§10.6. İllik parallaks və ulduzlara qədər məsafənin təyiııi
Təbiidir ki, ulduzlar çox uzaq olduğundan onların gün-lük parallaksından danışmaq mənasız olar, çünki Yerin radiusu ulduzlara qədər məsafə ilə müqayisədə nəzərə alınmaya-caq dərəcədə kiçikdir. Ona görə ulduzlara qədər məsafə onla-rın illik parallaksına görə təyin olunur.
Ulduzların illik parallaksı elə kiçik bucaqdır ki, (Yer-dən ulduza olan istiqamətin Yer orbitinin radiusuııa perpendikulyar olmaq şərtilə) xəyalən bu ulduzdan baxdıqda Yer orbitinin orta radiusu bu bucaq altında görünsün.
Şəhil 10.6. Ulduzların illikparallaksı
Şəkil 10.6-da G-Günəş, T-Yer, M-məsafəsi təyin olunan göy cismi, a©-Yer orbitinin orta radiusu (1 a.v.) və p M göy
cisminin illik parallaksıdır. Aydındır ki, TGM düzbucaqlı üç-bucağından yaza bilərik ki,
r = -^- = 206265"^. (10.23) sin к к"
Qeyd edək ki, ulduzların illik parallaksı çox kiçikdir. Ən yaxın ulduz olan Sentavr bürcünün Proksima ulduzu üçün il-lik parallaks
p=0".762 . Əksər ulduzlar üçün illik parallaks p»0".01+ 0".001.
Dostları ilə paylaş: |