QEYDLƏR VƏ İZAHLAR
Zəhirəddin Məhəmməd BABUR
402
Bu qeydlər və izahlar «Baburnamə»nin türkcə, özbəkcə və rusca nəşr-
lərində verilən izahlar və bəzi məlumat-soraq mənbələri əsasında tərtib edil-
mişdir. Biz tərcümə boyu mətnaltı haşiyədə bəzi terminlərin mənası açıqla-
mış, şəxslər, coğrafi məntəqələr və s. haqqında kiçik bilgilər vermişdik. La-
kin ana mətni bu cür bilgilərlə çox yükləməməyə çalışdıq. Ona görə də bu-
rada bəzi ifadə və terminlərin geniş şəkildə açıqlanmasını münasib gördük.
Kitabın türkcə tərcüməsinin sonunda verilən və Timur Gürkan tərəfin-
dən hazırlanan Notlar həddindən artıq geniş və əhatəlidir. Baburda işlənmiş
bu və ya digər terminin izahı zamanı Orxon-Yenisey abidələrini, Kitabi-Də-
də Qorqud və Manas dastanlarını çıxmaq şərtilə Divanü lüğat-it-türk, Qu-
tadğu bilig, Turfan mətnləri, Kodeks Kumanikus kimi əski türk yazılı mətn-
lərindən, habelə Şəmsəddin Saminin Qamusi-türki, Şeyx Süleyman Əfəndi
Buxarinin Lüğati-çağatayi və türki osmani, V.V.Radlovun Versuch eines
Wörterbuches der Türk Dialecte lüğətlərindən, eləcə də ibn Mühənnanın və
Əbu Həyyanın, K.K.Yudaxinin, P.de Kurteylin, N.Poppenin, Y.T.Zenkerin,
S.L.Kingin lüğətlərindən və s. və i.a. mənbələrdən istifadə etmişdir.
Baburnamənin rusca nəşrinə M.Salyenin və D.Voronovskinin əlavə
etdikləri Qeydlər qismində izaha ehtiyac duyulan açıqlamalar həm fəsillərin
sonunda, həm də kitabın axırında eyni şəkildə verilmişdir. Biz isə bəzi
qeydləri hər səhifədə mətnaltı haşiyədə qısa, axırda isə daha geniş şəkildə
verməyi qərara aldıq. Biz buraya özəlliklə Hindistana xas olan heyvan, quş,
bitki və gül adlarının hamısını daxil etmədik, çünli Babur özü onları təsvir
və izah etmişdir.
Təbii ki, bu qeydlər və izahlar mükəmməllikdən uzaq və iddiasızdır.
Çünki bundan 500 il əvvəl çağatay türkcəsində hərbi, siyasi, ictimai, iqtisadi,
ərazi-inzibati, mədəni sahələrdə işlənmiş bir çox terminin müasir dildə qar-
şılığını tapmaq çətin, bəzən isə qeyri-mümkündür. Lakin Baburun işlətmiş
olduğu ifadə və terimlərin heç olmazsa qismən anlaşılması üçün bu qeydlər
və izahlar vacibdir. Oxucularımızın əfvinə sığınırıq.
Abdullah Hatifi: Əbdürrəhman Caminin qohumu, vəfatı: 927=1521-cu il.
Ağ axça: gümüş pul, sikkə. Bax: təngə və yarmaq.
Ağa, ağaça/ağaçə: yaşça böyük deməkdir. Sonralar siyasi məna qazana-
raq titula çevrilmiş, hər hansı bir quruma rəhbərlik edən şəxsin ünvanı ol-
muşdur. Məs.: Süleyman ağa (İraq elçisi), Hüseyn ağa (Sistan elçisi). Bu tə-
bir eyni zamanda nüfuzlu kişilərin adı və ya adının tərkib hissəsi kimi müşa-
hidə edilir. Məs.: Ağa Hüseyn. Qadınlarda isə sadə xalqdan olan, ailə qur-
maq yolu ilə ali zümrəyə girmiş olan xanımlar üçün işlənir. Məs.: Ağa bə-
yim, Ümid ağaçə, Minqli Bi ağaça və s.
Ağac (orijinalda: yığac): Baburun ağac ilə göstərdiyi məsafə bugünkü öl-
BABURNAMƏ
403
çülərə görə 4-8 ingilis mili arasında dəyişir. Orta qiyməti 6 km-dir.
Ağırlıq ölçüləri:
(Hindistanda):
8 reti = 1 maşə, təxminən 0,2 qram.
4
maşə = 1 tank = 32 reti, təxminən 0,8 qram.
5
maşə = 1 misqal = 40 reti, təxminən. 4,1 qram.
12
maşə = 1 tülə = 96 reti, təxminən 10,2 qram.
14
tülə = 1 sər, təxminən 143,5 qram.
40
sər = 1 batman, təxminən 5,74 kiloqram.
12 batman = 1 mani, təxminən 73 кг.
100 mani = 1 minasə, təxminən 729,8 кг.
Axtaçı: hökmdarın atlarıyla məşğul olanlar mehtər, veterinar.
Aqan: Hindistanda qış fəslinin ilk ayının adı. Bax: ay.
Aqra zəlzələsi: 911-ci il səfər ayının 3-də (15 iyul 1505-ci ildə) baş ver-
mişdir.
Almaz: 787 karatlıq məşhur almaz. Cilalandıqdan sonra 280 karat ol-
muşdur. Babur həmin almazı Hümayuna bağışlamışdır.
Amu-Dərya: orta Asiyanın iki əsas çayından (digəri Sır-Dərya) biri.
Barlas: Əmir Teymurun mənsub olduğu türk boyu..
Arça: şam və ardıc kimi izah edilir, bizcə, arçan ağacıdır.
Ardçı: bax: çağdavul.
Arğamcı/urğamçı: məsafə (hündürlük) ölçüsü. 70-90 sanntimetrdir. Bəzi
mütəxəssislərin fikrincə, 7-8 gəz, yaxud 20 zira uzunluğundadır [zira: dir-
səkdən orta barmaq ucuna qədər olan bir uzunluq ölçüsü].
Arğun: türk boyu.
Arxarqulça: qızılkeyik. Geyikin bir növü.
Arpa: bax: cev.
Asəfi: bu təxəllüsü vəzir oğlu olduğu üçün qəbul etmişdir. Burada şairin
öz atası deyil, Süleyman şahın əfsanəvi vəziri Asəf nəzərdə tutulur.
Aşçı/aşpaz: bax: bavurçu.
Aşçılıq/bavurçuluq: hökmdar sarayında mətbəxdə çalışanlara məxsus rüt-
bə. Bəkavulluqdan [yeməklərə nəzarət edən şəxsin ünvanı] aşağı dərəcədə
bir rütbə.
Ata-bəy: bax: atəkə, bəy-atakə.
Atakə: əslində ata və əkə «böyük qardaş» sözlərindən ibarət bir sözdür.
Gənc şahzadələrin tərbiyə edilməsi və onlar üçün ayrılmış vilayətlərin idarə-
si ilə məşğul olan şəxsin titulu. Bizdəki atabəy və lələ tituluna uyğundur.
Ay-balta: təbərzin, kəsən tərəfi, yəni ağzı aypara şəklində olduğu üçün
belə adlanır.
Ayı(ğ) otu: ayı otu; Fərqanədə mehr-giyah otuna verilən ad.
Aylar və fəsillər:
Hindistandakı aylar və fəsillər bunlardır:
Yay
fəsli ayları:
Zəhirəddin Məhəmməd BABUR
404
Çitar
–
hut [balıq bürcü]
– 21 fevraldan başlanır.
Bisaq
–
həməl [qoç bürcü]
– 22 martdan başlanır.
Çit
–
səvr [buğa bürcü]
– 22 apreldən başlanır, şiddətli isti olur.
Əsar
–
cövza [ekizlər bürcü]
–22 maydan başlanır, şiddətli isti olur.
Yağmur fəsli ayları:
Savən
–
sərətan [xərcəng]
– 22 iyundan başlanır, şiddətli yağış yağır.
Badun
–
əsəd [şir bürcü]
– 24 iyuldan başlanır, şiddətli yağış yağır.
Küvar
–
sünbülə [başaq, qız bürcü]
– 24 avqustdan başlanır.
Katik
–
mizan [tərəzi bürcü]
– 24 senytabrdan başlanır.
Qış fəsli ayları:
Aqan
–
əqrəb bürcü
– 24 oktyabrdan başlanır.
Pus
–
qövs [yay, oxatan]
–23 noyabrdan başlanır, şiddətli soyuq olur.
Maq
–
cədi [oğlaq]
– 23 dekabrdan başlanır, şiddətli soyuq olur.
Fagün
–
dəlv [dolça bürcü]
– 22 yanvardan başlanır.
Aymaq: xalq, uruğ, boy, qəbilə, tayfa, el-oba; bəzi məqamlarda: başqa
soydan olan, yad adam.
Baburi xətti: Baburun özü tərəfindən 910-cu ildə (1504/5) Kabildə icad
edilən, hərflərin ayrı-ayrı yazılış şəkilləri və qaydaları olan bir əlifbadır.
Türkcənin fonetikasına daha uyğun olan bu əlifba ilə Babur Quran yazdır-
mışdır.
Badrəng: Kabildə yetişən, formaca limona bənzəyən bir meyvə. Böyük
bir xiyar növünə də badrəng deyilir.
Bağlan qaz: vəhşi qaz, qarabataq quşu.
Bağrıqara: quşun rənginə görə verilən bir sifətdir, sonra quşun adı yerinə
keçmişdir.
Bahadırlıq ülüşü, culdu: savaşda göstərilən şücaətə görə hökmdarın hü-
zurunda verilən maddi mükafat üçün işlənən termin.
Balqabaq/balqabaq meydanı: təlim atışları üçün hədəf olaraq balqabağa
ox atılan meydan olmalıdır. İstanbulda da "Ox meydanı" adlı bir meydan
mövcuddur.
Bamyan: bu vadidən başlayan aşırımlar Hinduquş üzərindən keçir. Hin-
distanı işğal edən hər fateh buradan keçmişdir.
Baranğar: döyüş səfində olan ordunun sağ qolu.
Barin: türk boyu.
Batman: türklərdə və qonşu xalqlarda ağırlıq ölçüsü, 1 batman = 40 sir.
Bavurçu: aşçı, aşpaz. Hökmdar sarayında mətbəxdə çalışan bəkavuldan
aşağı dərəcədə bir rütbə.
Bazaraq: bir aşırım adı. Hündürlüyü 5.300 metrdir.
Bədəxşan: Amu-Dəryanın yuxarı axarında, onun Pənc, Göyçə və Bədəx-
şan adlı qolları üzərində yerləşən vilayət. Qunduz, Kaşğar və Kafiristanla
həmsərhəddir.XVI əsrə qədər özlərini Makedoniyalı İskəndərin soyuna bağ-
layan yerli şahlar tərəfindən idarə olunmuşdur.
BABURNAMƏ
405
Bədrəddin Həlai: şair, vəfatı: 939 = 1532-ci il.
Bəgi: əsasən özbək mənşəli qadınlara məxsus bir ünvan. Məs.: Bəgi Sul-
tan ağaçə, Zöhrə Bəgi ağa.
Bəhmənilər xanədanı: bu xanədan Dəkkən bölgəsində 1347-1527-ci illər-
də hökmdarlıq etmişdir.
Bəxşi: katib; uygur hərfləri ilə yaza bilən, bu yazının işləndiyi dilləri bi-
lən məmur; yazıçı; həkim, türkəçarəçi, cərrah; şaman; din xadimi; aşıq, şair,
çalğıçı.
Bəkavul: yemək dadan, dequstator, çeşnigir. Xassə bəkavul dərəsəsi bə-
kavuldan, bəkavul isə bavurçudan daha yüksəkdir. Bu həm də şəxs adı kimi
işlənmişdir: Aşiq Bəkavul, Hacı Pir Bəkavul, Qul-Bəyazid Bəkavul.
Bəlx: Əfqanıstanda eyniadlı çayın yanında yerləşən şəhər. Qədimdə onun
yerində Baktriananın paytaxti Baktra şəhəri olmuşdur.
Bəluclar: İran dilləri qrupunda danışan təqribən 30 milyonluq bir xalq.
İran, Əfqanıstan və Pakistanda yaşayırlar.
Bəy: türk dövlətçilik ənənəsində və hərbi təşkilatda əskidən bəri yüksək
vəzifə, səlahiyyət və məsuluyyət sahibi şəxslərin ünvanı. Baburda həmin
zümrəyə daxil olanlar bunlardır: içki, içki bəy, böyük bəy, habelə bəy-atəkə,
sahib ixtiyar, eşik ağa.
Bəy-atəkə: bax: atəkə.
Bəyim: hökmdar ailəsinə mənsub qadınların ünvanı.
Bi (< bəyailə qurma yoluyla ali zümrəyə girən özbək qadınların
daşıdığı ünvan. Məs.: Sultan Hüseyn Mirzənin özbək cariyəsi Minqli Bi
ağaçə. Kişilərdə də müşahidə olunur: Kibək Binin oğlu Qənbər Bi.
Bicangər racəliyi: Dəkkəndə 1336-cı ildə qurulmuşdur və bu sülalədən
gələn racələr 1565-ci qədər, yəni güclərini birləşdirən digər Dəkkən racələri
tərəfindən yenilib Bicangər şəhəri yıxılanadək hökm sürmüşlər.
Bikə: Baburda ad olaraq (məs.: Bikə Bəyim, Bikə Sultan bəyim) işləndiyi
də müşahidə olunur.
Bikramacit (Vikramaditya) Hindu: ulduz kataloqu tərtib etmişdir. Lakin
Nəsirəddin Tusinin və əl-Xarəzminin kataloqları qədər dəqiq deyil.
Bisak: Hindistanda yay fəslinin ikinci ayının adı.
Bismillah: Quranın, hər əsərin və işin başlandığı söz.
Boy: savaş nizamına girən ordunun mərkəzindəki özəl bir bölüyün adı.
Boza: bir türk içkisi; pivə (?).
Budvar: çərşənbə; Hindistanda həftənin günlərindən birinin adı.
Buğu: geyik. Baburda bəzən buğu-maral şəklində birlikdə və tək bir ad
kimi keçir, lakin bu iki təbirlə geyiyin erkəyi və dişisi nəzərdə tutulur.
Cavanğar: savaş nizamına girən ordunun sol qolu.
Cev: arpa, taxıl; uzunluq ölçüsü. 6 cev (arpa) = 1 əlik (barmaq).
Cikə: nə olduğu tam olaraq anlaşılmayan bir bitki.
Zəhirəddin Məhəmməd BABUR
406
Civə:ondan hazırlanan dərmanlar Şərqdə çox məşhur olmuşdur.
Çağdavul: hərəkət halındakı ordunun arxa qolu.
Çahargah nəqşi: musiqi əsərinin növü.
Çakər: bax: nökər .
Çarbağ: çahar bağ, dörd bağça. Bu sözlə bir qismi park, bir qismi üzüm-
lük, bir qismi meyvə ağacı, bir qismi də bostan olan hovuzlu bağlar nəzərdə
tutulur. Babur öz hakimiyyəti dövründə çoxlu bağ saldırmışdır.
Çar-piç/dəstar-piç:çalma sararkən parçanın dolaşma, bükülmə və ya qıv-
rılmalarına görə işlənilmiş terminlər olmalıdır.
Çeşnigir: bax: bəkavul.
Çəng: musiqi aləti.
Çərgə: dərəcə deməkdir.
Çərik: ordu, qoşun .
Çərşənbehi: sevimli qadın, cariyə, gözdə, favori qadın.
Çikin-tala otu: ot, yem, yaşıl ot.
Çil sütun: qırx sütun.
Çilgüzə: bir fıstıq növü.
Çin Teymur Sultan ibn Əhməd xan: dayısı oğlu olsa da, Babur ona “qar-
daş” deyirdi, çünki hər ikisi Yunus xanın törəməsi idi. Çin Teymur xan 936
= 1530-cu ildə ölmüşdür.
Çirçik (Çir, Paraq): Sır-Dəryanın sağ qolu. Daşkənd (əski adları: Şaş,
Çaç) Çirçik vadisində yerləşir.
Çit: Hindistanda yay fəslinin üçüncü ayının adı.
Çitar: Hindistanda yay fəslinin ilk ayının adı.
Çöhrə: üz, gözəl üz; oğlan.
Damğa: möhür; vergi rüsumu; nişan.
Daruğa: darğa; qalabəyi, hərbi qarnizon rəisi, vali, qubertator, xişnə.
Daş: qiymətli şeyləri çəkməkdə istifadə edilən bir ağırlıq ölçüsü.
Daşkənd: 2.500 illik tarixi olan bir şəhər. XV əsrdə Baburun ana babası
Yunus xanın hakimiyyəti altında idi.
Dəbusi: qədim bir qala. Xarabalıqları Səmərqənd yaxınlığındadır.
Dəstar-piç: çalma sarıyan çalmaçı, sarıqçı, çalmaçı, əmmaməçi.
Dəstur: vəzir, məsləhətçi.
Dəyirman suyu: axan suların miqdarını ölçmək üçün işlənən bir təbir.
Dəyirman suyu: axar suların miqdarını ifadə edən bir tabir.
Dirhəm: gümüş sikkə. Dinarın 1/20-nə bərabər oımuşdur.
Divan: dövlət dəftərxanası, ali hökumət orqanı və ayrı-ayrı idarələr; rəs-
mi qəbul; ən yüksək mülki amir, yəni sahib-divan; qəzəl toplusu.
Dizək/Çizək: Səmərqənd vilayətində yaşayış məskəni.
Ehram: zəvvarların geydikləri xüsusi paltar.
BABURNAMƏ
407
Eşik ağa: vəzifəsi dəqiq bilinməyən ünvan.
Teymurilər sarayında mühüm
bir məmuriyyət.
Ehtimal ki, təşrifatçı, hacib, seremonmeyster,
kamergerdir.
Eşik ixtiyarı: səlahiyyət dairəsi dəqiq bilinməyən bir ünvan. Saraydan k-
ənardakı bütün işlərə baxan adamın ünvanı olmalıdır.
Eşşək yükü: mətndə xarvar və ya xərvar olaraq keçən bu ağırlıq ölçüsü-
nün dəyəri dəqiq müəyyən deyil. 80 kilo ilə 300 kilo arasında dəyişir. Xal-
var sözü də bu sözdən olmalıdır.
Eytvar: bazar günü; Hindistanda həftənin günlərindən birinin adı.
Əbülqasım Babur: Baysunqur Mirzənin oğlu, Şahruxun nəvəsi. Vəfatı:
861 = 1459-cu il.
Ədədlər/saylar: Hindistanda:
1 lek = 100.000.
100 lek = 1 kürur və ya 10.000.000.
100 kürur = 1 ərb və ya 1.000.000.000.
100
ərb = 1 kərb və ya 100.000.000.000.
100
kərb = 1 nil və ya 100.000.000.000.000.
100 nil = 1 pədəm və ya 100.000.000.000.000.000.
100 pədəm = 1 sanq və ya 100.000.000.000.000.000.000.
Əfqanlar: adları ilk dəfə XI əsr tarixçisi Məhəmməd Ütbinin “Tarixi-
Ütbi” əsərində çəkilir. Əsər Mahmud Qəznəviyə ithaf edilmişdir.
Əhməd xan: Baburun “Kiçik xan”, “Alaca xan” adlandırdığı dayısı. 909-
cu ildə (1505) Kaşğarda ölmüşdür.
Əkə: böyük qardaş və ya bacı.
Əlik: barmaq; yan-yana düzülmüş altı arpa boyunda uzunluq ölçüsü.
Əməl: musiqi əsəri növü.
Əmlük: Kabilin bir bölgəsində olub digər yerlərdə olmayan bir meyvə.
Türklər ona "qara yemiş" deyirlər.
Əndəxud: Şimali Əfqanıstanda şəhər. İndi xarabalıqları qalır.
Əndican: Özbəkistanda vilayət mərkəzi. IX əsrdən bilinir.
Ərb: Hindistanda işlənən bir say. l ərb = 100 kürur. Bax: lek.
Ərəfə: zilhiccə ayının 9-u. Zəvvarların Ərəfat dağına gəldikləri gün.
Ərk: qala, içqla, bürc, daxili qala, qala içində qala. Ətrafı divarlarla əhatə
olunan, əksərən yüksəkdə və divarla təkrar hörülmüş qala. Hökmdarın və ya
həmin yerin ən böyük amirinin sarayı və mühafizlərinin olduğu məkan.
Əsar: Hindistanda yay fəslinin sonuncu ayı. Bax: ay.
Əsəs: gecə qarovulu.
Əshabi-fil: fil sahibləri. Həbəşistan kralı Nəcaşi Əshamə tərəfindən Yə-
mənə hökmdar təyin edilən Əbrəhə bin Səbbah ül-Əşrəm və ordusu fil sa-
hibləridir. Ziyarətçiləri Kəbə yerinə öz bölgəsinə çəkmək istəyən Əbrəhə
Sənada Qülleys deyilən bir kilsə tikdirir. Kinanə qəbiləsindən bir adam isə
bir gecə bu kilisəyə təcavüz və həqarətdə bulunur. Bundan qəzəblənən Əb-
Zəhirəddin Məhəmməd BABUR
408
rəhə Kəbəni yıxmağa and içir və ordusuyla birlikdə Məkkəyə gəlir. Yanında
ən qüvvətlisi Mahmud adını daşıyan bir sürü fil varmış. Əbrəhə bu fillərlə
Kəbəyə doğru getmək istədikdə heyvanlar diz çöküb hərəkətsiz qalır, başqa
səmtlərə yönəldildikdə isə qaçaraq gedirdilər. Allah Əbrəhənin ordusunun
və fillərinin təpəsinə sürülərlə quşlar göndərib hamısını öldürdü. Hz. Mə-
həmməd bu hadisənin baş verdiyi il içində doğulduğu üçün bu ilə "fil ili" adı
verilmişdir.
Əşəreyi-mübəşşirə: cənnətlik olduqlan sağlıqlarında özlərinə peyğəmbə-
rimiz tərəfindən müjdələnən on adam: hz. Əbubəkr, hz. Ömər, hz. Osman,
hz. Əli, hz. Talha, hz. Zübeyr, Əbdürrəhman bin Övf, Əbu Übeydə bin Cər-
rah, Səid bin Zeyd, Səd bin Əbu Vəqqas.
Əşrəfi: altın sikkələrə verilən ümumi ad.
Əvrad: vird sözünün cəmidir, oxunması adət halına gələn dualar.
Fagün: Hindistanda qış mövsümünün dördüncü ayı.
Fatihə: Quranın ilk surəsi, yeddi ayədən ibarətdir.
Fülus: mis pul, bir təngənin dörddə biri. Maaşlar və bəxşişlər fülusla ifa-
də edilirdi.
Geri: hindcə: ghari. Hindistanda zaman ölçüsü.
Geriyal: müəyyən fasilələrlə bürünc bir lövhəyə vurmaqla saatın bildiril-
məsi. Bu işlə xüsusi bir kasta məşğul olurmuş.
Gəmilərin adları: Baburun öz gəmilərinə verdiyi adlar bunlardır:
Asayiş – rahatlıq, sakitlik.
Arayiş – bəzək.
Gündəiş – tutumluluq.
Fərmayiş – əmr, fərman.
Gicək: simli musiqi aləti, skripkanın bir növü.
Gili-məxdum: zəhərlənməyə qarşı dərman kimi işlənən bir cür torpaq.
Göy saray: Səmərqəndin ən məşhur saraylarından biri.
Göyəldaş: süd qardaşı, süd bacısı. Bəzi alimlərin fikrincə, könüldaş sö-
zündən yaranmışdır.
Gümüş çəki daşı: = 250 misqal = 0,5 sir = təxminən 10,25 kiloqram.
Gürgən cədvəli: 847-ci ildə (=1444) Uluğ bəyin rəhbərliyi altında Rumi
Qazızadə, Qiyasəddin Cəmşid və Əli Quşçunun iştirakı ilə tərtib edilmişdir.
Uluğ bəyin şərəfinə onun titulu ilə (Gürgən) adlandırılmışdır.
Havaq: bir aşırım. Hündürlüyü 3.800 metrdir.
Herat: Heri-rud çayının sahilində yerləşən qədim şəhər. Teymurilər döv-
ründə böyük mədəniyyət mərkəzi olmuşdur.
Heydər Mirzə: Məhəmməd Heydər Mirzə Gürgan Duğlat (vəfatı: 958 =
1551). «Tarixi-Rəşidi» adlı xatirə kitabının müəllifi, Baburun silahdaşı və
xalası oğludur.
Heyət/elmi-heyət/nücum: astronomiya deməkdir.
BABURNAMƏ
409
Həbəş padşah: əsl adı Şəmsəddin Müzəffərdir. 1494-97-ci illərdə padşah
olmuşdur.
Həftənin günləri: Hindistanda bunlardır:
Şənbə = saniçer.
Bazar = eytvar.
Bazar ertəsi = somvar.
Çərşənbə axşamı = manqalvar.
Çərşənbə = budvar.
Cümə axşamı = prispatvar.
Cümə = sükrvarə
Hənəfilik: islamın dörd qolundan biri. Əsası Əbu Hənifə (vəfatı: 150=
767-ci il) tərəfindən qoyulmuşdur.
Hidayə: islam fiqhinin hənəfi qolu üzrə klassik məcmuə. Onu Bürhanəd-
din Əli ibn Əbubəkr əl-Fərqani əl-Mərginani əl-Riştani (vəfatı: 593 = 1197)
tərtib etmişdir.
Hindal: Baburun oğlu, 925-ci ildə (=1519) anadan olmuş, 958-ci ildə (=
1551) ölmüşdür.
Hinduquş: Himalayın qolları.
Hövzü-kəbir: çarbağ içində tikilən hovuz.
Huna: bir geyik növü, dişisinə ceyran, erkəyinə huna deyilir.
Hülakü xan:(654-668=1256-1265).Hülakülər adlanan sülalənin banisi.
Hüma: Hümayun, Feniks, əfsanəvi quş. İnama görə, onun qanadlarının
kölgəsi kimin üstünə düşsə, o, xoşbəxt olarmış.
Hürmüz: İranın cənubunda kiçik bir ada.
Xalçı/xilçi: 839-cu ildən (=1435) Malvidə hökm sürmüş bir sülalə.
Xandəmir Qiyasəddin ibn Hümaməddin: tarixçi. Vəfatı: 942 = 1535-ci il.
Xanım: Baburun ana tərəfdən qohumları olan, Kaşğar və Moğolistan
hökmdarları ailəsinə mənsub qadınlar üçün işlənir.
Xas(sə): hökmdara aid olan şey. Məs.: xas, xassə libas. Dövlətə, xəzinəyə
aid olan şey. Məs.: xassə mülk. Bu mülk hökmdara, şahzadələrə və ya başqa
heç bir şəxsə verilə bilməzdi.
Xassə bəkavul: hökmdarın şəxsi aşpazı. Bax: bəkavul.
Xassə tabın: qvardiya alayı. Bax: tabın.
Xeybər dağları: Makedoniyalı İskəndər, Mahmud Qəznəvi, Əmir Tey-
mur və Babur Hindistanı işğal etmək buradan keçmişlər.
Xəmsə: beş poemadan ibarət ədəbi əsər. Ən məşhurları Nizamı, Əmir
Xosrov Dəhləvi (XIV əsr) və Nəvai (XV əsr) tərəfindən yazılmışdır.
Xəzərilər:
mənşəcə monqol olan, tacikcə danışan Əfqanıstan əhalisi. Ad-
ları Xəzər sözündən deyil, farsca həzar (min) sözündəndir.
Xoca Xosrov: məşhur şair Əmir Xosrov Dəhləvi. Vəfatı: 725=1325.
Xoca Übeydüllah Əhrar: məşhur sufi. Vəfatı: 895 = 1498-ci il.
Zəhirəddin Məhəmməd BABUR
410
Xocənd: keçmiş Stalinabad, daha sonra Leninabad şəhəri. Xoca Bakırqan
çayının Sır-Dəryaya qarışdığı yerdə yerləşir. Fərqanə vadisinə açılan qapı
kimi Orta Asiya iqtisadiyyatında mühüm rol oynamışdır.
Xorasan: sərhədləri dəqiq bilinməyən coğrafi məkan. Müxtəlif dövrlərdə
Xorasana Herat vilayəti və qonşu ərazilər daxil olmuşdur. Hazırda İranın bir
vilayətidir, mərkəzi Məşhəd şəhəridir.
Xotən: Uyğuristanın Tarım bölgəsində şəhər və vahə.
Xuttalan: Pənc ilə Vəxş arasında vilayət. Taciksitanın ərazisindədir.
İçki: içə aid, içdə olan, səmimi. Hökmdarın şəxsi tapşırıqlar məmuru.
İddət müddəti: keçmişdə ərindən ayrılan qadının təkrar ərə getməsi üçün
keçməsi lazım olan zəruri müddət, yəni üç dəfə aybaşı keçirib təmizlənənə
qədər keçəcək müddət (ərindən boşansa - 100 gün, əri ölsə - 130 gün).
İgid: hökmdarın və ya bəyin yanında və şəxsi xidmətləri məmuru; dö-
yüşçü.
İki namaz arası: günorta namazı ilə ikindi namazı arası.
İqlim: Ptolomeyin coğrafiyasına görə, dünya cənubdan şimala doğru
yeddi iqlimə ayrılır və üçüncüdən beşinciyə qədər olan iqlimlər yaşamağa
əlverişlidir.
İlbasun: bu söz yırtıcı quşlar və sərçə kimi kiçik quşlar xaricində bütün
ovlanan quşlara verilən ümumi addır.
İlqar: çox sürətlə hərəkət edən yüngül silahlı böyük, yaxud kiçik hərbi
dəstə, bölük və ya hissə.
İrəvül: önçü, önçü bölüyü, önçü qolu, irəli qol; döyüş nizamına girmiş
ordunun ən öndəki qismi.
İskəndər Feyləkus oğlu: Makedoniyalı İskəndərin Şərqdəki adı.
Kafiristan: indiki Nuristan. Bir vaxtlar əhalisi kafir olmuşdur.
Kari: altı tutam uzunluğunda bir uzunluq ölçüsü.
Karşi: (əski Nəxbəş, Nəsəf) Özbəkistanda vilayət mərkəzi.
Karvan: ümumi qaydaya görə, 7 dəvə bir karvan sayılır.
Kaşğar: qədimdən bəri Orta Asiya, Əfqanıstan və Hindistanla Uzaq Şərq
arasında ticarətin, mədəni əlaqələrin inkişafında mühüm rol oynayan uyğur
şəhəri. İndi Sincan-Uyğur Muxtar Rayonunun paytaxtıdır.
Katik: Hindistanda yağmur fəslinin son ayının adı.
Keş: Özbəkistanın Qaşqa-Dəyra vilayətində şəhər. Əmir Teymurun vətə-
ni. Bəlxlə Səmərqənd arasında mühüm ticarət mərkəzi olmuşdur.
Keyik/geyik: geyik, maral. Ağ geyik, ala geyik, qara geyik, qızıl geyik
növləri var. Ahu, antilop, sığın və maraldır.
Kəmaləddin Behzad: XVI əsrin məşhur miniatürçü rəssamı, Herat mini-
atür məktəbinin banisi. Vəfatı: 943 = 1537-ci il.
Kəmali: məcuna bənzəyən ləzzətli, nəşə verən narkotik bir maddə.
Kərb: Hindistanda işlənən bir say. l kərb = 100 ərb.
BABURNAMƏ
411
Kibək: mis sikkə; ruscadakı kopek, kopeyka bu sözdən ola bilər.
Kim: bəzi yerlərdə boza mayası kimi işlənən bir meyvə.
Koçin: Teymur zamanında xanədanı qoruyan saray qvardiyasına verilən
addır. Bu ad zamanla atadan oğula keçmişdir. Koçinlər hər hansı bir bölgəyə
deyil, hökmdara bağlı idilər.
Köç: köç, köç-külfət; dağa-arana və ya başqa yerə köçən ailə üzvləri.
Kuxaq: Zərəfşan çayının əski adı.
Kurqan: əslində, qorurğan, qorğan, yəni içinə girən adamın qorunduğu
yer, qala, istehkam deməkdir.
Kutas: bir dağ öküzü növü.
Küruh: Hindistanda 4.000 qədəm (= 1 mil) uzunluğundakı məsafə ölçüsü.
Kürur: Hindistanda işlənən bir say. 1 kürur = 100 lek. Bax: lek.
Kütub: sufilərin işlətdiyi bir təsəvvüf deyimi olub mənəvi dərəcələrin
yeddincisi və ən yüksəyidir. Hər dövrdə tanrı tərəfindən təsəvvüf qüdrəti ve-
rilmiş bir kütub olur.
Kütval: qalabəyi, qarnizon rəisi, dizdar.
Küvar: Hindistanda yağmur fəslinin üçüncü ayının adı.
Qanun: 36 simli kanon və ya ərğanun.
Qaravul: gözətçi, keşikçi; kəşfiyyat qolu; avanqard.
Qarış: gərilmiş halda baş barmağın ucundan çəçələ barmağın ucuna
qədər olan bir uzunluq ölçüsü.
Qazax: igid, cəsur adam, döyüşçü.
Qazaxlıq: köçərilik; əldə vilayət və hakimiyyət olmayan dövr.
Qazi: O dövrdə müsəlman olmayan şəxslərin idarə etdiyi torpaqlara hərbi
səfərlərdə iştirak edən hökmdarlara "qazi" ünvanı verilirdi.
Qədəmgah: Xızırın ayaq izi.
Qəndahar: Əfqanıstanda şəhər və vilayət. Əfqanıstan dövlətinin ilk pay-
taxtı (1747). Hazırda vilayət mərkəzi.
Qəsideyi-bürdə (Xirqə haqqında qəsidə) : VII əsri şairi Kəəb bin Zübeyr
tərəfindən hz. Məhəmmədin şərəfinə yazılmış bir əsərdir.
Qəznə: Kabildən 135 km cənub-qərbdə yerləşir. Onun yaxınlığında qəz-
nəvilərin paytaxtı tarixi Qəznənin xarabalıqları var.
Qılquyruq: çox incə quyruqlu bir cins ördək, çöl toyuğu, qır kəkliyi, fa-
zan. Quşun bir qədər də poetikləşmiş adı.
Qımız/kımız: qısraq südünü xüsusi qaydada mayalandıraraq hazırlanan
ənənəvi türk içkisi.
Qızıl çəki daşı: = 500 misqal = 1 sir = təxminən 20,5 kiloqram.
Qızıl söyüd: bax: tubulğu.
Qol: savaş nizamına girmiş ordunun mərkəzinə verilən ad.
Qövs:oxatan bürcü; yay.
Qunduz: Qunduz (Sürxab) çayının sağ sahilində şəhər.
Zəhirəddin Məhəmməd BABUR
412
Qurçu, qurbəyi: hərbi bir rütbə, cəbbəxana rəisi. Qur «silah» deməkdir .
Qurilər: Əfqanistanda hökm sürən Quri xanədandan olan Sultan Şəha-
bəddin Quri qəznəvilərin son hökmdarı Xosrov Məliki yenərək 1187-ci ildə
bu xanədana son vermiş və Hindistan içlərinə səfərlər edərək burada quri-
lərin hakimiyyətini qurmuşdur. Onun xanədanı Şimali Hindistanda 1206-cı
ilədək hakimiyyət sürmüşlər.
Quşbəyi: quşçubaşı, hökmdarın ov və ev quşlarına, göyərçinlərinə baxan
məmur.
Dostları ilə paylaş: |