BABURUN İÇKİ VƏ MƏCUN MƏCLİSLƏRİ
Ertəsi gün divan dağıldıqdan sonra gəzməyə çıxaraq bir gəmidə mey
içdik. Məclisdəkilər Xoca Dost Xavənd, Xosrov [Göyəldaş], Mirim [Nasir],
Mirzəqulu [Göyəldaş], Məhəmmədi [Göyəldaş], Əhmədi, Gədai, Numan
[Çöhrə], Ləngər xan, Ruhdəm, Qasım Əli Tiryaki, Yusif Əli və Tanrıqulu-
dan ibarət idi.
Gəminin baş tərəfində bir talvar vardı, üstü düz idi, bir neçə adamla
birlikdə mən burada oturmuşdum. Bir neçə adam da talvarın altında otur-
muşdu. Gəminin arxa tərəfində da oturulacaq yer vardı; Məhəmmədi, Gədai
və Numan orada oturmuşdular. İkindəyə qədər araq içdik. Arağın pisliyndən
nifrət edib bu tərəfdəkilərin də razılığı ilə məcuna keçdik. Gəminin o biri
ucundakılar bizim məcun yediyimizi (227 b) bilmədilər və araq içməyə da-
vam etdilər.
Yatsı vaxtı gəmidən qalxıb gecə ordugaha gəldik. Məhəmmədi ilə Gə-
dai məni mey içən zənn edərək yaxşı bir xidmətdə bulunaq deyə mey kuzə-
sini at üstündə növbə ilə daşıyaraq, çox nəşəli və gülər üzlə gəldilər və «Be-
lə qaranlıq bir gecədə kuzəni özümüz növbə ilə daşıyaraq gəldik» dedilər.
Bu arada onlara məclisin və keflənmənin fərqli şeylər olduğunu anlat-
dılar, bir tərəfdə məcun yeyilmiş, digər tərəfdə isə içki içilmişdi. Məcun
söhbəti ilə içki söhbəti heç bir zaman bir-birinə uymadığı üçün çox mütəəs-
sir oldular.
Mən də «Məclisi pozmayın, mey içmək istəyən adam mey içsin, mə-
cun istəyən adam da məcun yesin, amma heç kimsə bir-birinə sataşaraq dil
Zəhirəddin Məhəmməd BABUR
244
uzatmasın» dedim. Bəziləri mey içdi və bəziləri da məcun yedi. Məclis bir
müddət daha güclüklə davam etdi.
Babacan Qanbuzi məclisdə yoxdu, ağ çadıra gələndə onu da çağırtdıq.
Mey içmək arzu etdi. Turdu Məhəmməd Qıpçaqı da çağırdaraq sərxoşlarla
söhbət arxadaşı elədik.
Məcun söhbəti ilə içki və şərab söhbəti heç bir zaman bir-birinə uy-
maz. Sərxoşlar hər tərəfdən pis sözlər söyləməyə başladılar, sataşmaların
çoxu məcuna və məcun yeyənlərə tuşlanmışdı. Babacan da lülqənbər olub
çox pis sözlər söylədi. Sərxoşlar dolu-dolu qədəhləri arxa-arxaya verərək
Turdu Məhəmmədi də qısa bir müddətdə tam sərxoş etdilər. Vəziyyəti nə
qədər düzəltməyə (228 a) çalışsaq da, fayda etmədi. Çox rəzalət oldu. Söh-
bətin dadı qaçdı və axırda hamı dağıldı.
Bazar ertəsi günü, ayın beşində [=7 mart] Bxirə vilayəti Hindu bəyə
[Koçin] verildi. Çərşənbə axşamı günü də Çanab vilayətini Hüseyn İgrəkə
[Həsən İgrək] ehsan edib oraya getməsinə izin verdik.
Bu vaxt Seyid Əli xanın Mənuçöhr xan adlı oğlu gəlib sədaqətini bil-
dirərək bizə qoşuldu. O, Hindistandan yuxarıkı yolla bizə gələrkən Tatar
Kəkərə təsadüf edir. O da bunu buraxmadan saxlayıb qızını verərək özünə
kürəkən edir, buna görə də bir müddətdir onun yanında imiş.
Nilab ilə Bxirə dağlarının arasında cud və cəncuhə qəbilələrindən baş-
qa, Kəşmir dağlarına bitişik yerlərdə cet, gücür və o tayfalardan bir çox qə-
bilə vardır və onlar hər dərədə-təpədə kəndlər salıb yaşayırdılar. Bunların
hakimi və böyükləri kəkər qəbiləsidir.
Bunlardakı hakimiyyət də cud və cəncuhənin hakimiyyətinə bənzəyir.
Bu dağın ətəyindəki qəbilələrin hakimiyyəti o zamanlarda eyni atanın oğul-
ları olan Tatar Kəkər ilə Hati Kəkərin əlindəydi. Bunlar əmioğlu idilər. Bun-
ların möhkəm yerləri uçurumlar və qayalıqlardır. Tatarın olduğu yerin adı
Piralə idi və qarla örtülü dağdan olduqca aşağıda idi. Hatinin vilayəti isə
dağa bitişik idi. Qələncər isə Babu xan (228 b) Bisuta aid idi. Hati onu da
özünə tabe etmişdi.
Tatar Kəkər Dövlət xanı görmüşdü və ona itaət edən kimiydi. Hati isə
getmirdi, fitnə-fəsadla məşğul idi. Tatar Hindistan bəylərinin sözü və ittifaqı
ilə gəlib bir az uzaqdan Hatini mühasirə edir kimi bir mövqe tutmuşdu.
Bizim Bxirədə olduğumuz dönəmdə Hati ov bəhanəsi ilə gizlicə Tata-
rın üstünə hücum edib onu öldürdü, vilayətini, arvadlarını və nəyi varsa ha-
mısını ələ keçirdi.
Günorta vaxtı gəzmək üçün atlanaraq gəmiyə girib araq içdik. Məclis-
də Dost [Nasir] bəy, Mirzəqulu, Əhmədi, Gədai, Məhəmməd Əli Cəng-
Cəng, Əsəs [Xoca Məhəmməd Əli Tağayi], Uğanverdi Moğol, çalğıcılardan
Ruhdəm, Babacan, Qasım Əli [Tiryaki], Yusif Əli, Tanrıqulu, Əbülqasım və
Ramazan Luli vardı. Yatsıya qədər gəmidə içib yatsı vaxtı tam sərxoş bir
BABURNAMƏ
245
halda çıxaraq ata minmiş, məşəli əlimə almış, çay sahilindən ordugaha qə-
dər gah atın bir tərəfinə, gah digər tərəfinə əyilərək və çılğınca at qoşduraraq
gəlmişəm. Çox sərxoş imişəm. Ertəsi gün bu şəkildə əlimə məşəl alıb qərar-
gaha gəldiyimi danışdılar. Heç xatırlaya bilmədim. Evə gəldikdən sonra
xeyli qusmuşam.
Cümə günü gəzmək üçün hərəkət edib gəmiylə suyu keçdik. O tərəf-
dəki bağları, çiçəkləri və şəkər qamışı əkilən yerləri dolaşıb vedrə və çarxla-
rı tədqiq edərək su çəkmə üsulunu soruşub (229 a) bir neçə dəfə su da çək-
dik. Bu gəzinti zamanı məcun yedik.
Oradan dönəndə təkrar gəmiyə mindik. Mənuçöhr xana da məcun ve-
rilmişdi. O, məcunun təsiri altında o qədər qaldı ki, iki adam qoltuğuna girib
qaldırdı. Bir müddət su ortasında lövbər atıb durduq. Ondan sonra da suyun
aşağısına doğru xeyli getdik. Bir müddət sonra gəmini yuxarıya sürdürdük.
O gecə gəmidə uyuyub səhərə doğru ordugaha gəldik.
Şənbə günü, rəbiüləvvəl ayının onunda [=12 mart] günəş həməl bürcü-
nə girdi. O gün günorta vaxtı gəzmək üçün atlanaraq gəmiyə girib araq içdik.
Məclisdə Xoca Dost Xavənd, Dost [Nasir] bəy, Mirim Nasir, Mirzəqulu,
Məhəmmədi, Əhmədi, Yunus Əli, Məhəmməd Əli Cəng-Cəng, Gədai Ta-
ğayi, Mir Hurd, Əsəs, çalgıcılardan Ruhdəm, Babacan, Qasım [Əli Tiryaki],
Yusif Əli, Tanrıqulu ilə Ramazan [Luli] vardı.
Çayın qollarından birinə girib bir müddət suyun aşağısına doğru get-
dik. Bhirənin bir az aşağısından çıxıb gec vaxt ordugaha gəldik. O gün Şah
Həsən Xoşabdan gəldi. Elçi göndərib əskidən türkə aid olan vilayətləri istə-
yərək uzlaşmaya varıldığı üçün müəyyən edilən qədər axça da bizə təhvil
verildi.
İstilər də bir az yaxınlaşdı. Hindu bəyə köməkçi olaraq Şah Məhəm-
məd Möhürdar, onun kiçık qardaşı Dost Möhürdar və digər bəzi uyğun igid-
lər seçilərək hər birinə vəziyyətlərinə görə (229 b) yerlər təsbit və təyin edil-
di. Bu yürüşlərə qeyrət edən və səbəb olan Ləngər xana Xoşabı əta edib tuğ
verərək, onu da Hindu bəyə köməkçi təyin etdik. Bxirədə olan türk və yerli
sipahiləri də yer və ülufələrini artırıb Hindu bəyə köməkçi təyin etdik. Bun-
lardan biri adından yuxarıda da bəhs etdiyim Mənuçöhr xan, digəri isə Nə-
zərəli Türk idi (o, Mənuçöhr xanın qohumu idi), biri Səngər xan Cəncuhə,
digəri də Məlik Həst Cəncuhə idi.
Vilayətin işini yoluna qoymaq ümidilə bu şəkildə qərar verdik və ba-
zar günü, rəbiüləvvəl ayının on birində [=13 mart] Bxirədən qalxıb Kabilə
doğru hərəkət etdik. Kəldə-Kəhara gəlib endik. O gün də çox yağış yağdı.
Yapınçılı adamla yapınçısız adam arasında fərq qalmadı. Əsgərin ardı gecə
yatsıya qədər gəlməkdə davam etdi.
Bu yerin və məmləkətin havasını və suyunu bilən adamlar, ələlxüsus
da Kəkərin əski bir düşməni olan [Məlik Həst] Cəncuhə «Buralarda pis
Zəhirəddin Məhəmməd BABUR
246
adamlardan biri Hati Kəkərdir, yolu kəsən və camaatı pozan odur. Elə etmə-
li ki, ya o, buralardan gitsin, ya da ona yaxşı bir dərs verilsin» deyə bildirdi.
Biz də belə davranmağa qərara alıb ertəsi gün əsgəri Xoca Mir Miran ilə
Mirim Nasırin idarəsinə verərək özümüz günortadan sonra əsgərdən ayrıla-
raq, bəhs edildiyi kimi, bu bir neçə gün içində Tatarı öldürüb onun vilayəti
Piraləni alaraq orada olan Hati Kəkərin üstünə (230 a) göndərdik.
İkindi vaxtı bir yerə enib atlara yem verdikdən sonra yatsı vaxtı ora-
dan təkrar atlandıq. Bələdçi Məlik Həstin Sürpa adlı gücürlü bir nökəri idi.
Gecə yolu itirib səhərə yaxın endik. Bəy Məhəmməd Moğol ordugaha geri
göndərildi. Sabah erkəndən hərəkətə keçildi. Quşluq vaxtında zirehlər geyib
sürətlə yürüdük. Bir şeri məsafə qalanda Piralənin qaraltısı göründü. Axınçı-
lar irəli göndərildi. Sağ qol alayında olan Qoç bəy Piralənin şərq tərəfinə
vardı. Sağ qolun arxasından köməkçi qüvvələr göndərildi. Sol qol ilə mər-
kəz adamları Piralənin tam üstünə çıxdılar. Dost bəy kömək üçün Piralənin
üzərinə yürüyən sol qolun arxasına göndərildi.
Piralə uçurumların üzərində yerləşir və iki yolu vardır. Biri bizim gəl-
diyimiz cənub-şərq yönündədir ki, uçurumların üstündən keçir. Yolun hər
iki tərəfində sıldırımlar və uçurumlar var. Piraləyə yarım küruh qala qapısı-
na varıncaya qədər dörd-beş yerdə yolun hər iki tərəfinə uçurumlar düzəldib
yolu tək bir adam keçə biləcək qədər daraltmışlar. Bir ox atımı qədər məsa-
fəni tək-tək və arxa-arxaya yürümək gərəkdir.
İkinci yol isə şimal-qərbindədir və geniş bir dərənin içindən gəlib Pi-
raləyə çıxır. Bu yol da ancaq tək bir adam keçə biləcək qədər dardır. Bunlar-
dan başqa heç bir tərəfdən yol yoxdur. Piralədə divar və mazğal olmasa da,
onun zorla alınacaq yeri də yoxdur. Ətrafı yeddi-səkkiz və ya on kari dərin-
liyində (230 b) sarp qayalıqdır.
Öncə sol qol adamları boğazlardan keçib qapıya soxuldular. Hati öz-
ləri və atları zirehli otuz-qırx qədər süvarisi və çoxlu piyadası ilə axınçıları
geri oturtdu. Axınçıların arxasınca köməyə göndərilən Dost bəy də yetişərək
düşmənin bir çox adamını öldürüb məğlub etdi. Hati Kəkər o tərəflərdə cə-
sarəti ilə məşhurdur, lakin nə qədər mücadilə etsə də, bir şey çıxmadı və
qaçdı. Bu boğazlarda müqavimət göstərə bilmədiyi üçün kurqanına gedincə,
onu da qapada bilmədi. Axınçılar da onun arxasından dərhal kurqana gir-
dilər və Piralə kurqanının boğaz və uçurumundan şimal-qərb tərəfinə qoşdu-
lar. Hati isə tək başına qaçıb çıxdı. Dost [Nasir] bəy burada da çox yaxşı hə-
rəkət etdi və qəhrəmanlıq payəsi Dost bəyə verildi.
Mən də dərhal Piralə kurqanına girib Tatarın evlərinə endim. Axınçı-
lar hərəkətə keçəndə mənim yanımda qalmalı olan adamların bir qismi də
axına getmişdi. Bunların arasında Emin Məhəmməd Tarxan Arğun ilə Qara-
ca bu itaətsizlikləri üzündən əsgərin gözü önündə çırılçılpaq bir halda çölə
göndərildi, Sürpa adlı gücürlü də onlara bələdçi olaraq verildi.
BABURNAMƏ
247
Ertəsi gün şimal-qərb tərəfdəki uçurumdan keçib otluğa endik. Vəli
Xəzinəçi bir neçə yaxşı igidlə birlikdə ordunun yanına göndərildi.
Cümə axşamı günü, ayın on beşində [=17 mart] oradan hərəkət edərək
Suhan çayının sahilində bulunan Əndərabəyə endik. (231 a) Bu Əndərabə
kurqanı əskidən bəri Məlik Həstin atasına məxsus imiş. Hati Kəkər Həstin
atasını öldürdükdən sonra xarab olmuşdu. O zaman da xarab idi.
O gün yatsı vaxtında Kəldə-Kəharda qalan ordu da gəlib bizə qoşuldu.
Hati biz Tatarı alan vaxt Pərpət adlı bir qohumunu zirehli bir at və digər hə-
diyyələrlə birlikdə mənim yanıma göndərmişdi. Bizə təsadüf etmədən, ge-
ridə qalan orduya rast gəlmiş və uruğu ilə birlikdə gəlib hədiyyələrini təq-
dim edərək sədaqətini bildirdi.
Ləngər xan da bəzi işləri həll etmək üçün geridə qalan uruqlarla birlik-
də Bhirədən gəlmişdi. İşini həll etdikdən sonra bəzi yerli adamlarla birlikdə
yenidən Bhirəyə getməsinə izin verdik.
Oradan təkrar hərəkət edərək Suhan çayını keçib bir təpənin üzərinə
endik. Hatinin qohumu olan Pərpətə xələt geydirib cazib fərmanlar və Mə-
həmməd Əli Cəng-Cəngin bir adamıyla birlikdə Hatiyə göndərdik.
Baba Dost ilə Xəlaxilin başçılığı altıında Hümayunun bir neçə nökəri
Hümayuna verilmiş olan nilab və qarluq həzarəsinə gəlmişdilər. Baba Dost
darğa təyin olunması münasibətilə mənim qəbuluma gəlmişdi. Səngər Qar-
luq ilə Mirzə Məlvi Qarluq özləri ilə birlikdə otuz-qırx qarluq əyanını gə-
tirdilər, onlar zirehli bir at hədiyyə edib sədaqətlərini bildirdilər. Diləzaq əf-
qanlarından da bir dəstə əsgər gəldi.
Ertəsi gün oradan qalxıb iki şeri yürüyərək təkrar endik. Bir yüksək-
liyə çıxıb ordunu təftiş etdim. (231 b) Ordudakı dəvələri saymalarını əmr et-
dim, beş yüz yetmiş dəvə vardı.
Sünbül bitkisinin tərifi eşitmişdim, bu yurdda ikən gördüm. Bu dağ
ətəyində sünbül bitkisi çox deyil, tək-tük olur. Bir az irəlidəki Hindistanın
dağ ətəyində sünbül lap çox olur. Hindistanın heyvanları və bitkilərindən
bəhs edərkən onda da danışacağam.
Buradan nağara vaxtı qalxıb çeşdə doğru Səngdəki keçidinin dibinə
endikdən sonra günorta üstü təkrar hərəkət edib keçid və çaydan keçərək bir
yüksəklikdə dayandıq. Oradan da gecə yarısı qalxıb Bxirəyə gedərkən keç-
diyimiz keçidi seyr etmək üçün atlanmışdıq.
O keçiddə azuqə daşıyan böyük bir çərşənbə axşamı çamura batıb qal-
mışdı, sahibləri uğraşdıqları halda hərəkətə gətirə bilmirdilər. Bu azuqəni
alıb bizimkilərə paylaşdırdıq. Tam zamanında önümüzə çıxan azuqə idi.
Günortaya yaxın gəlib Kabil çayı ilə Sind çayının birləşdiyi yerdən bir
az aşağıda və əski Nilabdan bir az yuxarıda iki çayın arasına endik. Nilab-
dan altı gəmi gətirilib sağ və sol qollar ilə mərkəz arasında paylaşdırıldı və
dərhal çayı keçməyə başladılar.
Zəhirəddin Məhəmməd BABUR
248
Bizim gəldiyimiz bazar ertəsi, çərşənbə axşamı və çərşənbə gününə
qədər çayı keçməyə davam etdilər. Cümə axşamı günü belə xeyli adam hələ
çayı keçməkdə davam edirdi.
Əndərabə civarında ikən Məhəmməd Əli (232 a) Cəng-Cəngin bir
adamıyla birlikdə Hatinin yanına göndərilmiş olan Pərpət adlı qohumu bu
çayın sahilində ikən gəldi və Hatidən zirehli bir at hədiyyə gətirdi. Nilab
əhalisi də zirehli bir at hədiyyə gətirib mülazimət etdi.
Məhəmməd Əli Cəng-Cəngin Bxirədə qalmağ həvəsi vardı. Bxirə
Hindu bəyə [Koçin] əta edilmiş olduğu üçün Bxirə ilə Sind çayı arasındakı
vilayətləri və elləri (Qarluq həzarəsi, hati, qiyas, al və kitib) Məhəmməd Əli
Cəng-Cəngə ehsan edildi. Qulluğu qəbul edən qulluq etsin, əgər hər hansı
bir vilayət boyun əyməsə
Hər kim ki, boyunu qoymasa onu tiygəy,
Çapğay, talağay, müntiyü münqəd etgəy.
Kim boyun əyməsə ona yetişsin,
Çapsın, talasın, müti və münqəd etsin.
Bu ehsanlardan sonra Məhəmməd Əli Cəng-Cənge xas siyah qədifə-
dən bir has başlıq və zirehli bir paltar da verdim. Tuğ da ehsan etdim.
Hatinin qohumunun getməsinə də izin verib Hatiyə bir qılınc, bir dəst
paltar və təsəlli edici fərmanlar göndərdim.
Cümə axşamı günü, günəş doğarkən, çayın sahilindən hərəkət etdik. O
gün məcun yeyərək nəfis gül bağlarıni seyr etdik. Ayrı-ayrı yerlərdə toplu
halda ərğuvani güllər açılmış, bəzi yerlərə də qarmaqarışıq səpələnmişdi.
Ordugahın yanındakı bir təpənin üzərində oturub gülzara tamaşa etdik. (232
b) Sanki paylaşdırılmış kimi, təpənin alt tərəfində hər yanda bir sarı, bir ər-
ğuvani güllər sıra-sıra, müsəddəs bir şəkildə açılmışdı. İki tərəfdə gül o qə-
dər çox deyildi, amma göz ala bildiyi qədər belə gülzar idi. Perşavər civa-
rında bahar mövsümündə gözəl gülzar olur.
Səhər vaxtı o yurddan qalxdıq. Gələrkən çay sahilində nərildəyən bir
şir kənara doğru çıxdı. Atlar şirin səsini eşidib hürkdülər və özlərini qaya və
çuxurlara atdılar. Şir qayıdıb yenə cəngəlliyə girdi. Bir camış gətirib cəngəl-
liyə salaraq şiri qırağa çıxarmalarını əmr etdim. Təkrar kənara doğru çıxdı.
Hər yandan oxla vurdular; mən də bir ox atdım. Halvi Piyadə nizə ilə vur-
maq istərkən nizənin dəmirini dişləri ilə qırdı. Pars bir çox ox dəydiyi halda
kolluğun dibində büzülmüş dururdu. Baba Yasavul qılıncını çıxarıb yaxın-
laşdı, şir həmlə edərkən başına vurdu, sonra da Əli Sistani belinə vurdu. Şir
özünü çaya atdı. Suyun içində ikən öldürdülər. Sudan çıxarıb dərisini soy-
malarını əmr etdim.
Ertəsi gün hərəkət edib Biqrama gedərək Kürə-Kətrini gəzdik. Burası
zaviyə kimi, bir az dar, qaranlıq və kiçık bir binaydı. Qapısından girib iki-üç
pillə endikdən sonra sürünərək girmək lazımdır. Şamsız girmək mümkün
BABURNAMƏ
249
deyil. Qabaq tərəfində saç və saqqal qırxmışlar, hər yana tük yığılmışdı. Bu
(233 a) Kürə-Kətrinin ətrafında mədrəsə və karvansara hücrələri kimi çoxlu
hücrə vardı. Kabilə ilk gəldiyim il Kühet, Bennu və Dəştə axın edəndə Biq-
ramdakı böyük bir ağacı görməyə getmiş və Kürə-Kətrini görə bilmədiyimə
təəssüf etmişdim. O qədər da təəssüf ediləcək bir yer deyilmiş.
O gün Şeyxim Mir-Sikarın yetişdirdiyi yaxşı bir şahinim itdi. Durna
və kəkliyi çox yaxşı tuturdu. İki-üç dəfə tükünü tökmüşdü. Elə gözəl tuturdu
ki, mənim kimi həvəssiz birini də quşbaz eləmişdi.
Məlik Bu xan ilə Məlik Musa başda olmaqla diləzaq əfqanlarının bö-
yüklərindən altı adamın hərəsinə Hindistan ehsanı olaraq yüz misqal gümüş,
bir paltar, üç öküz və bir camış, digərlərinə də mövqelərinə görə ağ axça,
qumaş, öküz və camışlar ehsan edildi.
Əli-Məscidə enəndə diləzaq Yaqub-heyldən Məruf adında biri on qo-
yun, iki eşşək yükü düyü və səkkiz böyük baş pendir hədiyyə gətirdi.
Əli-Məsciddən sonra Yedə-Birə endik, oradan da günorta vaxtı Cuyi-
Şahiyə gəldik. O gün Dost bəyi qızdırma tutdu.
Cuyi-Şahidən səhər vaxtı qalxıb Baği-Vəfada yemək yedik və günorta
oradan hərəkət etdik. Gəndəməkin Siyah-Abından keçib axşamdan sonra bir
otluqda atları doyurduq və bir-iki geri sonra atlandıq. Surxabdan keçərək
(233 b) Kərkə enib uyuduq.
Dan ağarmadan öncə Kərkdən hərəkət edib Qaratu yolunun ayrıldığı
yerə gələndə beş-altı adamla birlikdə Qaratuda salınan bağı seyr etməyə
getdim. Xəlifə, Şah Həsən bəy və digər adamları Quru sayda məni gözləmək
üzərə doğru yoldan göndərdim. Qaratuya gələndə Şah bəy Arğunun Qızıl
adlı xəbərcisi Şah bəyin Kahanı alıb yağmalayaraq geri döndüyü xəbərini
gətirdi.
Heç kimsənin irəliyə xəbər götürməməsi əmri verilmişdi. Günortaya
doğru Kabilə vardıq. Qutlu Qədəm körpüsünə varıncaya qədər heç kim xə-
bərdar olmadı. Ondan sonra [Baburun oğulları] Hümayun ilə Kamran xəbər
tutmuşlar, lakin ata minmələrinə yetəcək qədər vaxt qalmamış, çöhrələri tə-
rəfindən əldə daşınaraq şəhər qapısıyla ərk qapısının arasına gəlib mülazi-
mət etdilər.
İkindi vaxtı Qasım bəy şəhərin qazısı və Kabildə qalmış olan dost və
ərbablar gələrək ziyarət etdilər.
Cümə günü, rəbiüləvvəl ayının ilk günündə [=2 aprel] ikindi vaxtı içki
məclisi quruldu. Şah Həsənə öz paltarlarımdan bir dəst ehsan etdim. Şənbə
günü səhər vaxtı gəmiyə minib səbuhi
1
keçirdik. Nur bəy bu məclisdə ud
çaldı, o günlərdə hələ tövbəli deyildi. Günorta gəmidən çıxıb Külkinə ilə
dağ arasındakı bağı seyr edib ikindi vaxtı Baği-Bənövşəyə gəlib içdik. Ax-
şamüstü olanda Külkinə tərəfindən divardan çıxıb ərkə gəldim.
1
Səbuhi: sərxoşluğun axşamdan qalma halını ötürmək üçün səhər vaxtı içki içmək.
Zəhirəddin Məhəmməd BABUR
250
DOST NASİR BƏYİN ÖLÜMÜ
Çərşənbə axşamı günü, ayın beşində [=6 aprel], yolda (234 a) şiddətli
bir qızdırmaya tutulmuş olan Dost [Nasır] bəy Allahın rəhmətinə qovuşdu .
Buna çox mütəəssir oldum. Dost bəyin nəşini Qəznəyə götürüb Sultan-röv-
zəsinin qapısı önünə gömdülər.
Dost bəy çox yaxşı bir igid idi. Bəylikdə hələ yüksəlirdi. Bəyliyindən
öncə içkilik zamanı bir neçə dəfə böyük şücaət göstərmişdi. Bunlardan biri
budur: bir dəfə Əndicandan bir ağaclıq məsafədə yerləşən Ribati-Zövrəqə
Sultan Əhməd Tənbəl bir gecə basqın edəndə mən on-on beş nəfərlə ona
qarşı yürüyüb axınçılarını geri oturdaraq mərkəzə çatanda Tənbəl orada yü-
zə yaxın adamı ilə dururdu. O zaman mənim yanımda üç adam qalmışdı.
Onlardan biri Dost Nasir, biri Mirzəqulu Göyəldaş, biri də Kərimdad idi.
Mən yalnız yayımı almışdım. Tənbəl də bir adamıyla birlikdə səfdən bir az
irəlidə dururdu. Tənbəl ilə qarşı-qarşıya gəldim. Dəbilqəsinə bir ox vurdum,
bir ox da atdım. Bu ox onun qalxanıyla oxdanını dəlib bir-birinə tikdi. Bu-
duma bir ox isabət etdirdilər. Tənbəl də qılıncıyla başıma vurdu. Başımda
dəbilqə vardı və qəribədir ki, tək bir teli belə qırılmadı, lakin başımda dərin
bir yara açıldı. Heç kimdən yardım gəlmədi və yanımda da heç kim qalmadı.
Məcbur olaraq atın başını çevirdim. Məndən bir az arxada Dost bəy vardı və
məndən sonra o vuruşdu.
Bir də Axsidən (234 b) çıxdığımız vaxt Baqi Hız ilə qılıncla vuruşdu.
Ona hız [ibnə, oğlan] deyirlər, lakin qılıncına çox hakimdi. Axsidən çıxar-
kən yanımda səkkiz adamla tək başıma qaldığım zaman da Dost bəy mə-
nimlə birlikdəydi və atı vurulan üçüncü adam o idi.
Bəy olduqdan sonra Süyünçük xan sultanlarla birlikdə gəlib Daşkənd-
də Əhməd Qasımı [Kuhbər] mühasirə edəndə onları məğlub edib içəriyə gir-
di. Mühasirə zamanı da yaxşı çarpışdı. Əhməd Qasım bunlara xəbər vermə-
dən şəhəri buraxıb çıxanda xanları və sultanları məğlub edib Daşkənddən
çıxmağı bacardı.
Sonra Şirim Tağayi, Məzid Tağayi və onların yanındakılar düşmən ol-
duqları zaman Qəznədən iki-üç yüz adamla sürətlə gələrkən bu moğollar üç-
dörd yüz yaxşı igidi ona qarşı göndərdilər. Şirukan civarında önünə çıxan-
ları möhkəm məğlub edib bir çox adamını atdan salaraq bir çoxunun da ba-
şını kəsib gətirdi.
Bəcur kurqanında da Dost bəyin adamları hər kəsdən daha öncə yeti-
şərək divara çıxdılar. Piralədə də Dost bəy irəlilədi, Hatiyi məğlub edib qa-
çırtdı və Piralə zəbt edildi.
Dost bəyin ölümündən sonra onun vilayətini kiçık qardaşı Mirim Na-
sirə əta etdim.
Cümə günü rəbilülaxır ayının səkkizində [=9 aprel] kurqandan çarba-
BABURNAMƏ
251
ğa çıxdım. Çərşənbə axşamı günü, ayın on ikisində [=13 aprel] Sultan Hü-
seyn Mirzənin böyük qızı, Məhəmməd Sultan Mirzənin anası Sultanım bə-
yim Kabilə gəldi. O, iğtişaş zamanı Xarəzmə getmişdi. Yolbars (235 a) Sul-
tanın kiçık qardaşı İsənqulu Sultan bu bəyimin qızını almışdı. İqamət olaraq
ona Baği-Xəlvət təyin edildi. Bağa yerləşdikdən sonra gedib onu gördüm.
Böyük bacı olduğu üçün yükündüm. O da yükündü. Yeriyib orta bir yerdə
görüşdük. Bundan sonra daima bu üsula riayət etdik.
Bazar günü, ayın on yedisində [=18 aprel] uzun bir müddətdən bəri
həbsdə olan nankor Baba Şeyxin günahını bağışlayaraq həbsdən çıxardım və
ona xələt ehsan etdim.
Çərşənbə axşamı günü, ayın on doqquzunda [=20 aprel] günortaya
doğru Xoca-Seyaran tərəfinə hərəkət etdilm. O gün oruc tutmuşdum. Yunus
Əli və digərləri buna təəccüb edərək «Çərşənbə axşamı günü gəzməyə çıx-
maq və oruclu olmaq çox qəribədir» dedilər. Bihzadiyə gəlib qazısı evinə
endik. Gecə bir məclis düzəldi. Qazı «Mənim evində belə şeylər olmamışdır,
lakin padşah hakimdir» deyə bıldirdi. Məclis ərbabı hazırlanmış olduğu hal-
da, qazının xatiri üçün süfrəyə içki qoyulmadı.
Çərşənbə günü Xoca-Seyarana getdim.
Cümə axşamı günü, ayın iyirmi birində [=22 aprel] bağ saldırmış ol-
duğum dağın çıxıntısına böyük bir yuvarlaq taxt tikdirdim.
Cümə günü körpüdən sala mindik. Ovçuların evlərinin qarşısına gə-
ləndə ovçular tutduqları ding deyilən quşu gətirdilər. Bundan öncə ding gör-
məmişdim. (235 b) Görünüşü qəribə bir quşdur. Hindistan heyvanlarından
bəhs edəndə onun haqqında məlumat veriləcək.
Şənbə günü, ayın iyirmi üçündə [=24 aprel] bu yuvarlaq taxtın üstünə
çinar budağı və söyüd əkildi. Günorta içki söhbəti quruldu. Səhər vaxtı bu
yeni taxtın üstündə səbuhi keçirdik. Günortadan sonra atlara minib Kabilə
hərəkət etdik. Xoca-Həsənə gələndə bir müddət sərxoş yatıb uyuduq. Xoca-
Həsəndən hərəkət edib gecə yarısı çarbağa gəldik.
Xoca-Həsəndə ikən Abdullah [Kitabdar] sərxoş bir şəkildə özünü pal-
tarlı suya atmışdı. Bir az gec hərəkət etdiyi üçün soyuqdan üşüyərək bizimlə
gələməyib gecəni Qutlu Xocanın [Göyəldaş] malikanəsində keçirib sabah,
keçən günün ifrat sərxoşluğundan dərs alaraq tövbə edib gəldi. «İndilik bu
tövbəyə əməl edib-etməməyi özün bilərsən, barı mənim məclisimdən başqa
bir yerdə içməməyə tövbə et» dedim. Qəbul etdi və bir neçə ay buna əməl
elədi, amma sonra dözə bilmədi.
Bazar ertəsi, ayın iyirmi beşində Bxirədə və ətraf vilayətlərdə asayiş
yaratması ümidiylə orada qoyduğumuz Hindu bəy yanıma gəldi. Biz oradan
qayıdan kimi bir çox əfqan və hindistanlı toplaşıb sülh və barışıq haqqında
sözləri heçə sayaraq, bizə və sözlərimizə aldırmadan Bxirəyə Hindu bəyin
üstünə yürümüşlər. Yerli əhali də əfqanlarm tərəfinə keçmiş, Hindu bəy də
Zəhirəddin Məhəmməd BABUR
252
Bxirədə qalma bilməyərək Hoşaba gedib Dinqut vilayətindən Nilaba, oradan
da (236 a) Kabilə gəldi. Siktunun oğlu Divə Hindunu və digər bir hindusu
da Bxirədən zəncirə vuraraq gətirtmişdi. Onlar bəzi şeylər verib azad oldular.
Bu hinduslara at və paltar əta olunaraq getmələrinə izin verildi.
Cümə günü, ayın iyirmi doqquzunda [=30 aprel] məni qızdırma tutdu.
Qan aldırdım. Gün aşırı, bəzən iki, bəzən də üç gündə bir hərarət gəlirdi.
Hər hərarət gələndə tərləyirdim. On-on iki gün sonra Molla Haceki nərgizlə
qarışdırılmış şərab verdi. Bir-iki dəfə içdim, bir xeyri dəymədi.
Bazar günü, cəmadiyüləvvəl ayının on beşində [=15 may] Xoca Mə-
həmməd Əli [Tağayi] Hastdan gəldi. Bir yəhərli at hədiyyə edib cizyə
olaraq ağ axça da gətirdi. Məhəmməd Şərif Münəccim və Hast mirzələri də
Xoca Məhəmməd Əli ilə birlikdə gəlib mülazimət etdilər.
Bazar ertəsi günü Molla Kəbir Kaşğardan gəldi. Məlik Şah Mansur
Yusif-zeyi Yusif-zeyinin böyüklərindən altı-yeddi adamla birlikdə Sevad-
dan gəlib mülazimət etdi.
Bazar ertəsi günü, cəmadiyülaxırın ilk günündə [=31 may] Şah Man-
surun başçılığı altında gələn Yusif-zeyi əfqanlarının böyüklərinə xələtlər
geydirildi. Şah Mansura zireh və düyməsi ilə bir ipək paltar, birinə yeləkli
ipək paltar, digər altı adama isə ipək paltar geydirib getmələri üçün izin ver-
dik. Əbuhədən yuxarı Sevad vilayətinə müdaxilə etməmələri, bütün rəiyyət-
ləri (236 b) aralarından çıxarmaları, Bəcur və Sevadda əkinçi əfqanlarm di-
vana altı min eşşək yükü azuqə vermələri qərarlaşdırıldı.
Çərşənbə günü, ayın üçündə [=2 iyun] müshil içdim. Sonra təkrar iki
gün müshil içdim.
Şənbə günü, ayın altısında qəbz dərmanı içdim.
Bazar ertəsi günü, ayın səkkizində [=7 iyun] Xəlifənin böyük qızına
Qasım bəyin kiçık oğlu Həmzənin toy hədiyyəsi gəldi; min şahruhiydi. Bir
də yəhərli at hədiyyə etdi.
Çərşənbə axşamı günü Şah Həsən Bəy şərab söhbətinə izin istəyib
başda Xoca Məhəmməd Əli [Tağayi] olmaq üzərə bəzi bəyləri və içkiləri öz
evinə apardı. Yunus Əli və Gədai Tağayi mənim yanımda qaldılar. Mən hə-
lə şəraba pəhrizli idim. Mənim ağlım basımda ikən başqalarının içdiyini və
mən ayıq olduğum halda bir qisminin sərxoş olduğunu heç görməmişdim.
«Gəlin, mənim yanımda üçün, bir az baxım. Ağlı başında olanlarla sərxoşla-
rın bir-birilə necə rəftar etdiklərini görüm» dedim. Çarbağın qapısında tik-
dirdiyim rəsm salonunun cənub-şərqində bir az kiçık və bəmbəyaz bir çadır
qurulmuşdu, bəzən orada otururdum. Məclis orada quruldu. Sonra Masqara
Qiyas da gəldi. Bir neçə dəfə zarafatla məclisdən çıxarılmasını əmr etdim.
Axırda səs-küy salıb masqaralıqla məclisə daxil oldu. Turdu Məhəmməd
Qıpçaq ilə Molla Kitabdarı da məclisə çağırdıq. Şah Həsənlə (237 a) onun
evindəki məclisdə olanlara bədahətən söylənən bu rübaini yazıb göndərdim:
BABURNAMƏ
253
Əhbab ki, bəzmində gülüstan xasdır,
Bilməm, varmı bəzmində bizə dəstur,
Gər sərdə hüzur birlə cəmiyyət var,
Yüz şükür, bu cəm bihüzur ərməsdir.
Bu rübaini İbrahim Çöhrə vasitəsilə göndərdim. Günortadan sonra bu
məclisdəkilər sərxoş olub dağıldılar.
Bu xəstəlik zamanı məni təxti-rəvanla əldə daşıyaraq aparırdılar. Bir
neçə gün öncə qarışıq şərab içmişdim, amma bir faydası olmadığı üçün artıq
içmırdım. Xəstəliyin axırına doğru talvarlı bağın cənub-qərb yönündə alma
ağacı dibində bir məclis düzəldib qarışıq şərab içdim.
Cümə günü, ayın on ikisində [=11 iyun] Bəcurda köməkçi olaraq qoy-
duğum Əhməd bəy [Yusif Oğlaqçı] ilə Sultan Məhəmməd Dulday gəldi.
Çərşənbə günü, ayın on yeddisində [=16 iyun] Heydər Tağının bağın-
da Tanrıverdi bəzi bəylərə və igidlərə ziyafət verirdi. Mən də o məclisə ge-
dib içdim. Yatsı vaxtında oradan qalxıb gəldik və böyük ağ çadırda da içdik.
Cümə axşamı günü, ayın iyirmi beşində [=24 iyun] Molla Mahmudun
yanında fıqh dərsi oxunmasına qərar verildi.
Çərşənbə axşamı günü, ayın sonuncu günündə Əbu Müslim Göyəldaş,
Şah Şüca Arğunun hüzurundan elçi olaraq gəldi və hədiyyə olaraq cins bir
at gətirdi. O gün Yusif Əli Riqabdar Çinar-Bağdakı hovuzda üzərək qulac
atıb yüz dəfə dövrə vurdu. Bir dəst paltar, yəhərli bir at və ağ axça ehsan et-
dim.
Çərşənbə günü, rəcəb ayının səkkizində [=6 iyul] Şah Həsənin evinə
Dostları ilə paylaş: |