Baburnamə 3



Yüklə 5,03 Mb.
Pdf görüntüsü
səhifə32/46
tarix03.02.2017
ölçüsü5,03 Mb.
#7294
1   ...   28   29   30   31   32   33   34   35   ...   46

b) tamamən Hindistandakı kimidir. 

Söyləndiyi kimi, şimal yönündəki dağlar və bu dağların Sind çayının o 

biri tərəfində yerləşən vilayətləri Kəşmirə tabedir. Hal-hazırda Pekli və Şəh-

məng kimi bu dağdakı vilayətlərin çoxu Kəşmirə itaət etməsə  də,  əskidən 

Kəşmirə daxil imiş. 

Kəşmirdən keçdikdən sonra bu dağda sayısız el və ulus, pərgənə və vi-

layət vardır. Benqala, hətta Hind dənizi sahilinə qədər bu dağda sıx bir xalq 

kütləsi yaşayır. Hindistan xalqı bütün araşdırma və incələmələrə baxmaya-

raq bu qəbilələr haqqında dəqiq məlumat verə bilmədi, yalnızca bu dağın 

xalqına Kas dediklərini söylədilər. Hindistanlılar «ş»ni «s» şəklində tələffüz 

etdikləri və bu dağda ən böyük şəhər Kəşmir olduğu və Kəşmirdən başqa o 

dağda digər bir şəhərin varlığı da bilinmədiyi üçün bəlkə bu üzdən Kəşmir 

demiş ola bilərlər deyə düşündüm. 

Bu dağ  əhalisinin ticarət malı müşk, kutasi-bəhri (dəniz öküzü), zə-

fəran, qurğuşun və misdir. Hindistan əhalisi bu dağa Seva-Lek-Perpet deyir. 

                                                           

1

 Bicangər racəliyi Dəkkəndə 1336-cı ildə qurulmuşdur və bu sülalədən gələn racələr 



1565-ci qədər, yəni güclərini birləşdirən digər Dəkkən racələri tərəfindən yenilib Bicangər 

şəhəri yıxılanadək hökm sürmüşlər. 



Zəhirəddin Məhəmməd BABUR  

 

 



290

Hind dilində seva «dörddə bir», lek «yüz min», perpet isə «dağ» deməkdir. 

Yəni dörddə bir və yüz min dağ ki, yüz iyirmi beş min dağ edir. Bu dağlarda 

qar heç əskik olmaz, bu dağların qarla örtülü bəyaz zirvələri Hindistanın 

Lahor, Sihrind və  Sənbəl kimi bəzi vilayətlərindən də görünür. Bu dağlar 

Kabildə Hinduquş adıyla anılır və Kabildən bir qədər günəyə meyl edərək 

şərqə doğru uzanır. Güney tərəfi tamamən Hindistandır. Bu dağların (273 a) 

və Kas dedikləri bu məchul qəbilələrin şimali Tibet vilayətidir. 

Bu dağlardan bir çox çay çıxaraq Hindistanın içindən keçir. Sihrind-

dən şimala doğru Sind, Bəxət, Çanab, Ravi, Biyah və Setlücdən ibarət olan 

altı çay bu dağdan çıxaraq Multan civarında bir yerdə birləşir. Hamısı bir 

yerdə birləşəndə ona Sind deyirlər. Qərbə doğru axan bu çay Tatta vilayəti-

nin içindən keçdikdən sonra ümman ilə birləşir. Bu altı çaydan başqa Cun, 

Qanq, Rəhəb, Qumti, Gəgər, Sem və Gəndək kimi bir çox digər çaylar da 

vardır. Bunların hamısı Qanq çayıyla birləşir və Qanq adıyla  şərqə doğru 

axaraq Benqal vilayətinin içindən keçmək surətiylə axırda dənizə tökülür. 

Hamısının qaynağı bu Seva-Lek-Perpet dağıdır. 

Çənbəl, Bənas, Bitvi və Sun kimi bəzi çaylar da Hindistandakı digər 

dağlardan çıxır, amma bu dağlarda qar heç olmur və bu çaylar da Qanq çayı 

ilə birləşir. 

Hindistanda da dağlar vardır. Bunlardan biri şimaldən cənuba doğru 

uzanan bir dağdır. Bu dağ Dehli vilayətində və [Sultan] Firuz şahın kiçık və 

qayalıq bir dağın üstündə tikdirdiyi Cahannüma adlı imarətindən başlayır. 

Buradan keçincə Dehli civarında parça-parça, ufaq-ufaq və ara-sıra qayalıqlı 

kiçık dağlar ortaya çıxır. Mivat vilayətinə varınca bu dağlar bir az daha bö-

yüyür və Mivatdan keçib (273 b) Biyanə vilayətinə uzanırlar. Sikri, Barı və 

Dulpurun dağları da bitişik olmamalarına baxmayaraq bu dağ silsiləsindən-

dir. Kalpur dedikləri Güvalyarın dağları da bu dağla bağlantılıdır. Bundan 

başqa, Rətənbur, Çitur, Mendav və Çəndiri dağları da bu dağın qollarından-

dır. Bəzi yerlərdə araları yeddi-səkkiz küruh qədər kəsikdir. Bu dağlar alçaq, 

sarp, qayalı və cəngəllikli dağlardır. Bu dağlara qar heç yağmaz. Hindistan-

dakı bəzi çayların mənbəyi bu dağlardadır. 

Hindistan vilayətlərinin çoxu düz yerdir. Bunca şəhər və vilayətlərin 

heç birində axarsu yoxdur. Tək axarsu böyük çaylardır. Bəzi yerlərdə yığıl-

mış sular vardır. Bəzi şəhərlərdə arx açaraq su çıxarmaq mümükün olduğu 

halda bunu etmirlər. Bunun üçün bir neçə səbəb ola bilər. Biri əkin və bağ-

ları  üçün suya heç ehtiyacları yoxdur: payız məhsulu mövsüm yağmuruyla 

yetişir və bu qəribədir ki,  yaz məhsulu yağmur olmasa da yetişir. Ağacların 

fidanına bir-iki il su daşıyır, ya da çarx və dəsti ilə su verirlər. Ondan sonra 

su verməyə gərək qalmır. Bəzi səbzələrə su verirlər. Lahor, Dibalpur, Sih-

rind və o civarlarda su çarxla verilir. Quyu dərinliyində iki ipin uclarını bağ-

layaraq halqa düzəldir, bu iki ipin arasına ağaclar və bu ağaclara da dəstilər 



BABURNAMƏ 

 

291



bağlayırlar. Bu vedrələrin bağlandığı  (274 a) ipi quyunun üstündəki çarxa 

qoyur və onun yanında mili dik duran ikinci bir çarx daha düzəldirlər. Öküz 

bu ikinci çarxı çevirəndə onun dişləri dəstilərin bağlandığı birinci çarxın 

dişlərinə girib onu döndərir. Suyun töküldüyü yerə holuq qoyurlar və bu ho-

luqdan suyu hər tərəfə aparırlar. 

Aqra, Çəndvar, Biyanə və o civarlarda suyu vedrə ilə verirlər. Bu mə-

şəqqətli və çirkli bir işdir. Quyunun kənarına bir çəngəl ağac dikir və çəngə-

lin dişləri arasına diyircək yerləşdirirlər. Vedrəni uzun bir ipə bağlayıb bu 

diyircək üzərinə qoyur və ipin bir ucunu da öküzə bağlayırlar. Bir adamın 

öküzü sürməsi və birinin də vedrədəki suyu boşaltması lazımdır. Bu öküz bu 

ipi çəkıb təkrar geriyə döndüyü zaman hər dəfə ip öküzün sidiyi və axbunu 

ilə kirlənmiş olan yolun üzərinə sürtünüb təkrar quyuya düşür. 

Bəzi  əkin sahələrində  əgər su lazım olsa, kişi və qadın su daşıyaraq 

suvarırlar. 

Hindistanın şəhər və vilayətləri fövqəladə səfasız yerlərdir. Bütün şə-

hər və  ərazi birbirindən fərqsizdir. Bağlarında divar yoxdur. Ərazi  əsasən 

dümdüzdür. Bəzi çay və çayırlarının sahilləri mövsüm yağmurları üzündən 

su altında qalır (274 b) və hər yerdən keçmək mümkün olmur. Bəzi yerlərdə 

tikanlı  cəngəllikləri var, pərgənələrin  əhalisi bu cəngəlliklərdə gizlənərək 

inad edib vergilərini vermirlər. 

Hindistanda çaylardan başqa axarsu azdır. Bəzi yerlərdə yığılmış su-

lara nadir hallarda təsadüf edilir. Bunca şəhər və vilayətlər quyu, ya da möv-

süm yağmurundan yığılmış olan hovuz suyu ilə keçinir. 

Hindistanda binaların və kəndlərin, hətta şəhərlərin dağılması və tikil-

məsi bir anda baş verir. Hətta böyük şəhərlərdə illərcə yaşayan  əhali  əgər 

qaçsa, elə qaçır ki, bir, ya da bir yarım gündə ortada o şəhərdən nə bir əsər,  

nə də bir əlamət qalır. Tikmək istədikləri vaxt isə arx qazmağa və bənd dü-

zəltməyə lüzum yoxdur, əkinləri daim yağmurla suvarılır. Əhali də fövqəl-

adə çoxdur, hamısı  yığılaraq bir hovuz düzəldir, ya da bir quyu qazır. Ev 

tikmək və ya divar çəkmək də yoxdur. Qamış və ağac boldur, buna görə də  

koma düzəldirlər. Dərhal bir kənd, ya da bir şəhər olur. 

HİNDİSTANA XAS VƏHŞİ HEYVANLAR 

 

Fil:  hindistanlılar ona hati  deyirlər. Fil Kalpi vilayətinin sınırlarında 

olur. Oradan yuxarıya və şərqə doğru getdikcə daha çox vəhşi filə təsadüf 

edilir. O tərəflərdən fil tutub gətirirlər. Kərrə və Manikpurda otuz-qırx kən-

din işi (275 a) fil tutmaqdır. Vergilərini də fillə ödəyirlər. 

Fil nəhəng və çox ağıllı bir heyvandır. Nə söylənsə anlayır, nə  əmr 

edilsə yerinə yetirir. Qiyməti böyüklüyü ilə düz mütənasibdir və onu ölçüsü-

nə görə satırlar. Nə qədər böyük olsa, qiyməti də o qədər artıq olur. Deyilə-

nə görə, bəzi adalarda on kari böyüklüyündə fil varmış. Buralarda isə dörd-



Zəhirəddin Məhəmməd BABUR  

 

 



292

beş karidən daha yüksək olanlara təsadüf edilmir. 

Fil xortumu vasitəsilə yeyib-içir. Xortumu olmasa, yaşaya bilməz. 

Xortumun iki tərəfində üst çənəsində iki böyük dişi var, bu dişləri vasitəsilə  

divarları və ağacları zorlayıb yıxır. Dişləri ilə vuruşur, hər hansı çətin bir işi 

də bu dişləri ilə görür. Bu dişlərə ac deyirlər. Bu dişlər Hindistan əhalisinin 

gözündə çox qiymətlidir. Filin tükü yoxdur. 

Hindistanda filin etibarı çox böyükdür. Hər hərbi hissədə mütləq bir 

neçə fil olur. Filin bəzi yaxşı məziyyətləri var: böyük, dərin və it axanı su-

lardan çoxlu yüklə asanca keçir, dörd-beş yüz adamın çəkdiyi top arabasını 

üç-dörd fil asanlıqla çəkib aparır. Lakin fil üçün çox yem lazımdır, tək bir fil 

iki qatar dəvənin yemi qədər yem yeyir. 



Kərgədan (qurk): bu da nəhəng bir heyvandır. (275 b) Cüssəsi üç ca-

mış qədər olar. O tərəflərdə belə bir söz məşhurdur: kərgədan fili buynuzuy-

la qaldırar. Bu, hər halda, yanlış sözdür. Burnunun üstündə tək bir buynuzu 

var, uzunluğu da bir qarışdan bir az artıqdır. İki qarış uzunluğunda buynuzu 

olanı heç görünməmişdir. Böyük bir buynuzdan bir qədəh və bir dənə  zər 

qutusu düzəldildi. Bundan başqa bəlkə də üç-dörd düymə qədər artıq qaldı. 

Dərisi fövqəladə qalındır. Sərt bir yay qoltuğa qədər çəkilərək atıldığı 

təqdirdə  və yaxşı saplananda onun bədəninə dörd barmaq qədər işlədiyini 

söylədilər. Dərisinin bəzi yerlərindən ox daha çox keçirmiş. İki çiyninin və 

iki budunun üstündə dəri qat-qatdır, uzaqdan bir çul kimi görünür. 

Digər heyvanlardan ən çox ata bənzəyir. Atın qarnı böyük olmadığı 

kimi, bunun da qarnı böyük deyil. Atın aşıq yerində necə bir sümük varsa, 

bunun da aşıq yerində elə bir sümük var. Bunun ön ayaqlarındakı sümük də 

atın ön ayaqlarındakı sümüyə bənzəyir.  

Bu heyvan fildən daha vəhşidir, onun qədər itaətkar və dinc deyil. Pər-

şavər və Heşnəgar cəngəlliklərində çox olur. Bir də Sind çayı ilə Bxirə vila-

yətinin arasındakı cəngəlliklərdə olur. Hindistanda Saru çayının sahilində də 

çoxdur. 


Hindistan (276 a) səfərlərinin çoxunda Pərşavər və Heşnəgar cəngəl-

liklərində kərgədan ovladıq. Yaxşı buynuz vurur. Bu ovlarda bir çox adamı 

və atı buynuzuyla vurmuşdur. Bir ovda Maqsud adlı çöhrənin atını buynuzu 

ilə qaldırıb bir nizə boyu qədər atdı. Bu üzdən Maqsuda Qurk ləqəbi verildi. 



Çöl camışı:  bu heyvan camışdan xeyli böyükdür. Buynuzu camışın 

buynuzu kimi arxaya bükük deyil. Çox müzür və yırtıcı bir heyvandır. 



Niləgav  (mavi öküz): hündürlüyü at qədərdir və atdan bir az incədir. 

Erkəyinin rəngi mavidir, hər halda buna görə niləgav deyirlər [nilə: mavi, 

gav: öküz]. Bir az kiçık iki buynuzu var. Boğazında bir qarışdan bir az uzun 

tükləri var. Dəniz öküzünə bənzəyir. Dırnağı öküz dırnağı kimi haçadır. Di-



BABURNAMƏ 

 

293



şisi buğu-maral

1

 rəngindədir. Buynuzu və boğazında tükü yoxdur. Erkəyinə 



nəzərən cins bir ata bənzəyir. 

Gödəkpa: böyüklüyü ağ geyik qədərdir. Bunun qabaq və arxa ayaqla-

rı bir az qısadır və bu üzdən gödəkpa deyirlər [gödək: qısa; pa: ayaq]. Buy-

nuzu buğu buynuzu kimi şaxəli və ondan bir az kiçıkdir. Bu da eynən buğu 

kimi hər il buynuz dəyişdirir. Qaçmaqda bir az zəifdır və onun üçün cəngəl-

likdən çıxmır. 

Kəlhərə: erkəyi hunaya

2

 bənzəyən bir geyikdir. Beli qara, qarnı ağdır. 



Bunun buynuzu hunanınkından (276 b) daha uzun və daha şaxəlidir. Hindis-

tanlılar buna kəlhərə deyirlər. Əsli kalahran, yəni «qara geyik»dir, ancaq qı-

saldaraq kəlhərə (kəlhərn) yazırlar. Dişisinin rəngi ağdır. 

Bu kəlhərə ilə geyik ovlayırlar. Kəlhərənin buynuzuna tələnin halqası-

nı və ayağına isə topuqdan bir az böyük bir daş asırlar ki, vəhşi geyik yaxa-

landıqdan sonra uzağa getməsinə əngəl olsun. Ondan sonra vəhşi bir kəlhərə 

görününcə onun qarşısına buraxırlar. Bu geyik vuruşmağa çox həvəslidir və 

dərhal vuruşmağa girişir. Buynuzlarıyla döyüşərək toqquşub irəli-geri gedib 

gələndə vəhşi geyiyin buynuzu bu geyiyin buynuzuna bağlanmış tələyə ilişir. 

O qaçmaq istəyəndə isə  əhliləşdirilmiş geyik qaçmır, hər halda ayağına 

bağlanmış olan daş da buna mane olur. Bu üsulla çox geyik ovlayırlar. Ov-

ladıqdan sonra onları əhliləşdirib təkrar geyik ovlamaqda istifadə edirlər. Bu 

əhliləşmiş geyikləri evdə döyüşdürürlər. Yaxşı döyüşürlər. 

Hindistanın dağ ətəklərində daha kiçık bir geyik növü də var. Böyük-

lüyü arxarqulçanın

3

 bir yaşındakı balası qədərdir. 



Gini öküz: kiçık bir öküzdür. Bizim tərəflərin böyük qoçu qədər olar. 

Əti olduqca yumşaq və ləzzətlidir. 



Meymun: hindistanlılar buna bandər deyirlər. Bunların növü çoxdur. 

Bunlardan biri bizim tərəflərə  gətirdikləri növdür. Kəndirbazlar ona oyun 



(277 a) öyrədirlər. Dəreyi-Nur dağlarında, Kuhi-Səfidin Xeybər civarındakı 

ətəklərində və oradan aşağıda, Hindistanın hər yerində olur, daha yuxarıda 

olmur. Tükü sarı, üzü ağdır. Quyruğu o qədər də nuzun deyildir. 

Bir cür meymun da var ki, Bəcur, Sevad və o civarlarda buna təsadüf 

edilmir. Bizim tərəflərə gətirilən meymunlardan xeyli böyükdür, quyruğu da 

çox uzundur. Tükü bir az ağ, üz qismində qapqaradır. Bu cür meymun Hin-

distanın dağlarında və cəngəlliklərində olur, bizim tərəflərdə olmur. 

Bir cür meymun da var ki, üzü, tükü və bütün orqanları qapqaradır. 

 

Nul: sincabdan bir az daha kiçıkdir. Ağaca çıxır. Bəziləri buna muşi-

xurma deyir və mübarək sayırlar. 

                                                           

1

 Buğu: geyik, ren geyiyi. Baburda bəzən buğu-maral şəklində birlikdə və tək bir ad ki-



mi keçir, lakin bu iki təbirlə geyiyin erkəyi və dişisi nəzərdə tutulur. 

2

 Huna: bir geyik növü, dişisinə ceyran, erkəyinə huna deyilir. 



3

 Arxarqulça: qızıl geyik. 



Zəhirəddin Məhəmməd BABUR  

 

 



294

Gəlahri: bir siçan növüdür. Amma daim ağaclarda yaşayır. Ağacların 

üsütündə böyük bir cəldliklə aşağı-yuxarı qaçır. 



 

QUŞLAR 

 

Tovuz: çox rəngli və süslü bir quşdur. Rəng və süs baxımından ol-

masa da, cüssə baxımından durna boydadır, lakin durna qədər hündür deyil-

dir. Erkək və dişisinin başında iyirmi-otuz tük var, uzunluğu iki-üç barmaq 

qədərdir. Dişisinin başqa bir süsü və rəngi yoxdur. Erkəyinin başında süslü 

bir mavi halqa olur. Boynu parlaq mavi rəngdədir. (277 b) Boynundan aşağı 

arxası sarı, yaşıl, mavi və bənövşəyi rənglərlə naxışlıdır. Beli kiçık xallarla 

bəzənmişdir. Belindən bir az aşağıda eyni rənglərlə naxışlı iri xallar quyru-

ğunun ucuna qədər gedir. 

Bəzi tovuzların quyruğu bir qulaç olur. Bu xallı tüklərinin altında bir 

az qısa və digər quşların quyruğuna bənzəyən bir quyruğu daha vardır. Bu 

quyruğu və qanadları qırmızıdır. 

Tovuz Bəcur, Sevad və daha aşağıda olur, ondan yuxarıda, Künərdə 

və Ləmqanatda heç bir yerdə olmur. Uçuşda qırqovuldan daha acizdir, bir- 

iki dəfədən artıq uça bilmir və bu üzdən dağda, ya da cəngəllikdə olur. Qəri-

bədir ki, tovuzun olduğu cəngəlliklərdə çaqqal çox olur. Bir qulaç quyruğu 

ilə çaqqaldan zərər görmədən cəngəllikdən-cəngəlliyə necə gəzə bilir? Hin-

distanlılar ona mor deyirlər. 

Əti imam Əbu Hənifə məzhəbində halaldır. Əti dadsız deyil və turac 

ətinə bənzəyir. Lakin dəvə əti kimi ikrahla yeyilir. 

Tutuquşu: bu da Bəcur və aşağısındakı vilayətlərdə olur. Bahar möv-

sümündə tut yetişəndə Nigənxar və Ləmqanata gəlir, digər zamanlarda ora-

da olmurlar. Müxtəlif növləri var. Biri bizim tərəflərə götürdükləri növdür, 

ona danışmaq öyrədirlər. 

Biri də bu tutuquşundan bir az kiçık (278 a) olur, ona da danışmaq öy-

rədirlər. Bu növə cəngəli deyirlər. Bu növ Bəcur, Sevad və o civarda fövqə-

ladə çoxdur, o dərəcədə ki beş-altı minlik sürü halında uçurlar. Bu iki növ 

tutuquşu cüssəcə bir-birindən fərqli, rəngcə eynidir. 

Bir növ tutuquşu da var ki, cəngəli tutuquşundan bir az kiçıkdir. Başı 

qıpqırmızı, qanadlarının üstü də qırmızıdır. Quyruğunun ucunda iki barmaq 

qədər yeri ağdır. Bu növün bəzilərinin başı mavi olur. Bu növə danışmaq 

öyrətmək olmur. Buna Kəşmir tutuquşusu deyirlər. 

Cəngəli tutuquşuna bənzəyən kiçik bir növ də var, bunun dimdiyi qa-

radır, boynunda isə böyük qara bir halqa olur. Qanadlarının altı qırmızıdır. 

Danışmağı yaxşı öyrənir. 

Biz belə zənn edirdik ki, tutuquşu və şarek nə öyrədilsə onu söyləyir, 

lakin özü bir şey düşünüb söyləyəməz. O zamanlar yaxın mülazimlərimdən 


BABURNAMƏ 

 

295



biri olan Əbülqasım Cəlair qəribə bir şey söylədi. Bu növ bir tutuquşunun 

qəfəsi bağlı imiş  və tutuquşu demiş ki: «Ruyi məra ba kon ki dəmgir  şo-

dəm» (üzümü aç, boğuluram). Bir dəfə isə onu daşıyanlar dincəlmək üçün 

oturarkən yanlarından yolçular keçib gedirmuş; tutuquşu demiş ki: «Mər-

dom rəftənd, şomayan nəmirəvəd?» (hamı gedir, siz niyə getmirsiniz?). 

Vəbalı deyənin boynuna. İnsan öz qulağıyla eşitməsə inanmaz. 

Bir növ tutuquşu da var ki, rəngi parlaq və qıpqırmızıdır. Digər bəzi 

rəngləri isə (278 b) xatirimdə yaxşı qalmadığı üçün bu anda müfəssəl yaza 

bilmirəm. Qırmızı və fövqəladə göstərişli bir tutuquşudır. Ona danışmaq da 

öyrədirlərmiş. Qüsuru səsinin qırıq bir çininin mis bir tabağa sürtüldüyü za-

man çıxardığı səs kimi pis və sərt olmasıdır. 

Şarək: Ləmqanatda və Hindistanın daha aşağılarında lap çox olur. Bu 

da növ-növdür. Ləmqanatda çox olan bir növün başı qara, qanadları alaca, vü-

cudu sığırçından bir az böyük, ondan daha qabadır. Ona danışmaq öyrədirlər. 

Şarəkin bir növünə mina deyirlər. Benqaldan gətirirlər. Tamamən qa-

radır. Bədəni bu şarəkdən xeyli böyük, ayağı sarıdır. Qulaqlarında sarı dəri-

ləri var, asılıdır. Bunun görünüşü pisdir. Danışmaq öyrədilir, yaxşı və aydın 

şəkildə danışır. 

İlk bəhs edilən şarəkdən bir az incə olan bir növ şarek də var. Gözləri-

nin ətrafı qırmızıdır. Bu növ danışmağı bacarmır. Buna vin-şarek deyirlər. 

Körpü quraraq Qanq çayını keçib düşmənlərı qaçırdığımız zaman 

Leknur və civarında döşü ağ, başı alaca, beli qara bir şarək növü də gördüm. 

O günə qədər heç görməmişdim. Bu növ də, deyəsən, danışmağı bacarmır.  



Lüçə: bu quşa buqələmun da deyirlər. Başından quyruğuna qədər beş- 

altı müxtəlif rəngi var və göyərçin boynu kimi parlaqdır. Göyərçin (279 a) 

boyda olur. Hər halda o da Hindistanın göyərçinidir. Göyərçin dağların tə-

pəsində yaşadığı kimi, o da dağın təpəsində yaşayır. 

Kabilin Nicrav vilayətində  və daha aşağıdakı dağlarda olur, oradan 

yuxarıda olmur. Oranın əhalisi qəribə bir şey söylədi. Qış gəlincə, lüçə da-

gın ətəklərinə enirmiş. Əgər uçursalar, üzüm bağından keçsə belə daha irəli 

əsla uça bilmir və dərhal yaxalanırmış. Əti yeyilir və olduqca ləzzətlidir. 



Turac: bu, Hindistana xas bir quş deyil, isti iqlimə daxil vilayətlərdə 

olur. Lakin bəzi növləri Hindistandan başqa yerdə olmadığı üçün ondan da 

bəhs etməyi lazım bildim. 

Kəklik boydadır. Erkəyinin beli dişi qırqovulun rənginə  bənzəyir. 

Boynu və döşü qaradır. Bəmbəyaz tükləri var. Gözünün hər iki tərəfində qır-

mızı çizgi var. Səsi gözəldir, adama elə gəlir ki, qışqırarkən belə deyir: «Şir 

darəm şəkərək» (şəkər kimi südüm var). Bu zaman «şir» sözünü qısa, «da-

rəm  şəkərək» qismini isə aydın tələffüz edir. Əstərabad turacları belə 

qışrırlar: «Bat məni tutdular» (məni tez yaxaladılar). Ərəbistanın və o civa-

rın turacları isə qışqıraraq belə deyirlər: «Biş-şükri tədumun ən-nəum» (şükr 



Zəhirəddin Məhəmməd BABUR  

 

 



296

etsən, firavanlıq uzun sürər). 

Dişisi qırqovul kimi rənglidir. Bunlar Nicravdan aşağıda olur. 



Kəncəl:  turac cinsindən olan bir quşdur. Turac boydadır. Səsi kəklik 

səsinə bənzəyir. Lakin bunun səsi (279 b) çox sərtdir. Erkəyi ilə dişisi ara-

sında fərq azdır. Pərşavərdə, Heşnəgarda və daha aşağıdakı vilayətlərdə olur, 

oralardan yuxarıda olmur. 



Pül-peykər: göyərçin boydadır. Vücudu ev toyuğuna bənzəyir. Rəngi 

də toyuq rəngindədir. Boğazından döşünə qədər qismi parlaq və qıpqırmızı-

dır. Pül-peykər Hindistan dağlarında olur. 

Vəhşi toyuq: ev toyuğundan fərqi bunun qırqovul kimi uçmasındadır 

və ev toyuğu kimi hər yeri eyni rəngdə deyildir. Bu toyuq Bəcur dağlarında 

və daha aşağıdakı dağlarda olur, Bəcurdan yuxarıda olmaz. 

Cəlsi:  bədəni pül-peykər kimidir, lakin pül-peykarın rəngi daha xoş-

dur. Bəcur dağlarında olur. 



Şam: ev toyuğu boydadır. Qeyri-adi rəngləri var. Bu da Bəcur dağla-

rında olur. 



Bildirçin:  Hindistana xas deyil, lakin Hindistana xas olan dörd-beş 

növ bildirçin var. Biri bizim vilayətlərə gedən bildirçindir. Biri isə bizim tə-

rəflərə gedəndən daha kiçikdir, qanadı və quyruğunun rəngi daha qırmızıdır. 

Bu növ bildirçin çir

1

 kimi sürü halında uçur. Bunun başqa bir növü isə bizim 



tərəflərə gedən bildirçindən bir az kiçıkdir, boğazıyla döşündə qarası daha 

artıqdır. (280 a). Biri də Kabilə çox az gedən kiçicik bir bildirçindir. Qarça-

dan bir az böyükdür. Kabildə ona qaratu deyirlər. 

Xərçəl: böyüklüyü doğdaq qədərdir. Hər halda o da Hindistanın doğ-

dağı olmalıdır. Əti fövqəladə ləzzətlidir. Bəzi quşların bud əti yaxşı olur, bə-

zilərinin isə döş əti yaxşı olur, xərçəlin isə hər tərəfi ləzzətlidir. 

Çərz:  cüssəcə toğdarıdan bir az kiçıkdir. Erkəyinin beli toğdarınınkı 

kimidir, döşü qaradır. Dişisi bir rəngdədir. Çərzin əti də olduqca ləzzətlidir. 

Xərçəl necə doğdağa bənzəyirsə, çərz də toğdarıya o cür bənzəyir. 

Bağrıqara:  Hindistan bağrıqarası bağrıqaradan bir az kiçık və daha 

incədir. Bağrının qarası da azdır. Səsi də ondan daha incədir. 



 

SUDA VƏ SU KƏNARINDA OLAN QUŞLAR 

 

Bir də suda və su kənarlarında yaşayan quşlar vardır. 



Ding:  yaxud piri-ding. Böyük cüssəli bir quşdur. Hər qanadı bir qu-

laçdır. Başının və boynunun tükü yoxdur. Boğazında cib kimi bir şey asılıdır. 

Beli qara, döşü ağdır. Bəzən Kabilə gedir. Bir il Kabildə bir ding tutub 

gətirmişdilər. Yaxşıca  əhliləşmişdi.  Ət atsalar, heç yanılmadan dimdiyi ilə 

tuturdı. Bir dəfə nalçalı bir ayaqqabı udmuşdu. Bir dəfə isə bütöv bir toyuğu 

                                                           

1

 Çir: kiçik bir quş növü. 



BABURNAMƏ 

 

297



Yüklə 5,03 Mb.

Dostları ilə paylaş:
1   ...   28   29   30   31   32   33   34   35   ...   46




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin