(204 a) Qənimətin dəftərə keçirilən bu beşdə biri on altı min qoyun tutdu ki,
bu da səksən minin beşdə biridir. Tələf olan və hörmət edilib alınmamış
olanlarla birlikdə, heç şübhəsiz, yüz min qoyun vardı.
BABURUN QATILDIĞI BİR OV
Zəhirəddin Məhəmməd BABUR
218
Ertəsi gün oradan qalxıb Kəttəvaz ovasında sürək ovu quruldu. Bu
ovanın geyik və qulanı daima ətli və çox olur. Dairənin içərisinə çox qulan
və geyik girdi. Xeyli qulan və geyik vurdular.
Ov əsnasında mən də bir qulanı təqib etdim və yaxınlaşaraq bir ox at-
dım. Bir ox daha atdım, lakin bu yaralar ona yerə yıxacaq dərəcədə təsir et-
məmiş, yalnızca bu iki yara üzündən qaçması bir az yavaşımışdı. Atımı
mahmızladım. Gizlicə yaxınlaşaraq iki qulağı arasından tam ənsəsinə qılınc-
la vurdum. Başı kəsilib yalnız qırtlağından asılı qaldı, sıçrayıb öldü. Az qala
arxa ayağı üzəngimə ilişəcəkdi. Qılıncım çox yaxşı kəsdi. Çox kök bir qulan
idi. Bir qarışa yaxın yağı vardı.
Şirim Tağayi və Moğolistan qulanı görmüş olan digər bəziləri də hey-
rətlə «Biz Moğolistanda bu qədər kök qulan az görmüşük» dedilər.
O gün bir qulan daha vurdum. Bu ovda ələ keçən qulan və geyiklərin
çoxu kök idi, lakin heç biri mənim vurduğum qulan qədər yağlı deyildi.
Bu axından dönüb Kabilə gəldik.
ŞEYBANİ XANIN XORASANI ƏLƏ KEÇİRMƏ TƏŞƏBBÜSÜ
Keçən ilnin sonlarında Şeybani xan Xorasanı ələ keçirmək niyyətilə
Səmərqənddən qoşun (204 b) çəkmişdi. Əndəxudu əlində tutan namussuz və
nankor Şah Mansur Bəxşi Şeybani xanın yanına adamlar göndərib onun gəl-
məsini sürətləndirmiş və Əndəxud civarına gələndə də bu namussuz hərif
«Adam göndərdim» deyə özbəklərə etimad edib bəzənərək və başına lələk-
lər taxaraq, peşkəş və hədiyyələrlə qarşılamağa çıxınca başıboş özbəklər hər
tərəfdən hücum edərək bu alçağı, hədiyyələri və yanındakı adamları birlikdə
yağmalamışlar.
Bədiüzzaman Mirzə ilə Müzəffər Mirzə, Məhəmməd Burunduq Barlas,
Zünnun bəy Arğun hamısı Baba-Xaki civarında qoşunla birlikdə oturmuş-
dular, nə savaşmaq nə də kurqanı gücləndirmək üçün hazırlıq görməmişdilər.
Heç bir işi qərarlaşdırmadan və nə edəcəklərini dəqiq olaraq bilmədən çaş-
qın bir vəziyyətdə otururdular.
Məhəmməd Burunduq bəy iş bilən adamdı. «Müzəffər Mirzə ilə mən
Herat kurqanını gücləndirək, Bədiüzzaman Mirzə ilə Zünnun bəy də Heratın
ətrafındakı və civarındakı dağlara gedib Sistandan Sultan Əli Arğunu, Qən-
dəhar və Zəmindavərdən Şah bəy ilə Müqimi əsgərləri ilə birlikdə özlərinə
qatsınlar. Bütün həzarə və nəkdəri əsgərlərini də toplasın, hazırlıq görüb
yürüsünlər. Düşmənin dağlara getməsi zor olacaq, həm də dışarıdakı əsgərin
qorxusundan kurqanın üstünə də gələ bilməzlər» demiş və çox doğru söylə-
mişdi, ağlına çox yerində (205 a) bir fikir gəlmişdi.
Zünnun Arğun cəsur olmasına baxmayaraq xəsis və tamahkar, fikir və
tədbirdən uzaq, gic və dəlisov bir adamdı. O zaman böyük və kiçık qardaş-
BABURNAMƏ
219
lar Heratda ortaq bir şəkildə hakim idilər və o da -daha öncə söylədiyim ki-
mi- Bədiüzzaman Mirzənin yanında ixtiyar sahibiydi. Tamahkarlığı üzün-
dən Məhəmməd Burunduqun şəhərdə qalmasına razı olmadı və özünün şə-
hərdə qalmasını düşündü, lakin bunu da bacarmadı.
Onun axmaqlığına və dəliliyinə bundan daha yaxşı bir dəlil ola bilərmi
ki, bir dəstə saxtakar və hiyləgərin yalanlarına və öygülərinə inanaraq özünü
rəzil və rüsvay elədi. Bu hadisənin təfsilatı belədir: Heratda bu qədər etibar
və iqtidar sahibi olanda bir neçə şeyx və molla onun yanına gəlib deyirlər ki:
«Kütub bizimlə münasibətdə bulunur, sənə hizəbrullah [Allahın aslanı] ləqə-
bi verildi. Sən özbəkləri yenəcəksən». O da bu sözlərə inanaraq, boynuna fi-
tə bağlayıb Allaha şükürlər edirmiş. Bu üzdən də Məhəmməd Burunduqun
məqbul fikriylə hərəkət etməmiş, nə kurqanın gücləndirilməsi işiylə, nə də
savaş hazırlığıyla maraqlanmış, nə düşmənin yaxınlaşdığını xəbər verəcək
önçü və kəşfiyyatçıların yerləşdirilməsiylə, nə də düşmən gəlsə, savaşmaq
üçün səflərin düzənlənməsi ilə uğraşmışdı.
Şeybani xan məhərrəm ayında [1507 may-iyun] Mürqabdan keçib Sir-
Kay civarına (205 b) yaxınlaşdığında Mirzələrin bundan ancaq xəbəri oldu.
Sərsəmləşib heç bir iş görəbilmədilər. Nə qoşunu toplaya bildilər, nə də səf-
ləri qura bildilər. Hər kəs olduğu yerdən qaçmağa qoyuldu. Zünnun Arğun
ona söylənən bu sözə uyub qırx-əlli min özbəyin qarşısında yüz-yüz əlli qə-
dər adamıyla birlikdə Qara-Ribatda qalır. Düşmənin izdihamlı əsgəri yaxın-
laşınca da üstlərinə cumur. Özbəklər də onu ələ keçirib başını kəsdilər.
ŞEYBANİ XANIN HERATI ALMASI
Mirzələrin anaları, böyük və kiçık bacıları, arvadları və xəzinələrin
hamısı Ala-Kurqan deyə məşhur olan Qaleyi-İxtiyarəddində idi. Mirzələr
gecə şəhərə çatırlar, atları dincini alana qədər gecə yarısınadək yatırlar və
səhər vaxtı şəhəri tərk edirlər. Kurqanı gücləndirməyi belə düşünmürlər.
Analarını, böyük və kiçık bacılarını, ailələrini və uşaqlarını yanlarına alma-
dan, onları belə bir zamanda və belə himayəsiz bir vəziyyətdə özbəklərin
əsarətinə buraxıb qaçırlar.
Payəndə Sultan bəyim ilə Xədicə bəyim başda olmaq üzrə Sultan Hü-
seyn Mirzənin arvadları, Bədiüzzaman Mirzə ilə Müzəffər Mirzənin bütün
qadın və uşaqları, xəzinələri və ev əşyalarının hamısı Ala-Kurqanın içində
idi. Kurqan gərəkdiyi kimi qapalı və qorunaqlı bir hala gətirilmimiş, kurqa-
na yardım üçün göndərilən igidlər də hələ oraya çatmamışdılar.
Məzid bəyin [Arğun] kiçık qardaşı Aşiq Məhəmməd Arğun ordudan
piyada qaçıb gələrək kurqana (206 a) girdi. Kurqanda ondan başqa Əmir
Ömər oğlu Əli xan, Şeyx Məhəmməd Abdullah Bəkavul, Mirzə bəy Key-
xosrovi və Mirək Kurdivan vardı.
Zəhirəddin Məhəmməd BABUR
220
Şeybani xan gəldikdən üç gün sonra şeyxülislam və böyüklər əhd və
şərt bağlayıb dış kurqanın açarlarını alaraq onun hüzuruna getdilər. Bu Aşiq
Məhəmməd kurqanı on altı-on yeddi gün müdafiə etdi. Dışarıdan, Atbazarı
tərəfdən dəlik açıb kurqanın bir bürcünü havaya uçurdular. Kurqan əhalisi
də çaş-baş qaldı və kurqanı müdafiə etmədən təslim etdi.
Şeybani xan Heratı alınca bu padşahların ailələri ilə pis rəftar etməyə
başladı. Yalnız onlara qarşı deyil, bütün xalqa da eyni şəkildə pis davrandı.
Bu qaba, görməmiş adam beş günlük fani dünyada belə yaman ad qazandı.
Şeybani xanın Heratda elədiyi uyğunsuz hərəkət və işlərin bəziləri
bunlardı:
Bu dünyanın kirli hesabları üçün [Sultan Hüseyn Mirzənin arvadı] Xə-
dicə bəyimi Şah Mansur Bəxşi kimi bir namussuza verərək dürlü-dürlü əzab
və işkəncəyə məruz qoydurdu.
Şeyx Puran kimi vəli və əziz bir adamı moğol Əbdülvəhhaba, oğulla-
rının hər birini də ayrı-ayrı adamlara payladı.
Bütün şeir ərbabı və zövq sahiblərini Molla Bənnainin hakimiyyətinə
verdi. Xorasan nükdədanlarının buna dair söylədiyi bu qitə çox məşhurdu:
Bə cüz Abdullahi-kirxar imruz,
Nədidə heç şair ruyi-zərra,
Binai zər təmə darəd zi şair,
Məgər xahəd giriftan kiri-xərra
1
.
Bugün Abdullah Kirxardan başqa
Heç bir şair altın yüzü görməmişdir.
Bənnai şairdən altın umur,
Lakin kirxərdən başqa heç nə almayacaq. (206 b)
Şeybani xan Heratı alan kimi Müzəffər Mirzənin Xanzadə xanım adlı
arvadını, iddət müddətinin
2
dolmasına baxmadan nikahlayıb aldı.
Heratın məşhur və zövq sahibi mollalarından olan Qazı İxtiyar ilə Mir
Məhəmməd Yusifə cahil olmasına baxmayaraq təfsir dərsi verdi.
Molla Sultan Əli Məşhədi ilə Bəhzad Mənsurun yazıları və rəsmləri
üzərinə qələm vurub düzəlişlər elədi.
Bir neçə gündə zövqsüz bir beyt söyləyir və onu minbərlərdə oxudub
bazarlarda asdıraraq şəhər xalqından hədiyyələr alırdı.
Düzdür, erkən qalxır, beş rükət namazını buraxmır və qiraət elmini
yaxşı bilirdi, lakin belə bir sürü gic, əbləhanə və kafiranə əməllər və işlər də
görmüşdü.
1
Kirxər sözü erkək eşşəyin cinsi orqanı mənasına gəlir.
2
İddət müddəti: keçmişdə ərindən ayrılan qadının təkrar ərə getməsi üçün keçməsi
lazım olan zəruri müddət, yəni üç dəfə aybaşı keçirib təmizlənənə qədər keçəcək müddət
(ərindən boşansa - 100 gün, əri ölsə - 130 gün).
BABURNAMƏ
221
Heratı aldıqdan on-on beş gün sonra Kəhdistandan Püli-Salara gəlib
bütün qoşununu [oğlu] Teymur Sultan və Übeyd Sultanın tabeliyinə verib
Məşhəddə qafil oturmaqda olan Əbülmöhsün Mirzə ilə Kibək Mirzənin üs-
tünə göndərdi. Bunlar əvvəlcə qalanı gücləndirməyi düşünürdülər, sonra isə
əsgərin gəlməkdə olduğunu eşidərək başqa bir yoldan Şeybani xanın üstünə
sürətlə yürümək istəyirlər. Bu çox yaxşı bir fikirdi. Lakin heç birinə qərar
verə bilməyərək oturduqları üçün Teymur Sultan ilə Übeyd Sultan qoşunla
sürətli bir yürüyüş gerçəkləşdirərək gəlib yetişirlər. Mirzələr də qüvvətlərini
düzüb onların qarşısına çıxırlar.
Əbülmöhsün (207 a) Mirzəni dərhal ələ keçirib götürürlər. Kibək Mir-
zə bir neçə adamıyla böyük qardaşının düşməninə hücum edir, onu da götü-
rürlər. Hər iki qardaşı ələ keçirirlər. İkisini bir araya gətirdiklərində iki qar-
daş qucaqlaşıb öpüşərək halallaşırlar. Əbülmöhsün Mirzə qorxaqlıq edir, la-
kin Kibək Mirzə qorxusunu o qədər bəlli etmir. Şeybani xan Püli-Salarda
ikən hər iki mirzənin başını kəsib ona göndərirlər.
O günlərdə Şah [Şüca] bəy və kiçık qardaşı Məhəmməd Müqim [Ar-
ğun], Şeybani xanın qorxusundan mənə dəfələrlə elçilər və məktublar gön-
dərib bərabər olduqlarını və sədaqətlərini bildirdilər.
Müqim bir məktubunda məni açıqca çağırmışdı. Özbəklərin əyalətləri
bu şəkildə ələ keçirdikləri bir zamanda bizim seyrçi qalmamız doğru deyildi.
Bu qədər elçilər və məktublar göndərib bizi istədikləri üçün onların gəlib bi-
zə qoşulacaqlarına heç şübhə edilə bilməzdi.
Bütün bəylər və görüş sahibləri ilə danışıb məsləhətləşərək yola çıx-
mağa və Arğun bəyləri də bizə qoşulduqdan sonra onların da fikirlərini və
görüşlərini alaraq Xorasana doğru hərəkət etməyə qərar verdik. Bu niyyətlə
də Qəndəhara tərəfə yola çıxdıq.
Daha öncə bəhs etdiyim kimi, yengə deyə xitab etdiyim Həbibə Sultan
bəyim, Heratda qərarlaşdırdığımız kimi, qızı Məsumə Sultan bəyimlə birlik-
də gəldi. (207 b) Qəznədə görüşdük. Onlarla birlikdə Xosrov Göyəldaş, Sul-
tanqulu Çanaq və Gədayi Bilal da gəlmişdi. Bunlar Heratdan qaçıb öncə İbn
Hüseyn Mirzənin, oradan da Əbülmöhsün Mirzənin yanına getmiş, lakin
orada da qala bilməyərək bizə gəlmək üçün təkrar yola çıxmışlar.
Bunlarla birlikdə Qəlata çatanda orada ticarət üçün gəlmiş bir çox
Hindistan tüccarının olduğunu gördük. Əsgər oraya qəfil yetişdiyi üçün qaça
bilməmişdilər. Yanımdakıların çoxu «Savaş zamanında düşmən vilayətinə
getməkdə olanları yağmalamaq lazımdır» dedi.
Amma mən razı olmadım və dedim: «Tüccarların nə günahı var, belə
xırda-xuruş qazanca baxmadan, Allah rizasını almaq naminə bunlara toxun-
masaq, Allah da bunun əvəzini bizə artıqlaması ilə nəsib edəcəkdir. Necə ki
keçənlərdə gilcilərə axın üçün hərəkətə keçəndə məhmənd əfqanları qoyun
və malları, ailə və uşaqlarıyla əsgərdən bir ağac məsafədə ikən çoxunuz on-
Zəhirəddin Məhəmməd BABUR
222
lara axın etmək fikrindəydiniz. Yenə eyni düşüncəylə mən buna razı olma-
mışdım və ertəsi gün uca Allah dərhal düşmənlərimiz gilci əfqanlarının ma-
lından əsgərə o qədər çox qismət etdi ki, o zamana qədər heç bir axında bu
qədər çox qoyun ələ keçməmişdi».
Qəlatdan keçib endik və tüccarlardan hədiyyə olaraq bir az mal alındı.
Kabili aldıqdan sonra Xorasan tərəfinə getməsinə izin verdiyim Mirzə
xan ilə Xorasandan (208 a) ayrılanda orada qalmış olan Əbdürrəzzaq Mirzə
biz Qəlatdan keçərkən Qəndəhardan qaçıb gəldilər. Bəhar Mirzənin nəvəsi
və Cahangir Mirzənin oğlu Pir Məhəmməd Mirzə və onun anası da digər
mirzələrlə birlikdə gəlib bizə qoşuldular.
Şah [Şüca] bəy ilə Müqimə məktublar göndərib belə yazdıq: «Sizin
sözünüzlə buraya gəldik. Özbək kimi yabancı bir düşmən Xorasanı zəbt etdi.
Gəlin dövlətin yaxşılığı üçün nə şəkildə hərəkət etmək lazımsa, sizin iştira-
kınız və ittifaqınızla bir qərar verək».
Onlarsa məktub yazdıqlarını və bizi istədiklərini inkar edərək qaba və
sərt cavablar göndərdilər. Qabalıqlarından biri bu idi: Şah bəy mənə yazdığı
məktubunda möhürünü bir bəyin digər bir bəyə, hətta daha böyük dərəcədə
olan bir bəyin daha kiçık rütbəli bir bəyə yazdığı məktubda olduğu kimi,
məktubun arxasına və kağızın ortasına basıb göndərmişdi. Belə qaba hərəkət
etməmiş və bu cür qaba cavablar göndərməmiş olsaydı, iş bu dərəcəyə gəl-
məzdi. Necə ki bu söz çox doğrudur:
Setizə bəcan rəsanəd süxən,
Ki viran konəd xanədani kuhən.
Çəkışmə sözü elə bir məcraya çəkər ki,
Əski bir xanədanı məhv edər.
Bu anlaşmazlıq və qabalıqları üzündən ocaqlarını və otuz-qırx il ərzin-
də əldə etdikləri qazanclarını itirdilər.
Şəhri-Səfa civarında ikən bir gün yanlış həyəcan siqnalı nəticəsində
ordugah içində qarışıqlıq çıxdı. Bütün əsgər silahlanaraq atlara mindi. Mən
qüsl və təharətlə məşğul idim. (208 b) Bəylər çox təlaş etdilər. Mən də işimi
bitirərək ata mindim, yanlış bir xəbər olduğu üçün bir müddət sonra ortalıq
yatışdı.
Oradan qalxıb mənzil-mənzil yürüyərək gəlib Gura endik. Burada da
[arğunlarla] bir neçə dəfə danışıb anlaşma yolunu seçdik, amma fayda ver-
mədi, inad və sərkəşlik etdilər.
Ərazini bilən və bizə sadiq olanlar belə dedilər: «Qəndəhara gələn
çayların mənbəyi Baba-Həsən-Abdal və Xalişək tərəfidir, o tərəfə keçib
Qəndəhara gələn çayların hamısının qabağını kəsmək lazımdır». Buna qərar
verib sabah tezdən silahlanaraq, sağ və sol qolları və səfləri düzüb Xalişək
tərəfinə yürüdük.
BABURNAMƏ
223
QƏNDƏHAR SAVAŞI
Şah bəylə Müqim Qəndəhar dağının bir daş imarət tikdirdiyim çıxıntı-
sının önündə çadır qurub oturmuşdular. Müqimin adamları tələskənlik edib
ağaclar arasından bir az yaxınlaşdılar. Biz Şəhri-Səfa civarında olanda qaçıb
bizə gəlmiş olan Tufan Arğun arğunların səflərinə doğru tək başına, həm də
gizlicə yaxınlaşlbmış. O əsnada Eşqullah deyilən biri yeddi-səkkiz adamla
birlikdə digərlərindən ayrılaraq bir az bəri gəlir. Eşqullah yanındakılardan
bir az daha irəli gedir. Tufan Arğun da tək başına qarşısına çıxıb qılıncla vu-
ruşaraq onu atından salır. Mən Səngi-Lahşək qarşısından keçərkən başını
kəsib gətirdi. Bunu xeyirli bir əlamət saydıq.
Ərazi məhəlləlik və ağaclıq olduğu üçün belə bir yerdə savaşmağı
doğru saymayaraq, dağ ətəyindən keçib Xalişək önündəki çayın Qəndəhar
tərəfindəki (209 a) çayırını yurd olaraq seçib enməyə hazırlaşdıq. Tam o əs-
nada Şirqulu tələsik gəldi və düşmənin [arğunların] döyüş cərgəsində yaxın-
laşmaqda olduğunu söylədi.
Qəlatdan keçildikdən bəri əsgər çox açlıq və sıxıntı çəkmiş, Xalişək
civarına gələndə isə əsgərin böyük bir qismi qoyun, sığır, ərzaq və saman
üzündən Xalişəkin yuxarı vadisi tərəfinə dağılmışdı. Əsgərin toplanmasını
gözləmədən atlandıq.
Bizim bütün adamımız iki minə yaxındı. Buraya enəndə, söylədiyim
kimi, əsgərin bir çoxu yuxarı vadiyə getmişdi və savaşa vaxtında yetişə bil-
mədi. Savaşda hazır olanlar min nəfər qədər idi. Gərçi adamlarımız azdı, la-
kin çox yaxşı nizamlı və qapalı səflər yaradıb paylaşdırmışdım. İndəyə qə-
dər heç bir zaman belə bir tərtib və düzən qurmamışdım.
Əlindən iş gələn bütün igidlər xassə alayına ayrılmışdı. Hamısını on-
on və əlli-əlli ayırıb onbaşı və əllibaşıları təyin etmişdim. Hər on və hər əlli
nəfərlik bölük sağ və sol qolda duracağı yeri və savaş vaxtında görəcəyi işi
bilərək hazır və nazirdi. Baranğar və cavanğar, ön qol və sol qol
1
, ön yan və
sol yan önə və sola hərəkət vaxtı gələndə hər hansı bir zorluq olmadan və
xəbərçilərə ehtiyac qalmadan düzənli bir şəkildə hərəkət edə biləcəkdilər.
Əsgərin hər bölüyü olduğu yerdən hərəkətə (209 b) keçdi.
Gərçi baranğar, ön qol və ön yan eyni mənaya gəlir, lakin ayırd etmək
üçün sözləri dəyişdirərək, bunları ayrı-ayrı mənalarda işlətdim. Ordunun sağ
və sol qanadına [ərəbcə] məymənə və məysərə, [türkcə] baranğar və cavan-
ğar deyirlər, bunlar döyüş cərgəsinə girəndə [ərəbcə] qəlb, [türkcə] qol
2
de-
yilən mərkəzə daxil deyildir. Bu növ səfə bu şəkildə baranğar və cavanğar
1
Baranğar (döyüş cərgəsində olan ordunun sağ qolu), cavanğar (həmin ordunun sol qo-
lu), ön (həmin ordunun mərkəzinin sağ tərəfi), sol (həmin ordunun mərkəzinin sol tərəfi).
2
Qol: döyüş cərgəsinə girəndə ordunun mərkəzinə (qəlb) verilən ad. Yasal: döyüş səfi.
Qəlb: döyüş cərgəsində ordunun əsas qüvvələrinin olduğu mərkəz.
Zəhirəddin Məhəmməd BABUR
224
adı verdim.
Mərkəz [qol] isə başqa bir səfdir [yasal]. Ayırd etmək üçün bunun sa-
ğına və soluna sağ qol [ön qol] və sol qol dedim. Bir də mərkəzdə [qol] xas-
sə tabını
1
vardır. Bunun sağına və soluna isə sağ yan [ön yan] və sol yan de-
dim. Xassə alayında bir də boy
2
vardır. Türkcədə mücərrədə
3
də boy deyir-
lər; burada işlədərkən məqsədim o boyu söyləmək deyildir, yaxın mənasın-
da işlədirəm. Bunun sağına və soluna ön və sol adı verildi.
Sağ qolda Mirzə xan [Sultan Veys Mirzə], Şirim Tağayi, öz qardaşları
ilə Yarək Tağayi, Çəlmə Moğol, Əyyub bəy, Məhəmməd bəy, İbrahim bəy
[Bəycik Tağayi] və öz moğolları ilə Əli Seyid Moğol, Sultanqulu Çöhrə,
Xudabəxş və öz qardaşları ilə birlikdə Əbülhəsən [Qurbəyi];
Sol qolda Əbdürrəzzaq Mirzə, Qasım bəy, Tanrıverdi, Qənbər Əli,
Əhməd Elçi Buğa, Quri Barlas, Seyid Hüseyn Əkbər və Mir Şah Koçin;
Önçü bölüyündə Nasir Mirzə, Seyid Qasım eşik-ağa, Mühib Əli Qur-
çu, Babaoğlu Allahverən Türkmən, qardaşları ilə birlikdə Şirqulu Qaravul
Moğol və Məhəmməd Əli [Tağayi];
Mərkəzdə mənim sağ qolumda isə Qasım Göyəldaş, Xosrov Göyəldaş,
Sultan Məhəmməd Dulday, Şah Mahmud Pərvanıi Qul Bəyazid Bəkavul
(210 a) və Kamal Şərbətçi;
Mərkəzdə mənim sol qolumda Xoca Məhəmməd Əli [Kitabdar], Dost
Nasir, Mirim Nasir, Baba Şirzad, Xanqulu, Vəli Xəzinə[çi], Qutlu-Qədəm
Qaravul, Maqsud Suçu və Baba Şeyx durmuşdular.
İçkilərin hamısı mərkəzdə idilər. Burada böyük bəylərdən kimsə yox
idi. Bu bəhs edilənlərdən heç biri hələ bəylik rütbəsinə çatmamışdı.
Boyda isə Şir bəy [Şirək Arğun], Xatəm Qurbəyi, Kibək, Qulbaba,
Əbülhəsən Qurçu, moğollardan Urus Əli Seyid, Dərviş Əli Seyid, Xoşgəldi
Çəlmə, Dostgəldi Çəlmə Tağçı, Əməçi Mindi, türkmənlərdən Mansur, bö-
yük və kiçık qardaşlarıyla birgə Rüstəm Əli, Şah Nəzər və Süyündük vardı.
Düşmənin adamları iki qismə ayrıldı. İlk qismi gələcəkdə Şah bəy de-
yə bəhs edəcəyimiz Şah Şüca Arğun və ikinci qismi də kiçık qardaşı Müqi-
min komandanlığındaydı. Bu arğunların qaraltısını altı-yeddi min qədər təx-
min edirdilər. Ən azı, dörd-beş min silahlı adam olduğuna şübhə yoxdur.
[Şah bəy] mərkəz və sağ qolun qarşısına özü keçdi, Müqim isə sol qo-
lun qarşısındaydı. Müqimin əsgəri böyük qardaşının əsgərindən bir az daha
azdı. Bizim sol qolumuzda isə Qasım bəy ilə arxadaşları olurdu və vəziy-
yətləri də müşküldü. Savaş hələ başlamamışdı, ancaq Qasım bəydən iki-üç
dəfə adam gəlib kömək istəmişdi. Bizim önümüzdəki düşmən da qüvvətli
olduğu üçün adam ayırıb ona göndərə bilməmişdik.
1
Tabın: bölük, alay.
2
Boy: döyüş cərgəsinə girmiş ordunun mərkəzindəki özəl bir bölüyə verilən ad.
3
Mücərrəd: təcrid edilmiş; soyulmuş; tək.
BABURNAMƏ
225
Vaxt itirmədən düşmənin üstünə cumduq. Bir ox atımı məsafəyə ça-
tanda (210 b) düşmən ilk hücumda bizim önçümüzü vurub zorlayaraq geri
oturdub mərkəzə doğru sovurdu. Biz ox atmadan irəliləməyə davam etdik.
Qısa bir müddət onlar da ox atmayaraq duran kimi oldular. Qarşı tərəfimdən
bir adam əsgərinə qışqıraraq atdan enib ox atmağı əmr etdi. Amma biz dur-
madan irəliləməkdə olduğumuz üçün bir şey edə bilmədən təkrar ata minib
gerilədi. Bu adam Şah bəyin özü imiş.
Savaş əsnasında Piri bəy Türkmən dörd-beş qardaşıyla birlikdə sarıq-
larını əllərinə alaraq düşməndən üz çevirib biz tərəfə keçdilər. Bu Piri bəy
Şah İsmayıl bayındır sultanlarına müsəllət olaraq İraq vilayətini ələ keçirən-
də Əbdülbaqi Mirzə və Murad bəy Bayındırın başçılığı altındakı türkmən
bəyləri ilə birlikdə gəlmiş olan türkmənlərdən idi.
Sağ qolumuz düşməni hamıdan əvvəl məğlub edərək irəlilədi, sağ qo-
lun ucu mənim saldırdığım bağa varmışdı.
Sol qolumuzsa Baba-Həsən-Abdaldan xeyli aşağıdakı böyük arxlara
vardı. Bizim sol qolun qarşısında öz məiyyətiylə birlikdə Müqim dururdu.
Sol qolumuzdakı adamlar qarşısındakı düşmənə, yəni Müqiminkinə nəzərən
çox azdı. Amma Allah rast gətirdi ki, Qəndəhar və kəndlərinə gedən üç-dörd
böyük arx bizim sol qolla düşmənin arasındaydı. Bu üzdən də keçidin başını
tutaraq onları keçməyə qoymadılar. Sol qol adamlarımız az olmalarına bax-
mayaraq keçidi çox yaxşı müdafiə edib (211a) dirəndilər. Arğunlar tərəfin-
dən Halvaçı Tarxan su içində Qənbər Əli və Tanrıverdi ilə vuruşdu. Qənbər
Əli yaralandı. Qasım bəyin alnına ox isabət etdi. Quri Barlasın qaşının üs-
tünə bir ox isabət etdi və yanağının üstündən çıxdı.
Bu əsnada düşməni qaçıraraq bu arxlardan Murğan dağının çıxıntısı
tərəfinə keçdik. Arxlardan keçəndə boz ata minmiş bir adam dağ ətəyində o
yan-bu yana çaparaq hansı tərəfə gedəcəyinə qərar verə bilmirdi, axıda bir
tərəfə doğru getdi. Onu Şah bəyə bənzətdim. Hər halda Şah bəydi.
Düşməni məğlub edincə, bütün əsgərimiz düşməni təqib etməyə və
vurab atdan salmağa qoyuldu. Özümlə birlikdə on bir adam qalmışdıq. Bun-
lardan biri Abdullah Kitabdardı. Müqim hələ yerində müqavimət göstərərək
vuruşurdu. Adamlarımın azlığına baxmayaraq və Allaha təvəkkül edib da-
vullar çalaraq düşmənin üzərinə yürüdük.
Köpü [çoxu], azğu [azı] tanrıdır bergücü [verən],
Bu dərgahda yoxdur kişinin gücü.
Kəm min fiətən qəlilətin qələbət fiətən kəsirətən biiznillah
1
.
Allahın izniylə çox kiçik dəstələr böyük dəstələrə qalib gəlmişdir.
Davul səsini eşidincə bizim hərəkətə keçdiyimizi anlayaraq müqavi-
mətdən vaz keçib qaçmaq yolunu seçdilər.
Allahın köməyi ilə düşməni qaçırdıqdan sonra Qəndəhar tərəfinə hərə-
1
Quran, 2:249.
Zəhirəddin Məhəmməd BABUR
226
kət edib indi heç izi qalmayan Fərruxzad bəyin çarbağına (211 b) gəldik.
Dostları ilə paylaş: |