(374 b) əmri verilmişdi. Suyu keçərkən Yekə Xocanın gəmisi batdı və özü
də Allahın rəhmətinə qovuşdu. Adamlarını və vilayətini kiçık qardaşı Qasım
Xocaya ehsan etdim.
Günorta üstü qüsl əsnasında sultanlar gəldi. Özlərini yaxşı qarşılayıb
təvəccühüm barədə ümid verdim. Əsgəri də o sırada gəldi. Bu, Əsgərinin sa-
vaş meydanında ilk işi idi. Uğurlu oldu. O axşam ordugah hələ təzə yerə
nəql edilməmiş olduğu üçün bir adada Güncayiş gəmisində uyudum.
Cümə günü Saru çayının şimalında Xaride tabe olan Nirhün pərgənə-
sinin Kündbə adlı kəndinə endik. Bazar günü isə Kuki adamlarıyla birlikdə
xəbər bilmək üçün Hacipura göndərildi.
Keçən il gələndə böyük etibar göstərərək Sarən vilayətini vermiş oldu-
ğumuz Şah Məhəmməd Məruf bir neçə yaxşı hərəkətdə bulundu. Öz atasıyla
iki dəfə çarpışaraq onu məğlub və əsir etmişdi. Sultan Mahmud [Ludi] xain-
lik edərək Beharı zəbt edəndə Bibən ilə Şeyx Bəyazid üzərinə yürüyüncə
məcburən onlara qoşulmuşdu. O günlərdə də neçə dəfə ərzi-halı gəlmişdi.
Xalq arasında onun haqqında qarışıq sözlər söylənirdi. Əsgəri Heldi keçi-
dindən keçər-keçməz, adamlarıyla birlikdə gəlib Əsgərini (375a) gördü və
onunla birlikdə benqalların üstünə yürüdü. Bu yurdda ikən də gəlib bizə mü-
lazimət etdi.
O günlərdə Şeyx Bəyazid ilə Bibəndən arxa-arxaya xəbərlər gəlird:
onlar Saru çayını keçmək niyyətində imişlər.
Bu zaman Sənbəldən qəribə bir xəbər gəldi. Əli Yusif [Riqabdar] Sən-
bəldə qalıb, oranı yaxşıca ələ keçirib nizama salmışdı. Özü və yaxın adamı
olan bir təbib eyni gündə Allahın rəhmətinə qovuşmuşlar. Sənbəlin zəbt və
rəbti üçün Abdullahın [Kitabdar] oraya getməsinə qərar verildi. Cümə günü,
ramazan ayının beşində [=13 may] Sənbələ getməsi üçün Abdullaha izin ve-
rildi.
BABURNAMƏ
391
O günlərdə Çin Teymur Sultanın ərzi-halı gəlmişdi. Kabildən mənim
ailə üzülərimlə gələn bəylər ona qoşula bilməmişlər. Məhəmmədi və digər
bəziləri onunla birlikdə yüz küruh qədər məsafəni aşıb bəlucları tamamən
məğlub etmişlər. Abdullah [Kitabdar] vasitəsilə Cin-Teymur Sultan, Sultan
Məhəmməd Dulday, Məhəmmədi və orada olan digər bəylərə fərmanlar
göndərərək onların da Cin-Teymur Sultan ilə birlikdə Aqrada toplaşmaları,
hazırlıqlı olmaları və düşmənlər hansı tərəfə getsələr, oraya hərəkət etmələri
əmr edildi.
Bazar ertəsi günü, ayın səkkizində [=l6 may] yanına Şeyx Camaliyi
göndərdiyimiz Dərya xanın (375 b) nəvəsi Cəlal xan bütün mötəbər əmirləri
ilə birlikdə gəlib mülazimət etdi. Bir müddət əvvəl qulluğunu göstərmək üz-
rə Yəhya Nuhani də kiçık qardaşını göndərmiş və məndən fərman almışdı, o
da həmin gün gəlib mülazimət etdi.
Yeddi-səkkiz min nuhani və əfqan bəzi ümidlərlə gəlmiş olduqları
üçün onların ümidlərini qırmayaraq Behardan bir kürur xassə mülkü edib
bundan əlli lek də Mahmud xan Nuhaniyə ehsan etdim. Qalan qismi Cəlal
xana verildi, o da bağlılığının işarəsi olaraq bir kürur verməyi qəbul etdi. Bu
pulun yığımı üçün Molla Qulam yasavul göndərildi. Məhəmməd Zaman
Mirzəyə Cunepur vilayəti verildi.
NÜSRƏT ŞAH İLƏ SÜLH BAĞLANMASI
Cümə axşamı günü, Xəlifənin [Nizaməddin Əli Barlas] Qulam Əli ad-
lı adamı yanıma gəldi. O, İsmayıl Mitadan bir az əvvvəl şahzadə Müngirin
Əbülfəth adlı adamıyla birlikdə haqqında danışılan üç şərtı götürmüşdü.
Qulam Əli bu Əbülfəth ilə birlikdə şahzadə Müngir ilə vəzir Həsən xan Lən-
gərin Xəlifəyə yazmış olduqları məktubları da gətirdi. O, üç şərti kabul edib
Nüsrət şah işini öz üzərinə alaraq sülh təklifində bulunurdu. Bu səfər asi əf-
qanlarm dəf edilməsi üçün gerçəkləşmişdi. Bu asilərin bəziləri başlarını alıb
getdilər, bəziləri də gəlib xidmətkarlıq və qulluğu (376 a) qəbul etdilər.
Qalan önəmsiz bir qismi isə benqalın köməkçiləri idi. Onları da benqallar öz
öhdələrinə aldılar.
Yağmur mövsümü də yaxınlaşmışdı. Onun üçün biz də onun qarşılı-
ğında bəhs edilən şərtlər daxilində sülhü qəbul etdiyimizi bildirdik.
Şənbə günü İsmayıl Cilvani, Adil xan Nuhani və Övliya xan İşraqi
beş-altı əmirlə birlikdə gəlib mülazimət etdilər.
Yenə həmin gün İsən Teymur Sultan ilə Toxta Buğa Sultana mükafat
olaraq kəmərli qılınc, kəmərli xəncər, zirehli paltar, xələtlər və cins atlar,
İsən Teymur Sultana Narnul pərgənəsindən otuz altı lek, Toxta Buğa Sulta-
na isə Şəmsabad pərgənəsindən otuz lek ehsan edilərək yükündürüldülər.
Bazar ertəsi günü, ayın on beşində [=23 may] Behar və benqal tərəfini
Zəhirəddin Məhəmməd BABUR
392
təskin etdikdən sonra Saru çayının sahilində yerləşən Kündbə civarındakı
yurddan haramxor Bibən ilə Şeyx Bəyazidi dəf etmək niyyətilə əzm-cəzm
edib yürüdük. Arada iki dəfə dincəldikdən sonra çərşənbə günü Sikəndər-
purun Çetürmük Çuparə adlı keçidi üzərinə endik. Əsgər də o gündən eti-
barən keçməyə başladı.
Bu alçaqların Saru ilə Gəgərdən keçib Leknuya doğru hərəkət etdik-
ləri haqqında arxa-arxaya xəbərlər gəlməyə başladı. Bunların irəliləmələrini
əngəlləmək üçün türk və hind əmirlərindən Sultan Cəlaləddin Şərqi, Əli xan
Fərmüli, Turdukə və Nizam xan Biyani, Tolmuş Özbək, Qurban Çərxi və
Hüseyn xan (376 b) Dəryaxani komandanlığında olan qüvvələr təyin
edilərək cümə axşamı axşamı yola düşmələri üçün onlara izin verildi.
BİR MÖVSÜM YAĞMURU FIRTINASI
O axşam təravihdən sonra bir pas və beş geri olmuşdu. Mövsüm yağ-
muru buludları boşanıb bir anda elə bir tufan oldu, elə müdhiş bir fırtına
qopdu ki, hardasa yıxılmayan heç çadır qalmadı.
Mən çadır içində yazı yazırdım, kağızlarımı və kitablarımı ylğmağa
vaxt qalmadı, çadır üst qismiylə birlikdə başıma uçdu. Çadırın pəncərəsi
parça-parça oldu, tanrı qorudu, heç bir zərəri toxunmadı. İslanan yazı və ki-
tablar çətinliklə yığıla bildi. Bunları qırmızı xalçanın içinə qoyub dürdük,
stolun altına qoyaraq üstünü kilimlə örttük.
İki geri sonra yağmur dindi. Yataq çadırını qurdurub şam gətirtdim və
çətinliklə od qalayaraq sabaha qədər uyumadan kağızları və kitabları qurut-
maqla uğraşdım.
Cümə axşamı günü çayı keçdim. Cümə günü ata minərək Harid və Si-
kəndərpuru gəzdik. O gün Abdullah [Kitabdar] ilə Baqi mənə Leknurun
düşmən tərəfindən zəbt edildiyini yazmışdılar. Şənbə günü gedib Baqiyə
[Şiğavul] qatılmaq üzərə Kuki adamlarıyla birlikdə öndən göndərildi.
Bazar günü Baqiyə qoşulub mən yetişincəyə qədər əllərindən gələni
əsirgəməmələri üçün Sultan Cüneyd Barlas ilə Həsən Xəlifəyə və (377 a)
Molla Apağın camaati ilə Mömin Atəkənin böyük və kiçık qardaşlarına izin
verildi. O gün ikindi üstü Şah Məhəmməd Mərufa xassə xələt və cins bir at
ehsan edilib getməsinə izin verildi. Ona keçən ilki üsula uyğun olaraq Sarə-
ni təxsisat və Kündləyi də oxçulara maaş olaraq ehsan etdik.
Yenə o gün İsmayıl Cilvaniyə Sərvardan yetmiş iki lek təxsisat, xassə
xələt və cins bir at ehsan edilərək getməsnə izin verildi. Adil xan Nuhani
başda olmaq üzrə onunla birlikdə gələnlərə də Sərvardan təxsisatlar təyin
edilib getmələrinə izin verildi. Hər birinin bir kiçık qardaşının və ya oğlu-
nun Aqrada daimi mülazimətdə bulunmasına qərar verildi.
Güncayiş və Arayiş gəmiləri ilə birlikdə yeni ələ keçən benqal gəmilə-
BABURNAMƏ
393
rindən seçilmiş olan iki gəmini Tirmühani yoluyla Qazipura, Asayiş ilə
Fərmayiş gəmilərini də Sarunun yuxarısına doğru orduyla birlikdə götürmək
işi benqallar tapşırıldı.
Behar ilə Sərvar tərəfini sakitləşdirdikdən sonra bazar ertəsi günü Çe-
türmukün Çupara keçidindən Saru sahilini təqib edərək Ud tərəfinə doğru
hərəkət edildi. On küruh məsafə gedib Fəthpura tabe olan və Kilirə deyilən
(377 b) bir kəndin yanında Saru sahilinə endik. Erkən hərəkət edənlər yolu
çaşaraq Fəthpurun böyük gölünə varmışlar. Yaxındakı əsgərləri geri qaytar-
maq üçün bir neçə adam göndərildi. Göl sahilində dincəldikdən sonra oraya
enmiş olan əsgərləri ertəsi gün ordugaha gətirməsi üçün Kiçık Xocaya mək-
tub göndərildi.
Ertəsi gün oradan qalxıb yarı yoldan Asayiş gəmisinə mindim və yu-
xarıdakı yurda qədər gəmini çəkdirərək gəldim. Yolda Xəlifə mənim, yanı-
ma Baqinin yanından gələn Şah Məhəmməd Divanənin oğlunu gətirdi. Lek-
nu xəbərini dəqiqləşdirdim: şənbə günü, ramazan ayının on üçündə [=23
may] düşmən hücum edir, lakin heç bir şey edə bilmir. Savaş zamanı bir
araya yığılmış olan quru otlar və qamış od tutur. Kurqanın içi təndir kimi
qızır. Divar üzərində yürümək mümkün olmur və beləcə düşmən kurqanı ələ
keçirir. Amma iki-üç gün sonra bizim geri qayıtdığımızı xəbər alınca çəkilə-
rək Delmut tərəfinə doğru hərəkət edir.
O gün də on küruh qədər yol alıb Sikri pərgənəsinin Cəlisir adlı kəndi-
nin yanına, Saru sahilinə endik.
Çərşənbə günü heyvanların dincəlməsi üçün o yurdda qaldıq
Dostları ilə paylaş: |