SAVAŞA HAZIRLIQ
Oradan qalxıb sağ və sol qollarla mərkəz səfləri təftiş etdim. Əsgəri-
miz təxmin etdiyimiz qədər çıxmadı. Burada bütün əsgərə öz vəziyyətlərinə
görə arabalar gətirmələri əmr edildi. Yedi yüz araba oldu. Ustad Əliquluya
rum üsuluna görə, arabaların arasındakı zəncirlər yerinə öküz dərisindən qa-
yışlar büküb arabaları bir-birinə bağlamasını əmr etdim. Hər iki araba ara-
sında altı-yeddi qalxan olacaq, tüfəngəndazlar da bu arabaların və qalxanla-
rın arxasında durub tüfəng atacaqdıları. Bu hazırlığı tamamlamaq üçün bu-
rada beş-altı gün qaldıq.
Hazırlıqlar tamamlandıqdan sonra bütün bəyləri və söz anlayan yaxşı
igidləri də dəvət edərək ümumi bir məşvərət şurası keçirib buna qərar ve-
rildi: Panipat bir şəhərdir, məhəllə və evləri çoxdur, hər tərəfi məhəllə və
evdir. Ətrafını araba və qalxanlarla çevirib tüfəngəndazları və piyadaları da
arabalarla qalxanların arxasına qoymaq lazımdır.
Bu qərarla qalxıb arada bir dəfə yolda gecələdikdə sonra cümə axşamı
günü, cəmadiyülaxır ayının sonuncu günü [=12 aprel] Panipata gəldik.
Sağ tərəfimizdə şəhər və məhəllələr, önümüzdə yaradılan qalxanlar, sol
tərəfdə (264 b) və bəzi yerlərdə xəndəklər və ağac maneələr vardı. Hər ox atımı
məsafədə yüz-yüz əlliyə qədər atlının dışarı çıxa biləcəyi yerlər buraxıldı.
Əsgərin bir bölümü xeyli tərəddüd və qorxu içində idi, lakin tərəddüd
və qorxu yersizdi, çünki Allahın əzəldə təqdir etdiyindən başqa bir şey ola
bilməzdi. Lakin onları da ayıblamaq olmaz, onlar da haqlıydı, çünki vətən-
dən iki-üç ay yol qət edilərək gəlmişdilər və işləri də qəribə bir qövmlə idi.
Nə biz onların dilini bilirdik nə də onlar bizim dilimizi bilirdi.
Pərişan cameyü came pərişan,
Giriftar qövmeyü qövmi əcaib.
Pərişan bir topluluq ilə yenə pərişan bir kütlə,
Giriftar bir qövmlə əcaib bir qövm.
İbrahimin əsgərinin sayını bir lek təxmin edir, özünün və əmirlərinin
minə yaxın fili olduğunu söyləyirdilər. İki atasından [atası və babası] qalan
xəzinə də nəqd olaraq əlindəydi. Hindistanda bir adət var: belə bir iş olanda
ağ axça verib müəyyən bir müddətə əsgər tutur, bunlara da «bidhindi»
deyirlər. Sultan İbrahim istəsə bir lek, hətta iki lek belə adam tuta bilərdi.
Tanrı təala rast gətirdi, nə əsgərini məmnun edə bildi, nə də xəzinəsini pay-
laşdıra bildi. İgidini necə məmnun edə bilirdi ki, özü çox xəsis idi, üstəlik,
sərvət yığmağa çox həris idi. təcrübəsiz bir gənc idi, gəlişi, (265 a) duruşu,
yürüşü və savaşı diqqətsiz və məqsədsizdi.
Panipatda əsgərin ətrafı və civarı arabalar, ağac maneələr və xəndək-
lərlə düzənlənib gücləndiriləndə Dərviş Məhəmməd Sarban «Bu qədər ehti-
Zəhirəddin Məhəmməd BABUR
282
yat tədbirləri alındı, onun üstümüzə gəlməsi mümkün deyil» deyə ərz etdi.
Mən də belə dedim: «Sən bunları özbək xanları və sultanlarıyla müqa-
yisə edirsən? Bizim Səmərqənddən çıxıb Hisara gəldiyimiz il özbəklərin bü-
tün xan və sultanları yığılaraq hamısı birlikdə üstümüzə gəlmək niyyətilə
Dərbənddən keçmişdilər. Biz də bütün sipahilərin və moğolların ailələrini
və mallarını məhəllələrə doldurub məhəllələri sipərlərlə gücləndirmişdik. O
xanlar və sultanlar yürüşün və savaşın hesab və üsulunu bildikləri üçün bi-
zim ölümü və həyatı Hisarda görərək Hisarı gücləndirdiyimizi anlayınca Hi-
sar üzərinə yürümənin yolunu tapa bilməyib Çağanyan civarındakı Nəvən-
dakdan geri dönmüşdülər. Amma sən bunları onlara bənzətmə, bunlar iş he-
sabını və yürüş üsulunu haradan biləcəklər». Allah rast gətirdi və tam mə-
nim dediyim kimi oldu.
Yeddi-səkkiz gündür Panipatda idik. Adamlarımız kiçık dəstələr ha-
lında düşmən ordugahına qədər gedib izdihama qarşı ox atır və baş kəsib gə-
tirirdilər. Onlar isə heç bir hərəkətdə buluna bilmirdilər.
Axırda bizə sadiq olan (265 b) bəzi Hindistan bəylərinin fikrinə görə
hərəkət edib Mehdi Xoca, Məhəmməd Sultan Mirzə, Adil Sultan, Xosrov,
Şah Mir Hüseyn, Sultan Cüneyd Barlas, Əbdüləziz Miraxur, Məhəmməd
Əli Cəng-Cəng, Qutlu-Qədəm, Vəli Xəzinə[çi], Mühib Əli Xəlifə, Məhəm-
məd Bəxşi, Can bəy [Can Məhəmməd] və Qara Quzu komandanlığındakı
dörd-beş min adamı gecə basqınına göndərdik. Bunlar gecə bir-birləri ilə
əlaqə qura bilməyərək dağınıq bir halda gedirlər. Bir iş görə bilmədilər. Dan
ağarıb aydınlıq oluncaya qədər də düşmən ordugahının yaxınında qaldılar.
Düşmən birlikləri naqaralar çalıb filləri ilə birlikdə döyüş nizamına girmiş
bir halda qarşı çıxdı. Bizimkilər bir iş edə bilməsələr də, bu qədər çox in-
sanla çarpışaraq itkiyə uğramadan sağ və salim çıxıb gəldilər. Məhəmməd
Əli Cəng-Cəngin ayağına bir ox isabət etdi, gərçi təhlükəli deyildi, lakin sa-
vaş günü o, işə yaramadı.
Bu xəbəri alınca, Hümayunu əsgəriylə onların qarşısına bir və ya bir
yarım küruh qədər göndərib özüm də qalan əsgərlə birlikdə döyüş nizamına
girmiş bir halda irəlilədim. Gecə basqınına gedənlər də gəlib Hümayuna qo-
şuldular. Düşmən artıq irəliləməyincə biz də yerimizə döndük. O gecə ordu-
gahda yersiz bir qarışıqlıq çıxdı. Bir geriyə yaxın bir müddət boyunca savaş
nərələri və gurultu davam etdi. Belə gurultuya alışıq olmayan əsgərlər xeyli
tərəddüd və qorxu keçirdilər. Bir müddət sonra (266 a) gürültü yatdı.
PANİPAT SAVAŞI
Cümə günü, rəcəb ayının səkkizində [=20 aprel] fərz vaxtı önçülə-
rimizdən düşmənin səf halında irəliləməkdə olduğu xəbəri gəldi. Biz də zi-
reh geyib silahlanaraq atlara mindik.
BABURNAMƏ
283
Sağ qol alayında Hümayun, Xoca Kəlan, Sultan Məhəmməd Dulday,
Hindu bəy, Vəli Xəzinə[çi], Pirqulu Sistani, sol qol alayında Məhəmməd
Sultan Mirzə, Mehdi Xoca, Adil Sultan, Şah Mir Hüseyn, Sultan Cüneyd
Barlas, Qutlu-Qədəm, Can, Məhəmməd Bəxşi və Şah Hüseyn Yaregi Moğol
Qançı, mərkəzin sağ qolunda Çin Teymur Sultan, Süleyman Mirzə, Məhəm-
mədi Göyəldaş, Şah Mansur Barlas, Yunus Əli, Dərviş Məhəmməd Sarban
və Abdullah Kitabdar, mərkəzin sol qolunda Xəlifə, Xoca Mir Miran, Əh-
mədi Pərvançı, Turdu bəy, Qoç bəy, Mühib Əli Xəlifə və Mirzə bəy Tarxan,
önçü qolunda Xosrov Göyəldaş və Məhəmməd Əli Cəng-Cəng vardı. Əbdü-
ləziz Miraxuru ehtiyatda saxlamışdıq. Sağ qol alayının bir ucunda Vəli Qızıl
və moğollarıyla birlikdə Məlik Qasım Baba-Qaşqa, sol qol alayının bir
ucunda da Qara Quzu, Əbülməhəmməd Nizəbaz, Şeyx Camalın oğlu Şeyx
Əli Barin, Mehdi və Tanrıqulu Pışqı Moğolu mühasirə bölüyü üçün ayırdıq.
Bu mühasirə bölüyündəki iki qitə düşmən yaxınlaşınca, sağ və sol qoldan
irəliləyərək düşməni arxadan mühasirə edəcəkdi. (266 b)
Düşmənin qaraltısı görünəndə daha çox sağ qol alayı tərəfinə doğru
ağırlıq verdikləri anlaşıldı və bu üzdən də ehtiyatda saxlanan Əbdüləziz sağ
qol alayına köməkçi göndərildi. Sultan İbrahimin qaraltısı uzaqdan göründü-
yü andan etibarən heç bir yerdə durmadan sürətlə gəlirdi. Bir az irəliləyincə
bizim qaraltımız da onlara göründü. Bizim savaş düzənini və səflərimizi gö-
rdükdə sıxılmış bir vəziyyətdə «Duraqmı, durmayaqmı, gedəkmi, getmə-
yəkmi?» dermiş kimi, nə dura bildilər, nə də əvvəlki kimi heç durmadan üs-
tümüzə yürüyə bildilər.
Mühasirə bölüyünə sağ və sol qoldan düşmənin arxasına keçib ox ata-
raq savaşa girməsi, sağ və sol qol alaylarının da yürüyərək düşmənə hücum
etməsi əmr edildi. Mühasirə alayı düşmənin arxasına keçib ox atmağa baş-
ladı. Sol qol alayından Mehdi Xoca daha əvvəl hücum etdi. Mehdi Xocanın
qarşısına yanlarında bir fili olan bir dəstə irəlilədi, bunlar da o dəstəni ox
yağmuru altında qoyaraq geri qaytardılar.
Sol qol alayına mərkəzdən Əhmədi Pərvançı, Turdu bəy, Qoç bəy və
Mühib Əli Xəlifə köməkçi olaraq göndərildi. Sağ qol alayı da savaşa girdi.
Məhəmmədi Göyəldaş, Şah Mansur Barlas, Yunus Əli və Abdullaha mərkə-
zin önündən qarşıya yürüyüb hərəkətə keçmələri əmr edildi. Ustad Əliqulu da
mərkəzin önündən bir neçə dəfə firəngi topuyla yaxşı mərmi atdı. Mustafa
Topçu [Rumi] də mərkəzin sol qolundan araba üzərindəki (267 a) zərbzən
toplarıyla yaxşı mərmi atdı. Sağ və sol qol alayları, mərkəz və mühasirə ala-
yındakılar düşmənin ətrafını çevirib ox yağmuruna tutaraq şiddətlə savaşdılar.
Düşmən bizim sağ və sol qol alaylarımız tərəfinə bir-iki dəfə qısa-
qısa hücumlar etdi. Bizim adamlarımız da ox atıb ox yağmuruyla onları
təkrar mərkəzlərinə qaytardılar. Düşmənin sağ və sol qol alayları hamısı bir
yerdə toplanaraq elə bir şəkildə tıxandılar ki, nə irəli gələ bildilər, nə də
Zəhirəddin Məhəmməd BABUR
284
qaçmaq üçün yol tapa bildilər. Savaş başladığında günəş bir nizə boyu qədər
yüksəlmişdi, günortaya qədər şiddətli savaş davam etdi. Günorta vaxtı düş-
mənlər qəhr olub məğlub edilərkən dostlar da sevindilər.
Tanrı təala öz fəzl və kərəmiylə bu qədər zor bir işi asanlaşdırdı. İzdi-
hamlı bir ordunu yarım gündə yerlə bir etdi. Beş-altı min adam İbrahimin
tam yaxınında bir yerdə vurulmuşdu. Bu savaşda bütün cəbhədə ölənlərin
sayını on beş-on altı min qədər təxmin edirdik. Sonradan Aqraya gələndə
Hindistan xalqının söylədiyinə görə bu savaş meydanında qırx-əlli min ada-
mın ölmüş olduğu anlaşıldı.
Düşməni məğlub etdikdən sonra vura-vura təqib etdik. Qarşı tərəfdən
ələ keçirilən əmirləri və bəyləri gətirməyə başladılar. Filçilər filləri sürülər
halında gətirib hədiyyə etdilər. Düşməni (267 b) təqib edərkən İbrahimi şə-
hərdən çıxmış zənn edərək xassə alayından Qəsəmtay Mirzə, Baba Çöhrə və
Böçkə komandanlığındakı adamlara İbrahim Aqraya varmadan sürətlə yürü-
yüb onu ələ keçirmələri üçün təqibçi olaraq vəzifə verdik.
İbrahimin ordugahının içərindən keçərək otaqları və çadırlarını seyr
edib Qarasuyun kənarına endik. İkindəyə yaxın Xəlifənin kiçık qaynı Tahir
Təbəri Sultan İbrahimin cəsədini bu qədər ölünün içindən tanıyıb başını kə-
sib gətirdi.
O gün dərhal Hümayun Mirzə, Xoca Kəlan, Məhəmmədi, Şah Mansur
Barlas, Yunus Əli, Abdullah [Kitabdar] və Vəli Xəzinə[çi]yə yüksüz olaraq
sürətlə yürüyüb Aqrayı ələ keçirmək və xəzinələri zəbt etmək tapşırıldı.
Mehdi Xoca, Məhəmməd Sultan Mirzə, Adil Sultan, Sultan Cüneyd Barlas
və Qutlu-Qədəmi də yüksüz olaraq sürətlə hərəkət edib Dehli kurqanına gi-
rərək xəzinələri mühafizə etmələri üçün ayırdıq.
BABURUN DEHLİYƏ GİRMƏSİ
Ertəsi gün qalxıb bir küruh məsafə gəldikdən sonra atlar üçün Cun sa-
hilinə endik. Arada iki dəfə dincəlib çərşənbə axşamı günü Şeyx Nizam Öv-
liyanın məzarını ziyarət edərək Dehlinin qarşısına Cun sahilinə endik.
Çərşənbə günü Dehli kurqanını seyr edib gecəni orada keçirdikdən
sonra ertəsi cümə axşamı günü Xoca Qutbəddinin məzarını ziyarət edib Sul-
tan Qiyasəddin Balban və Sultan Əlaəddin Xilçinin qəbrlərini, imarətlərini,
(268 a) minarəni, hövzi-şəmsi və hövzi-xası, Sultan Bəhlul ilə Sultan İskən-
dərin qəbr və bağlarını seyr etdikdən sonra ordugaha gələrək gəmiyə minib
mey içdik. Dehlinin şikdarlığını Vəli Qızıla ehsan edib Dostu [eşik-ağa]
Dehli vilayətinə divan təyin etdik. Mövcud xəzinələri möhürləyib bunların
məsuliyyətinə verdik.
Cümə axşamı günü oradan qalxıb Tuğluqabad qarşısında Cun sahilinə
endik. Cümə gününü orada keçirdik. Mövlana Mahmud Fərabi ilə Şeyx
BABURNAMƏ
285
Zeyn gedib Dehlidə cümə namazını qılıb mənim adıma xütbə oxutdular; fə-
qir və miskinlərə bir qədər ağ axça paylayaraq orduya gəldilər.
Şənbə oradan qalxıb Aqraya doğru mənzil-mənzil hərəkət etdik. Mən
gedib Tuğluqabadı seyr etdikdən sonra təkrar ordugaha gəldim.
Cümə günü, rəcəb ayının iyirmi ikisində [=4 may] Aqranın məhəllələ-
ri içində olan Süleyman Şeyxzadə Fərmülinin imarətinə endik. Bu yer kur-
qandan xeyli uzaqda olduğu üçün ertəsi gün qalxıb Cəlal xan Cighətin ima-
rətinə gəldik. Hümayun bir az öncə gəlmişdi. Kurqandakılar bəhanə irəli sü-
rərək hiyləyə əl atmışlar. Bunlar da əhalinin başsızlığını düşünüb «Birdən
xəzinələrə əl uzadarlar» deyə biz gəlincəyə qədər dışarı çıxılacaq yolları qo-
ruma altına almışdılar.
Bikermacit Hindu Güvalyar racəsi idi və babaları yüz ildən artıq Gü-
valyar vilayətində (268 b) səltənət sürmüşdülər. İskəndər Güvalyarı almaq
üçün bir neçə il Aqrada oturdu. Sonra İbrahim zamanında da Əzəm Hüma-
yun Servani bir neçə dəfə buranı şiddətli bir şəkildə mühasirəyə almış və
axırda [=1518] barış yoluyla ələ keçirib yerinə Şəmsabadı vermişdi.
Bikermacit də biz Sultan İbrahimi yendiyimiz zaman cəhənnəmə vasil
olmuşdu. Ev əhli və uşaqları Aqradaydı. Hümayun Aqraya gələndə Biker-
macitin ev əhlinin qaçma niyyəti varmış. Hümayun getmələrinə izin vermə-
miş. Bir çox cəvahiri və qiymətli daşı Hümayuna könüllü hədiyyə etmişlər.
Bunlar arasında Sultan Əlaəddinin [Xilçi] gətirmiş olduğu məşhur bir almas
vardı. Elə məşhurdu ki, bir mütəxəssis bunun qiyməti haqqında «Bütün dün-
yanın iki yarım günlük məsrəfi» demişdir. Deyəsən, səkkiz misqaldır. Mən
gələndə Hümayun onu mənə peşkəş etdi, mən də Hümayuna bağışladım.
Kurqandakı sipahilər arasında məşhur adamlardan Məlikdad Kərani,
Məlik Süruk və Firuz xan Mivati də vardı. Bunlardan bəzi hiyləgərlik gör-
dük və cəzaları nə isə verdik. Məlikdad Kəranini göndərərək bəzi istəklərdə
bulundular. Bir qərara bağlanıncaya qədər gedə-gələ dörd-beş gün vaxt keç-
di. Axırda onlara istədikləri kimi inayət və şəfqət göstərib bütün mallarını
özlərinə verdik. İbrahimin atasını da xidmətçiləri ilə birlikdə çıxarıb
Aqradan bir küruh məsafədə və suyun aşağısında yeddi leklik bir yurd (269
a) verdik. Digər bəylərə də ayrıca pərgənələr verildi.
Cümə axşamı günü, rəcəb ayının iyirmi səkkizində [=10 may] ikindi
vaxtı Aqraya girərək Sultan İbrahimin sarayına endik.
Doqquz yüz onuncu ildə [=1504/5] Kabil vilayətinin zəbt edilməsin-
dən bəri daim Hindistana yürümək arzusunda idik. Bəzən bəylərin dargörüş-
lülüyündən, bəzən də qardaşlarımın müxalifətindən Hindistan səfəri gerçək-
ləşmir və məmləkətləri də ələ keçirilə bilmirdı. Axırda əngəllər ortadan
qalxdı. Böyük və kiçık bəylərdən heç kim məqsədə zidd söz söyləmədi.
Doqquzyüz iyirmi beşinci ildə [=1519] qoşun çəkib Bəcuru zorlayaraq
iki-üç geridə [otuz ilə qırx beş dəqiqə arasında] zəbt edib əhalisini qılıncdan
Zəhirəddin Məhəmməd BABUR
286
keçirdikdən sonra Bxirəyə gəlmişdik. Buranı yağmalamadan əhalisinə bir
qurtuluş fidyəsi təyin edib nəqd və ya mal olaraq dörd lek şahruxi alıb əsgə-
rin sayına görə paylaşdırdıqdan sonra Kabilə geri dönmüşdük.
O tarixdən doqquz yüz otuz ikinci ilə [=1525/6] qədər də Hindistana
əsgər yeritməyi sürdürmüşdük. Bu səfərlərin beşincisində də tanrı təala öz
fəzl və inayətiylə Sultan İbrahim kimi bir düşməni qəhr və pərişan edərək
Hindistan kimi məmləkəti ələ keçirməmizi asanlaşdırdı.
Həzrəti peyğəmber zamanından bu tarixə qədər Hindistan vilayətlərini
dışarı padşahlardan üç adam ələ keçirərək orada səltənət sürmüşdür.
Biri Sultan Mahmud Qazi [Qəznəvi] və övladlarıdır, Hindistan məm-
ləkətində uzun müddət hökmdarlıq taxtında oturmuşlar
1
.
İkincisi Sultan Şahabəddin (269 b) Quri ilə qulları və xidmətində olan
şəxslərdir, çox illər bu məmləkətlərdə padşahlıq sürmüşlər
2
.
Üçüncüsü də mənəm, lakin mənim işim o padşahlarınkına bənzəmir,
çünki Sultan Mahmud Hindistanı zəbt edəndə Xorasan taxtı onda idi, Xa-
rəzm və Darülmürz sultanları ona itaət edərək boyun əymişdilər. Səmərqənd
padşahı da onun himayəsindəydi. Əsgəri iki lek olmasa da, bir lekdən heç az
deyildi. Düşmənləri də racələrdi və bütün Hindistan tək bir padşahın idarə-
sində deyildi. Hər bir racə öz başına bir vilayətdə padşahlıq edirdi.
Sultan Şəhabəddin Quriyə gəlincə, Xorasan səltənəti onda deyil, bö-
yük qardaşı Qiyasəddin Quridə idi. Təbəqəti-Nasirdə yazıldığına görə, Hin-
distana bir səfərində bir lek və iyirmi min zirehli sipahi sövq etmişdir. Onun
düşmənləri də ray və racələrdi, bütün Hindistan yalnızca tək bir adamın
əlində deyildi.
Bxirəyə gələndə mənim min beş yüz, ən çoxu iki min adamım vardı.
Beşinci dəfə gəlib Sultan İbrahimi yenərək Hindistanı fəth etdim. Heç bir
zaman Hindistana bu qədər az əsgərlə gəlməmişlər. Əsgər, tüccar və xid-
mətçilər daxil olmaq üzrə orduyla birlikdə olanların hamısı on iki min adam
olaraq qeyd edildi. Mənə bağlı vilayətlərsə (270 a) Bədəxşan, Qunduz, Ka-
bil və Qəndəhardan ibarətdi. Lakin bu vilayətlərdən də önəmli bir yardım
gəlmirdi. Tam tərsinə, düşmənə yaxın olduqları üçün bəzi vilayətlərə heç
durmadan yardım etmək lazım gəlirdi. Bütün Mavəraünnəhr vilayətləri öz-
bək xanlarının və sultanlarının idarəsindəydi. Onların yüz minə yaxın əsgəri
vardı və əski bir düşmən idilər.
1
963-1187-ci illər arasında hökm sürən Qəznəvi türk dövlətinin başına 998-ci ildə ke-
çən Sultan Mahmud hakimiyyətini Hindistana qədər genişlətmiş və Lahoru Bəlxdən sonra
üçüncü dövlət mərkəzi etmişdir. 1031-ci ildə öldükdən sonra oğulları taxta keçərək 1186-cı
ilə qədər Pəncab bölgəsində hökm sürmüşlər.
2
Əfqanistanda hökm sürən Quri xanədandan olan Sultan Şəhabəddin Quri qəznəvilərin
son hökmdarı Xosrov Məliki yenərək 1187-ci ildə bu xanədana son vermiş və Hindistan iç-
lərinə səfərlər edərək burada Quri hakimiyyətini qurmuşdur. Onun xanədanından gələnlər
Şimali Hindistanda 1206-cı ilədək hakimiyyət sürmüşlər.
BABURNAMƏ
287
Hindistan məmləkəti isə Bxirədən Behara qədər əfqan idarəsindəydi,
padşahı da Sultan İbrahimdi. Vilayət hesabıyla beş lek əsgəri olmalı idi. O
günlərdə əmirləri özünə müxalif etdiyi üçün mövcud əsgərini bir lek qədər təx-
min edirdilər. Özünün və əmirlərinin əlində minə yaxın fil olduğu söylənirdi.
Bu vəziyyətdə və bu qədər bir qüvvə ilə təvəkkül edib yüz min adam-
lıq bir qüvvəyə sahib olan özbəklər kimi əski bir düşməni arxada qoyaraq,
Sultan İbrahim kimi çox əsgərli və geniş məmləkətli bir padşahla qarşılaşdıq.
Bu təvəkkülümüz nisbətində tanrı təala əziyyət və zəhmətimizi boşa çıxar-
mayıb belə güclü bir düşməni məğlub edərək Hindistan kimi geniş bir məm-
ləkəti fəth etdirdi. Bu dövlətə öz güc və qüvvətimizdən deyil, sırf Allahın
lütf və şəfqətindən, bu xoşbəxtliyə isə öz qeyrət və səylərimizdən deyil, Al-
lahın eyni kərəm və inayəti sayəsində çatdıq deyə bilərik.
HİNDİSTANIN TƏRİFİ
Hindistan, məmləkətləri geniş, xalqı və məhsulu çox olan bir ölkədir.
(270 b) Şərqi, cənubu və hətta qərbi də Hind dənizinə qədər uzanır. Şimali
dağlıq olub Hinduquş, Kafiristan və Kəşmir dağlarıyla bitişikdir. Yenə şi-
malında Kabil, Qəznə və Qəndəhar yerləşir.
Bütün Hindistan vilayətlərinin paytaxtı Dehli sayılır. Sultan Şəhabəd-
din Quridən sonra Sultan Firuz şahın son günlərinə qədər Hindistanın böyük
bir qismi Dehli sultanlarının idarəsi altmdaymış. Mənim Hindistanı fəth et-
diyim dönəmdə beş müsəlman və iki kafir Hindistanda səltənət sürürdu.
Dağlarda və cəngəlliklərdə böyüklü-kiçıkli xeyli ray və racə də vardı, lakin
etibarlı və müstəqil olanları bunlardı.
Bunlardan biri əfqanlar olub paytaxt Dehli onlarda idi. Bxirədən Be-
hara qədər olan yerlər onların idarəsindəydi. Əfqanlardan əvvəl isə Cunpur
Sultan Hüseyn Şərqinin idarəsindəydi
1
. Bu sülaləyə Purebi deyirlər, bunla-
rın ataları Sultan Firuz şah və soyunun yanında saqi imiş, Firuz şahdan son-
ra Cunpur məmləkətini əllərinə keçirmişlər.
Dehli isə Sultan Əlaəddinin əlindəydi və bu sülalə də seyidlərdəndir
2
.
Teymur bəy Dehlini aldığı zaman [=1398 dekabr] Dehlinin idarəsini bunla-
rın atalarına vermişdi. Sultan Bəhlul Ludi Əfqan və oğlu Sultan İskəndər
paytaxt Dehli ilə paytaxt Cunpuru əllərinə keçirdilər və beləcə hər iki pay-
taxta tək bir padşah oturdu.
İkincisi Quceratdakı Sultan Müzəffərdi
3
. Sultan İbrahimin məğlubiy-
1
Sultan Hüseyn Cunpurdakı Şərqi sultanlarının sonuncusudur, 1458-79-cu illər arasında
hökm sürmüşdür.
2
Seyidlər sülaləsindən olan Sultan Əlaəddin [Ludi] 1446-51-ci illər, Bəhlul Ludi 1451-
89-cu illər, oğlu Sultan İskəndər isə 1489-1517-ci illər arasında hökm sürmüşdür.
3
Sultan Müzəffər 1512-26-cı illər arasında hökmdarlıq etmişdir.
Zəhirəddin Məhəmməd BABUR
288
yətə uğramasından bir neçə gün öncə dünyadan (27l a) köçdü. Şəriətə föv-
qəladə vaqif bir padşah idi. Elmlə uğraşır, hədis oxuyur və durmadan Quran
yazaraq çoxaldırdı. Bunların sülaləsinə Tank deyirlər. Bunların ataları da
Sultan Firuz və soyunun şərabdarlarıymış, Firuz şahdan sonra Qucerat vila-
yətini əllərinə keçirmişlər.
Üçüncüsü Dəkkəndəki Bəhmənilərdir
1
. Lakin bu dövrdə Dəkkən sul-
tanlarının gücləri və iqtidarları qalmamışdı, bütün vilayətlərini böyük bəylər
əllərinə almışdılar. Bir şeyə möhtac olunca bəylərindən diləyirdilər.
Dördüncüsü Mendav da dedikləri Malvə vilayətindəki Sultan Mah-
muddur
2
. Bu sülaləyə xilçi deyirlər. Rana Sanka adlı kafir onu məğlub edib
vilayətinin böyük bölümünü əlinə keçirmiş, o da zəif düşmüşdü. Bunların
ataları da Firuz şahın yetişdirdiyi adamlardanmış. Onun ölümündən sonra
Malvə vilayətini əllərinə keçirmişlər.
Beşincisi isə Benqal vilayətindəki Nüsrət şahdır. Atası Benqal vilayə-
tində padşah olmuşdu və seyidlərdəndi. Sultan Əlaəddin ləqəbini daşıyırdı.
Səltənət ona mirasla keçmişdi.
Qəribə bir adətdir ki, Benqalda mirasla səltənət çox az olur. Padşahın
müəyyən bir taxtı, əmirlər, vəzirlər və digər məqam sahiblərinin hər birinin
müəyyən yerləri vardır. Benqal xalqının gözündə mötəbər olan taxtdır. Hər
birinin özünə tabe olan və itaət edən əsgərlərinin və xidmətçilərinin hamısı
özəl və sadiqdir. Padşah birini təyin etmək və ya əzl etmək (271 b) istəsə və
o məqama hər hansı bir adamı təyin etsə, o məqama bağlı olub itaət edən əs-
gərlərin və qulluqçuların hamısı o adamın olur. Hətta padşahlıqda da belədir.
Kim padşahı öldürərək taxta keçmək imkanını tapsa, padşah olur, əmirlərin
və vəzirlərin, sipahilərin və xalqın hamısı ona itaət edərək boyun əyir. Onu
eynən əski padşah kimi padşah olaraq tanıyır və əmirlərinə itaət edirlər.
Benqal əhalisinin sözü şudur: «Biz taxtın kölələriyik, taxta keçən hər
kəsə itaət edirik». Necə ki Nüsrət şahın atası Sultan Əlaəddindən öncə bir
həbəş padşahı öldürərək taxta keçdi və bir müddət səltənət sürdü
3
. Sultan
Əlaəddin də həbəşi öldürmək surətilə taxta keçmişdi. Sultan Əlaəddindən
sonra da miras yoluyla oğlu padşah olmuşdur
4
.
Benqalda bir də bu adət vardır: bir adam padşah oldumu onun əvvəlki
padşahların xəzinələrini sərf edib və xərcləməsi çox ayıb və utanılacaq bir
şey sayılır. Padşah olan hər kəs yenidən xəzinə yığmalıdır. Xəzinə yığmaq o
əhalinin gözündə iftixar və sevinc vəsiləsidir.
Adətlərindən biri də budur: Xəzinə, axır, hətta sultanlarının bütün bi-
1
Bəhmənilər xanədanı Dəkkən bölgəsində 1347-1527-ci illərdə hökmdarlıq etmişdir.
2
Sultan Mahmud 1512-31-ci illər arasında hökm sürmüşdür.
3
Bu həbəşin adı Şəmsəddin Müzəffərdir. 1494-97-ci illərdə padşah olmuşdur.
4
Sultan Əlaəddin 1497-1519-cu, oğlu Sultan Nüsrət şah isə 1519-32-ci illər arasında
hökmdar olmuşdur.
BABURNAMƏ
289
nalarının əskidən bəri qərarlaşdırılmış və müəyyənləşdirilmiş gəlirləri və
pərgənələri vardır, bunlar başqa yerlərə heç bir şəkildə xərclənə bilməz.
Müsəlmanlar arasında böyük və mötəbər olan, çox əsgərə və çox vila-
yətə sahib olan padşahlar burada bəhs etdiklərimdir.
Kafirlər arasında isə vilayət və əsgər baxımından böyük olanlardan bi-
ri (272 a) Bicangər racəsidir
1
.
Bir də bu yaxınlarda özünün cürəti və qılıncıyla böyümüş olan Rana
Sanka vardır. Əsl vilayəti Çiturdu. Mendav sultanlarının səltənəti yıxılanda
Mendava bağlı olan Rətənbur, Sarəngpur, Bhilsan və Çəndiri kimi bir çox
vilayəti ələ keçirdi. Doqquz yüz on dördüncü ildə [=1528] Allahın inayəti
ilə neçə ildir savaş alanı olan Çəndirini -Rana Sankanın Midni Rav adlı bö-
yük və etibarlı bir adamı dörd-beş min kafirlə birlikdə orada olurdu- bir-iki
geridə [yarım saat içində] zorla aldım və kafirləri qılıncdan keçirərək oranı
islam yurdu elədim. Təfsilatı irəlidə söylənəcəkdir.
Hindistanın ətrafında və civarında bir çox ray və racə vardır. Bunların
bəziləri islama itaət etmişdi. Bəziləri isə uzaqda olduqlarından, ya da yerlə-
rinin qorunaqlı olması üzündən müsəlman padşahlara itaət etmirdi.
Hindistan birinci, ikinci və üçüncü iqlimdədir. Hindistan dördüncü iq-
limə daxil deyil. Qəribə bir ölkədir. Bizim vilayətlərlə müqayisədə başqa bir
aləmdir. Dağları, suyu, cəngəllikləri, ovası, toprağı, vilayəti, heyvanları, bit-
kiləri, xalqı, dili, yağmuru, rüzgarı, hamısı tamamən başqadır. Kabilə bağlı
isti ölkələr bəzi xüsuslarda Hindistana bənzəyir, bəzi xüsuslarda isə bənzə-
mir. Sind çayını keçincə yer və su, ağac və daş, el və ulus, adət və örf (272
Dostları ilə paylaş: |