(237 b) gedib içdim. Bəylərin və içkilərin çoxusu orada idi.
Şənbə günü ayın on birində [=9 iyul] məclis vardı, ikindi ilə axşam
arasında böyük göyərçinxananın damının üstünə çıxaraq içdik. Bir az gec
vaxtda bir neçə atlı Dih-əfqan yolundan şəhərə doğru keçirdi. Araşdırıldı.
Dərviş Məhəmməd Sarban imiş, Mirzə xanın [Sultan Veys] hüzurundan elçi
olaraq gəlirmiş. Dam üzərindən çağırdıq və «Mərasimlə elçilik eləməyi bu-
rax və dərhal gəl» dedik. Dərviş Məhəmməd gəlib söhbətdə oturdu. O za-
man tövbəli olduğu üçün içmirdi. Sabaha qədər orada içdik. Ertəsi gün mən
divanda oturanda isə mərasimlə və üsula uyğun olaraq gəlib Mirzə xanın
göndərdiyi hədiyyələri təqdim etdi.
Keçən il min cür çətinlik və dərd-bəla ilə o tərəfdəki bütün aymaqları
Kabilə köçürmüşdük. Kabil dar bir yerdir. Aymaqların və türklərin heyvan-
larına asanlıqla qışlaq və yaylaq tapılmır. Köçəri xalqı öz xoşuna qoysan
heç bir zaman Kabili istəməz. Onlar Qasım bəyə müraciət edərək o tərəfə
keçmək üçün onu minnətçi saldılar. Qasım bəy çox israr etdi və axırda ay-
maqlara Qunduz və Bağlan tərəfinə keçmək üçün izin aldı.
Hafiz Mir Katibin böyük qardaşı Səmərqənddən gəlmişdi. Səmərqən-
də getməsinə izin verib Polad Sultana divanımı göndərdim. Divanın arxası-
Zəhirəddin Məhəmməd BABUR
254
na yalnız bu qiəni yazdım: (238 a)
Ol sərvin hərəminə gər yetsən, ey səba,
Vergil bu hicr xəstəsindən yad könlünə.
Rəhm eyləyib yad qılmadı Baburu, var ümid,
Sala xuda rəhmi polad könlünə.
Cümə günü, ayın on yeddisində [=15 iyul] Şah Məzid Göyəldaş Mə-
həmməd Zaman Mirzənin adından cizyə və hədiyyə olaraq bir at gətirib sə-
daqətini bildirdi. O gün Şah bəyin elçisi Əbu Müslim Göyəldaşa xələt gey-
dirlib ehsanlarda bulunularaq getməsinə izin verdim. Xoca Məhəmməd Əli
[Tağayi] ilə Tanrıverdiyə də vilayətləri olan Hast ilə Əndəraba getmələrinə
o gün izin verildi.
Cümə axşamı, ayın iyirmi üçündə [=21 iyul] Keçə-Qut və Qarluq ci-
varında qoyaraq o vilayətlərin məsuliyyətini tapşırdığımız Məhəmməd Əli
Cəng-Cəng Mirzə Məlvi Qarluqun oğlu Şah Həsən və Hatinin bir adamıyla
birlikdə gəldi. O gün köçünü gətirmək üçün Səmərqəndə gedən Molla
Əlixan da gəlib bizə qoşuldu.
ƏBDÜRRƏHMAN ƏFQANLARININ ÜSTÜNƏ AXIN
Əbdürrəhman əfqanları Gərdiz sərhəddində yaşayırdılar. Vergi ver-
məkdən və özlərini yaxşı aparmaqdan uzaqdılar. Gedən və gələn karvanlar
da onlardan zərər görürdü. Çərşənbə günü, rəcəb ayının iyirmi doqquzunda
[=27 iyul] bu əfqanlara axın etmək için hərəkətə keçdik. Təngi-Vağcan ci-
varında enib yemək yedik və günortadan bir az sonra oradan hərəkət etdik.
Gecə vaxtı yolu itirərək Pəncab-Şahnənin cənub-şərqindəki təpə və
ovalarda xeyli avara (238 b) olduq. Bir müddət sonra təkrar yolu taparaq
Çeşmeyi-Pərə keçidindən aşıb Gərdiz tərəfinə baxan dərədən çıxdıq və sa-
bah vaxtında düzlüyə çatıb axınçılar göndərdik.
Əsgərin bir qismi Gərdizin cənub-şərqində yerləşən Kirmas dağı tərə-
finə axın etdi. Axınçıların arxasına Xosrov [Göyəldaş], Mirzəqulu [Göyəl-
daş] və Seyid Əli komandanlığında olan mərkəzin sağ qolu göndərildi. Əs-
gərin böyük hissəsi isə Gərdizin şərq tərəfinə, dərənin yuxarısına doğru axın
etdi. Bu axınçıların arxasından da Seyid Qasım eşik-ağa, Mirşah Koçin, Qi-
yam bəy Orduşah, Hindu bəy, Qutlu Qədəm və Hüseyn komandanlığındakı
əsgərlər göndərildi.
Əsgərin böyük hissəsi dərənin yuxarısına doğru axın etdiyi üçün geri
qalanları göndərdikdən sonra mən də onların arxasından getdim. Bu dərənin
yuxarı tərəfindəki əhali uzaqda iymiş. Oraya gedən əsgərlərin atı qüvvədən
düşdü. Əsgərin əlinə ciddi bir şey keçmədi. Qırx-əlliyə qədər əfqan piyada-
sı düzənlikdə göründü. Bu əsgərin arxasından gedənlər onlara doğru hücum
edərək mənə adam göndərib xəbər verdilər. Mən də daha sürətlə çapdım.
BABURNAMƏ
255
Mən gələnə qədər Hüseyn Həsən heç bir şeyi hesablamadan tək başına
əfqanların içinə girib qılıncını çəkəndə atını oxla vurmuşlar, qalxan kimi də
ayağını kəsərək yıxmışlar. Hər tərəfdən bıçaqlayaraq parça-parça etmişlər.
Bu arada da bizim igidlər sadəcə qarşıdan baxıb köməyə gedə bilməmişlər.
Bu xəbər gəlincə Gədai Tağayi, Payəndə Məhəmməd (239a) Qaplan, Əbül-
həsən Qurçu və Mömin Atəkə komandanlığında olan igidləri dördnala irəli
göndərib özüm də sürətlə irəlilədim.
Hamısından əvvəl Mömin Atəkə bir əfqanı nizə ilə yıxıb başını kəsib
gətirdi. Əbülhəsən Qurçu da zirehsız olduğu halda yaxşı hərəkət edib əfqan-
ların önünü kəsərək atını sürdü və bir əfqanı vurub başını kəsib gətirdi. Özü
üç yerindən, atı da bir yerindən yaralanmışdı. Payəndə Məhəmməd Qaplan
da yaxşı hərəkət edib bir əfqanı qılıncla vuraraq başını kəsib gətirdi. Gərçi
Əbülhəsən ilə Payəndə Məhəmməd Qaplanın igidlikləri bundan öncə də mə-
lum idi, bu dəfə isə hünərlərini daha artıq göstərdilər. Bu qırx-əlli əfqanın
hamısı ox və qılıncla parçalandı. Bunlar kəsildikdən sonra bir otluğa enib bu
əfqanların başından bir minarə qurulmasını əmr etdim.
Yolda gələrkən Hüseyn ilə birlikdə olan bəylər gəldilər. Sərt və qəzəb-
lə danışaraq belə dedim: «Bu qədər adam qarşıdan baxa-baxa dümdüz bir
yerdə belə bir igidi bir neçə piyada əfqana necə qapdırırsınız. Sizin hamını-
zın rütbələrini və imtiyazlarını, əlinizdəki pərgənə və vilayətləri alıb saqqal-
larınızı qırxaraq sizi şəhərlərdə gəzdirmək lazımdır, ta ki hamı belə bir igidi
düşmənin əlində qoyan və dümdüz bir yerdə əlləri qoynunda (239b) durub
baxanların cəzasının nə olduğunu bilsin».
Kirmaş tərəfinə gedən əsgər qoyun və qənimət alıb gəldi. Baba Qaşqa
Moğol da Kirmaş tərəfinə gedən əsgərlərlə birlikdə getmişdi. Bir əfqan onu
qılıncla vurmaq istəyəndə Baba Qaşqa daha cəld tərpənərək oxunu çəkmiş
və bu əfqanı vurub yıxmışdı.
Sabah tezdən qalxıb Kabilə doğru atlandıq. Məhəmməd Bəxşi, Əbdül-
əziz Miraxur və Mir Xurd Bəkavula Çeşmeyi-Pərədə qalıb xalqdan qırqovul
yığmaları əmr edildi. Mən də bir neçə adamla birlikdə hələ görməmiş oldu-
ğum Meydani-Rüstəm yoluyla getdim.
Meydani-Rüstəm dağların arasında yerləşir və dağın təpəsinə yaxın bir
yerdədir. O qədər səfalı bir yer deyildir. İki dağın arasında bir az geniş dərə-
si, cənub tərəfində təpənin ətəyində bir az kiçık bir çeşməsi və böyük-böyük
qovaq ağacları vardır. Bu Meydani-Rüstəmin Gərdiz tərəfinə çıxan yolunda
da çeşmələr və ağaclardan xeyli var, lakin ağacları bir az daha kiçıkdir. Düz-
dür, dərəsi bir az dardır, lakin bu ağacların dibi yamyaşıl gözəl çayırlardır
və olduqca səfalı bir dərədir.
Meydani-Rüstəmin cənub tərəfindəki dağa çıxdıq, oradan Kirmaş və
Bəngəş dağları ayaq altındakı kimi görünürdu. Kirmaş dağlarının o yanında
mövsüm yağışı buludları tək-tük görünürdu. (240 a) Mövsüm yağışı olma-
Zəhirəddin Məhəmməd BABUR
256
yan bu vilayətlərdə isə bulud heç görünmürdu.
Günorta vaxtında Huniyə gəlib endik. Ertəsi gün Məhəmməd ağa kən-
dinin civarına enib məcun yedik və suya balıq otu atıb bir az balıq tutduq.
Bazar günü, şaban ayının üçündə [=31 iyul] Kabilə gəldik.
Çərşənbə axşamı günü, ayın beşində [=2 avqust] Dərviş Məhəmməd
Fəzli ilə Xosrovun [Göyəldaş] nökərini çağıraraq Hüseyn yaxalandığı za-
mankı alçaqlıqlarının səbəbini soruşub rütbə və imtiyazlarını əllərindən al-
dıq. Günorta üstü çinar dibində içki məclisi quruldu. Baba Qaşqa Moğola
xələt ehsan edildi.
Cümə günü, ayın səkkizində [=5 avqust] Mirzə xanın [Sultan Veys]
yanına getmiş olan Kibək gəldi.
Cümə axşamı günü, ikindi vaxtı Xoca-Seyaran, Baran və Damən-Kuh
tərəflərini seyr etmək üçün getdim. Yatsı vaxtında Mama-xatuna endim.
Ertəsi gün İstalifə gəlib endik. O gün məcun yedik.
Şənbə günü İstafildə içki məclisi quruldu.
Sabah İstafildən hərəkət edib Sincid-dərə arasından keçib Xoca-Seya-
ranın yaxınına gələndə yoğunluğu bilək qədər və uzunluğu bir qulac olan
böyük bir ilan öldürüldü. Bu ilanın içindən ondan bir az incə başqa bir ilan
çıxdı. Hər halda qısa bir zaman öncə udmuş olmalı, bütün orqanları tamam-
dı. İncə ilan o böyük ilandan bir az qısa idi (240 b). Bu incə ilanın içindən
də böyük bir siçan çıxdı; o da tamdı və hələ heç bir yerinə zərər gəlməmişdi.
Xoca-Seyarana gəlib içki məclisi qurduq. O gün Kiçkinə Tünqatar va-
sitəsilə digər tərəfdəki bəylərə əsgərin toplanacağı yer müəyyənləşdirilərək
ordunun hərəkətə keçəcəyi bildirildi və təyin olunan yerə vaxtında gəlib
çatmaları əmr edilərək fərmanlar göndərildi.
Sabah hərəkətə keçib məcun yedik və Pərvan çayının qovuşduğu yerə
gedib o civardakı əhalinin üsulu ilə Pərvan çayına balıq otu ataraq bir çox
balıq tutduq. Mir-Şah bəy bizi yedirib içirdi.
Buradan atlanaraq Gülbahara getdik. Axşamdan sonra içki məclisi qu-
ruldu. Bu söhbətlərdə Dərviş Məhəmməd Sarban da vardı. Gərçi igid və si-
pahiydi, lakin içki içmirdi, tövbəliydi. Qutlu Xoca Göyəldaş uzun zamandan
bəri sipahiliyi tərk edib dərviş olmuşdu. Yaşı da xeyli çoxalmış, saqqalı ağ-
appaq olmuşdu. Lakin bu hərif bu söhbətlərdə daima içirdi. Dərviş Məhəm-
mədə belə dedim: «Qutlu Xocanın saqqalından utan, özü dərviş, ixtiyar və
ağ saqqallı olduğu halda daim içki içir. Sənsə sipahi, igid və simsiyah saq-
qallı olduğun halda heç bir zaman içmirsən. Bunun səbəbi nədir?» İçməyən
adama içki təklif etmək mənim adətim və üsulum deyildi. Beləcə bir zarafat
etdik və ona içki təklif etmədik. Sabah səbuhi məclisi keçirdik.
Çərşənbə (24l a) günü Gülbahardan hərəkət etdik. Əbun kəndinə enib
yemək yedikdən sonra təkrar atlanaraq Bağati-xuma gedib düşərgə qurduq.
Günortadan sonra içki söhbəti təşkil etdik.
BABURNAMƏ
257
Ertəsi gün oradan hərəkət edərək Xoca Hand Səidin məzarını ziyarət
edib dönərək Çinə kurqanı yanından sala mindik. Pənchir çayının qarışdığı
yerdə sal dağın çıxıntısına çarpdı və az qalsın batırdı. Ruhdəm, Tanrqulu və
Mir Məhəmməd Caləban salın qayaya çarpması nəticəsində suya düşdülər.
Ruhdəm ilə Tanrıqulunu zorla çəkib təkrar sala çıxardılar. Çini qədəhim, bir
qaşıq və çalğı da suya düşdü. Oradan keçib Səngi-Bəndə doğrusuna gələndə
sal suyun ortasındakı bir budağa, ya da bənd üçün çaxılmış bir qazığa çarpdı.
Şah Şüca bəyin oğlu Şah Həsən [Arğun] arxası üstə düşdü və Mirzəqulu
Göyəldaşı da özü ilə birlikdə götürdü. Dərviş Məhəmməd Sarban da suya
düşdü. Mirzəqulu yaxşı hərəkət etdi, yıxılanda əlində qovun kəsməkdə oldu-
ğu bıçağı sala döşənmiş həsirə sapladı, amma yenə də suya yıxıldı. Mirzə-
qulu sala gəlmədən paltarlı şəkildə üzüb çıxdı. Saldan çıxıb o axşam salçı-
ların evində qonaq olduq. Dərviş Məhəmməd mənə suya düşən yeddi rəngli
qədəhin eynisi olan başqa bir qədəh hədiyyə etdi.
Cümə günü çayın sahilindən hərəkət etdik. İnçkədən aşağıda olan Ku-
hi-Beçənin təpəsinə enib öz əlimizlə (241 b) xeyli misvaq yığdıq. Oradan
keçib xoca-xızırlılarla yemək yeyib təkrar atlandıq. Günorta vaxtı Qutlu Xo-
canın ərazisindən Ləmqan kəndinə endik. Qutlu Xoca hazır nə vardısa gətir-
di, yedik. Oradan qalxıb Kabilə gəldik.
Bazar ertəsi günü, ayın iyirmi beşində [=22 avqust] Dərviş Məhəm-
məd Sarbana xassə xələt və yəhərli bir at əta etdim, o da nökərliyə birlikdə
yükündü.
Dörd-beş aydır saçımı kəsmirdim. Çərşənbə günü, ayın iyirmi yedisin-
də saçımı kəsdirdim. O gün içki söhbəti yapıldı.
Cümə günü, ayın iyirmi doqquzunda [=26 avqust] Mir Xurd Bəkavul,
Hindalın atəkəliyinə yükündürüldü və min şahruxi hədiyyə verdi.
Çərşənbə günü, ayın beşində [=31 avqust] Tülək Göyəldaşın Barlas
Ciki adlı bir nökəri onun məktubunu gətirdi. Özbək axınçısı o civara gəlmiş
və Tülək də qarşılarına çıxıb vuruşaraq onları məğlub etmişdi. O qasid əsir
bir özbəklə birlikdə digər bir özbəyin də başını gətirdi.
Şənbə axşamı, ayın səkkizində [=3 sentyabr] Qasım bəyin evinə gedib
iftar etdik, yəhərli bir at hədiyyə etdi. Bazar axşamı da Xəlifənin evində iftar
edildi; o da yəhərli bir at bağışladı.
Ertəsi gün hərbi işlər üçün çağrılmış olan Xoca Məhəmməd Əli ilə
Can Nasir vilayətlərindən gəldilər.
Çərşənbə günü, ayın on ikisində [=7 sentyabr] (242 a) daha öncə bəhs
etdiyim kimi, mən Hastdan Kabilə gedən il Kaşğara getmiş olan [Baburun
oğlu] Kamranın dayısı Sultan Əli [Mirzə Tağayi] gəldi.
ƏFQAN QƏBİLƏLƏRİ ÜSTÜNƏ AXIN
Zəhirəddin Məhəmməd BABUR
258
Cümə axşamı günü, ayın on üçündə [=8 sentyabr] Yusif-zey tayfasının
cəzalandırılması məqsədilə hərəkət edib Dih-Yaqub çayının Kabil tərəfində-
ki çayıra endik. Ata minəndə Babacan axtaçı (mehtər) atı bir az tərs tutduğu
üçün hiddətimdən üzünə bir yumruq vurmuş və adsız barmağım dibindən
qırılmışdı. O zaman o qədər ağrımadı, lakin bu yurda gəlib enəndə çox izti-
rab verdi. Bir müddət çox əziyyət çəkdim, yazı yaza bilmırdım. Axırda yax-
şılaşdı.
Bu səfərə çıxdığımız yerdə xalam Dövlət Sultan xanımın Qutlu Mə-
həmməd Barlas adlı südqardaşı Kaşğardan xanım tərəfdən məktub və xəbər
gətirdi. O gün diləzaq əfqanlarmm böyüklərindən Məlik Bu xan ilə Məlik
Musa da gəlib hədiyyələr verərək mülazimət etdilər.
Bazar günü, ayın on altısmda [=11 sentyabr] Qoç bəy gəldi.
Çərşənbə günü, ayın on doqquzunda qalxıb Püt-haqdan keçərək bu
Püt-haq irmağının sahilində hər dəfə endiyimiz yerə endik. Bamyan, Kah-
mərd və Quri kimi Qoç bəyə aid vilayətlər özbəklərə yaxın olduğu üçün
Qoç bəyi bu yürüşdən azad edib ona öz sardığım yaylıq ilə bir dəst paltar
ehsan etdikdən sonra yanımızdan ayrılıb öz vilayətinə getməsinə izin verdim.
Cümə günü, ayın iyirmi birində [=16 sentyabr] Badam-Çeşməyə endik.
(242 b) Ertəsi gün də Barıq-Aba endik. Özüm Qaratuyu gəzib gəldim. Bu
yurdda bir ağacda bal tapıldı.
Mənzildən-mənzilə hərəkət etdik və çərşənbə günü, ayın iyirmi altı-
sında [=21 sentyabr] Baği-Vəfaya endik. Cümə axşamı günü də bu bağda
qaldım.
Cümə günü qalxıb Sultanpurdan keçib endik. O gün Şah Mir Hüseyn
vilayətindən gəldi.
Başlarında Məlik Bu xan və Məlik Musa olmaq üzərə diləzaq böyük-
ləri də o gün gəldilər. Yusif-zeyinin uzaqlaşdırılması üçün Sevad üzərinə
yürümək niyyətilə çıxmışdıq. Lakin diləzaq məlikləri «Heşnəgarda əhali də,
azuqə də çoxdur» deyərək Heşnəgara yürüş üçün israr etdilər. Danışılıb
məsləhət etdikdən sonra Heşnəgarda azuqə çox olduğu üçün oradakı
əfqanların üstünə axın edilməsinə, Heşnəgar və ya Pərşavər kurqanlarından
birindən anbar kimi istifadə edərək bu taxıldan ərzaq hazırlayıb bir dəstə
igidlə birlikdə Şah Mir Hüseynin orada qoyulması qərara alındı. Bu iş üçün
öz vilayətinə gedib hazırlığını görüb gəlmək üzərə Şah Mir Hüseynə on beş
günlük bir müddət üçün izin verildi.
Ertəsi gün qalxıb Cuyi-Şahiyə gəlib endik. Tanrıverdi ilə Sultan Mə-
həmməd Dulday da sonradan bu yurdda olduğumuz vaxt gəlib yetişdilər.
Həmzə də Qunduzdan o gün gəldi.
Bazar günü, ayın sonuncu günü [=25 sentyabr] Cuyi-Şahidən atlana-
raq Qırıq-Arxa (243 a) endik. Mən bir neçə yaxın dostla birlikdə salla gəl-
dim. Bu yurdda ikən bayram hilalı göründü. Dəreyi-Nurdan bir neçə heyvan
BABURNAMƏ
259
yükü şərab gətirmişdilər, axşamdan sonra içki məclisi quruldu. Məclisdə
Mühib Əli Qurçu, Xoca Məhəmməd Əli Kitabdar, Şah [Şüca] bəyin oğlu
Şah Həsən, Sultan Məhəmməd Dulday və Dərviş Məhəmməd Sarban vardı.
Dərviş Məhəmməd tövbəliydi. Kiçıklikdən bəri mənim adətim də eyləydi ki,
içməyən adamı zorla içirtməzdim. Dərviş Məhəmməd hər zaman söhbətlər-
də iştirak edir, amma içməsi üçün heç bir şəkildə israr edilməzdi. Xoca Mə-
həmməd Əli bir seçim şansı qoymadan zorla ona şərab içirtdi.
Bazar ertəsi, bayram günü hərəkət etdik. Yolda baş ağrısından qurtul-
maq üçün məcun yedik. Məcunun təsiri altında ikən xənzəl
1
gətirdilər. Dər-
viş Məhəmməd xənzəli heç görməmişdi. Mən bunun Hindistan quvunu ol-
duğunu söylədim və bir dilim kəsib verdim. İştahla dişlədi və acısı axşama
qədər ağzından getmədi.
Gərm-Çeşmənin təpəsinə enib yemək yedikdən sonra xeyli müddətdən
bəri öz vilayətində olan Ləngər xan da at və bir xeyli məcun hədiyyəsi ilə
gəlib bizə qoşuldu. Oradan qalxıb Yedəbirə endik. İkindi vaxtında bir neçə
yaxın dostla sala minərək bir küruh qədər aşağı gedib çıxdıq.
Ertəsi gün də oradan qalxıb Xeybər keçidinin dibinə (243 b) endik. O
gün Sultan Bəyazid bizim xəbərimizi alınca Bare yoluyla Nilabdan keçərək
arxamızdan gəldi və belə ərz etdi: «Afridi əfqanları ailə və mallarıyla
Baredə otururlar. Çoxlu düyü əkmişlər, tarlalarda düyü yetişmiş, ancaq
yığılmamışdır». Amma biz Heşnəgardakı Yusif-zeyi əfqanlarının üstünə
yürümək niyyətilə yola çıxdığımız üçün ona önəm vermədik.
Günorta Xoca Məhəmməd Əlinin [Kitabdar] çadırında şərab məclisi
oldu. Tam bu məclisdəykən Sultan Tərahi vasitəsilə bu tərəflərə gəlməyimi-
zin səbəbini açıqlayaraq Bəcura, Xoca Kəlana məktub göndərdik. Fərmanın
haşiyəsinə bu beyti yazdım:
Səba, bə lütf bigu an ğəzəli rənara,
Ki sər bə kuhi biyaban to dadeyi-mara.
Ey səba, lütfən, o gözələ söylə:
Bizi dağlara və çöllərə atan sənsən.
Oradan sabah tezdən hərəkət edib keçiddən endik və Xeybər boğazın-
dan keçərək Əli-Məscidə gəldik. Oradan günorta üstü hərəkət edib müxəllə-
fatdan ayrılaraq iki pas sonra Kabil çayının sahilinə gəlib bir az uyuduq. Sə-
hər vaxtı bir keçid taparaq sudan keçdik.
Önçülərimiz əfqanlarm xəbər alaraq qaçdıqlarını bildirdi. Yürüyüb Se-
vad çayından keçib əfqanlarm əkinləri arasına endik. Deyilənlərin yarısı,
hətta dörddə biri qədər belə azuqə yox idi. Heşnəgarı bu azuqə ümidi (244
a) ilə gücləndirmək şəklindəki hesabımız baş tutmadı. Bu səfərə qeyrət et-
miş olan diləzaq məliklərinin canları da bu üzdən sıxıldı.
İkindi vaxtı Sevad çayının Kabil tərəfinə keçib endik. Ertəsi gün Se-
1
Xənzəl: yabanı qabaq, Hindistanda yetişən acı bir meyvə.
Zəhirəddin Məhəmməd BABUR
260
vad çayından qalxıb Kabil çayından keçərək endik. Toplantıya qatıla biləcək
bəylər çağrılıb danışıldı və Sultan Bəyazidin dediyi kimi afridi əfqanlarına
axın edib onların malları və azuqəsi ilə birlikdə Perşavər kurqanını hazırla-
yaraq orada əsgər saxlanılmasına qərar verildi. Hindu bəy Koçin və Hast
mirzələri bu mənzildə arxamızdan gəlib yetişdilər.
O gün məcun yedik. Məclisdə Dərviş Məhəmməd Sarban, Məhəmmə-
di Göyəldaş, Gədai Tağayi və Əsəs [Xoca Məhəmməd Əli Tağayi] vardı.
Sonra Şah Həsəni də dəvət etdik. Yeməkdən sonra ikindi vaxtı sala mindik.
Ləngər xan Niyazini də sala çağırdıq. Axşam vaxtı saldan çıxıb ordugaha
gəldik.
Verdiyimiz qərara görə, çayın sahilindən səhər vaxtı qalxıb Camdan
keçərək Əli-Məscid çayının mənbəyinə endik. Arxamızdan gələn Əbülha-
şim Sultan Əli belə dedi: «Ərəfə gecəsi Cuyi-Şahidə Bədəxşandan gələn bir
adama birlikdə Cam çayından keçdim. Mənə Sultan Səid xanın Bədəxşan
üstünə gəldiyini dedi. Mən də bunu padşaha xəbər vermək üçün gəldim».
Bəyləri çağıraraq vəziyyəti dəyərləndirdik. Bu xəbər üzündən kurqanı (244
b) hazırlamağı uyğun görməyərək Bədəxşana getmək üzrə geri döndük.
Ləngər xana xələt geydirib Məhəmməd Əli Cəng-Cəngə köməkçi tə-
yin edərək getməsinə izin verdim. O gecə Xoca Məhəmməd Əlinin [Kitab-
dar] çadırında içki məclisi quruldu. Sabah tezdən buradan qalxıb Xeybər ke-
çidini aşaraq keçidin dibinə endik.
Xızır-xeyl əfqanlarından çox nalayiq hərəkətlər görünmüşdü. Əsgər
gedib-gəlirkən geridə qalan və kənara düşən əsgərlərə ox atıb atlarını götü-
rürdilər. Onlara hədlərini bildirmək və cəzalandırmaq zəruri idi. Bu niyyətlə
səhər vaxtı keçidin altından qalxdıq, günorta yeməyini Dih-Gülamanda ye-
yib atlara da yem verdikdən sonra günorta təkrar atlandıq.
Kabildə olanların oradakı Xızır-xeyl əfqanlarını həbs etmələri və mal-
larını müfəssəl siyahıya alıb yazılı xəbər vermələri və Bədəxşandan da hər
hansı bir xəbər gəlsə, izah edib bir adam vasitəsilə dərhal göndərmələri üçün
Məhəmməd Hüseyn Qurçu təcili Kabilə göndərildi.
O gecə ikinci pasa qədər yürüyüb Sultanpurdan bir az irəlidə endik.
Orada bir az uyuduqdan sonra təkrar atlandıq. Xızır-xeyllər Behar və Mih-
qramdan Qarasuya qədər olan yerlərdə yaşayırlarmış. Sabaha doğru gedib
axınçılar göndərdik. Mallarının və çoluq-çocuqlarının böyük qismi əsgərin
əlinə düşdü. Az bir qismi isə dağa yaxın olduğu üçün oraya qaçaraq qurtul-
du.
Sabah tezdən Kılağuya (245 a) endik. Burada qırqovul aldıq. Geridə
qalmış olan müxəlləfat da o gün gəlib bizə qoşuldu.
Vəziri əfqanları vergilərini hər zaman nizamlı bir şəkildə vermirdilər.
Qorxularından üç yüz qoyun hədiyyə gətirdilər.
Barmağım qırılalı heç bir şey yaza bilmirdim. Bu yurdda bazar günü,
BABURNAMƏ
261
ayın on dördündə [=9 oktyabr] az bir şey yazdım.
Ertəsi gün xırılçı və səmu-xeyl əfqanlarının böyükləri gəldilər. Dilə-
zaq əfqanlarının böyükləri də onların günahlarının bağışlanmasını israrla xa-
hiş etdilər. Günahlarını bağışlayıb əsirləri azad elədik. Vergilərini dörd min
qoyun olaraq müəyyənləşdirib böyüklərinə xələt geydirərək təhsildarlar tə-
yin edib göndərdik.
Bu işi bitirdikdən sonra cümə axşamı günü, ayın on səkkizində [=13
oktyabr] oradan qalxıb Behara və Mihqrama endik, ertəsi gün də Baği-Vəfa-
ya gəldik. Baği-Vəfanın çox gözəl zamanıydı. Meydanlar tamamilə yonca-
lıqdı, nar ağacları saralmışdı. Payız gözəl rəngini almışdı. Ağaclarda narlar
qıpqırmızı olmuşdu. Portağal ağacları yaşıl idi və ağaclardakı portağallar
hələ tam saralmamışdı. Narı bizim vilayətin yaxşı narı qədər olmasa da yax-
şı idi. Baği-Vəfadan ilk dəfə belə bir həzz aldıq. Burada olduğumuz üç-dörd
gün ərzində (245 b) bütün əsgərlər doyunca nar yedi.
Bazar günü oradan hərəkət etdik. Mən bir pəhərə qədər bəzi portağal-
ları payladım. Şah Həsənə iki ağacın portağalı ehsan edildi, bəzi igidlərə bir
ağacın portağalı, bəzilərinə iki adama bir ağacın portağalı ehsan edildi. Qış-
da Ləmqanı seyr etmək niyyətində olduğum üçün hovuz kənarındakı iyirmi-
yə qədər portağal ağacının mənim üçün qorunmasını əmr etdim. O gün Gən-
dəməyə, ertəsi gün isə Çiydəliyə endik.
Axşama yaxın şərab məclisi quruldu. İçkilərin çoxu orada idi. Söhbət
sona çatarkən Qasım bəyin bacısı oğlu Gədai Behcət xeyli masqaralıq elədi.
Sərxoş olunca mənim yanımdakı yastığa söykəndi. Gədai Tağayi onu məc-
lisdən əlində qaldırıb çıxardı.
Sabah tezdən o yurddan qalxdıq. Quru say tərəfindəki Barıq-Abı bir
aşağı-bir yuxarı dolaşmağa getdim. Bir neçə sərv ağacı fövqəladə gözəl sa-
ralmışdı. Orada enib yılqıran yeməyi yedik. Payızın şərəfinə şərab içdik.
Yoldan qoyun gətirərək kabab çəkməyi əmr etdim. Palıd budaqlarına od vu-
rub seyr etdik.
Molla Əbdülməlik Divanə gəlməkdə olduğum xəbərini Kabilə apar-
maq üçün izin istədi. Molla Əbdülməlikə bu izin verilərək Kabilə göndərildi.
Həsən Nəbirə də məni görmək üçün Mirzə xanın [Sultan Veys] yanından
gəlmişdi, burada gəlib (246 a) mülazimət etdi. Günortaya qədər orada içdik,
sonra hərəkət etdik.
Məclisdəkilər çox sərxoş olmuşdular. Seyid Qasım elə sərxoş olmuşdu
ki, iki nökəri onu at üstünə qoyaraq çətinliklə ordugaha götürdü. Dost Mə-
həmməd Bağır da elə sərxoş olmuşdu ki, Emin Məhəmməd Tarxan ilə Məsti
Çöhrə nə qədər çalışsalar da, onu ata mindirə bilmirlər. Başına su tökürlər,
yenə olmur. Bu arada xeyli əfqan ortaya çıxır. Emin Məhəmməd Tarxan
şərabın təsiri ilə «Onu bu şəkildə düşmənin əlinə verməkdənsə, başını kəsib
aparım» deyə düşünür və min bir çətinliklə atın üstünə qoyub gətirirlər.
Zəhirəddin Məhəmməd BABUR
262
Gecə yarısı Kabilə gəldik. Kaşğara Sultan Səid xanın yanına elçi ola-
raq getmiş olan Qulu bəy [Arğun] geri qayıtmışdı, sabah divana gəlib müla-
zimət etdi. Qulu bəylə birlikdə Bişkə Mirzə İtərçini elçiliyə göndərmişdi, o,
vilayətin məhsulundan bir qədər hədiyyə gətirdi.
Çərşənbə günü, zülqədə ayının ilk günü [=25 oktyabr] Kabilin məzarı
qarşısına gedib tək başıma səbuhi içdim. Məclis əhli sonra bir-bir, iki-iki
gəldi. Günəş doğandan sonra Baği-Bənövşəyə gedib hovuz kənarında içdik.
Günortaya doğru uyuduq və günorta təkrar içdik. Bu günorta söhbətində
bundan əvvəlki söhbətlərdə şərab təklif edilməyən Tanrıqulu bəylə Məhən-
diyə (246 b) şərab verdim. Yatsı vaxtı hamama gəldim. O gecəni hamamda
keçirdim.
Cümə axşamı günü Yəhya Nuhani başda olmaq üzrə Hindistan tüccar-
larına xələtlər ehsan edərək getmələrinə izin verdim. Şənbə günü, ayın dör-
dündə isə [=28 oktyabr] Kaşğardan gələn Bişkə Mirzəyə xələt geydirilərək
ehsanlarla birlikdə getməsinə izin verdim.
Bazar günü qapı üzərindəki kiçık rəsm salonunda söhbət etdik. Dar bir
hücrə olmasına baxmayaraq məclisdə on altı adam vardı.
Dostları ilə paylaş: |