Baburnamə 3


BİR İNTRİQANIN ORTAYA ÇIXARILMASI



Yüklə 5,03 Mb.
Pdf görüntüsü
səhifə18/46
tarix03.02.2017
ölçüsü5,03 Mb.
#7294
1   ...   14   15   16   17   18   19   20   21   ...   46

 

BİR İNTRİQANIN ORTAYA ÇIXARILMASI 

 

İki mənzildən sonra Cahangir Mirzə gəlib qulağıma (152 b) gizli bir 



sözü olduğunu söylədi. Yalnız qaldıq. Mənə belə dedi: «Baqi Çağanyani 

mənim yanıma gəlib dedi ki, padşahı yeddi-səkkiz və ya on adamla Sind ça-

yının o biri üzünə keçirək və sizi padşah edək». 

                                                           

1

 Aşçılıq,  yaxud  bavurçuluq:  hökmdar sarayında mətbəxdə çalışanlara məxsus rütbə. 



Bəkavulluqdan [yeməklərə nəzarət edən şəxsin ünvanı] aşağı dərəcədə bir rütbə. 

 


BABURNAMƏ 

 

165



«Bu fikirdə olan daha kimlər var?» deyə soruşdum. 

«Mənə Baqi bəy indi söylədi, başqalarını bilmirəm» dedi. 

«Daha başqaları varsa, onları da öyrənin. Bəlkə də Seyid Hüseyn Ək-

bər, Sultan Əli Çöhrə ilə Xosrov şaha mənsub bəy və igidlərdən də bəziləri 

vardır» dedim. Gerçəkdən də, Cahangir Mirzə bu dəfə fövqəladə yaxşı hərə-

kət etmiş və qardaşlığın gərəklərini yerinə yetirmişdi. Cahangir Mirzənin bu 

hərəkəti mən Kahmərddə ikən və o da bu bədbəxt hərifin azdırmalarına və 

fəsadına qapılmışkən ona qarşı elədiyim yaxşı hərəkətin cavabı idi.  

O yurddan qalxıb təkrar bir yurda enəndə əsgər arasında atı işə yara-

yan adamlar Cahangir Mirzənin komandanlığına verilərək o civarda oturan 

əfqanlara axın etmək üçün göndərildi. Bu yurdlarda əsgərin atı daha çox ge-

ri qalmağa başladı. İki üç-yüz atın geri qaldığı günlər olurdu. Bir çox yaxşı 

adam atsız qaldı. Mənim yaxşı içkilərimdən olan Şah Mahmud Oğlaqçının 

atları tamamən geri qalıb özü də piyada gəldi. Qəznəyə qədər əsgərin atları-

nın vəziyyəti bu şəkildə davam etdi. Üç-dörd mənzildən sonra Cahangir 

Mirzə bəzi (153 a) əfqanlara axın edərək bir qədər qoyun gətirdi. 

Bir-iki mənzildən sonra Abi-İstadəyə gəldik. Önümüzə böyük bir çay 

çıxdı. Çayın o tərəfindəki çöllər heç görünmürdü. Su sanki göylə birləşmiş 

kimi görünürdü. Sərabın o üzündəki dağlar və  təpələr necə asılıymış kimi 

görünürsə, suyun o biri tərəfindəki dağlar və təpələr də yerlə göy arasında 

asılıymış kimi görünürdü. Burada yığılan sular Kəttəvaz vadisi, Zürmət va-

disi, Qəznə çayı və Qarabağ çayırına yağan bahar yağışlarının selləri və yaz-

da su daşanda suvarmadan artan sular imiş. 

Abi-İstadəyə bir küruh yaxınlaşanda qəribə bir şey gördük: bu su ilə 

göy arasında şəfəqə bənzəyən qıpqırmızı bir şey görünür və təkrar yox olur-

du. Yaxınlaşıncaya qədər bu vəziyyət davam etdi. O zaman anlaşıldı ki, 

bunlar bağlan [vəhşi qazlar] imiş. On min, iyirmi min deyil, daha çox qaz 

vardı. Bu qazlar uçub qanad açanda qırmızı tükləri bəzən görünür, bəzən də 

görünmürmüş. Yalnız bu quşlar deyil, burada hər növ çoxlu quş, suyun 

sahilində isə fövqəladə çoxlu quş yumurtası vardı. 

Bu çayın sahilində quşların  (153 b) yumurtalarını  yığmağa gələn iki 

əfqan bizi görüncə özlərini suya atdılar. Bir neçə adam yarım küruha yaxın 

bir məsafəyə qədər gedib onları gətirdi. Su içində nə qədər irəliləsələr də, su 

yenə eyni dərinlikdə idi və atın qarnına qədər çıxırdı. Düz bir yer olduğu 

üçün hər halda suyu da dərin deyildi. 

Kəttəvaz çölündən Abi-İstadəyə tökülən çayın sahilinə gəlib endik. Bu 

çay quruyan bir çaydır. Burada heç bir zaman su axmazdı. Neçə dəfə bura-

dan keçsək də, bu çayda heç su görməmişdik. Amma bu dəfə bahar yağışları 

üzündən çaya o qədər su yığılmışdı ki, heç bir keçid tapa bilmədik. Düzdür, 

su çox geniş deyildi, lakin çox dərin idi. Bütün at və dəvələri üzdürərək keç-

dik.  Əşyaların bir qismini urğanlarla bağlayıb suyun o tərəfindən çəkərək 


Zəhirəddin Məhəmməd BABUR  

 

 



166

çıxardılar. Bu sudan keçib Köhnə Nani yoluyla və  Sərdih bəndi üzərindən 

Qəznəyə gəldik. Cahangir Mirzə bizi bir-iki gün qonaq edib ziyafətlər verə-

rək hədiyyələr təqdim etdi. 

O il çayların çoxu daşmışdı. İş o yerə çatmışdı ki, Dih-Yaqub çayın-

dan keçid tapılmırdı. Bir göldə düzəltdirmiş olduğum gəmini gətirdərək Kə-

mərinin qarşısından Dih-Yaqub çayına endirtdim. Hər kəs qarşı tərəfə gəmi 

ilə keçdi. Oradan Secavənd keçidindən aşıb Kəməridən suyu gəmiylə keçə-

rək zilhiccə ayında [=1505 may] (154 a) Kabilə gəldik. 

Yusif bəy [Oğlaqçı] bundan bir neçə gün əvvəl qulunc xəstəliyindən 

Allahın rəhmətinə qovuşdu. 

 

NASİR MİRZƏNİN XƏTASI 



 

[Baburun ən kiçık qardaşı] Nasir Mirzə adamlarına vilayətlərindən bə-

zi  əşyalarını  gətirtmək və iki-üç gün sonra arxadan gəlmək üçün izin alıb 

Quş-Künbəzdə qalmışdı. Bizdən ayrılınca da Dəreyi-Nur xalqının sərkəşliyi 

üzündən əsgərini Dəreyi-Nur üzərinə göndərir. 

Dəreyi-Nur kurqanının möhkəmliyi və ərazisinin çəltik tarlası olması 

dolayısıyla çətin keçilməsi haqqında əvvəlcə bəhs etmişdim. Bu əsgərin ko-

mandanı olan [Dərviş Məhəmməd] Fəzli isə əsgəri belə təhlükəli bir yolda 

və pis ərazidə ehtiyat tədbirləri almadan dağınıq bir halda axına göndərir. 

Dəreyi-Nur əhalisi çıxıb dağıniq haldakı axınçıları qovur, digərləri də qarşı 

çıxa bilməyərək qaçırlar. Xeyli adam, at və silahları da itirirlər. Fəzli kimi 

bir adamın komandanlıq etdiyi əsgərin halı belə olar. Bu üzdənmi, yoxsa 

könlündə pis bir niyyət vardı, ondanmı, bilmirəm, amma Nasir Mirzə bizim 

arxamızdan gəlmədi və orada qaldı. 

Bir də  Əyyubun [Bəycik] oğullarından Yusif ilə  Bəhlul qədər  şərir, 

fitnəkar, axmaq və kibirli adamlar yoxdur. Elingar tüməni Yusifə, Əlişəng 

isə Bəhlula verilmişdi. (l54 b) Bunlar da vilayətlərindən bəzi əşyalarını alıb 

Nasir Mirzə ilə birlikdə gələcəkdilər. Nasir Mirzə gəlmədiyi üçün bunlar da 

gəlmədilər. Bu qış Nasir Mirzənin içki və söhbət arxadaşları onlar idi. Yenə 

bu qış bir dəfə  gedib tərkəlani əfqanlarına axın edirlər. Yaz gəlincə, Nigən-

xar və Ləmqanata gəlmiş olan bütün aymaq, el və ulusun ailə və mallarını 

oradan qaldırıb sürərək Baran sahilinə gəldilər.  

Nasir Mirzə Baran və civarında olarkən bədəxşanlıların özbəkləri öl-

dürərək özbəyə düşmən olduqları xəbəri gəldi. 

Təfsilatı belədir: Şeybani xan Qunduzu Qənbər Biyə verib özü Xarəz-

mə getdi. Qənbər [Bi Mərvi] də Bədəxşan əhalisini öz tərəfinə çəkmək üçün 

Məhəmməd Məxduminin Mahmud adlı oğlunu Bədəxşana göndərdi. Ataları 

Bədəxşan şahlarının bəylərindən olan Mübarək şah da üsyan edib Məxdumi-

nin oğlunun və bir neçə özbəyin başını kəsdi. Əvvəlcə Şaf-divar deyə məş-


BABURNAMƏ 

 

167



hur olan Qaleyi-Zəfəri kurqan edib möhkəmləndirdi. Ona Qaleyi-Zəfər adını 

o vermişdi. Xosrov şahın silahşoru olan və o zamanlar Həmləngan kurqanını 

əlində tutan Məhəmməd Qurçu da Rustakda Şeybani xanın sədrini bir neçə 

özbəklə birlikdə öldürüb Həmlənganı möhkəmləndirdi. (155 a) Ataları Bə-

dəxşan şahların bəylərindən olan Zübeyr Raqi də Raqda üsyan etdi. Xosrov 

şahın qardaşı Vəlinin nökəri Cahangir Türkmən də bu qarışıqlıqda bəyindən 

ayrılaraq, qaçan ya da qalan bir neçə sipahi və aymağı toplayıb qorunaqlı bir 

tərəfə çəkilmişdi. Nasir Mirzə bu xəbərləri alınca, Bədəxşanı ələ keçirmək 

niyyətilə bir neçə axmaq və darqafalı adamın təşviqi ilə dağın digər tərəfin-

dən gələn bütün dış elləri ailə və mallarıyla birlikdə alaraq Şibertu və Ab-

Dərə yoluyla dağın digər tərəfinə keçdi. 

 

XOSROV ŞAHIN ÖLÜMÜ 

 

Xosrov şah Əhməd Qasım ilə birlikdə Əcərdən qaçıb Xorasan tərəfinə 



getmişdi. Yolda Bədiüzzaman Mirzə ilə Zünnun bəyə [Arğun] buluşub gö-

rüşərək birlikdə Herata gəlib Sultan Hüseyn [Bayqaral Mirzəyə  sədaqətlə-

rini bildirdilər. Bunlar neçə il Mirzəyə düşmənçilik etmişdilər və  hər cür 

ədəbsizlik də bunlardan çıxmışdı. Bunların üzündən Mirzənin könlündə nə 

yaralar vardı. Bax, bu adamların hamısı mənim üzümdən bu cür aşağılıq və 

səfil bir halda gedib Mirzəni gördülər. 

Xosrov  şahı adamlarından ayıraraq belə gücsüz halda qoymasaydım 

və Kabili Zünnunun oğlu Müqimin əlindən almasaydım, gedib Mirzəni gör-

məzdilər. Bədiüzzaman Mirzə də bunların (155 b) əlində xəmir kimiydi və 

onların sözündən çıxa bilmirdi. Sultan Hüseyn Mirzə hamısını yaxşı qarşı-

ladı  və etmiş olduqları pisləri üzlərinə vurmaq bir yana, onlara ehsanlarda 

belə bulundu. 

Xosrov şah bir müddət sonra «Gitsəm, o vilayətləri tamamilə ələ ke-

çirərəm» deyə düşünərək öz vilayətlərinə getmək üçün izin istədi. Amma si-

lahsız və hesabsız olaraq gəlmiş olduğu üçün bir bəhanə taparaq getməsinə 

izin vermədilər. Fürsət tapdıqca getmək üçün izin arzusunu təkrarladı. Çox 

israr edincə, Məhəmməd Burunduq [Barlas] gözəl bir cavab verərək «Otuz 

min əsgərin və bütün vilayətlərin əlində ikən nə etdin ki, indi beş yüz ada-

mınla özbəklərin nəzarətində olan vilayətlərdə bir şey etmək istəyirsən» de-

di. Bir neçə dəfə  nəsihət edib məqbul sözlər söylədilər; lakin müqəddəratı 

təyin edilmiş olduğu üçün təsir etmədi. Çox israr edincə, axırda izin verdilər. 

Üç-dörd yüz adamıyla birbaşa Dəhanə sərhəddin gəlib girdi. O zaman 

Nasir Mirzə dağın o biri tərəfinə keçmişdi. Gəlib Dəhanə civarında Nasir 

Mirzəni gördü. Bədəxşan  əşrəfi yalnız Nasir Mirzəni istiəyir, Xosrov şahı 

istəmirdi. 

Nasir Mirzənin qeyrətinə baxmayaraq Xosrov şah vəziyyəti anlayaraq 



Zəhirəddin Məhəmməd BABUR  

 

 



168

Kuhistana getməyə razı olmadı. Xosrov şahın niyyəti Mirzəni vasitə (156 a) 

olaraq birlikdə götürüb vilayəti ələ keçirməkdi. Axırda dil tapa bilməyərək 

İşkəmiş civarında hər iki tərəf səflər düzüb zirehlər geydilər, az qala vuruşa-

caqdılar. Sonra bir-birlərindən ayrıldılar; Nasir Mirzə Bədəxşan tərəfinə get-

di, Xosrov şah da bir sürü baldırı  çılpaq sərsərini toplayıb yaxşı-pis minə 

yaxın adamla Qunduzu mühasirəyə almaq niyyətilə  gəlib  şəhərdən bir-iki 

agac məsafədə yerləşən Xoca Çartağa endi. 

Məhəmməd Şeybani xanın Əndicanda Sultan Əhməd Tənbəli də yanı-

na alıb Hisar üzərinə yürüməsi ilə Xosrov şah da vilayətlərini vuruşmadan 

və qarşı çıxmadan buraxıb çıxmış, Şeybani xan da Hisara gəlmişdi. 

Hisarda Şirim Çöhrəylə bərabər bir dəstə yaxşı igid vardı. Bəylərinin vi-

layətlərini buraxıb getməsinə baxmayaraq bunlar Hisarı  təslim etmədilər. 

Şeybani xan Hisarın mühasirəsini Həmzə Sultan ilə Mehdi Sultana tapşırııb özü 

Qunduza getdi və Qunduz vilayətini kiçık qardaşı Mahmud Sultana verib orada 

durmadan Xarəzmə, [Sultan Hüseyn Mirzənin adamı] Çin Sufinin üstünə qoşun 

çəkdi. Heç Səmərqəndə çatmamışdı ki, kiçık qardaşı Mahmud Sultan 

Qunduzda vəfat etmiş, buna görə Qunduzu Qənbər Bi Mərviyə vermişdi. 

Xosrov  şah gələndə Qunduzda Qənbər Bi [Mərvi] vardı. Qənbər Bi 

Həmzə Sultana və digər sultanlara ard-araa adamlar göndərib  (156 b) on-

lardan yardım istədi. 

Həmzə Sultan da Amu-Dərya sahilindəki Saraya gəlib əsgərini oğul-

larının və  bəylərinin komandanlığında Qunduza göndərdi. Bunlar gələr-

gəlməz dərhal Xosrov şahın qarşısına çıxdılar. Şişman hərif vuruşa bilmə-

diyi kimi qaçmağı da bacarmadı. Elə o anda Həmzə Sultanın adamlarının 

əlinə  düşdü. Bacısı oğlu Əhməd Qasımı, Şirim Çöhrəni və digər bəzi yaxşı 

igidləri öldürdülər. Xosrov şahı Qunduza gətirib boynunu vurdular və başını 

Xarəzmə Şeybani xanın hüzuruna göndərdilər. 

Xosrov şahın dediyi kimi, o Qunduz civarına gələr-gəlməz mənim ya-

nımdakı adamlarımın tövrləri bir az dəyişmişdi. Böyük bir qismi qalxıb Xo-

ca-Rivaca və civarına getdi. Mənim yanımda olanların çoxu onun adamları 

idı. Moğollar [Xosrov şahı öldürərək] yaxşı hərəkət etdilər. Mənə qarşı bir-

lik olanlar da bu xəbər gələr-gəlməz, oda su tökülmüş kimi sindilər.  

 

 



 

 

 



 

 

 



 

BABURNAMƏ 

 

169



KABİL - 911 (4 İYUN 1505 - 24 MAY 1506) 

 

DOQQUZ YÜZ ON BİRİNCİ İLİN HADİSƏLƏRİ 



 

BABURUN ANASININ ÖLÜMÜ VƏ BÖYÜK BİR ZƏLZƏLƏ 

 

Məhərrəm ayında [=1505 iyun] anam Qutlu Nigar xanım qızdırma 

xəstəliyinə tutuldu. Qan aldılar, bir xeyri olmadı. Seyid Təbib adında xora-

sanlı bir həkim vardı, Xorasan üsuluna görə qarpız verdi. Əcəli gəlmişdi, al-

tı gün sonra şənbə (157 a) günü Allahın rəhmətinə qovuşdu. [Baburun əmi-

si] Uluğ bəyin dağ ətəyində saldırdığı Baği-Novruzi adlı bir bağ vardı. Va-

rislərinin iznini alaraq Qasım Göyəldaş ilə birlikdə bazar günü bu bağa gəti-

rərək torpağa tapşırdıq. 

Bu matəm əsnasında xan dayım Alaca xan ilə nənəm İsən Dövlət bə-

yimin də vəfat etdikləri xəbərini gətirdilər. Xanımın ölümünün qırxıncı gü-

nü yaxınlaşarkən xanların anası Şah bəyim, mənim xalam və Sultan Əhməd 

Mirzənin arvadı Mehrinigar xanım və  Məhəmməd Hüseyn Gürgan Duğlat 

Xorasandan gəldilər. Matəmlər təkrar təzələndi və ayrılıq atəşi sonsuz oldu. 

Matəm mərasimindən sonra fəqirlərə və miskinlərə aş verilib ölülərin ruhu-

na dualar edildikdən sonra könülləri alıb matəm paltarını çıxardıq. 

Bu önəmli işləri gördükdən sonra Baqi Çağanyaninin təkidiylə  Qən-

dəhara qoşun çəkdik. Yola çıxdıqdan sonra Quş-Nadir çayırına gəlib enəndə 

mənə qızdırma gəldi. Bu, qəribə bir xəstəlikdir. Xeyli əlləşərək məni çətin-

liklə oyadırdılar, dərhal gözüm təkrar qapanır və yuxuya dalırdım. Dörd-beş 

gün sonra bir az yaxşılaşdım. 

Bu zaman elə bir zəlzələ oldu ki, kurqan və bağ  divarlarının böyük 

qismi yıxıldı. Şəhərdə və kəndlərdə bir çox ev yıxıldı, evlərin və divarların 

altında qalıb ölənlər çox (157 b) oldu. Pamğan kəndinin evləri tamamən yı-

xıldı; yetmiş-səksən qədər yaxşı adam divar altında qalaraq öldü. 

Pamğan ilə Biqdut arasında bir böyük daş atımı genişliyində olan bir 

torpaq parşası bir ox atımı qədər aşağıya çökdü, yox olan toprağın yerində 

bulaqlar ortaya çıxdı. İstərqaçdan Meydana qədər -təxminən altı-yeddi ağac 

qədər bir məsafədir- torpaq  elə yarılmışdı ki, bəzi tərəfində ərazi fil qədər 

yüksəlmiş və bəzi tərəfində də fil qədər çökmüşdü. Yarılan yerlərə bəzən bir 

adam sığardı. 

Zəlzələ olanda bütün dağların başından toz buludları qopdu. Nurullah 

tənburçu qarşımda saz çalırdı. Bir sazı da vardı. O sırada hər iki sazını əlinə  

aldı. O qədər özündən keçdi ki, sazlar bir-birinə çarpdı. 

Cahangir Mirzə  təpədə, Uluğ  bəy Mirzənin tikdirmiş olduğu imarət-

lərdən birinin üst qatındakı eyvanda idi. Zəlzələ olunca, özünü aşağıya atdı, 

bir şey olmadı. Cahangir Mirzənin yaxınlarından biri də bu üst qatda idi, üst 



Zəhirəddin Məhəmməd BABUR  

 

 



170

qatın damı üstünə yıxıldı. Lakin Allah qorudu və heç bir yerinə zərər dəy-

mədi. 

Təpədəki evlərin çoxu yerlə bir oldu. O gün yer otuz üç dəfə tərpəndi. 



Təxminən bir ay hər gecə və hər gündüz yer iki-üç dəfə tərpənirdi. Bəylərə 

və sipahilərə əmr etdim ki, kurqanın bürc və divarının yıxıq və yarıqlarını 

təmir etsinlər. (158 a) İyirmi gün və ya bir ay ərzində kurqanın bütün qırıq 

və çat yerləri ciddiyyət və diqqətlə təmir edilərək tamamlandı. 

Əvvəlcə Qəndəhar tərəfinə getmək üçün başladığımız səfər xəstəlik və 

zəlzələ üzündən bir az gecikmişdi. Xəstəliyi atlatdıqdan və kurqanı yenidən 

təmir etdirdikdən sonra əvvəlki qərarımıza qayıtdıq. 

Qəndəhar tərəfinə getmək, yoxsa axın etmək üçün dağ və ovaları do-

laşmaq haqqında hələ bir qərara gəlməmişdik.  Şənizin  ətəyinə enəndə Ca-

hangir Mirzə  və  bəyləri toplayıb məsləhətləşərək Qalat üzərinə yürüməyə 

qərar verdik. Cahangir Mirzə ilə Baqi Çağanyani bu yürüşdə daha artıq israr 

etdilər. 

Yolun yarısına gələndə Şir Əli Çöhrə, Kiçık Baqi Divanə və digər bir 

neçə adamın qaçmaq niyyətində olduqlarını xəbər aldıq. Bunlar yaxalandı. 

Şir Əli Çöhrə həm mənim, həm də başqalarının yanında müxtəlif vilayətlər-

də bir çox fitnəyə  və pis əməllərə qarışdığı üçün edam edildi, digərlərinin 

isə at və silahlarını aldıqdan sonra sərbəst buraxdıq. 

Qalata gələr-gəlməz, xüsusi bir silah və  təchizat hazırlığı aparmadan 

hər tərəfdən hücuma keçdik. Çox şiddətli bir savaş oldu. Xoca Kəlanın bö-

yük qardaşı Kiçık bəy çox cəsur bir igid idi. Əvvəllər də bəhs etdiyim kimi, 

mənim önümdə bir neçə  dəfə  qılıncla çarpışmışdı. Qalatın  (158 b)  cənub-

qərb tərəfindəki bürcündən dırmanaraq divarın üstünə çıxanda gözünə nizə 

sapladılar, Qalatın zəbtindən bir-iki gün sonra bu yara üzündən öldü. 

Şir Əli ilə qaçarkən yaxalanan Kiçık Baqi Divanə etdiyi qəbahəti ört-

basdır etmək üçün qapıda kurqan divarının dibinə camənda aldığı daş ya-

rasından orada öldü. Onların dışında bir-iki adam daha öldü. 

Savaş ikindəyə qədər bu şəkildə davam etdi. İgidlər bir xeyli vuruşub 

sıxışdırdıqdan sonra süstləşməyə başlayanda içəridəkilər aman diləyib kur-

qanı təslim etdilər. 

Zünnun bəy Arğun Qalatı Müqimə vermişdi, burada Müqimin adam-

larından Fərrux Arğun ilə Qara Bulud vardı. Onlar ox qılıflarıyla qılınclarını 

boyunlarına asaraq gəldilər. Günahlarını bağışladıq. Bu ailəyə əziyyət etmək 

niyyətində deyildim, çünki özbəklər kimi bir düşmənin yaxınımızda olduğu 

bir zamanda öz aramızda belə bir şey olsa, bunu uzaqdan və yaxından eşi-

dənlər və görənlər nə deyərdilər. 

Bu yürüş Cahangir Mirzə  və Baqi bəyin israrları ilə keçirildiyi üçün 

Qalatı mühafizə  vəzifəsini də Mirzənin öhdəsinə buraxdım, lakin o, qəbul 

etmədi. Baqi də bu xüsusda yaxşı bir cavab verə bilmədi. Beləcə, Qalatı bu 



BABURNAMƏ 

 

171



qədər müharibə ilə, zorla almağımız heç bir işə yaramadı. 

Qalatdan günəyə doğru gedərək Sevasəng, Aladağ (159 a) və o civar-

dakı əfqanların üstünə axın edib Kabilə döndük. Kabilə endiyim axşam mən 

kurqana getdim, çadır və atlar çarbağda idi. Xırılçı tayfasından bir oğru gə-

lib mənim zirehli savaş  atımı və xas bir xəncərimi çarbağdan oğurlamışdı.  

 

BAQİ ÇAĞANYANİNİN ÖLÜMÜ 

 

Baqi Çağanyaninin Amu sahilində gəlib bizə qoşulmasından bəri yanı-

mızda ondan daha etibarlı və daha nüfuzlu bir adam yoxdu. Hər söz və hər 

işdə onun rəyi hakim idi. Gərçi onun münasib bir xidməti və layiqli bir in-

saniyyəti heç bir zaman görünməmiş, tam tərsinə, ondan hər cür ədəbsizlik 

və pislik çıxmışdı. Xəsis, alçaq, qısqanç, pis qəlbli, dargörüşlü və əxlaqsız 

bir adamdı. Xəsisliyi o dərəcədə idi ki, Termizi buraxıb köç və malıyla bizə 

qoşulanda bəlkə də otuz-qırx minə qədər qoyunu vardı. Hər yurdda bu qo-

yun sürüləri bizim önümüzdən keçdiyi, bizim igid və adamlarımız açlıqdan 

sıxıntı çəkdikləri halda, bizə tək bir qoyun belə vermədi. Nəhayət, Kahmər-

də gələndə əlli qoyun verdi. 

Məni padşah olaraq tanıdığı halda nağaranı

1

 öz  qapısında çaldırırdı. 



Heç kimsə ilə dost deyildi və heç kimsəni sevmirdi. Kabilin bütün gəliri 

damğa rəsmindəndir. Damğa rəsmi, Kabilin valiliyi, (159 b) Pənchir, Kedi-

Həzarə, Quşqaq

 

və eşik ixtiyarlığı tamamən onun əlində idi. Bu qədər etibar 



gördüyü halda heç məmnun və mütəşəkkir deyildi. 

Daha  əvvəl də dediyimiz kimi, o qədər pis niyyətləri olduğu halda 

bunları əsla diqqətə almadıq və etdiklərini üzünə vurmadıq. Daima nazlanıb 

getmək üçün izin istəyirdi. Lakin nazını  çəkib səbəblər göstərərək bundan 

vaz keçirirdik. Bir-iki gün susur, sonra təkrar izin istəməyə başlayırdı. Axır-

da nazı və izin istəməsi həddən aşdı, biz də onun əxlaq və hərəkətlərindən 

bezdik və izin verdik. 

İzin istədikdən sonra özü də peşman oldu. Canı sıxılmağa başladı, la-

kin xeyri olmadı. Mənə adam göndərərək «Doqquz günah işləmədən məni 

sorğuya çəkməyəcəyini şərt qoşmuşdu» deyə bildirdi. Mən də Molla Baba 

vasitəsilə on bir günahını tək-tək xatırladaraq cavab verdim. Axırda anladı, 

köç və malıyla birlikdə Hindistan tərəfinə getməsinə izin verildi. 

Özünün bir neçə adamı onu Xeybərdən ötürüb geri gəldi. Baqi də ka-

kiyani karvanına qoşularaq Nilabı keçdi. 

O zamanlar Dərya xan oğlu Yar Hüseyn Keçə-Qutda olurdu. Kühetdə 

bizdən aldığı fərmanları dəstəvuz edərək yanına diləzaq və Yusif-zeyi qəbi-

                                                           

1

 Nağara: ənənvi olaraq hökmdarın qapısı önündə hər alacaqaranlıq və şəfəq vaxtında 



çalınan davul.  

 


Zəhirəddin Məhəmməd BABUR  

 

 



172

lələrindən bir dəstə əfqanı, cet və qücur qəbilələrindən bəzilərini də almışdı. 

Bütün işi-gücü xalqı soymaq və yol kəsməkdi. Baqinin gəldiyi eşidən kimi 

(160 a) yolunu kəsib Baqi ilə birlikdə gedənlərin hamısını yaxaladı. Baqini 

öldürdü və arvadını aldı. Düzdür, biz heç bir yamanlıq etmədən Baqini bu-

raxdıq, lakin öz yamanlığını əldən buraxmadı və öz amalına giriftar oldu. 

Tu bəd konəndən xudra bərgüzar süpar, 

Ki ruzigər tura çakər əst kinə güzar. 

Sana pislik edəni qədərə tapşır, 

Çünki o sənin intiqam alan nökərindir. 

 

TÜRKMƏN HƏZARƏSİ ÜZƏRİNƏ AXIN 

 

Bu qış qar yağana qədər bir-iki dəfə həmin çarbağda qaldım. Biz Ka-



bilə  gələndən sonra türkmən həzarəsi də  hər cür ədəbsizlik etmiş, yolları 

basmışdı. Onların üstünə axın etmək niyyətilə Uluğ  bəy Mirzənin Bostan-

saray adlı imarətinə gəldik və şaban ayında türkmən həzarəsinə axın etmək 

üçün oradan yola çıxdıq. 

Dəreyi-Xoşun ağzında Cəngliyə axınçılar göndərdik. Bir dəstə həzarə-

yə qarşı axın edildi. Dəreyi-Xoş yaxınlığında bir mağarada bir dəstə həzarə 

gizlənmişdi. Şeyx Dərviş Göyəldaş qazaxlıqların çoxunda mənimlə birlikdə 

olmuşdu və qurbəyilik

1

 rütbəsi ondaydı. Yayı qüvvətli çəkir, oxu yaxşı atır-



dı. Qəflət göstərərək bu mağaranın ağzına çox yaxınlaşır və içəridən bir 

həzarə köksünə ox atır. Elə həmin gün vəfat etdi. 

Türkmən həzarəsinin böyük qismi Dəreyi-Xoşda qışlamışdı. Onların 

üstünə hücum etdik. Dəreyi-Xoş gözəl bir dərədir. Dərənin ağzında yarım 

küruh qədər bir boğaz var. Yol dağın (l60 b) yamacındadır. Yolun aşağı tə-

rəfi  əlli-altmış kari dik qayalıqdır, yuxarı  tərəfində isə yol cığırdır. Atlılar 

bir-bir keçirlər. Bu boğazdan keçərək o gün günorta ilə ikindi arasına qədər 

yürüyüb adamlara yetişmədən bir yerdə düşərgə saldıq. 

Həzarənin kök bir yük dəvəsini tapıb gətirdilər. Onu kəsib ətindən bir 

qədər kabab elədik, bir azını da güvəcdə bişirib yedik. O qədər ləzzətli dəvə 

əti heç bir zaman yeməmişdim. Bəziləri qoyun ətindən ayırd edə bilmədilər. 

Ertəsi gün erkəndən qalxıb həzarələrin qışladığı yurdun üzərinə yürü-

dük. Bir pəhər olmuşdu ki, irəlidən bir adam gəlib həzarələrin bir boğazda 

su keçidini ağac maneələrlə gücləndirərək  əsgərin yolunu kəsib vuruşduq-

larını söylədi. Bunu eşidincə dərhal hərəkət etdik. 

Bir az getdik və həzarələrin yolu kəsib vuruşduqları yerə çatdıq. O qış 

möhkəm qar yağmışdı. Yolsuz yerdən yerimək çox çətin idi. Çayların sahil-

ləri tamamən buz tutmuşdu. Buz və qar üzündən bu çayı yolsuz yerdən keç-

mək qeyri-mümkün idi. Həzarələr də çoxlu ağac kəsərək çayın keçid yerini 

                                                           

1

 Qurbəyi: hərbi bir rütbə.  



BABURNAMƏ 

 

173



bağlamışdılar. Özləri isə çayın ətrafında atlı (161 a) və piyada olaraq ox atıb 

vuruşurdular. 

Məhəmməd  Əli Mübəşşir mənim yeni yüksətdiyim bəylərimdən idi. 

Çox cəsur, etibarlı  və yaxşı bir igid idi. Zirehsiz olduğu halda irəliləyərək 

ağac maneələrin olduğu yola girdi. Böyründən oxla vurdular və dərhal öldü. 

Oraya sürətlə gəldiyimizdən çoxumuzun zirehi yox idi. Bir-iki ox ya-

nımızdan keçib yerə saplandı. Əhməd Yusif həyəcanlı bir şəkildə və sürəkli 

olaraq «Çılpaq halda belə bir müharibəyə girirsiniz, iki-üç oxun başınızın 

üstündən keçdiyini gördüm» deyirdi. Mən də ona «Cəsur olun, mənim ba-

şımdan belə şeylər çox keçmişdir» dedim. 

Bu əsnada sağ qol tərəfdən Qasım bəy suda bir keçid tapıb zirehli hal-

da onların üstlərinə at saldı və həzarələr müqavimət edə bilmədən qaçdılar. 

Qarşılarında olanlar isə onları atlarından sala-sala arxalarından təqib etdilər. 

Qasım bəyə bu iş üçün mükafat olaraq Bəngəş verildi. Hatim qurbəyi 

də bu səfərdə fəna deyildi, buna görə Şeyx Dərviş Göyəldaşda olan qurbəyi 

rütbəsi Hatimə ehsan  edildi. Kibəqulu Babaya isə bu yürüşdə şücaətlər gös-

tərdiyi üçün bir kənd bağışlandı. 

Sultanqulu Çanaq həzarələri təqib edirdi. Qar çox qalın olduğu üçün 

yoldan çıxmaq mümkün deyildi. Mən də bu igidlərlə birlikdə getdim. (161 


Yüklə 5,03 Mb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   46




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin