Baburnamə 3



Yüklə 5,03 Mb.
Pdf görüntüsü
səhifə34/46
tarix03.02.2017
ölçüsü5,03 Mb.
#7294
1   ...   30   31   32   33   34   35   36   37   ...   46

a) və gündüz üç min altı yüz peldir. Hər pelin müddətini altmış dəfə gözü 

açıb yumuncaya qədər keçən zaman olaraq müəyyən etmişlər ki, gecə  və 

gündüz iki yüz on altı min dəfə gözü açıb yumuncaya qədər sürür. Təcrübə 

edildi və bir peldə səkkiz dəfə bismillah ilə birlikdə qulhuvallah surəsi oxu-

na bildi ki, gecə-gündüz ərzində iyirmi səkkiz min səkkiz yüz dəfə bismillah 

ilə birlikdə qulhuvallah surəsi oxuna bilər.  

 

HİNDİSTANDA İŞLƏNƏN ÖLÇÜ VƏ ÇƏKİ VAHİDLƏRİ 

 

Bir də hind elində ölçüləri gözəl müəyyən etmişlər: səkkiz reti bir ma-



şə, dörd maşə bir tank, yəni otuz iki reti, beş maşə bir misqal, yəni qırx reti, 

on iki maşə bir tülə, yəni doxsan altı reti, on dörd tülə bir sər deməkdir. Hər 

yerdə qırx sər bir batman olaraq qəbul edilmişdir. On iki batman bir mani, 

yüz mani bir minasədir. Qızıl və mirvarini tanq ilə çəkirlər

1.

 

Hind elində  ədədləri də gözəl müəyyənləşdirmişlər: yüz min bir lek, 



Zəhirəddin Məhəmməd BABUR  

 

 



306

yüz lek bir kürur, yüz kürur bir ərb, yüz ərb bir kərb, yüz kərb bir nil, yüz nil 

bir pədəm, yüz pədəm bir sanq deməkdir. Bu ədədlərin çoxluğu Hindistanın 

zənginliyinə bir dəlildir. 

Hindistan əhalisinin böyük bölümü kafirdir və hind xalqı kafirə hindu 

deyir. Hinduların çoxu tənasühə inanır. İşçilər, muzdlular və xidmətçilər də 

hamısı hindudur

1



Bizim vilayətlərdə köçəri xalqın öz qəbilələrinə görə xüsusi adları var.  

Burada da vilayət və kəndlərdə yaşayan (290 b) əhalinin qəbilələrinə görə 

adları var. Hər peşə sahibi o peşə ilə dədə-babadan bəri məşğuldur.  

Hindistan lətafəti az olan bir yerdir. Əhalisində gözəllik, yaxşı rəftar 

və tərbiyə, aralarında xoş münasibət, təb, idrak və ədəb, kərəm və mürüvvət 

yox, hünər və işlərində üsul və intizam, qayda və düzən, yaxşı at və yaxşı ət, 

üzüm, qovun və yaxşı meyvələr, buz, soyuq su, bazarlarında yaxşı yemək və 

yaxşı çörək, hamam, mədrəsə, şam, məşəl və şamdan yoxdur. 

Divti dedikləri çoxsaylı və kirli bir zümrə var ki, bunlar sol əllərində 

şam və  məşəl yerinə kiçicik bir üçayaq tuturlar. Bu üçayağın bir ayağının 

ucundan şamdan başına bənzəyən bir dəmiri üçayağın ağacına bağlayır, baş 

barmaq yoğunluğuda bir fitili də üçayağın ağaca saplı olan dəmir ayağına 

bağlayırlar. Sağ əllərində isə dəliyi bir az dar açılmış olan bir çanaq tuturlar. 

Yağ oradan sızır. Fitilə nə zaman yağ lazım olsa bu çanaqdan qoyurlar. Şam 

və məşalə yerinə bundan istifadə edirlər. Böyük adamların bunlar kimi yüz- 

iki yüz divtiləri var. 

Padşahın və ya bəylərin gecə şama ehtiyacı olan bir işi olsa, bu çirkin 

divtilər (291 a) bu lampanı gətirib onların yanında dururlar. 

Çay və yeraltı suları ilə çuxurlarda yığılan suların dışında bağ və bi-

nalarında axarsu yoxdur. Binalarında səfa, hava, gözəllik və nizam yoxdur. 

Qullar və aşağı təbəqə tamamilə çılpaq gəzir. Lüngutə deyilən bir şeyi 

bağlayır və göbəkdən aşağı iki qarışlıq bir bez parçası asırlar. Bu asılan bez 

parçasının üstündə bir bez parçası daha var. Bunun bir ucunu lüngutənin ipi-

nə bağlayır, digər ucunu isə iki budun arasından keçirərək lüngutənin arxa 

bağından keçirib bərkidirlər. Qadınları uzun bir lüng bağlayır. Yarısını bel-

lərinə bağlayır, yarısını başlarına örtürlər. 



HİNDİSTANIN MƏZİYYƏTLƏRİ 

 

Hindistanın məziyyəti böyük bir vilayət olmasıdır. Burada altın və ax-

ça çox olur. 

Yağmur mövsümündə havaları fövqəladə gözəldir. Bəzi günlərdə on-

on beş dəfə yağır. Yağmur zamanı sellər yaranır. Heç su olmayan yerlərdə 

çaylar axır. Yağış yağanda və yağışdan sonra hava çox gözəl olur. O dərəcə-

də ki, etidalının və lətafətinin bənzəri yoxdur. Qüsuru budur ki, havası çox 

                                                           

1

 Bu cümlə rusca nəşrdə yoxdur.  



BABURNAMƏ 

 

307



rütubətli olur. Yağmur mövsümündə bizim tərəflərin yaylarıyla əsla ox at-

maq olmaz, yay pozulur. (291 b) Rütubət yalnız yaylara deyil, zireh, kitab, 

qumaş və mala da təsir edir. Bina da çox davam gətirmir. 

Yağmur mövsümünün dışında qışda və yayda hava yaxşıdır, lakin dur-

madan  şimal küləyi  əsir və toz çox olur. Yayda yağmur mövsümünə yaxın 

buğa və ekizlər ayında bu külək ildə dörd-beş dəfə fövqəladə şiddətli əsir və toz 

o dərəcədə qatı olur ki, adamlar bir-birini görə bilmir. Bu külək andi adlanır

1



Ekizlər ayı isti keçir, lakin o qədər də bürkü olmur. Bəlxin və Qəndə-

harın istisinin yarısı qədər yoxdur.  

Hindistanın başqa bir məziyyəti hər sinif və peşə ərbabının lap çox ol-

masıdır. Hər iş və hər şey üçün xüsusi olaraq seçilmiş insanlar var, bunlar 

dədə-babadan bəri bu işi görürlər. Necə ki Molla Şərəf Zəfərnamə adlı əsə-

rində  Teymur bəyin daş  məscidi tikilərkən Azərbaycan, fars, Hindistan və 

digər məmləkətlərin daş ustalarından hər gün iki yüz adamın məsciddə işlə-

diyini xüsusi qeyd etmişdir. 

Mənim tikintilərimdə isə yalnızca Aqrada yerli daş ustalarından hər 

gün altı yüz səksən adam çalışırdı. Bir də Aqra, Sikri, Biyanə, Dulpur, Gü-

valyar və Kulda min dörd yüz doxsan bir daş ustası hər gün mənim tikdirdi-

yim binalarda işləyirdi. Hindistanda bunun kimi hər peşə  (292 a)  və  hər 

məslək sahibi  saysız-hesabsızdır.  

Bxirədən Behara qədər mənim sərəncamımda olan vilayətlərin  gəliri 

əlli iki kürurdur. Bu, aşağıdakı müfəssəl cədvəldən də görünür. Bunun sək-

kiz-doqquz küruru ray və racələrin pərgənələrindən gəlir ki, onlar itaət edib 

əskidən bəri bu pərgənələrə doğruluq yoluyla sahib olmuşlar. 

Felən bizim müzəffər bayrağımızın hakimiyyəti altında olan Hindistan 

vilayətlərinin təxmini gəliri (cədvəl farsca yazılmışdır – tərc.): 

 

Sərkar vilayət 



Kürur 

Lek 

Təngə 

1. Sətlücün o biri üzü, Bxirə, Lahor,  

Siyal-qut, Dibalpur v.s. 

33 



15.989 

2. Sihrind 

29 


31.985 

3. Hisari-Firuzə 

30 


75.174 

4. Paytaxt Dehli və Miyan-Duab 

60 


50.254 

5. Mivat (İskəndər zamanında  

bizim mülklərimizə daxil deyildi)

69 



81.000 

6. Biyanə 

44 


14.930 (292 b) 

7. Aqra 


29 


76.919 

8. Miyan vilayəti 

91 


19.000 

9. Güvalyar 

29 


57.450 

                                                           

1

 Bu cümlə türkcə nəşrdə buraxılmışdır.  



Zəhirəddin Məhəmməd BABUR  

 

 



308

10. Kalpi, Sehəndə və başqaları

4

28

55.950 



11. Kanuc 

1

36



63.358 

12. Sənbəl 

38 


44.000 

13. Ləknur və Bəkəsər 

39 


82.433 

14. Xeyrabad 

12 


65.000 (293 a) 

15. Ud və Bəhrac 

17 


1.369 

16. Cunpur 



88.333 



17. Kərrə və Manikpur 

63 



27.282 

18. Bəhar 

4

5

60.000 



19. Sərvar  

55 



175.062 

2/1


 

20. Sarən 

10 


18.373 

21. Çəparən 

90 


86.080 

22. Kəndlə

-

43

30.300 



23. Racə Rup-Nərindən işlənməmiş 

gümüş və qara təngə 



55.000 



24. Rətənbur (Buli, Çatsu, Məlanə) 

20 



25. Naqur 





26. Racə Bikrəmacit (Rətənburdan)

-

-



27. Racə Kələncəri 





28. Racə Sing-Div 



29. Racə Bikəm-Div 





30. Racə Bikəm-Çənd 



(293 b) 

 

Hindistan vilayətlərinin yerinin və elinin xüsusiyyət və keyfiyyətləri-



nin nə qədəri məlum və müşəxxəs idi, hamısı zikr edildi və yazıldı. Bundan 

sonra da yazılası bir şey gözə çarpsa yazacağam, eşidiləsi bir şey eşidilsə 

onu da bildirəcəyəm. 

 

AQRADA XƏZİNƏNİN BÖLÜŞDÜRÜLMƏSİ 

 

Bazar ertəsi günü, rəcəb ayının iyirmi doqquzunda [=12 may] xəzinəni 



görmək və bölüşdürmək işiylə  məşğul olduq. Hümayuna xəzinədən yetmiş 

lek verildi, bir də bilinməyən və incələnib sayılmamış olan bir xəzinəni ona 

ehsan  edim. Bəzi bəylərə on lek, bəzilərinə iyirmi, yeddi və altı lek verildi. 

Orduda olan bütün əfqan, həzarə, ərəb və bəluclara, hər camaata mövqelərinə 

uyğun  şəkildə  nəqd  ənamlar verildi. Yenə ordu ilə birlikdə olan hər tüccar, 

elm əhli və digər hər kəs ehsan və bəxşişdən bol-bol qismət və tam nəsib aldı. 

Orduda olmayanlara da bu xəzinədən bir çox ehsan və bəxşiş göndə-

rildi. Məsələn, Kamrana [Mirzə] on yeddi lek, Məhəmməd Zaman Mirzəyə 

on beş lek, Əsgəriyə, Hindala, hətta bütün qohumlara altından, gümüşdən, 

qumaşdan, cövhərdən və kölədən bir çox şeylər göndərildi. Digər tərəfdəki 



BABURNAMƏ 

 

309



bəylərə və sipahilərə çox hədiyyələr göndərildi. Səmərqənd, Xorasan, (294 

a) Kaşğar və İraqa qohumlar üçün hədiyyələr göndərildi. Səmərqənd və Xo-

rasandakı  məşhur  şəxslərə  və  Məkkə ilə  Mədinəyə  də  nəzirlər göndərildi. 

Kabil vilayəti ilə Vərsək həvalisinə kişi və qadın, kölə və sərbəst, böyük və 

kiçık hər adam başına birər şahruxi ehsan edildi.  

Aqraya ilk gələndə bizimkilərlə yerli xalq arasında çox ayrılıq və so-

yuqluq vardı.  Əsgəri və xalqı bizimkiləri görəndə dörd bir tərəfə qaçırdı. 

Dehli ilə Aqranın dışında bütün kurqanlı yerlər öz kurqanlarını gücləndirə-

rək itaət edib təslim olmadılar. 

Sənbəldə Qasım Sənbəli, Biyanədə Nizam xan, Mivatda isə Həsən xan 

Mivati olurdu və bu qarışıqlığın səbəbkarı məhz bu dinsiz hərifdi. Dulpurda 

Məhəmməd Zeytun, Güvalyarda Tatar xan Sarənghani, Rabiridə Nuhani xan 

oğlu Hüseyn xan, Ətavədə Qütb xan Sərvani və Kalpidə Aləm xan [Cəlal 

xan Cighetin oğlu] vardı. Kanuc və Qanqın o tərəfi isə Nasir xan Nuhani, 

Məruf Fərmüli və digər bir çox əmirlər kimi tamamən müxalif əfqanların 

əlində idi. Biz İbrahimi məğlub etdiyimiz zaman bunlar Kanuc və o tərəfdə-

ki bütün vilayətləri əllərinə keçirərək Kanucdan bir-iki mənzil bu tərəfə gə-

lib mövqe tutmuşdular. Dərya xanın oğlu Behar xanı  (294 b) padşah edib 

ona Sultan Məhəmməd ləqəbini vermişdilər. Mehavində Mərğubqul hakim 

idi. Bu qədər yaxınlığımızda olduğu halda uzun zaman gəlmədi. 

 

BƏYLƏR ARASINDAKI NARAZILIQ 

 

Biz Aqraya gələndə isti fəsil idi. Əhali qorxudan tamamilə qaçmışdı. 



Özümüzə və atlara azuqə və yem tapılmırdı. Kəndlər ayrılıq və aradakı zid-

diyyətlər üzündən düşmənliyə, oğruluğa və yol kəsməyə başlamışdılar. Yol-

lardan keçmək mümkün deyildi. Biz də xəzinəni bölüşdürməklə məşğul ol-

duğumuz üçün ayrı-ayrı pərgənələrə və digər yerlərə möhkəm adamlar təyin 

edə bilməmişdik. 

O il çox isti idi. Bir çox adam səmum küləyinin təsiri ilə birdən-birə 

yıxılıb öldü. Bu üzdən də bəylərin və yaxşı igidlərin bir çoxu buradan soyu-

muşdu. Hindistanda qalmağa razı deyildilər, hətta getməyə belə üz tutmuş-

dular. Belə sözləri yaşlı və təcrübəli bəylər söyləsəydilər, ayıb olmazdı, am-

ma onlar bu cür sözləri az söylədilər. Bir adamda bir az ağıl və məntiq olsa, 

izahatdan sonra doğrunu və əyrini anlayar, pisi və yaxşını ayırd edər. Lakin 

bir adam düşünüb-daşınıb bir qərara görə hərəkət edərkən, söylənmiş sözlə-

rin təkrarlanmasında nə məna var? Gənclərin və kiçıklərin belə sözləri, belə 

(295 a) mənasız fikirləri söyləməsinin harası uyğundur? Qəribədir ki, bu də-

fə Kabildən hərəkət etəndə bu adamların bir neçəsi hələ yenicə bəy olmuşdu. 

Mən oda, ya da suya girsəm və  çıxsam, bunların da heç çəkinmədən mə-

nimlə girib-çıxacaqlarını və hansı tərəfə üz tutsam, onların da mənimlə bir-



Zəhirəddin Məhəmməd BABUR  

 

 



310

likdə gələcəklərini ümid edirdim. Mən inanmırdım ki, bunlar mənim niyyə-

timin əleyhinə çıxacaqlar, hamısı ilə danışıb məsləhətləşdikdən sonra birlik-

də qərar verilən bir işə qarşı çıxacaqlar. 

Gərçi bunlar pis hərəkət etdilər, lakin Əhmədi Pərvanəçi ilə Vəli Xə-

zinə[çi] bunlardan da pis hərəkət etdilər. Kabildən çıxıb  İbrahimi məğlub 

edərək Aqranı  zəbt edincəyə  qədər Xoca Kəlan yaxşı  hərəkət etmiş, cəsur 

sözlər söyləyib faydalı fikirlər irəli sürmüşdü. Lakin Aqranı aldıqdan bir ne-

çə gün sonra bütün düşüncəsi dəyişdi və getməyə çalışanlardan biri də Xoca 

Kəlan oldu. 

Adamlarımın bu tərəddüdünü öyrənincə, bütün bəyləri çağıraraq danı-

şıb məsləhət etdik. Mən dedim ki: «Səltənət və cahangirlik vasitəsiz olmaz, 

padşahlıq və əmirlik nökərsiz və vilayətsiz mümkün deyil. Neçə ildir qeyrət 

edir, çətinliklər içində uzaq məsafələr qət edərək əsgərlə yürüyür, özümüzü 

və əsgəri savaş və ölüm təhlükələrinin (295 b) içinə atırıq. Biz Allahın ina-

yəti ilə bu qədər çoxsaylı düşməni məğlub edib belə geniş məmləkətləri al-

dıq.  İndi isə hansı  çətinlik və hansı  zərurət üzündən belə  zəhmət hesabına  

zəbt etdiyimiz vilayətləri səbəbsiz yerə buraxmalıyıq. Əgər Kabilə dönsək, 

təkrar sıxıntıya məruz qalacağıq. Xoş niyyəti olan heç kim bundan sonra be-

lə sözlər söyləməsin. Dayana bilməyib getmək istəyən isə getsin və bir daha 

geri qayıtmasın». 

Belə məqbul və uyğun sözləri xatırladaraq bu sıxıntıları uzaqlaşdırdıq. 



 

XOCA KƏLANIN HİNDİSTANDAN GETMƏSİ 

 

Xoca Kəlanın qalmağa niyyəti olmadığı üçün «Xoca Kəlanın  əsgəri 

çoxdur, hədiyyələri o götürsün. Kabildə  və  Qəznədə  də adam azdır, onları 

bir nizama salsın» deyə qərar verdik. Qəznə, Gərdiz və Sultan-Məsudi həza-

rəsini Xoca Kəlana ehsan etdim. Hindistandan da üç-dörd leklik Kühram 

pərgənəsi verildi. 

Xoca Mir Miranın da Kabilə getməsi qərarlaşdırıldı. Hədiyyələr də 

onun məsuliyyətinə verildi, əmanətçi olaraq da Molla Həsən Sərraf və Tükə 

Hindu təyin olundu. Xoca Kəlan Hindistanı sevmədiyi üçün gedərkən evinin 

divarına bu beyti yazdırmışdı: (296 a) 

Əgər be xeyri-səlamət güzər zi Sind kunəm, 

Siyahru şəvəm, gər həvayi-hind kunəm. 



Əgər sağ-salamat keçsəm bu Sindi, 

Üzüm qara olsun bir də istəsəm hindi. 

Biz Hindistanda ikən belə gülməli bir beyt söyləmək və yazmaq nə-

zakətsizlikdir. Getməsi üzündən bir buruqluq yaranmışdı, bu beyt bunu bir 

qat daha artırmışdı. Mən də içimə doğduğu kimi o anda söyləyərək bu rü-

baini yazıb göndərdim: 


BABURNAMƏ 

 

311



Yüz şükr de, Babur ki, kərimü qaffar 

Verdi sana Sindü Hindü mülki-bisyar, 

İstiliyinə gər sana yoxdur taqət, 

Soyuq üzün görək desən, Qəznə var. 

Bu əsnada əskidən rütbəsi çox kiçık olan və iki-üç ildən bəri böyük və 

kiçık qardaşlarını yığıb bir dəstə təşkil edən Molla Apağ oruq-zeyi və Sind 

sahilindəki bəzi əfqanlara başçı təyin edilərək Külə göndərildi. O civardakı 

oxçulara və sipahilərə təsəlli fərmanları göndərildi.  

Şeyx Gürən etiqad və imanla gəlib bizə qoşuldu və Miyan-Duab oxçu-

larından da iki-üç min sipahi gətirdi. 

Yunus Əli Dehli ilə Aqra arasında yolu çaşıb Hümayundan ayrılanda 

Əli xan Fərmülinin oğullarına və ailəsinə rast gəlir. Bir az vuruşandan sonra 

onları  məğlub edib Əli xanın oğullarını  əsir alaraq gətirmişdi. Bu fürsətlə, 

Dövlət-Qədəm Türkün oğlu Mirzə Moğol vasitəsilə (296 b) Əli xanın əsir 

oğullarından biriylə birlikdə bu qarışıqlıqda Mivata getmiş olan Əli xana tə-

səlli fərmanları göndərildi. Mirzə Moğol Əli xan ilə birlikdə qayıtdı. Əli xa-

na hörmət göstərib öz pərgənələrindən iyirmi beş lek verildi. 

Sultan İbrahim Mustafa Fərmülini və Firuz xan Sarənghaninin idarə-

sindəki bir neçə əmiri Purabdakı asi əmirlərin üstünə göndərmişdi. Mustafa 

bu asi əmirlərlə yaxşı savaşaraq onları bir neçə  dəfə möhkəm məğlub et-

mişdi. Mustafa bu İbrahimin məğlubiyyətindən bir az öncə öldü. Şeyx Bə-

yazid onun kiçık qardaşı idi, İbrahim vacib işlə məşğul olduğu üçün böyük 

qardaşının idarəsindəki vilayət və əhalini dərhal o, əlinə  almışdı. Firuz xan, 

Şeyx Bəyazid, Mahmud xan Nuhani və Qazı Ciya qulluğa gəldilər. Bunlara 

da umduqlarından daha artıq etibar və şəfqət göstərib Firuz xana Cunpurdan 

bir kürur, qırx altı lek və beş min təngə,  Şeyx Bəyazidə Uddan bir kürur, 

qırx səkkiz lek və əlli min təngə, Mahmud xana Qazipurdan doxsan lek və 

otuz beş min təngə, Qazı Ciyaya Cunpurdan iyirmi lek ehsan edildi. 



 

SULTAN İBRAHİMİN SARAYINDA KEÇƏN MƏCLİS 

 

Şəvval bayramının üstündən bir neçə gün keçmişdi. Sultan İbrahimin 



hərəm sarayının ortasındakı daş sütunlu eyvanlı kümbəzdə böyük bir məclis 

qurduq.  

Hümayuna işləməli bir köynək, kəmərli bir qılınc və altın yəhərli bir 

cins at, Çin Teymur Sultan, Mehdi Xoca və Məhəmməd (297 a) Sultan Mir-

zəyə işləməli köynək, kəmərli qılınc və kəmərli xəncərlər ehsan edildi. Di-

gər bəylərə və igidlərə də mövqelərinə görə kəmərli qılınc, kəmərli xəncər-

lər, xələtlər bağışlandı. Hamısının siyahısı burada yazılıdır: yəhərli iki cins 

at, qəbzəsi qiymətli daşlarla bəzənmiş iyirmi beş ədəd xəncər, yenə qiymətli 

daşlarla bəzənmiş iki qılınc kəməri, səkkiz qumaş çəkmən, qiymətli daşlarla 


Zəhirəddin Məhəmməd BABUR  

 

 



312

bəzənmiş on altı ədəd qəmə, altın qəbzəli bir ədəd hind bıçağı, qiymətli daş-

larla bəzənmiş iki ədəd geniş ağızlı xəncər və əlli bir parça qumaş. 

Bu söhbət günündə olduqca çox yağış yağdı. On üç dəfə  yağdı. Bəzi-

ləri yer çatmadığı üçün dışarıda oturmuşdular, hamısı islandılar.  

Məhəmmədi Göyəldaşa Samanə vilayətini ehsan edib Sənbələ ilqar tə-

yin etdik. Hisari-Firuzə mükafat olaraq Hümayuna verilmişdi, Sənbəli də 

Hümayuna ehsan etdim. 

Hindu bəy Hümayunun yanına təyin edilmişdi,ona görə də Məhəmmə-

dinin yerinə Hindu bəy, Kəttə  bəy, böyük və kiçık qardaşları ilə birlikdə 

Məlik Qasım Baba-Qaşqa, Molla Apağ və Miyan-Duab oxçularıyla birlikdə 

Şeyx Gürən ilqar olaraq Sənbələ göndərildi. 

Qasım Sənbəli üç-dörd dəfə  (297 b) «Alçaq Bibən Sənbəli mühasirə-

yə alıb hücum edir, ora ilqar getsin» deyə adam göndərmişdi. Bibən bizdən 

qaçdıqdan sonra vaxt itirmədən dağ  ətəyindən yürüyərək irəliləmiş  və  pə-

rən-pərən düşən əfqanları və hindistanlıları yığıb bu qarışıq dönəmdə mey-

danı boş görərək gedib Sənbəli mühasirəyə almışdı. 

Ahar keçidinə çatan Hindu bəy, Kəttə  bəy və  təyin edilən ilqar qolu 

suyu keçəndə böyük və kiçık qardaşları ilə birlikdə Məlik Qasım Baba-Qaş-

qanı irəliyə göndərirlər. Məlik Qasım suyu keçdikdən sonra qardaşları  və 

yüz-yüz əlli igidlə birlikdə sürətlə çapıb günorta vaxtı Sənbələ çatır. Bibən 

isə adamlarını düzüb ordugahından hərəkət edir. Məlik Qasım sürətlə gedib 

kurqanı arxasına alır və hücum edir. Bibən müqavimət göstərə bilməyərək 

qaçır. Məlik Qasım onun xeyli adamının başını kəsib bir neçə fil, bir çox at 

və qənimət ələ keçirir. 

Ertəsi gün digər ilqar bəyləri də yetişirlər. Qasım Sənbəli gəlib onları 

görür, lakin «kurqanı bunlara təslim etmək yaxşı olmaz» deyə düşünür. Bir 

gün Şeyx Gürən, Hindu bəy [Koçin] və digərləri ilə danışıb qərarlaşdıraraq 

bir bəhanəylə Qasım Sənbəliyi bu bəylərin yanına gətirir və bizim adamları 

Sənbəl kurqanına buraxır. Qasım Sənbəlinin köçünü və ailə üzvlərini sağ- 

salamat çıxarıb yolladılar. 

Qələndər Piyada vasitəsilə Biyanədə bulunan Nizam xana vəd və təh-

did fərmanlarıyla (298 a) birlikdə o anda içimdən gəldiyi kimi söylənən bu 

qitə yazıb göndərdim: 

Ba türki siteza məqun, ey miri-Biyanə, 

Çalaki-yo mərdanəgine türk əyan əst, 

Gər zud nəyaiyü nəsihət naquni quş, 

Anca ki əyan əst, çi hacət bə bəyan əst. 

 

Ey miri-Biyanə, türklər ilə oyun oynama, 

Türklərin çevikliyi və qəhrəmanlığı əyandır.  

Əgər tez gəlməsən və öyüd dinləməsən, 


BABURNAMƏ 

 

313



Əyan olanın  bəyana nə lüzumu  var. 

Biyanə kurqanı Hindistanın məşhur qalalarındandır. Axmaq hərif qa-

lasının möhkəmliyinə güvənib başından böyük iddialarda bulunaraq adam 

göndərmişdi. Göndərdiyi adama yaxşı bir cavab vermədən qala zəbti üçün 

lazım olan şeylərin hazırlanmasıyla məşğul olduq. 

Babaqulu bəy də  vəd və  təhdid fərmanlarıyla Məhəmməd Zeytunun 

yanına göndərildi. O da bəzi bəhanələr göstərərək hiylə yoluna sapmışdı. 

Rana Sanka kafir biz Kabildə ikən elçisini göndərib sədaqətini açıqlamış 

və  «Əgər padşah o tərəfdən Dehli civarına gəlsə, mən də bu tərəfdən Aqra 

üstünə yürüyərəm» deyə qərar vermişdi. Mən İbrahimi məğlub edib Dehli və 

Aqranı aldım. Bugünə qədər bu kafirdən heç bir hərəkət görünməmişdi, amma 

bir müddət sonra Məkənin Həsən adlı  oğlunun olduğu Kəndar kurqanını 

mühasirəyə aldı. Həsən Məkəndən bir neçə dəfə adamlar gəldi. Məkən özü isə 

hələ  gəlib görünməmişdi. O civardakı  (298 b) Ətavə, Dulpur, Güvalyar və 

Biyanə kimi kurqanlar da hələ  ələ keçməmişdi.  Şərq tərəfdəki  əfqanlar da 

inadkarlıq və  sərkəşlik edirdilər və Kanucdan Aqraya doğru iki-üç mənzillik 

yerdə  əsgərləri ilə mövqe tutmuşdular.  Ətrafdaki itaət etməyənlərdən hələ 

tamamən əmin olmadığımız üçün ona yardıma getməyə adamlar ayıra bilmədik. 

İki-üç ay sonra Həsən çarəsiz qalıb şərtlə Kəndar kurqanını təslim etdi.  

Rabiridəki Hüseyn xan [Nuhani] da qorxusundan Rabirini buraxıb çıx-

dı. Rabiri Məhəmməd Əli Cəng-Cəngə verildi. 

Qütb xan Servani Ətavədə idi. Neçə dəfə ona vəd və təhdid fərmanları 

göndərildi, nə gəlib bizi gördü, nə də Ətavəni buraxıb çıxdı. Ətavəni Mehdi 

Xocaya ehsan  edib Məhəmməd Sultan Mirzə, Sultan Məhəmməd Dulday, 

Məhəmməd  Əli Cəng-Cəng və  Əbdüləziz Miraxur idarəsində olan bəylər-

dən və içkilərdən bir dəstə adamı yardıma verib Ətavə üzərinə göndərdik. 

Kanuc da Sultan Məhəmməd Duldaya verildi. Firuz xan, Mahmud xan 

Nuhani, Şeyx Bəyazid və Qazı Ciyaya da fövqəladə etibar göstərilib Purab 

tərəfindən pərgənələr verilmişdi, onlar da Ətavəyə təyin edildilər.  

Məhəmməd Zeytun (299 a) Dulpurda olur və hiylə yoluna sapıb gəl-

mirdi. Dulpuru Sultan Cüneyd Barlasa ehsan edib Adil Sultan, Məhəmmədi 

Göyəldaş, Şah Mansur Barlas, Qutlu-Qədəm, Abdullah [Kitabdar], Vəli Xə-

zinə[çi], Can bəy [Can Məhəmmədi], Pirqulu və Şah Hüseyn Yaregi idarə-

sində olanları Dulpuru zorla alıb Sultan Cüneydə təslim etdikdən sonra Bi-

yanə üzərinə yürümələri üçün təyin etdik. Bu əsgərləri təyin etdikdən sonra 

türk və hind əmirlərini məşvərətə çağırıb bu sözü təklif etdik: 

«Purabdakı asi əmirlər -Nasir xan Nuhani və Məruf Fərmüli- qırx-əlli 

min adamla Qanqdan keçərək Kanucu ələ keçirmiş və bu tərəfə doğru iki-üç 

mənzil gəlib mövqe tutmuşlar. Kafir Rana Sanka da Kəndarı alıb fitnə və fə-

sadla məşğuldur. Yağmur mövsümü də sona yaxınlaşdı. Ya asilərin, ya da 

kafirlərin üstünə  hərəkət etmək gərəkli və labüd görünür. Bu civardakı  və 


Zəhirəddin Məhəmməd BABUR  

 

 



314

ətrafdakı kurqanların işi asandır. Bu böyük düşmənlər dəf edildikdən sonra 

bunlar nə edə bilərlər? Rana Sankanın belə hərəkət edəcəyi ağla gəlmirdi». 

Hamısı da yekdil şəkildə belə dedi: «Rana Sanka bir az uzaqdadır, ya-

xınlaşa biləcəyi də məlum deyildir. Madam ki, bu düşmənlər bu qədər yaxı-

na gəlmişlər, bunların dəf edilməsi önəmli və zəruridir». 

Biz bu düşmənlərin üzərinə hərəkət etməyə qərar verəndə (299 b) Hü-

mayun belə dedi: «Padşahın səfərə çıxmasına lüzum yoxdur, bu işi mən gö-

rərəm». Bu, hamının xoşuna gəldi. Türk və hind əmirləri bu fikri bəyəndilər. 

Hümayun Puraba təyin edildi, Dulpura təyin edilmiş olan əsgərlərin yanına 

Kabili  Əhməd Qasım göndərildi, onların da Çəndvara gələrək Hümayuna 

qoşulmaları əmr edildi. Mehdi Xoca ilə Məhəmməd Sultan Mirzənin idarə-

sində Ətavə üzərinə göndərilən əsgərlərə də Hümayuna qatılmaları üçün fər-

man göndərildi. Cümə axşamı günü, zülqədə ayının on üçündə [=21 avqust] 

Hümayun səfərə çıxıb Aqradan üç küruh məsafədə yerləşən Cəlisir adlı ki-

çık bir kəndə endi. Orada bir gün qaldıqdan sonra qalxıb mənzil-mənzil irə-

lilədi. Cümə axşamı günü, ayın iyirmisində [=28 avqust] Xoca Kəlanın Ka-

bilə getməsinə izin verildi.  



Yüklə 5,03 Mb.

Dostları ilə paylaş:
1   ...   30   31   32   33   34   35   36   37   ...   46




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin