Baburnamə 3



Yüklə 5,03 Mb.
Pdf görüntüsü
səhifə40/46
tarix03.02.2017
ölçüsü5,03 Mb.
#7294
1   ...   36   37   38   39   40   41   42   43   ...   46

(345 a) gedib gördüm. Oradan gəmiylə döndüm.  

Bazar ertəsi günü, səfər ayının beşində [=19 oktyabr] Bikermacitin ilk 

və sonraki elçiləri ilə bxirəli hindulardan əski nökərim Divə  oğlu Hamusu 

Rətənburun təslim olub bizə bağlılığının qəbul edilməsi ilə əlaqədar öz üsul 

və  tərzlərinə görə  əhd və  şərt bağlaması üçün oraya göndərdim. Bizim bu 

gedən adamımız bütün bunları öz gözüylə görüb qənaət gətirdikdən sonra 

dönəcəkdi. O verdiyi sözü tutsa və Allah da rast gətirsə, mən də atasının ye-

rinə onu rana təyin edib Çitur taxtına oturdacağımı vəd etdim.  



 

İSKƏNDƏRİN VƏ İBRAHİMİN XƏZİNƏLƏRİNİN TÜKƏNMƏSİ 

 

O günlərdə  İskəndər ilə  İbrahimin Dehli ilə Aqradakı  xəzinələri tü-

kəndi. Ordunun silahlandırılması, top və tüfəngçilərin barutları və ülufələri 

üçün cümə axşamı günü, səfər ayının səkkizində [=22 oktyabr] təxsisatı olan 

hər kəsdən bu gəlirin yüzdə otuzunu divana verməsini, bunun da söylədiyim 

bu yolda sərf edilməsini əmr etdim. 

Şənbə günü, ayın onunda [=24 oktyabr] Sultan Məhəmməd Bəxşinin 

bir dəfə Xorasan əhalisinə vəd fərmanları götürmüş olan Şah Qasım adlı pi-

yadası təkrar Herata göndərildi. 

Götürdüyü fərmanlarda bunlar yazılmışdı: Hindistanın  şərq və  qərb 



(345 b) tərəfindəki düşmənlər və kafirlər Allahın inayətilə bərtərəf edilmiş-

dir. Bu yaz, Allah nəsib etsə, nə olursa-olsun, mütləq oraya gələcəyik. 

Əhməd Əfşara da bir fərman göndərildi. Fərmanın kənarına öz əlimlə 

yazaraq Firidun Qopuzini istədim. O gün günorta civə yeməyə başladım. 



Zəhirəddin Məhəmməd BABUR  

 

 



364

Çərşənbə günü, ayın iyirmi birində [=4 noyabr] hindistanlı bir piyada 

[Baburun oğlu] Kamran [Mirzə] ilə Xoca Dost Xavəndin ərzi-hallarını gə-

tirdi. Xoca Dost Xavənd zilhiccə ayının onunda Kabilə çatıb Hümayunun 

yanına getmək üzrə yola çıxmışdı. Xubiyana gələndə isə Kamranın bir ada-

mı  gəlib «Xoca gəlsin, nə kimi fərman varsa bildirsin, söylənəcək sözləri 

görüşdükdən sonra da getsin» demişdir. Kamran zilhiccə ayının on yeddi-

sində [=2 sentyabr] Kabilə varmışdı. Xoca ilə danışdıqdan sonra da həmin 

ayın iyirmi səkkizində [=13 sentyabr] onu Qaleyi-Zəfərə göndəribmiş. 

Gələn bu ərzi-hallarda yaxşı xəbərlər vardı. Şahzadə Təhmasib özbək-

ləri dəf etmək üçün hərəkətə keçmiş  və özbək Renişi Damğanda yenərək 

adamlarını qılıncdan keçiribmiş. Übeyd xan da qızılbaşların hərəkətini qəti 

bir şəkildə öyrənincə Herat civarından qalxıb Mərvə gedərək Səmərqənddə-

ki və o civardakı sultanları Mərvə dəvət edibmiş. Mavəraünnəhrdəki sultan-

ların hamısı Mərvə yardıma gedibmiş. (346 a) 

Hümayunun Yadigar Tağayinin qızından bir oğlu olmuş. Kamran da 

Kabildə evlənirmuş, dayısı Sultan Əli Mirzənin qızını alırmuş. Bu xəbərləri 

də həmin piyada gətirdi. 

O gün Seyid Dəkni  Şirazi Cibəgərə  xələt geydirərək ehsanlarda bul-

lundum və içmə suyu quyusunu bildiyi kimi tamamlamasını əmr etdim. 

Cümə günü, ayın iyirmi üçündə [=6 noyabr] vücudumda bir hərarət 

yarandı. O dərəcədə ki, cümə namazını məsciddə güclə qıla bildim. Günorta 

namazı ehtiyatını da kitabxanamda bir müddət sonra zəhmətlə qıla bildim. 

Hərarət düşdü. Bazar günü yenidən istilik gəldi və bir az titrədim.  



 

BABUR XOCA ÜBEYDULLAHIN «VALİDİYYƏ» 

RİSALƏSİNİ NƏZMLƏ ÇEVİRİR 

 

Çərşənbə axşamı günü gecəsi, səfər ayının iyirmi yeddisində [=10 no-

yabr] Xoca Übeydullah həzrətlərinin  Risaleyi-validəyyə

1

 əsərini çevirmək 

ağlıma gəldi. Həzrətin ruhuna sığınıb könlümdən «Əgər bu mənzumə o həz-

rət tərəfindən bəyənilsə -necə ki Qəsideyi-bürdə

2

 sahibinin qəsidəsi bəyə-

nilib özü fəlc xəstəliyindən qurtulmuşdu- və mən də bu xəstəlikdən qurtul-

sam, bu da nəzmimin qəbul olunduğuna bir dəlil olar» deyə düşündüm. 

Bu niyyətlə  rəməli-müsəddəsin zərb və  əruzu məhbun, bəzən  əbtər,  

bəzən də məhbun və məhzuf olan (346 b) vəznindəki -ki, Mövlana Əbdür-

rəhman Caminin Sübha əsəri də bu vəzndədir- risaləsini nəzm halında tər-

cümə etməyə başladım və o gecə on üç beyt çevirdim. Belə-belə hər gün on 

beytdən az tərcümə etmirdim. Deyəsən, bir gün ara verdim. 

                                                           

1

 Mətni Baburun «Seçilmiş əsərləri»nin (Bakı, MBM, 2011) 270-289-cu səhifəsindədir.  



2

 Qəsideyi-bürdə (Xirqə haqqında qəsidə) VII əsri şairi Kəəb bin Zübeyr tərəfindən hz. 

Məhəmmədin şərəfinə yazılmış bir əsərdir. 


BABURNAMƏ 

 

365



Keçən il də bir dəfə belə bir xəstəlik gəlmiş və ən az bir ay və ya qırx 

gün davam etmişdi. Allahın inayəti və  həzrətin himmətiylə cümə axşamı 

günü, ayın iyirmi doqquzunda [=12 noyabr] xəstəlik bir az yqngqlləşdi, son-

ra bu xəstəlikdan qurtuldum. 

Şənbə günü, rəbiüləvvəl ayının səkkizində [=20 noyabr] risalənin tər-

cüməsi tamamlandı. Bir gündə əlli iki beyt yazıldı.  

Çərşənbə günü, səfər ayının iyirmi səkkizində [11 noyabr] ətrafdakı və 

civardakı  əsgərlərə «Allah nəsib etsə, yaxın bir zamanda səfərə  çıxacağıq, 

əsgər hazırlanaraq tez gəlsin» deyə fərman göndərilmişdi. 

Bazar günü, rəbiüləvvəl ayının doqquzunda [=21 noyabr] bəy Məhəm-

məd Talikçi gəldi. Keçən il məhərrəm ayının axırında Hümayuna xələt və at 

götürmüşdü.  



 

HÜMAYUNUN  OĞLUNUN 

DOĞULDUĞU XƏBƏRİNİN GƏLMƏSİ 

 

Bazar ertəsi günü, ayın onunda Bəyginə Veys Lağarı və Hümayunun 

Bəyan Şeyx adlı bir nökəri Hümayunun yanından gəldilər. Bəyginə, Hüma-

yunun oğlunun doğulduğu müjdəsini vermək üçün gəlmişdi. Uşağın adını 

Əlaman qoymuşlar. 

Şeyx  Əbülvəcd onun doğumuna  (347a)  «Şahi-səadətmənd»

1

 tarixini 



tapmışmış. 

Bəyan Şeyx isə Bəyginədən xeyli sonra yola çıxmış, cümə günü, səfər 

ayının doqquzunda [=23 oktyabr] Qişmin dibindəki Düşənbə deyilən yerdə 

Hümayundan ayrılmışdı. Çərşənbə axşamı günü, rəbiüləvvəl ayının onunda 

[=22 noyabr] Aqraya gəldi, tez gəldi, bu Bəyan Şeyx yenə bir dəfə Qaleyi- 

Zəfərdən Qəndəhara on bir gündə gəlmişdi. 

Şahzadənin [Təhmasib] gəldiyi və özbəklərin yenildiyi xəbərini də bu 

Bəyan Şeyx gətirdi.  

Təfsilatı belədir:  

QIZILBAŞ VƏ ÖZBƏKLƏRİN CAMDAKI SAVAŞI 

 

Şahzadə Təhmasib qırx min adam ilə rum üsulu tüfəng və arabalar dü-



zəldib İraqtan sürətlə gəlir, Bistam və Damğanda özbək Rənişi yenib adam-

larını doğrayıb sürətlə keçir. Qızılbaşlar Kibək-Binin oğlu Qənbər Əlini də 

yenirlər və o da az bir qüvvə ilə Übeyd xanın yanına gəlir. Herat civarında 

qalmaq imkanı tapa bilməyən Übeyd xan isə  Bəlx, Hisar, Səmərqənd və 

Daşkənddəki bütün xan və sultanlara çaparlar yollayıb özü də Mərvə gəlir. 

Xan və sultanlar dərhal toplaşırlar. Daşkənddən Süyünçük xanın ikinci oğlu 

Baraq Sultan, Səmərqənd və Miyan-Qaldan Küçüm xan, Əbu Səid Sultan, 

                                                           

1

 Şahi-səadətmənd əbcəd hesabı ilə 934 (=1528) edir. 



Zəhirəddin Məhəmməd BABUR  

 

 



366

Polad Sultan, (347 b) oğullarıyla birlikdə Cani bəy Sultan, Hisardan Həmzə 

Sultan ilə Mehdi Sultan və digər bütün sultanlar dərhal gəlib Mərvdə Übeyd 

xana qoşulurlar, yüz beş min adam yığılır. 

Bunların casusu isə  xəbər gətirir ki, şahzadə  Təhmasib Übeyd xanın 

Herat civarında az bir əsgərlə oturmaqda olduğunu zənn etdiyi üçün qırx 

min adamla sürətlə  gəlib, amma çoxlu qüvvənin yığıldığı  xəbərini alınca 

Radəgan çayırında xəndəklər qazaraq yerləşib. Özbəklər bu xəbəri almaqla 

birlikdə düşməni heçə sayır, məsləhətləşib «Bütün xan və sultanlar Məşhəd-

də otururuq, qızılbaş ordugahının civarında olub düşmənin baş qaldırmasına 

imkan verməmək üçün bir neçə sultanı iyirmi min əsgərlə oraya təyin edərik. 

Günəş əqrəb bürcünə girincə də yadaçılara yada etməyi əmr edər və beləcə 

onları zəiflədib məğlub edərik» deyə qərar verir və Mərvdən qalxıb gedirlər. 

Şahzadə isə  Mərvdən çıxanlarla Cam və Xirgird civarında qarşılaşır  

və özbəklər yenilir, bir çox sultanları ələ keçirilib öldürülür.  

Bu məktubda Küçüm xanın dışında (348 a) heç bir sultanın qurtuldu-

ğunun dəqiq bəlli olmadığını da yazmışdılar. Əsgər arasında olan sultanlar-

dan hələ heç kim gəlməyibmiş. Hisardakı sultanlar Hisarı buraxıb çıxmışlar. 

İbrahim xanın [Cani] oğlu Çəlmə -ki, əsl adı İsmayıldır- Hisar kurqanında 

imiş. 


 

BABURUN HÜMAYUNA YAZDIĞI MƏKTUB 

 

Yenə bu Bəyan Şeyx Hümayun ilə Kamrana [Mirzə] yazılan məktub-



larla birlikdə təcili geri göndərildi. Cümə günü, ayın on dördündə [=27 no-

yabr] məktub və yazılar hazırlanıb Bəyan Şeyxə təslim edilərək izin verildi. 

O da şənbə günü, ayın onbeşində Aqradan ayrıldı. Hümayuna yazılan mək-

tubun surəti şudur: 

«Həsrət və xiffətlə salamladıqdan sonra Hümayuna sözüm budur ki, 

bazar ertəsi günü, rəbiüləvvəl ayının onunda [=23 noyabr] Bəyginə ilə Bə-

yan Şeyx gəldilər.  

Məktub və ərzi-hallar sayəsində oradakı vəziyyət açıqca anlaşıldı.  

Şükr, vermiş sənə həq fərzəndə, 

Sənə fərzəndü mənə dilbəndə 

 Tanrı təala belə sevinçləri mənə və sənə daima nəsib eyləsin, amin, ya 

rəbbül-aləmin. Adını  Əlaman qoymusan. Allah mübarək etsin. Lakin özün 

yazdığın halda, düşünməmisən ki, çox işlənməsi üzündən xalq buna Ələma, 

ya da ə1-Aman (348 b) deyər. Çünki belə əlif-lam adda az olur. Allah onun 

adını və zatını təqdis və mübarək etsin. Çox uzun illər və çox uzun zamanlar 

boyunca Əlamanı dövlət və səadətlə qorusun. 

Tanrı təala öz fəzl və kərəmilə bizim işlərimizi düzəldir. O qədər ki, 

heç bir dövirdə belə olmamışdır. 



BABURNAMƏ 

 

367



Sonra, çərşənbə axşamı günü, ayın on birində, bu əsnada Bəlx  əha-

lisinin Qurbanı dəvət edib içəriyə aldığı xəbəri gəldi. 

Kamrana və Kabildəki bəylərə əmr edildi ki, gedib sənə qoşulsunlar. 

Lazım gəlsə  Hisar  ya  da  Səmərqənd tərəfinə gedər və Allahın inayəti ilə 

düşmənlərı yenib vilayətləri alar, dostları şad, düşmənləri də dilxor edərsiniz, 

inşallahu təala. Bu sizlərin ən çox qılınc çalacaq zamanınızdır. Qapıya gələn 

işdə qüsur etməyin. Tənbəllik və səhlənkarlıq padşahlıqla bir araya sığmaz. 

Cahangire təvəqqüf bər niyabəd, 

Cahan anra buvəd kü beh şitabəd, 

Həmə çizi zi ruyi kədxudai, 

Sükun miyabəd illa padişahi

1



 

Cahangirlik durmaqla olmaz,  

Dünya tələsməyi bacaranındır. 

Hər işdə durub-dayanmaq olar, 

Padşahlıqda durub-dayanmaq olmaz. 

Əgər tanrı inayəti ilə  Bəlx və Hisar vilayətini asanlıqla  ələ keçirilsə, 

Hisarda sənin adamın olsun, Bəlxdə Kamranın adamı. Əgər tanrı inayətiylə 

Səmərqənd də ələ keçirilsə, Səmərqənddə sən otur. Hisar vilayətini (349 a) 

inşallah xassə mülkü edəcəyəm.  Əgər Kamran Bəlxi az saysa, bildirin, in-

şallah onun əskiyini də bu vilayətlərdən tamamlayarıq. 

Sonra, daima riayət edilən bu qaydanı sən də bilirsən: altı hissə sənin 

olursa, beş hissə Kamranındır. Bu qaydaya daima riayət edərək bunun dışına 

çıxmayın. Onunla yaxşı rəftar et. Böyüklər səbrli olmalıdır. Ümid edirəm ki, 

sən də yaxşı rəftar edəcəksən. O da şəriətə hörmətkar yaxşı bir igiddir. O da 

mülazimət və sədaqətdə qüsur etməz. 

Sonra, səndən bir az incimişəm, bu iki-üç ildən bəri heç bir adamın 

gəlmədi və mənim göndərdiyim adam da tam bir il sonra gəldi. Belə olarmı? 

Sonra, məktublarında yalnızlıq, yalnızlıq deyirsən. Yalnızlıq padşah-

lıqda ayıbdır. Necə ki demişlər: 

Əgər pay bəndi riza peş gir, 

Və gər yek süvari səri xeş gir. 

Əgər ayağın bağlı isə razı ol, 

Əgər tək atlı isən bildiyin kimi hərəkət et.

2

 

.

 



Heç bir zəncir padşahlıq zənciri kimi deyildir. Padşahliq ilə yalnızlıq 

bir araya sığmaz. Sonra, dediyim kimi, yazdığın məktubları oxumursan, 

çünki oxumaq (349 b) istəsəydin belə, oxuya bilməzdin, əgər oxuya bilsəy-

din,  əlbəttə ki, dəyişdirərdin. Məktubunu ancaq zorlanaraq oxumaq müm-

kündür, lakin çox dumanlıdır. Mənsur müəmmanı heç kim görməmişdir. 

                                                           

1

 Nizaminin Xosrov və Şirin  əsərindən. 



2

 Sədi Şirazidən.  



Zəhirəddin Məhəmməd BABUR  

 

 



368

İmlan o qədər doğru olmamaqla birlikdə fəna deyildir. 

İltifatı ta ilə yazımısan, qulancı isə ya ilə yazmısan.  

Xəttin çətinliklə də olsa oxunur, lakin bu dumanlı sözlərindəki məna 

tam anlaşılmır. Hər halda məktub yazmaqdakı  tənbəlliyin də bu üzdəndir. 

Təmtəraqlı yazmaq istəyirsən, ona görə də dumanlı olur. Bundan sonra sadə, 

açıq və bəsit sözlərlə yaz, sənə də daha az zəhmət olar, oxuyana da. 

Sonra, böyük bir iş üçün gedirsən.  İş görmüş, fikir və  tədbir sahibi 

bəylər ilə danışıb məsləhətləşərək onların sözüylə hərəkət etməlisən. 

Əgər mənim razı qalmağımı istəyirsənsə, yalnızlığı  və xalqdan uzaq 

olmağı burax. Gündə iki dəfə kiçık qardaşını və bəyləri öz başına buraxma-

yaraq hüzuruna çağırıb nə iş olursa-olsun, bu sadiq dostlarla birlikdə danışıb 

məsləhətləşərək qərar verməlisin. 

Sonra, Xoca Kəlan mənimlə çox səmimi münasibətdə olmağa alışmış-

dı. Sən də (350 a) ona qarşı mənim kimi hərəkət etməlisin. 

Əgər tanrı inayətilə o tərəfdəki işlər yüngülləşsə və Kamrana ehtiyac 

olmasa, Kamran Bəlxdə sağlam adamlar qoyub özü mənim yanıma gəlsin. 

Sonra, bu qədər fəth və zəfərlər Kabildə ikən oldu. Kabili uğur sayı-

ram və onu xassə mülkü etdim. Heç biriniz ona tamah etməyin. 

Sonra, yaxşı hərəkət edib Sultan Veysin könlünü almısan. Onu yanına 

alıb onun fikrilə hərəkət etməlisin. O, sözü dinlənəcək bir adamdır. 

Əsgəri yaxşı  yığıb yürüməlisən. Ağızdan söylənəcək sözləri Bəyan 

Şeyx bilir və söyləyəcək. Həsrətlə salam edirəm.

 

Cümə axşamı günü, rəbiüləvvəl ayının on üçündə [=26 noyabr] yazıldı. 



Kamran ilə Xoca Kəlana da bu məzmunda öz əlimlə məktublar yazdım. 

 

ƏSGƏRİNİN ŞƏRQƏ GÖNDƏRİLMƏSİ 

 

Çərşənbə günü, ayın on doqquzunda [=2 dekabr] mirzələrı, sultanları, 

türk və hind əmirlərini çağırıb danışıb məsləhətləşərək buna qərar verildi: 

«Bu il də bir tərəfə mütləq səfər etmək lazımdır. Əsgəri bizdən bir az öncə 

Puraba hərəkət etsin. Qanq çayının digər yaxasındakı sultanlar və əmirlər də 

əsgərləri ilə birlikdə Əsgəriyə qoşulsunlar. Hansı tərəfə getmək münasib gö-

rülsə, oraya getsinlər». 

Bunları yazıb şənbə günü, ayın (350b) iyirmi ikisində [=5 dekabr] on 

altı günlük bir müddət verilərək Qiyasəddin Qurçu başda Sultan Cüneyd 

Barlas olmaq üzərə Purab əmirlərinə qasid olaraq göndərildi. 

Ağızdan söylənənlər isə bunlar idi: zərbzən, araba, tüfəng və digər sa-

vaş vasitələri hazırlanana qədər özümüzdən öncə Əsgəri göndərildi. Qanqın 

digər yaxasındakı bütün sultan və əmirlərə də hazırlanan kimi dərhal Əsgə-

rinin yanında toplaşmaları əmr edildi: «Hansı tərəfə yürümək münasib gö-

rülsə, tanrının inayətilə o tərəfə hərəkət ediləcək. Oradakı dostlarla danışıb 


BABURNAMƏ 

 

369



məsləhətləşin,  əgər mənim gəlməyimi zəruri edən bir şey olursa, mənim 

göndiyim adam gələr-gəlməz, inşaallahu təala, dərhal hərəkət edəcəyəm. 

Əgər benqallar tərəfimizi tutub bizə bağlı olsalar və orada mənim iştirakımı 

zəruri qılacaq bir iş olmasa, bunu da açıqca  ərz edin. Boş durmaq olmaz, 

mən başqa tərəfə yürüyəcəyəm. Sizlər də dostlarla danışıb məsləhətləşərək 

Əsgəriylə birlikdə yürüyün və oradakı işlərə tanrı inayətilə bir xitam verin». 

Şənbə günü, rəbiüləvvəl ayının iyirmi doqquzunda [=12 dekabr] Əs-

gəriyə qiymətli daşlar la bəzənmiş kəmərli bir xəncər ilə padşanə xələt gey-

dirib bayraq, tuğ, nağara, cins atlar, on ədəd fil, bir qatar dəvə (351a) və di-

gər padşahanə vasitələlər ehsan edərək, divana riəasət etməsinə qərar verdim. 

Mollasına və iki atəkəsinə də düyməli yeləklər, digər adamlarına isə üç dəfə 

doqquz paltar ehsan etdim. 

Bazar günü, ayın sonuncu günündə isə  Sultan Məhəmməd Bəxşinm 

evinə getdim. Xalı sərib hədiyyələr gətirdi. Nəqd və mal olaraqla iki lekdən 

bir az artıq hədiyyə verdi. Hədiyyələrin təqdimatındansonra isə başqa bir 

otağına keçərək məcun yedik. Oradan da üçüncü pəhərdə çıxıb suyu keçərək, 

xəlvətxanaya gəldim.  

 

AQRA VƏ KABİL ARASINDA 

POÇT SİSTEMİNİN QURULMASI 

 

Cümə axşamı günü, rəbiüləvvəl ayının dördündə [=17 dekabr] belə 



qərar verdim: «Çıxmaq bəy katiblik vəzifəsini yerinə yetirəcək Şahi Tamğa-

çıyla birlikdə Aqradan Kabilə qədər olan məsafəni ölçərək hər doqquz kü-

ruhda on iki kari hündürlükdə qüllə  və üstündə bir otaq tikəcəklər, hər on 

səkkiz küruhda altı yam [poçt] atı bağlayacaqlar, yamçıya [poçtalyon] və 

mehtərə maaş və atlara yem təyin ediləcək. Elə buyuruldu ki, əgər bu poçt 

atı bağlanan yer bir xassə mülkünə yaxınsa, bu söylənənləri oradan təmin et-

sinlər, əgər hər hansı bir bəyin pərgənəsinə yaxınsa, bu işi o bəyin məsuliy-

yətinə versinlər». 

O gün Çıxmaq ilə  Şahi Aqradan ayrıldılar. Bu küruhlar milə görə 

Müəyyənləşdirildi. Necə ki Mübəyyəndə belə deyilir: (351 b) 

Dörd min qədəm bilə bir mil, 

Bir küruh ona hind eli der, bil. 

 

Dedilər bir yarım kari bir qədəm, 



Hər xari bil ki vardır altı tutam. 

 

Hər tutam dörd əlik



1

, yenə hər əlik 

Altı cəv ərzi buldu, bil bu bilik. 

                                                           

1

 Əlik çağatayca barmaq, cəv isə farsca arpa deməkdir.  



Zəhirəddin Məhəmməd BABUR  

 

 



370

Ölçü ipi, burada söyləndiyi kimi, bir qədəm = doqquz tutam = bir ya-

rım kari hesabıyla qırx qədəm uzunluğunda müəyyən edildi ki, belə yüz ip 

bir küruh edir. 



 

ELÇİLƏRİN QATILDIĞI BİR ZİYAFƏT 

 

Şənbə günü, ayın altısında [=19 dekabr] bir toy oldu. Qızılbaş, özbək 



və hind elçiləri bu ziyafətdə iştirak etdilər. Qızılbaş elçiləri mənim sağımda 

yetmiş-səksən kari uzaqlığa çadır qurdurularaq oraya oturduldular. Bəylər-

dən Yunus Əlinin da qızılbaşlarla birlikdə oturması əmr edildi. Solumda da 

eyni  şəkildə özbək elçilərini oturdub bəylərdən Abdullahın [Kitabdar] da 

bunlarla birlikdə oturması əmr edildi. 

Özüm isə yeni tikilən səkkizguşəlı və təzə otlarla örtülü köşkün şimal 

yönündə oturdum. Sağımda beş-altı kari uzaqda Toxta Buğa Sultan, Əsgəri, 

Xoca həzrətlərinin oğlu Xoca Əbdüşşəhid, Xoca Kəlan, Xoca Hüseyni, Xə-

lifə  və  Səmərqənddən gələn xocaların xidmətində olan hafiz və mollalar 

oturdular. Solumda isə beş-altı  (352 a) kari uzaqda Məhəmməd Zaman 

Mirzə, Tan-Atmış Sultan, Seyid Rəfi, Seyid Rumi, Şeyx Əbülfəth, Şeyx Ca-

mali, Şeyx Şəhabəddin Ərəb və Seyid Dəkəni oturdular. 

Bütün sultanlar, xanlar, irəli gələnlər və əmirlər yeməkdən öncə altın, 

gümüş və mis axçalar, qumaş və digər əşyalardan ibarət saçıqlar gətirdilər. 

Önümə bir xalı sərmələrini əmr etdim. Altın və gümüşü bu xalı üzərinə tök-

dülər. Qumaşları, bezləri və axça torbalarını isə altın və gümüşün yanına 

yığdılar. 

Yeməkdən bir az öncə saçıqlar təqdim olunarkən azğın dəvələr ilə 

filləri qarşıdakı adada vuruşmağa saldılar. Bir neçə qoç da vuruşdurdular. 

Ondan sonra pəhlivanlar güləşdi. 

Böyük yeməkdən sonra Xoca Əbdüşşəhid ilə Xoca Kəlana incə qu-

maşdan paltarlar və müvafiq xələtlər geydirildi. Molla Fərrux ilə Hafiz [Mir 

Katib] rəyasətində  gələnlərə  də yeləklər geydirildi. Küçüm xanın elçisi ilə 

Həsən Çələbinin kiçık qardaşına da qumaş başlıqlı və düyməli samur kürk-

ləri və mövgelərinə uyğun xələtlər ehsan edildi. Əbu Səid Sultanın və Meh-

riban xanımın və  oğlu Polad Sultanın elçilərinə  və  Şah Həsənin elçisinə 

düyməli yeləklər, qumaş  (352 b) libaslar ehsan edildi. İki xocaya və iki 

böyük elçiyə -ki, kiçık xanın adamı ilə Həsən Çələbinin kiçık qardaşlarıdır- 

gümüş daşı ilə qızıl və qızıl daşı ilə gümüş çəkilərək ehsan edildi. Qızıl da-

şı

1



 beşyüz misqaldır, Kabil daşı ilə bir sir edir. Gümüş daşı iki yüz əlli mis-

qaldır və Kabil ölçüsüylə yarım sir edir. 

Xoca Mir Sultana, oğullarına və digər elçilərə  də altın və gümüşdən 

ehsanlar verildi. Yadigar Nasirə  kəmərli bir xəncər ehsan edildi. Mir Mə-

                                                           

1

 Daş: qiymətli şeyləri çəkməkdə istifadə edilən bir ağırlıq ölçüsü. 



BABURNAMƏ 

 

371



həmməd Calebana Qanq çayında körpü tikdiyi üçün uyğun bir ehsan  veril-

mişdi. Bu Məhəmməd ilə tüfənfəndazlardan Pəhlivan Hacı  Məhəmməd, 

Pəhlivan Bəhlul və Vəli Parsçıya da birər xəncər ehsan edildi. Ustad Əliqu-

lunin oğluna da bir xəncər ehsan edildi. Seyid Davud Gərmsiriyə altın və 

gümüş ehsan edildi. Qızım Məsumə ilə oğlum Hindalın adamlarına da düy-

məli yeləklər və qumaş xələtlər ehsan edildi. Əndicandan və bizim vilayət-

siz və vətənsiz dolaşdığımız yerlərdən, Suh və Hüşyardan gələnlərə də ye-

ləklər, qumaş xələtlər, altın, gümüş və hər cür əşya ehsan edildi. Qurban ilə 

Şeyxinin adamlarına və Kahmərdin (353 a) rəiyyətlərinə də yenə bu tərzdə 

ehsanlar verildi. 

Ziyafətdən sonra hind hoqqabazlarının gəlib oyunlarını göstərmələrini 

əmr etdim. Bunlar da gəlib hünərlərini göstərdilər. Hindistan hoqqabazları 

bizim tərəflərin hoqqabazlarında görünməyən bəzi hünərləri də göstərirlər. 

Bunların bir neçəsi budur: yeddi xalqadan birini alnına, ikisini dizlərinə yer-

ləşdirib ikisini əl barmaqları, ikisini də ayaq barmaqlarıyla sürətli və dur-

madan döndərirlər. Bir də tovuz yürüyüşü kimi, bir əlini yerə dayayıb digər 

əli və iki ayağıyla üç halqayı sürətli və durmadan döndərirlər. 

Bir də bizim tərəflərın hoqqabazlan iki ağacı ayaqlarına bağlayaraq 

kəndirbaz ayaqlığı düzəldib gəzirlər, Hindistan hoqqabazları isə bir ağacla 

ayaqlıq düzəldib bunu ayaqlarına bağlamadan yeriyirlər. 

Bir də bizim tərəflərdə iki kəndirbaz bir-birinə tutunaraq iki mayallaq 

vururlar, hind kəndirbazları isə bir-birinə tutunaraq üç-dörd dəfə mayallaq 

vururlar. 

Bir də bir kəndirbaz altı-yeddi kari uzunluğunda sırığın bir ucunu beli-

nə dayayır, digər biri isə sırığa çıxıb (353 b) sırıq üstündə oyunlar göstərir. 

Bir də kiçık bir kəndirbaz böyük bir kəndirbazın başına çıxıb hərəkət 

etmədən durur. Aşağıdakı cambaz sürətlə sağa-sola yürüyüb hünərlərini 

göstərərkən bu kiçık də o onun başında dimdik və hərəkətsiz duraraq, öz hü-

nərlərini göstərir. 

Bundan başqa, bir çox rəqqasələr də gəlib rəqs etdilər. Axşama doğru 

altın, gümüş və misdən bir çox para saçıldı. Böyük bir gurultu və izdiham 

oldu. 


Axşam ilə yatsı arasında beş-altı yaxın dostu yanıma alıb oturtdum. 

Bir pəhərdən artıq oturduq. Ertəsi sabah ikinci pəhərdə gəmiyə minib Həşt-

Behiştə gəldik.  

Səfər hazırlığını tamamlamış olan Əsgəri bazar ertəsi günü gəlib ha-

mamda izin alaraq şərqə doğru hərəkət etdi. 

Çərşənbə axşamı günü Dulpurda tikilməsini əmr etdiyim hovuz və qu-

yunu görməyə getdim. Bir pəhər və bir geridə bağdan atlanaraq gecənin ilk 

pasından beş geri keçəndə Dulpur bağına vardıq. 

Cümə axşamı günü, ayın on birində [=24 dekabr] daş quyu, iyirmi altı 


Zəhirəddin Məhəmməd BABUR  

 

 



372

daş arx, daş sütun və yekparə qayadan qazılan arxlar tamamlanaraq, o günün 

üçüncü pəhərindən etibarən quyudan su çəkilməyə başlandı. Dulpurda çalış-

maqda  (354 a) olan daşçı, dülgər və  işçilərə Aqradakı ustalar və  işçilərə 

olduğu kimi ehsanlar verildi. 

Quyu suyunun qoxusunun önünə keçmək üçün tədbir olsun deyə on 

beş gün boyunca gecə-gündüz heç durmadan çarxı döndürərək su çəkmələri-

ni əmr etdik. 

Cümə günü ilk pəhərə bir geri qalanda Dulpurdan hərəkət etdik. Gü-

nəş hələ batmamışdı ki çaydan keçdik.  



Yüklə 5,03 Mb.

Dostları ilə paylaş:
1   ...   36   37   38   39   40   41   42   43   ...   46




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin