Şəkil 9.2. Halqavari Günəş tutulması
Ayın Günəşə və Yerə görə vəziyyətindən asılı olaraq bə-zən Ayın bucaq diametri Günəşinkindən kiçik olur. Bu halda Ayın buraxdığı kölgə konusunun təpəsi Yer səthinə çatmır. Onda Ay diski Günəş diskini tamam örtə bilmir, onun kənar-larında işıqlanmış halqa görünür. Belə tutulma halqavari Gü-nəş tutulması adlanır. Halqavari Günəş tutulması sxematik olaraq şəkil 9.2-də göstərilmişdir.
Təbiidir ki, Yer səthində Ay kölgəsinin və yarımkölgəsi-nin eni Ay və Yerin qarşılıqlı vəziyyətindən asılı olacaqdır. Ay Yerə yaxın olduqca kölgənin eni daha böyük olacaqdır. Köl-gənin maksimal eni 270 km, yarımkölgəninki isə 6700 km olur. Tam Günəş tutulması maksimum 7m.5, qismən tutulma 3h.5, halqavari tutulma isə təxminən 12m davam edə bilər. Ək-sər hallarda tam Günəş tutulmaları cəmi 2-3m davam edir.
Yer öz oxu ətrafında fırlandığından və Ay Yer ətrafında dolandığından Ayın kölgəsi Yer səthində şərqdən qərbə doğ-ru hərəkət edərək uzunluğu bir neçə min km olan zolaq əmə-lə gətirir.
Ay Yer ətrafında qərbdən şərqə doğru hərəkət etdiyindən
I II
Dostları ilə paylaş: |