Baburnamə 3



Yüklə 5,03 Mb.
Pdf görüntüsü
səhifə38/46
tarix03.02.2017
ölçüsü5,03 Mb.
#7294
1   ...   34   35   36   37   38   39   40   41   ...   46

KANVA SAVAŞININ SONRASI 

 

Düşməni məğlub etdikdən sonra vura-vura təqib etdik. Kafirin düşər-



gəsindən bizim ordugaha iki küruh qədər məsafə vardı. Ordugahlarına get-

dik. Məhəmmədi, Əbdüləziz, Əli xan [Fərmüli] və başqa adamlar kafiri ar-

xadan təqib üçün göndərildi. Lakin bir az diqqətsizlik göstərdilər. Gərək bu 

işi başqasına tapşırmayıb özüm gedəydim. Kafirlərin düşərgəsindən bir kü-

ruh qədər irəliləmişdim, lakin artıq gec olduğu üçün dönüb yatsı zamanı or-

                                                           

1

 Quran, İsra surəsi, 17:46 və Əhzab surəsi, 33:38. 



2

 Yazı – çöl.   

3

 Küffar – kafirlər.  



4

 Hünud – hind sözünün cəmi, hindlər.  

5

 Hərbsazi oldum – hərb elədim, savaşdım.  



6

 Fəthi-padşahi-islam: (islam padşahının fəthi) ifadəsindəki hərflərin  əbcəd hesabı ilə 

cəmi 933 (=1527) edir.  

7

 Vəsəti-şəhri-rəbiüləvvəl: (rəbiül-əvvəl ayının ortası) ifadəsindəki hərflərin əbcəd hesa-



hesabı ilə cəmi 930 (=1524) edir. 

BABURNAMƏ 

 

343



dugaha gəldim. 

O qədər uğursuzluq etmiş olan Məhəmməd  Şərif Münəccim dərhal 

təbrik üçün gəldi. Ağzıma gələni deyib içimi boşalttım. Gərçi bu kafir uğur-

suz, özünü hədsiz bəyənən və çox itaətsiz bir adamdı, lakin əski xidmətləri 

vardı. Bir lek pul ehsan edib mənim (325 b) məmləkətimi tərk edərək get-

məsinə izin verdim. 

Ertəsi gün də həmin yerdə qaldıq. Məhəmməd Əli Cəng-Cəng, Şeyx 

Gürən və Əbdülməlik Qurçuya böyük bir qüvvə verdim, Miyan-Duabda üs-

yan edib Külü alaraq Kiçık  Əlini  əsir edən  İlyas xanın üstünə göndərdim. 

Bunlar gedəndə düşmən vuruşmadan hər tərəfə dağılır. Mən Aqraya gəldik-

dən bir neçə gün sonra özünü ələ keçirib gətirdilər. Diri-diri dərisini üzdür-

düm. 


Ordugahın önündə bir təpə vardı, savaş da bu təpənin önündə cərəyan 

etmişdi. Bu təpənin üstünə kafirlərin başından bir minarə dikilməsini  əmr 

etdim. 

Bu yurddan qalxıb iki dəfə dincəldikdən sonra Biyanəyə gəldik. Biya-



nəyə, hətta Əlvar və Mivata qədər yerdə yatan kafirlərin və islam dinindən 

dönənlərin cəsədləri saysız-hesabsızdı. Gedib Biyanəyi gəzdim. Ordugaha 

dönüb türk və hind əmirlərini çağırdım, bu kafirin vilayətinə qoşun çəkmək 

haqqında danışıb məsləhətləşdik. Lakin yollarda suyun azlığı və istinin şid-

dəti üzündən bu səfərdən vaz keçdik. 

Mivat vilayəti Dehlinin yaxınındadır və təqribən üç-dörd kürur qədər 

gəliri var. Həsən xan Mivatinin babaları yüz-iki yüz ilə yaxın bir müddətdən 

bəri Mivatı müstəqil bir şəkildə idarə etmişlər. Dehli sultanlarına (326 a) bir 

qədər itaət edirlərmiş. Hind sultanları isə ya öz vilayətlərinin genişliyi, ya 

imkanlarının darlığı, ya da Mivatın dağlıq olması üzündən bu vilayətin zəbt 

edilməsinin dalısınca düşməmiş, bu qədər itaəti kafi sayaraq vilayəti onların 

idarəsində qoymuşdular. 

Biz də Hindistanın fəthindən sonra əski sultanların düsturuyla hərəkət 

edərək Həsən xanın etibarını saymaqda davam etdik. Lakin o, haqq tanımaz 

kafir və mülhid bizim lütf və inayətimizi heçə sayaraq, ona tərbiyə və etibar 

göstərməmizə şükr etmədən, daha öncə bəhs etdiyim kimi, bütün fitnələrin 

başı və bütün pisliklərin səbəbi idi. 

Bu səfər tamamlanınca Mivatı  zəbt etmək üçün hərəkət etdik. Dörd 

dəfə dincəldikdən sonra Mivatın mərkəzi olan Əlvar kurqanından altı küruh 

məsafədə yerləşən Manəsni çayının sahilinə endik. 

Həsən xandan əvvəl onun babaları Ticarədə otururlarmış. Mən Hindis-

tana gəlib Pehar xanı məğlub edərək Lahor və Dibalpuru aldığım il [=1524] 

məndən qorxduğu üçün gələcəyi düşünərək bu kurqanın möhkəmləndirilmə-

ilə məşğul olmuşdu. 

Həsən xanın Kərmçənd adlı mötəbər bir adamı -oğlu Aqrada ikən də 


Zəhirəddin Məhəmməd BABUR  

 

 



344

gəlmişdi- yenə oğlunun yanından Əlvardan (326 b) gəlib aman dilədi. Əb-

dürrəhim Şiğavul vəd fərmanlanyla və onunla birlikdə oraya göndərildi. O 

da gedib Həsən xanın oğlu Nahir xanı alıb gəldi. Təkrar inayət göstərildi və 

bir neçə leklik pərgənə təxsisat olaraq verildi. 

Xosrovun savaşda yaxşı  işlər görmüş olduğunu zənn etdiyim üçün 

təxsisatını  əlli lek edib Əlvara təyin etdik, amma bəxtsizliyi üzündən naz-

lanaraq qəbul etmədi. Sonradan anlaşıldı ki, işi Cin-Teymur Sultan görüb-

müş. Mükafat Sultana verilib Mivatin paytaxtı olan Ticarə şəhəri ona ehsan  

edildi və təxsisatı da əlli lekə çıxarıldı. 

Sanka müharibəsində sağ qolun pusquçusu olan Turdukə, digərlərinə 

nəzərən daha yaxşı vuruşmuşdu, onun təxsisatı on beş lekə çıxarılaraq, özü-

nə də Əlvar kurqanı ehsan edildi. Əlvar kurqanının xəzinələri isə içindəki-

lərlə birlikdə Hümayuna verildi. 

O yurddan rəcəb ayının birinci çərşənbə günü [=3 aprel] qalxıb Əlva-

rın iki küruh məsafəsinə gəldik. Gedib Əlvar kurqanını gəzdim və o gecəni 

orada keçirərək ertəsi gün ordugaha gəldim. 

 

HÜMAYUNUN KABİLƏ QAYITMASI 

 

Kafirlərlə savaşın başlamasından bir az əvvəl, bəhs etdiyim kimi, bö-

yüklər və kiçıklər and içəndə (327 a) bu fəthdən sonra heç kimə vəzifə təklif 

edilməyəcəyi və getmək istəyən hər kəsə izin veriləcəyini də söyləmişdim. 

Hümayunun nökərlərinin əksəriyyəti Bədəxşan civarındakı xalqdandı. 

Daha öncə heç biri bir, ya da iki ay qədər davam edən səfərdə iştirak etmə-

mişdi. Hələ savaş başlamadan taqətsiz düşmüşdülər. Belə bir vəddə bulun-

duğum və Kabil də boş qaldığı üçün Hümayunun Kabilə qayıtmasına izin 

verməyi qərarını aldım. 

Bu qərarla birlikdə Əlvardan cümə axşamı günü, rəcəb ayının doqqu-

zunda hərəkət edib dörd-beş küruh gedərək Manəsni çayının sahilinə endik. 

Mehdi Xocanın  da çox iztırabı vardı, onun da Kabilə getməsinə izin verildi. 

Biyanənin şikdarlığı Dost eşik-ağaya verildi. Mehdi Xocaya daha öncə Əta-

və verilmişdi. Amma Qütb xan Sərvani Ətavəni buraxıb qaçınca oraya Meh-

di Xocanin  yerinə oğlu Cəfər Xoca göndərildi. 

Hümayuna izin verdiyim üçün iki-üç gün boyunca bu yurdda qaldım. 

Mömin Əli Tavaçı da bir fəthnaməylə birlikdə bu yurddan Kabilə göndərildi. 

 

FİRUZPUR ÇEŞMƏSİNƏ VƏ KUTİLƏNİN 



BÖYÜK GÖLÜNƏ GƏZİNTİ 

 

Firuzpur çeşməsinin və Kutilənin böyük gölünün tərifini eşitmişdim. 

Həm Hümayunu yola salmaq, həm də bu yerləri gəzmək üçün ordugahı bu-


BABURNAMƏ 

 

345



rada qoyub bazar günü (327 b) hərəkət etdim. 

O gün Firuzpuru və çeşməsini sey redib məcun yedik. Çeşmənin suyu-

nun gəldiyi dərədə tamamiln kənir çiçəkləri açmışdı. Tərif edildiyi qədər ol-

masa belə, xoş bir yerdi. Bu dərənin içinə, suyun bir az geniş olduğu bir ye-

rə daşları yontub hövzi-kəbir tikilməsini əmr etdim.  

Gecəni o dərədə keçirib ertəsi gün Kutilə gölünü gəzdim. Gölün hər 

tərəfinə bir dağın  ətəyi uzanır. Manəsni çayı bu gölə axır. Olduqca böyük 

bir göldü. Bir sahilindən digər sahili yaxşı görünmürdu. Gölün ortasında bir 

yüksəklik, onun ətrafında bir çox kiçık qayıqlar vardı. Civarındakı kəndlilər 

qarışıq zamanlarda qayıqlara minərək oraya gedib özlərini qurtarırlarmış. 

Biz gələndə də xeyli adam qayıqlara minib gölün içərisinə doğru getdi. 

Gölü seyr etdikdən sonra gedib Hümayunun ordugahına endik. Orada 

dinclənib yemək yedikdən sonra Mirzəyə və bəylərə xələtlər geydirib yatsı 

vaxtı Hümayuna vida etdik. Oradan hərəkət etdik və yolda bir yerdə uyuyub 

təkrar hərəkət edərək dan ağaranda Kühri pərgənəsindən keçib yenə qısa bir 

müddət uyuduqdan sonra Tudəyə enmiş olan ordugaha döndük. 

Tudədən qalxıb Sunkara enəndə Əbdürrəhimə [Şiğavul] təslim edilmiş 

olan Həsən xan (328 a) Mivatinin oğlu Nahir xan qaçdı. 

Oradan qalxıb arada bir dəfə dincəldikdən sonra Büsavər ilə Çusə ara-

sındakı dağın çıxıntısında yerləşən bulağa enib çadırlar qurduraraq məcun 

yedik. Orduyla birlikdə buradan keçərkən Turdu bəy Xaksar bu bulağı tərif 

etmişdi, orada gəlmiş və at üstündə seyr edib keçmişdik. Gözəl bir bulaqdır. 

Hindistanda axarsu heç yoxdur, bulaq da azdır. Nadir olaraq rastlanan 

bulaqlar da yerdən sızıntı kimi sızaraq çıxır, bizim tərəflərin bulaqları kimi 

fışqıraraq çıxmır. Bu bulağın suyu isə bir dəyirmanı işlədəcək suyun yarısı 

qədər vardı  və dağın  ətəyindən fışqıraraq çıxırdı.  Ətrafı tamamilə çayırdı. 

Çox xoşuma gəldi. Bulağın üstünə, yonulmuş daşlardan səkkiz guşəli bir 

hovuz tikilməsini əmr etdim.  

Bulağın yanında otururkən məcunun təsiri altında ola Turdu bəy öyü-

nərək, durmadan belə təkrar edirdi: «Çün çaye xoş kərdəəm, name mibayəd 

mand» (Madam ki bir yeri gözəlləşdirdim, bir ad verilməsi lazımdır).  Ab-

dullah [Kitabdar] da dedi ki: «Çeşmeyi-padişahi-Turdu bəy xoşkərdə» (Tur-



du bəy tərəfindən gözəlləşdirilən padşah bulağı demək lazımdır). 

Onun bu sözü xeyli gülüşməyə və zarafata səbəb oldu. 

Dost eşik-ağa, Biyanədən gəlib bu bulaq başında mülazimət etdi. 

Buradan  (328 b) gedib təkrar Biyanəni gəzdim. Oradan da Sirkiyə 

gələrək salınması əmr edilən bağın yanında iki gün qaldım. Bağa diqqət ye-

tirdikdən sonra, cümə axşamı günü, rəcəb ayının iyirmi üçündə [=25 aprel] 

səhər vaxtı Aqraya çatdım.  

Bəhs etdiyim kimi, düşmənlər bu qarışıqlıq zamanında Çəndvar ilə 

Rabirini də əllərinə keçirmişdilər. Məhəmməd Əli Cəng-Cəng, Qoç bəy oğ-


Zəhirəddin Məhəmməd BABUR  

 

 



346

lu Turdu bəy,  Əbdülməlik Qurçu və  dəryaxaniləri ilə birlikdə Hüseyn xan 

Çəndvar ilə Rabirinin üstünə göndərildilər. 

Çəndvara yaxınlaşdıqlarında orada olan Qütb xan Sərvaninin adamı 

bunların gəldiyini eşidərək qaçıb gedir, bunlar da Çəndvarı  zəbt etdikdən 

sonra Rabiriyə keçirlər. 

Hüseyn xan Nuhaninin adamları küçələrə barrikadalar quraraq bir az 

savaşmaq niyyətilə qarşı çıxırlar, amma bizimkilər üstlərinə yüklənincə qar-

şı dura bilməyib qaçırlar. Hüseyn xan filə minərək bir neçə adamıyla birlik-

də çaya girir və suda boğulur. 

Bu xəbəri duyunca, Qütb xan Sərvani də  Ətavəni buraxıb bir dəstə 

adamıyla birlikdə qaçdı. Ətavə öncədən Mehdi Xocaya vəd edilmiş olduğu 

üçün Ətavəyə onun yerinə oğlu Cəfər Xoca göndərildi. 

 

DİGƏR TƏYİNATLAR 

 

Bəhs etdiyim kimi, kafir Sankanın üsyanında hindistanlılar ilə əfqan-

ların çoxu bizdən üz çevirərək bütün pərgənə  və vilayətləri  əllərinə keçir-

mişdilər. Sultan Məhəmməd Dulday Kanucu buraxıb gəlmiş olduğu üçün 



(329 a) qorxusundan və ya xəcalətindən Kanuca getməyi qəbul etmədi və 

Kanucun otuz lekini Sihrindin on beş lekinə dəyişdi. Kanuc da Məhəmməd 

Sultan Mirzəyə ehsan edilib təxsisatı otuz lek oldu. 

Bedaunu Qasım Hüseyn Sultana verildi. Onu türk əmirlərindən böyük 

və kiçık qardaşları  və moğollarıyla birlikdə  Məlik Qasım Baba-Qaşqa, 

Əbülməhəmməd Nizəbaz, atasıyla Müəyyəd, dəryaxaniləri ilə  və Sultan 

Məhəmməd Duldayın nökərləri ilə birlikdə Hüseyn xan, hind əmirlərindən 

Əli xan Fərmüli, Məlikdad Kərərani,  Şeyx Məhəmməd  Şeyx Nikari, Tatar 

xan Xani-cahan ilə birlikdə Məhəmməd Sultan Mirzəyə qoşub kafir Sanka-

nın yaratdığı qarışıqliq dönəmində gəlib Ləknuru zəbt etmiş Bibənin üstünə 

göndərdim. Bu ordu Qanq çayından keçdiyi zaman Bibən onların gəldiyini 

xəbər alaraq əşyalarını buraxıb qaçdı. Əsgər arxasından Xeyrabada gedib bir 

neçə gün qaldıqdan sonra, oradan geri qayıtdı. 

Xəzinələr bölüşdürülmüşdü. Vilayətlər ilə pərgənələri təqsim edincəyə 

qədər bu kafir işi araya girmişdi. Kafirlə savaşdan sonra isə vilayət və pər-

gənələr paylaşdırıldı. (329 b) Yağmur mövsümü yaxınlaşdığı üçün hər kəsin 

öz pərgənəsinə gedib hazırlığını görməsinə və yağmur mövsümü keçər-keç-

məz də hərəkətə hazır olmasına qərar verildi. 

Bu əsnada Hümayunun Dehliyə gedib oradakı xəzinələrin bir neçəsini 

icazəsiz zəbt etdiyi xəbəri gəldi. Ondan heç bir zaman belə bir hərəkət göz-

ləmirdim. Bu mənə çox ağır gəldi. Ağır xəbərdarlıq məktubu göndərdim. 

İraqa elçi olaraq gedib oradan Süleyman Türkmən ilə birlikdə dönmüş 

olan Hacəgi Əsəd, cümə axşamı günü, şaban ayının on beşində [=16 may], 


BABURNAMƏ 

 

347



yenə Süleyman ilə birlikdə və müvafiq hədiyyələrlə şahzadə Təhmasibin ya-

nına elçi olaraq göndərildi. 

Turdu bəy Xaksarı dərvişlikdən çıxarıb sipahi eləmişdim. Bir neçə il 

mülazimətdən sonra, dərvişlik dərdi təkrar oyanaraq izin istədi, izin verib el-

çi olaraq Kamran [Mirzə]nin yanına göndərildi. 

Keçən il Hindistanı  tərk edib gedənlər haqqında tək bir qitə yazmış-

dım. Molla Əlixana xitabən yazılmış bu qitə Turdu bəy vasitəsilə ona gön-

dərildi. O qitə budur:  

Ey olar kim, bu hind kişvərindən 

Vardınız anlab özgə rəncü sitəm. (330 a) 

 

Kabilə, xoş havasına darıxıb, 



Hinddən uzaq getdiniz ol dəm. 

 

Gördünüz, tapdınız ikən onda – 



İşrətü eyş bilə nazü neəm. 

 

Biz dəxi ölmədik bihəmdülla, 



Gərçi çox rənc yedik, bihəd qəm. 

 

Xətti-nəfsi məşəqqət bədəni, 



Sizdən ötdiyü ötdü bizdən həm. 

Bu ramazanı Həşt-Behişt bağında keçirdik. Hər təravih qüsl ilə qılındı. 

On bir yaşımdan bəri iki ramazan bayramını arxa arxaya eyni yerdə keçir-

məmişdim. Ötən ramazan bayramı Aqrada olduğum zamana təsadüf etmişdi. 

Bu qaydaya xələl gətirməmək üçün ayın sonuncu bazar günü axşamı bay-

ramı qeyd etmək üzrə Sikriyə getdim. 

Sikridə salınan Baği-Fəthin  şimal-qərb tərəfindəki daş taxt hazır ol-

muşdu. O taxtın üzərində ağ çadır qurub bayramı orada qeyd etdik. Aqradan 

hərəkət etdiyimiz axşam Mir Əli Qurçu da Şah Həsənin yanına Təttəyə gön-

dərildi. Şah Həsənin karta çox düşkün idi, bir dəst istəmişdi, onunla bir dəst 

də kart göndərdim. 

Bazar günü, zülqədə ayının beşində [=4 avqust] xəstələndim, xəstəli-

yim on yeddi gün davam etdi. 

Cümə günü, həmin ayın iyirmi dördündə [=23 avqust] Dulpura gəz-

məyə getdik. Gecə yarı yolda uyuyub (330 b) sabah tezdən Sultan İskəndə-

rin bəndinə gəlib endim. Bənddən bir az aşağıda, dağın bittiyi yerdə, tikin-

tidə işlənən qırmızı daşdan böyük bir parça düşmüşdü. Ustad Şah Məhəm-

məd daşçını gətirdib əgər yekparə bir ev düzəltmək mümkünsə yekparə bir 

ev düzəltməyi, əgər alçaq gəlsə, həmin daşdan yekparə bir hovuz qazmağı 

əmr etdim. 



Zəhirəddin Məhəmməd BABUR  

 

 



348

Dulpurdan Bari tərəfinə getdim. Ertəsi gün Baridən hərəkət edib Bari 

ilə Çənbəl arasındakı dağı keçərək, Çənbəl çayını seyr etdikdən sonra geri 

döndüm. Bu aradakı dağda abnus ağacı gördük. Sən demə, bu ağacın bəyazı 

da olurmuş. Bu dağdakıların çoxu ağ abnus ağacıydı. Baridən gedib Sikrini 

gəzdikdən sonra çərşənbə günü, ayın iyirmi doqquzunda [=28 avqust] Aqra-

ya gəldim.  

O günlərdə  Şeyx Bəyazid haqqında çox da yaxşı olmayan xəbərlər 

söyləyirdilər. Sultan Əli Türk iyirmi günlük möhlət ilə Şeyx Bəyazidin ya-

nına göndərildi. 

Cümə günü, zilhiccə ayının ikisində [=30 avqust] qırx bir dəfə oxunan 

virdə


1

 başladım. 

Yenə o günlərdə 

Gözü qaşü sözü telinimi de,  

Qəddü xəddü saçü belinimi de 

beytimi beş yüz dörd vəzndə təqti etdim

2

. Bu xüsusda bir risalə yazdım. 



O gün təkrar (331 a) xəstələndim və bu dəfə xəstəliyim doqquz gün 

davam etdi. Cümə axşamı günü, zilhiccə ayının iyirmi doqquzunda [=25 

sentyabr] gəzmək üçün Kül və Sənbələ hərəkət etdim. 

 

 



 

 

 



 

 

 



 

 

 

 

 

 

 

 



 

 

 



 

 

                                                           



1

 Vird: müəyyən zamanlarda oxunması adət olan Quran cüzləri, duaları. 

2

 Təqti: ədəbiyatda mənzuməni vəzn parçalarına görə ayırıb aralıqlı oxuma. 



BABURNAMƏ 

 

349



 

HİNDİSTAN - 934 (27 SENTYABR 1527 - 15 SENTYABR 1528) 



 

DOQQUZ YÜZ OTUZ DÖRDÜNCÜ İLİN HADİSƏLƏRİ 

 

Məhərrəm ayının birinci şənbə günü [=28 sentyabr] Külə endik. 

Hümayun Dərviş Əli ilə Yusifi [Riqabdar] Sənbəldə buraxmışdı, onlar 

da çaydan keçərək Qütb Sərvani ilə bir neçə racəni möhkəm məğlub etmiş-

lər. Bir çox adamı öldürmüş, xeyli baş və bir də fil göndərmişlər, biz Küldə 

ikən gətirdilər. 

İki gün Külü seyr edib Şeyx Gürənin xahişi ilə onun evinə düşdük. Zi-

yafət verib hədiyyələr təqdim etdi. Oradan hərəkətlə Ötrüliyə endik. Çərşən-

bə günü Qanq çayından keçib Sənbəl kəndlərində dincəldik və cümə axşamı 

günü Sənbələ endik. Sənbəldə iki gün gəzdikdən sonra, şənbə günü, səhər 

vaxtı geri qayıtdıq. 

Bazar günü Sikəndərədə Rav Sirvaninin [Ravuy Sərvani] evinə endik. 

Yemək verib xidmət etdi. Oradan dan üzü hərəkət etdik. Yolda bir bəhanə 

ilə məiyyətimdəkilərdən ayrılıb atımı dördnala çaparaq, Aqradan bir küruh 

məsafəyə  qədər təkbaşıma gəldim. Məiyyətimdəkilər sonra arxadan gəlib 

yetişdilər. Günorta Aqraya endik. 

Bazar günü, məhərrəm ayının on altısında [=13 oktyabr] isitdim, titrət-

dim, xəstəlik iyirmi beş-iyirmi altı gün çəkdi, dərman içdim, axırda yaxşı-

laşdım. Yuxusuzluq və susuzluq üzündən çox iztirab çəkdim. 

Xəstə olduğum o günlərdə üç-dörd (331 b) rübai söylədim. Onlardan 

biri də budur:  

Cismimdə isitmə gündə möhkəm oladır, 

Gözdən uçadır uyğu, çü axşam oladır, 

Hər ikisi qəmim bilə səbrim tək 

Hey dəyişər; bu artadır, ol kəm oladır. 

Şənbə günü, səfər ayının iyirmi səkkizində [=23 noyabr] xalalarım 

Fəxri-Cahan bəyim ilə Xədicə Sultan bəyim gəldilər. Gəmiylə gedib Sikən-

dərabaddan bir az yuxarıda mülazimət etdim. 

Bazar günü Ustad Əliqulu böyük topla bir daş atdı. Gərçi daşı uzağa 

getdi, amma top parça-parça oldu. Bir parçası xalqın üstünə düşdü, səkkiz 

adam həlak oldu. 

Bazar ertəsi günü, rəbiüləvvəl ayının yeddisində [=2 dekabr] gəzmək 

üçün Sikriyə getdim. Gölün içində tikilməsini əmr etdiyim səkkiz guşəli taxt 

tamamlanmışdı. Gəmiylə oraya gedib çadır qurduraraq məcun yedik. 



 

BABUR ÇƏNDİRİ SƏFƏRİNƏ ÇIXIR 

 

Zəhirəddin Məhəmməd BABUR  

 

 



350

Sikri gəzintisindən sonra bazar günü axşamı, rəbiüləvvəl ayının on 

dördündə savaşmaq niyyətilə Çəndiri tərəfinə hərəkət edib üç küruha qədər 

getdikdən sonra Cəlisirə endik. Orada əsgərin hazırlıqlarını tamamlaması 

üçün iki gün qaldıqdan sonra cümə axşamı günü atlanaraq Ənvara vardıq. 

Ənvardan gəmiyə minərək Çəndvara çıxdıq. Oradan da mənzil-mənzil irə-

liləyərək bazar ertəsi günü, ayın iyirmi səkkizində Kənar keçidinə endik. 

Cümə axşamı günü, rəbiüləvvəl ayının ikisində [=26 dekabr] çaydan 

keçdim. Əsgər suyu keçincəyə qədər dörd-beş gün (332 a) orada qaldıq. Bu 

bir neçə gün içində arxa-arxaya gəmidə  məcun yedik. Çənbəl çayının bu 

nəhrə töküldüyü yer Kənar keçidindən bir-iki küruh daha yuxarıdadır. Cümə 

günü Çənbəl çayında gəmiyə minib iki çayın birləşdiyi yerdən keçərək or-

dugaha gəldik. 

Gərçi Şeyx Bəyaziddən açıq bir müxalifət görünmürdu, lakin hərəkət 

və tövründən müxalifət niyyətində olduğu bəlliydi. Bu işlə maraqlanması 

üçün Məhəmməd Əli Cəng-Cəngi ordudan ayıraraq Kanucdan Məhəmməd 

Sultan Mirzəni və o civardakı Qasım Hüseyn Sultan, Bixub Sultan, Məlik 

Qasım, Kuki, Əbülməhəmməd Nizəbaz, böyük və kiçık qardaşları və dərya-

xaniləri ilə birlikdə  Mənuçöhr xan kimi sultan və  əmirləri toplayıb Sər-

vardakı asi əfqanlarm üsyünə  hərəkət etmək üçün göndərdik. Bunlar Şeyx 

Bəyazidi də çağıracaqdılar. O, səmimiyyətlə gəlib qoşulsa birlikdə gedəcək, 

gəlməsə əvvəlcə onu bərtərəf edəcəkdilər. Məhəmməd Əli bir neçə fil istədi

ona qədər fil verildi. Məhəmməd Əliyə izin verdikdən sonra Baba Çöhrəyə 

gedib onlara qoşulması əmr edildi. 

Kənardan bir neçə gəmiylə irəlilədik. Çərşənbə günü, rəbiülaxır ayının 

səkkizində [=l yanvar 1528] Kalpidən bir küruh məsafədə endik. Sultan Səid 

xanın kiçık qardaşı Sultan Xəlil Sultanın oğlu Baba Sultan bu yurdda ikən 

gəlib bizə mülazimet etdi. O, keçən il böyük qardaşlarındən qaçıb (332 b) 

Endərab sınırına gəlincə peşman olmuş və təkrar dönərkən Kaşğara yaxın-

laşdığı sırada, xan Heydər Mirzəni göndərib onu geri qaytarmışdı. 

Ertəsi gün Kalpidə Aləm xanın [Cəlal xan Cighetin oğlu] evinə endik, 

Hindistan tərzində yeməklər ikram edib hədiyyələr verdi. 

Bazar ertəsi günü, ayın on üçündə [=6 yanvar} Kalpidən hərəkət etdik. 

Cümə günü İricə, şənbə günü də Bəyazidə endik. 

Bazar günü, ayın on doqquzunda Cin-Teymur Sultan komandanlığın-

da altı-yeddi min adam bizdən bir az irəliyə, Çəndiri üstünə göndərildi. Ge-

dən ilqar bəyləri Baqi minbəyi, Turdu bəy, Qoç bəy, Aşiq Bəkavul, Molla 

Apağ, Möhsün Dulday və Hindistan bəylərindən Şeyx Gürəndi. 

Cümə günü, ayın iyirmi dördündə [=17 yanvar] Keçvə sahilinə endik. 

Keçvə xalqına vədlərdə bulunduq və Keçvə bölgəsi Bədrəddinin oğluna ve-

rildi. 

 


BABURNAMƏ 

 

351



KEÇVƏNİN TƏRİFİ 

 

Keçvə olduqca gözəl bir yerdir. Ətrafında kiçık-kiçık təpələr var. Keç-



vənin cənub-şərqi yönündəki dağ arasına bir bənd düzəltmişlər, böyük bir 

göl olmuş. Ətrafı beş-altı küruh olar. Bu göl Keçvənin üç tərəfini əhatə edir. 

Şimal-qərb tərəfində kiçık bir çayır var, şəhərin qapısı da bu tərəfdədır. 

Gölün içində üç-dörd adam sığacaq kiçık qayıqlar vardır.  Əgər xalq 

qaçmağa məcbur olsa, bu qayıqlara minib (333 a) suyun içinə doğru gedir-

miş. 


Keçvəyə qədər yenə iki yerdə dağ arasında belə bənd düzəldib Keçvə 

gölündən bir az daha kiçık göllər yaratdıqlarını görmüşdük.  

Keçvədə bir gün qaldım, arabalar və topun zəhmətsizcə keçə bilməsi 

üçün yoldakı çuxurları doldurub cəngəllikləri kəsmək üzrə çavuşlar və bir 

çox istehkamçı təyin edildi. 

Keçvədən qalxıb arada bir dincəldikdən sonra Çəndiridən üç küruh 

məsafədə yerləşən Burxanpur çayını keçib endik. 


Yüklə 5,03 Mb.

Dostları ilə paylaş:
1   ...   34   35   36   37   38   39   40   41   ...   46




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin