Backup of Uz Qabigi


§ 12.7. Üç cisinı məsələsi və Neptunun kəşfi



Yüklə 3,95 Mb.
səhifə142/183
tarix02.01.2022
ölçüsü3,95 Mb.
#1162
növüDərslik
1   ...   138   139   140   141   142   143   144   145   ...   183
§ 12.7. Üç cisinı məsələsi və Neptunun kəşfi
XI fəsildə göstərdiyimiz kimi iki cisim məsələsinin dəqiq analitik həlli vardır. Üç və daha çox cisim məsələsinin isə ümumi halda analitik həlli yoxdur.

Eyler xüsusi halda üç cismin üçü də bir düz xətt üzərində qalaraq ümumi bir mərkəz ətrafında fırlandığı halda üç cisim məsələsinin analitik həllini vermişdir. Daha sonra Laqranj üç cismin bərabəryanlı üçbucağın təpələrində qalaraq ümumi mərkəz ətrafında fırlanması halında da üç cisim məsələsinin dəqiq analitik həllini vermişdir.

Əvvəllər hesab olunurdu ki, bu xüsusi hallar yalnız nəzə-ri maraq kəsb edir. Lakin sonralar aydın oldu ki, bəzi asteroid qrupları bərabəryanlı üçbucağın təpələrində qalaraq Günəş ətrafında dolanırlar.

Bir-birini Nyutonun Ümumdünya Cazibə qanunu ilə

cəzb edən dörd və daha çox cisim məsələsinin isə xüsusi halda

belə analitik həlli yoxdur. Ona görə n cisim məsələsi sarsıntı-

ları hesablamaq yolu ilə təqribi həll oluna bilər. Məsələn,

Neptun planeti bu yolla kəşf olunmuşdur.

178İ-ci ildə ingilis astronomu Herşel Uran planetini kəşf

etmişdir. Lakin bütün məlum planetlərin sarsıdıcı təsirini nə-

zərə aldıqdan sonra da onun hərəkətində Kepler qanunların-

dan kənara çıxmalar müşahidə olunmuşdur. Onda belə bir fi-

kir meydana çıxmışdır ki, Urana naməlum bir planet də təsir

edir. Bu naməlum planetin koordinatları sarsıntılar nəzəriy-

yəsi əsasında riyazi olaraq fransız alimi Leverye və ondan ası-

lı olmayaraq ingilis alimi Adams tərəfindən hesablandı. 1846


- cı ildə alman astronomu Halle bu naməlum planeti nəzəri hesablandığından cəmi 1o fərqlənən yerdə müşahidə etdi. Bu Nyutonun Ümumdünya Cazibə qanununun doğruluğunun təsdiqi və parlaq qələbəsi idi. Yeni kəşf olunmuş planetə Nep-tun adı verildi.

Yüklə 3,95 Mb.

Dostları ilə paylaş:
1   ...   138   139   140   141   142   143   144   145   ...   183




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin