Baburnamə 3


BABURUN QƏNDƏHARA GİRMƏSİ



Yüklə 5,03 Mb.
Pdf görüntüsü
səhifə25/46
tarix03.02.2017
ölçüsü5,03 Mb.
#7294
1   ...   21   22   23   24   25   26   27   28   ...   46

 

BABURUN QƏNDƏHARA GİRMƏSİ 

 

Şah bəylə Müqim qaçdı və Qəndəhar qalasına girə bilmədilər. Şah bəy 



Şal və Məstunq tərəfinə, Müqim isə Zəmindavər tərəfinə getdi. 

Kurqanı müdafiə etmək üçün adam da qoymamışdılar. Mənə qarşı sə-

daqət və bağlılıqları məlum olan Qulu bəy Arğunun qardaşlarından Əhməd 

Əli Tarxan və digər bəziləri kurqanda idilər. Müraciət edərək qardaşları 

üçün aman dilədilər. Söylədiyim bu adamlara inayət edilərək istəkləri qəbul 

edildi. 


Kurqanın Maşur qapısını açdılar. Xalqın təhlükəsizliyini düşünərək di-

gər qapılar açılmadı. Bu açıq qapı Şirim bəy ilə Yarək bəyə tapşırıldı. Mən 

də bir neçə içkiylə birlikdə içəri girdim və başsız xalqın üzərinə yürüyərək 

azğınlıq edənlərdən bir-iki adamın ibrət üçün öldürülməsini əmr etdim. 

İlk öncə Müqimin dış kurqanda saxlanan xəzinəsinə getdim. Kurqanın 

ortasında daş bir ev vardı. Əbdürrəzzaq Mirzə məndən daha öncə oraya gə-

lib enmişdi. Əbdürrəzaq Mirzəyə xəzinədən bir qədər ehsan edib xəzinənin 

mühafizəsini Dost Nasir bəy, Qul Bəyazid Bəkavul və bəxşilərdən

1

 Məhəm-


məd Bəxşiyə tapşırdım. 

Oradan ərkə getdim. [Buradakı] xəzinə mühafizliyinə Şah bəy, Xoca 

Məhəmməd Əli [Kitabdar], Şah Mahmud [Pərvanəçi] və bəxşilərdən Tağayi 

Şah Bəxşi təyin edildi. 

Zünnunun divanı olan Mir xan adlı birinin evinə Mirim Nasir ilə Maq-

sud Suçu göndərildi və [bu ev] Nasir Mirzəyə verildi. Şeyx Əbu Səid Tar-

xanın evi isə Mirzə xana [Sultan Veys] (212 a) verildi. 

O vilayətlərdə bu qədər çox ağ axça heç bir zaman görünməmişdi, 

hətta bu qədər axça görmüş olan adam haqqında da heç nə eşidilməmişdi. O 

gecəni ərkdə keçirdim. Şah bəyin Sünbül adlı qulunu tutub gətirdilər. Gərçi 

o zamanlarda onun yaxın bir dostu olduğu halda, o qədər də etibar görmə-

mişdi. Keşiyini çəkmək üçün birinə tapşırdım, amma yaxşı yaxşı baxmadığı 

üçün əlindən qaçırmışdı. 

Ertəsi gün ordugahın yerləşdiyi Fərruhzadın çarbağma getdim. Qəndə-

har vilayətini Nasir Mirzəyə verdim. Xəzinələri zəbt edib yükləyərək şəhər-

dən çıxılanda Nasir Mirzə ərkdəki xəzinədən bir qatar dəvə yükü qədər ağ 

axça almışdı. Onu da geri istəməyərək Nasir Mirzəyə ehsan  etdim. 

Oradan qalxıb Quşxana çayırına endik. Ordugahı da oraya nəql etdirib 

özüm ətrafı gəzdikdən sonra bir az gec vaxtda ordugaha qayıtdım. Ordugah 

əvvəlkinə  bənzəmirdi, tanınmayacaq  şəkildə  dəyişmişdi. Cins atlar, qatar- 

qatar nər və mayalar, qatırlar, qumaşlar, ata və heybəyə aid əşyalar, al qədi-

fədən çadırlar və otaqlar, hər çadırda yığın-yığın sandıqlar vardı. Bu iki qar-



BABURNAMƏ 

 

227



daşın qiymətli əşyaları ayrı-ayrı xəzinələrdə saxlanırmış. Hər xəzinədə san-

dıq-sandıq və top-top qumaşlar, yük-yük və küp-küp ağ axçalar, hər birinin 

otağında və çadırında hər cür qənimətdən ibarət fövqəladə çox əşya vardı. 

Qoyunlara isə heç əhəmiyyət verilmirdı. (212 b) 

Qasım bəyə Qəlat içində olanları, başda Qoç Arğun və Tacəddin Mah-

mudunkular olmaq üzrə mal və əşyalarıyla birlikdə ehsan  etdim. Qasım bəy 

hesab bilən bir adam olduğu üçün Qəndəhar civarında artıq qalmağımızı uy-

ğun görmədi və bunu tez-tez xatırlatdı, onun məsləhətilə mən qoşunu oradan 

geri çəkdim. Söylədiyim kimi, Qəndəharı Nasir Mirzəyə bağışlayıb onun 

getməsinə izin verildikdən sonra, Kabilə hərəkət etdik. 

Qəndəhar civarında xəzinəni bölüşdürməyə vaxt qalmadığı üçün Qa-

rabağda dörd-beş gün qalıb xəzinəni bölüşdürdük. Pulları saymaq çətin idi, 

tərəziylə çəkilərək bölüşdürüldü. Bəylər və nökərlər yük-yük, küp-küp gü-

müş pulu miniklərinə yükləyərək daşıyırlardı. Bol qənimət və böyük bir şə-

rəflə Kabilə gəldik. 

Sultan Əhməd Mirzənin qızı Məsumə Sultan bəyimi Xorasandan gə-

tirtmişdim. Bu dəfə  Kabilə qayıdanda nikah qıydırdım. 

 

ŞEYBANİ XANIN QƏNDƏHARI MÜHASİRƏ ETMƏSİ 

 

Altı-yeddi gün sonra Nasir Mirzənin  adamlarından biri Şeybani xanın 

Kəndəharı mühasirəyə alması xəbərini gətirdi. Müqimin Zəmindavər tərəfi-

nə qaçdığından  əvvəlcə  bəhs etmişdim. Orada gedib Şeybani xanı görür, 

Şah bəy də durmadan Şeynaniyə elçilər göndərir. Bunların fitnəsi və təhriki 

ilə (213 a) Şeybani xan mənim Qəndəharda olduğumu zənn edərək, Herat-

dan dağ yoluyla Qəndəhar üzərinə sürətlə yürüyür. Təcrübəli bir adam olan 

Qasım bəy bunu düşünərək bizi təhsildarlarla Qəndəhardan köçürtmüşdü. 

Hərçi dər ayinə cəvan binəd

Pir dər xişt püxtə an binəd. 



Gəncin aynada gördüyünü  

İxtiyar bişmiş kərpicdə görür. 

Şeybani xan gəlib Nasir Mirzəni Qəndəharda mühasirəyə alır. Bu xə-

bər gəlincə, bəyləri çağırtdıraraq məşvərət etdik. Ortaya bu fikirlər çıxdı: 

özbəklər və  Şeybani xan kimi, yad bir xalq və qarı düşmən Teymur bəy 

oğullarının  əlində olan bütün əyalətləri  əllərinə keçirdilər. Bəzi guşə  və 

diyarda qalan türklərin və çağatayların bəziləri istəyərək, bəziləri da zorla 

özbəklərə qoşuldu. Üstəlik, mən də Kabildə tək qalmışam. Düşmən fövqəla-

də qüvvətli, biz isə çox zəifik. Nə sülh bağlamaq ehtimalı, nə də müqavimət 

göstərmək imkanı var. Belə bir qüvvət və qüdrət qarşısında biz özümüzə bir 

yer axtarmağı düşünməliyik. Belə bir fürsət varkən, bu qüvvətli düşməndən 

daha uzaqlara getməliyik. Ya Bədəxşan, ya da Hindistan tərəfinə getməmiz 


Zəhirəddin Məhəmməd BABUR  

 

 



228

lazımdır. İkisindən birinə qərar verməliyik. 

Ətrafındakılarla birlikdə Qasım bəy ilə Şirim bəy Bədəxşana getmək 

fikrindəydi. O günlərdə Bədəxşanda bizə qarşı üsyan edən bədəxşanlılardan 

olan Mübarək  Şah Vəzir, ondan başqa Cahangir Türkmən ilə  Məhəmməd 

Qurçu vardı. Onlar Nasir Mirzəni qovmuşdular, lakin özbəklərə də (213 b) 

tabe olmamışdılar. Amma mən və bəzi içki bəylər Hindistan tərəfinə getmə-

yi tərcih etdik və Ləmqana hərəkət etdik. Qəndəharın zəbtindən sonra Qəlat 

və  Tərnük vilayətləri  Əbdürrəzzaq Mirzəyə verilmiş  və  Əbdürrəzzaq Mir-

zəni Qəlatda qoymuşduq. Özbəklər Qəndəharı mühasirəyə alınca Əbdürrəz-

zaq Mirzə Qəlatda qala bilmədi və Qəlatı buraxaraq tam biz Kabildən ayrı-

larkən gəldi. Kabili Əbdürrəzzaq Mirzəyə tapşırdıq. 

Bədəxşanda padşah və padşahzadələrdən heç kimsə yoxdu. [Bədəxşan 

şahı  Şah Sultan Məhəmmədin qızı  və Baburun ana tərəfindən babası olan 

Yunus xanın arvadı] Şah bəyimlə qohumluğu olduğu və ya onun icazəsini 

aldığı üçün Mirzə xan [Sultan Veys Mirzə] Bədəxşan tərəfinə getməyə meyl 

etdi. Axıda Mirzə xana ordudan ayrılıb Bədəxşan tərəfinə getməsi üçün izin 

verildi və Şah bəyim də Mirzə xanla birlikdə getdi. 

Mənim xalam Mehrinigar xanım da Bədəxşana getmək istədi. Mənim 

yanımda olması daha münasib idi, öz qohumum idi. Nə qədər dilə tutsam da, 

fikrindən dönmədi və o da digərləri ilə birlikdə getdi. 

 

HİNDİSTANA GETMƏK NİYYƏTİYLƏ KABİLDƏN ÇIXIŞ 

 

Cəmadiyüləvvəl ayında (=1507 sentyabr-oktyabr) Hindistana getmək 



niyyətilə Kabildən hərəkət etdik. Hurd-Kabildən keçərək Surx-Ribat yoluyla 

Quru saya endik. 

Kabil ilə  Ləmqan arasındakı  əfqanlar sülh zamanında belə  oğru və 

quldur idilər. Belə bir hadisə onlar üçün göydəndüşmə oldu. «Kabili buraxıb 

Hindistana gedirəm» deyə bir yamanlıqları on oldu. Yaxşıları da yaman ol-

dular. (214 a) İş o dərəcəyə çatdı ki, Çiydəlikdən keçdiyimiz sabah buralar-

dakı Xızır-heyl, xırılçı və hugiyani əfqanları Çiydəlik keçidini tutmaq niy-

yətilə qüvvələrini nizamlayaraq şimal tərəfindəki dağa gəldilər, davullar ça-

lıb qılınc oynadaraq bizə meydan oxumağa başladılar. Atlara minər-minməz, 

əsgərə dərhal dağlara yürüməyi əmr etdim. Hər qol olduğu yerdən hərəkətə 

keçdi. Əfqanlar bir an belə müdafiə olunmağa macal tapa bilmədilər, bir ox 

belə ata bilmədilər və qaçıb getdilər. 

Əfqanları qovalayaraq dağa çıxdım. Bir əfqan məndən bir az aşağıda, 

kənardan qaçırdu. Qoluna ox atdım. Bu ox isabət edən əfqanı və digər bir 

neçə əfqanı ələ keçirib gətirdilər. İbrət üçün bəziləri qazığa oturduldu. 

Nigənxar tümənində Adinapur kurqanının qarşısında düşərgə qurduq. 

Əvvəllər gələcəyi heç düşünməyərək yurd fikri üzərində durmurduq. Nə 


BABURNAMƏ 

 

229



getmək üçün qərar verilmiş bir yer, nə  də durmaq üçün müəyyən bir yurd 

vardı, ətrafdan bir xəbər gəlincə, dərhal köç edirdik. 

Payızın sonları idi. Ovalardan düyü əksərən yığılmışdı. Civarı tanıyan-

lar Əlişəng tüməninin çayın yuxarı tərəfində [Mil kafirlərinin] çox düyü ək-

diklərini və əsgərin qış ərzağını oradan təmin etmə imkanı olduğunu bildir-

dilər. Nigənxar vadisindən qalxıb sürətlə irəliləyərək Sayqildən keçib Pür-

Emin dərəsinə (214 b) qədər getdik. Əsgər çox düyü əldə etdi. Düyü tarlala-

rı dağın ətəyində idi. Əhalisi qaçıb dağlara çıxdı. Bir neçə kafir öldürüldü. 

Pür-Emin dərəsinin çıxıntısından bir neçə igidi keşikçi olaraq qoymuş-

duq. Onlar qayıdanda kafirlər sürətlə dağ üstünə gəlib ox atmağa başladılar. 

Qasım bəyin kürəkəni Purana yetişib baltayla yaralayaraq ələ keçirdikləri 

anda igidlər geri dönüb onları qaçıraraq Puranı qurtardılar. Kafirlərin düyü 

tarlasında bir gecə qalıb çoxlu ərzaq alaraq ordugaha gəldik. 

Bu Məndravər tüməni civarında olduğumuz günlərdə Müqimin indi 

Şah Həsənlə nikahda olan Mah-Çüçük adlı qızı Qasım Göyəldaşa nikahlandı. 

Hindistan tərəfinə yürümək hələ qeyri-müəyyən olduğu üçün Molla Baba 

Pəşağari bir neçə igidlə birlikdə Kabilə göndərdik. Məndravər civarından 

qalxıb Ətər və Şivəyə gəldik. Bir neçə gün o civarda oturduq. Ətərdən Kü-

nərə  və Nurgilə  gəlib seyr etdim. Künərdən sala minib ordugaha gəldim. 

Daha əvvəl heç sala minməmişdim. Çox xoşuma gəldi. O gündən etibaren 

saldan istifadə etməyə başladıq.  

 

ŞEYBANİ XANIN QƏHDƏHARDAN ÇƏKİLMƏSİ 

 

O günlərdə Molla Mirək Fərkəti Nasir Mirzənin yanından gəlib Şey-



bani xanın Qəndəharın dış kurqanını  zəbt edərək  ərkini ala bilmədən geri 

çəkildiyini və Şeybani xan çəkildikdən sonra Nasir Mirzənin da bəzi səbəb-

lərdən dolayı Qəndəharı buraxıb (215 a) Qəznəyə getdiyini xəbər verərək bu 

xüsusda bəzi açıqlamalarda bulundu. 

Bir neçə gün sonra Şeybani xan Qəndəhara basqın edir və içəridəkilər 

də gücləndirə bilmədikləri üçün dış kurqanı tutur. Şeybani xanın adamları 

ərkin ətrafında bir neçə yerdə dəlik [tünel] açır və bir neçə dəfə də hücum 

edirlər.  Şəhər bu vəziyyətdə çarəsiz ikən irəli səfdə olanlardan Xoca Mə-

həmməd Emin, Xoca Dost Xavənd, Məhəmməd Əli Piyadə və Şami kurqanı 

buraxıb qaçırlar. Kurqan xalqı da ümidsizliyə qapılıb kurqanı təslim etməyə 

hazırlaşdığı vaxt Şeybani xan sülh danışıqlarına başlayıb Qəndəhardan gedir. 

Getməsinin səbəbi bu imiş: Qəndəhar üzərinə yürüyəndə ailəsini Nirehtuya 

göndərmiş, Nirehtuda bir adam ona qarşı üsyan edib kurqanı ələ keçirmişdi. 

Bu üzdən də barışa bənzər bir şey bağlayıb geri qayıdır. 

Qış ortası olmasına baxmayaraq bir neçə gün sonra Badic yoluyla Ka-

bilə çatdıq. Badicin üst tərəfində bir daşa buradan gəlib keçməyimizin tari-



Zəhirəddin Məhəmməd BABUR  

 

 



230

xinin qazılmasını əmr etdim. Hafiz Mirək yazdı və ustad Şah Məhəmməd də 

daşı oydu, amma tələsik olduğu üçün yaxşı oya bilmədi. 

Qəznəni Nasir Mirzəyə ehsan  etdim. Əbdürrəzzaq Mirzəyə də Nigən-

xar tüməni, Məndravər, Dəreyi-Nur, Künər və Nurgili verdim. 

Bugünə qədər Teymur bəyin övladlarına səltənətə baxmayaraq Mirzə 

deyirdilər. Bu dəfə mənə padşah demələrini əmr etdim. 

 

BABURUN İLK OĞLU HÜMAYUNUN DOĞULMASI 

 

Bu ilnin sonlarında çərşənbə axşamı gecəsi zülqədə ayının  (215 b) 

dördündə, günəş hut bürcündə ikən [=6 mart 1508] Kabil ərkində Hümayun 

dünyaya gəldi. Doğum tarixini şair Mövlana Seydi şair «Sultan Hümayun 

xan» şəklində, Kabilin kiçık şairlərindən biri isə «Şahi-firuz qədr» şəklində 

təsbit etdilər

1

. Üç-dörd gün sonra Hümayun adı verildi. Hümayun doğulduq-



dan sonra çarbağa çıxaraq doğum toyu keçirdik. Bəylər və əmirlər, böyüklər 

və kiçıklər toy hədiyyələri gətirdilər. Çoxlu ağ axça yığıldı. Bundan əvvəl 

bu qədər çox ağ axça bir yerdə görünməmişdir.  Çox gözəl bir toy oldu. 

 

 



 

 

 



 

 

 



 

 

 

 

 

 

 

 

 

 

 



KABİL - 914 

 

DOQQUZ YÜZ ON DÖRDÜNCÜ İLİN HADİSƏLƏRİ 

                                                           

1

 Təsbit olunan bu tarixlərin hər ikisindəki sözlərin hərflərinin cəmi əbcəd hesabı ilə 913 



edir. 

BABURNAMƏ 

 

231



 

Bu yaz Mukur civarında yaşayan məhmənd əfqanlarının bir qisminin 

üzərinə axın edildi. 

 

MOĞOL İSYANI 

 

Axından döndükdən bir neçə gün sonra Qoç bəy, Fəqir Əli, Kərimdad 



və Baba Çöhrə qaçmağa təşəbbüs etdilər. Amma bundan xəbər tutaraq dalla-

rınca adam göndərildi və İstərğaçın aşağısında yaxalanıb gətirildilər. Cahan-

gir Mirzə sağ ikən bunların söylədiyi bəzi fəna sözləri mənə bildirmişdi. 

Hamısının bazarda edam edilməsini əmr etdim. Bazarın qapısına gəti-

rib ip çəkərək tam asmağa hazırlaşdıqları əsnada Qasım bəy  Xəlifəni [Niza-

məddin  Əli Barlas] yanıma göndərərək günahlarının  əfv edilməsini israrla 

dilədi. Bəyin xatiri üçün qanlarını bağışlayıb həbsə atılmalarını əmr etdim. 

Bu əsnada Xosrov şahın Hisarlı və Qunduzlu (216 a) nökərlərindən və 

moğolların böyüklərindən olan Çəlmə, Əli Seyid, Şəmkə, Şirqulu, İgü Salim, 

Xosrov  şahın çağataylılar arasında etibar etdiyi nökərlərindən Sultan Əli 

Çöhrə ilə Xudabəxş, türkmənlərdənsə Süyündük və Şahnəzərin komandan-

lığında olan iki-üç min yaxşı igid öz aralarında gizlicə danışıb anlaşaraq mə-

nə qarşı pislik etməyi qərara almışlar. 

Bəhs etdiyim bu adamlar Xoca-Rivac önündə, Sonq-Kurqan çayırın-

dan Çalaq çayırına qədər olan yerlərdə otururdular. Əbdürrəzzaq Mirzə də 

Nigənxardan gəlib Dih-Əfqanda oturmuşdu. Mühib Əli Qurçu bir-iki dəfə  

bunların bu niyyətlə toplaşdıqlarını Xəlifə ilə Molla Babaya söyləyir. Bu işi 

mənə də eyhamla bildirdilər. Amma inanılacaq bir söz olmadığı üçün diqqət 

etmədim. 

Bir gecə çarbağda divanxanada otururdum, yatsı vaxtında bir tərəfdən 

Musa Xoca yanında bir adamla birlikdə  tələsik yenidən gəlib moğolların 

mütləq düşmən olmaq niyyətində olduqlarını qulağıma söylədi.  Əbdürrəz-

zaq Mirzəni də özlərinə qatıb-qata bilmədiklərini dəqiq olaraq öyrənə bilmə-

dik. Ayrıca, onların məhz bu gecə bir hərəkətə keçəcəkləri bəlli deyildi. 

Özümü bilməzliyə vurub qısa bir müddət sonra hərəmə doğru getdim. 

O günlərdə qadınlar Baği-Xəlvət ilə Baği-Yurunçqada otururdular. Hərəmə 

yaxınlaşanda kişi və qadın xidmətçilər yerlərinə  çəkildilər. Onlar çəkildik-

dən (216 b) sonra mən də sərvərqulla birlikdə şəhərə doğru hərəkət etdim. 

Xəndək yoluyla Ahənin darvazasına varar-varmaz qarşı tərəfdən bazar 

yolundan Xoca Məhəmməd Əli [Tağayi] gəldi. Mən onunla hamamın...

1

 

                                                           



1

 Baburun xatirələri burada kəsilir, təxminən on bir illik fasilədən sonra yenidən başlayır. 

Yəni kitabda 914-cü ilin əvvəllərindən 925-ci ilə  qədər olan (may 1508-3 yanvar 1519) 

dövr yoxdur. Bu dövrdə baş verən hadisələr aşağıdakı şəkildə cərəyan etmişdir: Babur bu 

moğol üsyanını yatırmışdır.  Şeybani xanın üstünə qoşun çəkən  Şah  İsmayıl Xətai onu 


Zəhirəddin Məhəmməd BABUR  

 

 



232

 

 



 

 

 



 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 



KABİL - 925 (3 YANVAR 1519 - 23 DEKABR 1519) 

 

                                                                                                                                                    



Mərvdə məğlub edərək öldürmüş və Xorasan bölgəsini istila etmişdir. Şeybani xanın ölü-

mündən sonra Babur ata yurdunu yenidən ələ keçirmək arzusu ilə Qunduza gəlmiş, ancaq 

arzusuna nail ola bilməmiş və Şah İsmayıla tabe olaraq onunla müqavilə bağlamışdır. Onun 

yardımıyla güclənərək Hisar, Buxara, Səmərqənd və Daşkəndi almışdır. Lakin əvəzində 

şiəliyi qəbul etməsi lazım gəlmişdir. Xalq və qoşun bunu bəyənməmişdir. Nəticədə Babur 

zəifləyərək özbəklərə  məğlub olmuş  və yenidən  Şah  İsmayıldan kömək istəmişdir. Yenə 

yenilmiş, əvvəlcə Hisara, sonra Qunduza çəkilmiş, iki il orada qalıb fürsət gözləmişdir. Ya-

vuz Sultan Səlimin 920-ci ildə (1514) Şah İsmayılı Çaldıran savaşında yenməsi nəticəsində 

Babur təkrar Kabilə qayıtmışdır. Ordusunu qüvvətləndirmiş, qardaşlarındən və onların çı-

xardığı qarışıqlıqdan qurtulmuş, Hindistana hücumlar etməyə başlamışdır. 

 


BABURNAMƏ 

 

233



DOQQUZ YÜZ İYİRMİ BEŞİNCİ İLİN HADİSƏLƏRİ 

 

Məhərrəm ayının ilk bazar ertəsi günü [=3 yanvar 1519] Çendavəl va-

disinin aşağı qismində şiddətli zəlzələ oldu və ulduz vaxtilə yarım saata qə-

dər davam etdi. 

 

BƏCUR KURQANININ ALINMASI 

 

Ertəsi sabah oradan qalxıb Bəcur kurqanını ələ keçirmək üçün kurqa-

nın yaxınına endik. Bəcur sultanına və əhalisinə qalanı təslim etmələri üçün 

nəsihətlərdə bulunması niyyətilə diləzaq  əfqanlarından mötəbər bir adamı 

göndərdik. Amma bu bədbəxtlər və cahillər nəsihəti qəbul etməyərək məna-

sız cavablar verdilər. 

Əsgərə qalxan, nərdivan və kurqanı tutmaq üçün lazım olan digər ha-

zırlıq görməsi əmr edildi. Bu iş üçün bir gün bu yurdda qaldıq. 

Məhərrəm ayının dördündə, cümə axşamı günü [=6 yanvar] əsgərin 

zirehlər geyib silahlanaraq ata minməsi, ordunun sol qolunun irəliləyərək 

Bəcur kurqanının yuxarı tərəfində suyun dayaz yerindən keçib kurqanın şi-

mal tərəfinə enməsi, mərkəzin  (217 a) kurqanın  şimal-qərbinə gedib çayı 

keçmədən, çətin keçilən bir yüksəkliyə və təpəli bir yerə enməsi, sağ qolun 

isə aşağıdakı qapının qərbinə enməsi əmr edildi. 

Dost [Nasir] bəyin komandanlığında olan sol qol bəyləri suyu keçib 

enəndə kurqandan yüz-yüz əlliyə qədər piyada çıxıb ox atmağa başladı. Bu 

bəylər də onların üstünə cüməraq ox atıb onları divarın dibinə  qədər təqib 

edərək kurqana girməyə  məcbur etdilər. Molla Əbdülməlik Həsti adamları 

ilə birlikdə divarın dibinə qədər yürümüşdü. Əgər nərdivanlar və qalxanlar 

hazır olsaydı və axşam düşməsəydi, kurqan o saat zəbt edilərdi. Molla Türk 

Əli və Tanrıverdinin nökərləri isə düşmənlə qılıncla vuruşaraq onları məğ-

lub edib başlarını kəsib gətirdilər. Hər birinə mükafat vəd edildi. 

Bəcur əhalisi heç tüfəng görmədiyi üçün onun səsindən qorxmur, ək-

sinə, tüfəng səsini eşidincə istehza ilə aşağılayıcı hərəkətlər edirdilər. O gün 

ustad  Əliqulu beş adamı tüfənglə vurub yerə  sərdi. Vəli Xəzinə[çi] isə iki 

adamı tüfənglə vurub yıxdı. Digər tüfəngçilər də böyük ustalıq göstərib yax-

şı tüfəng atdılar. Qalxan, zireh və dəri paltarları dələrək vurduqları bir neçə 

adamı yerə sərdilər. Axşama qədər bəlkə yeddi-səkkiz və ya ona qədər bə-

curlu tüfəng gülləsi ilə  (217 b) yerə  sərilmişdi. Sonra tüfəngdən qorxaraq 

başlarını qaldıra bilmədilər.  

«Axşam olmuşdur, əsgərlər lazım olan vasitələri hazırlayıb səhər vax-

tında kurqana dırmansınlar»  deyə əmr verdim. 

Məhərrəm ayının beşində, cümə günü [=7 yanvar] fərz vaxtında savaş 

davulları çalaraq hər kəsin olduğu yerdən yürüyüb kurqana dırmanmaları 



Zəhirəddin Məhəmməd BABUR  

 

 



234

əmr edildi. Sol qol ilə mərkəz olduğu yerlərdən hərəkətə keçib qalxanlarla 

qorunaraq nərdivanlarla divara dırmandılar. Xəlifə,  Şah Həsən Arğun və 

Əhməd Yusif komandanlığında olan mərkəzin sol qanadına  əmr edildi ki, 

sol qola kömək etsin. 

Dost bəyin adamları da kurqanın şimal-şərq tərəfindəki bürcün dibinə 

qədər gedərək orada tünel qazmaq və bürcü yıxmaqla uğraşdı. Ustad Əliqu-

lu da oradaydı. O gün də yaxşı tüfəng atdı, iki dəfə də frəngi [mancanaq] at-

dı. Vəli Xəzinə[çi] də bir adamı tüfənglə vurdu. 

Mərkəzin sol qolundan Məlik  Əli Qütbi nərdivanla daha əvvəl çıxıb 

bir müddətdən bəri [təkbaşına] vuruşurdu. Mərkəzin olduğu yerdən Məhəm-

məd Əli Cəng-Cəng və kiçık qardaşı Novruz da hər biri bir nərdivana çıxıb 

nizə və qılıncla vuruşurdular. Bir nərdivana da Baba Yasavul çıxıb balta ilə 

kurqanın divarını yıxmaq və dağıtmaqla uğraşırdı. 

Bir çox igidlər orada yaxşı  hərəkət edib çox ox (218 a) yağdıraraq 

düşmənin başını qaldırmasına imkan vermirdi. Bəzi igidlər isə düşmənin 

zərbələrinə aldırmadan, ox və yayına baxmadan kurqanı  dəlmək və dağıt-

maqla məşğul idi. 

Günəş çeşdə qalxmışdı, Dost bəyin adamlarının qazmaqda olduqları 

şimal-şərq bürcü dəlindi və onun adamları düşməni qaçırdıb bürc üstünə 

çıxdılar. O anda mərkəz adamları da nərdivanlardan qalaya çıxdılar. Tanrı 

təalanın lütfü və inayətiylə bu qədər qapalı  və qorunaqlı bir kurqan iki-üç 

ulduz saatı ərzində zəbt edildi. İgidlər əllərində olan bütün qeyrət və diqqətii 

göstərdilər; qəhrəmanlıq şərəfi və yaxşı ad qazandılar. 

Bəcur xalqı dinsiz idi və ifrat düşmənçilikdən başqa, bu xalq arasında 

kafirlərin adətlərinin yayıldığı və islam adətləri də o sürü arasında yox oldu-

ğu üçün qırğına yol verildi, qadın və uşaqlarının hamısı əsir edildi. Kurqanın 

şərq tərəfində savaş olmadığı üçün xeyli adam qaçıb qurtuldu. Təxminən üç 

mindən artıq adam öldürüldü. 

Kurqan zəbt edildikdən sonra girib kurqanı dolaşdıq. Divarların üstün-

də, evlərdə, küçələrdə və civarda saysız ölü yatırdı. Gəlib keçənlər ölülərin 

üstü ilə yeriyirdi. Gəzintini bitirdikdən sonra dönüb sultanlarının  (218 b) 

evinə endik. Bəcur vilayətini Xoca Kəlana ehsan  etdik. Ona köməkçi olaraq 

bir çox yaxşı igidlər təyin etdikdən sonra axşam vaxtı ordugaha gəldik.  

Ertəsi sabaha qalxıb Bəcur vadisindəki Baba-Qara çeşməsinə endik. 

Xoca Kəlanın  şəfaətilə geri qalan bir neçə  əsirin günahlarını bağışlayaraq 

qadın və uşaqlarını qaytarıb getmələrinə izin verdik. Yaxalanan bəzi sultan-

lar və sərkəşlər isə edam edildi. Sultanlarının başı və digər bir neçə baş bu 

zəfər xəbərilə birlikdə Kabilə göndərildi. Bədəxşan, Qunduz və Bəlxə zəfər-

namələrlə birlikdə başlar da göndərildi. 

Yusif-Zeyidən gəlmiş olan Şah Mansur Yusif-Zeyi bu zəfər və qırğın-

da bizimlə birlikdə idi. Ona xələt geydirilib siyasət fərmanları yazılaraq get-



BABURNAMƏ 

 

235



məsinə izin verildi. 

Bəcura aid işləri həll etdikdən sonra çərşənbə axşamı günü, məhərrəm 

ayının doqquzunda [=11 yanvar] qalxıb bir küruh daha aşağıda həmin Bəcur 

vadisinə enilərək yüksək bir yerdə  kəsilən başlardan bir minarə qurulması 

əmr edildi. 

Çərşənbə günü məhərrəm ayının onunda dolaşmaq üçün atlara minib 

Bəcur qalasına getdik. Xoca Kəlanın evində içki məclisi quruldu. Bəcur ci-

varındakı kafirlər bir neçə tuluq içində şərab gətirdilər. 

Bəcurun  şərab və meyvəsi bütünlüklə civardakı Kafiristandan gəlir. 


Yüklə 5,03 Mb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   46




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin