma dedikləri Bxirə kurqanının içində (226 b) bir gün qaldıq 

və  çərşənbə axşamı sabah hərəkət edilib yağmurun və selin qorxusundan 

Bxirənin şimal tərəfindəki təpələrin üzərinə endik. 

Bu arada təyin olunan pulu vaxtında ödəmirdilər. Vilayəti dörd hissə-

yə ayırdım və bəylərə bu pulu diqqətlə yıqmalarını əmr etdim. Bir hissəyə 

Xəlifə [Nizaməddin  Əli Barlas], bir hissəyə Qoç [bəy], bir hissəyə [Dost] 

Nasir, bir hissəyə isə Seyid Qasım ilə Mühib Əli Qurçu təyin edildi. Türk-

lərin yaşadıqları vilayətləri özümüzünkü saymışdıq. Bu üzdən də oralar yağ-

malanmadı. 

Xalq arasında danışırdılar ki, türkə aid olan vilayətlərə sülh üçün elçi 

getsə, onların hakimləri problem yaratmayacaqlar. Beləliklə, rəbiüləvvəl 

ayının ilk günü, cümə axşamı günü [=3 mart] atası Sultan İskəndərin bu son 

beş-altı ay içində ölməsindən sonra Hindistan səltənətinı  əlinə alan Sultan 



BABURNAMƏ 

 

243



İbrahimin yanına elçi olaraq getməyi Molla Mürşidə tapşırdım və bir şahin 

göndərib əskidən türkə aid olan vilayətləri istədik. Dövlət xana və Sultan İb-

rahimə yazılmış məktubları təslim edib ağızdan söylənəcək sözləri də söylə-

yərək Molla Mürşidin getməsinə izin verildi. 

Bu Hindistan əhalisi və ələlxüsus da əfqanlar çox axmaq, düşüncədən 

və tədbirdən uzaq insanlarmış. Nə düşmənçilik göstərərək vuruşmaq və qar-

şı çıxmaq, nə də dostluq yolunu (227 a) seçə bilirdilər. Dövlət xan göndər-

diyimiz adamı uzun müddət Lahorda saxlamış, nə özü görüşmüş, nə də İbra-

himin yanına göndərmişdi. Göndərdiyimiz adam da heç bir cavab ala bilmə-

dən bir neçə ay sonra Kabilə qayıtdı. 

Cümə günü, ayın səkkizində Şeybani Piyada ilə indi tüfəngəndaz olan 

Dərviş  Əli Piyada Kabildən məktublarla birlikdə Hindalin doğum xəbərini 

gətirdilər. Bu xəbər hindin ələ keçirilməsi zamanı gəldiyi üçün bunu uğurlu 

əlamət sayaraq ona Hindal adını verdim. 

Qənbər [Əli] bəy də  Bəlxdən gələrək [Bədiüzzaman Mirzənin oğlu] 

Məhəmməd Zaman Mirzənin məktublarını gətirdi. 



Yüklə 5,03 Mb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   ...   46




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin