BABURUN AXSİ KURQANINDAN QAÇMAŞI
Axsinin bir şeri məsafəsində Künbəd-Çəmən deyilən bir yer vardır.
Oradan keçərkən İbrahim bəy mənə səsləndi. Dönüb geri baxdım: (114 a)
Şeyx Bəyazidin bir çöhrəsi İbrahim bəyi oxla vurmuşdu. Cilovu çəkdim.
Xanqulu Bəyanqulu yanımda idi. «İndi dönmə zamanıdırmı» dedi və cilovu-
mu dartıb irəlilədi.
Səngə çatana qədər adamlarımızın çoxunu vurdular. Səng Axsidən iki
şeri məsafədədir. Səng çayından keçəndən sonra arxamızda düşmənin adam-
ları görünmədi və biz də Səng çayının sahilindən yuxarıya doğru yürüdük.
Bu vəziyyətdə səkkiz adam qalmışdıq: Dost Nasir, Qasım bəyin oğlu
Qənbər Əli, Xanqulu Bəyanqulu, Mirzəqulu Göyəldaş, Şahım Nasir, Əbdül-
qüddüs Seydi Qara [Kuhbər], Xoca Hası və səkkizinci də mən idim.
Bu çayın yuxarısına doğru gedən yol olduqca yaxşı idi. Bu dərə ana
yoldan uzaq və kimsəsizdi. Bu dərədən yuxarıya doğru yürüyəndən sonra
çayı sağ tərəfimizdə buraxıb təkrar başqa bir quru dərəyə girdik. Ancaq
ikindi namazı vaxtı bu dərədən düzlüyə çıxa bildik.
Düzlükdə uzaqdan bir qaraltı göründü. Yanımdakıları bir sığınaqda
buraxıb özüm piyada olaraq bir təpəyə çıxıb ətrafa göz yetirdim, bir çox atlı
arxamızdan sürətlə gəlib bir təpənin üzərinə çıxırdı. Çox və ya az olduqla-
rını dəqiqləşməyə vaxt yoxdu, atlara minərək yola düşdük. Təqib edənlər
iyirmi-iyirmi beş olardı. Biz isə yuxarıda söylədiyim kimi, səkkiz adamdıq.
Əgər o əsnada onların bu qədər adamdan ibarət olduğunu dəqiq bilsəydik,
yaxşıca vuruşardıq. Biz bunların təqibçi olduğunu zənn etdik (114 b) və on-
ların arxasından gələnlərin olacağını düşündük və bunun üçün dərhal yürü-
dük.
Qaçan düşmənin sayı çox belə olsa, dönüb sayı az olan təqibçiyə qarşı
çıxa bilməz. Necə ki demişlər:
BABURNAMƏ
129
Səfi məğlubra huye bəsənd əst.
Yenilmiş düşmənə bir hey səsi kifayətdir.
Xanqulu belə bir təklifdə bulundu: «Bu iş belə olmaz, hamımızı ələ
keçirəcəklər. Siz və Mirzə Kuh Göyəldaş atların arasından iki yaxşı at se-
çərək sürətlə gedin, bəlkə qurtula bilərsiniz». Söylədiyi yanlış deyildi. Savaş
olmadığı üçün bəlkə bu şəkildə qurtulmaq mümkün olardı. Lakin içlərindən
birini düşmən içində atsız qoymaq yaxşı deyildi. Amma yenə də axırda ha-
mısı bir-bir düşmənin əlinə düşəcəkdi.
Mənim mindiyim at bir az süst idi. Xanqulu düşüb öz atını mənə verdi.
Mən öz atımın üstündən sıçrayaraq ona mindim, Xanqulu da mənim atıma
mindi. Bu zaman geridə qalmış olan Şahım Nasir ilə Əbdülqüddüs Seydi
Qaranı vurub atdan saldılar. Xanqulu da geridə qaldı. Himayə və kömək za-
manı deyildi. Atları son sürətlə çapırdıq. Atı vurulan geridə qalırdı. Dost
[Nasir] bəyin atı da gücdən düşdü və geridə qaldı.
Bu mindiyim at da süstləşməyə başladı. Qənbər Əli enib atını verdi,
mindim. Qənbər Əli də mənim atıma mindi və geridə qaldı. Xoca Hası topal
bir adamdı, təpələrə doğru çəkildi.
Yalnızca Mirzəqulu Göyəldaş ilə mən qaldım. Atlarımızın dördnala
çapmağa gücü (115 a) qalmamışdı, ancaq yenə də sürətlə gedirdik. Mirzə-
qulunun atı da süstləşməyə başladı. «Səni buraxıb hara gedim, yürü, ölümdə
da, dirimdə də birlikdə olaq» dedim və bir müddət Mirzəquluya ayaq uydu-
raraq yürüdüm. Axırda Mirzəqulu dedi: «Mənim atım gücdən düşüb, yürüyə
bilməz. Siz mənə görə yaxalanmayın, gedin. Bəlkə qurtula bildiniz». Bu
mənə çox ağır gəldi. Mirzəqulu da geridə qaldı. Mən yalnız qaldım.
Düşməndən iki adam ortaya çıxdı. Birinin adı Baba Sayrami, digərinin
adı isə Bəndə Əli idi. Mənə bir az daha yaxınlaşdılar. Atım heydən düşmüş-
dü, dağa qədər isə bir küruha yaxın məsafə vardı. Qarşıma bir daş yığını
çıxdı. «Atım yorulub, dağ da bir az uzaq, hara gedə bilərəm ki? Oxdanımda
iyirmi qədər ox var, bari enib bu daş yığınında oxlarım bitən qədər vuru-
şum» deyə bir an düşündüm. Sonra ağlıma «Bəlkə dağa yetişə bilərəm, dağa
çıxdıqdan sonra bir qədər oxu belimə sancıb dağa dırmanaram» düşüncəsi
gəldi. Çevikliyimə çox güvənirdim. Bu niyyətlə davam etdim. Atımın çabuq
qoşacaq halı qalmamışdı. Bunlar da bir ox atımı məsafəyə qədər yaxınlaşdı-
lar. Mən də oxumu atmağa qıymadım (1l5 b). Bunlar da çəkindilər və daha
artıq yaxınlaşmadılar, amma bu şəkildə arxamdan gəlməyə davam etdilər.
Günəş batarkən dağa yaxınlaşdım. Anidən bağırdılar: «Belə hara ge-
dirsiniz? Cahangir Mirzəni ələ keçirdilər. Nasir Mirzə də onların əlindədir».
Bu sözlərlə xeyli təlaşlandım, çünki hamımız düşmən əlinə düşsək,
təhlükə ehtimali çox idi. Cavab vermədən dağa doğru yürüməyə davam et-
dim. Xeyli yol getmişdim ki, təkrar səslənməyə başladılar. Bu dəfə əvvəl-
kindən daha mülayim danışdılar. Atdan enərək səsləndilər. Bunların sözünə
Zəhirəddin Məhəmməd BABUR
130
qulaq asmadan yürüməyə davam etdim.
Dərədən yuxarıya doğru gedirdim. Yatsı namazına qədər yürüdüm.
Axırda bir ev böyüklüyündə bir daşın yanına çatdım. Daşın yanından dolan-
dım. Uçurumlar başladı, at gedə bilmədi. Onlar da atdan endilər. Hörmət və
sayğı göstərib daha mülayim olaraq sözə başladılar. «Gecə qaranlıq, yol da
yox, belə hara gedirsiniz» dedilər, «Sultan Əhməd bəy sizi padşah edər» de-
yə and içdilər.
Mən də belə dedim: «Mənim ona güvənim yoxdur, oraya getmək mə-
nim üçün mümkün deyil. Amma sizin mənə bir xidmət göstərmək niyyətiniz
varsa, (116 a) illərcə arayıb tapa bilməyəcəyiniz xidmət budur: mənə xan-
ların yanına gedən yolu göstərin. Sizə istədiyinizdən daha artıq iltifat və şəf-
qət göstərərəm. Bunu edə bilməsəniz, gəldiyiniz yolla qayıdın. Qoy mənə nə
olursa-olsun. Bu da yaxşı bir xidmətdir».
«Kaş gəlməmiş olaydıq. Madam ki gəldik, sizi necə belə buraxıb ge-
dək? Madam ki gəlmirsiniz, haraya getsəniz, xidmətinizdə olacağıq» dedilər.
«Elə isə sözünüzün doğruluğuna and için» dedim.
Quran üzərinə böyük and içdilər. Bundan sonra mənə də inam gəldi.
Mənə dərənin yaxınındakı sırtlardan bir dərə yolu göstərdilər.
«O zaman bu yolda qabağa siz keçin» dedim. Gərçi and içmişdilər,
amma yenə onlara tam inanmırdım. Onları qabağıma qatıb arxalarından yü-
rüdüm. Bir-iki küruh yol getdik, qabağımıza bir çay çıxdı.
«Geniş dərə yolu bu olmasın» dedim.
Buna ehtimal vermədilər və «O yol çox irəlidədir» dedilər, lakin geniş
dərə yolu ora imiş və onlar mənə xəyanət edib gizləmişlər.
Gecə yarısına qədər yürüyüb təkrar bir çaya çatdıq, onlar «Biz səhv
etmişik, geniş dərə yolu geridə qalıb» dedilər. «Elə isə nə edək?» dedim.
«Önümüzdə Gavə yolu yaxındır, o yolla Fərkətə çıxmaq olar» dedilər (l16
b) və o yola girdilər. Gecənin üç pasına
1
qədər yürüdük və Gavədən keçən
Kərnan çayına gəldik.
«Siz burada gözləyin, mən gedib Gavə yoluna baxıb gəlim» dedi Baba
Sayrami və bir müddət sonra gəlib belə söylədi: «Moğollardan bir neçə
adam bu yola gəlib, buradan keçmək olmaz».
Bu sözü eşidərək əndişəyə düşdüm. Vilayət içində idik, sabah yaxın-
laşmışdı və hədəfimiz də uzaqdı.
«Bir yerə götürün ki, gündüz orada gizlənib gecə olunca atlarımızla
Xocənd çayını keçərək o tərəfdən Xocəndə doğru gedək» dedim.
«Burada bir təpə var, orada gizlənmək mümkündür» dedilər.
Bəndə Əli Kərnanın darğasıydı. «Atlarımızın və özümüzün boğazını
düşünmək lazımdır. Mən Kərnana gedib nə tapa bilsəm gətirim» dedi. Ora-
1
Pas: günün səkkizdə birinə verilən ad, yəni üç saat.
BABURNAMƏ
131
dan dönüb Kərnana doğru getdik. Kərnana bir küruh məsafədə dayandıq.
Bəndə Əli getdi, biz də orada gözlədik. Sabah yaxınlaşırdı, o isə hələ də gəl-
mirdi. Çox təlaşa düşdük.
Dan yeri ağaranda Bəndə Əli tələsik gəldi. Üç çörək gətirmiş, lakin
atlara heç bir şey gətirməmişdi. Hər birimiz bir çörəyi qoynumuza qoyub tə-
laşla dönərək təpənin üstünə çıxdıq. Atları bir dərədə bağlayıb hərəmiz bir
tərəfə, yüksək bir yerə çıxıb ətrafa göz qoymağa başladıq.
Günortaya yaxın (117 a) Əhməd Quşçu dörd atlıyla birlikdə Gavədən
Axsiyə doğru gedirdi. Bir an üçün Əhməd Quşçunu çağırıb vədlərlə şirnik-
dirərək atlarını almağı düşündüm, çünki atlarımız bütün gecə-gündüz savaş
və qaçışda idi, üstəlik, yem də tapılmadığı üçün haldan düşmüşdülər. Lakin
qəlbim narahat idi, onlara güvənə bilmədim.
Yanımdakılarla qərara qldıq ki, bu gecə onlar Kərnana gedəcək, gecə
gizlincə girib atları çıxaracaqlar ki, bizi bir yerə qədər götürə bilsinlər.
Günorta olmuşdu, uzaqda, amma gözlə görünən bir yerdə, bir atın üs-
tündəki bir şey günəş şüalarıyla parlayırdı. Nə olduğunu heç cür başa düş-
mədik. Sonra anladıq ki, o, Məhəmməd Bakir bəymiş. Axsidə bizimlə bir-
likdəydi. Axsidən çıxanda hərə bir tərəfə getmişdi, Məhəmməd Bakir Bəy
də bu tərəfə gəlib gizlənərək yürüyürmüş.
Bəndə Əli ilə Sayrami dedilər ki, atlar iki gündür acdır. Ovaya enib
atları ota salaq. Oradan atlara minərək ovaya endik və atlarımızı ota saldıq.
İkindi namazı vaxtı atlı bir adam bizim gizləndiyimiz təpəyə çıxırdu.
Onu tanıdım və Gavənin böyüyü Qədirverdi olduğunu anladım. Yanımdakı-
lara dedim ki, Qədirverdini çağırsınlar. Çağırdılar, o da gəldi. Görüşüb hal-
əhval tutduqdan sonra inayət və şəfqət sözləri söyləyib, vədlərdə bulunub
şirnikdirərək urğan, oraq, balta və suyu keçmək üçün lazım olan əsbabla bir-
likdə atlara yem, özümüzə yemək (117 b) və əgər mümkünsə at da gətirmə-
sini söyləyib göndərdik, yatsı namazı vaxtında həmin yerə gəlməsini qərar-
laşdırdıq.
Axşam namazı vaxtında atlı bir adam Kəman tərəfindən Gavəyə doğru
keçib gedirdi. «Kimsən?» deyə soruşduq, o da bir ad deyib cavab verdi. Sən
demə, bu adam Məhəmməd Bakir bəyin ta özü imiş. Günorta gördüyümüz
yerdən ayrılmış və gizlənmək üçün başqa bir yerə gedirmiş. Səsini elə də-
yişdirmişdi ki, illərlə mənim yanımda qalmasına baxmayaraq heç tanıya bil-
mədim. Onu tanıyıb özümüzə qoşsaydıq, yaxşı olardı. Onun keçib getmə-
sinə çox üzüldük. Qədirverdi Gavaniyə vət etdiyimiz yerdə qala bilmədik.
Bəndə Əli belə dedi: «Kərnanın məhəllələrində kimsəsiz bağlar var.
Heç kim ağlına gətirməz ki, biz orada olarıq. Oraya gedib Qədirverdiyə
adam göndərək, oraya gəlsin».
Bu niyyətlə atlara minib Kərnanin məhəllərinə gəldik. Qışdı və çox
soyuq idi. Əski bir quzu dərisi tapıb gətirdilər, geydim. Bir çanaq darı şorba-
Zəhirəddin Məhəmməd BABUR
132
sı gətirdilər, içdim. Çox rahat oldum.
«Qədirverdiyə adam göndərdinmi?» deyə Bəndə Əlidən soruşdum.
«Göndərdim» dedi. Lakin bu alçaq həriflər onunla gizlicə danışaraq
onu Axsiyə Tənbəlin yanına göndərmişlər.
Divarla çevrilmiş bir evə girdim və od qalayıb bir müddət yuxuya dal-
dım. Bu həriflər nökərlik edib mənə təkrar belə dedilər: «Qədirverdidən xə-
bər almadan buradan hərəkət edə bilmərik. Bura məhəllə arasıdır, kənarda
kimsəsiz bağlar var. Oraya (l18 a) getsək, heç kim bizim orada ola biləcəyi-
mizi ağlına belə gətirə bilməz».
Gecə yansı ata minib kənar bağa getdim. Baba Sayrami divar üzərin-
dən ətrafı gözətləyirdi. Günortaya yaxın divardan enib yanıma gələrək dedi:
«Yusif darğa gəlir».
Buna çox üzüldüm və «Öyrən gör, mənim burada olduğumu bilərəkmi
gəlir» dedim.
Çıxdı və danışdıqdan sonra gəlib belə dedi: «Yusif darğa deyir ki, Ax-
si qapısında qarşıma bir piyada çıxdı və padşahın Kərnanda filan yerdə ol-
duğunu söylədi. Mən də başqaları bilmədən bu piyadanı müharibədə əlimə
düşən Vəli Xəzinə[çi] ilə birlikdə bir yerə gizlədim, sonra da sizin yanınıza
qoşdum. Bəylərin bu işdən xəbəri yoxdur».
«Sən nə düşünürsən?» deyə soruşdum.
«Bu adamlar hamısı da nökərlərinizdir, sizə nə eləyə bilərlər ki? Get-
mək lazımdır. Sizi padşah edəcəklər» dedi.
«Bu qədər qovğadan və savaşdan sonra necə etimad edib gedə bilə-
rəm» dedim.
Biz belə danışarkən Yusif gəlib önümdə iki dizi üstünə çöküb dedi:
«Sizdən nə gizlədim, bundan Sultan Əhməd bəyin xəbəri yoxdur. Şeyx Bə-
yazid bəy sizin xəbərinizi alıb məni göndərdi».
Belə deyincə mənə qəribə bir hal oldu. Dünyada can qorxusundan da-
ha pis bir şey yox imiş. «Doğrusunu söylə, iş bir az başqa isə gedib abdəst
alım» dedim.
Yusif and içdi, lakin onun andına kim inanar (l18 b). Özümdəki taqət-
sizliyi düşündüm. Qalxıb bağın bir guşəsinə gedib öz-özümə düşünərək,
«İnsan min il də yaşasa, axırda öləcək» dedim:
Əgər səd sal mane, var ya ki ruz,
Bibayəd rəft əz in kahi diləfruz.
İstər yüz il, istər bir gün qal,
Bu könül aydınladan köşkü tərk edəcəksən.
Ölümü qəbul etdim. Bu bağdan bir su axırdı. Abdəst aldım. İki rükət
namaz qıldım. Başımı münacata qoyub dilək dilərkən yuxuya dalmışım.
Röyamda Xoca Yəhyanın oğlu və Xoca Übeydullah həzrətlərinin nə-
vəsi olan Xoca Yaqub ağ və qara nişanlı bir ata minmiş olaraq izdihamlı bir
BABURNAMƏ
133
camaatla birlikdə qarşıma çıxdı. Mənə belə dedi: «Qəm yeməyin, məni sizin
yanınıza Xoca Əhrar göndərdi və dedi ki, biz ona kömək göndərib padşahlıq
məqamına oturtmuşuq, bir yerdə çətinə düşsə, bizi göz önünə gətirib yad et-
sin, biz orada hazır olarıq. Bu anda belə şans hələ sizin tərəfinizdədir. Ba-
şınızı qaldırın və yuxudan oyanın». Bu vəziyyətdə sevinclə oyandım.
Yusif darğa və yanındakılar öz aralarında danışıb belə deyirdilər: «Bə-
hanələr tapıb hiylə eləyir, tutub bağlamaq lazımdır».
Bu sözü eşittim və «Siz belə danışırsınız, yaxınlaşın görüm, hansınız
mənə yaxınlaşa bilərsiniz» dedim. Tam bu sözü söylərkən, bağın divarının
dışından izdihamlı bir atlı qafiləsinin ayaq səsləri gəldi (119 a)
«Əgər bizimlə birlikdə Tənbəlin hüzuruna getsəydin, bizim işimiz dü-
zələrdi. İndi isə sizi yaxalamaq üçün bu qədər adam gödərib» deyən Yusif
darğa bu səslərin Tənbəlin göndərdiyi adamların səsi olduğunu təxmin etdi.
Bunu eşidincə təlaşım lap artdı və nə edəcəyimi bilmədim.
O anda bu atlılar bağın qapısını aramaq üçün vaxt itirmədən əski di-
varın bir yerindən bir dəlik açaraq içəri girdilər. Baxdım ki, onlar mənə can-
dan bağlı olan adamlarımdır. Qutlu Məhəmməd Barlas və Babayi-Pərgari
yanlarında on beş və ya iyirmi adamla gəlib yetişmişdi. Yaxınlaşanda özlə-
rini atlardan yerə atdılar və uzaqdan hörmətlə əyilib sayğı göstərərək ayaq-
larıma qapandılar. O anda mənə qəribə bir hal oldu, sanki Allah mənə yeni-
dən can vermişdi.
Mən gələnlərə «Bu Yusif darğanı və yanındakı xain hərifləri yaxala-
yıb bağlayın» dedim. Bu həriflər qaçmışdılar, amma onlardan birini bir yer-
də yaxalayaraq bağlayıb gətirdilər.
«Siz hardan gəlirsiniz və necə xəbər aldınız?» deyə soruşdum.
Qutlu Məhəmməd Barlas belə anlatdı: «Axsidən qaçıb çıxarkən, siz-
dən ayrıldıqdan sonra Əndicana gəldim. Xanlar da Əndicana gəlmişdilər.
Mən bir röya gördüm. Rüyamda Xoca Übeydullah mənə dedi ki, Babur pad-
şah Kərnan (1l9 b) deyilən kənddədir, gedib onu gətirin. Padşahlıq məqamı
ona verilmişdir. Bu röyanı gördükdən sonra sevinərək böyük və kiçik xana
ərz etdim və dedim ki, mənim beş-altı kiçık qardaşım və oğlum var, bunlara
bir neçə igid qoşun, mən də Kərnan tərəfinə gedib xəbər alım. Xanlar biz də
onun o tərəfə getmiş olacağını düşünürük, deyərək yanıma on adam təyin et-
dilər və o tərəfə gedib yaxşıca araşdıraraq bir xəbər al, heç olmasa, o tərəfdə
bir xəbər tapa bilərsən, dedilər. Biz belə danışarkən Babayi-Pərgari mən də
gedib axtarım, dedi və o da iki igid kiçik qardaşı ilə birlikdə bizə qoşuldu.
Bugün üçüncü gündür ki, yoldayıq. Əlhəmdülillah, sizi tapdıq».
Sonra isə dedilər ki, indi darhal ata minin və bu bağlananları da alaraq
gedək. Burada durmaq yaxşı deyildir. Tənbəl sizin buraya gəldiyinizdən xə-
bər tutub. Tez buradan gedək və xanlara qoşulaq.
Dərhal ata minib Əndican tərəfinə yola çıxdıq. İki gündən bəri heç ye-
Zəhirəddin Məhəmməd BABUR
134
mək yemirdım. Günorta namazı vaxtı bir qoyun taparaq gedib bir yerdə fa-
silə verdik və kabab bişirdilər. Bu kababdan doyunca yedim. Ondan sonra
atlara minib beş günlük yolu iki gün və iki gecədə sürətlə gedib Əndicana
girdik. Orada böyük və kiçik xan dayılarımla görüşdüm, başımdan keçənləri
tam şəkildə onlara danışdım.
Dörd ay xanların yanında qaldım. Hər tərəfə (120 a) dağılan adamla-
rım yığıldılar. Üç yüzdən bir az artıq adam vardı. «Madam ki bu Fərqanə vi-
layətində yersiz və yurdsuz olaraq yaşamam lazımdır, mən də başımı alıb
başqa bir tərəfə gedim» deyə düşündüm və məhərrəm ayında Xorasana get-
mək niyyətilə Fərqanə vilayətindən yola çıxdım
1
.
II. KABİL
1
Baburun xatirələri 908-ci ilin hadisələri başa çatmadan burada kəsilir, 909-cu ilin ha-
disələri isə bütünlüklə yoxdur. Həmin çatışmayan dövrdə bu hadisələr baş vermişdir: 909-
cu ildə Əndican Baburun dayıları olan iki moğol xanının əlində, Babur özü dayılarının ya-
nında olmuşdur. Tənbəlin vəziyyəti çox pisləşmiş, Fərqanədə qala bilmək üçün Şeybaniyə
tabe olmağı qəbul edərək onu köməyə çağırmışdır. Şeybani xan savaşda moğol xanlarını
məğlub etmiş, ancaq onları öldürməmiş, onların soyundan qızlar alaraq xanları buraxmışdır.
Məqsədi moğolları öz ordusuna qatmaqdır.
Bu savaş zamanı dayılarının ordusunda olan Babur qaçmağı bacarmış və Şeybani onu
yaxalaya bilməmişdir. Babur qaçıb Fərqanənin cənubundakı dağlarda gizlənmişdir. Şeybani
xan Daşkəndi və Seyhunun sağ sahilindəki bir çox yeri də almışdır. Sonra Bəlxdə Bədiüz-
zaman Mirzənin üstünə hücum edib şəhəri bir neçə ay mühasirədə saxlamış, lakin ala bil-
məmişdir. Daha sonra Tənbəli Əndicanda ələ keçirmiş və öldürmüşdür. Bundan sonra Fər-
qanəyə bütünlüklə hakim olmuşdur.
Babur isə Fərqanənin cənubundakı dağlardan Xorasana getməyi qərara almışdır. Bu
zaman onun yanında üç yüzdən bir az artıq adam olmuşdur.
BABURNAMƏ
135
KABİL - 910 (14 İYUN 1504 - 4 İYUN 1505)
DOQQUZ YÜZ ONUNCU İLİN HADİSƏLƏRİ
Məhərrəm ayında [=1504 iyun-iyul] Xorasana getmək niyyətilə Fər-
qanə vilayətindən çıxıb Hisar vilayətinin yaylalarından olan İlək yaylasına
endim. Orada iyirmi üç yaşıma girərkən ilk dəfə təraş oldum.
Hər hansı bir ümidə qapılaraq mənimlə birlikdə gələnlərin sayı böyük-
kiçık iki yüzdən bir az artıq, üç yüzdən bir az azdı. Çoxu piyadə idi.
Əllərində zopa, ayaqlarında çarıq və üstlərində çuldan başqa heç bir şeyləri
yox idi. Səfalət o dərəcə idi ki, yalnızca iki çadırımız vardı. Mənim çadırım
validəmə təxsis edilmişdi. Mənə isə hər getdiyimiz yerdə bir alaçıq qururdu-
lar və mən bu alaçıqda otururdum.
Gərçi Xorasana getmək niyyətilə yola çıxmışdıq, lakin bu vəziyyətdə
bu vilayətdən və Xosrov şahın adamlarından ümidlənirdik. Hər neçə gündən
bir bir adam gəlib vilayət və xalqdan xəbər gətirir, biz də ümidə qapılırdıq.
Bu əsnada Xosrov şahın yanına elçi olaraq göndərilən Molla Baba Pə-
şağari gəldi. Xosrov şahdan qəlbəyatan bir söz gətirməsə də əhalidən gətir-
diyi sözlər (120 b) ümidverici idi.
İləkdən ayrılıb üç-dörd mənzildə gecələdikdən sonra Hisar civarında
Xocaimad deyilən yerdə düşərgə qurduq. Orada ikən Mühib Əli Qurçu Xos-
rov şahın elçi olaraq gəldi. Xosrov şah kərəmi və səxavəti ilə məşhur idi, an-
caq iki dəfə onun vilayətindən keçdiyimiz halda başqalarına elədiyi insaniy-
yəti bizə göstərmədi. Amma əhalidən və vilayətdən ümidvar olduğumuza
görə hər mənzildə bir müddət qalırdıq.
O zaman ən böyqk adamımız Şirim Tağayi idi, onun da Xorasana get-
mək istəməyərək bizdən ayrılmaq niyyəti vardı. Sərpüldə məğlub olaraq Sə-
mərqəndə döndüyüm zamanda da ailəsini uzaqlaşdırmış və qalanın müdafiə-
sində yalnız özü qalmışdı. Çox alçaq bir adamdı. Daha öncə də bir neçə dəfə
belə hərəkətlərdə bulunmuşdu.
Qabadiyana gələndə Çağanyanı, Şəhri-Səfanı və Termizi əlində tutan,
Xosrov şahın kiçık qardaşı Baqi Çağanyani Qarşı xatibini göndərib mənə öz
sədaqətini bildirərək bizə qoşulmaq istədi və Amu çayını [Amu-Dərya]
Ubaç keçidindən keçən zaman gəlib bizə qoşuldu.
Baqinin xahişi ilə Termiz qarşısına gəldik və sonrasında bütün köç-
lərini Amudan keçirib bizimkilərə qatılmasının ardından da Xosrov şahın
qardaşı oğlu, Baqinin oğlu Əhməd Qasımın idarəsindəki Kahmərd və Bam-
yan tərəflərinə hərəkət etdik. Niyyətimiz Kahmərdin Əcər adlı dərə kurqa-
nında ailə və adamlarımızın (121 a) təhlükəsizliyini təmin etmək, sonra da
vəziyyətə görə hərəkət etmək idi.
Aybəkə gələndə əvvəlcə mənim yanımda olan, yaxşı qılınc çalan və
Zəhirəddin Məhəmməd BABUR
136
bu qarışıqlıqda məndən ayrılıb Xosrov şahın yanına gedən Yarəli Bilal bir
neçə igidlə birlikdə qaçıb gəldi və Xosrov şahın moğollarından da sədaqət
sözləri gətirdi.
Dəreyi-Zindana gələndə isə Sallax dedikləri Qənbər Əli bəy də qaçıb
gəldi. Üç-dörd mənzildə dayandıqdan sonra Kahmərdə gəldik. Ev və ailələri
Əcər kurqanına yerləşdirdik.
Əcərdə ikən Cahangir Mirzə ilə Sultan Mahmud Mirzənin Xanzadə
bəyimdən olan qızının nikahları kəsildi. Cahangir Mirzə onu əvvəlcə hələ
mirzələr sağkən istəmişdi.
Bu sırada Baqi Bəy mənə dəfələrcə dedi ki, bir vilayətə eyni anda iki
padşah və bir əsgərə iki komandan qarışıqlığa və xarablığa səbəb olur, fitnə
və pərişanlığa aparıır, necə ki demişlər:
Dəh dərviş dər kilime bexoftənd,
Dü padşah dər iqlime nəqoncənd,
Nim nane gər xurənd mərdi-xuda,
Bəzli dərvişan konəd nimi-digər,
Mülki-iqlime bigərəd padşah
Həmçinin dər bəndi iqlimi-digər.
On dərviş bir kilim üstündə yatar,
Lakin iki padşah bir iqlimə sığmaz.
Dindar adam bir çörəyin yarısını öz yesə
Digər yarısını kasıblara verər.
Bir iqlim mülkünü tutan padşah
Digərlərini də zəbt etmək fikrinə düşər.
1
Elə ümid edirdik ki, bugün-sabah Xosrov şahın yanında bulunan bütün
adamları gəlib padşahın xidmətinə girəcəklər. Lakin orada Əyyubun [Bəy-
cik] oğulları və digərləri kimi (121 b) bir çox fəsadçılar vardı ki, onlar bizim
mirzələrin arasında daima pislik və fitnənin səbəbkarı və təhrikçiləri idilər.
İndi bu zaman Cahangir Mirzənin Xorasan tərəfinə getməsinə xoşluq və gö-
zəlliklə izin verilməli idi ki, gələcəkdə təəssüf və peşmanlığa səbəb olmasın.
Lakin qohum-qardaşdan bəzi qəbahətlər görsəm də, onların mənim
üzümdən zərərə uğramalarını istəmək mənim təbiətimə xas deyildi. Düzdür,
Cahangir Mirzə ilə aramızda əvvəlcə mülk, səltənət və adamlar üzündən in-
ciklik, qovğa və gurultu çox olmuşdu, lakin bu dəfə o, vilayətdən mənimlə
birlikdə gəlmişdi, qardaş və xidmətçi vəziyyətində idi, bugünlərdə də ondan
incikliyə səbəb olacaq heç bir şey görmürdüm. Ona görə də Baqi bəy o sözü
təkrar-təkrar söyləsə də, mən qəbul etmədim. Axırda Baqi Bəyin dediyi ki-
mi, Yusif Əyyub və Bəhlul Əyyub kimi fitnəkarlar mənim yanımdan qaçıb
Cahangir Mirzənin yanına getdilər, pisliklə, fitnə ilə uğraşaraq Cahangir
1
Sədi Şirazidən.
BABURNAMƏ
137
Mirzəni məndən ayırıb Xorasana apardılar.
Dostları ilə paylaş: |