Baburnamə 3



Yüklə 5,03 Mb.
Pdf görüntüsü
səhifə43/46
tarix03.02.2017
ölçüsü5,03 Mb.
#7294
1   ...   38   39   40   41   42   43   44   45   46

(374 b) əmri verilmişdi. Suyu keçərkən Yekə Xocanın gəmisi batdı və özü 

də Allahın rəhmətinə qovuşdu. Adamlarını və vilayətini kiçık qardaşı Qasım 

Xocaya ehsan etdim. 

Günorta üstü qüsl əsnasında sultanlar gəldi. Özlərini yaxşı qarşılayıb 

təvəccühüm barədə ümid verdim. Əsgəri də o sırada gəldi. Bu, Əsgərinin sa-

vaş meydanında ilk işi idi. Uğurlu oldu. O axşam ordugah hələ  təzə yerə 

nəql edilməmiş olduğu üçün bir adada Güncayiş gəmisində uyudum. 

Cümə günü Saru çayının şimalında Xaride tabe olan Nirhün pərgənə-

sinin Kündbə adlı kəndinə endik. Bazar günü isə Kuki adamlarıyla birlikdə 

xəbər bilmək üçün Hacipura göndərildi.  

Keçən il gələndə böyük etibar göstərərək Sarən vilayətini vermiş oldu-

ğumuz Şah Məhəmməd Məruf bir neçə yaxşı hərəkətdə bulundu. Öz atasıyla 

iki dəfə çarpışaraq onu məğlub və əsir etmişdi. Sultan Mahmud [Ludi] xain-

lik edərək Beharı  zəbt edəndə Bibən ilə  Şeyx Bəyazid üzərinə yürüyüncə 

məcburən onlara qoşulmuşdu. O günlərdə  də neçə  dəfə  ərzi-halı  gəlmişdi. 

Xalq arasında onun haqqında qarışıq sözlər söylənirdi.  Əsgəri Heldi keçi-

dindən keçər-keçməz, adamlarıyla birlikdə  gəlib  Əsgərini  (375a) gördü və 

onunla birlikdə benqalların üstünə yürüdü. Bu yurdda ikən də gəlib bizə mü-

lazimət etdi. 

O günlərdə  Şeyx Bəyazid ilə Bibəndən arxa-arxaya xəbərlər gəlird: 

onlar Saru çayını keçmək niyyətində imişlər. 

Bu zaman Sənbəldən qəribə bir xəbər gəldi. Əli Yusif [Riqabdar] Sən-

bəldə qalıb, oranı yaxşıca ələ keçirib nizama salmışdı. Özü və yaxın adamı 

olan bir təbib eyni gündə Allahın rəhmətinə qovuşmuşlar. Sənbəlin zəbt və 

rəbti üçün Abdullahın [Kitabdar] oraya getməsinə qərar verildi. Cümə günü, 

ramazan ayının beşində [=13 may] Sənbələ getməsi üçün Abdullaha izin ve-

rildi. 


BABURNAMƏ 

 

391



O günlərdə Çin Teymur Sultanın ərzi-halı gəlmişdi. Kabildən mənim 

ailə üzülərimlə gələn bəylər ona qoşula bilməmişlər. Məhəmmədi və digər 

bəziləri onunla birlikdə yüz küruh qədər məsafəni aşıb bəlucları tamamən 

məğlub etmişlər. Abdullah [Kitabdar] vasitəsilə Cin-Teymur Sultan, Sultan 

Məhəmməd Dulday, Məhəmmədi və orada olan digər bəylərə  fərmanlar 

göndərərək onların da Cin-Teymur Sultan ilə birlikdə Aqrada toplaşmaları, 

hazırlıqlı olmaları və düşmənlər hansı tərəfə getsələr, oraya hərəkət etmələri 

əmr edildi. 

Bazar ertəsi günü, ayın səkkizində [=l6 may] yanına  Şeyx Camaliyi 

göndərdiyimiz Dərya xanın (375 b) nəvəsi Cəlal xan bütün mötəbər əmirləri 

ilə birlikdə gəlib mülazimət etdi. Bir müddət əvvəl qulluğunu göstərmək üz-

rə Yəhya Nuhani də kiçık qardaşını göndərmiş və məndən fərman almışdı, o 

da həmin gün gəlib mülazimət etdi. 

Yeddi-səkkiz min nuhani və  əfqan bəzi ümidlərlə  gəlmiş olduqları 

üçün onların ümidlərini qırmayaraq Behardan bir kürur xassə mülkü edib 

bundan əlli lek də Mahmud xan Nuhaniyə ehsan etdim. Qalan qismi Cəlal 

xana verildi, o da bağlılığının işarəsi olaraq bir kürur verməyi qəbul etdi. Bu 

pulun yığımı üçün Molla Qulam yasavul göndərildi. Məhəmməd Zaman 

Mirzəyə Cunepur vilayəti verildi. 

 

NÜSRƏT ŞAH İLƏ SÜLH BAĞLANMASI 

 

Cümə axşamı günü, Xəlifənin [Nizaməddin Əli Barlas] Qulam Əli ad-



lı adamı yanıma gəldi. O, İsmayıl Mitadan bir az əvvvəl şahzadə Müngirin 

Əbülfəth adlı adamıyla birlikdə haqqında danışılan üç şərtı götürmüşdü. 

Qulam Əli bu Əbülfəth ilə birlikdə şahzadə Müngir ilə vəzir Həsən xan Lən-

gərin Xəlifəyə yazmış olduqları məktubları da gətirdi. O, üç şərti kabul edib 

Nüsrət şah işini öz üzərinə alaraq sülh təklifində bulunurdu. Bu səfər asi əf-

qanlarm dəf edilməsi üçün gerçəkləşmişdi. Bu asilərin bəziləri başlarını alıb 

getdilər, bəziləri də  gəlib xidmətkarlıq və qulluğu  (376 a)  qəbul etdilər. 

Qalan önəmsiz bir qismi isə benqalın köməkçiləri idi. Onları da benqallar öz 

öhdələrinə aldılar. 

Yağmur mövsümü də yaxınlaşmışdı. Onun üçün biz də onun qarşılı-

ğında bəhs edilən şərtlər daxilində sülhü qəbul etdiyimizi bildirdik. 

Şənbə günü İsmayıl Cilvani, Adil xan Nuhani və Övliya xan İşraqi  

beş-altı əmirlə birlikdə gəlib mülazimət etdilər. 

Yenə həmin gün İsən Teymur Sultan ilə Toxta Buğa Sultana mükafat 

olaraq kəmərli qılınc, kəmərli xəncər, zirehli paltar, xələtlər və cins atlar, 

İsən Teymur Sultana Narnul pərgənəsindən otuz altı lek, Toxta Buğa Sulta-

na isə Şəmsabad pərgənəsindən otuz lek ehsan edilərək yükündürüldülər. 

Bazar ertəsi günü, ayın on beşində [=23 may] Behar və benqal tərəfini 



Zəhirəddin Məhəmməd BABUR  

 

 



392

təskin etdikdən sonra Saru çayının sahilində yerləşən Kündbə civarındakı 

yurddan haramxor Bibən ilə  Şeyx Bəyazidi dəf etmək niyyətilə  əzm-cəzm 

edib yürüdük. Arada iki dəfə dincəldikdən sonra çərşənbə günü Sikəndər-

purun Çetürmük Çuparə adlı keçidi üzərinə endik. Əsgər də o gündən eti-

barən keçməyə başladı. 

Bu alçaqların Saru ilə Gəgərdən keçib Leknuya doğru hərəkət etdik-

ləri haqqında arxa-arxaya xəbərlər gəlməyə başladı. Bunların irəliləmələrini 

əngəlləmək üçün türk və hind əmirlərindən Sultan Cəlaləddin Şərqi, Əli xan 

Fərmüli, Turdukə  və Nizam xan Biyani, Tolmuş Özbək, Qurban Çərxi və 

Hüseyn xan (376 b)  Dəryaxani komandanlığında olan qüvvələr təyin 

edilərək cümə axşamı axşamı yola düşmələri üçün onlara izin verildi.  



 

BİR MÖVSÜM YAĞMURU FIRTINASI 

 

O axşam təravihdən sonra bir pas və beş geri olmuşdu. Mövsüm yağ-

muru buludları boşanıb bir anda elə bir tufan oldu, elə müdhiş bir fırtına 

qopdu ki, hardasa yıxılmayan heç çadır qalmadı. 

Mən çadır içində yazı yazırdım, kağızlarımı  və kitablarımı ylğmağa 

vaxt qalmadı, çadır üst qismiylə birlikdə başıma uçdu. Çadırın pəncərəsi 

parça-parça oldu, tanrı qorudu, heç bir zərəri toxunmadı. İslanan yazı və ki-

tablar çətinliklə  yığıla bildi. Bunları  qırmızı xalçanın içinə qoyub dürdük,  

stolun altına qoyaraq üstünü kilimlə örttük. 

İki geri sonra yağmur dindi. Yataq çadırını qurdurub şam gətirtdim və 

çətinliklə od qalayaraq sabaha qədər uyumadan kağızları və kitabları qurut-

maqla uğraşdım.  

Cümə axşamı günü çayı keçdim. Cümə günü ata minərək Harid və Si-

kəndərpuru gəzdik. O gün Abdullah [Kitabdar] ilə Baqi mənə Leknurun 

düşmən tərəfindən zəbt edildiyini yazmışdılar.  Şənbə günü gedib Baqiyə 

[Şiğavul] qatılmaq üzərə Kuki adamlarıyla birlikdə öndən göndərildi. 

Bazar günü Baqiyə qoşulub mən yetişincəyə  qədər  əllərindən gələni 

əsirgəməmələri üçün Sultan Cüneyd Barlas ilə  Həsən Xəlifəyə  və  (377 a) 

Molla Apağın camaati ilə Mömin Atəkənin böyük və kiçık qardaşlarına izin 

verildi. O gün ikindi üstü Şah Məhəmməd Mərufa xassə  xələt və cins bir at 

ehsan edilib getməsinə izin verildi. Ona keçən ilki üsula uyğun olaraq Sarə-

ni təxsisat və Kündləyi də oxçulara maaş olaraq ehsan etdik. 

Yenə o gün İsmayıl Cilvaniyə Sərvardan yetmiş iki lek təxsisat, xassə  

xələt və cins bir at ehsan edilərək getməsnə izin verildi. Adil xan Nuhani 

başda olmaq üzrə onunla birlikdə  gələnlərə  də  Sərvardan təxsisatlar təyin 

edilib getmələrinə izin verildi. Hər birinin bir kiçık qardaşının və ya oğlu-

nun Aqrada daimi mülazimətdə bulunmasına qərar verildi. 

Güncayiş və Arayiş gəmiləri ilə birlikdə yeni ələ keçən benqal gəmilə-


BABURNAMƏ 

 

393



rindən seçilmiş olan iki gəmini Tirmühani yoluyla Qazipura, Asayiş  ilə 

Fərmayiş gəmilərini də Sarunun yuxarısına doğru orduyla birlikdə götürmək 

işi benqallar tapşırıldı. 

Behar ilə Sərvar tərəfini sakitləşdirdikdən sonra bazar ertəsi günü Çe-

türmukün Çupara keçidindən Saru sahilini təqib edərək Ud tərəfinə doğru 

hərəkət edildi. On küruh məsafə gedib Fəthpura tabe olan və Kilirə deyilən 

(377 b) bir kəndin yanında Saru sahilinə endik. Erkən hərəkət edənlər yolu 

çaşaraq Fəthpurun böyük gölünə varmışlar. Yaxındakı əsgərləri geri qaytar-

maq üçün bir neçə adam göndərildi. Göl sahilində dincəldikdən sonra oraya 

enmiş olan əsgərləri ertəsi gün ordugaha gətirməsi üçün Kiçık Xocaya mək-

tub göndərildi. 

Ertəsi gün oradan qalxıb yarı yoldan Asayiş gəmisinə mindim və yu-

xarıdakı yurda qədər gəmini çəkdirərək gəldim. Yolda Xəlifə mənim, yanı-

ma Baqinin yanından gələn Şah Məhəmməd Divanənin oğlunu gətirdi. Lek-

nu xəbərini dəqiqləşdirdim:  şənbə günü, ramazan ayının on üçündə [=23 

may] düşmən hücum edir, lakin heç bir şey edə bilmir. Savaş zamanı bir 

araya yığılmış olan quru otlar və qamış od tutur. Kurqanın içi təndir kimi 

qızır. Divar üzərində yürümək mümkün olmur və beləcə düşmən kurqanı ələ 

keçirir. Amma iki-üç gün sonra bizim geri qayıtdığımızı xəbər alınca çəkilə-

rək Delmut tərəfinə doğru hərəkət edir. 

O gün də on küruh qədər yol alıb Sikri pərgənəsinin Cəlisir adlı kəndi-

nin yanına, Saru sahilinə endik. 

Çərşənbə günü heyvanların dincəlməsi üçün o yurdda qaldıq. Bəziləri 

Şeyx Bəyazid ilə Bibənin Qanqdan keçərək  (378 a) Çünar və Cun civa-

rından irəliləyərək özlərini sipahilərinə doğru çatdırmaq niyyətində olduqla-

rını söylədilər. Bəyləri çağırdım və onlarla danışıb məsləhətləşərək Gunepur 

vilayəti qarşılığında Çünar və digər bəzi pərgənələri almış olan Məhəmməd 

Zaman Mirzə ilə Sultan Cüneyd Barlasın Mahmud xan Nuhani, Qazı Ciya 

və Tac xan Sarənghani ilə birlikdə gedib Çünarda düşmənlərin yolunu kəs-

mələrinə qərar verildi. 

Cümə axşamı günü erkəndən qalxıb Saru çayından ayrılaraq on bir 

küruh irəliləyib Persərudan keçdik və eyni çayın sahilində düşərgə saldıq. 

Bəyləri dəvət edib məsləhətləşdikdən sonra İsən Teymur Sultan, Məhəm-

məd Sultan Mirzə, Toxta Buğa Sultan, Qasım Hüseyn Sultan, Bixub Sultan, 

Müzəffər Hüseyn Sultan, Qasım Xoca, Cəfər Xoca, Zahid Xoca, Can bəy 

[Can Məhəmməd] və Əsgərinin adamlarıyla birlikdə Kiçık Xoca, hind əmir-

lərindən [Cəlal xan Cighetin oğlu] Aləm xan Kalpi, Məlikdad Kərrani və 

Ravuy Sərvani komandanlığındakılar ordunun ana qismindən ayrılaraq Bə-

yazid ilə Bibənin arxasından Dəlmut tərəfinə sürətlə yürümələri üçün tap-

şırıq aldılar. 

Bu Persəruda abdəst alırdım ki, şam ışığına çoxlu balıq toplanaraq su 


Zəhirəddin Məhəmməd BABUR  

 

 



394

üstünə çıxdı. Mən və yanımdakılar əllə xeyli balıq tutduq. 

Cümə günü Persərunun qollarından birinin basma endik. Çox kiçık bir 

çaydı.  Əsgərlərin gedib gəlməsindən bulanmaması üçün üst tərəfində  (378 



b) hövzi-kəbirlik bir yerini abdəst üçün düzəltdirdim. Ayın iyirmi yeddinci 

gecəsini [=3 iyun] bu yurdda keçirdik. Ertəsi gün buradan qalxıb Tus çayını 

keçərək endik. Bazar günü də bu çayın sahilinə endik. 

Bazar ertəsi günü, ayın iyirmi doqquzunda da [=6 iyun] bu Tus çayı-

nın sahilində güşərgə saldıq. O axşam havanın o qədər açıq olmamasına 

baxmayaraq bir neçə adam ay gördülər və qazı önündə şəhadət etdilər. Ay 

başı sabit oldu. Çərşənbə axşamı gününün sabahı bayram namazını  qılıb 

hərəkət etdik. On küruh gedib Tayikdən bir küruh uzaqlıqda Guy çayının sa-

hilinə endik. Günortaya yaxın məcun yedik. Şeyx Zeyn, Molla Şəhab və 

Xandəmirə yalnızca bu beyti göndərib çağırdıq: 

Şeyx, Molla Şəhabü  Xandəmir

Gəlin üç-üç, iki-iki, bir-bir..  

Dərviş  Məhəmməd [Sarban], Yunus Əli və Abdullah [Kitabdar] da 

orada idilər. İkindi üstü güləşçilər güləşdilər. 

Çərşənbə günü də o yurdda qaldıq. Çeşdə yaxın bir vaxtda məcun ye-

dik. Tac xanı Çünardan çıxarmaq üçün getmiş olan Məlik Şərq o gün gəldi. 

O gün də pəhlivanlar güləşdilər. Daha öncə gəlmiş olan Udi Pəhlivan o gün-

lərdə gələn (379 a) bir hind pəhlivanı ilə güləşərək onu yıxdı. Yəhya Nuha-

niyə Sərvardan təxsisat olaraq on beş leklik yer verilib bir dəst libas geydiri-

lərək getməsinə izin verildi. 

Ertəsi gün on bir küruh gedib Guy çayını keçərək o çayın sahilinə en-

dik. İlqar gedən sultan və bəylərin Dəlmuta çatdıqları, lakin Qanq çayını hə-

lə keçmədikləri xəbəri alındı. Buna əsəbiləşdim; Qanq çayını  dərhal keçib 

düşməni təqib etmələri və Cundan da keçərək Aləm xanı [Cəlal xan Cighet] 

özlərinə qoşub sürətlə asilərə hücum etmələri üçün fərmanlar göndərildi. 

Guydan qalxdıq və arada bir dəfə  dincəldikdən sonra Dəlmuta gəldik. 

Həmin gün əsgərin böyük bir qismi Qanq üzərindəki keçiddən keçdi. Ordu 

keçdikdən sonra keçiddən aşağıda yerləşən adada məcun yedik. 

Suyu keçərək endiyimiz yurdda əsgərin gecikənləri üzündən bir gün 

qaldıq. O gün əsgəriylə birlikdə Baqi Daşkəndi də gəlib mülazimət etdi. 

Qanq çayından hərəkət etdik və arada bir dəfə dincəldikdən sonra Gü-

varənin yanında Erind çayının sahilinə endik. Dəlmutdan Güvarəyə  qədər 

iyirmi iki küruh tutdu. Cümə axşamı günü də o yurddan qalxıb Adəmpur 

pərgənəsinin önünə endik. 

Müxalifləri təqib məqsədilə çayı keçə bilmək üçün (379 b) mövcud 

gəmiləri gətirmək üzrə gəmicilərdən bir-ikisi daha öncədən Kalpiyə göndə-

rilmişdi. Orada dincəldiyimiz axşam bir neçə  gəmi gəldi. Çayda keçid də 

tapıldı. Yurd tozlu olduğu üçün mən adada oturdum. Orada olduğumuz bir 



BABURNAMƏ 

 

395



neçə gün boyunca mən adada qaldım. 

Müxaliflər haqqında dəqiq bir məlumat alına bilmədiyi üçün Baqi 

Şiğavul Uddakı igidlərlə birlikdə sudan keçirilərək düşməndan xəbər tutmaq 

üçün göndərildi. Ertəsi cümə günü ikindi üstü Baqi bəyin nökəri gəldi. Şeyx 

Bəyazid ilə Bibənin önçülərini məğlub edərək Mübarək xan Cilvani adlı 

yaxşı bir adamıyla digər bir neçə adamını öldürüb bir neçə baş  və bir əsir 

göndərmişdi. Sabah olanda isə Baqi [Şiğavul] ilə birlikdə gedən Şah Hüseyn 

Bəxşi gəldi, düşmənin önçüsünün yenildiyini və oradakı xəbərləri müfəssəl 

bir  şəkildə anlatdı. O gecə, yəni bazar gecəsi ayın on üçündə Cun çayı 

yüksəldi, sabah bu adanı tamamilə su basdı. Bir ox atımı daha aşağıda yerlə-

şən başqa bir adaya gedərək çadır qurdurub oturdum. 

Bazar ertəsi günü Cəlal Daşkəndi ilqar gedən sultan və  bəylərin ya-

nından gəldi.  Şeyx Bəyazid ilə Bibən ilqar xəbərini alınca Məxubə  pərgə-

nəsindən qaçmışlar. (380 a) 

Yağmur mövsümü yaxınlaşmışdı. Beş-altı ay boyunca fasiləsiz səfər-

de olan əsgər və heyvanlar da yorulmuşdular. Onun üçün ilqar gedən sultan 

və  bəylərə Aqra və civarından təzə  və qüvvətli ilqar gəlincəyə  qədər ol-

duqları yerdə qalmaları əmr edildi. O gün ikindi üstü Baqi Şiğavul ilə ud əs-

gərinə getmək üçün izin verildi. Əsgərin dönüb Saru çayından keçdiyi za-

man gəlmiş olan Musa Məruf Fərmüliyə də təxsisat üçün Əmərxardan otuz 

leklik pərgənə təyin edilib bir dəst xassə paltar və yəhərli bir at ehsan  edi-

lərək Əmərxara getməsinə izin verildi. 



 

AQRAYA QAYIDIŞ 

 

Bu tərəflərdəki əndişə ortadan qalxınca çərşənbə axşamı gecəsi üç pas 



bir geri sonra sürətlə Aqraya hərəkət etdik. Ertəsi gün on altı küruh yol gəlib 

çeştə yaxın bir vaxtda Kalpiyə tabe olan Bəladər deyilən pərgənədə yemək 

yeyib atlara da arpa verdikdən sonra axşam üstü oradan hərəkət etdik. O 

gecə on üç küruh yol yürüyüb üçüncü pasta Kalpi pərgənələrindən Sugend-

purda Bahadır xan Sərvaninin məzarının yanında uyuduqdan sonra sabah 

namazını qılıb oradan təkrar atlandıq. On altı küruh gedib günortaya doğru 

Ətavəyə gəldik. Mehdi Xoca qarşılamağa çıxdı. Gecənin ilk pasında oradan 

hərəkət etdik və yolda bir az uyuduqdan sonra on altı küruh (380 b) yol alıb 

Rabirinin Fəthpuruna endik. Günorta namazından bir az əvvəl Fəthpurdan 

hərəkət edərək on yeddi küruh yol alıb gecənin ikinci pasında Aqranın Həşt-

Behişt bağına endik. 

Ertəsi cümə günü, Məhəmməd Bəxşi ilə digər bəziləri gəlib mülazimət 

etdilər. Günortaya yaxın Cundan keçib Xoca Əbdülhaqa mülazimət etdikdən 

sonra qalaya gedib xalalarımı gördüm. 

Bəlxli bir bostancını qovun əkməsi üçün burada qoymuşduq. Bir neçə 


Zəhirəddin Məhəmməd BABUR  

 

 



396

qovunu qoruyub saxlamışdı, gətirdi. Olduqca yaxşı qovunlardı. Həşt-Behişt 

bağında bir-iki üzüm meynəsi əkdirmişdim. Onun da gözəl üzümləri olmuş-

du.  Şeyx Gürən də bir səbət üzüm göndərmişdi, pis deyildi. Hindistanda 

qovun və üzümün bu qədər yetişməsi məni çox sevindirdi. 

Bazar gecəsi iki pas olmuşdu ki, [Hümayunun anası] Mahım bəyim  

gəldi. Biz cəmadiyüləvvəl ayının onunda [=21 yanvar] səfərə çıxmışdıq. Qə-

ribə bir təsadüf əsəri o da eyni gündə Kabildən hərəkət etmişdi. 

Cümə axşamı günü, zülqədə ayının ilk günündə [=7 iyul] böyük di-

vanxanada bir divan toplantısında ikən Hümayun ilə Mahımın hədiyyələrini 

gətirdilər. O gün Məğfur Divanın bir adamına bu məqsəd üçün tutulmuş yüz 

əlli adam verilərək qovun, üzüm (381 a)  və meyvə  gətirmək üzərə Kabilə 

göndərildi. 

Şənbə günü, ayın üçündə, mühafiz olaraq Kabildən gələn və Əli Yusi-

fin [Riqabdar] ölümü dolayısıyla Sənbələ göndərilmiş olan Hindu bəy [Ko-

çin] gəlib mülazimət etdi. Hüsaməddin  Əli Xəlifə  də eyni gün Əlvardan 

gəlib mülazimət etdi. Ertəsi gün də Əli Yusifin ölümü dolayısıyla Sənbələ 

göndərilmiş olan Abdullah [Kitabdar] Tirmühanidən gəldi. 



 

LAHORDAKI İTAƏTSİZLİK HADİSƏLƏRİ 

 

Şeyx  Şərif Qarabağinin  Əbdüləzizin [Miraxur] təşviqi ilə  və ya ona 



bağlılığından edilməyən zülm və olmayan zalımlıqları bizim etdiyimizz ifti-

rasında bulunaraq sənədlər tərtib ediib Lahor mollalarının adlarını da zorla 

yazdırıb surətlərini digər şəhərlərə göndərərək oralarda da bir hərəkət oyan-

dırmaq niyyətində olduğu və Əbdüləzizin də bir neçə əmrə itaət etməyərək 

hər cür nalayiq sözlər söyləyib hərəkətlərdə bulunduğu Kabildən gələnlər-

dən eşidilmişdi. 

Bu üzdən bazar günü, ayın on birində [=17 iyul] Şeyx Şərif ilə Əbdül-

əzizi və Lahorun mollalaryla irəli gələnlərini hüzura gətirməsi üçün Qənbər 

Əli Lahora göndərildi. 

Cümə axşamı günü, ayın on beşində [=21 iyul] Ticarədən Çin Teymur 

Sultan gəlib mülazimət etdi. O gün pəhlivan  Sadiq ilə böyük Udi pəhlivan  

(381 b) güləşdilər. Sadiq Udini yarı yarıya yıxdı, amma çox zəhmət çəkdi. 

Bazar ertəsi günü, ayın on doqquzunda [=25 iyul] qızılbaş elçisi Mur-

ad Qurçu Qacara dəyərli daşlarla işlənmiş kəmərli bir xəncər və münasib bir 

xələt geydirilərək iki lek təngə ehsan edilib getməsnə izin verildi.  



 

GÜVALYARDA DÜŞMƏNÇİLİK FİTNƏSİ 

 

O günlərdə Güvalyardan Seyid Məşhədi gəlib Rəhimdadın düşmənlik 

fitnəsini  ərz etdi. Xəlifənin nökəri  Şah Məhəmməd Möhürdar bir çox nə-


BABURNAMƏ 

 

397



sihətli sözlər yazılaraq onun yanına göndərildi. Getdi və bir neçə gün sonra 

Rəhimdadın oğlunu da özü ilə  gətirərək gətirərək döndü. Gərçi oğlu gəl-

mişdi, lakin özünün gəlməyə niyyəti yoxdu. 

Onun qorxusunu rəf etmək üçün çərşənbə axşamı günü, zilhiccə ayı-

nın beşində [=11 avqust] Nur bəy Güvalyara göndərildi. Bir neçə gün sonra 

Nur bəy gəlib Rəhimdadın istəklərini ərz etdi. İstədiyi tərzdə fərmanlar ha-

zırlayıb göndərmək üzərəykən bir adamı gəlib «Məni oğlunu qaçırmaq üçün 

göndərdi, gəlmək niyyətində deyildir» deyə ərz etdi. 

Bu xəbər gəlincə biz dərhal Güvalyar üzərinə  hərəkət etmək istədik. 

Amma Xəlifə «Mən də bir dəfə  nəsihətamiz bir məktub yazıb göndərim, 

bəlkə yola gələr» deyə ərz etdi. Bu iş üçün Şəhabəddin Xosrov göndərildi. 

Cümə axşamı günü, ayın on yeddisində [=13 avqust] (382 a) Mehdi 

Xoca Ətavədən gəldi. Bayram günü Hindu bəyə bir dəst xassə libas, qiymət-

li daşlarla işlənmiş kəmərli bir qılınc və cins bir at ehsan edildi. Türkmənlər 

arasında Çağatay deyə  məşhur olan Həsən  Əliyə bir dəst paltar, qiymətli 

daşlarla işlənmiş kəmərli bir xəncər və yeddi leklik pərgənə ehsan  edildi.  

Çərşənbə axşamı günü, məhərrəm ayının üçündə [=3 sentyabr] Şəha-

bəddin Xosrov ilə birlikdə Şeyx Məhəmməd Qövs Rəhimdada şəfaət diləyi 

ilə Güvalyardan gəldi. Dərviş və əziz bir adam olduğundan onun xətrinə Rə-

himdadın günahını bağışlayıb  Şeyx Gürən ilə Nur bəyi Güvalyara göndər-

dim ki, Güvəlyarı bunlara tapşırıb... 

1



 

 

 



 

 

 



 

 

 



 

 

 

 

 

 

 

MƏTNƏ EDİLƏN ƏLAVƏLƏR 

                                                           

1

 Baburun xatirələri 936-cı il  məhərrəm ayının 3-də (3 sentyabr 1529) kəsilir. Ondan 



sonra yaşadığı on beş ay yarım boyunca ya bir şey yazmamış, ya da yazdıqları itmişdir. Ba-

bur 937-ci ilin 5 cümadüyüləvvəl günü (25 dekabr 1530) vəfat etmişdir.  

 


Zəhirəddin Məhəmməd BABUR  

 

 



398

 

Bədəxşanda olan Məhəmməd Hümayunu [Baburun oğlu] bir ildən bəri 

görməmişdik. Bizim üçün darıxdığına görə Bədəxşanı qaynatası Süleyman 

Mirzəyə tapşırıb bir gün Kabilə gəlir. Kamran Mirzə də Qəndəhardan Kabi-

lə gəlmişmiş. Bayram meydanında görüşüb heyrətlə bu gedişin səbəbini so-

ruşmuş. Məhəmməd Hümayun da bizim üçün darıxdığını söyləyərək Hindal 

Mirzəni Kabildən Bədəxşana göndərdikdən sonra dərhal bizə doğru hərəkət 

edir. Bir neçə gün sonra xilafət mərkəzi olan Aqraya gəlib anası ilə onun 

haqqında danışıb oturarkən içəri girdi. Könüllər çiçək kimi açılaraq gözlər 

işiq kimi parladı. Hər gün ziyafət verilirdi, lakin onun şərəfinə xüsusi olaraq 

böyük bir ziyafət verib əyləncələr tərtib etdik. Uzun zaman birlikdə olaraq 

səmimi ünsiyyət qurduq. Həqiqətən, söhbətdə misilsizdi, mükəmməl bir in-

san idi. 

Məhəmməd Hümayunun Bədəxşandan gəldiyi zaman Kaşğar xanla-

rından olub bizə də qohumluğu çatan Sultan Səid xan [oğlu] Reşid xanı Yar-

kənddə qoyub boş bir xəyalla Bədəxşan tərəfinə  hərəkət etmişdi. Lakin o 

Bədəxşana varmadan az əvvəl Hindal Mirzə gedib Qaleyi-Zəfərə girmişdi. 

Sultan Səid xan da üç ay mühasirədən sonra heç bir şey edə bilmədən geri 

qayıtmışdı. 

Bizə isə kaşğarlıların gəlib Bədəxşanı aldıqları şəklində xəbər gəlmiş-

di. Biz də Xoca Xəlifəyə Bədəxşana gedib nə etmək lazımsa elə də etməsini 

əmr etdik. Amma o, düşüncəsizliyindən bunu qəbul etmədi. Məhəmməd 

Hümayuna «Sənin getmən necə olar?» dedik. O da «Əmrə çarə yoxdur, la-

kin öz arzumla hüzurdan ayrılmamağa söz verdim» deyə cavab verdi. Onun 

üçün Süleyman Mirzənin Bədəxşana getməsinə izin verildi. 

Sultan Səidə də «Bizim sizdə bu qədər haqqımız olmasına baxmaya-

raq sizin belə iş görməyiniz bizə qəribə gəldi. İndilik Hindal Mirzəni yanı-

mıza çağıraraq [Hümayunun qaynatası] Mirzə Süleymanı göndərdik. Haq-

qıma riayət edərək Bədəxşanı bizim oğlumuz Mirzəyə təslim etsəniz, yaxşı; 

yoxsa bizim günahı üzərimizdən atıb mirası varisinə təslim edəcəyimizi bil-

sinlər» deyə yazdıq. 

Mirzə Süleyman hələ Kabilə varmadan düşmən Bədəxşandan əl çəkib 

sükunət təsis etmiş, Mirzə Süleyman Bədəxşana vardıqdan sonra da Hindal 

Mirzə şəhəri ona təslim edib Hindistana hərəkət etdi.  

Məhəmməd Hümayuna qərargahı olan Sənbələ getməsinə izin verildi. 

Altı ay qədər orada oldu. Belə görünür ki, oranın suyu və havası ona düşmə-

di. Qızdırmaya tutulurmuş. Get-gedə bu, uzun çəkməyə başlayır. Bunu du-

yunca mahir təbiblərə göstərib xəstəliyini tədavi etmək üzrə onu əvvəlcə 

Dehliyə və oradan da gəmiylə buraya gətirmələrini əmr etdim. Çay yoluyla 

bir neçə gündə gətirdilər. 

Təbiblərin bütün tədavilərinə baxmayaraq yaxşılaşmadı. Böyük bir 


BABURNAMƏ 

 

399



adam olan Mir Əbülqasım «Belə  xəstəliklərin  əlacı budur: tanrı  təalanın 

səhhət verməsi üçün yaxşı  şeylərdən birini nəzir demək lazımdır» deyə 

söylədi. «Məhəmməd Hümayunun məndən başqa daha yaxşı bir şeyi yox-

dur; mən özümü nəzir edim, Allah qəbul etsin», deyə ağlıma gəldi. 

Xoca Xəlifə və digər yaxınlar «Məhəmməd Hümayun necə olsa yaxşı-

laşar, siz bu sözü nə üçün ağzınıza alırsınız. Bunu etməkdə məqsəd dünya 

malından yaxşı bir şeyi nəzir etməkdir. Məsələn, İbrahim savaşında ələ ke-

çən və Məhəmməd Hümayuna ehsan etdiyiniz almazı nəzir etmək lazımdır» 

deyə danışdılar. 

«Onun əvəzində dünya malı nədir ki?  Onun vəziyyəti pis olduğu üçün 

mən də özümü ona fəda edirəm. İş o dərəcə vahiməlidir ki, mən onun halsız-

lığına dözə bilmirəm» dedim. O vəziyyətdə gedib üç dəfə  baş ucunda dola-

naraq «Nə dərdin varsa, mən öz üzərimə aldım» dedim. 

Bundan sonra mən ağırlaşdım, o, yüngülləşdi. O sağalıb qalxdı, mən 

isə xəstə olub yıxıldım. 

Dövlətin irəli gələnlərini və  məmləkət  ərkanını çağırıb biət  əllərini 

Hümayunun əllərinə verib onu yerimə və vəliəhdliyə təyin etdim, taxtı ona 

təslim etdim. Xoca Xəlifə, Qənbər Əli bəy, Turdu bəy, Hindu bəy və bu qə-

rarda hazır olan digər kimsələrin hamısı də qəbul edib bağlandılar. 

Doqquz yüz otuz yeddinci ildə, cəmadiyüləvvəl ayının altısında, pad-

şah öz əliylə tikdiyi çarbağda bu vəfasız aləmlə vidalaşdı. Tarix, mərsiyə, 

qəsidə və tərkiblər söyləyən böyük müasirlər arasından Mövlana Şəhab Mü-

əmmai bu misranı tarix düşürdü: 

Hümayun bud varisi-mülkiyu  



Hümayun məmləkətinin varisi oldu. 

O qabiliyyətli padşahın məziyyətlərini söyləməklə və yazmaqla bitir-

mək mümkün deyil. Lakin qısaca budur. Bu səkkiz  əsl sifət onun şəxsiınə 

xasdı: 1. Yüksək mühakimə. 2. Müstəsna himmət. 3. Vilayət almaq. 4. İdarə 

etmək. 5. Abadlıq. 6. Tanrı təala bəndələrinə rifah istəyi. 7. Əsgərin könlünü 

qazanmaq. 8. Ədalətli olmaq.  

Fəzilət babında  əskiyi yoxdu. Türkcə  və farsca nəzm və  nəsir söylə-

məkdə misilsizdi. Bilxassə türkcə divanında təzə  məzmunlar tapıb söylə-

mişdir. Bir də Mübin adında bir məsnəvi kitabı vardır, dil bilən oxumuş xalq 

arasında onun qədər lətifi yoxdur. Xoca Əhrarın tərtib etdiyi Validəyyə adlı 

bir risaləni bu padşah nəzmlə çevirmişdir. Baburiyə dedikləri bu kitabı türk-

cə bilməyənlərə asan olması üçün Bayram xanın oğlu Mirzə xana türkcədən 

farscaya tərcümə etməsini əmr etdi. 

O padşah musiqi elmindən də anlardı. Bu rübaini farsca söyləmişdir: 

Dərvişanra əgər nə əz xoy-e-şanəm, 

Leyk əz dilü can müqtəd işanəm, 

Dur əst miquy şahi əz dərvişi, 


Zəhirəddin Məhəmməd BABUR  

 

 



400

Şahəm, vəli bəndeyi dərvişanəm. 



 

Dərvişlərlə bir qohumluğum olmasa da 

Onlara can və könüldən bağlıyam,  

Sahlıqla dərvişlik bir-birindən uzaq deyil, 

Mən şaham, lakin dərvişlərin bəndəsiyəm. 

Farsca bu mətləni söyləmişdir:  

Həlak mikondəm firqət tu danistəm, 

Və gər nə rəftən əz in şəhr sitvanistəm 



Bilirəm, səndən ayrılmaq məni həlak edir,  

Elə olmasaydı, bu şəhərdən gedə bilərdim. 

Bu mətlə də onundur: 

Ta bə zülfi siyahəş dil bəstəm

Əz pərişani-ye aləm bəstəm.  



Sənin qara zülfünə könül bağlayandan bəri  

Cahanın pərişanlığından qurtuldum. 

O padşahın əruz və qafiyə barədə də risalələri vardır. Bunlardan biri 



Müfəssəl adında və bu elmin açıqlanması haqqındadır və fövqəladə də yaxşı 

tərtib edilmişdir. 

Tanrə təala o padşaha dörd oğul və üç qız ehsan etmişdi. Oğulları Mə-

həmməd Hümayun padşah, Kamran Mirzə, Əsgəri Mirzə və Hindal Mirzə-

dir, qızları isə Gülrəng bəyim, Gülçöhrə bəyim  və Gülbədən bəyimdir. Bu 

üç qız eyni  anadandır. 

Bu padşahın heç bir söhbətinin dışında buraxmadığı bir neçə  təbiət 

əhli bunlardır:  

Əbülbəqa elmi-hikmət [fəlsəfə ilə əlaqəli mövzuları tədqiq edən elm] 

babında misilsizdi. Şeyx Zeyn Sədr isə Zeynəddin Hafinin nəvəsiydi, işlək 

bir zəkası vardı, nəzm və nəsrdə qabiliyyətli idi, Hümayun padşah zamanın-

da  əmir də olmuşdu.  Şeyx  Əbülvahid Fariği  Şeyx Zeyn Hafinin əmisidır, 

zövq sahibiydi, şeir də söyləyirdi. 

Sultan Məhəmməd Kosa Mir Əli  Şirin müsahiblərindəndi və padşah 

məclisində etibar görərək yüksəlmişdi. 

Mövlana Şəhab Müəmmai isə Fəqiri təxəllüsünü işlədirdi, fəzl və şeir-

dən nəsibi vardı. 

Mövlana Yusif təbibdi və Xorasandan çağırmışdı, nəbzə baxmaq və 

təşhis qoymaq onun işiydi. 

Sürx Vidal türkcə və farsca nəzm söyləyirdi. 

Molla Bəqai də çox qabiliyyətli idi, Məxzən ül-əsrar vəznində padşah 

adına bir məsnəvi söyləmişdi. 

Xoca Nizaməddin Əli Xəlifənin xidmət, səmimiyyət və vəzirlikdə ağıl 

və tədbiri vardı, padşahın hüzurunda hörmət və etibarı o qədər böyük idi ki, 



BABURNAMƏ 

 

401



sözü əksərən qəbul edilirdi. Tibdən də başı çıxırdı. 

Mir Dərviş  Məhəmməd Sarban Xoca Əhrarın yaxşı müridlərindəndi. 

Xoşsöhbət bir adamdı və fəzilətindən dolayı hüzurda yaxınlıq və etibar qa-

zanmışdı. 

Xandəmir tarixçi və mümtaz bir adamdı,  əsərləri xalq arasında məş-

hurdur. Həbib üs-siyər, Xülasət ül-əxbar, Düstur ül-ənvar və digər əsərləri 

vardır. 

Xoca Kəlan bəy əmirlərindəndi və padşahın özəl xidmətində çalışırdı, 

fəziləti və yüksək qabiliyyətilə tanınmışdı. 

Onun kiçık qardaşı Kiçık Xoca da möhürdar və yaxın adamlarındandı, 

o da padşahın özəl xidmətində idi. 

Sultan Məhəmməd Dulday böyük əmirlərindən idi, xoştəbiət bir adam 

idi.  

Vallahü bikülli şeyin alim.  



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 


Yüklə 5,03 Mb.

Dostları ilə paylaş:
1   ...   38   39   40   41   42   43   44   45   46




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin